Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-521/2022 17.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçinın iştirakı ilə xx xxxxxx 1979-cu ildə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Abşeron rayonu, Stansiya Sumqayıt qəsəbəsi, “Qaçqın şəhərciyi” ərazisində Zərərçəkmiş şəxs1 özünün, həyat yoldaşı-Şahid3 və oğlu- Nəhmət Süleymanovun kəsilən təqüdlərini Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsində tanışlarının vasitəsilə yenidən bərpa edəcəyinə vəd verib aldadaraq Zərərçəkmiş şəxs1 09 may 2021-ci il tarixdə 10000 manat, 2022-ci ilin mart ayında isə Abşeron rayonu, Stansiya Sumqayıt qəsəbəsi, “Qaçqın şəhərciyi” ərazisində işin düzəlməsinə görə muştuluq adı ilə təkrar olaraq 25 manat, ümumilikdə 10025 manat pulunu vahid niyyətlə alıb ələ keçirərək vədinə əməl etməyib zərərçəkmiş Vəliyəddin Sülüymanova 10025 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyəti ilə təkrarən etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 qohumlarının da təqaüdlərini bərpa edəcəyinə yalandan vəd verib aldadaraq 19 iyun 2021-ci il tarixdə, günorta vaxtı Abşeron rayonu, Stansiya Sumqayıt qəsəbəsi, “Qaçqın şəhərciyi”, 8 nömrəli binanın arxa hissəsində Zərərçəkmiş şəxs1 vasitəsi ilə sonuncunun qardaşı-Zərərçəkmiş şəxs2 4500 manat, əmisi oğlu-Zərərçəkmiş şəxs3 4500 manat və kürəkəni-Zərərçəkmiş şəxs4 4000 manatını, cəmi 13000 (on üç min) manat pulu vahid niyyətlə alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 hər birinə 4500 manat və Zərərçəkmiş şəxs4 4000 manat, ümumilikdə 13000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, halhazırda göstərdiyi ünvanda ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Ailəlidir, iki övladı vardır. Böyük övladının 17 yaşı vardır. Zərərçəkmiş şəxs1 qonşu kimi tanıyır. Onunla münasibəti yaxşı olmuş və aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. 07 may 2021-ci il tarixdə tanışı-Hikmət qohumu- Zərərçəkmiş şəxs1 və ailə üzvlərinin adlarına dövlət tərəfindən verilmiş təqaüdün kəsildiyini, bərpa olunması zərurəti yarandığını dedikdən sonra o, pul əldə etmək məqsədilə Hikmətə bildirmişdir ki, onu məsələnin həlli üçün Vəliyəddinlə görüşdürsün. Görüşdükdə Vəliyəddin ondan özü, həyat yoldaşı-Elza və oğlu-Nəhməd üçün sənədlər düzəldilməsini xahiş etmişdir. O, Vəliyəddindən buna görə 10.000 manat pul istəmişdir. 09 may 2021-ci il tarixdə saat təxminən 10 radələrində Zərərçəkmiş şəxs1la Abşeron rayonu, Stansiya Sumqayıt qəsəbəsi, “Qaçqın şəhərciyi” ərazisində binalara istilik verilən tikilinin qarşısında görüşmüş, ona Qubadlı rayon Əmək və Əhalinin Sosial Müdafiə Fondunda yüksək vəzifəli tanışı olduğunu demiş və 3 ay ərzində sənədləri hazır edəcəyini dedikdən sonra Zərərçəkmiş şəxs1la razılaşaraq 10.000 manat pulu və sənədləri almışdır. Aldığı puldan Hikmət Məmmədova verməmiş və ona bildirmişdir ki, pulları bir başa bu işlə məşqul olan şəxsə verəcəkdir. 19 iyun 2021-ci ilin tarixdə Vəliyəddin onun ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək qardaşı-Kamil, əmisi oğlu-Rüstəm və qızı-Bahar üçün təqaüd düzəldilməsini istədiyini demişdir. 20 iyun 2022-ci il tarixdə saat təxminən 12 radələrində Abşeron rayonu, Stansiya Sumqayıt qəsəbəsi, “Qaçqın şəhərciyi” 8 nömrəli binanın arxasında Vəliyəddinlə görüşmüş və adları çəkilən şəxslərə təqaüd düzəldilməsi üçün ondan ümumilikdə 13.000 manat pul almış və sənədlərin 3 ay ərzində hazır olacağını demişdir. 2022-ci ili mart ayında Vəliyəddinlə Abşeron rayonu, Stansiya Sumqayıt qəsəbəsi, “Qaçqın şəhərciyi” ərazisində fəaliyyət göstərən çayxanada görüşmüş sənədlərin hazır olduğunu deyərək ondan muştuluq verməsini xahiş etmişdir. 25 manat muştuluq pulu aldıqdan sonra Vəliyəddinə səhəri gün Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən Qubadlı rayon Əmək və Əhalinin Sosial Müdafiə Fonduna gəlmələrini və sənədləri götürmələrini demişdir. Səhəri gün Vəliyəddin həyat yoldaşı-Elza, oğlu- Nəhməd, qardaşı-Kamil və əmisi oğlu-Rüstəm saat 10:30-da fondun qarşısına gələrək onunla görüşmüşdür. O, Vəliyəddinlə bir yerdə fondun 2-ci mərtəbəsinə qalxaraq tanımadığı bir qadına yaxınlaşıb Zərərçəkmiş şəxs1 adına olan şəxsiyyət vəsiqəsini təqdim edərək Vəliyəddini inandırmaq məqsədilə ona suallar vermişdir. Vəliyəddin sənədlərin hazır olmadığını gördükdə ona verdiyi 23.025 manat pulu geri istəmiş və o, pulunun olmadığını, pul əldə etdikdə həmin məbləği geri qaytaracağını bildirmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq ifadəsində qeyd etmişdir ki, bilərəkdən inandırmaq məqsədilə Zərərçəkmiş şəxs1 sosial müdafiə fondunda vəzifəli şəxslə tanışlığı olduğunu demişdir, Zərərçəkmiş şəxs1 aldığı 23025 manat pulu öz ehtiyacları və lotereya üçün xərcləyib, verdiyi vədlə bağlı hər hansı bir addım atmayıb, 23025 manat pulu Zərərçəkmiş şəxs1 borc kimi almayıb, Hikmət Məmmədova əldə etdiyi pulun hər hansı bir qismini verməyib və onun bu işlə bu və ya digər formada əlaqəsi olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, hal-hazırda göstərdiyi ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. 2012-ci ildən 16 noyabr 2021-ci il tarixədək olan müddət ərzində özü, həyat yoldaşı- Şahid3, oğlu-Şahid1, qardaşı-Zərərçəkmiş şəxs2 və əmisi oğlu-Zərərçəkmiş şəxs3 qaçqın kimi məskunlaşdıqlarına görə dövlət tərəfindən onlara təqaüd verilmişdir. 2021-ci ilin may ayında dövlət tərəfindən ayrılan təqaüdlərin kəsiləcəyini eşitmişdir. 07 may 2021-ci il tarixdə qardaşı Cəmaləddin Süleymanovun qaynı-Hikmət ona təqaüdlərlə bağlı sənədləri düzəldə bilələcək tanışının olduğunu demişdir. Hikmət onu Təqsirləndirilən şəxs ilə tanış etmiş və Təqsirləndirilən şəxs ona təqaüdü kəsilmədən ala biləcəklərini demişdir. O, İsa ilə razılaşdıqdan sonra üzərində olan 10.000 manat pulu ona vermişdir. Təqsirləndirilən şəxs təqaüd sənədlərinin 3 (üç) ay ərzində düzəldilməsinə söz vermişdir. O, bu barədə qardaşı Kamilə danışmışdır. 2021-ci ilin iyun ayının ortalarında qardaşı Kamil üçün 4500 manat, əmisi oğlu Rüstəm üçün 4500 manat və qızı Bahar üçün 4000 manat cəmi 13.000 manat pulu alaraq təqaüdlərin düzəldilməsi məqsədilə Təqsirləndirilən şəxs təqdim etmək üçün 2021-ci il 19-21 iyun aralığında saat təxminən 12 radələrində onun ***-***-**-** saylı mobil nömrəsinə zənk etmiş, onunla Abşeron rayonu, Stansiya Sumqayıt qəsəbəsi, “Qaçqın şəhərciyi”, 8 nömrəli binanın arxasında görüşərək 13.000 manat pulu ona vermişdir. Pulu aldıqdan sonra İsa ona 3 ay ərzində sənədlərin hazır olacağını demişdir. 2022-ci ilin mart ayında Təqsirləndirilən şəxsla şəhərciyinin həyətində yerləşən çayxanada görüşmüş və sənədlər barəsində soruşduqda Təqsirləndirilən şəxs ona sənədlərin hazır olduğunu deyərək 25 manat muştuluq pulu almış, səhəri gün Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən yerləşən Qubadlı rayon Əmək və Əhalinin Sosial Müdafiə Fonduna gedib sənədləri götürəcəyini demişdir. Səhərisi gün özü, həyat yoldaşı-Elza, oğlu-Nəhməd, qardaşı-Kamil və əmisi oğlu-Rüstəm saat 10:30-da fondun qarşısına gəlmiş və o, Təqsirləndirilən şəxsla görüşərək fondun binasına daxil olmuşlar. Qalan şəxslər isə binanın kənarında gözləmişlər. Binanın daxilində 2-ci mərtəbəyə qalxdıqda İsa bir qadına yaxınlaşıb ona məxsus şəxsiyyət vəsiqəsini qadına vermiş, lakin qadın şəxsiyyət vəsiqəsini sistemdə 2016-cı ilin qeydiyatları olduğunu bildirmişdir. Bundan sonra İsadan verdiyi 23.025 manat pulu geri istəmiş, lakin Təqsirləndirilən şəxs, hazırda pulu olmadığını və pul əldə edən kimi pulu tam şəkildə qaytaracağnı demişdir. Bundan sonra bir-necə dəfə pulu Təqsirləndirilən şəxs şəhərciyin həyətində istəmiş və hər dəfə İsa onu aldatdığı üçün 14 aprel 2022-ci il tarixdə Abşeron RPİ-nin Qobu PB-nə ərizə ilə müraciət etmişdir. Təqsiləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, hal-hazırda göstərdiyi ünvanda ailəsi ilə bir yerdə yaşayır. 2011ci ildən dövlət tərəfindən ona təqaüd ayrılmış və 2021-cı ilin may ayına qədər dövlət tərəfindən verilmiş təqaüdləri almışdır. Lakin 2021-ci ilin may ayında son təqaüdünü aldıqda eşitmişdir ki, dövlət tərəfindən ayrılan təqaüdlər gəsiləcəkdir. Sonradan qardaşı Vəliyəddin ona demişdir ki, onun tanışı var və o, təqaüd sənədlərini həll edə bilir. Ona görə də qardaşı Vəliyyəddindən xahiş etmişdir ki, onunda təqaüd məsələsini həll etsin. Ona görə də 2021-ci ilin iyun ayında Vəliyəddin onlara gələrək 4500 manat pulu ondan almışdır ki, sənədləri düzəltsin. Sonradan qardaşı Vəliyəddin ona bildirmişdir ki, o aldığı 4500 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Sonradan 2022-ci ilin mart ayında Təqsirləndirilən şəxs sənədlərin düzəldiyini deyərək onları Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən Qubadlı rayon sosial əmək və əhalinin sosial müdafiə fonduna getmələrini və sənədləri oradan götürməyi demişdir. Təqsirləndirilən şəxs qardaşı onları aldatdığı üçün qardaşı Vəliyəddin 14 aprel 2022-ci il tarixdə Abşeron RPİ-nin Qobu PB-nə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, hal-hazırda göstərdiyi ünvanda ailəsi ilə bir yerdə yaşayır, Şahid2 həyat yoldaşıdır və himayələrində 2 az-yaşlı uşaqları var. Qayınatası Zərərçəkmiş şəxs1 həyat yoldaşına təqaüd sənədləri düzəltmək üçün 4.000 manat pul vermiş, qayınatası isə sənədlərin düzəldilməsi üçün 4000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 Kəlam oğlu ifadəsindfə göstərmişdir ki, hal-hazırda göstərdiyi ünvanda ailəsi ilə bir yerdə yaşayır, Dövlət tərəfindən 2021-ci ilin may ayına qədər təqaüd almış, lakin sonradan dövlət tərəfindən ayrılmış təqaüd kəsilmişdir. Sonradan eşitmişdir ki, təqaüd sənədlərinin düzəldilməsi və bərpa edilməsi üçün əmisi oğlu Zərərçəkmiş şəxs1 tanışı olan Təqsirləndirilən şəxs bu işlə məşğul olur. Ona görə də 2021-ci ilin iyun ayının ortalarında əmisi oğlu Zərərçəkmiş şəxs1 sənədlərinin düzəldilməsini xahiş etmiş və sənədlərin düzəldilməsi üçün ona 4500 manat pul vermişdir. Sonradan 2022-ci ilin mart ayında Təqsirləndirilən şəxs əmisi oğlu Vəliyəddini aldadaraq sənədlərini düzəltməmişdir. Təqsirləndirilən şəxs bu hərəkəti və onları aldatdıqlarını bildikləri üçün əmisi oğlu Vəliyəddin 14 aprel 2022-ci il tarixdə Abşeron RPİ-nin Qobu PB-nə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hal-hazırda göstərdiyi ünvanda ailəi ilə bir yerdə yaşayır. 2012-ci ildən o, həyat yoldaşı Zərərçəkmiş şəxs1, oğlu Şahid1 və qızı Şahid2 qaçqın kimi Abşeron rayonu, Stansiya Sumqayıt qəsəbəsi, “Qaçqın şəhərciyi”ndə məskunlaşmışlar və dövlət tərəfindən onlar üçün təqaüd ayrılmışdır. 2021-cı ilin noyabr ayının 16-na qədər dövlət tərəfindən verilmiş təqaüdü almış, lakin 2021-ci ilin may ayında eşitmişlər ki, dövlət tərəfindən verilən təqaüdlər dayandırılacaq. Həyat yoldaşı Təqsirləndirilən şəxsla danışmış, və ona 10.000 manat pul vermişdir. Təqsirləndirilən şəxs 3 (üç) ay müddətində təqaüd məsələlərini həll edəcəyini bildirmişdir. Sonradan həyat yoldaşı Vəliyəddin qardaşı Kamilə, əmisi oğlu Rüstəmə və qızları Şahid2 təqaüd sənədlərinin düzəldilməsi üçün təkrar 2021-ci ilin 19-21 iyun arası Təqsirləndirilən şəxs 13.000 manat pul vermiş, sonradan 2022-ci ilin mart ayında yenidən aldadaraq sənədlərin düzəldiyini bildirərək əlavə olaraq həyat yoldaşından 25 manat muştuluq pulu almışdır. Həyat yoldaşı aldadıldığını bildikdən sonra 14 aprel 2022-ci il tarixdə Abşeron RPİ-nin Qobu PB-nə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, halhazırda göstərdiyi ünvanda valideyinləri ilə bir yerdə yaşayır, özü isə fərdi işlə məşğul olur. Zərərçəkmiş şəxs1 və Şahid3 onun valideyinləridir. 2021-cı ilin noyabr ayının 16-na qədər dövlət tərəfindən verilmiş təqaüdləri almışdır, lakin 2021-ci ilin may ayında təqaüdlərin dayandırılacağını eşidən atası Zərərçəkmiş şəxs1 tanışı vastəsi ilə təqaüd sənədlərinin düzəldilməsi üçün 09 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs 10.000 manat, sonradan təkrar 2021-ci ilin 19-21 iyun arası bacısı Baharın, əmisi Kamilin, atasının, əmisi oğlu Rüstəmin sənədlərini düzəldilməsi üçün əlavə 13.000 manat pul vermişdir. Bundan sonra atası İsa tərəfindən aldıldığını görərək 14 aprel 2022-ci il tarixdə Abşeron RPİ-nin Qobu PB-nə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, halhazırda göstərdiyi ünvanda ailəsi ilə bir yerdə yaşayır. Zərərçəkmiş şəxs1 və Şahid3 onun valideyinləridir. Atası Vəliyəddin özünə, anası və qardaşına təqaüd sənədlərinin düzəldilməsi üçün Təqsirləndirilən şəxs 10.000 manat pul vermişdir. Ona görə də özünə təqaüd sənədlərinin düzəldilməsini atasına və həyat yoldaşı Elmirə bildirmişdir. Ona görə də Elmir atası Vəliyəddinə 4.000 manat pulu sənədlərin düzəldilməsi üçün vermişdir. 2021-ci ilin 19-21 iyun ayları arası Təqsirləndirilən şəxs cəmi 13.000 manat pul verilmişdir. Təqsirləndirilən şəxs atasını aldatdığı üçün 14 aprel 2022-ci il tarixdə Abşeron RPİ-nin Qobu PB-nə ərizə ilə müraciət etmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 31 may 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyətinə cəlb edilməmişdir. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli şübhəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs1 dəymiş 10.025 manat ziyanın 3000 manatı Təqsirləndirilən şəxs tərəfindən geri ödənilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməlləri Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinəəsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «İnsan Hüquqlarının və X3 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 dəymiş ziyanın 3000 manatını ödəməsi onun cəzasını yüngülləşdirən hal kimi müəyyən olunmuşdur. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsi (vurulmuş zərərin həcminin çox olması) onun sabit kriminal meyilliliyinə dəlalət etməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ədalət prinsipi baxımından qanuni, əsaslı və məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Zərərçəkmiş şəxslərə cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxslərə cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-521/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-521/2022
17.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver