Məhkəmə qərarları › İş №1(012)-522/2020

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-522/2020

04.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-522/2020 04.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1982-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2019-cu ilin oktyabr ayından 2020-ci ilin aprel ayınadək olan müddət ərzində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin «xxxxxxxxxxxxxxx» MMC-nin ərazisində yerləşən «Azərterminal-kompleks» Birliyinin ambarına jalüz qapının arxa hissəsini relsindən çıxarma yolu ilə qanunsuz daxil olmuş və ambarda strelyajlara vurularaq paddonlarda saxlanılan bir ədəd dəyəri 45 manat olan, ümumi 450 manat dəyərində 10 ədəd 1 litrlik “Baileys irish liqueur» likörünü, bir ədəd dəyəri 30 manat olan, ümumi 240 manat dəyərində 8 ədəd 05 litrlik «Ballantines scotch visky» viskisini, bir ədədinin dəyəri 40 manat olan, ümumi 200 manat dəyərində 5 ədəd 1 litrlik «Ballantines scotch vhisky» viskisini, bir ədədinin dəyəri 30 manat olan, ümumi 60 manat dəyərində 2 ədəd 0,5 litrlik «Jagermeister 56 liqueur» likörünü, bir ədədinin dəyəri 50 manat olan ümumi 850 manat dəyərində 17 ədəd 0,7 litrlik «Monkey Shoulder vhisky» viskisini, bir ədədinin dəyəri 42 manat olan ümumi 168 manat dəyərində 4 ədəd 0,5 litrlik «Chivas Reqal 12 years vhisky» viskisini, bir ədədinin dəyəri 120 manat olan ümumi 2040 manat dəyərində 17 ədəd 1 litrlik «Chivas Reqal 18 years vhisky» viskisini, bir ədədinin dəyəri 45 manat olan ümumi 1485 manat dəyərində 33 ədəd 1 litrlik «Grants vhisky» viskisini, bir ədədinin dəyəri 38 manat olan ümumi 1026 manat dəyərində 27 ədəd 1 litrlik «Red Label vhisky» viskisini, bir ədədinin dəyəri 100 manat olan ümumi 1400 manat dəyərində 14 ədəd 1 litrlik «Glenfıddch 15 years vhisky» viskisini, bir ədədinin dəyəri 70 manat olan ümumi 560 manat dəyərində 8 ədəd 0,75 litrlik «Glenfıddch 12 years vhisky» viskisini, bir ədədinin dəyəri 16 manat olan ümumi 32 manat dəyərində 2 ədəd 1,5 litrlik «İberia Georgian vine» şərabını, bir ədədinin dəyəri 35 manat olan ümumi '0 manat dəyərində 2 ədəd 1 litrlik «Jim Beam bourbon vciskey» viskisini, bir ədədinin dəyəri 32 manat olan ümumi 320 manat dəyərində 10 ədəd 1 litrlik «X9» arağını, bir ədədinin dəyəri 38 manat olan ümumi 1330 manat dəyərində 35 ədəd 1 litrlik «Beefeater London» cin içkisini, bir ədədinin dəyəri 31 manat olan ümumi 837 manat dəyərində 27 ədəd 0,75 litrlik «Martini Asti D.O.C.G vine» içkisini, bir ədədnin dəyəri 90 manat olan ümumi 630 manat dəyərində 7 ədəd 1 litrlik «Martell VSOP cognac» konyakını, bir ədədinin dəyəri 25 manat olan ümumi 100 manat dəyərində 4 ədəd 1 litrlik «Claymore vhisky» viskisini, bir ədəd 20 manat dəyərində 1 litrlik «Hardenberq doppelkorn» içkisini, bir ədəd 45 manat dəyərində 1 litrlik «Yeni Rakı» içkisini, bir ədədinin dəyəri 38 manat olan ümumi 76 manat dəyərində 2 ədəd 0,7 litrlik «Yeni Rakı» içkisini, bir ədədinin dəyəri 29 manat olan ümumi 406 manat dəyərində 14 ədəd 0,5 litrlik «Yeni Rakı» içkisini, bir ədədnin dəyəri 25 manat olan ümumi 75 manat dəyərində 3 ədəd 1,5 litrlik «Kindzmarauli vine» şərabını, bir ədədinin dəyəri 44 manat olan ümumi 88 manat dəyərində 2 ədəd 1 litrlik «Bombay sapphire gin» cin içkisini, bir ədədinin dəyəri 40 manat olan ümumi 320 manat dəyərində 8 ədəd 1 litrlik «Jagermeister 56 liqueur» likörünü, bir ədədinin dəyəri 18 manat olan ümumi 252 manat dəyərində 14 ədəd 0,2 litrlik «Jagermeister 56 liqueur» likörünü, bir ədədinin dəyəri 35 manat olan ümumi 175 manat dəyərində 5 ədəd 1 litrlik «Jose Cuervo especial silver tequila» tekilasım, bir ədədinin dəyəri 50 manat olan ümumi 1900 manat dəyərində 38 ədəd 0,7 litrlik «1800 silver tequila» tekilasım, bir ədədinin dəyəri 25 manat olan ümumi 100 manat dəyərində 4 ədəd 1 litrlik «Lauders scotch visky» viskisini, bir ədədinin dəyəri 26 manat olan ümumi 78 manat dəyərində 3 ədəd 1 litrlik «VAT 69 scotch visky» viskisini, bir ədədinin dəyəri 35 manat olan ümumi 805 manat dəyərində 23 ədəd 1 litrlik «J&B scotch visky» viskisini, bir ədədinin dəyəri 30 manat olan ümumi 330 manat dəyərində 11 ədəd 1 litrlik «Cutty Sfrk vhisky» viskisini, bir ədədinin dəyəri 50 manat olan ümumi 400 manat dəyərində 8 ədəd 0,7 litrlik «Blenders batch vhisky» viskisini, bir ədədinin dəyəri 60 manat olan ümumi 360 manat dəyərində 6 ədəd 1 litrlik «Hendricks gin» cin içkisini, bir ədədinin dəyəri 22 manat olan ümumi 572 manat dəyərində 26 ədəd 1 litrlik «Nemiroff original vodka» arağını, bir ədədinin dəyəri 35 manat olan ümumi 1365 manat dəyərində 39 ədəd 1 litrlik «Absoulut Vodka» arağını, bir ədədinin dəyəri 25 manat olan ümumi 275 manat dəyərində 11 ədəd 0,5 litrlik «Absoulut Vodka» arağını, bir ədədinin dəyəri 25 manat olan ümumi 250 manat dəyərində 10 ədəd 0,5 litrlik «Black Balsam riqa» balzam içkisini, bir ədədnin dəyəri 65 manat olan ümumi 260 manat dəyərində 4 ədəd 1 litrlik «Martell VS cognac» konyakını, bir ədədinin dəyəri 40 manat olan ümumi 80 manat dəyərində 2 ədəd 1 litrlik «SİR edvards visky» viskisini, bir ədədinin dəyəri 31 manat olan ümumi 62 manat dəyərində 2 ədəd 1 litrlik «Stolichnaya Vodka» arağını, bir ədədinin dəyəri 19 manat olan ümumi 247 manat dəyərində 13 ədəd 0,5 litrlik «Stolichnaya Vodka» arağını, bir ədədinin dəyəri 35 manat olan ümumi 2555 manat dəyərində 73 ədəd 1 litrlik «Koskenkorva Vodka» arağını, bir ədədinin dəyəri 38 manat olan ümumi 152 manat dəyərində 4 ədəd 1 litrlik «Tullamore D.E.V irish vhiskey» viskisini, bir ədədnini dəyəri 30 manat olan ümumi 990 manat dəyərində 33 ədəd 1 litri «Danzka Vodka» arağını, bir ədədinin dəyəri 30 manat olan ümumi 540 manat dəyərində 18 ədəd 1 litrlik «Black Velvet canadian vhisky» viskisini, bir ədədinin dəyəri 35 manat olan ümumi 420 manat dəyərində 12 ədəd 0,375 litrlik «Chivas Reqal 12 years vhisky» viskisini, bir ədədinin dəyəri 40 manat olan ümumi 200 manat dəyərində 5 ədəd 1 litrlik «Russkiy Standart vodka» arağını, bir ədədnin dəyəri 23 manat olan ümumi 161 manat dəyərində 7 ədəd 1 litrlik «Black Ram vhisky» viskisini, bir ədədinin dəyəri 40 manat olan ümumi 680 manat dəyərində 17 ədəd 1 litrlik «Jonn Bar scotch vhisky» viskisini, bir ədəd 30 manat dəyərində 1 litrlik «Hankey Bannister vhisky» viskisini, bir ədədinin dəyəri 70 manat olan ümumi 700 manat dəyərində 10 ədəd 0,75 litrlik «Moet&Chandon champange» şampan içkisini, bir ədəd 70 manat dəyərində 1 litrlik «Silver Patron tequila» tekila içkisini, bir ədədinin dəyəri 35 manat olan ümumi 70 manat dəyərində 2 ədəd 1 litrlik «Jim Beam extra black vhiskey» viskisini, bir ədədinin dəyəri 30 manat olan ümumi 300 manat dəyərində 10 ədəd 0,5 litrlik «Ballantines scotch vhisky» viskisini, bir ədəd 45 manat dəyərində 1 litrlik «Sheridans liqueur» likörünü, bir ədədinin dəyəri 10 manat olan ümumi 80 manat dəyrəində 8 ədəd 0,25 litrlik «Quanto Basta» içkisini, bir qutusunun dəyəri 3 manat olan ümumi 114 manat dəyərində 38 ədəd aksiz markası olmayan «NANOTEK İNFİNA KENT» MARKALİ, ştrix koduna görə Rumıniya istehsalı olan siqareti, bir qutusunun dəyəri 4,5 manat olan ümumi 4266 manat dəyərində 948 ədəd aksiz markası olmayan «HEETS AMBER LABEL» markalı, ştrix koduna görə İsveçrə istehsalı olan siqareti, bir qutusunun dəyəri 2,5 manat olan ümumi 95 manat dəyərində 38 ədəd aksiz markası olmayan «SOBRANİE LONDON\SİNCE» markalı, ştrix koduna görə Rusiya istehsalı olan siqareti, yəni ümumilikdə 31.807 manat dəyərində müxtəlif adda, sayda və çeşiddə spirtli içkiləri və tütün məmulatlarım gizli olaraq talamış və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2006-cı ildən «Azərterminalkompleks» Birliyində fəhlə kimi işləməyə başlamış, qeyd olunan birlik Zabrat qəsəbəsində Maştağa yolunda yerləşir, həmin birliyin ambarı «xxxxxxxxxxxxxxx» MMC-nin icarəyə götürdüyü ərazidə yerləşir və birlik tərəfindən həmin ərazidə yerləşən ambarlardan biri icarəyə götürülmüş, həmin ambarın yanında nisbətən kiçik ərazisi olan ambar kimi tikili də var, hər iki ambara Gömrük Komitəsi tərəfindən müsadirə olunmuş əmlaklar yığılır. Onun iş fəaliyyətinə həmin ambarda Gömrük Komitəsi tərəfindən müsadirə olunmuş malların ambarlara yığılması, çeşidlənməsi və sayılmasından ibarətdir. Ambarda ondan başqa ambardar Şahid1 da fəaliyyət göstərir. Şahid1 ambara daxil olan malların qəbul etməklə məşğul olur. Mallar ambara qəbul edildikdə ambardar Şahid1 və mal ambara gətirən şəxs arasında akt tərtib edilir, akta hər iki şəxs imza edir, o, ambarda fəhlə işləsə də, tərtib edilmiş aktda imza etmir. Bildirmişdir ki, həftə ərzində 5 günlük iş rejimində fəaliyyət göstərir və iş saatı iş günləri səhər saat 09-dan axşam saat 18 radələrinədək davam edir. xx xxxxxxx 2019-cu il tarixdə Gömrük İdarəsi tərəfindən müsadirə olunmuş xeyli miqdarda siqaretləri və müxtəlif adda, çeşiddə, sayda olan spirtli içkiləri «xxxxxxxxxxxxxxx» MMC-nin ərasində fəaliyyət göstərən «Azərterminalkompleks» Birliyinin ambarına qəbul etmiş, həmin malları sayıb qutulara yığdıqdan sonra dağılmaması üçün striclənmiş və kiçik ambara yığılmış, ambardar Şahid1 tərəfindən akt tərtib edilmiş və malı ambara Gömrük İdarəsinin işçisi gətirmiş, lakin həmin şəxsi tanımır. Həmin mallar ambara yığıldıqdan sonra 2019-cu ilin oktyabr ayından başlayaraq yığılmış spirtli içkiləri və siqaretləri şəxsi istifadəsi üçün götürməyə başlamış, belə ki, əvvəlcə spirtli içkilərdən götürməyə başlamış, hər dəfə 4-5-6 ədəd olmaqla əl çantasına yığıb «xxxxxxxxxxxxxxx» MMC-nin ərazisindən çıxarıb yaşadığı evə daşımağa başlamış, «xxxxxxxxxxxxxxx» MMC-nin ambarları mühafizəçilər tərəfindən mühafizə olunur, o və Adil Orucov Gömrük Komitəsinin işçiləri olduğu üçün onları tanıyırlar və ambardan çıxarkən mühafizəçilər tərəfindən yoxlanılmır. Bu minvalla 2019-cu ilin oktyabr ayının əvvəllərindən 2020-ci ilin aprel ayının əvvəllərinədək işlədiyi ambardan müxtəlif adda, sayda və çeşiddə spirtli içkiləri hər dəfə 4-5-6 ədəd olmaqla, eyni zamanda siqaretləri isə hər dəfə 7-8 blok olmaqla əl sumkasının içərisində paltarların arasına yığıb daşımağa başlamış, ambardan götürdüyü bütün malları yaşadığı Xırdalan şəhərindəki evinə gətirmiş, o spirtli içki içdiyi üçün həmçinin gün ərzində ən azı iki qutu siqaret çəkdiyinə görə ambardan götürdüyü spirtli içkilərdən və siqaretlərdən özü istifadə etməyə başlamış, ambardan götürdüyü içkiləri və siqaretləri yaşadığı evin həyətində yerləşən ambara yığmışdır. Bu minvalla qeyd olunan müddət ərzində çoxlu sayda, adda və çeşiddə spirtli içkilər, tütün məmulatları daşıyıb həyətindəki qaraja yığmış, hazırkı vaxta kimi isə içkilərin bir hissəsini və tütün məmulatlarının bir hissəsini özü istifadə etmiş, xx xxxxx 2020-ci il tarixdə işdən olarkən Gömrük İdarəsindən gözləmədiyi anda iki nəfər əməkdaş ambara gəlmiş və ambara yığılmış malları sayıb akt tərtib etməyə başlamış, ambarın yoxlanılması zamanı isə oraya yığılmış mallardan çoxlu sayda çatışmazlıq olduğu müəyyən edilmiş və ondan bu barədə xəbər aldıqda həmin malları götürdüyünü etiraf etmiş, sonra ambardan götürülmüş malların siyahısı tərtib olunmuş və bu barədə də akt tərtib edilmişdir. Əlavə olaraq göstərmişdir ki, həmin malları bilavasitə özü götürmüş və qeyd etdiyi kimi spirtli içkiləri hər dəfə 4-5-6 ədəd olmaqla, tütün məmulatlarının isə hər dəfə 7-8 blok olmaqla ambardan çıxarmış, bu işdə ona heç kəs tərəfindən köməklik edilməmiş, malları özü götürmüş, iş gününün sonunda ambarın qapısı ambardar Adil Orucov tərəfindən plomblansa da, qapının digər tərəfini çəkib açmaqla içəri girmək mümkün olmuş, buna görə də hər dəfə Adil Orucovla birlikdə ambarda işdən çıxdıqdan sonra geri qayıtmış və ambarın qapısının digər hissəsini açıb içəri girərək oradan lazım olan miqdarda spirtli içki və yaxud siqaret götürüb özü ilə çıxarıb aparmış, ambardan götürdüyü spirtli içkilərin bir hissəsini özü içmiş, həmçinin tütün məmulatlarını çəkmiş, həmin mallar aksiz markası olmayan mallar olduğundan onların başqa ünvanlara satılması mümkün hal deyildir. Hazırda törətdiyi əməldən peşman olduğunu, ilk dəfə cinayət törətdiyini, himayəsində üç azyaşlı uşağının olduğunu, dəymiş ziyanın müəyyən hissəsinin ödədiyini bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2006-cı ildən «Azərterminalkompleks» Birliyində fəhlə kimi işləməyə başlamış, qeyd olunan birlik Zabrat qəsəbəsində Maştağa yolunda yerləşir, həmin birliyin ambarı «xxxxxxxxxxxxxxx» MMC-nin icarəyə götürdüyü ərazidə yerləşir və birlik tərəfindən həmin ərazidə yerləşən ambarlardan biri icarəyə götürülmüş, həmin ambarın yanında nisbətən kiçik ərazisi olan ambar kimi tikili də var, hər iki ambara Gömrük Komitəsi tərəfindən müsadirə olunmuş əmlaklar yığılır. Onun iş fəaliyyətinə həmin ambarda Gömrük Komitəsi tərəfindən müsadirə olunmuş malların ambarlara yığılması, çeşidlənməsi və sayılmasından ibarətdir, Təqsirləndirilən şəxs anbarda olan spirtli içkiləri və siqaretləri oğurlamış, göstərilən hal müəyyən edildikdən sonra sənədlər toplanılaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Daxili Təhlükəsizlik İdarəsinə göndərilmiş, daha sonra Abşeron RPİ-yə müraciət edilmişdir. Oğurluq nəticəsində şirkətə 31727 manat ziyan dəymiş, ziyanın 3872 manat hissəsi ödənilmişdir. Hazırda o, vurulmuş ziyanın ödənilmədiyini və Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, «Azərterminalkompleks» Birliyində Dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin saxlancı şöbəsinin inspektoru vəzifəsində işləyir. 2018-ci ilin noyabr ayından «Azərterminalkompleks» Birliyində inspektor kimi işləməyə başlamış, qeyd olunan birlik Zabrat qəsəbəsində Maştağa yolunda yerləşir. Həmin birliyin ambarı «xxxxxxxxxxxxxxx» MMC-nin icarəyə götürdüyü ərazidə yerləşir və birlik tərəfindən həmin ərazidə yerləşən ambarlardan biri icarəyə götürülmüş, həmin ambarın yanında nisbətən kiçik ərazisi olan ambar kimi tikili də var, hər iki ambara Gömrük Komitəsi tərəfindən müsadirə olunmuş əmlaklar yığılır, həmin müsadirə olunmuş mallar İdarənin məktubu və aktı əsasında qəbul edilir, çeşidlənir və sayılır. Onunla birlikdə birliyin ambarında fəhlə kimi Təqsirləndirilən şəxs da fəaliyyət göstərir, Hüseyn ambara qəbul ediləcək malların avtokardan istifadə etməklə ambara yığılmasını, çeşidlənməsini həyata keçirir. xx xxxxx 2020-ci il tarixdə həmişə olduğu kimi ambarda iş yerində olmuş, həmin tarixdə işdə olarkən «Azərterminalkompleks» Birliyində Dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin saxlancı şöbəsinin rəisi Şahid2, inspektorları Şahid3 və Şahid4 işlədiyi «Azərterminalkompleks» Birliyi tərəfindən icarəyə götürülmüş «xxxxxxxxxxxxxxx» MMC-yə məxsus ambarına gəlmiş, ambarda olarkən orada strelyajlara qoyulmuş paddonlara nəzarət olunmuş, həmin vaxtı içərisində çoxlu sayda spirtli içkilər və tütünlər olan qutuların boş olduğu, yəni qutuların büzükdüyü nəzərlərini cəlb etmiş, buna görə də avtokardan istifadə etməklə paddonları yerə qoymuşlar. Həmin paddonlarda Baş Gömrük İdarəsi tərəfindən Müvəqqəti saxlanca verilən 85 ədəd müxtəlif adda, müxtəlif növ spirtli içkilər və tütün məmulatları saxlanılmış, həmin qutulara baxış zamanı sözügedən mallardan 60 adda spirtli içkilərin və tütün məmulatlarının çatışmazlığını aşkar etmiş, bundan sonra həmin ambarda fəhlə kimi işləmiş və hadisədən sonra işdən çıxarılmış Təqsirləndirilən şəxsla söhbət etmiş, söhbət zamanı Təqsirləndirilən şəxs çatışmayan malların onun özü tərəfindən götürüldüyünü etiraf etmiş, sonra ambarda çatışmayan mallara dair «Götürülən malların» siyahısı tərtib edildi və şöbə rəisi Şahid2 tərəfindən raportla Birliyin direktoruna baş vermiş hadisə ilə bağlı məlumat verilmiş, əlavə olaraq ambarda mallar sayıldıqda, Hüseynin orada iştirak etdiyini və oğurluğu etiraf etdiyini, malları qaytaracağına söz verdiyini, ambarda aparılan yoxlamada Hüseyn iştirak etsə də, sonradan malları gətirəcəyi adı ilə çıxıb getdiyini, həmin tarixdə yoxlamanın aparılması barədə aktın tərtib edildiyini və aktı proses iştirakçıları tərəfindən imzalar ilə təsdiq edildiyini bildirdi. Hadisə barədə məlumat aldıqdan sonra Hüseyn özü oğurluğu etiraf etdiyi üçün əvvəlcə onun ambardan hansı ardıcıllıqla oğurluq etməsi ilə bağlı maraqlanmış, sonradan material daxili təhlükəsizliyə verildikdən sonra Hüseyn özü darvazanı çıxarıb yana çəkmə ardıcıllığı ilə ambardan oğurluq etdiyini bildirmiş, iş gününün sonunda ambarın qapısı onun tərəfindən plomblanır, belə ki, hər gün iş saatının sonunda ambarın qapısını özü plomblayır, lakin günortalar elə hallar olur ki, bir saatlıq evə nahar fasiləsinə getdikdə qapı plombla deyil, qıfılla bağlanır, lakin ambarın qıfıllarının açarı yalnız özündə olur. Təqsirləndirilən şəxs ambarda fəhlə kimi işləsə də, saxlanc yerlərinə yalnız onun iştirakı ilə giriş çıxış edə bilirdi, sonuncunun sərbəst halda ambara giriş çıxış etməsi, o cümlədən onun iştirakı olmadan ambardan istifadə etməsi halları mümkün olan hal olmamış və iş gününün sonunda da ambarın qapısının möhürünü vurduğu üçün Hüseynin ambara giriş etməsi mümkün olmamış, ambarın açarları yalnız özündə olmuş və özü ambarın qıfılını açdıqdan sonra Hüseyn ambara giriş çıxış edə bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, «Azərterminalkompleks» Birliyində Dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin saxlancı şöbəsinin rəisi vəzifəsində işləyir. xx xxxxx 2020-ci il tarixdə «Azərterminalkompleks» Birliyi tərəfindən icarəyə götürülmüş «xxxxxxxxxxxxxxx» MMC-yə məxsus ambara baxış keçirilərkən bir neçə ədəd əzilmiş qutular nəzərlərin cəlb etmiş, həmin qutularda Baş Gömrük İdarəsi tərəfindən Müvəqqəti saxlanca verilən 85 ədəd müxtəlif adda, müxtəlif növ spirtli içkilər və tütün məmulatları saxlanılmış, həmin qutulara baxış zamanı sözügedən mallardan 60 adda spirtli içkilərin və tütün məmulatlarının çatışmazlığını aşkar etmiş, qeyd olunan prosesdə onunla birlikdə həmkarları Şahid1, Şahid3, Şahid4 və Təqsirləndirilən şəxs da iştirak etmiş, sonra həmin ambarda fəhlə kimi işləmiş və hadisədən sonra işdən çıxarılmış Təqsirləndirilən şəxsla söhbətləri olmuş, söhbət zamanı Təqsirləndirilən şəxs çatışmayan malların onun tərəfindən götürüldüyünü etiraf etmiş, bundan sonra çatışmayan mallara dair «Götürülən malların» siyahısı tərtib edilmiş və o, raportla Birliyin direktoruna baş vermiş hadisə ilə bağlı məlumat vermişdir. Əlavə olaraq sonuncu dəfə 2019-cu ilin yay aylarında ambarda təftiş olunduğunu, qeyd olunan mallar ambara 2019-cu ilin oktyabr ayında qəbul edildiyini, həmin dövrdən sonra isə ambarda təftiş olunmadığını göstərmiş, ambarda mallar sayıldıqda, Hüseyn orada iştirak etmiş və oğurluğu etiraf edib malları qaytaracağına söz vermiş, ambarda aparılan yoxlamada Hüseyn iştirak etsə də, sonradan malları gətirəcəyinə söz verərək çıxıb getmiş, yoxlamanın aparılması barədə akt tərtib edilmiş və aktda proses iştirakçıları imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Asif oğlu ifadəsində göstərdi ki, «Azərterminalkompleks» Birliyində Dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin saxlancı şöbəsinin inspektoru vəzifəsində işləyir. xx xxxxx 2020-ci il tarixdə «Azərterminal- kompleks» Birliyində Dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin saxlancı şöbəsinin rəisi Şahid2, inspektoru Şahid3 ilə birlikdə «Azərterminalkompleks» Birliyi tərəfindən icarəyə götürülmüş «xxxxxxxxxxxxxxx» MMC-yə məxsus ambarına gəlmiş, ambarda olarkən orada strelyajlara qoyulmuş paddonlarda olan və içərisində çoxlu sayda spirtli içkilər və tütünlər olan qutuların boş olduğu, yəni qutuların büzüldüyü nəzərlərini cəlb etmiş, buna görə də avtokardan istifadə etməklə paddonları yerə qoymuş, həmin paddonlarda Baş Gömrük İdarəsi tərəfindən Müvəqqəti saxlanca verilən 85 ədəd müxtəlif adda, müxtəlif növ spirtli içkilər və tütün məmulatları saxlanılmış, həmin qutulara baxış zamanı sözügedən mallardan 60 adda spirtli içkilərin və tütün məmulatlarının çatışmazlığını aşkar etmiş, sonra həmin ambarda fəhlə kimi işləmiş və hadisədən sonra işdən çıxarılmış Təqsirləndirilən şəxsla söhbətləri olmuş, söhbət zamanı Hüseyn Zeynlalov çatışmayan malların onun tərəfindən götürüldüyünü etiraf etmiş və sonra ambarda çatışmayan mallara dair «Götürülən malların» siyahısı tərtib edilmiş, bundan sonra şöbə rəisi Şahid2 tərəfindən raportla Birliyin direktoruna baş vermiş hadisə ilə bağlı məlumat verilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, «Azərterminalkompleks» Birliyində Dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin saxlancı şöbəsinin baş inspektoru vəzifəsində işləyir. xx xxxxx 2020-ci il tarixdə «Azərterminalkompleks» Birliyində Dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin saxlancı şöbəsinin rəisi Şahid2, inspektoru Şahid4 ilə birlikdə «Azərterminalkompleks» Birliyi tərəfimdən icarəyə götürülmüş «xxxxxxxxxxxxxxx» MMC-yə məxsus ambarına gəlmiş, ambarda olarkən orada strelyajlara qoyulmuş paddonlarda olan və içərisində çoxlu sayda spirtli içkilər və tütünlər olan qutuların boş olduğu, yəni qutuların büzüldüyü nəzərlərini cəlb etmiş, buna görə də avtokardan istifadə etməklə paddonları yerə qoymuş, həmin paddonlarda Baş Gömrük İdarəsi tərəfindən Müvəqqəti saxlanca verilən 85 ədəd müxtəlif adda, müxtəlif növ spirtli içkilər və tütün məmulatları saxlanılmış, həmin qutulara baxış zamanı sözügedən mallardan 60 adda spirtli içkilərin və tütün məmulatlarının çatışmazlığını aşkar edilmiş, sonra həmin ambarda fəhlə kimi işləmiş və hadisədən sonra işdən çıxarılmış Təqsirləndirilən şəxsla söhbətləri olmuş, söhbət zamanı Təqsirləndirilən şəxs çatışmayan malların onun tərəfindən götürüldüyünü etiraf etmiş və sonra ambarda çatışmayan mallara dair «Götürülən malların» siyahısı tərtib edilmiş, şöbə rəisi Şahid2 tərəlındən raportla Birliyin direktoruna baş vermiş hadisə ilə bağlı məlumat verilmişdir. X6 Məhkəməsinin «Andandonskinin-Rusiyaya qarşı» iş üzrə xx.xx.2006-cı il tarixli, həmçinin «Saidinin-Fransaya qarşı» iş üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, «sübutların mümkünlüyü» daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə X6 Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma və məhkəmə mərhələsində şahid qismində şəxslərinverdikləri ifadələri də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/2949 saylı məhkəmə əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, bir ədəd 0,250 litrlik “Quanto Baste» içkisinin qiyməti 10 manat; bir ədəd 1 litrlik “Baileys irish liqueur» likörünün qiyməti 45 manat; bir ədəd 0,5 litrlik «Ballantines scotch visky» viskisinin qiyməti 30 manat; bir ədəd 1 litrlik «Ballantines scotch vhisky)) viskisinin qiyməti 40 manat; bir ədəd 0,5 litrlik «Jagermeister 56 liqueur» likörünün qiyməti 30 manat; bir ədəd 0,7 litrlik «Monkey Shoulder vhisky» viskisinin qiyməti 50 manat; bir ədəd 0,5 litrlik «Chivas Reqal 12 years vhisky» viskisinin qiyməti 42 manat; bir ədəd 1 litrlik «Chivas Reqal 18 years vhisky)) viskisinin qiyməti 120 manat; bir ədəd 1 litrlik «Grants vhisky» viskisinin qiyməti 45 manat; bir ədəd 1 litrlik «Red Label vhisky» viskisinin qiyməti 38 manat; bir ədəd 0,75 litrlik «Glenfıddch 12 years vhisky» viskisinin qiyməti 75 manat; bir ədəd 1,5 litrlik «İberia Georgian vine» şərabının qiyməti 16 manat; bir ədəd 1 litrlik «Jim Beam bourbon vciskey» viskisinin qiyməti 35 manat; bir ədəd 1 litrlik «X9» arağının qiyməti 32 manat; bir ədəd 1 litrlik «Beefeater London» cin içkisinin qiyməti 38 manat; bir ədəd 0,75 litrlik «Martini Asti D.O.C.G vine» içkisinin qiyməti 31 manat; bir ədəd 1 litrlik «Martell VSOP cognac» konyakının qiyməti 90 manat; bir ədəd 1 litrlik «Claymore vhisky» viskisinin qiyməti 25 manat; bir ədəd 1 litrlik «Hardenberq doppelkorn» içkisinin qiyməti 20 manat; bir ədəd 1 litrlik «Yeni Rakı» içkisinin qiyməti 45 manat; bir ədəd 0,7 litrlik «Yeni Rakı» içkisinin qiyməti 38 manat; bir ədəd 0,5 litrlik «Yeni Rakı» içkisinin qiyməti 219 manat; bir ədəd 1,5 litrlik «Kindzmaraııli vine» şərabının qiyməti 25 manat; bir ədəd 1 litrlik «Bombay sapphire gin» cin içkisinin qiyməti 44 manat; bir ədəd 1 litrlik «Jagermeister 56 liqueur» likörünün qiyməti 40 manat; bir ədəd 0,2 litrlik «Jagermeister 56 liqueur» likörünün qiyməti 18 manat; bir ədəd 1 litrlik «Jose Cuervo especial silver tequila» tekilasının qiyməti 35 manat; bir ədəd 0,7 litrlik «1800 silver tequila» tekilasının qiyməti 50 manat; bir ədəd 1 litrlik «Lauders scotch visky» viskisinin qiyməti 25 manat; bir ədəd 1 litrlik «VAT 69 scotch visky» viskisinin qiymçti 26 manat; bir ədəd 1 litrlik «J&B scotch visky» viskisinin qiyməti 35 manat; bir ədəd 1 litrlik «Cutty Sfrk vhisky» viskisinin qiyməti 30 manat; bir ədəd 0,7 litrlik «Blenders batch vhisky» viskisinin qiyməti 50 manat; bir ədəd 1 litrlik «Hendricks gin» cin içkisinin qiyməti 60 manat; bir ədəd 1 litrlik «NemirolToriginal vodka» arağının qiyməti 22 manat; bir ədəd 1 litrlik «Absoulut Vodka» arağının qiyməti 35 manat; bir ədəd 0,5 litrlik «Absoulut Vodka» arağının qiyməti 25 manat; bir ədəd 0,5 litrlik «Black Balsam riqa» balzam içkisinin qiyməti 25 manat; bir ədəd 1 litrlik «Martell VS cognac» konyakının qiyməti 65 manat; bir ədəd 1 litrlik «SİR edvards visky» viskisinin qiyməti 40 manat; bir ədəd 1 litrlik «Stolichnaya Vodka» arağının qiyməti 31 manat; bir ədəd 0,5 litrlik «Stolichnaya Vodka» arağının qiyməti 19 manat; bir ədəd 1 litrlik «Koskenkorva Vodka» arağının qiyməti 35 manat; bir ədəd 1 litrlik «Tullamore D.E.V irish vhiskey» viskisinin qiyməti 38 manat; bir ədəd 1 litrlik «Danzka Vodka» arağının qiyməti 30 manat; bir ədəd 1 litrlik «Black Velvet canadian vhisky» viskisinin qiyməti 30 manat; bir ədəd 0,375 litrlik «Chivas Reqal 12 years vhisky» viskisinin qiyməti 35 manat; bir ədəd 1 litrlik «Russkiy Standart vodka» arağının qiyməti 40 manat; bir ədəd 1 litrlik «Black Ram vhisky» viskisinin qiyməti 23 manat; bir ədəd 1 litrlik «Jonn Bar scotch vhisky» viskisinin qiyməti 40 manat; bir ədəd 1 litrlik «Hankey Bannister vhisky» viskisinin iqyməti 30 manat: bir ədəd 0,75 litrlik «Moet&Chandon champange» şampan içkisinin qiyməti 70 manat; bir ədəd 1 litrlik «Silver Patron tequila» tckila içkisinin qiyməti 70 mar-'. bir ədəd 0,5 litrlik «Ballantines scotch vhisky» viskisinin qiyməti 30 manat; bir ədəd 1 litrlik «Sheridans liqueur» likörünün qiyməti 45 manat; bir qutu aksiz markası olmayan «NANOTEK İNFİNA KENT» markalı, ştrix koduna görə Rumıniya istehsalı olan siqaretin qiyməti 3 manat; bir qutu aksiz markası olmayan «E1EETS AMBER LABEL» markalı, ştrix koduna görə İsveçrə istehsalı olan siqaretin qiyməti 4,5 manat; bir qutu aksiz markası olmayan «SOBRANİE LONDON\SİNCE» markalı, ştrix koduna görə Rusiya istehsalı olan siqaretin qiyməti 2,5 manat müəyyən edilir. İş üzrə maddi sübut olan 5 ədəd 0,5 litrlik «Stolichnaya Vodka» arağı, 19 ədəd 0,7 litrlik «1800 silver tequila» tekilası, 2 ədəd 1 litrlik «Black Velvet canadian vhisky» viskisi, 2 ədəd 1 litrlik «Claymore vhisky» viskisi, 6 ədəd 1 litrlik «J&B scotch visky» viskisi, 11 ədəd 1 litrlik «Beefeater London» cin içkisi, 5 ədəd 1,5 litrlik «Kindzmarauli vine» şərabı, 1 ədəd 0,75 litrlik «Glenfıddch 12 years vhisky» viskisi, 4 ədəd 1 litrlik «Absoulut Vodka» arağı, 1 ədəd 1 litrlik «Jim Beam extra black vhiskey» viskisi, 1 ədəd 1 litrlik «Bombay sapphire gin» cin içkisi, 1 ədəd 05 litrlik «Ballantines scotch visky» viskisi, 1 ədəd 0,5 litrlik «Ballantines scotch vhisky» viskisi, 8 ədəd 0,7 litrlik «Monkey Shoulder vhisky» viskisi, 3 ədəd 1 litrlik «Nemiroff original vodka» arağı, 17 ədəd 1 litrlik «Koskenkorva Vodka» arağı, 4 ədəd 0,75 litrlik «Martini Asti D.O.C.G vine» içkisi, 2 ədəd 1 litrlik «Stolichnaya Vodka» arağı, 8 ədəd 0,2 litrlik «Jagermeister 56 liqueur» likörü, 1 ədəd 0,7 litrlik «Yeni Rakı» içkisi, 3 ədəd 1 litrlik “Baileys irish liqueur» likörü, 1 ədəd 1 litrlik «Ballantines scotch vhisky» viskisi, 1 ədəd 0,5 litrlik «Chivas Reqal 12 years vhisky» viskisi saxlanması üçün «Azərterminalkompleks» Birliyində Dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin saxlancı şöbəsinə təhvil verilməsi nəzərə alınmalıdır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsin nümayəndəsinivə şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki,Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələriilə düzgün tövsif edilmişdir və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki,məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır . İş materiallarında olan Abşeron RİH başçısının Xırdalan şəhər İƏD üzrə nümayənədəliyi tərəfindən verilmiş arayış və xasiyyətnaməsindəngörünürki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında qeydiyyatdadırvəyaşayış yeri üzrə müsbətxarakterizəolunur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü X1, xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 adlı azyaşlı uşaqları var. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, himayəsində üç azyaşlı uşağının olmasını, dəymiş ziyanın müəyyən hissəsini ödəməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını məhkəmə onun cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun törədilmə hallarını, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran hallarının olmamasını, qanunvericiliyin tələblərini, cəzanın onun islah olunmasına və ailə şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunması qanuni və əsaslı olmaqla cəzanın məqsədlərinə uyğundur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixində barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və məhkəmədə həmin qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məvəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Göstərilən maddələrin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə bir günə bir gün hesabı ilə daxil edilməli və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində müəyyən edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə zalında dərhal həbsə alınmalıdır. İş üzrə zərərçəkmiş şəxsə törədilmiş cinayət nəticəsində ona dəymiş və ödənilməmiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. HökmünicrasıAbşeron rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvaləolunmalıdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin ekspert xərclərinə dair bildirişindən görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (yüz) manatdır. Azərbaycan Respublikasının CPM-nin 197.1.4,198.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 100 (yüz) manat olan ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 50 saat və məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 390 (üç yüz doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və AzərbaycanRespublikasıCinayət-ProsessualMəcəlləsinin 344- 347, 349, 351-356, 383, 384 və 385-cimaddələrinirəhbərtutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü və 177.2.4-cü maddələriilənəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə zalında dərhal həbsə alınsln. İş üzrə zərərçəkmiş şəxsə törədilmiş cinayət nəticəsində dəymiş və ödənilməmiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilsin. İş üzrə 100 (yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentlyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. İş üzrə maddi sübut olan 5 ədəd 0,5 litrlik «Stolichnaya Vodka» arağı, 19 ədəd 0,7 litrlik «1800 silver tequila» tekilası, 2 ədəd 1 litrlik «Black Velvet canadian vhisky» viskisi, 2 ədəd 1 litrlik «Claymore vhisky» viskisi, 6 ədəd 1 litrlik «J&B scotch visky» viskisi, 11 ədəd 1 litrlik «Beefeater London» cin içkisi, 5 ədəd 1,5 litrlik «Kindzmarauli vine» şərabı, 1 ədəd 0,75 litrlik «Glenfıddch 12 years vhisky» viskisi, 4 ədəd 1 litrlik «Absoulut Vodka» arağı, 1 ədəd 1 litrlik «Jim Beam extra black vhiskey» viskisi, 1 ədəd 1 litrlik «Bombay sapphire gin» cin içkisi, 1 ədəd 05 litrlik «Ballantines scotch visky» viskisi, 1 ədəd 0,5 litrlik «Ballantines scotch vhisky» viskisi, 8 ədəd 0,7 litrlik «Monkey Shoulder vhisky» viskisi, 3 ədəd 1 litrlik «Nemiroff original vodka» arağı, 17 ədəd 1 litrlik «Koskenkorva Vodka» arağı, 4 ədəd 0,75 litrlik «Martini Asti D.O.C.G vine» içkisi, 2 ədəd 1 litrlik «Stolichnaya Vodka» arağı, 8 ədəd 0,2 litrlik «Jagermeister 56 liqueur» likörü, 1 ədəd 0,7 litrlik «Yeni Rakı» içkisi, 3 ədəd 1 litrlik “Baileys irish liqueur» likörü, 1 ədəd 1 litrlik «Ballantines scotch vhisky» viskisi, 1 ədəd 0,5 litrlik «Chivas Reqal 12 years vhisky» viskisi saxlanması üçün «Azərterminalkompleks» Birliyində Dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin saxlancı şöbəsinə təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 50 saat və məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 390 (üç yüz doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabınaödənilsin. Hökmünicrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına, Abşeron Rayon Polis İdarəsinə və Abşeron Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu,təqsirləndirilən şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar