Məhkəmə qərarları › İş №1(012)-523/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-523/2025

23.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-523/2025 23.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü il tarixdə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1i ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 21 noyabr 2024-cü il saat 13 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı ünvan 2 ünvanında arvadı Zərərçəkmiş şəxs ilə qısqanclıq və məişət xarakterli ailə daxili münasibətlər zəmnində aralarında yaranmış narazılıq üstündə mübahisə etdikdə həmin mübahisə əsnasında Zərərçəkmiş şəxs üzərinə hücum edib qəsdən əl, yumruq zərbələri ilə sonuncunun sifət, baş nahiyələrinə vuraraq boğazından əlləri ilə tutub sıxmaqla yerə yıxıb saxlamaqla sonuncunun sifət və bədəninin müxtəlif nahiyələrinə ardıcıl, davamlı yumruq zərbələri endirərək Zərərçəkmiş şəxs sağ və sol alt və üst göz qapaqları nahiyəsinin göz yarığının daralması, ağlı qişaya qansızma ilə müşayiət olunan şişkinlik halında qançırları, burunüstü nahiyənin əzilmiş-cırılmış yarası ilə müşayiət olunan burun sümüklərinin qapalı yerdəyişməyən sınığı, alın nahiyəsinin hematoması ilə müşahidə olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirib Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2006-cı ildə ailə həyatı qurmuş və birgə nigahdan iki övladı var. Onlar birlikdə ünvan 3 ünvanında yaşayırlar. Hicran iləəvvəllər münasibətləri yaxşı olsa da, son zamanlar aralarında qısqanclıq zəmnindəsözlə mübahisələri olur. 21 noyabr 2024-cü il tarixdə saat 13 radələrində yaşadıqları evdə Hicranın telefonla kiminləsə danışdığını görmüş və ondan danışdığı şəxsin kim olduğunu soruşmuşdur. Hicran isə ona bu barədə məlumat verməmişdir. Bu səbəbdən aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı Hicran onun üstünəşər atmaqdan ötrü pəncərəni açıb “ay camaat bu məni öldürür” sözlərini uca səslə işlətməyə başlamışdır. Bu zaman Hicranı pəncərənin qarşısından çəkmək üçün əlləri ilə boğazından tutub çəkərək yerə yıxmışdır. Hicran yerdən durub qaçmaq istədikdə əli ilə onu tutub saxlamış və onun sifət nahiyəsindən 2-3 dəfə yumruq zərbələri ilə vurmuşdur. Həmin vaxt Hicranın burnundan qan açılmış və ondan uzaqlaşaraq evin digər otağına keçmişdir. Aralarında baş vermiş mübahisə başa çatmışdır. Mübahisə zamanı Hicran onu vurmamış və xəsarət yetirməmişdir. Baş vermiş mübahisənin təxminən 15-20 dəqiqə davam etdiyini, həmin vaxt evdə başqa şəxsin olmadığını göstərmişdir. Hazırda zərərçəkmişlə barışmışdır. Barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hazırda ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır. Barəsindəşikayət etdiyi Təqsirləndirilən şəxsilə 2006-cı ildə ailə həyatı qurmuş və birgə nigahdan iki övladı var. Sərxan iləəvvəllər münasibətləri yaxşı olsa da, son zamanlar aralarında ailə-daxili sözlə mübahisələri olur. 21 noyabr 2024-cü il tarixdə saat 13 radələrində yaşadıqları evdə olarkən Sərxanın özünü narahat hiss etdiyini görüb yataq otağına keçərək onun təzyiqini ölçdüyü zaman Sərxan səbəb göstərmədən onun ünvanına nalayiq ifadələr işlətmiş və bu səbəbdən aralarında sözlə mübahisə yaranmışdır. Mübahisə zamanı Sərxan əsəbiləşərək onun üzərinə gəlib yumruğu ilə sifətindən bir neçə dəfə zərbələr endirmişdir. Aldığı zərbələrin təsirindən yerə yıxılmış və yerdə olduğu zaman da Sərxan onun sifətindən və bədəninin müxtəlif yerlərindən yumruq zərbələri ilə vuraraq onu döyüb xəsarət yetirmişdir. Mübahisənin başa çatmasıüçün həmin otaqdan çıxıb digər otağa keçmiş və evin pəncərəsini açıb ona kömək göstərilməsi üçün səslənmişdir. Bundan sonra aralarında olan mübahisə səkitləşmiş və daha sonra yaşadığı evdən çıxıb Abşeron rayon polis idarəsinə gələrək əri Təqsirləndirilən şəxs barəsindəşikayət etmişdir. Baş vermiş mübahisənin təxminən 15-20 dəqiqə davam etdiyini, həmin vaxt evdəbaşqa şəxsin olmadığını, Sərxanın onu döydüyüüçün cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etdiyini göstərmişdir. Zərərçəkmiş şəxs məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə bağlı məhkəmə prosesində iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayət və tələbinin də olmadığını bildirmiş,iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs ilə məhkəmə iclasında telefon vasitəsi ilə əlaqə yaradılmış, zərərçəkmiş şəxs teleqramanın onun ünvanladığını bildirərək, Təqsirləndirilən şəxsla barışdığını, ona dəymiş ziyanın ödənildiyini, heç bir şikayət və tələbinin olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəməyədək sadələdirilmiş icraat materialında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X4 Abşeron rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 2706 saylı rəyinə əsasən 1983-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar edilmiş xəsarətlər sağ və sol alt və üst göz qapaqları nahiyəsinin göz yarığının daralması, ağlı qişaya qansızma ilə müşayiət olunan şişkinlik halında qançırları, burunüstü nahiyənin əzilmişcırılmış yarası ilə müşayiət olunan burun sümüklərinin qapalı yerdəyişməyən sınığı, alın nahiyəsinin hematomasıküt əşya(əşyalar) təsirindən törənmişdir, qərardaqeyd olunan müddətə vəşəraitdəyəni xx.xx.2024-cü il tarixdədavadalaş zamanı yumruq zərbələri nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Məhkəməyədək sadələşdirilmiş icraatın başlanılması haqqında 22 noyabr 2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş cinayət işi icraata başlanılmaqla, təhqiqatı aparılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli arayışına görə Təqsirləndirilən şəxs Samux Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən 2000 manat cərimə cəzasına məhkum edilmiş, Samux Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə cərimə cəzası 01 il müddətinə 20% məbləğində islah işləri cəzası ilə əvəz edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli amnistiya qərarının 1.5-ci bəndinə əsasən islah işləri cəzasından azad edilmişdir. Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yaşayır, barəsində nümayəndəliyə heç bir yazılı və şifahi şikayət ərizəsi daxil olmamışdır. Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı teleqramdan görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur.İş üzrə icraata xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, məhkəmədən barəsində olan iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni onun qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurma cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirildiyindən sonuncunun əməlinin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Qeyd olunan Məcəllənin 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Göstərilən Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunan Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edir, özünü ona qarşı irəli sürülmüş ittiham üzrə tam təqsirli bilir, əməlindən peşmandır, iş üzrə zərərçəkmiş şəxs ilə barışmış,dəymiş ziyan tamamilə ödənilmiş və bununla əlaqədar zərər çəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbininin olmamasına və cinayət işinin icraatına xitam verilməsinə dair ərizə təqdim etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 10 (on) saat üçün nəzərdə tutulan 60 (altmış) manat pul ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nin 39.1.11, 43, 305, 321, 344-347 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 10 (on) saat hüquqi yardıma görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 60 (altmış) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qeyd olunan müddət ərzində qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, növbəti gün qərar qüvvəyə minir. Sədrlik edən: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar