Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-523/2021 23.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi, Xırdalan şəhər Vəkil Bürsunun vəkili Abas-zadə Rəhim İsaq oğlunun, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 oğlunun, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8 və Şahid1 iştirakları ilə xx.xx.1991-ci ildə Qazax rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, Bakı şəhəri, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2amış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 25.09.2020-ci il tarixdə saat 14 radələrində əvvəllər qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu Xırdalan şəhəri «AAAF» park yaşayış kompleksi bina 10 mənzil 22-nin giriş qapısını özündə olan açarla açaraq mənzilə daxil olmaqla oradan 01 ədəd istifadə olunmamış, Koreya istehsalı, “LG” markalı “32LT360C-TA” modelli 420 manat dəyərində televizor, 01 ədəd ümumi dəyəri 160 manat olan istifadədə olmuş, Çin istehsalı, “HP” markalı, “HP S2031a” modelli masaüstü kompyuter, istifadədə olmuş, Çin istehsalı, üzərində “faroo” yazısı olan klavyatura, istifadədə olmuş, üzərində “HP” yazısı olan prosessor, 01 ədəd istifadə olunmamış, “R Prestige” markalı, “PR-MG7628” modelli, 3400 W elektriklə işləyən 70 manat dəyərində ət çəkən maşın, 01 ədəd istifadədə olmuş, “West” markalı, “AR-909AHG” modelli, 2200 W, qara-bənövşəyi rəngli 60 manat dəyərində ütü, 650 manat dəyərində kaşmirli yataq dəsti, 12 ədəd ümumilikdə 420 manat dəyərində bədən dəsmalları, 01 ədəd 135 manat dəyərində sok çəkən maşın, 01 ədəd 50 manat dəyərində mikser aparatı, 01 dəst 220 manat dəyərində xalatlar, 300 manat dəyərində 6 ədəd qazan dəsti, 01 ədəd 180 manat dəyərində «Samsung» markalı mikro volnovka aparatı, 01 ədəd 280 manat dəyərində «Evrolux» markalı aspirator, 01 ədəd 3.8 qram çəkidə 750 əyarlı 500 manat dəyərində qızıl boyunbağı, 01 ədəd 300 manat dəyərində yataq dəsti və təxminən 2145 manat dəyərində müxtəlif növ qab-qacaqları gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 5890 manat məbləğində xeyli miqdarda ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 23 noyabr 2020-ci il tarixdə saat 02 radələrində Abşeron rayonu Xırdalan şəhəri Koroğlu küçəsi 58 nömrəli evin qarşısında Zərərçəkmiş şəxs2 saxladığı sonuncuya məxsus “Mersedes-Benz” markalı **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ arxa şüşəsini özündə olan avtomobil şamının ağ hissəsi ilə sındıraraq avtomobilə daxil olub, avtomobildən 1 ədəd enerji saxlayan batareyası olan Bosch markalı 360 manat dəyərində direl, 1 ədəd 50 manat dəyərində direl, 1 ədəd 50 manat dəyərində perferator, 1 ədəd 30 manat dəyərində laqonda, 1 ədəd 5 manat dəyərində çanta, çantanın içərisində 50 manat dəyərində stepler, hər birinin dəyəri 5 manat olan ümumi dəyəri 10 manat olan 2 ədəd kəsici alət, 2 ədəd hər birinin dəyəri 8 manat ümumi dəyəri 16 manat olan olan kəlbətinlər, 1 ədəd “Samsung” markalı 150 manat dəyərində içərisində nömrə olmayan mobil telefon, 1 ədəd “Samsung” markalı 220 manat dəyərində içərisində nömrə olmayan mobil telefon, 1 ədəd “Sony” markalı 350 manat dəyərində içərisində nömrə olmayan mobil telefon və 600 manat nağd pulu gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 1891 manat ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 01.01.2021-ci il tarixdə saat 01 radələrində Abşeron rayonu, Quşçuluq yaşayış massivində Koroğlu küçəsində yolun kənarında hasarın yanında dayanmış Zərərçəkmiş şəxs3 məxsus “Opel-Vectra” markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ qapısını özündə olan vintaçanla açıb avtomobilin salonundan 1 ədəd 80 manat dəyərində köhnə “Samsung” markalı mobil telefon və 1 ədəd 50 manat dəyərində maqnitofonu gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 130 manat ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 11.01.2021-ci il tarixdə saat 02 radələrində Abşeron rayonu, Xırdalan şəhərində "xxxx" MTK-nın binasının yaxınlığında hasarın yanında dayanmış Zərərçəkmiş şəxs4 məxsus “Naz Lifan” markalı **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1 ədəd 200 manat dəyərində sol qabaq və 1 ədəd 200 manat dəyərində sol arxa təkərlərini özü ilə götürdüyü qaldırıcı mexanizm və açarla açıb, 2 ədəd disklə birlikdə təkərləri gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 400 manat ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 14.01.2021-ci il tarixdə saat 02 radələrində Abşeron rayonu, Quşçuluq yaşayış massivində Koroğlu küçəsində dayanmış Zərərçəkmiş şəxs3 məxsus “Opel Vectra” markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq qapısını özü ilə götürdüyü vintaçanla açıb, avtomobilin salonundan kapotunu açmaqla mühərrikin yanında olan 1 ədəd 120 manat dəyərində akkumlyatoru gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 120 manat ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 15.01.2021-ci il tarixdə saat 03 radələrində Abşeron rayonu, Quşçuluq yaşayış massivində küçədə dayanmış Zərərçəkmiş şəxs5 məxsus “Mersedes-Benz” markalı **-LT- *** dövlət qeydiyyat nişanlı avtomobilin açıq olan sol qabaq qapısını açıb, avtomobilin salonundan 1 ədəd 250 manat dəyərində maqnitofon, sonra avtomobilin yük yerini açaraq oradan 1 ədəd 150 manat dəyərində akkumlyatoru gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs5 ümumilikdə 400 manat ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 30.01.2021-ci il tarixdə saat 02 radələrində Abşeron rayonu, Quşçuluq yaşayış massivində “Uğur” marketin yaxınlığında küçədə hasarın dibində dayanmış Zərərçəkmiş şəxs6 məxsus “Vaz 2107” markalı **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol qapısını özündə olan vintaçanla açıb salondan 1 ədəd 150 manat dəyərində “Pioneer” markalı maqnitofonu və avtomobilin yanacaq çənindən şlanq vasitəsi ilə 10 litr həcmdə 10 manat dəyərində yanacağı gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs6 ümumilikdə 160 manat ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 30.01.2021-ci il tarixdə saat 03 radələrində Abşeron rayonu, Quşçuluq yaşayış massivində küçədə hasarın dibində dayanmış Zərərçəkmiş şəxs7 məxsus “Vaz 2107” markalı **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ qapısını özündə olan vintaçanla açıb salondan 1 ədəd 200 manat dəyərində “Pioneer” markalı maqnitofonu gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs7 ümumilikdə 200 manat ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 21.02.2021-ci il tarixdə saat 02 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində asfalt yoldan kənarda Zərərçəkmiş şəxs8 saxladığı sonuncuya məxsus “Mersedes-Benz” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa yan şüşəsinin nəfəsliyini özündə olan avtomobil şamının ağ hissəsi ilə sındıraraq qapını açmaqla avtomobilin qabaq sol qapısının cibliyindən 1 ədəd 10 manat dəyərində içərisində 430 manat pul olan qara rəngli pul qabını və avtomobilin salonunda ortada olan surət qutusunun yanındakı külqabı yerindən 1 ədəd 200 manat dəyərində ağ rəngli telefon qulaqcığını gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs8 ümumilikdə 640 manat ziyan vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək bildirmişdir ki, anası, qardaşı və bacısı ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən 5 il müddətdir ki, gündəlik icarəyə avtomobil götürüb taksi fəaliyyəti ilə məşğul olur. Zərərçəkmiş şəxs1 təxminən 9 ilə yaxın müddətdir ki, tanıyır. Onunla yaxşı münasibətdə olmuşlar, təxminən 2013-cü ildən 2019-cu ilə kimi qeyri-rəsmi olaraq ər-arvad münasibətlərində olmuşlar, müxtəlif ünvanlarda bir yerdə yaşamışlar. Bir neçə dəfə Zərərçəkmiş şəxs1 məxsus ünvan 4 ünvanda da qalmışlar. 2019-cu ildə Zərərçəkmiş şəxs1 ilə yola getmədikləri üçün ayrılmışlar. Ayrılandan sonra da Zərərçəkmiş şəxs1 ilə yaxşı münasibətdə olmuşlar, İradə hətda ünvan 4 ünvanının açarlarını da ona vermiş ki, əgər nəsə olsa evə gedib baxsın. Zərərçəkmiş şəxs1 ondan ayrılandan bir müddət sonra başqa oğlanla görüşməyə başlamış. İradənin bu hərəkətləri onun xoşuna gəlmədiyi üçün ona ziyan vurmaq qərarına gəlmiş. 2020-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs1 rayona getdiyini bilmiş və evinin açarlarının bir nüsxəsi onda olduğuna görə idarə etdiyi “Daewoo Gentra” markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 25.09.2020-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu Xırdalan şəhəri «AAAF» park yaşayış kompleksi bina 10 mənzil 21 ünvanına getmiş və özündə olan açarla mənzilin giriş hissəsində olan seyf qapını açıb içəriyə daxil olmuş. Evdən 01 ədəd televizoru, 01 ədəd stol üstü komyuteri, adları yadında qalmayan digər məişət əşyalarını götürmüş. İradənin evindən götürdüyü əşyalardan 1 ədəd televizor, 1 dəst stolüstü kompyuteri saxlamaq üçün dostu Elnura vermiş. Bir müddət sonra o, özü Zərərçəkmiş şəxs1 həmin əşyalardan 1 ədəd ütünü və 1 ədəd ət çəkən maşını da qaytarmış. Digər əşyaları isə harada qoyduğunu xatırlamır. Bundan başqa, 22 noyabr 2020-ci il tarixdə pula ehtiyacı olduğu üçün oğurluq etmək qərarına gəlmiş. Buna görə həmin gün yaşadığı Abşeron rayonu Masazır qəsəbəsindəki evindən saat 23:30 radələrində çıxıb idarə etdiyi “Daewoo Gentra” markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilə minib Abşeron rayonu Xırdalan şəhərinə gəlmiş və orada bir qədər tək gəzmiş. 23 noyabr 2020-ci il tarixdə saat 02:00 radələrində Abşeron rayonu Xırdalan şəhəri Koroğlu küçəsinə gəlmiş. Orada yolun kənarında maşını saxlayıb piyada tək hərəkət etmiş ki, münasib avtomobildən oğurluq etsin. Piyada hərəkət edən zaman küçədə bir ədəd Mersedes-benz markalı göy rəngli avtomobil görmüş, həmin avtomobilə yaxınlaşıb əynində olan şalvarın cibində saxladığı avtomobil şamının ağ hissəsini çıxardıb həmin avtomobilin arxa sağ şüşəsinə vurub şüşəsini sındırmış. Avtomobilin qapısını açmış, bundan sonra avtomobilin baqaj hissəsini də açmış və baqajdan 1 ədəd enerji saxlayan batareyalı Bosch markalı direli, 1 ədəd perferatoru, 1 ədəd laqondanı, 1 ədəd çantanı, çantanın içərisində stepleri, 1 ədəd kəlbətini, 1 ədəd Samsung markalı içərisində nömrə olmayan mobil telefonu oğurlamış, daha sonra isə həmin avtomobilin içərisinə baxanda avtomobilin içərisində qoltuqaltıdan 180 manat nağd pulu oğurlamış. Bundan sonra hadisə yerindən uzaqlaşmış. Əldə etdiyi 1 ədəd enerji saxlayan batareyalı Bosch markalı direli 2020-ci ilin noyabr ayının sonlarında tarixi dəqiq yadında qalmayan vaxtda “Tap.Az” saytına elan şəklində yerləşdirib anket məlumatlarını bilmədiyi 30 yaşlı arıq bədən quruluşlu şəxsə Bakı şəhərində 9-cu mikrorayonda Tərlan şadlıq sarayının yaxınlığında 35 manata satmış, 1 ədəd perferatoru 2020-ci ilin noyabr ayının sonlarında tarixi dəqiq yadında qalmayan vaxtda “Tap.Az” saytına elan şəklində yerləşdirib anket məlumatlarını bilmədiyi 25 yaşlı arıq bədən quruluşlu şəxsə Xırdalan dairəsi yaxınlığında 50 manata, 1 ədəd laqondanı isə həmin vaxt həmin şəxsə 25 manata satmış, 1 ədəd çantanı, çantanın içərisində stepleri, 1 ədəd kəlbətini, 1 ədəd Samsung markalı içərisində nömrə olmayan mobil telefonu 2020-ci ilin noyabr ayının axırlarında tarixi dəqiq yadında qalmayan vaxtda ona lazımsız olduğu üçün Bakı şəhərində 9-cu mikrorayonda Tarlan şadlıq sarayının yaxınlığında xatırlamadığı küçədə olan dəmir zibil qutusuna atmış. İstintaq zamanı sonradan adını bildiyi Zərərçəkmiş şəxs2 məxsus avtomobildən oğurladığı əşyalardan onda heç nə qalmamışdır. Bundan başqa, 01.01.2021-ci il tarixdə saat təxminən 01 radələrində Abşeron rayonu, Quşçuluq yaşayış massivində Koroğlu küçəsi ilə piyada hərəkət edən zaman yolun kənarında hasarın yanında “Opel-Vectra” markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobil görmüş. Həmin vaxt ətrafda heç kim olmamış. O, həmin avtomobilə yaxınlaşmış. Ətrafa baxıb heç kimin olmadığından əmin olduqdan sonra özündə olan vintaçanla avtomobilin qabaq sağ qapısını açıb avtomobilin salonunda əyləşmiş. Bundan sonra avtomobildə qiymətli əşya axtarmağa başlamış. Avtomobilin salonunda olan saxlanc yerindən 1 ədəd köhnə “Samsung” markalı mobil telefonu götürmüş, bundan sonra salondakı 1 ədəd markasını xatırlamadığı maqnitofonu yerindən çıxarmış. Bundan sonra həmin yerdən uzaqlaşmış. Evə qayıdarkən yolda avtomobildən götürdüyü “Samsung” markalı mobil telefonu yoxlamış, üzərində heç bir nömrə olmamış, telefonun işləmədiyini görüb yararsız olduğunu düşünərək xatırlamadığı yerdə yolun kənarına atmış. Evə getdikdən sonra avtomobildən oğurladığı maqnitofonu isə “Tap.az” internet saytında 50 manata satışa qoymuş. Aradan bir gün keçdikdən sonra həmin maqnitofonu xatırlamadığı yerdə tanımadığı şəxsə 20 manata satmışdır. Bundan başqa, aradan bir neçə gün keçdikdən sonra 11.01.2021-ci il tarixdə saat təxminən 02 radələrində Abşeron rayonu, Xırdalan şəhərində "xxxx" MTK-nın binalarının yaxınlığında olmuş. Həmin vaxt yolun kənarında hasarın yanında dayanmış “Naz Lifan” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil görmüş. Həmin vaxt ətrafda heç kim olmamış. O, həmin avtomobilə yaxınlaşmış. Ətrafa baxıb heç kimin olmadığından əmin olduqdan sonra özü ilə götürdüyü qaldırıcı mexanizm və açarla avtomobilin sol qabaq və sol arxa təkərlərini açmış. Həmin təkərləri götürüb yolda markasını xatırlamadığı taksiyə qoyub evə getmiş. Həmin təkərləri yaşadığı evin həyətində görünməyən yerdə gizlətmiş. Evə getdikdən sonra avtomobildən oğurladığı 2 ədəd disklə birlikdə təkəri “Tap.az” internet saytında 100 manata satışa qoymuş. Aradan bir-iki gün keçdikdən sonra həmin 2 ədəd təkərləri xatırlamadığı yerdə tanımadığı şəxsə ümumilikdə 80 manata satmışdır. Bundan başqa, bir neçə gün keçdikdən sonra 14.01.2021-ci il tarixdə saat təxminən 02 radələrində Abşeron rayonu, Quşçuluq yaşayış massivində Koroğlu küçəsində olan zaman yolun kənarında hasarın yanında dayanmış 01.01.2021-ci il tarixdə maqnitofon və telefon oğurladığı “Opel-Vectra” markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobili görmüş. O, həmin avtomobilə yaxınlaşmış. Ətrafa baxıb heç kimin olmadığından əmin olduqdan sonra özündə olan vintaçanla avtomobilin qabaq sağ qapısını açıb avtomobilin salonunda əyləşmiş. Bundan sonra avtomobildə qiymətli əşya axtarmağa başlamış. Qiymətli əşya tapmadığı üçün avtomobilin kapotunu salondan açmış. Bundan sonra avtomobildən düşərək kapotu qaldırıb avtomobilin mühərrikinin sol hissəsində yerləşən 1 ədəd akkumlyatoru yerindən çıxarmış. Bundan sonra avtomobilin kapotunu bağlayıb həmin yerdən uzaqlaşmışdır. Bundan başqa, 15.01.2021-ci il tarixdə saat 03 radələrində Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində adını xatırlamadığı küçədə hasarın dibində saxlanmış “Mersedes- Benz” markalı qeydiyyat nişanının sonuncu rəqəmi 185 olan avtomobilə yaxınlaşmış. Avtomobilin qabaq sol qapısı açıq olmuş. O, qapını açıb salonda əyləşmiş. Salonda olan maqnitofonu yerindən çıxarmış. Bundan sonra başqa qiymətli əşya tapmadıqda avtomobilin yük yerini açmış. Avtomobilin yük yerində olan təkərin yanındakı 1 ədəd akkumlyatoru da yerindən çıxarıb götürmüş. Daha sonra həmin yerdən uzaqlaşmış. Səhəri gün, oğurladığı markasını xatırlamadığı 2 ədəd akkumlyatorun 1 ədədini Xırdalan şəhərində xatırlamadığı yerdə tanımadığı taksi sürücüsünə 15 manata satmış, digər 1 ədəd akkumlyatoru 15 manata və 1 ədəd markasını xatırlamadığı maqnitofonu isə 30 manata tanımadığı şəxsə satmış. Əldə etdiyi pulları isə şəxsi ehtiyacına xərcləmişdir. Bundan başqa, aradan bir neçə gün keçdikdən sonra 30.01.2021-ci il tarixdə saat təxminən 02 radələrində Abşeron rayonu, Quşçuluq yaşayış massivində adını xatırlamadığı küçədə olan zaman yolun yaşayış evinin yanında dayanmış “Vaz 2107” markalı **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobil görmüş. O, həmin avtomobilə yaxınlaşmış. Ətrafa baxıb heç kimin olmadığından əmin olduqdan sonra özündə olan vintaçanla avtomobilin qabaq sol qapısını açıb avtomobilin salonunda əyləşmiş. Bundan sonra avtomobildə qiymətli əşya axtarmağa başlamış. Avtomobilin salonunda olan 1 ədəd “Pioneer” markalı maqnitofonu yerindən çıxarmış. Bundan başqa avtomobilin yanacaq çənindən özü ilə götürdüyü şlanqla təxminən 10 litr benzin çəkib su qabına doldurmuş. Bundan sonra həmin yerdən uzaqlaşmışdır. Daha sonra həmin gün saat 03 radələrində Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində adını xatırlamadığı ara küçədə hasarın dibində saxlanmış “Vaz 2107” markalı **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmış. Ətrafa baxıb heç kimin olmadığından əmin olduqdan sonra avtomobilin qabaq sağ qapısını özündə olan vintaçanla açmış və salonda əyləşmiş. Salonda olan 1 ədəd “Pioneer” markalı maqnitofonu yerindən çıxarmış. Bundan sonra başqa qiymətli əşya tapmadıqda avtomobildən düşərək həmin yerdən uzaqlaşmış. Oğurladığı benzini idarə etdiyi avtomobilin yanacaq çəninə tökmüş. Səhəri gün, oğurladığı 2 ədəd “Pioneer” markalı maqnitofonlardan bir ədədini Bakı şəhəri 20 yanvar metro stansiyasının yaxınlığında tanımadığı şəxsə 15 manata, digər maqnitofonu isə Xırdalan şəhərində tanımadığı şəxsə 20 manata satmışdır. Bundan başqa, 21.02.2021-ci il tarixdə saat 02 radələrində Abşeron rayonu, Xırdalan şəhərində H.Əliyev prospekti ilə hərəkət edən zaman asfalt yoldan bir qədər kənarda dayanmış ağ rəngli Mersedes markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilin dayandığını görmüş. Həmin vaxt ətrafda heç kim olmamış. O, avtomobilə yaxınlaşmış və əlində olan özü ilə götürdüyü avtomobil şamının ağ hissəsi ilə avtomobilin arxa sol yan şüşəsinin nəfəsliyini sındırmış. Bundan sonra əlini həmin yerdən içəri salaraq avtomobilin arxa qapısını açmış. Daha sonra avtomobilin sağ yan qapısını açaraq avtomobilə əyləşib qapını örtmüş. Bundan sonra avtomobildə qiymətli əşya, pul axtarmağa başlamış. Həmin vaxt avtomobilin qabaq sol qapısının cibliyindən içərisində 45 manat pul olan qara rəngli pul qabını və avtomobilin salonunda ortada olan surət qutusunun yanındakı külqabı yerindən 1 ədəd markası dəqiq yadında qalmayan ağ rəngli telefon qulaqcığını götürüb avtomobildən düşmüş. Daha sonra həmin ərazidən uzaqlaşmış. Aradan bir neçə gün keçdikdən sonra oğurladığı həmin qulaqcığı 50 manata satmağı ilə bağlı “Tap.az” internet saytında elan yerləşdirmiş. Elanı yerləşdirdiyi gün tanımadığı bir nəfər şəxs müştəri qismində ona zəng edərək elanda yerləşdirdiyi qulaqcığı almaq istədiyini bildirmiş. Həmin gün saat təxminən 15 radələrində Bakı şəhərində Gənclik metro stansiyasının yaxınlığında dəqiq xatırlamadığı yerdə onunla telefonda danışan müştəri ilə görüşüb oğurladığı qulaqcığı 50 manat müqabilində həmin şəxsə satmiş. Əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmiş. 12.05.2021 tarixdə günorta saatlarında yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, S.Rüstəm küçəsində yaşadığı evin yaxınlığında olan zaman mülki geyimdə üç nəfər şəxs ona yaxınlaşmış. Özlərini təqdim etdikdən sonra onların polis əməkdaşları olduğunu bilmiş. Polis əməkdaşları onu Abşeron rayon polis idarəsinə dəvət etmişlər. İdarədə onunla fərdi söhbət zamanı o, oğurluq cinayətləri törətdiyini etiraf etmiş. Əldə etdiyi pulları isə şəxsi ehtiyacına xərcləmiş. Etdiyi əməldən peşmandır. Törətdiyi cinayət əməllərini tək törətmiş və bu barədə heç kimə məlumat verməmiş. Əlavə olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs1 məxsus evdən oğurladığı 1 ədəd televizor, 1 dəst stolüstü kompyuteri Elnura verən zaman həmin əşyaları oğurlamağı barədə Elnura heç bir məlumat verməmiş, həmin əşyaların özünə məxsus olduğunu bildirmiş, Elnurun ona saxlamaq üçün verdiyi əşyaların oğurluq olub-olmaması barədə heç bir məlumatı olmamış, oğurladığı əşyaları internet sosial şəbəkəsində elan yerləşdirməklə və digər formada satarkən həmin şəxslərə satdığı əşyaların oğurluq olub-olmaması barədə heç bir məlumat verməmiş, həmin əşyaların özünə məxsus olmasını bildirmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs1 elan olunmuş ifadəsindən görünür ki, ailə üzvləri ilə birlikdə yaşayır. Təxminən 2013-cü ildə ünvan 5 ünvanında mənzil almış. Həmin mənzil təmirli olsa da, o, orada yaşamamış, lakin arada-bir oraya gedib gəlmiş. Mənzilin içərisində mətbəx mebeli, divan kreslo, yataq dəsti və digər əşyalar vardır. 2020-ci ilin sentyabr ayının 5-dən sonra o, Qax rayonuna getmiş və 16.09.2020-ci il tarixdə Bakı şəhərinə gəlmiş. Həmin vaxt özünə məxsus Abşeron rayonu Xırdalan şəhəri AAAF yaşayış kompleksində yerləşən mənzilə getmiş, lakin heç bir dəyişiklik olduğunu aşkar etməmiş, 15.10.2020-ci il tarixdə özünə məxsus AAAf park yaşayış kompleksində yerləşən mənzilə getmiş, həmin vaxt mənzildən 01 ədəd LG markalı 700 manat dəyərində televizorun, 01 ədəd HP markalı 800 manat dəyərində kompyuterin, 01 ədəd 120 manat dəyərində ət çəkən maşınının, 01 ədəd 200 manat dəyərində ütünün, 650 manat dəyərində kaşmirli yataq dəstinin, 12 ədəd ümumilikdə 420 manat dəyərində bədən dəsmallarının, 01 ədəd 135 manat dəyərində sok çəkən maşınının, 01 ədəd 50 manat dəyərində mikserin, 01 dəst 220 manat dəyərində xalatlar, 300 manat 6 ədədli qazan dəstinin, 01 ədəd 180 manat dəyərində Samsung markalı mikravalnovkanın, 01 ədəd 280 manat dəyərində Evrolux markalı aspiratorun, 01 ədəd 3.8 qram 750 əyarlı 500 manat dəyərində qızl boyunbağının, 01 ədəd 300 manat dəyərində yataq dəstinin, təxminən 2145 manat dəyərində müxtəlif növ qab-qacaqların oğurlandığını aşkar etmiş. Mənzilə baxmış lakin hər hansı bir qırıq və sınıq izlərinin olmasını aşkar etməmiş. Fikirləşmiş ki, kimsə yaxınlarımdan ona məxsus mənzildən bu əşyaları götürüb, bütün tanışlarına xəbər göndərmiş, lakin heç kim oğurluq olmasından xəbərinin olmadığını bildirmiş. Buna görə o, məcbur qalaraq 28.10.2020-ci il tarixdə Abşeron rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək ona məxsus mənzildən oğurluq olması barədə məlumat vermiş. Əlavə olaraq bildirmişdir ki, sonradan istintaq zamanı evindən tanışı və qeyri rəsmi ər-arvad münasibətində bir müddət yaşadığı Təqsirləndirilən şəxs həmin əşyaları oğurladığını bilmiş. Sonradan Abbas ona məxsus evindən oğurladığı 1 ədəd ət çəkən maşın və 1 ədəd ütünü qaytarmış. Həmin əşyaları da ekspertiza keçirilməsi üçün istintaqa təqdim etmiş. iş üzrə təyin edilmiş ekspertizanın onun əşyalarına verdiyi qiymətlərə etirazı olmadığını, ekspertizanın rəyi ilə razı olduğunu bildirmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs2 ifadəsindən görünür ki, ona məxsus Mersedes-Benz markalı ** FM *** dövlət qeydiyyat nişanlı avtomobilini yaşadığı ünvan 6 ünvanının qarşısında 22 noyabr 2020-ci il tarixdə saat 21 radələrində saxlamış. Saat 23 radələrində üzbəüz qonşusu Turalın evinə gedib qayıdanda avtomobilinin normal vəziyyətdə olduğunu, heç bir hadisə baş vermədiyini görmüş. Yaşadığı evdə yatmış, 23.11.2020-ci il tarixdə 08 radələrində yaşadığı evdən çıxıb avtomobilinə yaxınlaşan zaman sağ arxa şüşəsinin sındırıldığını, içindən şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən 1 ədəd enerji saxlayan batareyası olan Bosch markalı 360 manat dəyərində drelin, 1 ədəd 50 manat dəyərində drelin, 1 ədəd 50 manat dəyərində preferatorun, 1 ədəd 30 manat dəyərində laqondanın, 1 ədəd 5 manat dəyərində çantanın içində 50 manat dəyərində steplerin, hər birinin dəyəri 5 manat olan ümumi dəyəri 10 manat olan 2 ədəd kəsici alətin, 2 ədəd hər birinin dəyəri 8 manat ümumi dəyəri 16 manat olan olan kəlbətinlərin, 1 ədəd Samsunq markalı 150 manat dəyərində içində nömrə olmayan mobil telefonun, 1 ədəd Samsunq markalı 220 manat içində nömrə olmayan mobil telefonun, 1 ədəd Sony markalı 350 manat dəyərində içində nömrə olmayan mobil telefonun və qoltuqaltıdan 600 manat nağd pulun oğurlandığını aşkar etmiş. Ona oğurluq nəticəsində 1891 manat ziyan dəydiyini bildirmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. Fərdi qaydada sürücü işləyir. 2019-cu ilin dekabr ayından “Opel Vectra” markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. Avtomobil atası X2 adına olsa da, avtomobil ona məxsusdur və o, həmin avtomobili idarə edir. 31.12.2020-ci il tarixdə axşam saatlarında idarə etdiyi “Opel Vectra” markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobilini yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində evinin yaxınlığında Koroğlu küçəsində saxlayıb evə getmiş. Səhəri gün, 01.01.2021-ci il tarixdə saat 10 radələrində evdən çıxıb avtomobilimi saxladığı yerə tərəf getmiş. Avtomobilinə yaxınlaşan zaman avtomobilinin qabaq sağ qapısının açıq olduğunu görmüş. Avtomobilinin qapısını açıb salona baxdıqda 1 ədəd 50 manat dəyərində markasını xatırlamadığı maqnitofonun və 1 ədəd 80 manat dəyərində üzərində heç bir nömrə olmayan istifadə etmədiyi “Samsung” markalı mobil telefonunun yerində olmadığını aşkar etmiş. Bundan sonra o, DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermiş. Bir neçə dəqiqədən sonra polis əməkdaşları gələrək maşınına baxış keçirmişlər. Bu barədə Abşeron rayon Polis İdarəsinə gedərək ərizə ilə də müraciət etmiş. Aradan təxminən bir neçə gün keçdikdən sonra o, işi ilə əlaqədar rayonda olmuş. 14.01.2021-ci il tarixdə saat 19 radələrində atası Elşən ona zəng edərək avtomobilindən 1 ədəd akkumlyatorun oğurlandığını demiş. O, dərhal DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermiş. O, həmin vaxt rayonda olduğu üçün atası Elşən onun adından Abşeron rayon polis İdarəsinə gedərək ərizə yazmış. Əlavə olaraq bildirmişdir ki, avtomobilindən 01.01.2021-ci il tarixdə 1 ədəd 50 manat dəyərində markasını xatırlamadığı maqnitofon, 1 ədəd 80 manat dəyərində “Samsung” markalı mobil telefon, 14.01.2021-ci il tarixdə isə 1 ədəd 120 manat dəyərində akkumlyator naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmış, nəticədə ona hər iki oğurluq nəticəsində ümumilikdə 250 manat maddi ziyan dəydiyini bildirmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. Fərdi qaydada mühasib işləri ilə məşğul olur. 2014-cü ildən “Naz Lifan” markalı **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. Hər gün saat 09 radələrində evdən çıxıb avtomobili ilə işə gedir, axşam saat 19 radələrində işdən evə qayıdır. Evə qayıdan zaman adətən avtomobilini yaşadığı evin yaxınlığında hasarın dibində saxlayır.10.01.2021-ci il tarixdə saat təxminən 19 radələrində işdən evə qayıdıb idarə etdiyi “Naz Lifan” markalı **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə gəlib avtomobilini hasarın dibində saxlayıb evə getmiş. Səhəri gün, 11.01.2021-ci il tarixdə saat 09 radələrində evdən çıxıb işə getmək üçün avtomobilini saxladığı yerə tərəf getmiş. Avtomobilinə yaxınlaşan zaman avtomobilin qabaq sol və arxa sol təkərlərinin yerində olmadığını görmüş. Bir qədər keçdikdən sonra o, DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermiş. Bir neçə dəqiqədən sonra polis əməkdaşları gələrək maşınına baxış keçirmişlər. Əlavə olaraq bildirmişdir ki, avtomobilinin qabaq sol və arxa sol təkərləri naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmış, nəticədə 2 ədəd hər birinin dəyəri 200 manat olan, ümumilikdə 400 manat dəyərində əmlakı oğurlanmışdır. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. İşsizdir. 2020-ci ildən “Mersedes Benz” markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. Hər gün evə qayıdan zaman avtomobilini yaşadığı evin yaxınlığında səkinin kənarında saxlayır. 14.01.2021-ci il tarixdə saat təxminən 20 radələrində evə qayıdıb idarə etdiyi “Mersedes- Benz” markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə gəlib avtomobili evinin yaxınlığında hasarın dibində saxlayıb evə getmiş. Səhəri gün, 15.01.2021-ci il tarixdə saat 15 radələrində evdən çıxıb avtomobilinə yaxınlaşan zaman avtomobilin qabaq sol qapısının açıq olduğunu görmüş. Bundan sonra tez avtomobilin salonuna baxdıqda salonda olan 1 ədəd 250 manat dəyərində markasını xatırlamadığı maqnitofonun yerində olmadığını aşkar etmiş. Bundan sonra avtomobilin yük yerini açdıqda 1 ədəd 150 manat dəyərində akkumlyatorun oğurlandığını başa düşmüş. Bundan sonra o, bu barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermiş. Bir neçə dəqiqədən sonra polis əməkdaşları gələrək maşınına baxış keçirmişlər. Əlavə olaraq bildirmişdir ki, onun avtomobilinin salonundan 1 ədəd 250 manat dəyərində markasını xatırlamadığı maqnitofonu, yük yerindən isə 1 ədəd 150 manat dəyərində akkumlyatoru naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmış, nəticədə ona ümumilikdə 400 manat maddi ziyan dəymişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. Fərdi qaydada ticarətlə məşğul olur. 2019-cu ildən “Vaz 2107” markalı **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. Hər gün saat 09 radələrində evdən çıxıb avtomobili ilə işə gedir, axşam saat 20 radələrində işdən evə qayıdır. Evə qayıdan zaman adətən avtomobilini yaşadığı evin qarşısında hasarın dibində saxlayır. 29.01.2021-ci il tarixdə saat təxminən 20 radələrində işdən evə qayıdıb idarə etdiyi “Vaz 2107” markalı **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə gəlib avtomobili evinin qarşısında hasarın dibində saxlayıb evə getmiş. Səhəri gün, 30.01.2021-ci il tarixdə saat 09 radələrində evdən çıxıb işə getmək üçün avtomobilinə yaxınlaşan zaman avtomobilin qabaq sol qapısının açıq olduğunu görmüş. Bundan sonra tez avtomobilin salonuna baxdıqda salonda olan 1 ədəd 150 manat dəyərində “Pioneer” markalı maqnitofonun yerində olmadığını aşkar etmiş. Axşam evə gələn zaman avtomobilinin yanacağı bitdiyi üçün 10 litr benzin vurdurmuş. Avtomobilini işə salan zaman mühərrik işə düşmədiyindən yanacaq çənində olan 10 litr yanacağın da oğurlandığını başa düşmüş. Bundan sonra o, bu barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermiş. Bir neçə dəqiqədən sonra polis əməkdaşları gələrək maşınına baxış keçirmişlər. Əlavə olaraq bildirmişdir ki, avtomobilinin salonundan 1 ədəd 150 manat dəyərində “Pioneer” markalı maqnitofon, yanacaq çənindən isə 10 litr həcmdə 10 manat dəyərində yanacaq naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmış, nəticədə ona ümumilikdə 160 manat maddi ziyan dəymişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, fərdi qaydada sürücü işləyir. 2019-cu ildən “Vaz 2107” markalı **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. İşi ilə əlaqədar müxtəlif rayonlarda olur. 29.01.2021-ci il tarixdə saat təxminən 16 radələrində işdən evə qayıdıb idarə etdiyi “Vaz 2107” markalı **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə gəlib avtomobilini yaşadığı evin qarşısında hasarın dibində saxlayıb evə getmiş. Səhəri gün, 30.01.2021-ci il tarixdə saat 09 radələrində evdən çıxıb işə getmək üçün avtomobilinə yaxınlaşan zaman avtomobilinin qabaq sağ qapısının açıq olduğunu görmüş. Bundan sonra tez avtomobilin salonuna baxdıqda salonda olan 1 ədəd 200 manat dəyərində “Pioneer” markalı maqnitofonun yerində olmadığını aşkar etmiş. Avtomobilindən oğurluq hadisəsinin baş verdiyini başa düşmüş. Bundan sonra o, bu barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermiş. Bir neçə dəqiqədən sonra polis əməkdaşları gələrək maşınına baxış keçirmişlər. Əlavə olaraq bildirmişdir ki, avtomobilinin salonundan 1 ədəd 200 manat dəyərində “Pioneer” markalı maqnitofonu naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmış, nəticədə ona ümumilikdə 200 manat maddi ziyan dəymişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs8 oğlu ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. 2016-cı ildən "xxxx" QSC-də mühəndis işləyir. Hər gün işə saat 07 radələrində gedir, saat 18 radələrində evə qayıdır. 20.02.2021-ci il tarixdə saat təxminən 23 radələrində ona məxsus ağ rəngli “Mersedes-Benz” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən evinin yaxınlığında yolun kənarına gəlib avtomobilini saxlayıb evə getmiş. 21.02.2021-ci il tarixdə saat 10 radələlərində evdən çıxıb küçədə saxladığı maşınına yaxınlaşanda görmüş ki, maşının arxa sol yan şüşəsinin nəfəsliyi sındırılmış vəziyyətdədir. Maşının içərisinə baxdıqda maşının salonunun dağılmış vəziyyətdə olduğunu görmüş. O, maşınından oğurluq hadisəsi baş verdiyini başa düşüb Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək məlumat vermiş. Bir neçə dəqiqədən sonra polis əməkdaşları gələrək maşınına baxış keçirmişlər. Əlavə olaraq bildirmişdir ki, avtomobilinin salonundan ona məxsus içərisində 430 manat pul olan qara rəngli 10 manat dəyərində pul qabı, 1 ədəd markası dəqiq yadında qalmayan 200 manat dəyərində telefon üçün qulaqcığı naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmış, nəticədə ümumilikdə ona 640 manat maddi ziyan dəymişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, valideynləri, qardaşı və azyaşlı qızı ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Abşeron rayonu Xırdalan şəhərində yerləşən “Səlsəmi” estetik klinikasında lazer epilyasiyası ustası işləyir. Şahid2 onun doğma qardaşıdır. Elnur onunla eyni ünvanda yaşayır. Elnur heç bir yerdə işləmir. Qardaşı Elnur narkotik vasitə qəbul etdiyinə görə son zamanlar psixi pozuntuları olduğu üçün 25.04.2021-ci il tarixdən Bakı şəhərində yerləşən “Saflıq reabilitasiya” Mərkəzində müalicə olunur. Müalicə olunduğu yerdə qalır və heç bir yerə gedə bilmir. Təqsirləndirilən şəxs da qardaşı Elnurun tanışı kimi tanıyır. Təxminən 2020-ci ilin oktyabr ayının sonlarında Abbas 1 ədəd istifadə olunmamış karton qutuda “LG” markalı plazma televizor və 1 ədəd “HP” markalı monitor və klaviatura ilə birlikdə stolüstü kompyuteri saxlamaq üçün Elnura vermiş. Elnur da həmin əşyaları Abbası tanıdığı üçün oğurluq olmadığını bilərək qəbul edib yaşadıqları evdə saxlamış. Abbas həmin əşyaları müəyyən müddət saxlamağı üçün Elnura xahiş etmiş. O, Elnurdan həmin əşyaların kimə məxsus olduğunu soruşduqda, Elnur ona həmin əşyaların tanışı Abbasa məxsus olduğunu, bir müddət yer olmadığı üçün Abbasın ondan evdə saxlamasını xahiş etdiyini bildirmiş. 12.05.2021-ci il tarixdə qardaşı Elnurun tanışı Təqsirləndirilən şəxs Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən tutulduğunu eşitmiş. Bundan sonra qardaşı Elnurla əlaqə saxlayıb Abbasın tutulduğunu bildirmiş. Daha sonra məlum olmuş ki, Abbas qardaşı Elnura saxlaması üçün verdiyi 1 ədəd istifadə olunmamış karton qutuda “LG” markalı plazma televizor və 1 ədəd “HP” markalı monitor və klaviatura ilə birlikdə stolüstü kompyuteri tanışı Zərərçəkmiş şəxs1 evindən oğurlamış. O, qardaşı Elnurla əlaqə saxlayıb Abbasın ona saxlamaq üçün verdiyi həmin əşyaların oğurluq olduğunu demiş. Elnur da ona həmin əşyaları özü müalicə aldığı yerdən çıxa bilmədiyi üçün polisə təhvil verməsini bildirmiş. Bundan sonra qardaşı müalicə aldığı yerdən çölə buraxılmadığı üçün o, dərhal həmin əşyaları götürüb könüllü olaraq Abşeron rayon polis idarəsinə gətirmiş. Həmin əşyaları istintaqa təqdim etmişdir. Əlavə olaraq bildirmişdir ki, onun təqdim etdiyi əşyaların Təqsirləndirilən şəxs tərəfindən tanışı Zərərçəkmiş şəxs1 evindən oğurlanması barədə nə onun, nə də qardaşı Elnurun bu barədə məlumatı olmamış. Abbas qardaşı Elnura həmin əşyaları saxlamağa yeri olmadığı üçün vermiş. Həmin əşyaların özünə məxsus olduğunu demişdir. Məhkəmə istintaqında Şahid2 elan olunmuş ifadəsindən görünür ki, ailəsi ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs təxminən 1 il müddətdir ki, tanıyır. Münasibətləri normaldır. Abbasla dost kimi hətta bir-birinin evinə də gedib gəlirlər. 2020-ci ilin sentyabr ayının sonlarında Abbas onlara gələrək onu çağırmış. O, avtomobilin yük yerindən bir ədəd qutuda “LG” markalı televizor və 1 ədəd “HP” markalı stolüstü kompyuteri çıxarmış. Abbas ona həmin əşyaları evlərində yer olmadığı üçün ona həmin əşyaları saxlamaq üçün gətirdiyini bildirmiş. O, həmin əşyaların kimə məxsus olduğunu soruşduqda Abbas ona həmin əşyaların özünə məxsus olduğunu, evlərində yer olmadığı üçün müvəqqəti olaraq saxlamasını ondan xahiş etmiş. O, da Elnur ilə dost olduğu üçün onun xahişini yerə salmamış. Həmin əşyaları götürüb yaşadığı evin zirzəmisinə yerləşdirmiş. Hazırda o, xəstəxanada müalicə alır. 2021-ci ilin may ayında bacısı Aygün ona zəng edərək Abbasın ona saxlamaq üçün verdiyi televizor və stolüstü kompyuterin oğurluq olmasını bildirmiş. O, xəstəxanada olduğu üçün bacısına həmin əşyaları polisə təqdim etməsini bildirmiş. Sonradan bacısı Aygün Abbasın ona saxlamaq üçün verdiyi 1 ədəd “LG” markalı televizor və 1 ədəd “HP” markalı stolüstü kompyuter dəstini polisə təqdim etmişdir. Əlavə olaraq bildirmişdir ki, Abbasın ona verdiyi əşyaların oğurluq olması barədə heç bir məlumatı olmamış, Abbas həmin əşyaları gətirən zaman sözügedən əşyaların özünə məxsus olduğunu, yaşadığı evdə yer olmadığı üçün saxlamaq üçün ona verdiyini bildirmiş. O, da tanışı Abbasa inandığı üçün həmin əşyaları saxlamaq üçün götürdüyünü bildirmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 16.05.2021-ci il tarixli tələbnamədən görünür ki, Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, istintaqın gedişində Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs, barəsində Bakı şəhəri Nərimanov rayon Məhkəməsi tərəfindən 11 iyun 2021-ci il tarixdə hökm çıxarıldığı vaxtdan əvvəl cinayət törətdiyinə görə o, əvvəllər məhkum edilməmiş şəxs hesab edilir. İş materiallarında olan qərardan görünür ki, 12.05.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Toplanmış sübutlara əsasən, 14.05.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələr ilə nəzərdə tutulan ittiham yenidən elan edilmiş və həmin tarixdə Abşeron rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə “həbs” qətimkan tədbiri seçilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxslərin məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, onlara dəymiş ziyan tamamilə ödənildiyindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğluna qarşı heç bir şikayət və tələbləri yoxdur. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası qərarına əsasən Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzindən alınmış 26 iyul 2021ci il tarixli 9/4636 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, aparılmış tədqiqat nəticəsində ekspertiza tədqiqatına təqdim edilən malların qiymətləndirilməsi zamanı respublika ərazisində yerləşən ticarət şəbəkələrində, mağazalarında, internet saytlarında və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə, təqdim edilmiş malların orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən olunur:
1. İstifadə olunmamış, Korea istehsallı, “LG” markalı “32LT360C-TA” modelli 1 ədəd televizor – 420 manat;
2. İstifadədə olmuş, “West” markalı, “AR-909AHG” modelli, 2200 W, qarabənövşəyi rəngli 1 ədəd ütü – 60 manat;
3. İstifadədə olunmamış, “R Prestige” markalı, “PR-MG7628” modelli, 3400 W elektriklə işləyən 1 ədəd ət çəkən maşın – 70 manat;
4. İstifadədə olmuş, Çin istehsallı, “HP” markalı, “HP S2031a” modelli masa üstü kompyuter, istifadədə olmuş, Çin istehsallı, üzərində “faroo” yazısı olan klavyatura, istifadədə olmuş, üzərində “HP” yazısı olan prosessor – 160 manat; Beləliklə, ekspertiza tədqiqatına təqdim edilmiş 4 adda malların 2020-ci ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 710,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. İstintaq zamanı Zərərçəkmiş şəxs1 götürülmüş 1 ədəd istifadədə olmuş, “West” markalı, “AR-909AHG” modelli, 2200 W, qara-bənövşəyi rəngli ütü və 1 ədəd istifadə olunmamış, “R Prestige” markalı, “PR-MG7628” modelli, 3400 W elektriklə işləyən ət çəkən maşın, Şahid1 götürülmüş 1 ədəd istifadə olunmamış, Korea istehsallı, “LG” markalı “32LT360C-TA” modelli televizor və 1 ədəd istifadədə olmuş, Çin istehsallı, “HP” markalı, “HP S2031a” modelli masa üstü kompyuter, istifadədə olmuş, Çin istehsallı, üzərində “faroo” yazısı olan klavyatura, istifadədə olmuş, üzərində “HP” yazısı olan prosessor iş üzrə maddi subut kimi tanınmış və məhkəmə hökmünədək sahibinə qaytarılmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarın onun tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarın cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onun əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun 12.05.2021-ci il tarixdən 23.11.2021-ci il tarixədək həbsdə olduğu 06 ay 11 gün nəzərə alınmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli, hökm qanuni qüvvəsini alanadək barəsində “başqa yerə getməmək barədə” qətimkan tədbiri seçilməli, qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Maddi sübut qismində tanınmış Zərərçəkmiş şəxs1 götürülmüş 1 ədəd istifadədə olmuş, “West” markalı, “AR-909AHG” modelli, 2200 W, qara-bənövşəyi rəngli ütü və 1 ədəd istifadə olunmamış, “R Prestige” markalı, “PR-MG7628” modelli, 3400 W elektriklə işləyən ət çəkən maşın, Şahid1 götürülmüş 1 ədəd istifadə olunmamış, Korea istehsallı, “LG” markalı “32LT360C-TA” modelli televizor və 1 ədəd istifadədə olmuş, Çin istehsallı, “HP” markalı, “HP S2031a” modelli masa üstü kompyuter, istifadədə olmuş, Çin istehsallı, üzərində “faroo” yazısı olan klavyatura, istifadədə olmuş, üzərində “HP” yazısı olan prosessorun sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 76 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 456 (dörd yüz əlli altı) manat məbləğində, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Abas-zadə Rəhim İsaq oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Bakı şəhər Nərimanov Rayon məhkəməsinin 11.06.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs 04 (dörd) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs 06 (altı) ay 11 (on bir) gün həbsdə saxlandığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınaraq, 04 (dörd) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzasından çıxılsın və üzərində qəti olaraq 3(üç) il 5(beş) ay 8(səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o məhkəmə iclas zalından dərhal azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə” iltizam qətimkan tədbiri seçilsin, qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs oğlunun cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut olan bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs dövlət büdcəsinin xeyrinə tutulsun. Maddi sübut qismində tanınmış Zərərçəkmiş şəxs1 götürülmüş 1 ədəd istifadədə olmuş, “West” markalı, “AR-909AHG” modelli, 2200 W, qara-bənövşəyi rəngli ütü və 1 ədəd istifadə olunmamış, “R Prestige” markalı, “PR-MG7628” modelli, 3400 W elektriklə işləyən ət çəkən maşın, Şahid1 götürülmüş 1 ədəd istifadə olunmamış, Korea istehsallı, “LG” markalı “32LT360C-TA” modelli televizor və 1 ədəd istifadədə olmuş, Çin istehsallı, “HP” markalı, “HP S2031a” modelli masa üstü kompyuter, istifadədə olmuş, Çin istehsallı, üzərində “faroo” yazısı olan klaviatura, istifadədə olmuş, üzərində “HP” yazısı olan prosessorun sahiblərinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 76 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 456 (dörd yüz əlli altı) manat məbləğində, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Abas-zadə Rəhim İsaq oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva