Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-521/2021 04.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrəşöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil X2 iştirakı ilə xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 23.08.2021-ci il tarixdə saat 14 radələrində, sərxoş vəziyyətdə, Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən təmir-inşaat materiallarının icarəyə verildiyi obyektin içərisində aralarında yaranmış mübahisə zamanı tanışı Zərərçəkmiş şəxs sifət nahiyəsinə yumruqla qəsdən vuraraq, ona başın alın nahiyəsinin sol hissəsinin, sol qaşın iki hissəyə ayrılması ilə nəticələnən şişkin fonda əzilmiş-cırılmış yarası, onurğa sütunun döşşöbəsi nahiyəsinin sıyrığı ilə müşayiət olunan və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxstəxminən 3 il müddətdir tanıyır. Belə ki, Bayram onunla qonşuluqda yaşayır. 23.08.2021-ci il tarixdə saat 14 radələrində Bayramın işlədiyi Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən obyektə getmiş, iəri daxil olduqda Bayramla Şahlar adlışəxsin yemək yeyib spirtli içki qəbul etməsini görmüş, buna görəözü də yaxınlıqda olan mağazaya gedərək əlavə spirtli içki və yemək alıb yenidən onların yanına qayıtmış, bundan sonra onlar birlikdə yemək yeyib spirtli içki qəbul etməyə başlamışlar. Bir qədər sonra Bayram ona obyekti bağlayıb evə getmək istədiyini demiş, o, Bayrama masada olan spirtli içkini içib qurtardıqdan sonra çıxıb getməyi xahiş etmiş, Bayram isə gözləyə bilməyəcəyini və ona obyektdən çıxmasını demiş, həmçinin ona qarşı nalayiq ifadə işlətmiş, bu səbəbdən aralarında mübahisə yaranmış, mübahisə zamanı Bayram üstünə gəlib onu vurmaq istəmiş, o, buna görə yumruqla iki dəfə Bayramın sifət nahiyəsindən zərbə vurmuş, mübahisə zamanı orada olan Şahlar onları aralaşdırmış, o, bundan sonra oradan çıxıb yaşadığı evə getmiş, sonradan Bayramın onun barəsindəşikayət etməsindən məlumatı olmuşdur. 23.08.2021-ci il tarixdə saat 14 radələrində Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən obyektin içərisində mübahisə zamanı yumruqla iki dəfə Bayramın sifət nahiyəsindən zərbə vurmuş, mübahisələri təxminən 5-10 dəqiqə davam etmiş, həmin zaman orada Şahlar adlı şəxsin olmuş, mübahisənin yaranma səbəbi Bayramın ona qarşı nalayiq ifadə işlətməsi olmuş, Bayramla aralarında olan mübahisə qısa müddət ərzində baş vermiş, buna görə də mübahisə zamanı səs-küy yaranmamış və mübahisə yerinə kənardan yaxınlaşan olmamış və Bayramın mübahisə zamanı ona müqavimət göstərməmişdir. Sonradan zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2-3 il müddətdir tanıyır. Belə ki, Nəbi onunla qonşuluqda yaşayır. 23.08.2021-ci il tarixdə saat 14 radələrində Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən işlədiyi obyektin içərisində tanışı Şahlar adlışəxslə yemək yeyib spirtli içki qəbul edən zaman Nəbi oraya gəlmiş, Nəbi gəldikdən sonra onlar sonuncu ilə də yemək yeyib spirtli içki qəbul etmişlər. Təxminən 20 dəqiqədən sonra arvadı onunla telefon vasitəsiləəlaqə saxlayaraq evəərzaq məhsulu alınmalı olduğunu demiş, o, buna görəŞahlar və Nəbiyə obyekti bağlayıb evə getməli olduğunu demiş, bu zaman Nəbi getmək istəmədiyini, hələ bir qədər oturacağını demiş, o isə bir daha Nəbiyə evə getməli olduğunu bildirmiş, lakin Nəbi obyektdən çıxmayacağını demiş, bu səbəbdən aralarında mübahisə yaranmış, Nəbi mübahisə zamanı yumruqla 2-3 dəfə onun sifət nahiyəsinə zərbə vurmuş, orada olan Şahlar onları aralaşdırmış, Nəbi bundan sonra obyektdən çıxıb getmiş, o da Nəbi tərəfindən döyülməsi barədəşikayət etmək qərarına gəlmişdir. Nəbi 23.08.2021-ci il tarixdə saat 14 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən işlədiyi obyektin içərisində mübahisə zamanı yumruqla 2-3 dəfə sifət nahiyəsinə zərbələr vurmaqla onu döymüş, aralarındakı mübahisə təxminən 10 dəqiqə davam etmiş, həmin zaman orada tanışı Şahlar adlı şəxs olmuş, mübahisənin yaranma səbəbi Nəbiyə obyekti bağlayıb evə getməli olduğunu deməsi, Nəbinin isə obyektdən çıxıb getmək istəməməsi olmuş, mübahisə zamanı səs-küy yaranmamış və oraya kənardan yaxınlaşan olmamış, mübahisə zamanı Nəbini vurmamış və mübahisə zamanı ona heç bir maddi ziyan dəyməmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır. Belə ki, həmin şəxslər onunla qonşuluqda yaşayır. 23.08.2021-ci il tarixdə saat 14 radələrində Bayramın işlədiyi Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən obyektin içərisində yemək yeyib spirtli içki qəbul edən zaman Nəbi obyektə gəlmiş və onlar Nəbi ilə də yemək yeyib spirtli içki qəbul etməyə davam etmiş, bir qədər sonra Bayram evə getməli olduğunu, buna görə də ona və Nəbiyə obyektdən çıxmalarını demiş, Nəbi isə obyektdən getmək istəmədiyini bildirmiş, bu səbəbdən onlar arasında mübahisə yaranmış, mübahisə zamanı Nəbi yumruqla bir neçə dəfə Bayramın sifət nahiyəsindən zərbə vurmuş, o, mübahisənin daha da böyüməməsi üçün onları aralaşdırmış, Nəbi isə mübahisə başa çatdıqdan sonra obyektdən çıxıb getmiş, o, sonradan Bayramın bu barədəşikayət etməsindən məlumatı olmuşdur. O, Nəbi ilə Bayram arasında baş vermiş mübahisənin şahidi olmuş, Nəbi 23.08.2021-ci ildə saat 14 radələrində Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən obyektin içərisində mübahisə zamanı yumruqla bir neçə dəfə Bayramın sifət nahiyəsindən zərbə vurmuş, mübahisə təxminən 10 dəqiqə davam etmiş, həmin zaman orada özündən başqa heç kəsin olmamış, mübahisə zamanı səs-küy yaranmamış və kənardan oraya heç kəs yaxınlaşmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin, şahidin ifadəsi və məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının MTE və PA Birliyinin Abşeron Rayon Şöbəsinin 02.09.2021-ci il tarixli 2001 nöməli rəyindən görünür ki, 1971-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – başın alın nahiyəsinin sol hissəsinin, sol qaşın iki hissəyə ayrılması ilə nəticələnən şişkin fonda əzilmiş-cırılmış yarası, onurğa sütunun döşşöbəsi nahiyəsinin sıyrığı – bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə vəşəraitdə, yəni 23.08.2021-ci il tarixdə dava-dalaş zamanıəmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 31.08.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs tərəfindən 04.10.2021-ci il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinyət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan elan edildiyi andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-521/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-521/2021
04.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver