Məhkəmə qərarları › İş №1(012)-520/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-520/2022

01.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-520/2022 01.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X12 və onun müdafiəçisi Abbas-zadə Rəhim İsaq oğlunun, X7 və onun müdafiəçisi X18, X9 və onun müdafiəçisi X19, xüsusi ittihamçı X22 və onun nümayəndəsi və vəkili Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X4, X2, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçı X14 şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X22 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X4, X2, X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb edilib cəzalandırılması barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X6 bəlli olmadan xx.xx.2022-ci il tarixdə, saat 12:00 radələrində X14 yaşadığı Abşeron rayonu, Sulutəpə qəsəbəsi, Ş.Əfəndizadə küçəsi, 45 saylı evdən qaçmışdır. 2 saat sonra isə onun valideynləri - Vaqif və Tamara, xalaları - Flora və Nəzakət, 2 bacısı - Zeynəb və X3 yaşadığı məhəlləyə gələrək səs-küy salmağa və qonşuların qapılarını döyüb onları da narahat etməyə başlamılar. Buna səbəb kimi isə X14 Urfanəni öldürüb rayonda basdırdığını bildirmişlər. Daha sonra isə X14 yaşadığı qapını bərk döyərək qapını açmağını, Urfanəni öldürüb həyətdə basdırdığını iddia etməyə başlamış, Gülşən Novruzova isə Urfanənin evdə olmadığını və 2 saat əvvəl evdən qaçıb getdiyini bildirmişdir. Lakin onlar Gülşən Novruzovanın dediklərimə heç bir əhəmiyyət verməyərək sonuncunun ünvanına nalayiq sözlər işlədərək təhqir ediblər. X16 uşaqlarını qaçırdıb öldürəcəkləri və yaşadığı evi yandıracaqları ilə də hədələyiblər. Gülşən Novruzova isə saat 17:00 radələrində onların çıxıb getmədiklərini gördükdə DİN-nin “102” xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Lakin polis əməkdaşları hadisə yerinə 23:00 radələrində gələrək həyətə və evə baxış keçirib axtarsalar da, axtarışları bir nəticə verməmişdir. Urfanə həmin gün saat 12 radələrində evdən getmişdir. Bundan sonra polis əməkdaşları Urfanənin yaxınlarını və Gülşən Novruzovanın qaynı Şəhriyarı xidməti avtomobillərinə əyləşdirərək polis idarəsinə aparmışlar. Sabahı gün X22 polis idarəsinə gedərək hadisə ilə bağlı şikayət ərizəsi yazmış, lakin ona məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. X10, X13 və X1 Gülşən Rafiq qızının yaşadığı məhəllədə bir neçə şəxsin yanında ona böhtan ataraq təhqir etməklə onun şərəf və ləyaqətini alçaltmışdır. Məhkəmə hazırlıq iclasında X22 şikayəti müdafiə edərək məhkəmədən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X4, X2, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittihamçı X14 müdafiəçisi və nümayəndəsi şikayəti müdafiə etmiş və məhkəmədən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X4, X2, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X12 barəsində olan şikayətin əsassız olduğundan baxılmadan geri qaytarılmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X9 barəsində olan şikayətin əsassız olduğundan baxılmadan geri qaytarılmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 barəsində olan şikayətin əsassız olduğundan baxılmadan geri qaytarılmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında müdafiəçi Abbas-zadə Rəhim İsaq oğlu xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 barəsində olan şikayətin əsassız olduğundan baxılmadan geri qaytarılmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında müdafiəçi X26 xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 barəsində olan şikayətin əsassız olduğundan baxılmadan geri qaytarılmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında müdafiəçi X27 xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair şikayət əsassız olduğundan baxılmadan geri qaytarılmasını xahiş etdi. Məhkəmə proses iştirakçısını dinləyib, şikayətlə tanış olaraq hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 302.1.1-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda, 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 293.3.1-ci maddəsinə əsasən şikayətdə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), 293.3.2-ci maddəsinə əsasən törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4-cü maddəsinə əsasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5-ci maddəsinə əsasən cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş və s. göstərilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xüsusi ittiham qaydasında şikayət ərizəsi bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmamaqla tərtib edilmişdir. Xüsusi ittihamçı şikayət ərizəsində törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi əlavə olunmamışdır. Həmin Məcəllənin 302.1.3-cü maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətin məzmunu həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 300.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar çıxarır. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3, 302.1.7 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4, X2, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçı X14 şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar