Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-52/2023 02.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi vəkil Müdafiəçi3, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi, vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi, vəkil Müdafiəçi1 iştirakları ilə, xx.xx.1995-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası Şərur rayonu, Qarabağlar kəndində qeydiyyatda olan və yaşayan, barəsində məhkəmə istintaqında “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2, xx.xx.1991-ci ildə Tovuz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Abşeron rayonu Məmmədli kəndində yerləşən fərdi evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü madələri ilə və xx.xx.1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadən əlbir olmuş bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 01 dekabr 2021-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi evin qapısının kilidni sındırmaqla qanunsuz birlikdə içəri daxil olaraq,evdən 01 ədəd 800 manat dəyərində “Samsung” markalı televizoru, 01 ədəd 600 manat dəyərində “Sharp” markalı paltaryuyan maşını, 01 ədəd 1200 manat dəyərdinə “Midea” markalı soyuducunu, hər birinin dəyəri 30 manat olan ümumi 240 manat dəyərində 8 ədəd (kürəkliyi paxlava formalı yumşaq)stulları, 01 ədəd 40 manat dəyərində “Mana” markalı dairəvi divar saatını, 01 ədəd 150 manat dəyərində qaz sobasını gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 3030 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadən əlbir olmuş bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 05 dekabr 2021-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi evinin qapısının kildini sındırıb qanunsuz birlikdə içəri daxil olaraq evdən 01 ədəd 850 manat dəyərində “Vanvard” markalı kombi istilik sistemi aparatını və 01 ədəd 75 manat dəyərində su mühərrikini gizli talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 925 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 08 dekabr 2021-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi evinə qapının kilidini sındırmaqla qanunsuz birlikdə daxil olaraq evin birinci mərtəbəsində yerləşən qarajdan 01 ədəd 250 manat dəyərində su qızdırıcısını, hər biri 200 manat dəyərində olan ümumi 600 manat dəyərində 03 ədəd velosipedi, 01 ədəd 100 manat dəyərində su mühərrikini, 01 ədəd 400 manat dəyərində samovarı və hər biri 10 manat dəyərində ümumi 500 manat dəyərində 50 ədəd “Dirol” markalı saqqızları gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 1850 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 23 dekabr 2021-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs3 məxsus Abşeron rayonu Mehdiabad qəsəbəsi Xələfli küçəsində yerləşən fərdi evin qapısının kilidni sındırıb açaraq birlikdə qanunsuz içəri daxil olub evdən 01 ədəd 500 manat dəyərində Türkiyə istehsalı olan 5,5kiloqram tutumlu “Siemens” markalı, WM0261ME modelli paltaryuyan maşını gizli talayıb Zərərçəkmiş şəxs3 600 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadən əlbir olmuş bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 24 dekabr 2021-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs4 məxsus Abşeron rayonu Mehdiabad qəsəbəsi yeni məhəllədə yerləşən fərdi evinin qapısının kildini sındıraraq birlikdə qanunsuz içəri daxil olub, evdən 01 ədəd 270 manat dəyərində su mühərrikini, 01 ədəd 300 manat dəyərində tozsoranı, 01 ədəd 40 manat dəyərində nərdivanı, hər bir kiloqramı 3 manat olan ümumi 30 manat dəyərində 10 kiloqram mismarı gizli talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 640 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 26 dekabr 2021-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs5 məxsus Abşeron rayonu Mehdiabad qəsəbəsi yeni məhəllədə yerləşən fərdi evin giriş qapısının kilidini sındıraraq birlikdə qanunsuz içəri daxil olub, evdən 01 ədəd 600 manat dəyərində “Fondel” markalı L1PB24-NF modelli kombi istilik sistemi aparatını, 01 ədəd 80 manat dəyərində su mühərrikini, 01 ədəd 400 manat dəyərində elektrik gücləndiricini, 01 ədəd 100 manat dəyərində qaz peçini, 01 ədəd 150 manat dəyərində ət çəkən maşın, 01 ədəd 170 manat dəyərində qəlyan aparatını, 01 ədəd 120 manat dəyərində şirəçəkən maşını, 01 ədəd 130 manat dəyərində blenderi, 01 ədəd 250 manat dəyərində çəngəl-qaşıq dəstini, 01 ədəd 250 manat dəyərində samovarı, 01 ədəd 180 manat dəyərində tozsoranı və 01 ədəd 50 manat dəyərində saç fenini gizli talayıb Zərərçəkmiş şəxs5 2480 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadən əlbir olmuş bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 01 dekabr 2021-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi evin qapısının kilidni sındırmaqla qanunsuz birlikdə içəri daxil olaraq, evdən 01 ədəd 800 manat dəyərində “Samsung” markalı televizoru, 01 ədəd 600 manat dəyərində “Sharp” markalı paltaryuyan maşını, 01 ədəd 1200 manat dəyərdinə “Midea” markalı soyuducunu, hər birinin dəyəri 30 manat olan ümumi 240 manat dəyərində 8 ədəd (kürəkliyi paxlava formalı yumşaq)stulları, 01 ədəd 40 manat dəyərində “Mana” markalı dairəvi divar saatını, 01 ədəd 150 manat dəyərində qaz sobasını gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 3030 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadən əlbir olmuş bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 05 dekabr 2021-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi evinin qapısının kildini sındırmaqla qanunsuz birlikdə içəri daxil olaraq, evdən 01 ədəd 850 manat dəyərində “Vanvard” markalı kombi istilik sistemi aparatını və 01 ədəd 75 manat dəyərində su mühərrikini gizli talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 925 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 23 dekabr 2021-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs3 məxsus Abşeron rayonu Mehdiabad qəsəbəsi Xələfli küçəsində yerləşən fərdi evin qapısının kilidini sındırmaqla açaraq birlikdə qanunsuz içəri daxil olub evdən 01 ədəd 500 manat dəyərində Türkiyə istehsalı olan 5,5 kiloqram tutumlu “Siemens” markalı, WM0261ME modelli paltaryuyan maşını gizli talayıb Zərərçəkmiş şəxs3 600 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadən əlbir olmuş bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 24 dekabr 2021-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs4 məxsus Abşeron rayonu Mehdiabad qəsəbəsi yeni məhəllədə yerləşən fərdi evinin qapısının kildini sındıraraq birlikdə qanunsuz içəri daxil olub, evdən 01 ədəd 270 manat dəyərində su mühərrikini, 01 ədəd 300 manat dəyərində tozsoranı, 01 ədəd 40 manat dəyərində nərdivanı, hər bir kiloqramı 3 manat olan ümumi 30 manat dəyərində 10 kiloqram mismarı gizli talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 640 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 26 dekabr 2021-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs5 məxsus Abşeron rayonu Mehdiabad qəsəbəsi yeni məhəllədə yerləşən fərdi evin giriş qapısının kilidini sındıraraq birlikdə qanunsuz içəri daxil olub, evdən 01 ədəd 600 manat dəyərində “Fondel” markalı L1PB24-NF modelli kombi istilik sistemi aparatını, 01 ədəd 80 manat dəyərində su mühərrikini, 01 ədəd 400 manat dəyərində elektrik gücləndiricini, 01 ədəd 100 manat dəyərində qaz peçini, 01 ədəd 150 manat dəyərində ət çəkən maşın, 01 ədəd 170 manat dəyərində qəlyan aparatını, 01 ədəd 120 manat dəyərində şirəçəkən maşını, 01 ədəd 130 manat dəyərində blenderi, 01 ədəd 250 manat dəyərində çəngəl-qaşıq dəstini, 01 ədəd 250 manat dəyərində samovarı, 01 ədəd 180 manat dəyərində tozsoranı və 01 ədəd 50 manat dəyərində saç fenini gizli talayıb Zərərçəkmiş şəxs5 2480 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 08 dekabr 2021-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi evin qapısının kilidini sındırmaqla qanunsuz birlikdə içəri daxil olaraq, evin birinci mərtəbəsində yerləşən qarajdan 01 ədəd 250 manat dəyərində su qızdırıcısını, hər biri 200 manat dəyərində olan ümumi 600 manat dəyərində 03 ədəd velosipedi, 01 ədəd 100 manat dəyərində su mühərrikini, 01 ədəd 400 manat dəyərində samovarı və hər biri 10 manat dəyərində ümumi 500 manat dəyərində 50 ədəd “Dirol” markalı saqqızları gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 1850 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxslərin həmin cinayət əməlləri aşağıda göstərilən qaydada törətmələri müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Sumqayıt şəhərində yerləşən fərdi evdə kirayə yaşayır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 onun dostudur. xx.xx.2021-ci il tarixdə o, Namiqlə söhbət edərkən Namiq ona ailə vəziyyətinin yaxşı olmadığını bildirmişdir. O da Namiqə borclarının çox olduğunu bildirmişdir. Bundan sonra birlikdə razılığa gəlmişlər ki, Namiqlə ilə birlikdə oğurluğa getsinlər. Bunun üçün həmin günü yəni xx.xx.2021-ci il tarixdə o, idarə etdiyi “Toyota Prius” markalı **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Namiqlə birlikdə Abşeron rayonu Mehdiabad qəsəbəsinə getmişlər. Həmin günü təxminən saat 01 radələrində onlar Mehdiabad qəsəbəsində evlərə baxır oğurluq etmək üçün münasib ev axtarmışlar. Bu zaman Mehdiabad qəsəbəsində bir evin işıqlarının yanmadığını görüb həmin evə oğurluq etmək üçün girməyi qərar almışlar. Bir müddət evi kənardan müşaiət etmişlər və görmüşlər ki evə girən-çıxan heç kim yoxdur. Namiq əvvəllər qapı kilidi təmir etdiyi üçün qapı kilidini açmağı bacarmışdır. O, qıraqdan kiminsə gəlib-gəlmədiyinə baxan zaman Namiq isə özü ilə gətirdiyi vintaçanla evin darvazasının kildini açmışdır. Evin çöl darvazasının kildini açdıqdan sonra Namiq və o, hər ikisi həyətə daxil olmuşlar. Yenə Namiq özü ilə gətirdiyi vintaçan ilə evin giriş qapısının kildini açmışdır. Bundan sonra onlar mənzilə daxil olaraq mənzildən 01 ədəd “Samsung” markalı televizoru, 01 ədəd “Sharp” markalı paltaryuyan maşını, 01 ədəd “Midea” markalı soyuducunu, 8 ədəd stulları, 01 ədəd divar saatını, 01 ədəd qaz sobasını götürüb onun avtomobilin yük yerinə yığmışlar. Bundan sonra mənzildən götürdükləri soyuducudan başqa digər əşyaları aparıb Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən boş torpaq sahəsində gizlətmişlər. Yükləri boşaltdıqdan sonra yenidən gəlib soyuducunu götürmüşlər. Səhəri gün götürdükləri soyuducunu avtomobilin yük yerinə qoub oradan çıxıb Bakı şəhəri, Binəqədi rayonunda yerləşən Lalların fabriki deyilən yerə gəlmişlər. Həmin yerdə tanımadıqları şəxsə soyuducu satdıqlarını bildirmişlər. Həmin şəxslə 200 manat pul müqabilində razılaşmışlar. Bundan sonra Namiq soyuducunu da həmin şəxsə satmışdır. Bundan sonra həmin şəxslə danışıb razılığa gəldikdən sonra “Sharp” markalı paltaryuyanı və qaz sobasını bilrikdə 200 manat pul müqabilində həmin şəxsə satmışlar. 8 ədəd stulu 1 ədəd divar saatını isə istifadə etmək üçün Namiq Mehdiabaq qəsəbəsində yerləşən evinə aparmışdır. Əldə etdikləri pulları Təqsirləndirilən şəxs1la yarı-yarıya böldük və ona 240 manat pul çatmışdır. 8 ədəd stulu Namiq 10 manatdan hesablamış və 4 stolun pulunu yəni 40 manat ona vermişdir. Həmin puldan ona ümumilikdə 240 manat pul çatmışdır və o, həmin pulu da öz şəxsi ehtiyaclarıma xərcləmişdir. Maddi vəziyyəti yaxşı olmadığı üçün oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2021-ci il tarixdə o, Namiqlə danışıb razalıaşaraq oğurluq etmək qərarına gəlmişlər. Bunun üçün həmin günü yəni xx.xx.2021-ci il tarixdə o, və Namiq onun idarə etdiyim “Toyota Prius” markalı avtomobiliə əyləşərək Abşeron rayonu, Mehdiabad qəsəbəsinə getmişlər. Həmin günü təxminən saat 14 radələrində onlar Mehdiabad qəsəbəsində evlərə baxır oğurluq etmək üçün münasib ev axtarmışlar. Bu zaman Mehdiabad qəsəbəsində bir ev görüb həmin evə oğurluq etmək üçün girməyi qərara almışlar. Bir müddət evi kənardan müşaiət etmişlər və görmüşlər ki, evə girən-çıxan heç kim yoxdur. Namiq əvvəllər qapı kilidi təmir etdiyi üçün qapı kilidini açmağı bacarmışdır. O, qıraqdan kiminsə gəlib-gəlmədiyinə baxan zaman Namiq isə özü ilə gətirdiyi vintaçan ilə evin darvazasının kildini açmışdır. Evin çöl darvazasının kildini açdıqdan sonra Namiq və o, hər ikisi həyətə daxil olmiuşlar. Yenə Namiq əvvəlcədən özü ilə gətirdiyi vintaçan ilə evin giriş qapısının kildini açmışdır. Bundan sonra mənzilə daxil olaraq 01 ədəd “Vanvard” markalı kombi istilik sistemi aparatı və 01 ədəd su mühərriki götürüb onun avtomobilinin yük yerinə yığmışlar. Həmin kombini Mehdiabad qəsəbəsində yerləşən boş torpaq sahəsinə aparıb orada gizlətmişlər. Həmin günün səhəri yenə birlikdə gedib həmin kombini götürüb Bakı şəhəri, Binəqədi rayonuna aparıb tanımadıqları şəxsə 300 manat pul müqabilində satmışlar. Həmin pulu da öz şəxsi ehtiyaclarına xərcləmişlər. xx.xx.2021-ci il tarixdə o, dostu İlkinlə görüşən zaman İlkinə təklif etmişdir ki, “Abşeron rayonu, Mehdiabad qəsəbəsində ev var yaşayış yoxdur. Oradan oğurluq edək”. Bundan sonra onlar birlikdə onun avtomobilində İlkinlə həmin evə yenidən getmişlər. Həmin vaxtı təxminən saat 01 radələri olmuşdur. Onlar həyətə daxil olduqdan sonra evin birinci mərtəbəsində yerləşən qaraja daxil olmuşlar. Oradan 3 ədəd velosiped 01 ədəd su qızdırıcısı, 01 ədəd su mühərriki, 01 ədəd samovar və 50 qutu saqqız götürüb onun avtomobilinin yük yerinə yığmışlar. Həmin əşyaları aparıb Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yerləşən boş torpaq sahəsinə yığmışlar. Həmin əşyaları İlkin aparıb satmışdır. Həmin vaxtı əşyaların pulu üstündə İlkinlə aralarında mübahisə yaranmışdır və o, İlkindən pul götürməmişdir. İlkin isə ona 70 manat velosipedin pulundan vermişdir. Həmin pulu da öz şəxsi ehtiyaclarına xərcləmişdir. xx.xx.2021-ci il tarixdə o, və Namiq oğurluq etmək qərarına gəlmişlər. Bunun üçün həmin günü yəni xx.xx.2021-ci il tarixdə o, və Namiq onun idarə etdiyi “Toyota Prius” markalı avtomobiliə əyləşərək Abşeron rayonu Mehdiabad qəsəbəsinə getmişlər. Həmin günü təxminən saat 01 radələrində onlar Mehdiabad qəsəbəsində evlərə baxır oğurluq etmək üçün münasib ev axtarmışlar. Bu zaman Mehdiabad qəsəbəsində bir evin işıqlarının yanmadığını görüb həmin evə oğurluq etmək üçün girməyi qərar almışlar. Bir müddət evi kənardan müşaiət etmişlər və görmüşlər ki, evə girən-çıxan heç kim yoxdur. Namiq əvvəllər qapı kilidi təmir etdiyi üçün qapı kilidini açmağı bacardığından o, qıraqdan kiminsə gəlib-gəlmədiyinə baxan zaman Namiq isə özü ilə gətirdiyi vintaçan ilə evin darvazasının kildini açmışdır. Evin çöl darvazasının kildini açdıqdan sonra Namiq və o, hər ikisi həyətə daxil olmuşlar. Yenə Namiq özü ilə gətirdiyi vintaçanla evin giriş qapısının kildini açmışdır. Bundan sonra mənzilə daxil olaraq mənzildən 01 ədəd “Simenes” markalı paltaryuyan maşını götürüb onun idarə etdiyi “Toyota Prius” markalı avtomobilin yük yerinə yığmışlar. Həmin paltaryuyan maşını Mehdiabad qəsəbəsində yerləşən boş torpaq sahəsinə aparıb orada gizlətmişlər. Həmin günün səhəri yenə birlikdə gedib həmin paltaryuyan maşını götürüb Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsinin mərkəsində yerləşən “Osmanlı “ dönərinin qarşısında toyuq satışı ilə məşğul olan Elçin adlı şəxsə 50 manat pul müqabilində satmışlar. Həmin pulu da öz şəxsi ehtiyaclarına xərcləmişlər. Maddi vəziyyəti yaxşı olmadığı üçün oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2021-ci il tarixdə o, və Namiq oğurluq etmək qərarına gəlmişlər. Bunun üçün həmin günü yəni xx.xx.2021-ci il tarixdə o, və Namiq onun idarə etdiyi “Toyota Prius” markalı avtomobiliə əyləşərək Abşeron rayonu, Mehdiabad qəsəbəsinə getmişlər. Həmin günü təxminən saat 01 radələrində onlar Mehdiabad qəsəbəsində evlərə baxıb oğurluq etmək üçün münasib ev axtarmışlar. Bu zaman Mehdiabad qəsəbəsində bir evin işıqlarının yanmadığını görüb həmin evə oğurluq etmək üçn girməyi qərara almışlar. Bir müddət evi kənardan müşaiət etmişlər və görmüşlər ki, evə girən-çıxan heç kim yoxdur. Namiq onun qıraqdan kiminsə gəlib-gəlmədiyinə baxdığı zaman özü ilə gətirdiyi vintaçanla evin darvazasının kildini açmışdır. Evin çöl darvazasının kildini açdıqdan sonra Namiq və o, daxil olmuşlar. Yenə Namiq özü ilə gətirdiyi vintaçanla evin giriş qapısının kildini açmışdır. Bundan sonra evə daxil olaraq evdən 01 ədəd su mühərrikini, 01 ədəd tozsoranı, 01 ədəd nərdivanı və 10 kiloqram çəkiyə yaxın olan mismarı götürüb onun avtomobilinin yük yerinə yığmışlar. Həmin 01 ədəd su mühərrikini, 01 ədəd tozsoranı, 01 ədəd nərdivanı və 10 kiloqram çəkiyə yaxın olan mismarı Mehdiabad qəsəbəsində yerləşən boş torpaq sahəsinə aparıb orada gizlətmişlər. Həmin günün səhəri yenə birlikdə gedib həmin 01 ədəd su mühərrikini, 01 ədəd tozsoranı, 01 ədəd nərdivanı və 10 kiloqram çəkiyə yaxın olan mismarı götürüb Bakı şəhəri Binəqədə rayonuna aparıb tanımadığı şəxsə 100 manat pul müqabilində satmışlar. Həmin pulu da öz şəxsi ehtiyaclarına xərcləmişdir. Maddi vəziyyəti yaxşı olmadığı üçün xx.xx.2021-ci il tarixdə o, Namiqlə oğurluq etmək qərarına gəlmişlər. Bunun üçün həmin günü yəni xx.xx.2021-ci il tarixdə o, Namiqlə birlikdə idarə etdiyi “Toyota Prius” markalı avtomobilə əyləşərək Abşeron rayonu Mehdiabad qəsəbəsinə getmişlər. Həmin günü təxminən saat 14 radələrində onlar Mehdiabad qəsəbəsində evlərə baxır oğurluq etmək üçün münasib ev axtarmışlar. Həmin vaxt hava gündüz olmuşdur. Bu zaman Mehdiabad qəsəbəsində bir evin həyətində çöl işığının yandığını evə gələn qaz xəttinin bağlı olduğunu görmüşlər. Bundan sonra evdə kiminsə olub-olmadığını öyrənmək üçün evin qapısını döymüşlər. Evin qapısını heç kimin açmadığını gördükdə evdə heç kimin olmadığından əmin olub həyətə daxil olmuşlar. Namiq evin qapısının kildini evdən özü ilə gətirdiyim vintaçan ilə açmışdır. Mənzilə daxil olduqdan sonra mənzildən 01 ədəd “Fondel” markalı kombi aparatını, 01 ədəd su mühərrikini, 01 ədəd elektrik gücləndiricini, 01 ədəd qaz sobasını, 01 ədəd ət çəkən maşını, 01 ədəd qəlyan aparatını, 01 ədəd şirəçəkən maşını, 01 ədəd blenderi, 01 ədəd çəngəl-qaşıq dəstini, 01 ədəd samovarı, 01 ədəd tozsoranı, 01 ədəd saç fenini götürüb birlikdə kömələşərək onun avtomobilinin yük yerinə yığmışlar. Bundan sonra həmin əşyaları gətirib Abşeron rayonu Mehdiabaq qəsəbəsi ərazisində olan boş torpaq sahəsinə gətirib yığmışlar. Kombi həmin yerdə qalmışdır. Qalan digər oğurladığı əşyaları o, aparıb Sulutəpə qəsəbəsi ərazisində tanımadığı şəxsə 100 manat pul müqabilində satmışdır. Zərərçəkmiş şəxslərə dəymiş ziyan tam ödənilmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, valideynləri ilə bir yerdə Abşeron rayonu, Məmmədli kəndində yerləşən fərdi evdə yaşayır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onun dostudur. Bildirmişdir ki, maddi vəziyyəti yaxşı olmadığı üçün oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2021-ci il tarixdə o, Rəşadla söhbət edərkən Rəşad ona ailə vəziyyətinin yaxşı olmadığını bildirmişdir. O da Rəşada borclarının çox olduğunu bildirmişdir. Bundan sonra birlikdə razılığa gəlmişlə ki, oğurluq etsinlər. Bunun üçün həmin günü yəni xx.xx.2021-ci il tarixdə o, Təqsirləndirilən şəxs2 idarə etdiyi “Toyota Prius” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilinə əyləşərək Abşeron rayonu, Mehdiabad qəsəbəsinə getmişlər. Həmin günü təxminən saat 01 radələrində onlar Mehdiabad qəsəbəsində evlərə baxır oğurluq etmək üçün münasib ev axtarmışlar. Bu zaman Mehdiabad qəsəbəsində bir evin işıqlarının yanmadığını görüb həmin evə oğurluq etmək üçün evə girməyi qərar almışlar. Bir müddət evi kənardan müşaiət etmişlər və görmüşlər ki evə girən-çıxan heç kim yoxdur. O, əvvəllər qapı kilidi təmir etdiyi üçün qapı kilidini açmağı bacarmışdır. Rəşad qıraqdan kiminsə gəlib-gəlmədiyinə baxan zaman o, isə özü ilə gətirdiyi vintaçanla evin darvazasının kildini açmışdır. Evin çöl darvazasının kildini açdıqdan sonra Rəşad və o, hər ikisi həyətə daxil olmuşlar. Yenə o, əvvəlcədən özü ilə gətirdiyi vintaçan ilə evin giriş qapısının kildini açmışdır. Bundan sonra mənzilə daxil olaraq mənzildən 01 ədəd “Samsung” markalı televizoru, 01 ədəd “Sharp” markalı paltaryuyan maşını, 01 ədəd “Midea” markalı soyuducunu, 8 ədəd ulları, 01 ədəd divar saatını, 01 ədəd qaz peçini götürüb Rəşadın avtomobilinin yük yerinə yığmışlar. Bundan sonra mənzildən götürdükləri soyuducudan başqa digər əşyaları aparıb Mehdiabad qəsəbəsində yerləşən boş torpaq sahəsində gizlətmişlər. Yükləri boşaltdıqdan sonra yenidən gəlib soyuducunu götürmüşlər. Səhəri gün götürdükləri soyuducunu avtomobilin yük yerinə qoyub oradan çıxıb Bakı şəhəri, Binəqədi rayonu, Lalların fabriki deyilən yerə gəlmişlər. Həmin yerdə tanımadıqları şəxsə soyuducu satdığını bildirmişdir. Həmin şəxslə 200 manat pul müqabilində razılaşmışlar. o, soyuducunu da həmin şəxsə satmışdır. Bundan sonra həmin şəxslə danışıb razılığa gəldikdən sonra “Sharp” markalı paltaryuyanı və qaz sobasını bilrikdə 200 manat pul müqabilində həmin şəxsə satmışlar. 8 ədəd stulu 1 ədəd divar saatını isə istifadə etmək üçün Məmmədli kəndində yerləşən evinə aparmışdır. Əldə etdikləri pulları Təqsirləndirilən şəxs2la yarı-yarıya bölmüşlər və ona 200 manat pul çatmışdır. Həmin pulu da öz şəxsi ehtiyaclarına xərcləmişdir.Bundan sonra o, eşitmişdir ki, ondan sonra Təqsirləndirilən şəxs2 dostu Təqsirləndirilən şəxs3la həmin evə yenidən oğurluğa girmiş və həmin evdən 3 ədəd velosiped 01 ədəd su qızdırıcısı,01 ədəd su mühərriki ,01 ədəd samovar və 50 qutu saqqız aparmışlar. Həmin əşyaları kimə satmaları barədə məlumatı olmamışdır. Maddi vəziyyəti yaxşı olmadığı üçün oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə 05 dekabr 2021-ci il tarixdə o, Rəşadla danışıb razılaşaraq oğurluq etmək qərarına gəlmişlə. Bunun üçün həmin günü yəni 05 dekabr 2021-ci il tarixdə o, Təqsirləndirilən şəxs2 idarə etdiyi “Toyota Prius” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilinə əyləşərək Abşeron rayonu, Mehdiabad qəsəbəsinə getmişlər. Həmin günü təxminən saat 14 radələrində onlar Mehdiabad qəsəbəsində evlərə baxır oğurluq etmək üçün münasib ev axtarmışlar. Bu zaman Mehdiabad qəsəbəsində bir ev görüb həmin evə oğurluq etmək üçün girməyi qərara almışlar. Bir müddət evi kənardan müşaiət etmişlər və görmüşlər ki evə girən-çıxan heç kim yoxdur. Rəşad qıraqdan kiminsə gəlib-gəlmədiyinə baxan zaman o, isə özü ilə gətirdiyi vintaçan ilə evin darvazasının kildini açmışdır. Evin çöl darvazasının kildini açdıqdan sonra Rəşad və o, hər ikisi həyətə daxil olmuşlar. Yenə o, əvvəlcədən özü ilə gətirdiyi vintaçan ilə evin giriş qapısının kildini açmışdır. Bundan sonra evə daxil olaraq evdən 01 ədəd “Vanvard” markalı kombi istilik sistemi aparatı və 01 ədəd su mühərriki götürüb Rəşadın avtomobilin yük yerinə yığmışlar. Həmin kombini Mehdiabad qəsəbəsində yerləşən boş torpaq sahəsinə aparıb orada gizlətmişlər. Həmin günün səhəri yenə birlikdə gedib həmin kombini götürüb Bakı şəhəri, Binəqədi rayonuna aparıb tanımadğıqları şəxsə 300 manat pul müqabilində satmışlar. Həmin pulu da öz şəxsi ehtiyaclarına xərcləmişlər. Maddi vəziyyəti yaxşı olamadığı üçün xx.xx.2021-ci il tarixdə o, Rəşadla danışıb razılaşaraq oğurluq etmək qərarına gəlmişlər. Bunun üçün həmin günü yəni xx.xx.2021-ci il tarixdə o, Təqsirləndirilən şəxs2 idarə etdiyi “Toyota Prius” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilinə əyləşərək Abşeron rayonu Mehdiabad qəsəbəsinə getmişlər. Həmin günü təxminən saat 01 radələrində onlar Mehdiabad qəsəbəsində evlərə baxır oğurluq etmək üçün münasib ev axtarmışlar. Bu zaman Mehdiabad qəsəbəsində bir evin işıqlarının yanmadığını görüb həmin evə oğurluq etmək üçün girməyi qərar almışlar. Bir müddət evi kənardan müşaiət etmişlər və görmüşlər ki evə girən-çıxan heç kim yoxdur. O, Rəşadın qıraqdan kiminsə gəlib-gəlmədiyinə baxan zaman özü ilə gətirdiyi vintaçan ilə evin darvazasının kildini açmışdır. Evin çöl darvazasının kildini açdıqdan sonra Rəşad və o, hər ikisi həyətə daxil olmuşlar. Yenə o, özü ilə gətirdiyi vintaçan ilə evin giriş qapısının kildini açmışdır. Bundan sonra mənzilə daxil olaraq mənzildən 01 ədəd “Simenes” markalı paltaryuyan maşını götürüb Rəşadın avtomobilin yük yerinə yığmışlar. Həmin paltaryuyan maşını Mehdiabad qəsəbəsində yerləşən boş torpaq sahəsinə aparıb orada gizlətmişlər. Həmin günün səhəri yenə birlikdə gedib həmin paltaryuyan maşını götürüb Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsinin mərkəsində yerləşən “Osmanlı “ dönərinin qarşısında toyuq satışı ilə məşğul olan Elçin adlı şəxsə 50 manat pul müqabilində satmışlar. Həmin pulu da öz şəxsi ehtiyaclarına xərcləmişlər. Maddi vəziyyəti yaxşı olmadığı üçün oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2021-ci il tarixdə o, Rəşadla danışıb razılaşaraq oğurluq etmək qərarına gəlmişlər. Bunun üçün həmin günü yəni xx.xx.2021-ci il tarixdə o, Təqsirləndirilən şəxs2 idarə etdiyi “Toyota Prius” markalı avtomobilinə əyləşərək Abşeron rayonu Mehdiabad qəsəbəsinə getmişlər. Həmin günü təxminən saat 01 radələrində onlar Mehdiabad qəsəbəsində evlərə baxır oğurluq etmək üçün münasib ev axtarmışlar. Bu zaman Mehdiabad qəsəbəsində bir evin işıqlarının yanmadığını görüb həmin evə oğurluq etmək üçün girməyi qərar almışlar. Bir müddət evi kənardan müşaiət etmişlər və görmüşlər ki, evə girən-çıxan heç kim yoxdur. O, Rəşad qıraqdan kiminsə gəlib-gəlmədiyinə baxan zaman özü ilə gətirdiyi vintaçanla evin darvazasının kildini açmışdır. Evin çöl darvazasının kildini açdıqdan sonra Rəşad və o, həyətə daxil olmuşlar. Yenə o, özü ilə gətirdiyi vintaçanla evin giriş qapısının kildini açmışdır. Bundan sonra evə daxil olaraq evdən 01 ədəd su mühərrikini, 01 ədəd tozsoranı, 01 ədəd nərdivanı və 10 kiloqram çəkiyə yaxın olan mismarı götürüb Rəşadın avtomobilin yük yerinə yığmışlar. Həmin 01 ədəd su mühərrikini, 01 ədəd tozsoranı, 01 ədəd nərdivanı və 10 kiloqram çəkiyə yaxın olan mismarı Mehdiabad qəsəbəsində yerləşən boş torpaq sahəsinə aparıb orada gizlətmişlər. Həmin günün səhəri yenə birlikdə gedib həmin 01 ədəd su mühərrikini, 01 ədəd tozsoranı, 01 ədəd nərdivanı və 10 kiloqram çəkiyə yaxın olan mismarı götürüb Bakı şəhəri Binəqədə rayonu, tanımadıqları şəxsə 100 manat pul müqabilində satmılar əldə etdikləri pulu da öz şəxsi ehtiyaclarına xərcləmişlər. Maddi vəziyyəti yaxşı olamadığı üçün xx.xx.2021-ci il tarixdə o, Rəşadla danışıb razılaşaraq oğurluq etmək qərarına gəlmişdir. Bunun üçün həmin günü yəni xx.xx.2021-ci il tarixdə o, Təqsirləndirilən şəxs2 idarə etdiyi “Toyota Prius” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilinə əyləşərək Abşeron rayonu, Mehdiabad qəsəbəsinə getmişlər. Həmin günü təxminən saat 14 radələrində onlar Mehdiabad qəsəbəsində evlərə baxır oğurluq etmək üçün münasib ev axtarmışlar. Həmin vaxt gündüz vaxtı olmuşdur. Bu zaman Mehdiabad qəsəbəsində bir evin həyətində çöl işığının yandığını evə gələn qaz xəttinin bağlı olduğunu görmüşlər.Bundan sonra evdə kiminsə olub-olmadığını öyrənmək üçün evin qapısını döymüşlər. Evin qapısını heç kimin açmadığını gördükdə evdə heç kimin olmadığından əmin olub həyətə daxil olmuşlar. O, evin qapısının kildini özü ilə gətirdiyi vintaçan ilə açmışdır. Mənzilə daxil olduqdan sonra mənzildən 01 ədəd “Fondel” markalı kombi aparatını, 01 ədəd su mühərrikini, 01 ədəd elektrik gücləndiricini, 01 ədəd qaz sobasını, 01 ədəd ət çəkən maşını, 01 ədəd qəlyan aparatını, 01 ədəd şirəçəkən maşını, 01 ədəd blenderi, 01 ədəd çəngəl-qaşıq dəstini, 01 ədəd samovarı, 01 ədəd tozsoranı, 01 ədəd saç fenini götürüb Rəşadın avtomobilinin yük yerinə yığmışlar. Bundan sonra həmin əşyaları gətirib Abşeron rayonu, Mehdiabaq qəsəbəsi ərazisində olan boş torpaq sahəsinə yığmışlar. Kombi həmin yerdə qalmışdır. Qalan digər oğurladıqları əşyaları Rəşad aparıb Sulutəpə qəsəbəsi ərazisində tanımadığı şəxsə satmışdır. Rəşadın dediyinə görə həmin əşyaları 100 manat pul müqabilində satmışdır. Zərərçəkmiş şəxslərə dəymiş ziyan tam ödənilmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, valideyləri ilə bir yerdə ünvan 6 ünvanında yaşayır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onun dostudur. Bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə Rəşad ona təklif etmişdir ki, “Abşeron rayonu, Mehdiabad qəsəbəsində ev var və həmin evdə yaşayış yoxdur . Gedək həmin evdən oğurluq edək”. O da Rəşadla razılaşmışdır. Bundan sonra o, Rəşadla birlikdə Rəşada məxsus “Tayota-Prius” markalı **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək Rəşadın dediyi evə oğurluq etməık üçün getmişlər. Həmin vaxt təxminən saat 01 radələri olmuşdur. Onlar evin yerləşdiyi yerə çatdıqda görmüşlər ki, evin qapısı sınmış və açıq vəziyyətdədir. O, Rəşadla birlikdə evin birinci mərtəbəsində yerləşən qaraja daxil olub oradan 3 ədəd velosiped 01 ədəd su qızdırıcısı, 01 ədəd su mühərriki 01 ədəd samovar və 50 qutu saqqız götürüb Rəşadın avtomobilinin yük yerinə yığmışlar. Həmin əşyaları aparıb Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yerləşən boş torpaq sahəsinə yığmışlar. Həmin əşyalardan velosipedlərdən birini tanımadığı şəxsə 80 manata satmışdır. Digər 02 ədəd velosiped isə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ramazanov küçəsində tanımadığı şəxsə satmışdır. Su qızdırıcısı və su matorunu isə başqa bir tanımadığı şəxsə 60 manata satmışdır. Rəşada isə ümumi puldan 70 manat pul vermişdir. Həmin oğurluqdan ona 70 manat pul qalmış və o, həmin pulu öz şəxsi ehtiyyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyan tam ödənilmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 elan olunmuş ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə ünvan 7 ünvanında yaşayır. Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni məhəllədə yerləşən özünə məxsus fərdi evi vardır. Bildirmişdir ki, həmin evə onlar əsasən yay aylarında gəlib qalmışlar. Qış aylarında isə həmin evdə ayda bir dəfə gəlib özü baş çəkmişdir. Bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə o, evə baş çəkmək üçün gələn zaman evdə hər şey qaydasında olmuşdur. O, xx.xx.2021-ci il tarixdə evə yenidən baş çəkmək üçün gələn zaman evin darvazasının kilidinin sındırıldığını aşkar etmişdir. Evə baxan zaman evin giriş qapısının və evin birinci mərtəbəsində yerləşən qarajın qapısının kildinin sındırıldığını aşkar etmişdir. Evə baxan zaman isə evdən ona məxsus 01 ədəd 800 manat dəyərində “Samsung” markalı televizoru,01 ədəd 600 manat dəyərində “Sharp” markalı paltaryuyan maşını,01 ədəd 1200 manat dəyərdinə “Mides” markalı soyuducunu,8 ədəd hər birinin dəyəri 70 manat olan 560 manat dəyərində stulları,01 ədəd 100 manat dəyərində divar saatını,01 ədəd 150 manat dəyərində qaz peçini evin birinci mərtəbəsində yerləşən qarajdan isə 01 ədəd 250 manat dəyərində su qızdırıcısnı,03 ədəd hər biri 200 manat dəyərində olan 600 manat dəyərində velosipedi,01 ədəd 100 manat dəyərində su mühərrikini,01 ədəd 400 manat dəyərində samovarı və 50 ədəd hər biri 10 manat olan ümumilikdə 500 manat dəyərində “Dirol” markalı saqqız qutularını oğurlandığını aşkar etmişdir. Hadisə nəticəsində ona ümumilikdə 5260 manat məbləğində maddi ziyan dəymişdir. O, mənzilindən oğurluq olduğu üçün DİN-nin 102 xidmətinə və ərizə ilə Abşeron RPİ-nin Mehdiabad PB-nə müraciət etmişdir.Eyni zamanda Zərərçəkmiş şəxs1 əlavə dindirmə zamanı təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə razı olduğunu və mənzilindən oğurlanmış 08 ədəd hər biri 70 manat olan stulların hər birinin 30 manat kimi qiymtələndirilməsinə və 01 ədəd divar saatının 40 manat kimi qiymətləndirilməsinə etiraz etmədiyini bildirmişdir. Belə olduğu halda ona hadisə nəticəsində ümumilikdə 4880 manat məbləğində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə daxil olmuş ərizədən görünür ki, təqsirləndirilən şəxslərdən ona dəymiş ziyan tam olaraq ödənilmişdir, onlara qarşı hər hansı bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 elan olunmuş ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə ünvan 9 ünvanında yaşayır. Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni məhəllədə yerləşən özünə məxsus fərdi evi vardır. Bildirmişdir ki, o, həmin evdə yaşamasa da mütəmadi olaraq həmin evə gedib baş çəkirmişdir. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə o, həmin evə baş çəkmişdir. xx.xx.2021-ci il tarixdə o, həmin evə yenidən baş çəkmək üçün gedən zaman evin darvaza və giriş qapılarının kilidlərinin sındığını aşkar etmişdir. O, mənzilindən oğurluq hadisəsi baş verdiyi üçün DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Ona məxsus mənzildən baş vermiş oğurluq hadisəsi zamanı onun mənzilindən 01 ədəd 850 manat dəyərində “Vanvard” markalı kombi aparatının və 01 ədəd 75 manat dəyərində su mühərrikinin oğurlandığını aşkar etmişdir. Hadisə nəticəsində ona ümumilikdə 925 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirlənidirilən şəxslər ona dəymiş ziyan tam olaraq ödəmişlər, onlara qarşı hər hansı bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 məhkəməyə ünvanlanmış teleqramından görünür ki, dəymiş ziyan ödənilmişdir, şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 elan olunmuş ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Xələfli küçəsində yerləşən fərdi evdə yaşayır. Bildirmişdir ki, naməlum şəxs və ya şəxslər xx.xx.2021-ci il tarixdə ona məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Xələfli küçəsində yerləşən fərdi evə qapının kildini sındırma yolu ilə qanunsuz daxil olaraq mənzildən 01 ədəd 600 manat dəyərində “Siemens” markalı paltaryuyanı gizli olaraq talayaraq ona 600 manat məbləğində maddi ziyan vurmuşdur. Onun mənzilindən oğurluq olduğu üçün DİN-nin 102 xidmətinə və ərizə ilə Abşeron RPİ-nə müraciət etmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs3 əlavə dindirmə zamanı təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə razı olduğunu və mənzilindən oğurlanmış 01 ədəd “Siemens” markalı paltaryuyanın dəyərinin 500 manat kimi qiymətləndirilməsinə etiraz etmədiyini bildirmişdir. Belə olduğu halda ona hadisə nəticəsində ümumilikdə 500 manat məbləğində maddi ziyan dəydiyini bildirmişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə ünvanlandığı teleqramdan görünür ki, təqsirlənidirilən şəxslər tərəfindən ona dəymiş ziyan tam olaraq ödəmişlər, onlara qarşı hər hansı bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 10 ünvanında yaşayır. Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni məhəllədə yerləşən özünə məxsus fərdi evi vardır. Bildirmişdir ki, O, həmin evdə yaşamasa da mütəmadi olaraq həmin evə gedib baş çəkmişdir. 24 dekabr 2021-ci il tarixdə saat təxminən 13 radələrində o, evə baş çəkən zaman naməlum şəxs və ya şəxslər mənzilin giriş qapısının kilidni sındırma yolu ilə mənzildən 01 ədəd 270 manat dəyərində su nasosunu, 01 ədəd 300 manat dəyərində tozsoranın, 01 ədəd 40 manat dəyərində pilləkənin,10 kiloqram 30 manat dəyərində mismarı gizli olaraq talayaraq ona ümumilikdə 640 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirlənidirilən şəxslər ona dəymiş ziyan tam olaraq ödəmişlər, onlara qarşı hər hansı bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi evdə yaşayır. Bildirmişdir ki, 25 dekabr 2021-ci il tarixdə o, ailəs ilə birlikdə Saatlı rayonuna getmişdir. 27 dekabr 2021-ci il tarixdə o, evə qayıdan zaman evin darvazasının kilidinin sındırıldığını aşkar etmişdir. Həyətə daxil olan zaman evin qapısının kilidinin də sındırıldığını aşkar etmişdir. Evə daxil olan zaman evdən 01 ədəd 1200 manat dəyərində kombi aparatını, 01 ədəd 80 manat dəyərində su mühərrikini, 01 ədəd 400 manat dəyərində elektrik gücləndiricini, 01 ədəd 100 manat dəyərində qaz peçini, 01 ədəd 150 manat dəyərində ət çəkən maşın, 01 ədəd 170 manat dəyərində qəlyan aparatını, 01 ədəd 120 manat dəyərində şirəçəkən maşını, 01 ədəd 130 manat dəyərində blenderi, 01 ədəd 250 manat dəyərində çəngəl-qaşıq dəstini, 01 ədəd 250 manat dəyərində samovarı, 01 ədəd 180 manat dəyərində tozsoranı, 01 ədəd 50 manat dəyərində saç feninin oğurlandığını aşkar etmişdir. Hadisə nəticəsində ona ümumilikdə 3080 manat məbləğində maddi ziyan dəymişdir. Eyni zamanda Zərərçəkmiş şəxs5 əlavə dindirmə zamanı təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə razı olduğunu və mənzilindən oğurlanmış 01 ədəd “Fondel” markalı Kombinin 600 manat kimi qiymətləndirilməsinə etiraz etmədiyini bildirmişdir. Belə olduğu ona hadisə nəticəsində ona ümumilikdə 2480 manat məbləğində maddi ziyan dəydiyini bildirmişdir. Təqsirləndirilən şəxslər ona dəymiş ziyan tam olaraq ödəmişlər, onlara qarşı hər hansı bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Şahid1 elan olunmuş ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu, Məmmədli kəndində yerləşən fərdi evdə yaşayır. Təqsirləndirilən şəxs1 onun oğludur. Oğlu heç bir yerdə işləmir. Bildirmişdir ki, oğlunun oğurluq etdiyindən məlumatım olmamışdır. Təxminən 10 gün bundan öncə oğlu Namiq evə 08 ədəd stul, 01 ədəd divar saatı və bir ədəd “Fundel” markalı kombi aparatı gətirmişdir. O, Namiqdən həmin əşyaları haradan gətirdiyini soruşduqda ona bildirmişdir ki, “həmin əşyaları usta kimi işlədiyi yerdən pul əvəzi vermişlər.” O, bu söhbəti eşitdikdə Namiqə inanmamış və arvadına dedimişdir “Namiq yalan danışır, həmin əşyaları evə qoymayın”. Bundan sonra həmin əşyaları büküb evin çölündə saxlamışlar. O, həmin əşyaları oğlundan şübhələndiyi üçün evə qoymamışdır. Bundan sonra öyrənmişdir ki, oğlu Namiq oğurluq etdiyi üçün tutulmuşdur. Sonra o, evlərində olan əşyaların oğurluq olduğunu öyrəndiyi üçün öz idarə etdiyi avtomobilə yükləyərək həmin əşyaları Abşeron RPİ-nə gətirib təhvil vermişdir. Məhkəmə iclasında Şahid2 elan olunmuş ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə Bakı, şəhəri, Binəqədi rayonu, 2-ci mədəndə yerləşən fərdi evdə yaşayır. Bildirmişdir ki, Təqsirləndirilən şəxs1 həmkəndlisi kimi tanıyır. Təqsirləndirilən şəxs1 ona 01 ədəd “Siemens” markalı paltaryuyan satdığını bildirmişdir. O, Namiqdən 01 ədəd “Siemens” markalı paltaryuyan almışdır. O, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində “Osmanlı” dönərin qarşısında toyuq satışı ilə məşğul olur.Təxminən 7-8 gün öncə Namiq ona yaxınlaşaraq paltaryuyan satdığını bildirmişdir. Namiq evdə uşağının xəstə olduğunu bunun üçün həmin paltaryuyanı satdığını bildirmişdir. O, həmin əşyanın oğurluq olmasından məlumatı olmamışdır. Onun evdə yataq xəstəsi anası vardır. O, düşünmüşdür ki, həmin paltaryuyanı alaraq həmin paltarları daha asan yuya bilər. Bunun üçün 50 manat pul müqabilində həmin paltaryuyanı Namiqdən almışdır. Həmin paltaryuyanı evində saxlamışdır. Bundan sonra öyrənmişdir ki, həmin paltaryuyan oğurluq olmuşdur. Onun üçün də könüllü surətdə həmin paltaryuyanı gətirib Abşeron RPİ-nə təqdim etmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək rəy alınmışdır. Ekspertin 05 mart 2022-ci il tarixli 9/1127 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “Fondel” markalı L1PB24-NF modelli kombi istilik sistemi aparatının 2021-ci ilin noyabr-dekabr ayına olan orta bazar qiyməti təxminən 600 manat, 01 ədəd Türkiyə istehsalı olan 5,5kiloqram tutumlu “Siemens” markalı, WM0261ME modelli paltaryuyan maşının 2021-ci ilin noyabr-dekabr ayına olan orta bazar qiyməti təxminən 500 manat, 01 ədəd (kürəkliyi paxlava formalı yumşaq)oturacağın 2021-ci ilin noyabr-dekabr ayına olan orta bazar qiyməti təxminən 30 manat və 01 ədəd “Mana” markalı dairəvi divar saatının 2021-ci ilin noyabr-dekabr ayına olan orta bazar qiyməti təxminən 40 manat müəyyən edilir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 tərəfindən məhkəməyə təqdim edilmiş ərizələrdən görünür ki, dəymiş ziyan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 tərəfindən tam ödənilmişdir və onların təqsirləndirilən şəxslərə qarşı şikayətləri və tələbləri yoxdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, İş üzrə maddi sübut olan 08 ədəd stul və 01 ədəd divar saatı saxlanılmasından ötrü sahibi Zərərçəkmiş şəxs1, 01 ədəd Fondel” markalı L1PB24-NF modelli kombi istilik sistemi aparatı saxlanılmasından ötrü sahibi Zərərçəkmiş şəxs5 və Türkiyə istehsalı olan 5,5 kiloqram tutumlu “Siemens” markalı, WM0261ME modelli paltaryuyan maşın saxlanılmasından ötrü sahibi Zərərçəkmiş şəxs3 təhvil verilmişdir. Şübhəli şəxsi tutma haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 xx.xx.2021-ci il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşlar. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 barəsində həbsetmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilək “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilək “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilək “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə istintaqından yayındığından Abşeron rayon məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmənin qərarı əsasında Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə saxlanılaraq Abşeron rayon Polis İdarəsi MSY-nə təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin göstərilən cinayət əməlini törətməkdə təqsirli olmaları sübuta yetirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onların etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadəsi ilə, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası CPM-nin 349.5-ci maddəsinə görə məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin nümayəndəsinin və şahidlərin ifadəsinin, mütəxəssis rəyinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi əməllər Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyini zamanı Azərbaycan Respublikası CMin 59.1.4 -cü maddəsinə əsasən xx.xx.2020-ci il təvəllüdlü Ömür Məmmədova adlı bir azyaşlı övladının olmasını, Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq aradan qaldırılması, o cümlədən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi nəticəsində zərərçəkmiş şəxslərin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyini zamanı Azərbaycan Respublikası CMin 59.1.4-cü maddəsinə əsasən xx.xx.2020-ci il təvəllüdlü Aygül Məmmədova, xx.xx.2017ci il təvəllüdlü Ləman Məmmədova, xx.xx.2016-cı il təvəllüdlü Kəmalə Məmmədova adlı 3 azyaşlı övladının olmasını, zərərçəkmiş şəxslərin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs3 cəza təyini zamanı Azərbaycan Respublikası CMin 59-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq aradan qaldırılması, o cümlədən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi nəticəsində zərərçəkmiş şəxslərin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə məhkumluqla bağlı qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən,“… məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010-cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “Cinayət Məcəlləsində “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq təfsir edilməlidir. Başqa yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin pozulmasına, əməlin əsassız olaraq residiv kimi qiymətləndirilməsinə, şəxsə daha ağır cəzanın təyin edilməsinə, onun vəziyyətinin qanuni əsaslar olmadan pisləşməsinə gətirib çıxarmış olar.” Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkarlar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarlar tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarların cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onların əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxslərə dəymiş maddi ziyan Təqsirləndirilən şəxs2 tərəfindən tam ödənilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.3-cü bəndində törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması tövsiyə olunmuşdur. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 ilk dəfə az ağır cinayət törətmələrini, cəzalarının yüngülləşdiriən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, onlara təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs3 az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəs, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ədalət prinsipi baxımından qanuni, əsaslı və məqsədə müvafiqdir. Təqsirləndirilən şəxs3 Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən əvvəl hazırkı iş üzrə təqsirli olduğu müəyyən olduğuna görə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə barəbar tutulur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində, həbsdə və ev dustaqlığında saxlanıldığı 03 ay, həmçinin Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində, həbsdə və ev dustaqlığında saxlanıldığı 03 ay, həm də məhkəmə istintaqından yayındığı üçün xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlandığı müddət azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, onlara təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətiman tədbiri ləğv edilməli, dərhal məhkəmə zalında həbsdən azad olunmalı, hökm qanuni qüvvəsini alanadək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin başlanğıcı Yasamal rayon məhkəməsinin 1(004)-209/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə müəyyən edilmiş xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, iş üzrə maddi sübut olan 08 ədəd stul və 01 ədəd divar saatı saxlanılmasından ötrü sahibi Zərərçəkmiş şəxs1, 01 ədəd Fondel” markalı L1PB24- NF modelli kombi istilik sistemi aparatı saxlanılmasından ötrü sahibi Zərərçəkmiş şəxs5 və Türkiyə istehsalı olan 5,5 kiloqram tutumlu “Siemens” markalı, WM0261ME modelli paltaryuyan maşın saxlanılmasından ötrü sahibi Zərərçəkmiş şəxs3 təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə 50 manat ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Bundan başqa, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 məhkəmə istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına köçürülməlidir. Hökmün icrası təqsirləndiilən şəxslər Təqsirləndirilən şəxs2 münasibətdə Naxçıvan MR, Şərur rayon İcra və probasiya şöbəsinə, Təqsirləndirilən şəxs1 aid hissədə Sumqayıt şəhər Probasiya Şöbəsinə, digər Təqsirləndirilən şəxs3 aid hissədə Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində, həbsdə və ev dustaqlığında saxlanıldığı 03 ay, həm də məhkəmə istintaqından yayındığı üçün xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlandığı müddət azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 10 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan MR ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və məhkəmə zalında həbsdən azad edilsin. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 03 ay müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 03 ay müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası azadlığın məhdudlaşdırılması cəzası Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla, CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla, Təqsirləndirilən şəxs3 üzərində qəti olaraq, 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut olan 08 ədəd stul və 01 ədəd divar saatı saxlanılmasından ötrü sahibi Zərərçəkmiş şəxs1, 01 ədəd Fondel” markalı L1PB24-NF modelli kombi istilik sistemi aparatı saxlanılmasından ötrü sahibi Zərərçəkmiş şəxs5 və Türkiyə istehsalı olan 5,5 kiloqram tutumlu “Siemens” markalı, WM0261ME modelli paltaryuyan maşın saxlanılmasından ötrü sahibi Zərərçəkmiş şəxs3 təhvil verilməsi nəzərə alınsın. İş üzrə 50 manat ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına köçürülsün. Hökmün icrası təqsirləndiilən şəxslər Təqsirləndirilən şəxs2 münasibətdə Naxçıvan MR, Şərur rayon İcra və probasiya şöbəsinə, Təqsirləndirilən şəxs1 aid hissədə Sumqayıt şəhər Probasiya Şöbəsinə, digər Təqsirləndirilən şəxs3 aid hissədə Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-52/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-52/2023
02.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver