Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-522/2021 02.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi2 iştirakı ilə xx.xx.1953-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, Abşeron rayonu Novaxnı kəndində yerləşən fərdi evdə yaşamış, Abşeron Rayon Məhkəməsinin 27.06.2021-ci il tarixli qərarı ilə həbsetmənin əvvəl 26.06.2021-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakıİstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2021 -ci ilin iyun ayının əvvəllərində Abşeron rayonu, Novxanı kəndi ərazisində istintaqa məlum olmayan mənbədən ansuz olaraq əldə etdiyi əkib-becərməsi qadağan olunmuş 09 ədəd narkotik tərkibli nə bitkisini qanunsuz olaraq əldə edib 12 iyun 2021 -ci il tarixdə yaşadığı ünvan 4in həyətində özü istifadə etmək məqsədi ilə ıiş və müntəzəm olaraq suvarmaqla dibini yumşaltmaqla aqrotexniki qaydada qulluq edib xeyli miqdarda 09(doqquz) ədəd yaş vəziyyətdə ümumi çəkisi 2005,0 qram olan əkilibbecərilməsi qadağan olmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri kolunu qanunsuz kultivasiya etməklə yetişdirmiş, 26 iyun 2021-ci il tarixdə saat 00;30 lələrində Abşeron rayon polis idarəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış lbirləri zamanı Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Dvxanı kəndində yerləşən fərdi evinin həyətinə baxış keçirən zaman sonuncuya məxsus, həmin 2 ədəd 130 sm, 2 ədəd 90 sm və 5 ədəd 70 sm uzunluqda olmaqla 09 (doqquz) ədəd yaş vəziyyətdə ümumi xalis çəkisi 2005,0 qram əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisi aşkar edilərək götürlmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 4də tək yaşayır. Uzun müddətdir ki, narkotik vasitə istifadəçisidir. Bir neçə dəfə müalicə olunmuşdur. 2021-ci ilin iyun ayının əvvəllərində yaşadığı evin yaxınlığında küçə ilə gedərkən yerə atılmış bir neçə kol görmüşdür. Narkotik vasitə istifadəçisi olduğuma görə həmin bitkilərin çətənə bitkisi olduğunu və yaş olduğunu bilmişdir. Buna görə də qərara gəlmişdir ki, həmin bitkiləri yenidən əksin və çətənə bitkisinin yarpaqlarını qurudub istifadə etsin. Bu məqsədlə 2021-ci ilin iyun ayının təxminən 12-də yaşadığı evinhəyətyanı sahəsində tapdığı həmin 09 ədəd kolları əkmişdir. Həmçinin əmələ gəlmiş həmin bitkilərin dibini belləyib, meneral kübrə verib mütamadi sulamışdır. 26.06.2021-ci il tarixdə saat 00:30 radələrində yaşadığı evin yaxınlığında olarkən tanımadığı 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini ona təqdim etmişlər. Sonra ona tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasında şübhəli olduğunu bildirmişlər. Sonra dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutularaq şübhəli şəxs kimi ona hüquq və vəzifələri izah olunmuşdur. Həmçinin polis əməkdaşlarına yaşadığı evə baxış keçirmələrinə heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra müdafiəçinin və mütəxəssisin iştirakı ilə videoçəkiliş vasitəsilə yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilməyə başlanmışdır. Baxış keçirilməzdən əvvəl ona yaşadığı evdə və həyətyanı sahəsində qanunla qadağan olunmuş əşya, predmet, narkotik vasitə və bitki varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra o, polis əməkdaşlarını yaşadığı evin həyətyanı sahəsində çətənə kollarını əkib-becərdiyi yerə aparıb göstərmişdir, polis əməkdaşları aqronom mütəxəssisin iştirakı ilə həmin bitkilərə baxış keçirib 09 ədəd çətənə kolunu torpaqdan çıxararaq qablaşdırmışlar. Sonra bu barədə protokol tərtib olunmuşdur. O, və orada olan digər iştirakçılar həmin protokolu imzaladıqdan sonra polis əməkdaşları onu Abşeron RPİ-nə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Abşeron rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayorudur. 26 iyun 2021-ci il tarixdə ünvan 4də yaşayan Təqsirləndirilən şəxs yaşadığı ünvan 4inin həyətində narkotik tərkibli çətənə bitkisi əkibbecərməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması üçün əməliyyat tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi ilə əlaqədar o, raportla idarə rəhbərliyinə müraciət etmişdir. Müvafiq icazə verildikdən sonra Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X2 və Abşeron RPİ-nin NMQ-nun baş əməliyyat müvəkkili polis mayoru Şahid2 ibarət əməliyyat qrupunun yaradılması ilə bağlı qərar qəbul edilmiş və əməliyyat qrupuna Abşeron rayonu, Xırdalan şəhəri, "xxxx"MMC-də bağban vəzifəsində işləyən Şahid1 mütəxəssis kimi dəvət olunmuşdur. Olar bir yerdə 26 iyun 2021-ci il tarixdə saat 00:30 radələrində əməliyyat tədbirləri keçirməyə başlayaraq Təqsirləndirilən şəxs yaşadığı ünvan 4inin həyətinə gəlmişlər. Həmin evin həyətinə daxil olduqda evin sahibi 65- 70 yaşlarında olan kişi onların qarşısına çıxmışdır. Onlar ev sahibi olan Təqsirləndirilən şəxs onun yaşadığı evinin həyətinə baxış keçirilməsi ilə bağlı bildirdikdə ev sahibi Təqsirləndirilən şəxs ona məxsus olan evin həyətinə polis əməkdaşlarının baxış keçirməsinə etirazı olmadığını bildirmişdir. Sonra onlar Təqsirləndirilən şəxs yaşadığı ünvan 4də video çəkilişdən istifadə olunaraq Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa və evinə baxış keçirməyə başlamazdan ona təhqiqatçının qərarı ilə Xırdalan şəhər Vəkil Bürosundan təyin olunmuş vəkil Müdafiəçi1 təqdim olunaraq Təqsirləndirilən şəxs tərəfindən hüquq və vəzifələri izah olunmuş sonra isə təklif etmişlər ki, “üzərində qanunla qadağan edilmiş əşyalar, o cümlədən narkotik vasitə varsa könüllü olaraq təqdim etsin”. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan və yaşadığı evinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən üzərindən və yaşadığı evindən narkotik vasitələr və qanunla dövrüyyəsi qadağan olunan əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvan 4inin həyətinə baxış keçirilən zaman evin həyətin girişində sol tərəfdə 2 ədəd 130 sm, 2 ədəd 90 sm və 5 ədəd 70 sm uzunluqda olmaqla 09 ədəd çətənə kolları müşahidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, “həmin kollar marixuana kollarlarıdır, Uzun müddətdir ki, narkotik vasitə hesab olunan qurudulmuş marixuanadan siqaretin içrisinə doldurmaq vasitəsi ilə qəbul etmişdir. 2021-ci ilin iyun ayının əvvəllərində yaşadığı evin yaxınlığında küçə ilə gedərkən yerə atılmış bir neçə kol görmüş və narkotik vasitə istifadəçisi olduğuna görə həmin bitkilərin çətənə bitkisi olduğunu və yaş olduğunu bildiyi üçün həmin kolları götürərək 12 iyun 2021-ci il tarixdə yaşadığı ünvan 4inin həyətyanı sahəsində həmin 09 ədəd kolları əkmişdir. Onun narkotik vasitə qəbul etməsindən, çətənə bitkisi kolları əkməsindən ailə üzvlərinin xəbəri olmamışdır”. Bundan sonra həmin çətənə kollarını tərəflərindən əkildiyi yerdən çıxarılmış və sellofan torbanın içərisinə yığılaraq qablaşdırılmışdır. Bu barədə protokol tərtib edilib iştirakçılar və mütəxəssis tərəfindən imzalanmışdır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs da həmin protokola imza atmış, sonra isə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs tərəfindən izahatı alınmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsinin əməkdaşları Şahid2 Şahid3 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllə, ev 2, mənzi 32-də yaşayır. 1977-ci ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı İnstitutunun meyvə tərəvəz üzümçülük fakültəsini bitirmiş, alim aqranom ixtisası almışdır. 2000-ci il tarixdən bu günə kimi "xxxx" MMC-də bağban vəzifəsində işləyir. 26 iyun 2021-ci il tarixdə saat 00;30 radələrində Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aşkar olunmuş yerə yəni ünvan 4in həyətinə baxış keçirməyə dəvət etmişlər. Həmin evin həyətinə daxil olduqda evin sahibi olan bir nəfər 65-70 yaşlarında olan kişi onların qarşısına çıxmışdır. Polis əməkdaşları ev sahibi olan Təqsirləndirilən şəxs evinin həyətinə baxış keçirilməsi ilə bağlı bildirdikdə ev sahibi ona məxsus olan olan evinin həyətinə polis əməkdaşlarının baxış keçirməsinə etirazı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvan 4də video çəkilişdən istifadə olunaraq Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa və evinə baxış keçirməyə başlamazdan ona təhqiqatçının qərarı ilə Xırdalan şəhər Vəkil Bürosundan təyin olunmuş vəkil Müdafiəçi1 təqdim olunaraq Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş sonra isə təklif olunmuşdur ki, “üzərində qanunla qadağan edilmiş əşyalar, o cümlədən narkotik vasitə varsa könüllü olaraq təqdim etsin”. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışaparılan yaşadığı evinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən üzərindən və yaşadığı evindən narkotik vasitələr və qanunla dövrüyyəsi qadağan olunan əşya aşkar edilməmişdir. Sonra Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aşkar olunmuş yerə yəni Abşeron rayonu, Novxanı kəndində yerləşən Təqsirləndirilən şəxs evinin həyətinə baxmışdır. Evin həyətinə baxdıqda həyətin girişində sol tərəfdə 2 ədəd 130 sm, 2 ədəd 90 sm və 5 ədəd 70 sm uzunluqda olmaqla 09 ədəd çətənə kolları edilmişdir. Ümumilikdə 09 ədəd çətənə bitkisinə bənzər təxminən 70 sm-dən 130 sm uzunluğunda olan kollara bağxaraq müəyyən etmişdir ki, həmin kollara mütamadi su verilərək aqrotexniki qaydada qulluq olunmuşdur. Bir mütəxəssis kimi bildirmişdir ki, həmin bitki kollara narkotik tərkibli bitki növlərinə aiddir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprtizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 26.06.2021-ci il tarixli 7/602 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "...Təqsirləndirilən şəxs," sözləri olan bir ədəd üzəri skoçla bağlanmış polietilen bağlamada yaş vəziyyətdə ümumi sayı 09 ədəd, ümumi çəkisi 2005 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olmunmuş, narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Həmin çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidir (qalıq 0,2004 qram - 0,45 qram çətənə (kannabis) bitkiləri tədqiqata sərf edilmişdir). Aqronomun mütəxəssisin rəyinə əsasən həmin bitkilərə aqro texniki qaydada qulluq edilmişdir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 16 avqust 2021-ci il tarixli 2900 saylı rəyindən görünür ki Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və KANNOBİOİDLƏRİN birgə qəbulu nətcəsində ASİLLİQ SİNDİROMU NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə baxış keçirilmiş və SD disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 06.09.2021-ci il tarixli tələbnamədən və Abşeron Rayon Məhkəməsinin 27.10.2020-ci il tarixli hökmünün sürətindən görünür ki, sonuncu dəfə Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 27.10.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsinə əsasən 01 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sumqayıt şəhər Probasiya Şöbəsinin 18.10.2021-ci il tarixli, 3535 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 27.10.2020ci il tarixli hökmü ilə təyin edilmiş 01 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını tam olaraq çəkib qurtarmışdır. Abşeron rayon polis idarəsinin 26.06.2021-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26.06.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin 27.06.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəl 26.06.2021-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə baxış iclasında 01 ədəd SD diskə baxış keçirlmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evinin həyətinə baxış keçirilən zaman həyətin girişində sol tərəfdə 2 ədəd 130 sm, 2 ədəd 90 sm və 5 ədəd 70 sm uzunluqda olmaqla 09 ədəd çətənə kolları polis əməkdaşları tərəfindən aşkar edilərək götürülməsi müəyyən edilmişdir. Məhkəmədə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Məhkəmə istintaqı zamanı təqsirləndirilənin göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspertlərin rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində olan Abşeron Rayon Məhkəməsinin 27.10.2020-ci il tarixli hökmündən yaranan məhkumluq residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 26.06.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 66 manat 46 qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,2004 qram narkotik tərkibli çətənə (kannabis) bitkiləri məhv edilməlidir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi1 göstərdiyi 40 saat hüquqi yardıma görə 240 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 26.06.2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə 66 manat 46 qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 0,2004 qram narkotik tərkibli çətənə (kannabis) bitkiləri məhv edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi1 göstərdiyi 40 saat hüquqi yardıma görə 240 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma, "xxxx" ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab- AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-522/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-522/2021
02.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver