Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-520/2020 07.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1996-cı ildə ünvan 1 a ünvanda qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, AzərbaycanRespublikasınınvətəndaşı, evli, ortatəhsilli, əvvəllərməhkumolunmamış, işləməyən, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinəXırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli talama məqsədi ilə xx xxxx 2020-ci il tarixdə saat 11:30 radələrindən həmin günü saat 18:00 radələrində ünvan 3 ünvanında kirayə yaşadığı evdən Zərərçəkmiş şəxs məxsus 1 ədəd 1100 manat dəyərində Shivaki markalı kondinsionerin qabaq hissəsini, 1 ədəd 650 manat dəyərində Midea markalı soyuducunu, 1 ədəd Samsunq markalı 870 manat dəyərində paltaryuyan maşını, bir ədəd LG markalı 450 manat dəyərində televizoru, bir ədəd 35 manat dəyərində «Starbox» markalı peyk antennası tüner aparatını oğurlamış, Zərərçəkmiş şəxs ümumilikdə 3105 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, onun əsl adı Məhəmməd olsa da, hamı onu Maqa deyərək çağırır. 2017-ci ilin sentyabr ayından etibarən Şahid1 ilə qeyri rəsmi mülki nigahda yaşamış və xx xxxx 2020-ci il tarixdə Şahid1 ilə o rəsmi nigaha daxil olmuşdur. xx xxxx 2020-ci il tarixdə Muğan adlı maklerin vasitəsi ilə Zərərçəkmiş şəxs ilə tanış olmuş, xx xxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs Firuddin oğlunun yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi 1-ci döngə, 6-cı küçə, 120 nömrəli yaşayış evinin həyətində 1 otaqlı tikilini 250 manata aylıq kirayə götürmüş və həmin gündən Zərərçəkmiş şəxs yaşadığı evdə arvadı Səidə və azyaşlı oğlu Amir Saidlə kirayə yaşamışdır. xx xxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs 140 manat kirayə haqqı pul vermiş, 110 manat pulu isə sonra verəcəyinə dair söz vermiş, xx xxxx 2020-ci il tarixə qədər Zərərçəkmiş şəxs evində arvadı Səidə və azyaşlı oğlu Amir Saidlə yaşamışdır. xx xxxx 2020-ci il tarixdə arvadı Səidə ona həmin evin şəraitini bəyənmədiyini bildirərək evdən çıxmağı təklif etmiş, buna görə Səidə ilə aralarında söz mübahisəsi olmuş, Səidə də xx.xx.2020-ci il tarixdə öz anası Şahid2 Qənbər qızının evinə getmiş, xx xxxx 2020ci il tarixə qədər o həmin Zərərçəkmiş şəxs evində tək qalmış, xx xxxx 2020-ci il tarixdə saat 07 radələrində o öz kirayə yaşadığı Zərərçəkmiş şəxs məxsus evdə yatdığı zaman arvadı Səidə azyaşlı uşaqla oraya gəlmiş, saat təxminən 10 radələrində isə Səidə onu yuxudan oyatmış və ona ev sahibinin çağırdığını bildirmiş, o həmin otaqdan çıxanda Zərərçəkmiş şəxs görmüş, ev sahibi ondan aylıq kirayə haqqının qalığı olan 110 manat pulu istəmiş, o da Zərərçəkmiş şəxs bu günlərdə həmin pulu ona verəcəyini söyləmişdir. Bundan az bir vaxt sonra arvadı Səidə həyətdə azyaşlı uşaqla oynamış, yelləncəkdədə uşağı əyləndirmiş, bu zaman Zərərçəkmiş şəxs özü də azyaşlı uşaqla oynamışdır. Saat təxminən 11 radələrində arvadı Səidə azyaşlı uşağı götürüb öz anası evinə getmişdir. Gedəndə uşağa və özünə aid şəxsi əşyalarıda aparmışdır. O yenə kirayə qaldığı evdə tək qalmışdır. Arvadı gedəndən sonra pulu qurtadığı üçün və maddi vəziyyəti çətin olduğu üçün o həmin kirayə qaldığı evdən əşyaları oğurlamaq və satmaq qərarına gəlmişdir. Ona görə arvadı gedəndən sonra saat təxminən 11:30 radələrində kirayə yaşadığı otaqda olan vintaçan alətlə divarda olan 1 ədəd qara rəngli LG markalı televizoru divara bərkidilmiş yerdən çıxartmışdır. Televizorun altında olan peyk antennasını isə ayrıca sellofan torbaya qoyub saxmışdır ki, onuda oğurlasın. Öz istifadəsində olan mobil telefondan internet vasitəsi ilə Lalafo saytına daxil olub orada televizorların alışı elanına baxıb bir elan tapıb, televizor almaq istəyən elandakı şəxslə telefon əlaqəsi saxlamış, həmin şəxsə televizorun fotoşəkillərini yollamış, həmin şəxs televizoru 50 manata ala biləcəyini söyləyərək televizoru oğurluq olub olmadığını soruşmuş, lakin o həmin şəxsə televizoru 55 manata satacağını və televizorun oğurluq olmadığını özünə məxsus olduğunu söyləmişdir. Həmin şəxs razılaşmışdır. O həmin şəxsə olduğu yerin Xırdalan şəhəri olduğumu söyləyəndə həmin şəxs onu Xırdalan şəhəri 28-ci məhəllə 1 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən televizor təmiri yerinə yolamışdır ki, o həmin yerdə işləyən şəxsə televizoru versin. O da otaqda olan çantaya televizoru qoyub onu heç kəs görmədən evin həyətindən çıxıb piyada Xırdalan şəhəri 28-ci məhəllə 1 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən televizor təmiri yerinə getmişdir. Orada işləyən usta ilə görüşüb özündə olan LG markalı televizoru ona təqdim etmişdir. Az əvvəl danışdığı müştəri ilə təkrar telefon əlaqəsi saxlayıb həmin usta ilə həmin şəxsi telefonla danışmaları üçün şərait yaratmışdır. Telefondakı şəxs usta ilə telefonla danışandan sonra həmin usta ona 55 manat pul verib LG markalı telefizoru götürmüşdür. O da həmin 55 manat pulu götürüb öz kirayə yaşadığı Zərərçəkmiş şəxs evinə qayıtmışdır. Saat təxminən 12:10 radələrində o həmin kirayə yaşadığı otağa daxil olub qərara gəldim ki, orada olan Samsunq markalı paltaryuyan maşını oğurlayıb satsın. Ona görə öz istifadəsində olan ***-***-**-** nömrəsindən internet vasitəsi ilə paltaryuyan maşın alan şəxslərin elanlarına baxıb orada bir elandakı nömrə ilə əlaqə saxlamışdır. Həmin elandakı xatırlamadığı nömrə ilə əlaqə saxlayıb, həmin şəxsə Samsunq markalı paltaryuyan maşının şəkillərini çəkib yollamışdır. Həmin şəxs paltaryuyan maşını baxıb bəyənmiş və ona paltaryuyan maşını 50 manata ala biləcəyini söyləmişdir. O öz istifadəsində olan ***-***-**-** nömrəsindən 2111 taksi şirkətindən taksi sifariş vermiş, az vaxt sonra taksi sürücüsü gəlib onun kirayə yaşadığı ünvana çatanda ondan özünə məxsus paltaryuyan maşını başqa bir yerə aparmağı və onu avtomobilə yükləməyə kömək etməsini xahiş etmişdir. Həmin taksi sürücüsüdə ona otaqda olan paltaryuyan maşını taksi avtomaşınına yükləməyə kömək etmiş və onu avtomobilə yükləmişdir. Həmin elanda danışdığı şəxslə əlaqə saxlayıb həmin paltaryuyan maşını Bakı şəhəri Nəsimi rayonu H. Seyidzadə küçəsi 20 nömrəli binanın altında yerləşən məişət texnikalarının alqı satqısı və təmiri yerinə aparmışdır. Orada telefonla danışan şəxslə görüşüb həmin patlaryuyan maşını həmin şəxsə təhvil verib 45 manata satmışdır. Alan şəxs ondan paltaryuyan maşının oğurluq olmasını soruşmuş, o həmin şəxsə paltaryuyan maşının özünə məxsus olmağını söyləmişdir. Həmin yerdən başqa bir yol maşını ilə yenə kirayə yaşadığı evə qayıtmışdır. Saat təxminən 14 radələrində kirayə yaşadığı otaqda olan Shivaki markalı kondinsionerin qabaq hissəsini oğurlayıb satmaq qərarına gəlmişdir. Buna görə otaqda olan kəlbətində kondinsionerin şnurlarını və şlanqlarını kəsmiş kondinsioneri çıxartmışdır. Sonra istifadə etdiyi mobil telefonla internet vasitəsi ilə kondinsioner alışı elanlarına daxil olub bir elan tapıb müştəri ilə danışmış, kondinsioneri 55 manata satmağı barədə bildirmişdir. Ona telefon vasitəsi ilə kondinsionerin fotoşəkillərini yollamış, müştəri baxıb bəyənmiş və ona kondinsioneri Nizami rayonu Qara Qarayev küçəsinə gətirməyini söyləmişdir. O yenə istifadə etdiyi mobil telefondan 2111 taksi şirkətindən taksi sifariş vermiş, həmin taksiyə kondinsioneri yükləmiş və kondinsioneri Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 46 ünvanında yerləşən məişət texnikalarının alqı satqısı və təmiri mağazasına aparmışdır. Orada işləyən bir nəfər şəxs kondinsionerə baxıb bəyənmiş, ondan həmin kondinsionerin oğurluq olub olmadığını soruşmuş, o da həmin şəxsə kondlinsionerin özünə aid olmasını söyləmişdir. Həmin şəxs kondinsioneri baxıb onu 50 manata almağa razılaşmış, o da həmin kondinsioneri 50 manata həmin şəxsə satmışdır. Alan şəxs üçün o bir kağız üzərinə yazmış ki, «mənə məxsus Shivaki markalı kondinsionerin qabaq hissəsini 50 manat dəyərində satdım». Daha sonra kağız üzərinə imza etmişdir. Kondinsioneri satandan sonra kirayə yaşadığı evdə olan Midea markalı soyuducunu satmaq qərarına gəlmişdir. Ona görə həmin ondan kondinsioner alan şəxsə özündə bir Midea markalı soyuducununda olmasını və satmaq istəməyimi bildirmişdir. Həmin şəxs ona şəkillərini çəkib atmasını və şəkillərinə baxıb soyuducuya qiymət deyəcəyini bildirmişdir. O həmin yerdən onu oraya aparan taksi ilə öz kirayə yaşadığı evə qayıtmışdır. Saat həmin vaxtı 17 radələrində evdə soyuducunun şəkillərini çəkib həmin şəxsin mobil telefonuna yollamışdır. Həmin şəxs baxıb soyuducu üçün 150 manat pul verə biləcəyi barədə bildirmişdir. O da razılaşmış, həmin şəxs sonrakı günü gəlib soyuducunu apara biləcəklərini söyləmişdir. Saat 18 radələrində o 2111 taksi sifariş verib soyuducunun içindəki bütün rəfləri çıxardıb yüngülləşdirib, taksi gələndə isə tək soyuducunu taksi avtomobilinə yükləmişdir. Bundan başqa peyk antennasınıda taksi avtomobilinə yükləmişdir. Həmin soyuducunu taksi ilə qaynanası Şahid2 Qənbər qızının Xırdalan şəhərindəki yaşadığı evə aparmışdır. Həmin soyuducunu qaynanasının yaşadığı evin həyətinə düşürmüş, peyk antennasını isə qaynanamın yaşadığı evin həyətində rəflərin birinə qoymuş və taksini yola salmışdır. Peyk antennasını arvadı və qaynanası görməmişdir. Qaynanası və arvadı Səidə ondan soyuducunun haradan olmasını soruşanda o onlara bir dostunun ona soyuducu satmaq üçün verdiyini bildirmişdir. Səidə həmin vaxtı ona soyuducunun kirayə yaşadığı evdə olan soyuducuya bənzədiyini deyib, həmin soyuducunu kirayə yaşadığımız evdən oğurlayıb oğurlamadığımızı soruşmuşdur. O Səidəyə soyuducunun sadəcə kirayə yaşadığımız evdə olan soyuducuya oxşadığını həmin soyuducunun dostumun ona satmaq üçün verdiyini, soyuducunun satışından qazanc əldə edəcəyini kirayə yaşadığı evdən heç nə oğurlamadığımı söyləmişdir. Həmin soyuducu qaynanasının yaşadığı evin həyətində qalmışdır. O həmin günü qaynanasının yaşadığı evdə qalmış və Səidəyə Zərərçəkmiş şəxs kirayə yaşadığı evdən artıq çıxdığını bildirmişdir. xx xxxx 2020-ci il tarixdə saat 16 radələrində həmin Qara Qarayev prospekti 46 ünvanında yerləşən məişət texnikasının təmiri və satışı yerində işləyən şəxslə telefon əlaqəsi saxlamış həmin şəxs soyuducunu özləri gəlib götürəcəklərini ona bildirmişdir. O olduğu yeri internet vasitəsi ilə həmin şəxsə yollamışdır. Az bir vaxt sonra qaynanasının yaşadığı evə bir avtomobil gəlmiş, avtomobildəki şəxslə o görüşmüş, həmin şəxs mənə 150 manat pul verib, həyətdəki soyuducunu almışdır. O da bir kağıza Midea markalı soyuducunu öz istəyimlə satmağı barədə yazı yazıb imza atmışdır. Həmin şəxsə soyuducunun özünə aid olmasını oğurluq olmamasını söyləmişdir. O Zərərçəkmiş şəxs yaşadığı evdən əşyaları tək oğurlamış, əşyaları oğurlamağı barədə arvadı Səidənin bu barədə məlumatı olmamışdır. Oğurluq barədə qaynanası Simuzərində xəbəri olmamışdır. Peyk antenası özündədir, istintaqa təqdim etmişdir. xx.xx.2020-ci il tarixdə saat 11 radələrində arvadı Səidə azyaşlı uşaqla öz anası evinə getmişdir, Səidə kirayə yaşadığı evdə olan əşyaları oğurladığını görməmiş, onunla cinayətdə iştirak etməmiş, bu barədə də Səidənin məlumatı olmamışdır. Hazırda törətmiş olduğu cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşmançılıq hissi keçirməsini və zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini nəzərə alıb məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq massivi 1-ci döngə küçə 6, 120 nömrəli evimin həyətində 1 otaqlı ayrı tikili tikib həmin otağı kirayə verir. Muğan adlı ev alqı satqısı ilə məşğul olan şəxsin vasitəsi ilə özünü Maqa kimi təqdim edən şəxslə tanış olmuşdur. Sonradan öyrəndim ki, Maqanın əsl adı Təqsirləndirilən şəxsdur. xx xxxx 2020-ci il tarixdə yaşadığı evin həyətində olan bir otağı Maqa adlı şəxsə 250 manata aylıq kirayə vermişdir. Maqa kirayə götürdüyü vaxtı öz arvadı kimi ona təqdim etdiyi Səidə adlı qadını və 1 azyaşlı uşağını həmin kirayə götürdüyü otağa gətirmişdir. O vaxtdan Məhəmməd, arvadı Səidə və azyaşlı uşağı evdə yaşamağa başlamışlar. xx xxxx 2020-ci il tarixdə o öz yaşadığı evdə olmuş, saat 10 radələroində gedib Məhəmmədin kirayə yaşadığı otağın qapısını döymüşdür ki, ondan verməli olduğu kirayə haqqını istəsin. Çünki Məhəmməd ona aylıq kirayə haqqından 250 manat puldan 140 manat pul vermiş, 110 manat pul verməli olmuşdur. Bu zaman arvadı Səidə içəridən Məhəmmədi səsləyək qapıya çağırmışdır. Məhəmməd otaqdan tək çıxaraq, ona kirayə haqqının 110 manat olan hissəsini ona 1-ci gün verəcəyini bildirmişdir. O da razılaşmışdır. Bundan sonra o Məhəmmədi görməmişdir. Həmin günü saat təxminən 18 radələrində isə o evin həyətində Məhəmmədin uşağı ilə oynadığını və həyətdəki yelləncəkdə yellədiyini görmüşdür. Hətta həmin vaxtı Məhəmmədin arvadı Səidədə uşaqla oynamışdır. Bundan sonra o, nə Məhəmmədi, nə onun arvadını, nə uşağını görməmişdir. Həmin günü xx.xx.2020-ci il tarixdə saat 21:00 radələrində o Məhəmmədin yaşadığı otağın işığının yandığını görüb onun istifadə etdiyi ***-***-**-** və ***-***-**-** nömrələrinə işığı keçirməsini bildirməsi üçün zəng etmişdir. Lakin Məhəmməd telefona cavab verməmişdir. Saat təxminən 22:30 radələrində isə artıq məcbur olub ehtiyyat açarla həmin otağın qapısını açanda Məhəmmədə kirayə verdiyi otaqdan əşyalarımın oğurlandığını aşkar etmişdir. Kirayə verdiyi otaqdan 1100 manat dəyərində Shivaki markalı kondinsionerinin 1 ədəd qabaq hissəsi, 1 ədəd 650 manat dəyərində Midea HD markalı soyuducu, 1 ədəd 870 manat dəyərində Samsunq markalı paltaryuyan maşını, 1 ədəd 450 manat dəyərində LG markalı televizoru, 1 ədəd 65 manat dəyərində peyk antennası aparatı oğurlanmışdır. İlkin izahatında 1 ədəd 200 manat dəyərində xalçanın oğurlandığını qeyd etsədə, sonradan həmin xalçanı bükülmüş vəziyyətdə otağın kənarında aşkar etmişdir. Kondinsionerin isə Mitsubişi markalı olmasını ilkin izahatımda qeyd etsədə, sonradan onun markasının Shivaki olması müəyyən edilmişdir. Beləliklə ona oğurluq nəticəsində 3135 manat ziyan dəymişdir. O Məhəmmədin həmin əşyaları oğurladığını və apardığını görməmişdir. Sonda o, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini bildirdi. Bundan əlavə, məhkəmə baxışında Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını və ona dəymiş ziyanın tam şəkildə ödənildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2017-ci ilin sentyabr ayından etibarən Təqsirləndirilən şəxs ilə qeyri rəsmi mülki nigahda yaşamış, 2019-cu ilin aprel ayının 19-da azyaşlı oğlu X6 dünya gəlmişdir. xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs ilə o rəsmi nigaha daxil olmuşdur. xx xxxx 2020-ci il tarixdə əri Məhəmməd Muğan adlı maklerin vasitəsi Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. xx xxxx 2020-ci il tarixdə əri Məhəmməd Zərərçəkmiş şəxs Firuddin oğlunun yaşadığı Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi 1-ci döngə 6-cı küçə 120 nömrəli yaşayış evinin həyətində 1 otaqlı tikilini 250 manata aylıq kirayə götürmüş və həmin gündən Zərərçəkmiş şəxs yaşadığı evdə Məhəmməd, o və azyaşlı oğlu Amir Saidlə kirayə yaşamışlar. xx xxxx 2020-ci il tarixdə Məhəmməd Zərərçəkmiş şəxs 140 manat kirayə haqqı pul vermiş, 110 manat pulu isə sonra verəcəyinə dair söz vermişdir. xx xxxx 2020-ci il tarixə qədər Zərərçəkmiş şəxs evində əri Məhəmməd, o və azyaşlı oğlu Amir Saidlə yaşamışdır. xx xxxx 2020-ci il tarixdə o Məhəmmədə bildirmişdir ki, həmin evin şəraitini bəyənmir, Məhəmmədə evdən çıxmağı təklif etmiş, buna görə Məhəmmədlə aralarında söz mübahisəsi olmuş, o da xx.xx.2020-ci il tarixdə öz anası Şahid2 Qənbər qızının evinə getmişdir. xx xxxx 2020-ci il tarixə qədər Məhəmməd həmin Zərərçəkmiş şəxs evində tək qalmışdır. xx xxxx 2020-ci il tarixdə saat 07 radələrində o anasının evindən Məhəmmədlə birlikdə kirayə yaşadığı Zərərçəkmiş şəxs evinə azyaşlı uşağı ilə getmişdir. Həmin vaxtı evdə Məhəmməd yatmışdır. O evdə olan zaman kirayə yaşadığımız otağın qapısı döyülmüş və qapıda ev sahibi Zərərçəkmiş şəxs Məhəmmədi səsləmişdir. O Məhəmmədə ev sahibinin onu səslədiyini bildirmişdir. Məhəmməd kirayə yaşadığı otaqdan çıxanda Zərərçəkmiş şəxs görmüşdür. Zərərçəkmiş şəxs Məhəmməddən aylıq kirayə haqqının qalığı olan 110 manat pulu istəmiş, Məhəmməddə Zərərçəkmiş şəxs bu günlərdə həmin pulu ona verəcəyini söyləmişdir. Bundan az bir vaxt sonra o həyətdə azyaşlı uşağı ilə oynamış, hətta yelləncəkdədə uşağı əyləndirmişdir. Bu zaman Zərərçəkmiş şəxs özüdə azyaşlı uşaqla oynamışdır. Saat təxminən 11 radələrində o azyaşlı uşağı götürüb öz anası evinə getmişdir. Gedəndə uşağa və özünə aid şəxsi əşyalarınıda aparmışdır. Məhəmməddə kirayə yaşadığı otaqda tək qalmışdır. Saat təxminən 18 radələrində əri Məhəmməd anasının evinə gəlmişdir. Evin çölündə bir taksi avtomobil dayanmış, həmin taksidən Məhəmməd bir soyuducu düşürmüşdür. O və anası Məhəmməddən həmin soyuducunun haradan əldə etməsini soruşanda, Məhəmməd onlara həmin soyuducunu dostu satmaq üçün verdiyini, həmin soyuducunun satıb oradan qazanc əldə edəcəyini bildirmişdir. O həmin vaxtı Məhəmmədə soyuducunun kirayə yaşadığı evdə olan soyuducuya bənzədiyini deyib, həmin soyuducunu kirayə yaşadığı evdən oğurlayıb oğurlamadığımızı soruşmuşdur. Məhəmməd ona soyuducunun sadəcə kirayə yaşadığı evdə olan soyuducuya oxşadığını həmin soyuducunun dostunun ona satmaq üçün verdiyini, soyuducunun satışından qazanc əldə edəcəyini kirayə yaşadığı evdən heç nə oğurlamadığını söyləmişdir. Həmin soyuducu anasının yaşadığı evin həyətində qalmışdır. Həmin günü Məhəmməd ona bildirmişdir ki, artıq Zərərçəkmiş şəxs kirayə yaşadığı evdən çıxmış, daha oraya kirayə pulunu ödəyə bilmədiyi üçün getməyəcək, artıq onun evində qalacaqdır. xx xxxx 2020-ci il tarixdə Məhəmməd soyuducunu həyətdən kiməsə satmışdır. xx xxxxxx 2020-ci il tarixdə onu Abşeron rayon polis idarəsinə polis əməkdaşları dəvət edəndə ona əri Məhəmməddən məlum olmuşdur ki, o kirayə qaldığı Zərərçəkmiş şəxs yaşadığı evdən oğurluq etmişdir, bəzi əşyaları oğurlayıb satmışdır. Onun əri Məhəmmədin oğurluq etməsi barədə məlumatı olmamış, o Məhəmmədlə həmin oğurluq cinayət hadisəsində iştirak etməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, X1 onun qızıdır. Qızı Səidə 2017-ci ildən Təqsirləndirilən şəxs ilə qeyri rəsmi mülki nigahda yaşamışdır. 2019-cu ili naprel ayının 19-da Səidə və Məhəmmədin azyaşlı uşaqları X7 dünyaya gəlmişdir. xx xxxx 2020-ci il tarixdə qızı Səidə Təqsirləndirilən şəxs ilə rəsmi nigaha daxil olmuşdur. 2020-ci ilin iyun ayında Səidə ona bildirmişdir ki, o Məhəmmədlə və uşağı ilə Abşeron rayonu Xırdalan şəhəri Qaşçuluq massivində kirayə yaşamışdır. Orada yaşayan zaman Səidə mütammadi olaraq onun yaşadığı evə uşaqla gəlib getmişdir. 2020-ci ilin iyul ayının 15-də gəlib onun yaşadığı evdə qalmışdır. xx xxxx 2020-ci il tarixdə qızı Səidə azyaşlı uşaqla səhər tezdən çıxıb kirayə yaşadığı evə getmiş və bir neçə saat sonra saat 11 radələrində təkrar onun yaşadığı evə qayıtmışdır. Bundan sonra qızı Səidə artıq onun yaşadığı evdə olmuşdur. xx xxxx 2020-ci il tarixdə axşam vaxtı qızının əri Məhəmməd axşam 18 radələrində onun yaşadığı evin həyətinə 1 ədəd ağ rəngli soyuducu gətirmişdir. O və Səidə Məhəmməddən soyuducunun haradan əldə etməsini soruşanda, Məhəmməd onlara dostunun ona soyuducunun satmaq üçün verdiyini, həmin soyuducunu satıb oradan qazanc əldə edəcəyini bildirmişdir. Bundan sonra o eşitmişdir ki, Səidənin əri Məhəmməd kirayə yaşadığı evdən oğurluq etdiyi üçün polis tərəfindən saxlanılmışdır. Məhəmmədin haradan oğurluq etməsi barədə onun heç bir məlumatı olmamışdır. Məhəmmədin onun yaşadığı evə gətirdiyi soyuducununda oğurluq olması barədə heç bir məlumatı olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o öz yaşadığı evdə internetdəki saytlara məişət texnikasının ucuz alıb satılması, həmdə təmiri ilə elan yerləşdirib, bu cür texnikanın alışı, satışı və təmiri ilə məşğul olur. 2020-ci ilin iyul ayının 17-də saat təxminən 12 radələrində ona tanımadığı bir nömrədən istifadə etdiyi ***-***-**-** nömrəsinə zəng edələrək telefondakı şəxs ona internetə yerləşdirilmiş elanla bağlı zəng etdiyini bildirmiş, özündə LG markalı satılıq televizor olduğunu, həmin televizoru ona almaq üçün təklif etmişdir. O həmin şəxsə televizorun şəkillərini ona yollamasını söyləmişdir. Həmin şəxs ona istifadə etdiyi mobil telefona LG markalı televizorun şəkillərini yollamışdır. O da həmin televizora baxmış, telefondakı şəxslə telefonda danışanda həmin televizoru 55 manata satacağını ona söyləmişdir. Həmin şəxsdən televizorun oğurluq olub olmadığını soruşanda həmin şəxs televizorun özünə aid olmasını söyləmişdir. O da həmin televizoru almağa razılaşmışdır. Həmin şəxs Xırdalan şəhərində olduğunu söyləyəndə, həmin şəxs ona Xırdalan şəhəri 28ci məhəllə 1 nömrəli binanın 1-ci mərtəbəsində tanış televizor ustası olduğunu, onun yanına getməsini, usta tərəfindən televizorun yoxlanılmasını bildirmişdir. Az bir vaxt sonra həmin televizoru satan şəxs gedib həmin Xırdalan şəhəri 28-ci məhəllə 1 nömrəli binanın 1ci mərtəbəsində televizor ustası Şahid4 iş yerindən ona zəng etmiş, o Rəsul usta ilə danışıb ondan həmin LG markalı televizora baxmasını, əyər televizorun problemi yoxdursa, həmin şəxsə 55 manat pul verməsini, sonra o Rəsul ustaya həmin 55 manat pulu verəcəyini bildirmişdir. Rəsul usta televizora baxıb normal işlədiyini bildirmiş, bundan sonra o Rəsul ustaya həmin televizoru satan şəxsə 55 manat pul verməsini söyləmişdir. Həmin şəxs LG markalı televizoru Rəsul ustada qoymuş, Rəsul usta ona 55 manat pul vermiş, həmin şəxs çıxıb getmişdir. Bundan sonra saat təxminən 17 radələrində o Rəsul ustanın iş yerinə gedib oradan LG markalı televizoru götürmüş və Rəsul ustaya 55 manat pul vermişdir. Həmin televizoru internetə elan kimi qoyub 2 gün sonra 75 manata anket məlumatlarını bilmədiyi və nömrəsini xatırlamadağım şəxsə satmışdır. Hal hazırda həmin LG markalı televizor onda qalmamışdır. O LG markalı televizorun oğurluq yolu ilə edilməsini bilməmiş və bu barədə onda heç bir məlumat olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Abşeron rayonu Xırdalan şəhəri 28-ci məhəllə 1 nömrəli binanın 1ci mərtəbəsinə televizorların təmiri ilə məşğul olur, yəni ustalıq edir. Şahid3 Seyidağa oğlu onun tanışıdır, məişət texnikasının təmiri ilə məşğul olur. 2020-ci ilin iyul ayının 17-də saat təxminən 12 radələrində bir nəfər tanımadığı və görmədiyi şəxs onun iş yerinə daxil olmuşdur. Həmin şəxsin əlində 1 ədəd LG markalı televizor olmuşdur. Həmin şəxs öz istifadə etdiyi mobil telefonla kimisə yığıb telefonun dəstəyini ona uzatmışdır. O telefona cavab verəndə onunla danışan tanışı Şahid3 Seyidağa oğlu olmuşdur. Ramil ona telefonda bildirmişdir ki, həmin şəxs LG markalı televizor satır, həmin televiorun şəkillərini baxıb bəyənib, ondan bir usta kimi həmin televizoru yoxlamağı xahiş etmişdir. O həmin televizoru yoxlamış, televizor işlək vəziyyətə olmuşdur. Sonra Ramil ona telefonda bildirmişdir ki, həmin televizoru gətirən şəxsə 55 manat pul versin və televizoru ondan götürüb iş yerimə qoysun. Ramil özü isə sonra onun iş yerinə gəlib həmin LG markalı televizorun 55 manat onun həmin şəxsə ödədiyi pulu ona ödəyəcəkdir. O televizoru gətirən şəxsə 55 manat ödəmiş, LG markalı televizoru götürmüş və iş yerinə qoymuşdur. Televizoru gətirən şəxs saqqallı, orta boylu, arıq bədən quruluşlu, təxminən 25 yaşlı şəxs olmuşdur. Televizoru ona gətirən şəxsin adını, soyadını, atasının adını bilmir, həmin şəxsdəndəndə onun anket məlumatlarını soruşmamış, çünki Ramillə həmin şəxslə özü danışıb razılaşıbdır. Ona görə də o zərurət bilmədiyi üçün həmin şəxsdən anket məlumatlarını soruşmamış və ondan şəxsiyyət vəsiqəsini tələb edib baxmamışdır. Televizoru gətirən şəxsin heç bir sənədin sürəti və anket məlumatları onda qalmamışdır. Televizoru gətirən şəxs çıxıb getmiş, Ramil isə həmin günü saat 17 radələrində onun iş yerinə gəlib ona 55 manat pul ödəyib həmin LG markalı televizoru götürüb getmişdir. Ramilin həmin televizoru nə etməsi barədə, hal hazırda onda olub olmaması barədə onda heç bir məlumat olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 46 ünvanında yerləşən məişət elektronik əşyalarının alışı və satışı dükanını icarə müqaviləsi əsasında götürüb fərdi sahibkar kimi işlədir. Həmin dükanda o və əməkdaşları ucuz qiymətə məişət elektronik əşyalar alır. Sonra həmin əşyaları daha baha qiymətə dükanda satıb gəlir əldə edir. 2020-ci ilin iyul ayının ortalarında tarixi dəqiq yadında deyil onun əməkdaşı Şahid6 ona telefon vasitəsi ilə zəng edərək Tap az saytında bir nəfər şəxsin Midea markalı soyuducu satması barədə elan yerləşdirdiyini bildirmişdir. Babək ona şəkillərinə baxdım normal alması mümkün olan soyuducu olmasını, satan şəxsin soyuducunu 150 manata satdığını bildirmişdir. O da Babəkə həmin soyuducu normal vəziyyətdirsə onu almasını söyləmişdir. Babək həmin şəxslə əlaqə saxlamış, həmin şəxs Xırdalan şəhərində olmasını söyləmişdir. Babək bir taksi sifariş verərək ona 150 manat pul vermişdir ki, Xırdalan şəhərinə sürsün, orada soyuducu satan şəxslə görüşsün, ona 150 manat pul verib həmin soyuducunu alsın. Bir müddət sonra Babək ona zəng edib bildirmişdir ki, 150 manata həmin şəxsin evindən soyuducunu almışdır. Həmin vaxtı soyuducunu satan şəxs onların göndərdiyi taksi sürücüsünə kağız üzərinə qeyd edib ki, Təqsirləndirilən şəxs Midea soyuducunun öz istəyi ilə satmış, həmin kağız üzərinə imza ataraq öz şəxsiyyət vəsiqəsinin seriya nömrəsini qeyd etmişdir. Həmin soyuducunu satan şəxs kağız üzərinə ona görə yazı yazdırmışdır ki, işçisi Babək bu barədə taksi sürücüsünə bildirib ki, soyuducunu alanda mütləq bu cür yazı yazdırsın. Bundan bir neçə gün sonra yenə işçisi Babək onun mobil telefonuna zəng edərək ona bildirmişdir ki, onlara soyuducu satan şəxs 1 ədəd Shivaki markalı kondinsionerin qabaq hissəsini gətirib onu 50 manata satmaq istəyir, həmin kondinsionerin qabaq hissəsinə baxıb normal vəziyyətdədir. O da Babəkə əyər normal vəziyyətdədirsə ona həmin kondinsionerin qabaq hissəsini almağı bildirmişdir. Az bir vaxt sonra Babək ona bildirmişdir ki, həmin kondinsionerin qabaq hissəsini həmin şəxsdən 50 manata almışdır. Hətta həmin şəxs kağız üzərinə yazdırmışdır ki, ona məxsus olan Shivaki markalı kondinsionerin qabaq hissəsini 50 manat dəyərində satmış və kağız üzərinə imza etmişdir. Həm kondinsionerin qabaq hissəsini həm soyuducunu satan zaman həmin şəxs onların özünə məxsus olmasını və oğurluq olmamasını bildirmişdir. Nə o, nə işçisi Babək, nə də taksi sürücüsü həmin soyuducunun və kondinsionerin qabaq hissəsinin oğurluq olmasını bilməmişlər. 2020-ci ilin iyul ayının təxminən 20-də həm Midea markalı soyuducu həmdə Shivaki markalı kondinsionerin qabaq hissəsi dükandan tanımadığı müştəriyə satılmışdır. Hər ikisi hal hazırda onda qalmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Şahid5 ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid7 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu H. Seyidzadə küçəsi 20 nömrəli binanın altında məişət əşyaların təmiri yerində usta işləyir, həmdə ucuz qiymətə məişət texnikası düşəndə onları alıb baha qiymətə satıb gəlir əldə edir. Onun iş yerinə müxtəlif vətəndaşlar məişət əşyaları gətirir o da həmin əşyaları təmir edir. Bundan əlavə o Tap Az və Lalafo internet saytlarına məişət texnikalarının təmiri və alışı ilə məşğul olması barədə elan yerləşdirmişdir. 2020-ci ilin iyul ayının ortalarında tarixi dəqiq yadında deyil onun istifadəsində olan ***-***-**-** nömrəsinə bir nəfər tanımadığı şəxs zəng edərək nömrəsini internet saytdan götürdüyünü, özündə ucuz qiymətə paltaryuyan maşın olmasını, onu 45 manata satdığını bildirmişdir. O həmin şəxsə internet vasitəsi ilə ona paltaryuyan maşının şəkilini göndərməsini bildirmişdir. Həmin şəxs ona paltaryuyan maşının şəkillərini göndərəndə o paltaryuyan maşını baxıb bəyənmiş və həmin şəxsə Samsunq markalı paltaryuyanı almağa razı olduğunu söyləmişdir. Həmin şəxs ondan iş yerinin ünvanını soruşmuş, o da həmin şəxsə izah edəndən sonra həmin günü gunorta radələrində onun iş yerinə taksi ilə gəlib paltaryuyan maşını gətirmişdir. Həmin şəxs üzü saqqallı, təxminən 25 yaşlı, orta boylu, arıq bədən quruluşlu şəxs olmuşdur. Həmin şəxs onun iş yerinə tək gəlmişdir. O həmin paltaryuyan maşını yoxlamış, həmin şəxsdən paltaryuyan maşının oğurluq olub olmadığını soruşmuş, həmin şəxs ona həmin paltaryuyan maşın özünə aid olmasını, oğurluq olmamasını bildirmişdir. Həmin şəxsdən o şəxsiyyət vəsiqəsinin sürətini istəsə də, həmin şəxs ona üstündə sənədinin olmamasını, sonradan internet vasitəsi ilə ona şəxsiyyət vəsiqəsinin sürətini göndərəcəyini söyləmişdir. O həmin şəxsdən anket məlumatlarını soruşanda həmin şəxs ona Təqsirləndirilən şəxs olmasını söyləmişdir. O paltaryuyan maşını həmin Məhəmməd kimi təqdim edən şəxsdən 45 manata almış, 45 manat pulu Məhəmmədə vermiş o pulu götürüb çıxıb getmişdir. Paltaryuyan maşını isə iş yerimə qoymuşdur. Bir neçə gün sonra həmin paltaryuyan maşını anket məlumatlarını bilmədiyi müştəriyə 100 manata satmışdır. Həmin paltaryuyan maşın hal hazırda onda yoxdur. X4 Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə X4 Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından istintaq və məhkəmə zamanı şahid qismində dindirilmiş şəxlərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 9/287 nömrəli məhkəməəmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən 1 ədəd Koreya istehsalı olan «Superbox» markalı «SB-9500X PVR» model tünerin istifadədə olmasını nəzərə alınmaqla 2020-ci ilin iyul ayına olan orta bazar qiyməti təxminən 35,00 manat müəyyən edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş sübutların məcmusu ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən daxil olmuş xx.xx.2020-ci il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının Şüvəlan qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında qeydiyyatdadır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini və dəymiş ziyanı ödəməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun törədilmə hallarını, cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, və təyin olunacaq cəzanın onun islah olunması təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı həm də, cəzanın məqsədlərinə uyğundur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2020-ci il tarixində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs cəzasını əsas iş yeri üzrə çəkməli, qazancından cəzanın icrası müddəti ərzində müəyyən məbləğdə dövlət nəfinə pul tutulmalı və cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutmaların aparıldığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə məhkəmə ekspertizasının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN-i **********, hesabı AZ34CTRE**********0002088501) köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib, ona 02 (iki) il müddətinə aylıq qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını əsas iş yeri üzrə çəksin və cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutmaların aparıldığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. İş üzrə məhkəmə ekspertizasının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN-i **********, hesabı AZ34CTRE**********0002088501) köçürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-520/2020
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-520/2020
07.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver