Məhkəmə qərarları › İş №1(012)-520/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-520/2025

27.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-520/2025 27.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1995-ci il tarixdə Tovuz rayonunun Bozalqanlı kəndində anadan olmuş, Azərbayacan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Tovuz rayonu, Bozalqanlı kəndində qeydiyyatda olan və yaşayan barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 30 iyul 2024-cü il gecə 01:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən "Gülü” kafesinin qarşısında əvvəllər tanımadığı, orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olan Zərərçəkmiş şəxs uca səslə söyüş söydüyünə irad bildirən zaman sonuncu onun iradlarına məhəl qoymadığı üçün Zərərçəkmiş şəxs yaxınlaşıb ictimai yerdə, ətrafda olan şəxslərin gözüqarşısında, ətrafdakıların diqqətini cəlb edib həmin cüzi səbəbi bəhanə etməklə Zərərçəkmiş şəxs ilə mübahisə edib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, ictimai maraqlara laqeydlik və etinasızlıq göstərməklə öz şəxsiyyətini digər şəxslərin fövqündə qoyaraq Zərərçəkmiş şəxs nalayiq sözlərlə söyüb sonuncunun sifətinə qəsdən yumruqla bir dəfə vuraraq, sonra isə yumruq və təpiklə sifətindən və bədəninin müxtəlif nahiyələrindən vurub yerə yıxaraq, Zərərçəkmiş şəxs burun sümüyünün yerdəyişməyən sınığı, sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol göz orbitasının və ənsə nahiyəsinin dərialtı hematomaları, sol çiyinüstü nahiyənin sıyrığı ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vuraraq qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs əvvəllər tanımamış onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. 30 iyul 2024-cü il tarixdə, təxminən saat 01:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Köhnə Bazarın yaxınlığında yerləşən kafedən çıxarkən əvvəllər tanımadığı sonradan adını Vüsal kimi bildiyi şəxsin sərxoş vəziyyətdə uca səslərlə söyüş söyməsinin şahidi olaraq, ona yaxınlaşmış və iradını bildirərək, asta səslə danışması barədə tənbeh etmişdir. Həmin zaman Vüsal etdiyi hərəkətin doğru olmasını bildirərək, ona qarşı nəlayiq ifadələrlə söyüş söymüşdür. Bu səbəbdən onların arasında mübahisə yaranmış və o, başı ilə 1 dəfə Vüsalın burun nahiyyəsindən, yumruqla və dizi ilə isə sol sifət nahiyyəsindən vuraraq, ona qarşı xəsarətlər yetirmişdir. Onların səs-küyünə görə bina sakinlərindən kimsə yuxarı mərtəbədən onların üstünə su da tökmüşdür. Artıq insanların hadisə yerinə yığışmasını və gecə vaxtı narahatçılığın artmasını görüb dərhal oradan uzaqlaşmışdır. Bundan əlavə Təqsirləndirilən şəxs sonda baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs tərəfindən ona qarşı hər hansı fiziki zor tətbiq edilmədiyini, aralarında baş vermiş mübahisənin 3-5 dəqiqə davam etməsini, törətdiyi əməldən peşman olmasını, zərər çəkmiş şəxsə vurulmuş zərəri ödəyərək, barışıq əldə etməsini bildirərək, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənilməsini, ona qarşı heç bir şikayət və tələbinin olmamasını, barəsində olan cinayət işinə xitam verilməsini və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Belə ki, məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iş üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, barəsində şikayət etdiyi əvvəlcədən tanımadığı Təqsirləndirilən şəxsdur. Onunla əvvəlcədən heç bir tanışlığı olmamışdır. 30 iyul 2024-cü il tarixdə saat 01:30 radələrində Abşeron rayon, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən, kafedə spirtli içki qəbul edib evə gedən zaman onun ucadan danışmağı üstündə sonradan adını bildiyi Teymur ona yaxınışaraq iradını bildirmiş və aralarında mübahisə yaranmışdır. Həmin mübahisə zamanı Teymur onu söydüyü üçün o da Teymuru söymüş və Teymur başı ilə bir dəfə onun sifətindən və yumruq təpiklə sifətinin sol nahiyyəsindən vuraraq xəsarətlər yetirmişdir. Həmin vaxt o, yerə yıxılmış. orada olan tanımadığı şəxslər ona kömək etmişlər. Həmin vaxt Teymurda qaçaraq oradan uzaqlaşmışdır. Aramızda olan mübahisə 3-5 dəqiqə davam etmişdir mübahisə zamanı səs-küy yaramış və oraya kənardan tanımadığı şəxslər yaxınlaşmışdır. Mübahisə zamanı mən Teymura qarşı hər hansı bir fiziki zor tətbiq etməmişdir. Bundan sonra o, xx.xx.2024-cü il tarixdə Abşeron RPİ-nə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə Şahid ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 30 iyul 2024-cü il tarixdə saat 01 radələrində yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə ev 1, mənzil 129-da olarkən küçədən səs-küy gəlməsini eşitmiş, məhəllədə 2 nəfər şəxsin bir-birilərinə söyüş söyərək dalaşdığını görüb Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurub məlumat vermişdir. Bir neçə dəqiqə sonra hadisə yerinə polis əməkdaşları yaxınlaşmış, bundan sonra o özüdə həyətə düşmüşdür. Orada adı sonradan ona məlum olan Vüsal adlı şəxsin döyüldüyün üz gözünü qan olduğunu görmüş, lakin döyən şəxs orada olmamışdır. Polislər Vüsal adlı şəxsi post-patrul maşını ilə aparmışlar. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X3 Abşeron rayon şöbəsi tərəfindən 03 avqust 2024-cü il tarixli, 1744 saylı rəyinə əsasən 1999-cü il təvəllüdlü vətəndaş Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - burun sümüyünün yerdəyişməyən sınığı, sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol göz orbitasının və ənsə nahiyəsinin dərialtı hematomaları, sol çiyinüstü nahiyənin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xx.xx.2024-cü il tarixdə qeyd olunan nahiyələrə kənar şəxsin bədən hissəsinin (baş, əl, ayaq və sair) təsirindən yarana bilərdilər; sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir;

2. Zərərçəkmiş şəxs qismində tanınmaq haqqında 03 avqust 2024-cü il tarixli qərardan görünür ki, HK-1/8365 nömrəli material üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır;

3. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərəfindən verilmiş 03 avqust 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tovuz rayon Polis Şöbəsinin 28 yanvar 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ********* nömrəli məhkəməyədək sadələşdirilmiş icraat materialına verilməklə, cinayət məsuliyyətindən azad edilmişdir;

4. Cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında 04 sentyabr 2024-cü il tarixli qərardan görünür ki Təqsirləndirilən şəxs tərəfindən xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs qarşı qəsdən sağlamlığına yüngül zərər vurulması faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmaqla, aidiyyəti üzrə Abşeron RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir;

5. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 07 sentyabr 2024cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi icraata qəbul edilərək, istintaqı aparılmışdır;

6. Zərərçəkmiş şəxs qismində tanınmaq haqqında 18 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır;

7. “Təqsirləndirilən şəxs qismində cəlb edilməsi” haqqında 01 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə ittiham elan olunmuşdur;

8. “İttiham elan olunması üçün təqsirləndirilən şəxsin tutulması və barəsində axtarış elan edilməsi” haqqında 01 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ittiham elan olunması üçün tutulması haqqında qərar elan olunmuşdur;

9. “Axtarışda olan şəxsin tutulmasına” dair 25 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 25 noyabr 2024-cü il tarixdə Tovuz rayonu ərazisində saxlanılaraq, Abşeron RPİ-nə gəlmiş və MSY-nə təhvil verilmişdir;

10. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi” haqqında 27 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Abşeron RPİ-nin MSY-dən azad olunmuşdur;

11. “Sübutların qiymətləndirilməsi” haqqında 06 dekabr 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxsin ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi məhkəmə-tibbi ekspertiza rəyləri işin faktiki hallarına uyğun olduğu üçün sübut növü kimi qiymətləndirilmişdir.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayəti “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Belə ki, Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhərində yerləşən "Gülü” kafesinin qarşısında əvvəllər tanımadığı, sərxoş vəziyyətində olan Zərərçəkmiş şəxs söyüş söyməsini bəhanə etməklə sonuncu ilə mübahisə edib gevə vaxtı ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ətrafda olan şəxslərin və bina sakinlərinin narahatlığına və istirahətlərinin pozulmasına səbəb olan hərəkətlər etmiş, zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, ictimai maraqlara laqeydlik və etinasızlıq göstərməklə zərərçəkmiş şəxsin ünvanına nəlayiq ifadələr işlədərək, sağlamlığının qısa müddətə pozulmasına səbəb olan yüngül zərərlər vuraraq qərəzli hərəkətlər, etmiş, bu isə özlüyündə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsin tərkib əlamətini yaratmışdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, həmçinin həmin Məcəllənin 61-ci maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ münasibətdə ona azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi ilə islah olunması mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Tovuz rayon Probasiya Şöbəsinə məlumat vermədən Tovuz rayonu hüdudlarından kənara çıxmamaq, saat 23:00dan növbəti gün, saat 07:00-dək yaşadığı Tovuz rayonu, Bozalqanlı kəndində yerləşən nömrəsiz fərdi yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Həmin Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanıb, ona təyin ediləcək cəzanın müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti olmadığı qənaətindədir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 25 (iyirmi beş) saat üçün nəzərdə tutulan 150 (bir yüz əlli) manat pul ödənilməlidir. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Tovuz rayon Probasiya Şöbəsinə məlumat vermədən Tovuz rayonunun hüdudlarından kənara çıxmamaq, saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Tovuz rayonu, Bozalqanlı kəndində yerləşən fərdi yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Tovuz rayon Probasiya Şöbəsinə həvalə edilsin və cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş 25 (iyirmi beş) saat hüquqi xidmətə görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 150 (bir yüz əlli) manat pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar