Məhkəmə qərarları › İş №1(012)-524/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-524/2021

08.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-524/2021 08.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi6, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5, təqsirləndirilən şəxs X9 və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi5 iştirakları ilə xx xxxx 2001-ci ildə Ağdaş rayonunda anadan olmuş, orta təhsilli, subay, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmuş, Ağdaş rayonu, M.P.Vaqif küçəsi 105-də qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu Zabrat qəsəbəsində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 1772.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə, xx xxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, subay, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Bakı şəhəri, Sabunçu rayonu ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 1772.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə, 05 aprel 1982-ci ildə Gürcüstan Respublikasında anadan olmuş, orta təhsilli, evli, Gürcüstan Respublikası vətəndaşı, məhkumluğu olmayan, Gürcüstan Respublikası, Marneule rayonu Gorax kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu Ramana qəsəbəsi S.Əliyev küçəsində fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4 maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olaraq zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışları Təqsirləndirilən şəxs3 və X15 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 01.02.2021 -ci il tarixdə saat 02:00 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsi, S.Əliyev küçəsində yerləşən 214 saylı evin pəncərəsinin dəmir barmaqlığını sındıraraq birlikdə qanunsuz yaşayış sahəsinə daxil olub mənzildən sonuncuya məxsus bir ədəd 1700 manat dəyərində 109 diaqonallı “Samsung” markalı televizoru, bir ədəd 250 manat dəyərində mikser aparatını, bir ədəd 120 manat dəyərində ət çəkən maşını, 1 ədəd 700 manat dəyərində xalçanı, 2000 manat dəyərində qab-qacaq dəstini və cinayət əməllərini davam etdirərək 02.02.2021-ci il tarixdə saat 02 radələrində isə Təqsirləndirilən şəxs3 ilə birlikdə X9 göstərdiyi həmin Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsi, S.Əliyev küçəsində yerləşən 214 saylı evdən iki ədəd 300 manat dəyərində xalçanı, 1 ədəd 250 manat dəyərində xalçanı, 1 ədəd 600 manat dəyərində xalçanı, 3 dəst cəmi 750 manat dəyərində yataq dəstini və bir ədəd 200 manat dəyərində su qızdırıcısım gizli olaraq talayıb, vahid niyyətlə Zərərçəkmiş şəxs2 ümumilikdə 6870 (altı min səkkiz yüz yetmiş) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını gizli olaraq talama məqsədilə Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında təkrarən 09.02.2021-ci il tarixdə saat 22:00 radələrindən, 10.02.2021-ci il tarixdə saat 14 radələrinədək olan müddətdə Abşeron rayonu, Qobu qəsəbəsi R.Rza küçəsində yerləşən 82 saylı fərdi yaşayış evinin dəmir barmaqlığını sındırma yolu ilə və həyətdəki qarajın dəmir qapısının kilidini qırmaqla qanunsuz yaşayış sahəsinə və saxlanc yerinə 3 dəfə daxil olaraq oradan Zərərçəkmiş şəxs1 məxsus hissə-hissə 1 ədəd 500 manat dəyərində xalçanı, 1 ədəd 1000 manat dəyərində kilimi, 1 ədəd 900 manat dəyərində “LG” markalı paltaryuyan maşını, 2 ədəd 150 manat dəyərində çarpayını, 1000 manat dəyərində stol-stul dəstini, 8 ədəd 300 manat dəyərində yorğan döşək dəstini, 1 ədəd 250 manat dəyərində işlənmiş paltaryuyan maşını, 1 ədəd 100 manat dəyərində işlənmiş paltaryuyan maşını, 1 ədəd 100 manat dəyərində samovarı, 120 manat dəyərində elektrik naqillərini, 80 manat dəyərində su nasosunu, hər biri 50 manat olan 2 ədəd qızdırıcı peçi, 200 manat dəyərində təmir alətlərini, 1700 manat dəyərində qazan və qab-qacaq dəstlərini, 1 ədəd 30 manat dəyərində sok çəkən maşını, 2 ədəd 100 manat dəyərində tozsoran maşını, 60 ədəd 90 manat dəyərində şişi və 1 ədəd 100 manat dəyərində itiləmə çarxını gizli olaraq talayıb, vahid niyyətlə ümumilikdə 6820 ( altı min səkkiz yüz iyirmi) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olaraq zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və X15 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 01.02.2021ci il tarixdə saat 02:00 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsi, S.Əliyev küçəsində yerləşən 214 saylı evin pəncərəsinin dəmir barmaqlığını sındıraraq birlikdə qanunsuz yaşayış sahəsinə daxil olub mənzildən sonuncuya məxsus bir ədəd 1700 manat dəyərində 109 diaqonallı “Samsung” markalı televizoru, bir ədəd 250 manat dəyərində mikser aparatını, bir ədəd 120 manat dəyərində ət çəkən maşını, 1 ədəd 700 manat dəyərində xalçanı, 2000 manat dəyərində qab-qacaq dəstini və cinayət əməllərini davam etdirərək 02.02.2021-ci il tarixdə saat 02 radələrində isə Təqsirləndirilən şəxs2 ilə birlikdə X9 göstərdiyi həmin Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsi, S.Əliyev küçəsində yerləşən 214 saylı evdən iki ədəd 300 manat dəyərində xalçanı, 1 ədəd 250 manat dəyərində xalçanı, 1 ədəd 600 manat dəyərində xalçanı, 3 dəst cəmi 750 manat dəyərində yataq dəstini və bir ədəd 200 manat dəyərində su qızdırıcısını gizli olaraq talayıb, vahid niyyətlə Zərərçəkmiş şəxs2 ümumilikdə 6870 (altı min səkkiz yüz yetmiş) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını gizli olaraq talama məqsədilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında təkrarən 09.02.2021-ci il tarixdə saat 22:00 radələrindən, 10.02.2021-ci il tarixdə saat 14 radələrinədək olan müddətdə Abşeron rayonu, Qobu qəsəbəsi R.Rza küçəsində yerləşən 82 saylı fərdi yaşayış evinin dəmir barmaqlığını sındırma yolu ilə və həyətdəki qarajın dəmir qapısının kilidini qırmaqla qanunsuz yaşayış sahəsinə və saxlanc yerinə 3 dəfə daxil olaraq oradan Zərərçəkmiş şəxs1 qızma məxsus hissə-hissə 1 ədəd 500 manat dəyərində xalçanı, 1 ədəd 1000 manat dəyərində kilimi, 1 ədəd 900 manat dəyərində “LG” markalı paltaryuyan maşını, 2 ədəd 150 manat dəyərində çarpayını, 1000 manat dəyərində stol-stul dəstini, 8 ədəd 300 manat dəyərində yorğan döşək dəstini, 1 ədəd 250 manat dəyərində işlənmiş paltaryuyan maşını, 1 ədəd 100 manat dəyərində işlənmiş paltaryuyan maşını, 1 ədəd 100 manat dəyərində samovarı, 120 manat dəyərində elektrik naqillərini, 80 manat dəyərində su nasosunu, hər biri 50 manat olan 2 ədəd qızdırıcı peçi, 200 manat dəyərində təmir alətlərini, 1700 manat dəyərində qazan və qab-qacaq dəstlərini, 1 ədəd 30 manat dəyərində sok çəkən maşını, 2 ədəd 100 manat dəyərində tozsoran maşını, 60 ədəd 90 manat dəyərində şişi, 1 ədəd 100 manat dəyərində itiləmə çarxını gizli olaraq talayıb vahid niyyətlə ümumilikdə 6820 ( altı min səkkiz yüz iyirmi) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. X15 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olaraq zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə 30.01.2021-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin saxlanc yeri kimi həyətinə hasardan keçərək qanunsuz daxil olub oradan 1 ədəd 80 manat dəyərində su motorunu və 900 manat dəyərində kombi aparatını gizli olaraq talamış, sonra isə cinayət əməllərini davam etdirərək, onun təklifi ilə 01.02.2021-ci il tarixdə saat 02 radələrində tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 məxsus həmin Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsi, S.Əliyev küçəsində yerləşən 214 saylı evin pəncərəsinin dəmir barmaqlığını sındıraraq Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə qanunsuz yaşayış sahəsinə daxil olub həmin evdən bir ədəd 1700 manat dəyərində 109 diaqonallı “Samsung” markalı televizoru, bir ədəd 250 manat dəyərində mikser aparatını, bir ədəd 120 manat dəyərində ət çəkən maşını, 1 ədəd 700 manat dəyərində xalçanı, 2000 manat dəyərində qab-qacaq dəstini, bundan sonra Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 02.02.2021-ci il tarixdə saat 02 radələrində onun göstərdiyi evə yenidən qanunsuz daxil olaraq oradan iki ədəd 300 manat dəyərində xalçanı, bir ədəd 250 manat dəyərində xalçanı, bir ədəd 600 manat dəyərində xalçanı, 3 dəst cəmi 750 manat dəyərində yataq dəstini və bir ədəd 200 manat dəyərində su qızdırıcısını gizli olaraq talayıb, vahid niyyətlə Zərərçəkmiş şəxs2 ümumilikdə 7850 (yeddi min səkkiz yüz əlli) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Bakı şəhəri, Sabunçu rayonu Zabrat qəsəbəsində kirayədə yaşayır və bir dəfə məhkumluq həyatı yaşamışdır. Oğurluq etdiyinə görə iki il yarım azadlıqdan məhrum olunmuş və 2020- ci ildə azadlığa çıxmışdır. Həsən və Sadiq adlı şəxsləri tanıyır, onlar anası Kəmalənin tanışlarıdır. Həsən onun Ağdaş rayonunda yerləşən evini təmir etmiş və ev ustası kimi fəaliyyət göstərir. O, Suraxanı rayon ərazisində dəqiq yerini bilmədiyi, Ramana qəsəbəsində yerləşən fərdi yaşayış evindən oğurluq etmşdir. Belə ki, həmin yeri Həsən onlara göstərmişdir. 2021-ci ilin yanvar ayının sonlarında Həsən onun həmin vaxt Mərdəkan qəsəbəsində kirayədə qaldığı evə gəlmişdir. Həsən ona demişdir ki, yaşadığı evin yaxınlığında 16-cı kalonun yanında həyət evinin həyətindən kombi və başqa əşyaları oğurlayıb, evin yiyəsi də Gürcüstan Respublikası vətəndaşıdır və hal-hazırda orada olduğundan ev boşdur. Lakin özü evə girməyə ehtiyat edib. Həsən həmin evdə əşyalar olduğunu bildirib ona və Sadiqə birlikdə həmin evdən oğlurluq etmələrini təklif etmişdir. Həmin ərəfədə Sadiq idarə etmək üçün “Rent car”dan Hyundai Elantra markalı avtomaşın götürmüşdür. 2021-ci il fevral ayının 1-də gecə saat 02 radələrində o və Sadiq Həsənlə zəngləşib sonuncunun dediyi Ramana qəsəbəsinə gəlmişlər. Həsən onların yanında barəsində danışdığı evin darvazasının qapısını açmışdır. Onlar həyətə daxil olmuşlar. Evin giriş qapısının yanında yerləşən pəncərənin dəmir barmaqlığını hər üçü birlikdə köməkləşib dəmir mantirovka ilə yerindən çıxartmışlar. Sonra plastik pəncərəni həmin dəmir parçası ilə açıb evə daxil olmuşlar. Oradan ilk öncə qonaq otağından divarda bərkidilmiş bir ədəd Samsung markalı plazma televizoru, digər otaqdan 2 ədəd bir yerdə və biri bükülü halda olan xalçanı, bir ədəd təzə, bir ədəd tozsoran, bir ədəd təzə mikseri, yataq dəstləri, dəsmal dəstləri, pal-paltarlar, çarpayı örtüklərini, qab-qacaq, bıçaq, qaşıq və müxtəlif qazan dəstlərini götürüb Sadiqin idarə etdiyi avtomaşına yükləmişlər. Həsən öz evinə getmiş və o, Sadiqdə birlikdə anası Kəmalənin Mərdəkan qəsəbəsində kirayə götürüb yaşadığı evə aparmışlar. Həmin gün axşam o, Sadiqlə oğurladıqları əşyaları Ağdaş rayonunda olan evinə aparmışlar. Həmin gün axşam Həsən onun evinə gəlib oğurlanmış əşyalara görə anası Kəmalədən 200 manat pul almışdır. Həmin gün axşama doğru Sadiqlə birlikdə qərara gəlmişlər ki, Suraxanıda Həsənin onlara göstərdiyi evə yenidən oğurluğa girsinlər, çünki orada hələ də əşyalar qalmışdır. Elşən adlı şəxsə Sadiq təklif etmişdir ki, gecə saatlarında öz avtomaşını ilə gəlsin və onun avtomaşını böyük olduğu üçün oraya qohumundan bəzi əşyalar alıb, onları götürüb daşısın. Elşən razılaşmış və 02 fevral 2021-ci il tarixdə saat 02 radələrində yenidən o, və Sadiqlə onun Hyundai Elantra markalı avtomaşınla, Elşən isə idarə etdiyi İsuzu markalı avtomaşınla həmin evin yanına getmişlər. Elşən öz maşınında gözləmişdir. O, Sadiq ilə birlikdə dəmir barmaqlıq ilk dəfə gələndə çıxardıqları vəziyyətdə olduğu üçün ancaq dəmir parçası ilə plastik pəncərəni açıb yenidən içəriyə daxil olmuşlar. Oradan iki ədəd balaca xalça, paltarlar, 4-5 ədəd yastıq, qab-qacaq, açılıb bağlanan çarpayı (raskladuşka) götürmüşlər. Pəncərə balaca olduğundan başqa böyük əşyaları çıxara bilmədikləri üçün Sadiq Elşənə bildirmişdir ki, artıq onun avtomaşınına ehtiyac yoxdur və götürdüklərini öz idarə etdiyi maşına yükləyib çıxıb getmişlər. Həmin əşyaları anası Kəmalənin Zabrat qəsəbəsində kirayəyə götürdüyü evə aparıb boşaltmışlar. Bundan başqa bildirmişdir ki, 09.02.2021-ci il tarixdə saat 22 radələrində oğurluq etmək məqsədilə Sadiqlə birlikdə Abşeron rayonu, Qobu qəsəbəsinə yeni məhəlləyə gəlmişlər. Orada bir fərdi yaşayış evində heç kimin olmadığını yəqin etdikdən sonra o, hasardan həyətə keçib həyət qapısını açmışdır. Sadiq həyətə daxil olmuş və evin pəncərəsinin dəmir barmaqlığını qırıb kənara qoyub evə daxil olmuşlar. Evin otaqlarında olan 1 ədəd ütünü, 1 ədəd paltar yuyan maşını, 1 ədəd tozsoranı və 1 ədəd xalçanı oğurlayıb Hyundai markalı avtomobilə yığıb Zabrat qəsəbəsinə yaşadıqlan evə aparıb yığmışlar. Həmin gecə yəni 10.02.2021-ci il tarixdə saat 02 radələrində qalan əşyalarıda oğurlamaq üçün Sadiqlə birlikdə Qobu qəsəbəsinə həmin evə qayıtmışlar. Həmin vaxtı evdən 6 ədəd stul, 1 ədəd kilimi, həyətdə olan dəmir qarajın kilidini qıraraq daxil olub oradan 1 ədəd paltaryuyan maşını, elektrik naqillərini, 1 ədəd paltar yuyan maşını, 1 ədəd samovarı, su nasosunu, 1 ədəd qızıdırıcı elektrik sobasını, təmir alətlərini, eləcədə evin zirzəmisinin kilidini qırıb oradan qazan və qab-qacaq dəstlərini oğurlayıb Bakı şəhəri, Zabrat qəsəbəsinə yaşadıqlrı evə aparıb yığmışlar. 10.02.2021-ci il tarixdə saat 14 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi yeni məhəllədə yerləşən oğurluq etdikləri evə gəlmişlər və evdə qalan iki ədəd çarpayını və 1 ədəd stolu aparmaq üçün Qaz 24 markalı taksi sifariş etmişlər. Qobu qəsəbəsində evdə olan iki ədəd çarpayını və bir ədəd stolu taksiyə yükləyib Zabrat qəsəbəsinə yaşadıqları evə aparmışlar. 12.01.2021-ci il tarixdə Suraxanı RPİ-nin əməkdaşları tərəfindən saxlanılan zaman Qobu qəsəbəsində evdən oğurladıqları əşyaları polis əməkdaşlarına təhvil vermişlər. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, Ramana qəsəbəsində oğurluğu Sadiq və Həsənlə birlikdə etmiş və oğurluqdan anası Kəmalə sonradan məlumatı olmuşdur. Elşənin onların oğurluq etmələrindən məlumatı olmamış, Sadiq qohumunun evindən əşyaları Elşənin yük avtomobilinə yığmaq üçün Elşəni dəvət etmiş, lakin sonradan Sadiq onun avtomobilinə ehtiyac olmadığını bildirib çıxıb getməsini bildirmişdir. Təqsirləndirilən şəxs3 ilə birlikdə 09.02.2021-ci il və 10.02.2021-ci il tarixlərində Abşeron rayonu, Qobu qəsəbəsi yeni məhəllədə yerləşən fərdi yaşayış evindən oğurluq etmələri barədə heç kimin məlumatı olmamış, oğurladıqları əşyaları Qaz 24 markalı taksiyə yığan zaman sürücü həmin əşyların oğurluq olduğunu bilməmiş, sürücüyə əşyaların özlərinə məxsus olduğunu bildirmişlər. Qobu qəsəbəsində oğurluq edən zaman yanında Sadiqdən başqa heç kim olmamışdır. Hazırda vurulmuş ziyanın ödənilməsini, zərərçəkmiş şəxslərin ondan şikayətçi olmamalırını nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, indiyədək iki dəfə məhkumluq həyatı yaşamışdır. Sonuncu dəfə oğurluq etdiyinə görə 4 il 2 ay müddətinə azadlıqdan məhrum olunmuş və 2017-ci ildə azadlığa çıxmışdır. Həsən adlı və Canəli adlı şəxslərlə oğurluq etmişdir. Belə ki, Canəlinin anası Kəmaləni iki ilə yaxındır ki, tanıyır. O, onunla qeyri-rəsmi ər-arvad münasibətlərində yaşayır. Həsənlə Kəmalə də bir-birini tanımış, o, Kəmalənin vasitəsilə Həsənlə tanış olmuşdur. Kəmalə Həsəni çoxdan tanıyır. Belə ki, X20 rayonunda yerləşən evini təmir etmiş və Həsən ev ustası kimi fəaliyyət göstərir. O, Suraxanı rayonu Ramana qəsəbəsində yerləşən fərdi yaşayış evindən oğurluq etmişdir. Belə ki, həmin yeri Həsən onlara göstərmişdir. 2021-ci ilin yanvar ayının sonlarında Həsən Kəmalənin həmin vaxt Mərdəkan qəsəbəsində kirayədə qaldığı evə gəlmişdir. Həmin vaxt o, da orada olmuşdur. Həsən Kəmaləyə demişdir ki, yaşadığı evin yaxınlığında 16-cı kalonun yanında həyət evinin həyətindən kombi və başqa əşyaları oğurlayıb, evin yiyəsi də Gürcüstan Respublikası vətəndaşıdır və hal-hazırda orada olduğundan ev boşdur. Lakin o, özü evə girməyə ehtiyyat edib. Onlara təklif etmişdir ki, həmin evə girsinlər, evdə əşyalar vardır. Həmin ərəfədə o, “Rent car”dan Hyundai Elantra markalı avtomaşın götürmüşdür. Fevral ayının 1-də gecə saat 02 radələrində o, Kəmalənin oğlu Canəli ilə Həsənlə zəngləşib Həsənin dediyi yerə gəlmişlər. Həsən onların yanında barəsində danışdığı evin darvazasının qapısını açmışdır. Onlar həyətə daxil olmuşlar. Evin giriş qapısının yanında yerləşən pəncərənin dəmir barmaqlığını hər üçü birlikdə köməkləşib dəmir mantirovka ilə yerindən çıxartmışlar. Sonra plastik pəncərəni həmin dəmir parçası ilə açıb evə daxil olmuşlar. Oradan ilk öncə qonaq otağından divarda bərkidilmiş bir ədəd Samsung markalı plazma televizoru, digər otaqdan 2 ədəd biri yerdə və biri bükülü halda olan xalçanı, bir ədəd təzə, bir ədəd işlənmiş ütünü, bir ədəd tozsoran, bir ədəd təzə mikseri, bir ədəd planşet, yataq dəstləri, dəsmal dəstləri, pal-paltarları, çarpayı örtüklərini, qab-qacaq, bıçaq, qaşıq və müxtəlif qazan dəstlərini götürüb onun idarə etdiyi avtomaşına yükləmişlər. Həsən evinə getmiş və o, Canəli ilə birlikdə Kəmalənin Mərdəkan qəsəbəsində kirayəyə götürüb yaşadığı evə aparmışlar. Elə həmin gecənin səhərisi saat 5-6 radələrində Canəli ilə birlikdə maşındakı qalan əşyalarla birlikdə Canəligilin Ağdaş rayonunda olan evinə aparmışlar və əşyaları həmin evə boşaldıb geri qayıtmışlar. Günorta saatlarında Bakıya çatmışlar və Kəmalə fevral ayının 4-də kirayədə qaldığı evin pulunu verməli idi. Kəmalə ilə Zabrat qəsəbəsinə gəlmişlər. Kəmalə maklerlərdən ev maraqlanmış və Kəmaləyə ev göstərmişlər, Kəmalə razılaşıb həmin həyət evini 250 manata danışıb götürmüşdür. Kəmalə şirkətdə işləyən və İsuzu markalı şirkət maşını idarə edən Elşən adlı şəxsə zəng vurub onun avtomaşını ilə Mərdəkandakı evindən əşyaları Zabrat qəsəbəsində yeni kirayəyə götürdüyü evə daşıtmışdır. O, Elşəni Kəmalənin yanında görmüş və Elşən Sabunçu qəsəbəsində onunla qonşuluqda yaşayır. Həmin gün Kəmalə Zabratdakı evə köçdükdən sonra Həsən oraya gəlmiş və oğurlanmış əşyalara görə öz payına düşən 100 manatı almış və çıxıb getmişdir. Axşama doğru o, Canəli ilə birlikdə qərara gəlmişlər ki, Suraxanıda Həsənin onlara göstərdiyi evə yenidən oğurluğa girsinlər, çünki orada hələ də əşyalar qalmışdır. Onlar Elşənə təklif etmişlər ki, Ramana qəsəbəsində Həsənin qohumunun evindən əşyaları götürəcəklər və həmin əşyaları Elşənin avtomaşını böyük olduğu üçün əşyaları yığsınlar. Elşən razılaşmış və 02 fevral 2021-ci il tarixdə saat 02 radələrində yenidən o, Canəli ilə idarə etdiyi Hyundai Elantra markalı avtomaşınla, Elşən isə idarə etdiyi İsuzu markalı avtomaşınla həmin evin yanma getmişlər. Canəli ilə o, dəmir barmaqlıq ilk dəfə gələndə çıxardıqları vəziyyətdə olduğu üçün ancaq dəmir parçası ilə plastik pəncərəni açıb yenidən içəriyə daxil olmuşlar. Oradan iki ədəd balaca xalça, paltarlar, 4-5 ədəd yastıq, qab-qacaq, açılıb bağlanan çarpayı ( raskladuşka) götürmüşlər. Pəncərə balaca olduğundan başqa böyük əşyaları çıxara bilmədikləri üçün Elşənə bildirmişlər ki, artıq onun avtomaşınına ehtiyac yoxdur və götürdüklərini onun idarə etdiyi avtomobilə yükləyib çıxıb getmişlər. Həmin əşyaları Kəmalənin Zabrat qəsəbəsində kirayəyə götürdüyü evə aparıb boşaltmışlar. Bundan başqa bildirmişdir ki, 09.02.2021-ci il tarixdə saat 22 radələrində Canəli ilə birlikdə oğurluq etmək üçün icarə əsasında idarə etdiyi Hyundai Elantra markalı 90-TS- 353 dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Qobu qəsəbəsi yeni məhəlləyə gəlmişlər. Orada bir fərdi yaşayış evində heç kimin olmadığını yəqin etdikdən sonra Canəli hasardan həyətə keçib həyət qapısını açmışdır. O, həyətə daxil olmuş və Canəli ilə birlikdə evin pəncərəsinin dəmir barmaqlığını qırıb kənara qoyub evə daxil olmuşlar. Evin otaqlarında olan 1 ədəd ütünü, 1 ədəd paltar yuyan maşını, 1 ədəd tozsoranı və 1 ədəd xalçanı oğurlayıb Hyundai markalı avtomobilə yığıb Zabrat qəsəbəsinə Canəli gilin yaşadıqları evə aparıb yığmışlar. Həmin gecə yəni 10.02.2021-ci il tarixdə saat 02 radələrində qalan əşyalarıda oğurlamaq üçün Canəli ilə birlikdə Qobu qəsəbəsinə həmin evə qayıtmışlar. Həmin vaxtı evdən 6 ədəd stul, 1 ədəd kilimi, həyətdə olan dəmir qarajın kilidini qıraraq daxil olub oradan 1 ədəd paltaryuyan maşını, elektrik naqillərini, 1 ədəd paltar yuyan maşını, 1 ədəd samovarı, su nasosunu, 1 ədəd qızıdırıcı elektrik sobasını, təmir alətlərini, eləcədə evin zirzəmisininin kilidini qırıb oradan qazan və qab-qacaq dəstlərini oğurlayıb Bakı şəhəri, Zabrat qəsəbəsinə Canəli gilin yaşadıqları evə aparıb yığmışlar. 10.02.2021-ci il tarixdə saat 14 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi yeni məhəllədə yerləşən oğurluq etdikləri evə gəlmişlər və evdə qalan iki ədəd çarpayını və 1 ədəd stolu aparmaq üçün Qaz 24 markalı taksi sifariş etmişlər. Qobu qəsəbəsində evdə olan iki ədəd çarpayını və bir ədəd stolu taksiyə yükləyib Zabrat qəsəbəsinə Canəli gilin evlərinə gətirmişlər. 12.01.2021-ci il tarixdə Suraxanı RPİ-nin əməkdaşları tərəfindən saxlanılan zaman Qobu qəsəbəsində evdən oğurladıqları əşyaları polis əməkdaşlarına təhvil vermişlər. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, oğurladıqları əşyaları Zabrat qəsəbəsində evə yığan zaman Canəlinin anası Kəmalə oğurluq olduğunu bilmiş, lakin haradan oğurladıqlarını bilməmiş, oğurladıqları əşyaları Qaz 24 markalı taksiyə yığan zaman sürücü həmin əşylarm oğurluq olduğunu bilməmiş, sürücüyə əşyaların özlərinə məxsus olduğunu bildirmişlər. Elşənin onların oğurluq etmələrindən məlumatı olmamışdır. X21 qohumunun evindən əşyaları götürəcəklərini və Elşənin yük avtomobili olduğu üçün yığmalarını bildirmişlər. Elşəndə onlarla həmin ünvana getsədə, həyətə daxil olmamış, avtomobildə gözləmişdir. Hazırda vurulmuş ziyanın ödənilməsini, zərərçəkmiş şəxslərin ondan şikayətçi olmamalırını nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadəsi alınmış X15 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid1 uzun müddətdir ki, tanımış, belə ki, o, Kəmalənin Ağdaş şəhərində olan mənzilində usta kimi işləmişdir. O, rəsmi olaraq heç bir yerdə işləmir, lakin mənzillərin təmiri ilə məşğul olur. Kəmalənin bir oğlu və bir qızı vardır. Kəmalənin oğlunun adı Canəlidir. ünvan 3 ünvanı tanıyır, lakin ev sahiblərinin kim olmasını bilmir. Onun yaşadığı ev də həmin ünvan yaxındır. O, həmin mənzildə yaşayış olmamasını bilmişdir. Belə ki, mənzilin qarşısı ilə gəlib gedərkən orada yaşayış olmamasını görmüşdür. Təqsirləndirilən şəxs3 tanıyır, həmin şəxsi Kəmalənin vasitəsilə tanımışdır. O, 30.01.2021-ci il tarixdə saat 23 radələrində həmin evin hasarından həyətə keçmiş və həyətdə olan 1 ədəd kombi istilik sistemini və 1 ədəd su mühərrikini oğurlayıb aparmışdır. Həmin günün səhəri yəni 31.01.2021-ci il tarixdə Zabrat qəsəbəsində Kəmalənin evində olan zaman Ramana qəsəbəsində sahibsiz ev olduğunu bildirmişdir. Həmin vaxtı Sadiq də orada olmuşdur. 01.02.2021-ci il tarixdə axşam saatlarında Sadiq ona telefon vasitəsilə zəng edib həmin ev barədə soruşmuş və o, Sadiqə ünvanı bildirmişdir. 01.02.2021-ci il tarixdə saat 01 radələrində o, Sadiqlə qeyd etdiyi ünvanın qarşısında görüşmüşlər. Sadiqin yanında Kəmalənin oğlu Canəli olmuş, onlar onunla görüşməyə birlikdə gəlmişlər. Həmin şəxslər “Hyundai” markalı, dövlət qeydiyyat nişanını bilmədiyi avtomobillə gəlmişlər. Öz aralarında danışıb həmin evdən oğurluq etməyi planlaşdırmışlar və ətrafda heç kəsin olmadığını gördükdən sonra evin qapısına yaxınlaşmışlar. Sadiq evin həyət qapısını əli itələyib açmışdır. Hər üçü həyətə daxil olmuş, Sadiq mənzilin həyətə baxan pəncərəsini əli ilə itələyib açmış və hər üçü içəri daxil olmuşlar. Onlar üzərlərində olan işıqlarla evin içərisini axtarmağa başlamışlar. Mənzilin içərisi əşyalarla dolu olmuşdur. O, və Sadiqlə Canəli evdən qab-qacaq dəstləri, paltarlar və digər xatırlamadığı əşyalar çıxarmışlar. Həmin əşyaları Sadiqin idarə etdiyi avtomobilin arxa yük yerinə yükləmişlər və oradan uzaqlaşmışlar. Belə ki, Canəli və Sadiq birlikdə avtomobillə getmişlər, o, isə yaşadığı evə gəlmişdir. Oğurladıqları əşyaları Sadiq və Canəli aparmışdır. Belə ki, razılaşmlarına görə həmin əşyaları Sadiq və Canəli satdıqdan sonra pulunu öz aralarında böləcəkmişlər. Təxminən bir neçə gün keçdikdən sonra o, Kəmalə gilə getmiş və həmin vaxtı Sadiq Kəmalədən 100 manat alıb ona vermiş və oğurlanmış əşyaların pulundan olduğunu bildirmişdir. O, qeyd etmişdir ki, qeyd olunan cinayətləri Sadiq və Canəli ilə birlikdə etmiş, Kəmalə həmin hadisədə iştirak etməmiş, qeyd etdiyi mənzildən qab-qacaq dəstləri, paltarlar və digər xatırlamadığı əşyalar oğurlamışlar. Hazırda vurulmuş ziyanın ödənilməsini, zərərçəkmiş şəxslərin ondan şikayətçi olmamalırını nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, təxminən 7-8 ildir Abşeron rayonu, Qobu qəsəbəsi R.Rza küçəsində yerləşən 82 saylı fərdi yaşayış evi ona məxsusdur və ailəsi ilə həmin evdən bağ evi kimi istifadə edirlər. Hərdən həmin evə gəlib baş çəkmişlər. Belə ki, 29.01.2021-ci il tarixdə evə getdikdə evin içərisində olan əşyalar yerində olmuşdur. 13.02.2021-ci il tarixdə saat 17 radələrində Qobu qəsəbəsinə evinə gələrkən evin həyətinə daxil olduqda giriş darvaza və evinin qapısının açıq olduğunu görmüşdür. Evdən oğurluq olması ona məlum olmuş, ona görə də bu barədə polisə məlumat vermişdir. Polis əməkdaşları yaşadığı evə gələrək baxış keçirmişlər. Həmçinin o, evə ətraflı baxmış və evin qabaq hissəsində olan pəncərənin dəmir barmaqlığının sındırılması yolu ilə evə daxil olmaqla evin içərisində qonaq otağından 1 ədəd xalça, 1 ədəd kilim, stol-stul dəstinin, 1 ədəd tozsoran maşını, mətbəxdən 1 ədəd LG markalı paltaryuyan maşın, yataq otağından 2 ədəd çarpayı, 8 ədəd yorğan-döşək dəstini, evin həyətində olan dəmir qarajın kilidinin sındırılması yolu ilə daxil olmaqla oradan 2 ədəd işlənmiş paltaryuyan maşın, 1 ədəd samovar, elektrik naqilləri, su nasosu, 2 ədəd qızdırıcı peç, təmir alətlərinin, 60 ədəd şişin, 1 ədəd sok çəkən aparatı, 1 ədəd itləmə çarxı, 5 ədəd qazan və qab-qacaq dəstlərinin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, oğurluq nəticəsində evindən ona məxsus 1 ədəd 500 manat dəyərində xalça, 1 ədəd 1000 manat dəyərində kilim, 1 ədəd 900 manat dəyərində “LG” markalı paltaryuyan maşın, 2 ədəd 150 manat dəyərində çarpayı, 1000 manat stol-stul dəsti, 8 ədəd 300 manat dəyərində yorğan döşək dəsti, 1 ədəd 250 manat dəyərində işlənmiş paltaryuyan maşın, 1 ədəd 100 manat dəyərində işlənmiş paltaryuyan maşın, 1 ədəd 100 manat dəyərində samovar, 120 manat dəyərində elektrik naqilləri, 80 manat dəyərində su nasosu, 2 ədəd 100 manat dəyərində qızdırıcı peç, 200 manat dəyərində təmir alətləri, 1700 manat dəyərində qazan və qabqacaq dəstləri, 1 ədəd 30 manat dəyərində sok çəkən maşın, 1 ədəd 100 manat dəyərində tozsoran maşın, 60 ədəd 90 manat dəyərində şiş və 1 ədəd 100 manat dəyərində itləmə çarxın oğurlanması nəticəsində ümumilikdə ona 6820 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş ziyan ödənildiyi üçün şikayətçi deyildir. Bu barədədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, 29 yanvar 2021-ci il tarixdə axşam saatlarında yaşadığı evin qapı və pəncərələrini bağlayıb ailə üzvüləri ilə birlikdə çıxıb getmişlər. Evdə heç kim qalmamışdır. Evdə heç kim olmasada ev tam əşyalar ilə dolu vəziyyətdə idi. 02 fevral 2021- ci il tarixədək olan müddət ərzində evində heç kim olmamışdır. 02 fevral 2021-ci il tarixdə günorta saatlarında yaşadığı evə gəlmişdir. Evin qapısını açıb həyətə daxil olmuşdur. Evin həyətinə daxil olduqda görmüşdür ki, pəncərənin dəmir barmaqlığı yerindən çıxarılıb sındırılmışdır. O, bundan şübhələnərək dərhal qapını açıb içəri evə daxil olmuşdur. Evə daxil olduqda hər bir yerin dağıdılması və əşyaların yerə tökülməsini görmüşdür. Ona məlum olmuşdur ki, kimlərsə evə daxil olub oğurluq etmişlər. Evin içərisində olan bütün əşyaları demək olar ki, oğurlanmışdır. Belə ki, mənzildə olan bütün qiymətli əşyalar olmamış, bəzi əşyalar saxlanılmışdır. Evin isə hər bir yeri dağıdılmışdır. Evdən bir ədəd 1700 manat dəyərində 109 diaqonallı “Samsung” markalı televizor, bir ədəd 250 manat dəyərində mikser, bir ədəd 120 manat dəyərində ət çəkən maşın, iki ədəd hər biri 150 manat olan xalça, 1 ədəd 700 manat dəyərində xalçanı, 1 ədəd 250 manat dəyərində xalçanı, 1 ədəd 600 manat dəyərində xalçanı, 2000 manat dəyərində qab-qacaq dəstləri, 3 dəst 750 manat dəyərində yataq dəsti, bir ədəd 200 manat dəyərində su qızdırıcısı, 1 ədəd 80 manat dəyərində su mühərriyi, həyətədə olan otaqdan bir ədəd 80 manat dəyərində su matoru və bir ədəd 900 manat dəyərində kombi aparatı oğurlanmışdır. Bundan sonra o, dərhal Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bir neçə dəqiqə keçdikdən sonra yaşadığı evin qarşısına polis əməkdaşları gəlmişlər və hadisə yerinə baxış keçirib fotoşəkillərini çəkmişlər. Həmin günü o, ərizə ilə müraciət etmişdir. Onun yaşadığı evdən bir ədəd DVD, üç mərtəbəli qab, bir ədəd böyük güldan, bir ədəd qadın ayaqqabısı, bir ədəd qadın ayaqqabısı, üç ədəd qadın paltarı, bir ədəd 109 diaqonallı “Samsung” markalı televizor, bir ədəd mikser, bir ədəd ət çəkən maşın, beş ədəd xalça, bir ədəd su qızdırıcısı, bir ədəd su mühərriki, bir ədəd kombi aparatı, iki ədəd fotoaparat və bir ədəd videokamara oğurlanmışdır. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, baş vermiş cinayət hadisəsi nəticəsində ona ümumilikdə 7850 manat miqdarında maddi ziyan dəymişdir. Pəncərə və dəmir barmaqlığın sındırılması nəticəsində ona ümumilikdə 100 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş ziyan ödənildiyi üçün şikayətçi deyildir. Bu barədədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilərkən ifadə verməkdən imtina edən Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxışında elan olunaraq tədqiq edilmiş ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun oğludur, onlar birlikdə yaşayırlar. Oğlu Canəli bir neçə dəfə məhkum olunmuşdur. Təqsirləndirilən şəxs3, Şahid3, Şahid2 və Təqsirləndirilən şəxs1 tanımışdır. Təqsirləndirilən şəxs3 onun əridir, lakin rəsmi nigahları yoxdur. Belə ki, o, Sadiqlə qeyri-rəsmi olaraq ər-arvad kimi yaşamışlar. Həsəni öz evlərin təmiri ilə məşğul olan şəxs kimi tanımışdır. Elşəni isə əvvəllər yaşadığı mənzildə qonşu yaşadığı üçün tanımışdır. 2021-ci ilin yanvar ayının sonlarında o, Sadiq və oğlu Canəli evdə olarkən axşam saatlarında Həsən onun yaşadığı mənzilə gələrək «bir ev bilirəm, qonşuda yerləşir, yaşayış yoxdur, oradan oğurluq etmək lazımdır»-demişdir. Canəli və Sadiq də onunla razılaşmışlar. Bundan sonra Sadiq, Canəli və Həsən oğurluq etmək üçün çıxıb getmişlər. O, isə onlarla getməyərək evdə qalmışdır. Qeyd etmişdir ki, Sadiq «Hyundai» markalı dövlət qeydiyyat nişanını bilmədiyi avtomobili idarə edir. Həmin avtomobilin kimə məxsus olduğunu bilməmişdir. Saat 04 radələrində oğlu Sadiq və Canəli evə gəlmişlər. Avtomobilin içərisi dolu olmuşdur. Lakin o, avtomobildə nə olduğunu bilməmişdir. Lakin bilmişdir ki, həmin əşyaları oğurluq yolu ilə ələ keçirmişlər. Sadiq və Canəli həmin malları avtomobilə onun Ağdaş şəhərində olan evinə aparmışlar. O, isə evdə qalmışdır. Sadiqgil getməmişdən əvvəl o, Sadiq və Canəliyə «bu işin axırı yoxdr, problem olacaq, mən qorxuram»-demişdir. Hətta oğlunu kənara çəkib bir ana kimi ona törətdiyi işə görə problem yanacağını bildirmişdir. Lakin Sadiq və Canəli onun dediklərinə əhəmiyyət verməmişlər. Səhəri günü Canəli və Sadiq gecə saat 01 radələrində yenidən oğurluq etmək üçün getmişlər. Bir neçə saat keçdikdən sonra Canəli və Sadiq qayıdıb gəlmişlər. Lakin həmin vaxtı o, artıq yatmışdır. Sadiqgilin nə oğurladığını bilməmişdir. Səhər yuxudan oyandıqda həmin Canəli və Sadiqin oğurladıqları əşyaları yaşadığı Zabrat qəsəbəsində olan mənzilə qoymasını görmüşdür. Lakin o, həmin əşyalara baxmamışdır. Belə ki, onun üçün maraqlı olmamışdır. Səhəri gün Həsən onun evinə gəlmiş, Sadiq ona «Həsənə 100 manat verərsən-demiş, o, da Həsənə 100 manat pul vermişdir. Sonradan polis əməkdaşları tərəfindən saxlanılmışlar. O, qeyd etmişdir ki, oğlu Canəlinin, Sadiqin və Həsənin oğurluq etmələrini bilmiş, lakin görməmiş və onlarla birlikdə oğurluqda iştirak etməmiş, onların haradan oğurluq etmələrini bilməmişdir. O, əlavə olaraq ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı RPİ-nin İŞ-də oğlu Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə birlikdə oğurluq etməkdə ittiham edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Lakin o, Canəligilin oğurluq etməsindən məlumatı olsada, oğurluq etməkdə iştirak etməmiş və Canəli, Sadiq və Həsənin birlikdə oğurladıqları əşyalardan heç bir mənfəət əldə etməmiş, Sadiqlə birlikdə Ağdaş rayonuna heç bir əşya aparmamışdır. X17 rayonuna əşya aparmalarını, o, Suraxanı RPİ-nin istintaq şöbəsində dindirildikdən sonra ona müstəntiq tərəfindən məlumat verilmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 09 və 10 fevral 2021-ci il tarixlərində Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən fərdi evdən oğurluq etmələri barədə bilməmiş, belə ki, Canəli ilə Sadiq qeyd etdiyi tarixdə gecə saatlarında evə əşya gətirib yığmışdılar, o, bu barədə səhəri gün bilmiş, həmin oğurluqda iştirak etməmiş və oğurlanmış əşyaların oğurluq olub-olmadığını onlardan soruşmamışdır. Oğlu Canəlinin həbs olunmasından qorxduğu üçün oğurluq barəsində polisə məlumat verməmişdir. O, qeyd etmişdir ki, Suraxanı RPİ-nin əməkdaşları tərəfindən saxlanılan zaman 11.02.2021-ci il tarixdə Sadiqlə Canəlinin Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində kirayə qaldığı evə və Ağdaş rayonundakı evinə yığdıqları oğurluq malları polis əməkdaşları onun iştirakı ilə götürmüşlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, iki ilə yaxın müddət ərzində «Mazarina» şirkətində sürücü təlimatçı vəzifəsində çalışmışdır. Sadiq adlı şəxsi Sabunçu qəsəbəsindən tanımışdır. Kəmalə adlı şəxsi də Sadiqin vasitəsilə tanımışdır. Təxminən 30.01.2021-ci il tarixdə Sadiq ona zəng vuraraq Kəmalənin yaşadığı Mərdəkan qəsəbəsindən köçdüyü üçün əşyalarını Zabrat qəsəbəsinə onun idarə etdiyi «tsuzu» markalı avtomobillə aparmağını xahiş etmişdir. Onun həmin gün şirkətlə bağlı sifarişi olmadığından razılaşmışdır və saat 18 radələrində Kəmalənin əşaylarmı onun avtomobilinə yükləmişlər və Zabrat qəsəbəsinə gətirmişlər. Bundan bir neçə gün sonra 02.02.2021-ci il tarixdə saat 19 radələrində Sadiqlə Sabunçu qəsəbəsində rastlaşmış və onunla birlikdə Ramana qəsəbəsinə gedib qayıtmağı bildirmişdir. O, razılaşmış və idarə etdiyi Hyundai Elantra markalı avtomobillə gəlmişdir. Onlar birlikdə Ramana qəsəbəsində bir məhəlləyə girib oranı fırlandıqdan sonra oradan çıxmışlar və sonra Sadiq ona bildirmişdir ki, həmin küçədə qohumunun evindən müəyyən əşyaları götürməyə gələcəyini və həmin evdən çıxan çarpayını onun avtomobilinə yükləyib aparmağı xahiş etmişdir. O, həmçinin qeyd etmişdir ki, qohumu Gürcüstan Respublikasmdadır və pandemiya ilə əlaqədar Azərbaycana gələ bilməmişdir. Sadiq və Canəli evin darvazasını açıb içəriyə daxil olmuşlar və o, öz maşınında oturub Sadiqgili gözləmişdir. Avtomobildə bir az mürgüləmiş və artıq iki saat vaxtın keçdiyini və Sadiqdən bir xəbər olmadığını görüb maşından düşərək darvazaya yaxınlaşmış, qapını açmaq istəyəndə Sadiq qapıya çıxmışdır. Sadiq həmin vaxtı evdəki əşyaları evin həyətinə yığmışdır. O, Sadiqdən çarpayını soruşanda Sadiq bildirmişdir ki, çarpayını hissələr ayırmaq üçün alətləri unudublar və çarpayını aparmaq üçün sonraya qalmışdır. Sadiq onun avtomobilinə ehtiyac olmadığını və çıxıb getməsini bildirmişdir. Bundan sonra oradan çıxıb getmişdir. O, qeyd etmişdir ki, bir ədəd açılıb bağlanan çarpayını (raskladuşka), parçaya bükülmüş içində nələrin olduğunu bilmədiyi yekə bağlamanı avtomobilin Hyudai markalı avtomobilin arxa oturacağına Sadiqin qoyduğunu görmüşdür. Avtomobilin arxa yük yerinə də əşyalar yığmışlar, lakin o, onların nə olduğunu bilməmişdir. O, Sadiqin və Canəlinin həmin evdən oğurluq evtmələri barədə məlumatı olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Şahid1 tanıyır, sonuncu ilə qohumluq əlaqələri vardır. Metal zavodunda fəhlə işləyir və gündəlik olaraq 15 manat alır. O, Canəli ilə tanışdır və sonuncu ilə mütəmadi olaraq görüşüb söhbət etmişlər. Əvvəllər heç bir yerdən oğurluq etməmiş və hər hansı bir cinayətində iştirakçısı olmamışdır. 11 fevral 2021-ci il tarixdə saat 20 radələrində yaşadığı evdən çıxaraq Sabunçu rayonu Zabrat qəsəbəsinə tanışı Canəli ilə görüşməyə gəlmişdir. Canəli ilə görüşməkdə məqsədi ondan metalı alıb zavoda satmaq olmuşdur. O, Canəli ilə görüşdükdən sonra birlikdə Canəligilin evlərinə getmişlər, tçəri daxil olduqda evin həyətində «Hyundai» markalı avtomobil, iki ədəd sökülmüş su qızdırıcısınm dəmirləri, bir ədəd kiçik ölçülü mühərrik olmasını görmüşdür. Həyətdə heç kəs olmamış, Canəli isə ona evdə bacısı, anası və Sadiq adlı şəxsin olduğunu demişdir. O, içəri daxil olmamış həyətdə Canəli ilə söhbət etmişdir. Təxminən 5-10 dəqiqə keçdikdən sonra içəri bir neçə nəfər şəxs daxil olaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Polis əməkdaşları onları həmin günü polis bölməsinə gətirmişlər. Polis bölməsində sorğu-sual zamanı ona məlum olmuşdur ki, Canəli, onun anası Kəmalə, Həsən və bir nəfər tanımadığı şəxs mənzildən oğurluq etmişlər. O, heç bir yerdə oğurluq etməmiş və oğurluqda iştirak da etməmişdir. O, heç vaxt Ramana qəsəbəsində olmamış və ünvan 4 ünvanı da tanımamışdır. Təxminən bir ay əvvəl Canəlini Ağdaş şəhərində görmüş, bundan sonra da onunla 11 fevral 2021-ci il tarixdə görüşmüşdür. 30 yanvar 2021-ci il tarixdən 02 fevral 2021-ci il tarixədək olan müddət ərzində və ya başqa vaxtlarda Suraxanı rayonu ərazisində olmamışdır. İlk dəfə polislər onu saxladıqları gün Suraxanı rayonu ərazisinə gəlmişdir. O, Təqsirləndirilən şəxs2, Şahid1, Təqsirləndirilən şəxs3, Şahid3 və Təqsirləndirilən şəxs1 ilə birlikdə oğurluq etməmiş, həmin şəxslərin oğurluq etməsini görməmiş və bu barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs3 Kəmalənin Ağdaş şəhərində olan mənzilində işləyən zaman görüb tanımışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Bakı şəhəri, Suraxanı RPİ-nin 31-ci PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 02.02.2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 Suraxanı RPİ-nə ərizə ilə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu Ramana qəsəbəsi S.Əliyev küçəsində yerləşən 214 saylı fərdi yaşayış evinin dəmir barmaqlığını naməlum şəxs tərəfindən çıxarılmaqla evdən əşyalarının oğurlandığını bildirmişdir. Tərəflərindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində həmin cinayəti törədən şəxslərin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən törədildiyi müəyyən edilmişdir. Həmin şəxslər saxlanılan zaman onlar Ramana qəsəbəsində Zərərçəkmiş şəxs2 evindən və Qobu qəsəbəsində fərdi evdən oğurladıqları əşyaları Zabrat qəsəbəsində və Ağdaş rayonunda Canəli gilin evlərinə yığdıqlarını bildirmişlər. 11.02.2021-ci il tarixdə həmin əşylar yəni xalçalar, ət çəkən maşın, qab-qacaq dəstləri, Samsung markalı plazma televizoru, yataq dəstləri, qabaq stolu, oturacaq stullar, 2 ədəd paltar yuyan maşın, bıçaq itləyən çarx, qazan dəstləri, 2 ədəd tozsoran və digər əşyalar Bakı şəhəri, Sabunçu rayonu Zabrat qəsəbəsi 18 oktyabr küçəsində yerləşən fərdi evdən və Ağdaş rayonu, M.P. Vaqif küçəsi ev 105-dən tərəflərindən götürülərək Suraxanı RPİ-nin 31- ci polis bölməsinin saxlanc otağına yığılmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, dindirilərkən Şahid4 ifadəsinə uyğun ifadə vermişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə 28.09.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə 20.09.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş şəxslərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. İş materiallarında olan protokoldan görünür ki, Bakı şəhəri, Suraxanı RPİ-nin 31-ci polis bölməsinin saxlanc otağına yığılmış 1 ədəd qabaq stolu, oturacağı və söykənəcəyi parça olan 6 ədəd stul, 1 ədəd LG markalı paltaryuyan maşın, 1 ədəd bıçaq itləyən çarx, 1 ədəd qazan, 1 ədəd “Gepas” markalı sokçəkən maşın, 1 ədəd “Volf’ markalı tozsoran, 1 ədəd “Philips” markalı tozsoran, 1 ədəd xalça, 1 ədəd yupes, 2 qutu vaz boşqabı və 1 ədəd Beko markalı paltaryuyan maşını götürülmüşdür. Həmin əşyalara zərərçəkmiş şəxsin iştirakı ilə baxış keçirərkən zərərçəkmiş şəxs həmin əşyaları tanıyaraq ona məxsus olduğunu bildirmişdir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd qabaq stolu, oturacağı və söykənəcəyi parça olan 6 ədəd stul, 1 ədəd LG markalı paltaryuyan maşın, 1 ədəd bıçaq itləyən çarx, 1 ədəd qazan, 1 ədəd “Gepas” markalı sokçəkən maşın, 1 ədəd “Volf’ markalı tozsoran, 1 ədəd “Philips” markalı tozsoran, 1 ədəd xalça, 1 ədəd yupes, 2 qutu vaz boşqabı, 1 ədəd Beko markalı paltaryuyan maşını, 1 ədəd DVD aparatı, 1 ədəd üç mərtəbəli çərəz qabı, 1 ədəd böyük güldan, 1 ədəd qadın ayaqqabısı, 3 ədəd qadın paltarı, 1 ədəd 109 sm diaqonal “Samsung” markalı televizor, 1 ədəd Mikser aparatı, 1 ədəd ətçəkən maşın, 5 ədəd xalça, 1 ədəd su qızıdırıcı aparat, 1 ədəd su mühərriyi hidrofor, 1 ədəd kombi, 2 ədəd fotoaparat və 1 ədəd Panasonic videokamera cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün sahiblərinə qaytarılmışdır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsləri dinləyib, zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri təhlil edib, iş materiallarını tədqiq edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmaları, özlərinin ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, habelə iş üzrə toplanmış digər materiallarla sübuta yetirilir. Avropa İnsan Hüquqları Məhkəməsinin İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın 6-cı maddəsi ilə əlaqədar «X3rşı» işi ilə bağlı 08.02.1996-cı il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4 maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar olmadığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44-cü maddəsinə əsasən iş üzrə ittiham hökmü çıxarılmalı və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü və 177.2.4-cü maddələrinin və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyaları həddində cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdurki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə müvafiq olaraq Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə törətdikləri və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və təqsirləndirilən şəxslərin ailəsinə, həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, xx.xx.2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 Şəki Ağır Cinayətlər Məhkəməsinin 25.08.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.3; 62; və 67-ci maddələrinə əsasən 04 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 15.12.2017-ci ildə Şəki Apellyasiya məhkəməsinin qərarı ilə 30.08.2016-cı il tarixli hökmdə 177.1 maddəsi ilə bağlı cinayət təqibinə xitam verilmişdir. Azərbaycan Respublikası CM-nin 177.2.1; 177.2.3; 67.1 maddələrinə əsasən 02 il 06 ay azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. 06.12.2019cu ildə Bakı şəhər Xətai rayon məhkəməsinin qərarı ilə 02 ay 19 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Cəzasını tam çəkib qurtarmışdır. İş materiallarında olan Ağdaş RİHB-nın Ağdaş şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 01.07.2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 6 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməllərini etiraf etməsini, zərərçəkmiş şəxslərin ziyanının ödənilməsini, ona qarşı şikayət və tələbin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olaraq zərərçəkmiş şəxslərə ümumilikdə 13690 ( on üç min altı yüz doxsan) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq cinayət əməllərini törətməsini, cinayət əməllərinin törədilməsi hallarını, Təqsirləndirilən şəxs2 şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, cəzanın onun islah olunmasına təsirini, habelə qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, yalnız bu növ cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla yanaşı cəzanın məqsədlərini təmin edilə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 hazırki cinayət işi üzrə 12.02.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və istintaq orqanı tərəfindən 13.02.2021-ci il tarixində həbs qətimkanı seçilmiş və məhkəmədə həmin qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 12.02.2021-ci il tarixdən hesablanmalıdır. Bundan əlavə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs2 aid hissədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə, Abşeron rayon Polis İdarəsinə və Ağdaş rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Şəfiyev X11 şəhəri, Binəqədi rayon məhkəməsinin 28.12.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 67.1-ci maddələrinə əsasən 04 il 02 ay azadlıqdan məhrum etmə və 2150 manat cərimə cəzasına məhkum edilmişdir. 20.06.2016-cı ildə Nizami rayon məhkəməsinin qərarına əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə olan əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinə tövsif edilərək, cəzası 4 il 2 ay müəyyən edilmişdir. 05.12.2016-cı ildə Nizami rayon məhkəməsnin qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. 07.07.2017-ci ildə cəza müddəti bitdiyindən şöbənin qediyyatından çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluqları ödənilmiş sayılır. Odur ki, Təqsirləndirilən şəxs3 məhkumluğu ödənilmiş hesab olunur. İş materiallarında olan Sabunçu RİHB-nın MKTB-nin 69 saylı MKİİ-nin rəis əvəzi tərəfindən verilmiş 11.06.2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Şəfiyev X13 qəsəbəsi, H.B. Zərdabi küçəsi ev 8, mənzil 1-də yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməllərini etiraf etməsini, zərərçəkmiş şəxslərin ziyanının ödənilməsini, ona qarşı şikayət və tələbin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olaraq zərərçəkmiş şəxslərə ümumilikdə 13690 ( on üç min altı yüz doxsan) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq cinayət əməllərini törətməsini, cinayət əməllərinin törədilməsi hallarını, Təqsirləndirilən şəxs3 şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, cəzanın onun islah olunmasına təsirini, habelə qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, yalnız bu növ cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla yanaşı cəzanın məqsədlərini təmin edilə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 hazırki cinayət işi üzrə 12.02.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və istintaq orqanı tərəfindən 13.02.2021-ci il tarixində həbs qətimkanı seçilmiş və məhkəmədə həmin qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin başlanğıcı 12.02.2021-ci il tarixdən hesablanmalıdır. Bundan əlavə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs3 aid hissədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə, Abşeron rayon Polis İdarəsinə və Sabunçu rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, X15 məhkum olunmamışdır. İş materiallarında olan Sabunçu RİHB-nın Ramana qəsəbə nümayəndəliyi tərəfindən verilmiş 29.06.2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs X2 rayonu, Ramana qəsəbəsi, 2-ci sahədə qeydiyyatsız yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs X15 törətdiyi cinayət əməllərini etiraf etməsini, zərərçəkmiş şəxslərin ziyanının ödənilməsini, ona qarşı şikayət və tələbin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. X15 cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olaraq zərərçəkmiş şəxsə ümumilikdə 7850 ( yeddi min səkkiz yüz əlli) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq cinayət əməllərini törətməsini, cinayət əməllərinin törədilməsi hallarını, təqsirləndirilən şəxs X9 şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, cəzanın onun islah olunmasına təsirini, habelə qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, yalnız bu növ cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla yanaşı cəzanın məqsədlərini təmin edilə bilər. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs X15 hazırki cinayət işi üzrə 12.02.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və istintaq orqanı tərəfindən 13.02.2021-ci il tarixində həbs qətimkanı seçilmiş və məhkəmədə həmin qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs X9 cəzaçəkmə müddətinin başlanğıcı 12.02.2021-ci il tarixdən hesablanmalıdır. Bundan əlavə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Ona görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X15 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Hökmün icrası təqsirləndirilən şəxs X12 aid hissədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə, Abşeron rayon Polis İdarəsinə və Sabunçu rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və X7 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Təqsirləndirilən şəxs2 məhkəmə zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul və Təqsirləndirilən şəxs3 məhkəmə zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X8 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul və X12 məhkəmə zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4 maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil olunmaqla cəzasının əvvəli 12.02.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs2 aid hissədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə, Ağdaş rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4 madələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil olunmaqla cəzasının əvvəli 12.02.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs3 aid hissədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə, Sabunçu rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələriində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. X15 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil olunmaqla cəzasının əvvəli 12.02.2021-ci il tarixdən hesablansın. X9 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Hökmün icrası X12 aid hissədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə Sabunçu rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd qabaq stolu, oturacağı və söykənəcəyi parça olan 6 ədəd stul, 1 ədəd LG markalı paltaryuyan maşın, 1 ədəd bıçaq itləyən çarx, 1 ədəd qazan, 1 ədəd “Gepas” markalı sokçəkən maşın, 1 ədəd “Volf’ markalı tozsoran, 1 ədəd “Philips” markalı tozsoran, 1 ədəd xalça, 1 ədəd yupes, 2 qutu vaz boşqabı, 1 ədəd Beko markalı paltaryuyan maşını, 1 ədəd DVD aparatı, 1 ədəd üç mərtəbəli çərəz qabı, 1 ədəd böyük güldan, 1 ədəd qadın ayaqqabısı, 3 ədəd qadın paltarı, 1 ədəd 109 sm diaqonal “Samsung” markalı televizor, 1 ədəd Mikser aparatı, 1 ədəd ətçəkən maşın, 5 ədəd xalça, 1 ədəd su qızıdırıcı aparat, 1 ədəd su mühərriyi hidrofor, 1 ədəd kombi, 2 ədəd fotoaparat və 1 ədəd Panasonic videokamera cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün sahiblərinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və X7 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) keçirilsin. Təqsirləndirilən şəxs2 məhkəmə zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul və Təqsirləndirilən şəxs3 məhkəmə zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X8 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul və X12 məhkəmə zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar