Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-522/2023 05.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 iştirakları ilə xx.xx.1983-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Saray qəsəbəsi, “Üzümçülük” yaşayış massivində yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə xidmətçi kimi işlədiyi X2 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, S.Bəhlulzadə küçəsindəki fərdi yaşayış evində sahiblərinin olmamasından istifadə edərək evin ikinci mərtəbəsində yerləşən yataq otağının termonun siyirməsindən sonuncunun arvadı X4 məxsus 127 (yüz iyirmi yeddi) manat dəyərində, üzərində rəngsiz şəffaf qaşlar olan qırmızımtıl- sarı rəngli halqasının üzərində “1MB*583” damğası həkk olunmuş, 583/585 əyarlı, 1,50 qram çəkidə 1 ədəd qızıl üzüyü, 292 (iki yüz doxsan iki) manat dəyərində, rəngsiz, halqa formalı qaşları olan sarı rəngli, üzərində “585” damğası həkk olunmuş, 583/585 əyarlı, 3,44 qram çəkidə bir ədəd qızıl üzüyü, 1245 (min iki yüz qırx beş) manat dəyərində, üzərində ümumi 3/3 karatlıq brilyantdan ədəd damla formalı, qırmızı rəngli daş və 72 ədəd rəngsiz şəffaf qaşlar olan, sarı rəngli, kilidində "R.gold 750” damğası həkk olunmuş, 750 əyarlı, 9,40 qram çəkidə 1 (ədəd) qızıl qolbağını, 2 manat dəyərində , qırmızımtıl-sarı rəngli, qulaqcığında “*585” damğası həkk olunmuş, 583/5 əyarlı, 2,87 qram çəkidə bir ədəd qızıl qolbağını və 993 (doqquz yüz doxsan üç) manat dəyərinc üzərində kürə formalı, gümüşü rəngli elementləri olan, sarı rəngli, kilidində “750” damğası həl olunmuş, 750 əyarlı, 9,46 qram çəkidə bir cüt qızıl sırğanı , cəmi 2900 (iki min doqquz yüz) manat məbləğində əmlakını götürüb gizli olaraq talamaqla oğurluq cinayət əməlini törətmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, o, 2022-ci ilin sentyabr ayından Nümayəndə məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən fərdi yaşayı evində xidmətçi kimi işləmişdir. O, həftənin beş günü hər gün səhər 9-da işə gəlib, saat 6-da işdən çıxaraq Elnurun evində xadimə işləmiş və onun azyaşlı uşaqlarına baxmışdır. Elnur ona hər ay 400 manat əmək haqqı vermişdir. O, hər gün Elnurun ervində təmizlik və səliqə-səhman işləri gördüyü üçün evdəki əşyaların və qızıl əşyalarının hara qoyulduğunu bilmişdir. Maddi imkanı pis olduğu üçün onun borcu olmuşdur. 27 noyabr 2022-ci il tarixdə, saat 15 radələrində Nümayəndə və onun həyat yoldaşı Bəyim İbrahimova evdə olmadığı zaman evi təmizləyərkən ikinci mərtəbədə yerləşən yataq otağında termonun qarşısında bir neçə qızıl əşyanın döşəmənin üzərində olduğunu görmüşdür. Həmçinin, evin birinci mərtəbəsində yerləşən tualetdə yerdə də bir ədəd qızıl boyunbağının olduğunu görmüşdür. Elnurun həyat yoldaşı Bəyimin qızıl əşyalarının azyaşlı uşağı tərəfindən yerə töküldüyünü fikirləşmişdir. O, tualetin döşəməsində olan qızıl əşyanı və ikinci mərtəbədə yerləşən yataq otağındakı qızıl əşyaları da toplayıb bir yerə yığmış və həmin qızıl-zinət əşyalarını ikinci və gedib Sülh küçəsində, “İdeal” kosmetika mağazasının yanında “ № 1” adlanan lombarda uşaq qolbağını və bir ədəd üzüyü təhvil verib 200 (iki yüz) manat pul götürmüşdür. Həmin pulu borcuna qaytarmışdır. 29 noyabr 2022-ci il tarixdə, saat 11 radələrində brilliant qaşları olan qolbağı “Forte” və “Defakto” mağazasının arasında ikinci mərtəbədə yerləşən lombarda qoyub 500 (beş yüz) manat pul götürmüşdür. Həmin pulu da borcuna qaytarmışdır. Bir neçə gün sonra ev sahibi Elnur ondan qızıl əşyalarının oğurlanmasında şübhələndiyini bildirmişdir. O, törətdiyi cinayəti boynuna almadığı üçün Elnur onu polisə şikayət etmiş və o, X5 araşdırma zamanı etdiyi oğurluğu etiraf etmişdir. O, Nümayəndə evindən iki ədəd qızıl qolbaq və bir ədəd qızıl üzük oğurlamışdır. O, Nümayəndə istintaqa təqdim etdiyi bir cüt sırğa və bir ədəd üzüyü oğurlamamışdır. Hadisədən sonra bir tay kürə formalı qızıl sırğanı Elnurun evində yataq otağında termonun qabağında döşəmədən tapıb Elnura vermişdir. Elnurun təqdim etdiyi bir ədəd qızıl üzüyü də o, Elnurun yataq otağında çarpayının yanından tapıb ona vermişdir. Elnur həmin əşyaları da onun oğurladığını və ona təqdim etdiyini fikirləşərək həmin əşyaları polisə təqdim etmişdir. Əslində isə, Elnurun polisə təqdim etdiyi qızıl sırğa və qızıl üzüyü o, oğurlamamış, həmin əşyları yataq otağında tapıb Elnura vermişdir. Sonda o, əməlindən peşman olduğunu və himayəsində bir yetkinlik yaşına çatmamış və üç azyaşlı uşağının olmasını əsas gətirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda zərərçəkmiş şəxs X6 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən üç ay müddətində yaşadıqları Abşeron rayonu, Mehdiabad qəsəbəsi, S.Bəhlülzadə küçəsində yerləşən fərdi yaşayış evində xidmətçi işləmişdir. 27 noyabr 2022ci il tarixdə yeni doğulmuş oğlunun vəziyyəti pisləşdiyindən həyat yoldaşı Nümayəndə onu uşağı ilə birlikdə Bakı şəhəri, Nizami rayonunda yerləşən «Bakı medikal plaza» hospitalına həkimə aparmışdır. Digər azyaşlı uşaqları evdə qalmışdır. Həyat yoldaşı Nümayəndə onu və uşağı xəstəxanada stasionrar müalicəyə yerləşdirmiş və özü isə evə getmişdir. Nümayəndə evə getdikdə xidmətçi işləyən Təqsirləndirilən şəxs onların evdə olmuşdur. Elnur xadimə işləyən Samirəni götürüb avtobus dayanacağına aparmış, Samirəni 985 nömrəli marşrut avtobusu ilə yaşadığı Sumqayıt şəhərinə yola salmışdır. Sonra Elnur xəstəxanaya qayıdıb ona və uşağa baş çəkdikdən sonra yenə Abşeron rayonun Mehdiabad qəsəbəsindəki evlərinə qayıtmışdır. Evin ikinci mərtəbəsində yataq otağında yatmış, evdə oğurluq olmasından həmin vaxt xəbəri olmamışdır. 28 noyabr 2022-ci il tarixdə səhər tezdən həyat yoldaşı Nümayəndə evdən çıxıb işə getmiş, həmin gün günorta saatlarında Elnur evə qayıtdıqda, evin ikinci mərtəbəsinə pilləkənlə qalxanda, pilləkənin qurtaracağında ona məxsus olan qızıl sırğanın bir tayının pilləkənin qurtaracağında yerdə olmasını görmüşdür. Odur ki, Elnur həmin sırğanın fotoşəkilini çəkib onun istifadəsində olan mobil telefonun «Whats App» -na göndərmiş, ona səsli mesaj atıb, pilləkənin qurtaracağında sırğasının bir tayının düşdüyünü bildirmişdir. O, xidimətçi işləyən Təqsirləndirilən şəxs ilə telefonla danışaraq sırğanın bir tayının evin ikinci mərtəbəsinə qalxan pilləkəndə düşməsini bildirmişdir. Təqsirləndirilən şəxs telefonda ona uşaqların dolabı qarışdırdığını, qızıl əşyalarını dağıtdıqlarını, o da uşaqların yerə tökdükləri əşyaları yığıb hamısını yerinə qoyduğunu, ola bilsin ki, onda sırğanın bir tayının yerə düşdüyünü və onu görmədiyini bildirmişdir. Nümayəndə onları xx.xx.2023-cü il tarixdə, saat 10 radələrində xətəxanadan çıxarıb evə apardıqdan sonra o, qızılların olduğu yerə baxanda əri Elnurun onun üçün aldığı qızıl-zinət əşyalarından iki ədəd qızıl qolbağı, iki ədəd üzük və bir cüt sırğanın bir tayının yerində olmadığını aşkar etmişdir. O, Təqsirləndirilən şəxs qızılların harada olduğunu soruşmuş, Samirə qızılları götürmədiyini, azyaşlı uşaqlarının dolabı qarışdırıb, qızılları da evdə birinci mərtəbədə olan tualetdəki unitaza atmalarını demişdir. Sonra o, Elnurun onun üçün almış olduğu qızılların evdə yerində olmamasını aşkar etmiş və Elnurlaa telefonla danışaraq ona bu barədə məlumat vermişdir. Elnur evə gəlib, özü də Təqsirləndirilən şəxs ilə söhbət etmişdir. Samirə ona da qızıl əşyalarını uşaqların unitaza atdıqlarını bildirmişdir. Buna baxmayaraq o və həyat yoldaşı Elnur Samirəyə inanmamışdır. Samirəyə qızılları qaytarmaq üçün vaxt verməmişlər. Aradan bir neçə gün keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs ona və Elnura etdiyi oğurluğu etiraf etməmiş, qızıl əşyalarını qaytyarmamışdır. Ona görə də, Elnur məcburiyyət qarşısında qalıb polisə şikayət etmişdir. Abşeron RPİ-i Mehdiabad PB-də araşdırma zamanı Təqsirləndirilən şəxs 27 noyabr 2022-ci il tarixdə oğurladığı qızılları Sumqayıt şəhərində lombarda qoyduğunu və oradan cəmi 700 (yeddi yüz) manat məbləğində pul götürdüyünü etiraf etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə iş üzrə zərərçəkmiş şəxs X6 ilə eyni məzmunlu ifadə vermiş və oğurlanan qızıl əşyaların istintaq zamanı ona qaytarıldığını, lakin Təqsirləndirilən şəxs şikayətçi olduğunu, yəni onun cinayət məsuliyyətinə cəlb olunmalı olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, o, Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən "COLD-1” Məhdud Məsuliyyətli Cəmiyyət təsis edəək həmin MMC-də lombard fəaliyyəti ilə məşğul olur. O, MMC-nin direktorudur və lombardda üç nəfər işçisi vardır. Təqsirləndirilən şəxs bir neçə ildir ki, tanıyır. Samirə onun işlədiyi lombardın müştərisi olmuşdur. İşlədiyi lombarda əvvəllər də bir neçə dəfə mobil telelon və qızıl əşyaları girov qoyub kredit götürmüş, sonra krediti ödəyib, girov qoyduğu əşyaları götürmüşdür. Samirə ilə lombardın heç vaxt problemi olmamışdır. Təqsirləndirilən şəxs sonuncu dəfə "xxxx" MMC-yə 28 noyabr 2022-ci il tarixdə müraciət edərək lombarda bir ədəd 583 əyarlıq qızıl üzük və bir ədəd 583 əyarlıq qızıl qolbağı girov qoymuş və lombarddan cəmi 200 (iki yüz) manat pul kredit götürmüşdür. Onun qızıl əşyalarını lombardda girov qoymasına dair 169251 saylı girov bileti tərtib edilmişdir. Təqsirləndirilən şəxs növbəti ay ödəniş müddəti 28 dekabr 2022-ci il tarixə müəyyən olunsa da, o, 07 dekabr 2022-ci il tarixdə lombarda müraciət edərək kreditini ödəmiş və girov qoyduğu bir ədəd qızıl üzük və bir ədəd qızıl qolbağını götürmüşdür. İş üzrə Şahid3 məhkəməyə ərizə ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edərək işədüzəltmə sahəsində xidmət göstərir. Təqsirləndirilən şəxs 2022-ci ilin iyun ayında tanımışdır. Belə ki, Samirə saytda qoyduğu elandan götürdüyü telefonla zəng edərək işsiz olduğunu bildirmişdir. Onunla 2022-ci ilin iyun ayında Bakı şəhərində öz evində görüşmüş, Samirə ona işə ehtiyacı olduğunu, xadimə kimi işləyə biləcəyini söyləmiş və bu sahədə ondan kömək istəmişdir. Samirəni 2022-ci ilin sentyabr ayından Nümayəndə evində xadimə kimi işə düzəltmişdir. 2022-ci ilin dekabr ayında Təqsirləndirilən şəxs Nümayəndə evindən qızıl-zinət əşyalarını oğurlandığını xəbər tutmuşdur. İş üzrə şahid qismində dindirilmiş Şahid2 məhkəməyə ərizə ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, ünvan 3 ünvanında yerləşən "‘Lombard Mikom” adlanan açdığı lombardı X7 ilə birlikdə işlədir. Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Samirə onun işlədiyi lombardın müştərisi olmuşdur. İşlədiyi lombarda əvvəllər də bir neçə dəfə qızıl əşyaları girov qoyub kredit götürmüş, sonra krediti ödəyib girov qoyduğu əşyaları götürmüşdür. Onunla işlədiyi lombardın heç vaxt problemi olmamışdır. Təqsirləndirilən şəxs sonuncu dəfə işlədiyi lombarda 29 noyabr 2022-ci il tarixdə müraciət edərək bir ədəd 750 əyarlı, 9,400 qram çəkidə qızıl qolbağı girov qoymuş ve lombarddan cəmi 500 (beş yüz) manat pul kredit götürmüşdür. Onun qızıl əşyasını lombardda girov qoymasına dair 169251 saylı girov bileti müqavilə tərtib edilmişdir. Təqsirləndirilən şəxs növbəti ay ödəniş müddəti 29 dekabr 2022-ci il tarixə müəyyən olunsa da, o, 05 dekabr 2022-ci il tarixdə lombarda müraciət edərək kreditini ödəmiş və girov qoyduğu bir ədəd qızıl qolbağı götürmüşdür. İş materialalrında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 02 mart 2023-cü il tarixli 6/i055-9\1316 nömrəli rəyindən görünür ki, üzərində rəngsiz şəffaf qaşlar olan qırmızımtıl-sarı rəngli 1 ədəd üzüyün halqasının üzərində «1MB 583» damğası vardır.Üzüyün halqası deformasiyaya uğrayıb və üzərində çoxsaylı cızıqlar vardır, kütləsi 1, 50 qr, qiyməti 127 manatdır. Üzərində rəngsiz şəffaf qaşları olan halqa formalı sarı rəngli 1 ədəd üzüyün halqasının rəngli 1 ədəd qolbağı kilidində «R qold 750» damğası vardır, 9,40 qr, qiyməti 1245 manatdır. Qırmızımtıl-sarı rəngli 1 ədəd qolbağın qulaqcığında «585» damğası vardır, kütləsi 2,87 qr, qiyməti 243 manatdır. Aparılmış fiziki-kımyəvi tədqiqatın nəticələrinə əsasən tədqiqata təqdim olunmuş məmulatların modeli və digər göstəriciləri nəzərə alınmaqla 2022-ci ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2900,00 (iki min doqquz yüz) manat müəyyən edilir. İş üzrə maddi sübut kimi tanınmış 127 (yüz iyirmi yeddi manat dəyərində, uzərində rəngsiz şəffaf qaşlar olan qırmızımtıl- sarı rəngli, halqasının üzərində 1MB*583 damğası həkk olunmuş, 583/585 əyarlı, 1,50 qram çəkidə bir ədəd qızıl üzük, 292 (iki yüz doxsan iki) manat dəyərində, rəngsiz, halqa formalı qaşları olan sarı rəngli, uzərində “585" damğası həkk olunmuş, 583/585 əyarlı, 3,44 qram çəkidə bir ədəd qızıl üzük, 1245 (min iki yüz qırx beş) manat dəyərində, üzərində ümumi 3/3 karatlıq brilliantdan 1 ədəd damla formalı, qırmızı rəngli daş və 72 ədəd rəngsiz şəffaf qaşlar olan sarı rəngli, kilidində “R.gold 750" damğası həkk olunmuş, 750 əyarlı, 9,40 qram çəkidə 1 (ədəd) qızıl qolbağı, 243 manat dəyərində , qırmızımtıl-sarı rəngli, qulaqcığında “*585’ damğası həkk olunmuş, 583/585 əyarlı, 2,87 qram çəkidə bir ədəd qızıl qolbağı və 496,5 (dörd yüz doxsan altı manat əlli qəpik) manat dəyərində, üzərində kürə formalı, gümüşü rəngli elementləri olan, sarı rəngli, kilidində “750" damğası həkk olunmuş, 750 əyarlı, 9,4 qram çəkidə bir cüt qızıl sırğa iş üzrə zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə qaytarılmışdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan cinayət əməli törətməsi onun özünün, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Sumqayıt şəhər İHB-nın Zeynalabdin qəsəbə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş elektron məhkəmə informasiya sistemi çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2007-ci il təvəllüdlü Səbinə adlı bir yetkinlik yaşına çatmayan, xx.xx.2013-cü il təvəllüdlü Mehdi və Mədinə, xx.xx.2022-ci il təvəllüdlü Fatimə adlı üç azyaşlı uşaqları var. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, həmin maddədə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs etdiyi cinayət üzrə özünü təqsirli bilməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alır. Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi, onun himayəsində bir yetkinlik yaşına çatmayan və üç azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyası həddində islah işləri növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və məhkəmədə həmin qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətiimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını əsas iş yeri üzrə çəkməli, qazancından cəzanın icrası müddəti ərzində müəyyən məbləğdə dövlət nəfinə pul tutulmalı və cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutmanın aparıldığı vaxtdan hesablanmalıdır. İş üzrə təyin edilmiş ekspertiza xərci 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutulmalıdır. Hökmün icrası səlahiyyətləri daxilində Sumqayıt şəhər Probasiya şöbəsinə və Sumqayıt şəhər İcra İdarəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və və ona qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla 01 (bir) il 06 (altı) müddətinə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını əsas iş yeri üzrə çəksin və cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətiimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. İş üzrə təyin edilmiş ekspertiza xərci 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutulsun və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün.. Hökmün icrası səlahiyyətləri daxilində Sumqayıt şəhər Probasiya şöbəsinə və Sumqayıt şəhər İcra İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-522/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-522/2023
05.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver