Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-524/2025 03.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1979-cu il tarixdə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 Bağ Sahəsi, bağ evi 212 ünvanında qeydiyyatda olan və ünvan 2 Yaşayış Kompleksi, ev 2, mənzil 12 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair cinayət işinin materialına Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 10 sentyabr 2024-cü il tarixdə saat 01 radələrində tanışı Şahid yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, "xxxx" MTK yaşayış kompleksi, ev 12, mənzil 1-də olarkən həmin mənzilə ev sahibi Şahid bir qədər əvvəl mobil telefon adapteri istəyərkən qərəzli cavab verməsinin səbəbini aydınlaşdırmağa gəlmiş qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs gecə vaxtı mənzilinə gəlib ev sahibinə irad tutmasına narazılığını bildirdiyinə görə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı mənzilin dəhlizində sonuncunun saçından tutub çəkərək yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrinə vurub ona sağ əlin İV-cü barmağının orta falanqasının oynaq səthinə uzanan sınığı ilə müşayiət olunan və orta və əsas falanqaların falanqa oynağı nahiyəsi də əhatə olunmaqla qançır şişkinliyi, sağ bazu, sol dirsək oynağı və sağ said nahiyələrinin qançırları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ibtidai istintaq dövründə verdiyi ifadəsini təstiq etməklə verdiyi ifadəsində göstərdi ki, o, qonşusu Əliyə olan borcu vermək üçün onun evinə getmiş və orada söhbət edən zaman Aynurə adlı şəxs də həmin mənzilə gəlmiş Əli sonuncunu görən kimi onu içəri dəvət etmişdir. Bir qədər əvvəl mobil telefon adapteri istəyən zaman ona kobud cavab verməsinə görə Aynurə ilə Əli arasında sözlə mübahisə olmuş, bu zaman o, Əlidən həmin şəxsin kim olması ilə maraqlandıqda Aynurə ona aqressiv cavab verdiyi üçün aralarında yaranmış mübahisə zəmnində onlar bir-birilərinin saçından tutaraq dartmışlar. Mübahisə zamanı Aynurə də onu vuraraq və itələyərək ona xəsarətlər yetirmişdir. Bundan sonra Əli onlara yaxınlaşıb onları aralaşdırdığı üçün hər biri öz evinə çıxıb getmişlər. Bir müddət sonra Aynurə onun tərəfindən döyməsi ilə bağlı Abşeron rayon polis idarəsinə şikayət etmişdir. Sonda Zərərçəkmiş şəxs dediklərinin yalan olduğunu həqiqəti əks etdirmədiyini mübahisə zamanı yalnız bir-birinin saçından tutduqlarını, həmin münaqişə zamanı Aynurənin barmağının sınması ehtimalının olmadığını, onun əlini öz saçından aralamaq üçün əlindən tutduğunu, əksinə Aynurə tərəfindən ona xəsarətlər yetirildiyini, əvvəllər aralarında barışıq olsa da, sonradan qərəzli şəkildə barışmaq istəməməsini, ziyan kimi ödədiyi 500 manatdan başqa ondan əlavə olaraq 4000-5000 manat məbləğində pul tələb etməsini bildirdi. Əməlindən peşman olmasını, istintaq zamanı zərərçəkmiş şəxsə dəymiş xəsarətlə bağlı 500 manat məbləğində pul ödəməsini, səhhətində olan xəstəliyi ilə əlaqədar əlilliyinin müəyyən edilmiş olmasını, həmçinin zərərçəkmiş şəxslə barışmaq üçün dəfələrlə cəhdlər etməsini bildirməklə məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, barəsində şikayət etdiyi Vəfa adlı şəxsi qonşuluqda yaşayan Əlinin vasitəsilə tanısa da sonuncu ilə isə 2023-cü ilin dekabr ayından tanışdır. Təxminən 4-5 ay bundan əvvəl Vəfa ona zəng edərək, mobil nömrəsini Əlinin telefonundan götürdüyünü, onların yazışmalarını gördüyünü bildirərək, onunla hansı formada münasibətdə olmağını soruşduqda o, sonuncu ilə aralarında olan münasibətin yalnızca qonşluq münasibətlərində olmasını demişdir. Bundan sonra Vəfa onunla təkrar əlaqə saxlamamışdır. xx.xx.2024-cü il tarixdə gunorta saatlarında yaşadığı mənzilin həyətində gəzdikdən sonra evə qayıdan zaman blokda Əlini görmüş və ondan mobil telefon üçün adapterinin olub-olmamasını soruşduqda, sonuncu ona qərəzli cavab verərək adapterinin olmadığını bildirmişdir. Axşam o Əlinin evinə gəldikdə Vəfa adlı qadın Əlinin evindən çıxaraq onu evin içərisinə çəkib dəhlizdə onu döyərək ona xəsarət yetirmiş və saçından tutataraq dartmaqla yanaşı başına və bədəninə bir neçə dəfə şillə ilə vurmuş və sağ əlini tutaraq sıxmış, nəticədə sağ əlinin İV barmağından xəsarət almağına səbəb olmuşdur. Onun almış olduğu xəsarətlər nəticəsində o, qollarından, ayaqlarından və sağ əlindən zədə almışdır. Əli həmin vaxt onların arasına girmiş və onları aralaşdırdıqdan sonra o, yaşadığı evə getmişdir. Sonradan o, baş vermiş hadisə ilə əlaqədar Abşeron RPİ-yə yaxınlaşaraq ərizə ilə müraciət etmişdir. Hadisəni Vəfa və Əlidən başqa heç kim görməmiş, həmin mübahisədə onun tərəfindən əməli törədən şəxsə qarşı müqavimət göstərilməmişdir. Sonda əlavə olaraq bildirir ki, Təqsirləndirilən şəxs tərəfindən ona qarşı vurulmuş xəsarət nəticəsində o, uzun müddət işləyə bilməmiş və beləliklə ailəsinin qazancını təmin edə bilməmişdir. Ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsi üçün 5000 manat məbləğində ödəniş təqsirləndirilən şəxs tərəfindən ödənilərsə aralarında barışıq əldə oluna bilər. Hazırda isə Təqsirləndirilən şəxs şikayətçidir və onun barəsində qanunauyğun cəzasının verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dəvət olunaraq, şahid qismində dindirilmiş Şahid istintaqda verdiyi ifadəni təsdiq edərək göstərdi ki, Zərərçəkmiş şəxs onunla qonşuluqda yaşayır və aralarında qonşu və dostluq münasibətləri olmuşdur. O, isə onlayn ticarətlə məşğul olduğu üçün Təqsirləndirilən şəxs özünə onun vasitəsilə bir neçə dəfə paltar aldığına görə tanımışdır. xx.xx.2024-cü il tarixdə yaşadığı evdə olan zaman Vəfa aldığı paltarın pulunu vermək üçün onun evinə gəlmiş, onlar söhbət edən zaman yarı açıq vəziyyətdə olan qapı döyülmüş, bu zaman Aynurənin gəldiyini görüb içəri dəvət etmişdir. Bu zaman Aynurə bir qədər əvvəl ondan mobil telefon adapteri istətəyərkən nə üçün ona qərəzli cavab verdiyini soruşarkən o, sonuncuya qərəzli cavab vermədiyini, səhv anladığını bildirmiş, elə bu anda Vəfa ilə Aynurənin arasında mübahisə yaranmışdır. Mübahisə zamanı onlar bir-birinin saçından tutaraq saçlarını yolmuş, o, güclə onları bir-birindən ayırmışdır. Hadisə təxminən 5 dəqiqə davam etmişdir. Sonra onları aralamış həmin şəxslər öz evlərinə getmişdirlər. Hadisə onun yaşadığı mənzilin dəhlizində baş vermiş, həmin vaxt orada kənar şəxs olmamışdır. Hadisə nəticəsində onların bir-birinin saçından yolmalarını görsə də, lakin kimin kimə necə zərbə vurmasını xatırlamır. Lakin onu qeyd etmişdir ki, münaqişə zamanı həmin şəxslər bir birini vursa da, saçlarını yolsa da heç biri yerə yıxılmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X1 tərəfindən verilmiş canlı şəxsin ekspertizasının 17 sentyabr 2024-cü il tarixdə verilmiş 2093 nömrəli rəyindən görünür ki, 1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ əlin İV barmağının orta falanqasının oynaq səthinə uzanan sınığı ilə müşayiət olunan orta və səas falanqaların falanqa oynağı nahiyəsi də əhatə olunmaqla qançır-şişkinliyi, sağ bazu, sol dirsək oynağı, sağ said, sol bud nahiyələrinin qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə insan bədəninin hissəsinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir.
2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X1 tərəfindən verilmiş canlı şəxsin ekspertizasının 11 noyabr 2024-cü il tarixdə verilmiş 05 noyabr 2024-cü il tarixli, 41Ə №-li nömrəli rəyin davamından görünür ki, 1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ əlin İV barmağının orta falanqasının oynaq səthinə uzanan sınığı ilə müşayiət olunan orta və səas falanqaların falanqa oynağı nahiyəsi də əhatə olunmaqla qançır-şişkinliyi, sağ bazu, sol dirsək oynağı, sağ said, sol bud nahiyələrinin qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə insan bədəninin hissəsinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir.
3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X1 tərəfindən verilmiş canlı şəxsin ekspertizasının 12 sentyabr 2024-cü il tarixli 2101 nömrəli rəyindən görünür ki, 1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ dirsək büküşü nahiyəsinin qançırları - küt əşya (əşyalar) təsirindən törənmişdir; törədilmə müddəti qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni, xx.xx.2024-cü il tarixdə dava dalaş nəticəsində əmələ gələ bilərdilər, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin olunmur;
4. “Cinayət işinin icraata başlanmasının rədd edilməsi barədə” 15 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir;
5. “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 30 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilməklə, istintaqı davam etdirilmişdir;
6. “Zərərçəkmiş şəxs qismində tanınma” barədə 30 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır;
7. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 18 noyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır;
8. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi” haqqında 06 dekabr 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə alınmış zərərçəkmiş şəxsin ifadəsi, təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, şahid ifadəsi, ifadənin yerində yoxlanılması protokolu, ekspert rəyləri və digər istintaq sənədləri sübut növü kimi qəbul edilmişdir;
9. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 07 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur;
10. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında 07 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir;
11. “Azemis” Elektron İnformasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdir. (İİ qrup əlildir).
Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurma cinayət əməlini törətməsi onun qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, o ifadəsində zərərçəkmiş şəxsin sacından tutduğunu lakin onun barmağını qırmadığını qeyd etmişdir. Ekspertiza rəyi tədqiq edilərkən məlum olmuşdur ki, hər iki şəsin bədəni üzərində müxtəlif xəsarətlər aşkar edilmişdir. Bu da bir daha onu sübut edir ki, təqsirləndiriləniun dediyi kimi münaqişə yalnız saç yonulmasından ibarət olmamış, onun tərəfindən zərərçəkmişə və zərərçəkmiş tərəfindən ona əlavə xəsarətlər də yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nın 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir, eyni zamanda həmin Məcəllənin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, bundan başqa səhhətində olan xəstəliyi ilə əlaqədar orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş olmasını, həmçinin zərərçəkmiş şəxslə barışığa nail olmamasını, həmçinin irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilməməklə, səmimi peşman olmamasını, zərərçəkmiş şəxslə barışıq əldə etmək üçün cəhdlərini formal əsaslandırmasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən Abşeron rayonu hüdudlarından kənara çıxmamaq, saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 2 Yaşayış Kompleksi, ev 2, mənzil 12 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Həmin Məcəllənin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti olmadığı qənaətindədir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərdiyi hüquqi yardıma görə 25 (iyirmi beş) iş saatı üçün 150 (bir yüz əlli) manat məbləğində vəsait müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaitinin hesabından Abşseron rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341- 349, 351-353, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 2 Yaşayış Kompleksi, ev 2, mənzil 12 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş 25 (iyirmi beş) saat hüquqi xidmətə görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 150 (bir yüz əlli) manat pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.
Sədrlik edən: Abusət Qasımov