Məhkəmə qərarları › İş №1(012)-520/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-520/2021

03.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-520/2021 03.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Xırdalan şəhəri Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1994-cü ildə Bərdə rayonu, Mehdili kəndində anadan olmuş, azərbaycanlı, Azəbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, taksi sürücüsü kimi fəaliyyət göstərən, əvvəllər məhkum olunmamış, hazırda Bərdə rayonu, Mehdili kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivində yaşayan, barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 18 aprel 2021 -ci il tarixdə saat 15 radələrində işıqlı və quru hava şəraitində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan, "xxxx" MMC-yə məxsus «Ravon Nexia R3» markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə idarə etmək hüququ olmaqla Abşeron rayonu, Digah qəsəbəsi Xətai küçəsindən H.Rəhimov küçəsinə dönən zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 75ci maddəsinin 1 -ci hissəsinin tələblərini pozaraq yəni, sağa və ya sola dönən dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara, habelə belə hərəkət hissəsini velosiped yolıı ilə keçməkdə olan velosipedçilərə yol verməli olduğu, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin təhlükəsizlik tələblərinə riayət etmədən Abşeron rayonu, Digah qəsəbəsi Xətai küçəsi ilə H.Rəhimov küçəsinin kəsişməsində “Digah təndirinin” yaxınlığında, H.Z.Tağıyev küçəsindən Xətai küçəsi istiqamətində yolu sağdan sola doğru keçən 1995-ci il təvəllüdlü piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sol hissəsi ilə vuraraq sağ qamış sümüyünün iç kondilusunun qapalı yerdəyişən sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər yetirməklə yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Bərdə rayonu, Mehdili kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yaşayır. “Ravon Nexia R3” minik markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobili "xxxx" MMC-də icarəyə götürüb taksi sürücüsü kimi fəaliyyət göstərmişdir. Hazırda isə həmin maşının icarə haqqını ödəyə bilmədiyi üçün avtomobili geri qaytarmışdır. BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. 18 aprel 2021 -ci il tarixdə təxminən günorta vaxtlarında bir nəfər müştərini Abşeron rayonu, Digah qəsəbəsinə aparmışdır. Həmin müştərini Digah qəsəbəsi, Xətai küçəsi ilə ara məhəlləyə giirib düşürmüş, geri qayıdıb həmin yol ilə əsas yol olan Digah qəsəbəsi, H.Rəhimov küçəsinə çıxmışdır. Təxminən 15 radələrində ara küçə ilə H.Rəhimov küçəsinə çıxıb. Mehdiabad qəsəbəsi istiqamətində getmək istəmişdir. Əsas yola çıxmaq üçün birinci sol tərəfdən gəlib gedən maşınlara baxmış, həmin istiqamətdə maşın gəlmədiyini dəqiqləşdirdikdən sonra sağ tərəfdən maşınların gəlib- getməsinə baxmış, sağ tərəfə baxabaxa yol çıxmışdır. Buna görə də sol tərəfdən yolu keçmək istəyən piyadanı əvvəllər tanımadığı istintaq zamanı adının Zərərçəkmiş şəxs olduğunu öyrəndiyi şəxsin yolun orta hissəsində vurduğunu hiss etmiş, maşının nəyəsə dəydiyini hiss edən kimi yola tərəf baxanda piyada vurduğunu görmüşdür. Həmin qadının yerə yıxıldığını görüb maşını dərhal saxlamış, maşından yerə düşmüşdür. Ətrafda olan şəxslər dərhal köməyə gəlmiş, köməklik edib həmin şəxsi ayağa qaldırarkən tanımadığı bir avtomobil onların yanına yaxınlaşmışdır. Cahanı həmin avtomobilə mindirib xəstəxanaya yola salıb həmin avtomobilin arxası ilə xəstəxanaya getmiş, orada həkimlər Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərmişlər. O, hadisə zamanı spirtli içki qəbul etmədiyini, hadisə zamanı idarə etdiyi avtomobili şirkətə təhvil verdiyini bildirmişdir. Həmin avtomobilin icarə haqqını ödəməyə pulu olmadığı üçün qaytarmışdır. Sonda o, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və himayəsində bir azyaşlı uşağının olmasını əsas gətirərək ona yüngül cəza verilməsini xahiş etdi. O, həmçinin Zərərçəkmiş şəxs ona qarşı qaldırdığı 4000 manat maddi ziyanın tutulması barədə mülki iddiasını da qəbul etməyərək rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, anası X3 ilə Bakı şəhəri, Nəsimi rayonu, Bəsti Bağırova küçəsi ev 36 da qeydiyyatda olmaqla Abşeron rayonu, Digah kəndi H.Z.Tağıyev küçəsi ev 3-də yaşayır. Əvvəllər qeyri rəsmi olaraq işləsə də yol nəqliyyat hadisəsi zamanı xəsarət aldıqdan sonra işləmək qabiliyyəti olmadığına görə heç bir yerdə işləmir. Baş vermiş yol nəqliyyat hadisəsindən sonra isə yataq xəstəsidir. Sağ ayağı dizdən qatlanmır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı münasibəti və ədavəti olmamışdır. 18 aprel 2021-ci il tarixdə təxminən saat 15 radələrində, yaşadığı Digah kəndində H.Rəhimov küçəsində yolun sol tərəfində yerləşən mağazadan ərzaq almaq üçün getmişdir. Daha sonra mağazadan çıxıb həmin istiqamətdə gəlib, Digah təndiri olan yerdən, yolun sol tərəfindən yolun sağ tərəfinə H.Z.Tağıyev küçəsinə yaşadığı evə doğru yolu keçmək istəmişdir. Buna görə də yolun sağ və sol tərəfinə maşın gəlib gəlməməsinə nəzər yetirmişdir. Maşın olmadığına görə adi yerişlərlə yolu keçmişdir. Təxminən 7-8 metr məsafə qət etmiş, bu zaman yolun orta hissəsinə çatanda yolun sağ tərəfindən ara küçədən ağ rəngdə Ravon markalı sonradan **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin yola çıxıb sola döndüyünü görüb yerində dayanmışdır. O, həmin avtomobili görən zaman aralarında təxminən 1 metr ara məsafəsi qalmışdır. Həmin maşın onu ön sol tərəfi ilə vurmuşdur. O, zərbənin təsirindən asfaltın üzərində yerə yıxılmış, sonradan adının Mirələm olduğunu öyrəndiyi avtomobilin sürücüsü avtomobili saxlamış, lakin, ona heç bir tibbi yardım və digər köməklik göstərməmiş, ətrafda olan camaat yığılıb onu yerdən qaldırmış və tanımadığı bir maşına əyləşdirib onu xəstəxanaya aparmışlar. Ona orda ilkin tibbi yardım göstərmişlər. Sürücü Mirələm isə onların arxasınca xəstəxanaya gəlib həkimin ilkin tibbi yardım göstərməsinə görə ilkin tibbi xərcləri qarşılamışdır. Hazırda ona 4000 manat dəyərində maddi ziyan dəymişdir və həmin şəxs ona heç bir maddi ziyanın ödənilməsində köməklik göstərməmişdir. Həmin şəxsdən də şikayətçidir, barəsində qanuni tədbir görülməsini xahiş edir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı mülki iddia qaldıraraq ondan 4000 manat maddi ziyanın tutulması barədə mülki iddianın təmin edilməsini xahiş etdi. İş materiallarında olan Məhkəmə Tibbi Ekspertizasının 06 may 2021-ci il tarixli, 863 nömrəli rəyindən görünür ki, 1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində-sağ qamış sümüyünün iç kondilusunun qapalı yerdəyişən sınığı bərk-küt əşya təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 18 aprel 2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi şəraitində piyada qismində avtomaşınla vurulması nəticəsində əmələ gələ bilərdi, ağırlıq dərəcəsi zərərçəkənin müalicəsi başa çatdıqdan və təkrari müayinəsi aparıldıqdan sonra aydınlaşacaqdır. İş materiallarında olan Əlavə Məhkəmə Tibbi Ekspertizasının 23 avqust 2021-ci il tarixli, 30Ə nömrəli rəyindən görünür ki. 1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində - sağ qamış sümüyünün iç kondilusunun qapalı yerdəyişən sınığı bərk-küt əşya təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 18 aprel 2021-ci il tarixdə yolnəqliyyat hadisəsi şəraitində piyada qismində avtomaşınla vurulması nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 17 iyun 2021-ci il tarixli 8/1160 Nömrəli rəyində göstərilmişdir ki, 1,2. İstintaq tərəfindən verilmiş məlumatlara əsasən, Ravon Nexia R3 markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunun 75-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısım almağa texniki imkanı olmuşdur. Piyada yol-nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından və onun hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmədiyindən, yol-nəqliyyat hadisələri ekspertinin səlahiyyətinə aid deyildir. İş materiallarına əlavə olunmuş 18 aprel 2021-ci il tarixli «Sərxoşluq vəziyyətinin tibbi miiayinəsi» aktından görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə günü spirtli içki qəbul etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 349.4-cü maddəsinə əsasən, məhkəmənin hökmü o halda qanuni hesab edilir ki, o, Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmış olsun. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, habelə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Beləliklə məhkəmə iş üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verərək və bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdiyi qənaətinə gələrək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli olmaları tam sübuta yetirmişdir. Onların cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar, həmçinin onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə hazırki cinayət işi üzrə ittiham hökmü çıxarılmaqla hər iki təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilməli və həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci və 58.3-cü maddələrinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir və cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25.06.2003-cü il tarixli, 4 №-li qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsiilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. X4 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. X4 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 07.10.2004-cu il tarixli, 2 saylı Qərarının 10-cu bəndində göstərilir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş 07 avqust 2021ci il tarixli sorğu ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Bərdə rayon İHB-nın Mehdili kənd İƏD-si tərəfindən verilmiş 05.05.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməklə əməlindən səmimi peşman olmasını və himayəsində bir azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanunun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təyin olunacaq cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalar təyin olunduğu təqdirdə təmin edilə bilər. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə müvafiq olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs həbsdə olmamış və 11.09.2021-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, məhkəmədə də həmin qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvədə saxlanılmalıdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin ekspert xərclərinə dair bildirişindən görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (yüz) manatdır. Azərbaycan Respublikasının CPM-nin 197.1.4,198.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 100 (yüz) manat olan ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Hadisə vaxtı sürücü Təqsirləndirilən şəxs idarə etdiyi «Ravon Nexia R3» markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobil 13 sentyabr 2021- ci il tarixdə maddi sübut kimi tanınmış və "xxxx" MMC-də olması nəzərə alınmalıdır. Hökmün icrası öz səlahiyyətləri daxilində Sumqayıt şəhəri Probasiya İdarəsinə, Azərbaycan Respublikası Baş X6 İdarəsinə və Abşeron rayon İcra və Probarsiya şöbəsinə həvalə edilməlidir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı mülki iddia qaldıraraq ondan 4000 manat maddi ziyanın tutulması barədə qərar qəbul edilməsini xahiş etmiş, lakin mülki iddia üzrə sübutları mülki iddia ərizəsinə əlavə etməmiş, tələb etdiyi 4000 manat maddi ziyanın haradan yaranmasını əsaslandırmamışdır. Məhkəmə hesab edir ki, mülki iddia baxılmamış saxlanılmalı, mülki iddianın obyektiv araşdırılması, sorğular verib müəyyən sübutları əldə etmək üçün Zərərçəkmiş şəxs mülki icraat qaydasında iddia ilə ayrıca məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhəri Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. İş üzrə 100 (yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Hökmün icrası öz səlahiyyətləri daxilində Sumqayıt şəhər Probasiya şöbəsinə, Abşeron rayon İcra və Probarsiya Şöbəsinə və Azərbaycan Respublikası Baş X6 İdarəsinə həvalə edilsin. Hadisə vaxtı siirücü Təqsirləndirilən şəxs idarə etdiyi «Ravon Nexia R3» markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobil 13 sentyabr 2021-ci il tarixdə maddi sübut kimi tanınmış və "xxxx" MMC-də olması nəzərə alınsın. Mülki iddia baxılmamış saxlanılsın. Zərərçəkmiş şəxs mülki icraat qaydasında iddia üzrə ayrıca məhkəməyə müraciət edilməsi izah olunsun. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhəri Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və protesti verilmədiyi təqdirdə qeyd olunan müddətin başa çatmasından sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar