Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-525/2020 10.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1971-ci Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ortatəhsilli,evli, Bakışəhəri, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1, 264-cü maddəsi ilə təqsirli bilinərək, CM-nin 66.3-cü maddəsinə əsasən 01 il, 05 ay, 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 66.5-ci maddəsinə əsasən 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı şəhəri,Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 93.1.2ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə olunmaqla 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməyən, Bakı şəhəri, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi ev-17, mənzil 1-də qeydiyyatda olan, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə həbs etmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən bir ədəd kibrit qutusunda ağ rəngli kağıza bükülmüş cəmi 0,218 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq satış məqsədi olmadan əldə edib, üzərində daşıyaraq saxlamış, xx xxx 2020-ci il tarixdə saat 09 radələrində Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Masazır kəndi, “Qurtuluş-93” yaşayış kompleksi ərazisində saxlanılaraq, Abşeron rayon Pİ-nin inzibati binasına gətirilmiş və 111 nömrəli xidməti iş otağında üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunda ağ rəngli kağıza bükülmüş, ağ rəngli kristallardan ibarət, təmiz çəkisi 0,218 qram kustar üsülla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, sonuncu dəfə 2018-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəllləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, azadlıqdan məhrum olunmuş, xx.xx.2019-cu tarixdə cəzasının sonu ilə azad edilmişdir. Narkotik vasitələrin istifadəçisidir. Bir müddətdir ki, psixotrop maddə metamfetamindən istifadə edir. Bu səbəbdən də xx.xx.2020-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonunda “Papanin” adlı ərazidə tanımadığı şəxsdən 10 manata kibrit qutusunun içərisində bir büküm metamfetamin alıb özü istifadə etmək üçün cibində qoymuşdur. xx.xx.2020-ci il tarixə keçən gecə səhərə yaxın tanışı Mamedlə birlikdə taksi ilə Bakı şəhəri, Yasamal rayonu ərazisindən Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksinə getmiş, taksidən düşdükdən sonra polis əməkdaşlarını görüb cibində psixotrop maddə olduğuna görə qaçmağa başlamışdır. Həmin vaxt Mamed qaçıb getmiş, onu isə polis əməkdaşları yaxalayıb qaçmasının səbəbini soruşmuşlar. Üzərində psixotrop maddə olduğuna görə tutulmamaq üçün qaçıdığını söyləmişdir. Bundan sonra polis əməkdaşları üzərində şəxsi axtarış aparmaq üçün onu Abşeron RPİ-nə dəvət etmişlər. Abşeron RPİ-də xidməti otaqların birində hüquqlarını müdafiə edən vəkil dəvət edib, videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər və üstündə qanunsuz olaraq saxladığı hər hansı əşyanın olubolmadığını soruşmuşlar. Əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunun içərisində ağ rəngli kağıza bükülmüş psixotrop maddə olan metamfetamin olduğunu bildirib, həmin metamfetamini təqdim etmişdir. Buna baxmayaraq polislər yenə onun üzərində şəxsi axtarış aparmışlar. Lakin heç nə tapmamışlar. Bundan sonra onun təqdim etdiyi bir ədəd kibrit qutusundakı bükümə baxış keçirilmiş, həmin büküm tərəzidə çəkilərək kağız zərfə qoyulub qablaşdırılaraq götürülmüş, bu barədə polis əməkdaşı tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş, o da həmin protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Həmin vaxtı tanışı Mamedin üsütündə narkotik vasitə və psixotrop maddə olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, “Opel-Astra” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyətilə məşğul olur. xx.xx.2020-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisindəki “Şamaxinka” adlanan dayanacaqda tanımadığı 2 nəfər əl işarəsi ilə onu saxladıb onları Abşeron rayonu Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksinə aparmasını sifariş etmişlər. Beş manat yol haqqı müqabilində onları həmin ünvana aparmış, həmin sərnişinlər avtomobilindən düşmək isəyərkən polisin xidməti avtopatrul maşınını görüb maşından düşüb qaçmağa başlamışlar. Polis əməkdaşları onlardan birini yaxalasalar da digəri qaçıb getmişdir. Həmin vaxtı sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs üzərində psixotrop maddə olduğu üçün qaçdığını söylədiyinə görə polis əməkdaşları onları Abşeron RPİ-nə aparmışlar. Təqsirləndirilən şəxs və digər sərnişini əvvəllər tanımamış, həmin vaxtı Hikmətin üzrərində psixotrop maddə olduğunu bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixə keçən gecə saat təxminən 05 radələrində Abşeron RPİ-nin PPXB-nün tağım komandiri Şahid2 və PPXB-nün polis nəfəri Şahid4 ilə birlikdə 57-09 çağırılşlı avtopatrul avtomobili ilə Abşeron rayonu, Masazır kəndi, “Qurtuluş-93” yaşayış kompleksində xidmətdə olarkən oraya gəlmiş taksi kimi fəaliyyət göstərən “Opel-Astra” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobildən düşən 2 nəfərin polis avtomobilini görən kimi qaçdıqlarını görüb, özlərini şübhəli apardıları üçün onların ardınca qaçaraq birini yaxalasalar da digəri yaşayış kompleksindəki binaların arası ilə qaçaraq qaranlıqda gözdən itmiş, bu səbəbdən də onu tutmaq mümkün olmamış, bundan sonra yaxaladıqları şəxsdən kimliyini və nə üçün qaçdıqlarını soruşmuş, həmin Təqsirləndirilən şəxs olduğunu və üzərində psixotrop maddə olduğuna görə polisdən qaçdığını söyləmiş, Hikmətdən qaçan digər şəxsin kimliyini soruşmuş, sonuncu da tanışı Mamed olduğunu, lakin onun üzərində heç bir narkotik vasitə və psixotrop maddə olmadığını bildirmişdir. Bundan sonra onlar taksi sürücüsünü və Təqsirləndirilən şəxs Abşeron RPİ-nə gətirib, oradakı xidməti otaqların birində hüquqlarını müdafiə edən vəkil dəvət edib, videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər və üzərində qanunsuz saxladığı hər hansı əşyanın olubolmadığını soruşmuşlar. Hikmət də əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunun içərisində ağ rəngli kağıza bükülmüş psixotrop maddə olan metamfetamin olduğunu bildirib, həmin metamfetamini təqdim etmişdir. Buna baxmayaraq onlar yenə Hikmətin üzərində şəxsi axtarış aparmışlar. Lakin heç nə tapmayıb təqdim etdiyi bir ədəd kibrit qutusundakı bükümə baxış keçirilmişlər. Həmin bükümdəki ağ rəngli kristallardan ibarət maddə tərəzidə çəkilərək kağız zərfə qoyulub qablaşdırılaraq götürülmüş, bu barədə təhqiqatçı tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş, o da digər iştirakçılar kimi həmin protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Post Patrul Xidməti Bölüyünün tağım komandiri Şahid2 və PPXB-nün polis nəfəri Şahid4 Şahid3 ifadəsinə oxşar məzmunlu ifadələr vermişlər. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:. İş üzrə keçirilmiş məhkəmə-fiziki-kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli, 6/919 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «.. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş» sözlər və imzalar olan bir ədəd kibrit qutusundakı bükümdə təmiz çəkisi – 0,218 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış narkotik vasitə psixotrop maddə metamfetamindir (qalıq 0,168 qram - 0,01 qram metamfetamin tədqiqata sərf edilmişdir). İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 2322 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakışəhəri, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1, 264-cü maddəsi ilə təqsirli bilinərək, CM-nin 66.3-cü maddəsinə əsasən 01 il, 05 ay, 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 66.5-ci maddəsinə əsasən 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə olunmaqla 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Sübutlatın qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə baxış keçirilmiş və SD disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. xx.xx.2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə baxışı iclasında bir ədəd SD diskə baxış keçirilmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunda ağ rəngli kağıza bükülmüş içərisində kustar üsülla hazırlanmış psixotrop maddə olan metamfetamini polis əməkdaşlarına təqdim etməsi müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması barədə kifayət qədər sübut toplanmışdır. Həmin sübutlar əldə olunma mənbəyinə görə mötəbərdirlər. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivi yaranır və Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən təhlükəli residi və görə cəzanın müddəti Azərbaycan Respublikası CMin 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrumetmə növündə cəzanın son həddinin, yarsından az ola bilməz. AzərbaycanRespublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.sayılır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx xxxx 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” xx xxx 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən,“… məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxxxx 2010-cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “Cinayət Məcəlləsində “məhkum olunmuş şəxs”müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq təfsir edilməlidir. Başqa yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin pozulmasına, əməlin əsassız olaraq residiv kimi qiymətləndirilməsinə, şəxsə daha ağır cəzanın təyin edilməsinə, onun vəziyyətinin qanuni əsaslar olmadan pisləşməsinə gətirib çıxarmış olar.” AzərbaycanRespublikası CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkməmüəssisəsindəçəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,168 qram psixotrop maddə olan metamfetamin məhv edilməlidir. İş üzrə 114 manat məhkəmə-fiziki-kimyəvi ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübutlar birədə SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və ibtidai istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil X1 göstərdiyi 35 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına 210 manat məbləğdə pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 0,168 qram psixotrop maddə olan metamfetamin məhv edilsin. İş üzrə 114 manat məhkəmə-fiziki-kimyəvi ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübutlar bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və ibtidai istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun vəkili X2 göstərdiyi 35 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından 210 (yüz iyirmi) manat Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına, “xxxxxxxxxxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab- AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-525/2020
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-525/2020
10.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver