Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-525/2021 30.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrəşöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçiləri vəkil X4 və Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X7, Təqsirləndirilən şəxs2 və müdafiəçisi vəkil X5, Təqsirləndirilən şəxs3 və müdafiəçisi vəkil X8 iştirakları ilə xx xxxx 1998-ci ildə Bərdə rayonu Darqalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, Bərdə rayonu Darqalar kəndində qeydiyyatda olan, Abşeron Rayon Məhkəməsinin 09.07.2021-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 07.07.2021-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1, xx xxxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşaqları olan, orta təhsilli, məhkumluğu olmayan, Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi Sovxoz-2, ünvan 1 ünvanda yaşamış, Abşeron Rayon Məhkəməsinin 09.07.2021-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 07.07.2021-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 və xx xxxxxxx 1993-cü ildə Bərdə rayonu Xanxanımlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, Bərdə rayonu Şirvanlı ərazi dairəsi, Şirvanlı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşamış, Abşeron Rayon Məhkəməsinin 09.07.2021-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 07.07.2021-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 180.2.1, 326.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını açıq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 05 iyul 2021-ci il tarixdə, saat 17 radələrində bu məqsədlə gəldikləri Abşeron rayonu Digah qəsəbəsi yeni məhəllədə Təqsirləndirilən şəxs2 idarə etdiyi “Tayota prius” markalı, 10PY271 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən piyada gedən Zərərçəkmiş şəxs1 üstündə olan çantanı ələ keçirmək üçün aralarında olan razılaşmaya əsasən özü çantanı Zərərçəkmiş şəxs1 üzərindən götürmək üçün avtomobildən düşmüş, Təqsirləndirilən şəxs2 isə avtomobili bir qədər irəlidə saxlayaraq qrupun digər üzvü Təqsirləndirilən şəxs3 ilə avtomobildə onu gözləmişlər, Zərərçəkmiş şəxs1 çiynindən asdığı 10 manat dəyərində bir ədəd qara rəngli süni dəridən olan qadın çantasını içərisindəki 1050 manat pul, 5 manat dəyərində bir ədəd çəhrayı rəngli, üzərində “Ferragamo” yazıları olan sintetik materialdan hazırlanmış qadın pul kisəsi, 20 manat dəyərində bir ədəd qadın eynəyi, 250 manat dəyərində bir ədəd **********22471 və **********22479 imey kodlu Redmi markalı, M2003J15SS (Note 9) modelli mobil telefonu üstündə olan 10 manat dəyərində ***-***-**-** və 10 manat dəyərində ***-***-**-** nömrələr, Zərərçəkmiş şəxs1 AZE 0******* nömrəli, şəxsiyyət vəsiqəsi, 10 manat dəyərində Beynəlxalq bank tərəfindən verilmiş maaş kartı, həyat yoldaşı Zərərçəkmiş şəxs2 AA-0687533 nömrəli şəxsiyyət vəsiqəsi və 10 manat dəyərində Beynəlxalq bank tərəfindən verilmiş maaş kartı ilə birlikdə əli ilə tutub dartaraq ələ keçirib, oradan qaçaraq Təqsirləndirilən şəxs2 avtomobilinə oturandan sonra həmin ərazidən uzaqlaşaraq əldə etdikləri pulu aralarında bölərək, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 1365 manat, zərərçəkmiş Zərərçəkmiş şəxs2 isə 10 manat məbləğində əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını açıq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 05 iyul 2021-ci il tarixdə, saat 17 radələrində bu məqsədlə gəldikləri Abşeron rayonu Digah qəsəbəsi yeni məhəllədə idarə etdiyi “Tayota prius” markalı, 10PY271 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən piyada gedən Zərərçəkmiş şəxs1 üstündə olan çantanı ələ keçirmək üçün aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 çantanı Zərərçəkmiş şəxs1 üzərindən götürmək üçün avtomobildən düşmüş, özü isə avtomobili bir qədər irəlidə saxlayaraq qrupun digər üzvü Təqsirləndirilən şəxs3 ilə avtomobildə Təqsirləndirilən şəxs1 gözləyərək, sonuncu Zərərçəkmiş şəxs1 çiynindən asdığı və içərisində çiynindən asdığı 10 manat dəyərində bir ədəd qara rəngli süni dəridən olan qadın çantasını içərisindəki 1050 manat pul, 5 manat dəyərində bir ədəd çəhrayı rəngli, üzərində “Ferragamo” yazıları olan sintetik materialdan hazırlanmış qadın pul kisəsi, 20 manat dəyərində bir ədəd qadın eynəyi, 250 manat dəyərində bir ədəd **********22471 və **********22479 imey kodlu Redmi markalı, M2003J15SS (Note 9) modelli mobil telefonu üstündə olan 10 manat dəyərində ***-***-**-** və 10 manat dəyərində ***-***-**-** nömrələr, Zərərçəkmiş şəxs1 AZE 0******* nömrəli, şəxsiyyət vəsiqəsi, 10 manat dəyərində Beynəlxalq bank tərəfindən verilmiş maaş kartı, həyat yoldaşı Zərərçəkmiş şəxs2 AA-0687533 nömrəli şəxsiyyət vəsiqəsi və 10 manat dəyərində Beynəlxalq bank tərəfindən verilmiş maaş kartı ilə birlikdə əli ilə tutub dartaraq ələ keçirib, oradan qaçaraq Təqsirləndirilən şəxs2 avtomobilinə oturandan sonra həmin ərazidən uzaqlaşaraq əldə etdikləri pulu aralarında bölərək, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 1365 manat, zərərçəkmiş Zərərçəkmiş şəxs2 isə 10 manat məbləğində əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə özgənin əmlakını açıq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 05 iyul 2021-ci il tarixdə, saat 17 radələrində bu məqsədlə gəldikləri Abşeron rayonu Digah qəsəbəsi yeni məhəllədə Təqsirləndirilən şəxs2 idarə etdiyi “Tayota prius” markalı, 10PY271 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən piyada gedən Zərərçəkmiş şəxs1 üstündə olan çantanı ələ keçirmək üçün aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 çantanı Zərərçəkmiş şəxs1 üzərindən götürmək üçün avtomobildən düşmüş, Təqsirləndirilən şəxs2 isə avtomobili bir qədər irəlidə saxlayaraq onunla avtomobildə Təqsirləndirilən şəxs1 gözləmişlər, sonuncu Zərərçəkmiş şəxs1 çiynindən asdığı və içərisində çiynindən asdığı 10 manat dəyərində bir ədəd qara rəngli süni dəridən olan qadın çantasını içərisindəki 1050 manat pul, 5 manat dəyərində bir ədəd çəhrayı rəngli, üzərində “Ferragamo” yazıları olan sintetik materialdan hazırlanmış qadın pul kisəsi, 20 manat dəyərində bir ədəd qadın eynəyi, 250 manat dəyərində bir ədəd **********22471 və **********22479 imey kodlu Redmi markalı, M2003J15SS (Note 9) modelli mobil telefonu üstündə olan 10 manat dəyərində ***-***-**-** və 10 manat dəyərində ***-***-**-** nömrələr, Zərərçəkmiş şəxs1 AZE 0******* nömrəli, şəxsiyyət vəsiqəsi, 10 manat dəyərində Beynəlxalq bank tərəfindən verilmiş maaş kartı, həyat yoldaşı Zərərçəkmiş şəxs2 AA-0687533 nömrəli şəxsiyyət vəsiqəsi və 10 manat dəyərində Beynəlxalq bank tərəfindən verilmiş maaş kartı ilə birlikdə əli ilə tutub dartaraq ələ keçirib, oradan qaçaraq Təqsirləndirilən şəxs2 avtomobilinə oturandan sonra həmin ərazidən uzaqlaşaraq əldə etdikləri pulu aralarında bölərək, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 1365 manat, zərərçəkmiş Zərərçəkmiş şəxs2 isə 10 manat məbləğində əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxslərin həmin cinayət əməlini törətmələri aşağıdakı qaydada subuta yetirilmişdir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Təxminən 2021-ci ilin iyun ayının əvvəllərində Bakı şəhərinə işləməyə gəlmiş və Binəqədi rayonu Biləcəri qəsəbəsində kirayədə qalıb fəhlə kimi işləmək istəyirmiş. Həmin ərəfədə parkda Fərid və Azər ilə tanış olmuşdur.Fərid Pirşağı qəsəbəsində yaşayır, Azəri isə heç bilmir harada yaşayır. Onlar tez-tez görüşüb çay içirmişlər. Fərid idarə etdiyi “Tayota prius” markalı, 90PY271 dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürmüş və demişdir ki, avtomobilin icarə haqqını verə bilmir, ona pul lazımdır. O, da öz istifadə etdiyi Redmi markalı mobil telefonu Fərid ilə Azərə vermişdir ki, lombarda qoyub pul götürsünlər. Fəriq demişdir ki, bir günlük telefonu lombarda qoyacaq ondan sonra telefonunu qaytaracaq.O, da buna razılaşmışdır. Lakin 4 gün keçmiş, Fərid telefonu lombarddan götürməmişdir. Rayona getməli olmuş və telefonunu istəmişdir. 05 iyul 2021-ci il tarixdə, təxminən saat 15 radələrində Pirşağı qəsəbəsinə getmiş və əvvəllər orada çay içdiyi çayxanada Fərid ilə görüşmüş, həmin vaxt Azər də çayxanada olmuş, orada oturub çay içmişlər və heç kimin də pulu olmamış, o, da telefonunu istəmişdir.Ona görə Fərid ilə Azər demişlər ki, gedəyin bir yerdən oğurluq edək.O, da razılaşmış və ona görə Fəridin idarə etdiyi “Tayota prius” markalı, 90PY271 dövlət qeydiyyat nişanlı avtomobilinə oturub Abşeron rayonu Digah qəsəbəsi yeni məhəlləyə gedib avtomobildə orada gəzirmişlər. Həmin vaxt saat təxminən 17 radələri olmuşdur. Azər avtomobildə qabaq oturacaqda, özü isə arxa oturacaqda oturmuşdur. Həmin vaxı küçə ilə gedən bir qadının çiynində olan çantasını ələ keçirmək qərarına gəlmiş və onlar razılaşmışlar ki, həmin qadının yaxınlığında özü avtomobildən düşsün və qadının çantasını əlindən alıb tez avtomobilə oturub və həmin ərazidən uzaqlaşsınlar, əldə etdiyi pulları da aralarında böləcəklər. Fərid avtomobili həmin qadının yaxınlığında saxlamış və o, avtomobildən düşüb arxadan həmin qadına yaxınlaşıb çiynində olan qara rəngli çantanı əli ilə tutub dartaraq götürüb oradan qaçaraq irəlidə onu gözləyən Fəridin idarə etdiyi avtomobilə oturmuş və Fərid avtomobili idarə edərək həmin ərazidən uzaqlaşmışlar. Oradan onlar Abşeron rayonu Məmmədli qəsəbəsinə getmişlər və orada avtomobili saxlayıb çantanın içərisinə baxmışlar, çantanın içərisində olan tünd qırmızı rəngli pul qabının içərisində 810 manat pul, çantada mobil telefon, eynək, şəxsiyyət vəsiqəsi, plastik kartlar olmuşdur. Həmin puldan 200 manat Fərid özünə götürmüş, 120 manat onun telefonunu lombarddan götürmək üçün ayırmışlar, 10 manat benzin pulu Fərid götürmüş, 200 manat özü, 200 manat da Azər götürmüş, 80 manat da Fərid öz mobil telefonunu lombarddan götürmək üçün götürmüşdür. Həmin çantada olan mobil telefonu da Azər götürmüşdür. Çanta isə içərisində olan əşyalar və sənədlər ilə birlikdə Fəridin avtomobilində qalmışdır.Onun telefonuna görə 122 manat pulu lombarda milli ön ödəmə terminalından köçürmüşlər, o, gedib telefonunu götürmüşdür. Ondan sonra bir-birndən ayrılıb getmişlər və səhəri gün o, Bərdə rayonuna yaşadığı evə getmişdir. Puldan da 160 manat kirayədə qaldığı kirayə pulunu vermiş, qalanını da digər borclarına, ancaq 10- 15 manat özünə xərcləmişdir. . Zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəmişdir. Törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Azər onun həyat yoldaşının uzaq qohumu olduğu üçün onu uzun müddətdir ki, tanıyır və aralarında heç bir qərəzli münasibətləri olmamışdır. Göyüş də Azərin vasitəsi ilə 2021-ci ilin iyun ayının əvvəllərindən tanımışdır. Belə ki, onlar Pirşağı qəsəbəsində olan “Dərə Çiçək” çayxanasında oturub arada çay içirmişlər və orada çay içəndə Göyüş ilə də tanış olmuşdur. 2021-ci ilin iyun ayının sonunda ona və Azərə pul lazım olmuş, bunu Göyüş də bilmiş, ona görə Göyüş demişdir ki, o özünə məxsus Redmi mobil telefonu onlara verəcək və o, Azər ilə aparıb lombarda qoyub 100 manat pul götürəcək, 2-3 gündən sonra lombardın pulunu qaytarıb Göyüşün telefonunu özünə verəcək. Həmin günlərdə Göyüş telefonunu ona vermiş və o, Azər ilə telefonu aparıb Bakı şəhəri Neftçilər metrosunun yaxınlığında olan telefon mağazasında girov qoyub 100 manat pul götürmüşlər, pulun 50 manatını özü, 50 manatını Azər götürmüşdür. “Tayota prius” markalı, 90PY271 dövlət qeydiyyat nişanlı avtomobili bir günü 35 manatdan icarəyə götürüb taksi fəaliyyəti ilə məşğul olmuşdur. Göyüş də bir neçə gün olmuşdur ki, telefonunu istəmiş, o, da Azər ilə pul tapıb Göyüşün telefonunu lombarddan götürə bilməmişdir. Göyüş də işləmədiyindən rayona getməyə belə pulu olmamışdır. 05 iyul 2021-ci il tarixdə, təxminən saat 15 radələrində Pirşağı qəsəbəsində olan həmin çayxanaya gəlmiş, Azər orada olmuş, bir qədər sonra Göyüş də həmin çayxanaya gəlmişdir. Onlar oturub söhbət etmişlər və Göyüş də telefonunu istəyərək demişdir ki, o, rayona getməlidir. O, da Azər ilə pul tapa bilmişlər. Göyüş özü də görürmüş ki, onların pulları yoxdur. Ona görə Göyüş özü təklif etmişdir ki, gedəyin bir yerdən oğurluq edib pul əldə edək. Mən də Azər də Göyiişlə razılaşmışlar və idarə etdiyi avtomobilə oturub, Abşeron rayonu Digah qəsəbəsi yeni məhəlləyə gedib avtomobildə orada gəzmişlər. Həmin vaxt saat təxminən 17 radələri olmuşdur. Azər avtomobildə qabaq oturacaqda, Göyüş isə arxa oturacaqda oturmuşlar. Həmin vaxt küçə ilə gedən bir qadının çiynində olan çantasını ələ keçirmək qərarına gəlmişlər və onlar razılaşmışlar ki, həmin qadının yaxınlığında o, avtomobili saxlayıb, Göyüş demişdir ki, o, düşüb qadının çantasını əlindən alıb tez avtomobilə oturub və həmin ərazidən uzaqlaşarlar, əldə etdikləri pulları da aralarında böləcəklərini razılaşmışlar. Avtomobili həmin qadının yaxınlığında saxlamış, Göyüş avtomobildən düşmüş, özü isə avtomobili bir qədər irəli sürüb orada saxlamış və Göyüşi gözləmişlər. Aradan 2-3 dəqiqə sonra Göyüş qaça-qaça gəlib avtomobilə oturmuş və demişdir ki, tez sür. O, da avtomobili tez oradan sürüb uzaqlaşmışlar. Göyüşün əlində qara rəngli bir qadu çantası olmuş və o, demişdir ki, çantanı həmin qadının əlindən alıb. Oradan onlar Abşeron rayon Məmmədli qəsəbəsinə getmişlər və orada avtomobili saxlayıb çantanın içərisinə baxmışlar çantanı içərisində olan tünd qırmızı rəngli pul qabının içərisində 810 manat pul, çantada mobil telefon eynək, şəxsiyyət vəsiqəsi, plastik kartlar olmuşdur. Həmin puldan 200 manatı özünə götürmüş, 122 manat Göyüşün telefonunu lombarddan götürmək üçün ayırmışlar, 10 manat benzin pulu götürmüş, 200 manat Göyüş, 200 manat da Azər götürmüş, 80 manat da o öz mobil telefonunu lombarddan götürmək üçün götürmüşdür. Həmin çantada olan mobil telefonu da Azər götürmüşdür. Çanta isə içərisində olan əşyalar və sənədlər ilə birlikdə onun avtomobilində qalmış, fikirləşmişdir ki, birdən onları tutanda həmin çantanı əşyalar ilə birlikdə qaytaracaq. Göyüşün telefonuna görə 122 manat pulu lombarda milli ön ödəmə terminalından köçürtmüş, Göyüş gedib telefonunu götürəcəkdir. Ondan sonra bir-birndən ayrılıb getmişlər. Ona çatan pulu da öz borclarına sərf etmişdir. Aradan bir-iki gün sonra avtomobili ilə evdən çıxanda polis əməkdaşları onu saxlamışlar, avtomobilində olan həmin qadının çantasını içərisində olan əşyalarla birlikdə təqdim etmişdir. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəmişdir. Törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Fərid onun xalasının əri tərəfdən uzaq qohumu olduğu üçün onu uzun müddətdir ki, tanıyır və aralarında heç bir qərəzli münasibəti olmamışdır. Göyüş adlı şəxsi də 2021-ci ilin iyun ayının əvvəllərindən tanıyır. Belə ki, onlar Pirşağı qəsəbəsində olan “Dərə Çiçək” çayxanasında oturub arada çay içirmişlər, orada çay içəndə Göyüş ilə Fərid də tanış olmuşlar. 2021-ci ilin iyun ayının sonunda Fəridə pul lazım olmuş və bunu Göyüş də bilmiş, ona görə Göyüş demişdir ki, o, özünə məxsus Redmi mobil telefonu Fəridə verəcək və Fərid telefonu lombarda qoyub 100 manat pul götürəcək, 2-3 gündən sonra lombardın pulunu qaytarıb onun telefonunu özünə qaytaracaq. Həmin günlərdə Göyüş telefonunu ona vermiş və birlikdə telefonu aparıb Bakı şəhəri Neftçilər metrosunun yaxınlığında olan telefon mağazasında girov qoyub 100 manat pul götürmüşlər, pulun 50 manatını ona, 50 manatını Fərid götürmüşdür. “Tayota prius” markalı, 90PY271 dövlət qeydiyyat nişanlı avtomobili Fərid icarəyə götürüb taksi fəaliyyəti ilə məşğul olurmuşdur. Göyüş də bir neçə gün olmuşdur ki, telefonunu istəmiş, o, da Fərid ilə pul tapıb onun telefonunu lombarddan götürə bilmirmişlər. 05 iyul 2021-ci il tarixdə, təxminən saat 15 radələrində Pirşağı qəsəbəsində olan həmin çayxanada çay içmiş, Fərid ilə Göyüş də ora gəlmişlər. Onlar oturub söhbət etmişlər və Göyüş də telefonunu istəmiş və demişdir ki, rayona getməlidir. O, da Fərid ilə pul tapa bilmirmişlər. Göyüş özü də görmüşdür ki, onların da pulları yoxdur. Belə ki, Fəridin idarə etdiyi avtomobilə oturub Abşeron rayonu Digah qəsəbəsi yeni məhəlləyə gedib avtomobildə orada gəzmişlər. Həmin vax saat təxminən 17 radələri olmuşdur. Özü avtomobildə qabaq oturacaqda, Göyüş isə arxa oturacaqda oturmuşdur. Fərid avtomobili saxlamış, Göyüş avtomobildən düşmüş, Fərid isə avtomobili bir qədər irəli sürüb orada saxlamışdır. Həmin vaxt avtomobildən düşüb, ayaqyoluna getmiş, tez bir zamanda avtomobilə qayıtmışdır. Aradan 2-3 dəqiqə sonra Göyüş qaça-qaça gəlib avtomobilə oturub, Fərid demişdir ki, tez sürsün. Fərid də avtomobili tez oradan sürüb uzaqlaşmışlar, Göyüşün əlində qara rəngli bir qadın çantası olmuş və o, demişdir ki, çantanı həmin qadının əlindən alıb. Oradan onlar Abşeron rayonu Məmmədli qəsəbəsinə getmişlər və orada avtomobili saxlayıb Göyüşlə Fərid çantanın içərisinə baxmışlar, çantanın içərisində olan mobil telefonu saxlamaq üçün ona vermişlər. Çantadan çıxan puldan məlumatı yoxdur. Ondan sonra bir-birindən ayrılıb getmişlər. Həmin telefonu polis əməkdaşlarına könüllü təqdim etmişdir. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəmişdir. Özü 3-cü qrup əlildir, atası hazırlıq iclasından sonra dözməyib infarktdan vəfat etmişdir, anası 2-ci qrup əlildir, qardaşı və övladı onkoloji xəstədir. O, uzun müddətə azadlıqdan məhrum olunarsa onsuz da ağır vəziyyədə olan ailəsini daha da sarsıdar. Əvəllər məhkum olunmayıb. Törətdiyi əməldən peşmançılıq çəkir. Xahiş edir ki, maddənin sanksiyasında nəzərdə tutulduğundan da aşağı həddə cəza təyin edilsin. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 05 iyul 2021-ci il tarixdə, təxminən saat 16:30 radələrində Abşeron rayonu Digah qəsəbəsi yeni məhəllədə yerləşən “Nurlan” marketin qarşısında marşrut avtobusundan düşüb piyada gedərək asfalt yoldan ara yola yaşadığı evə tərəf gedirmiş. Bu zaman bir yaş asfalt rəngində olan “Tayota prius” markalı minik avtomobili onun arxasınca gələrək keçib qabaqda yarımçıq bir tikilinin yanında saxlamış və həmin avtomobilin arxası ona doğru dayanmışdır.O, piyada yeriyirmiş, bu zaman sağ çiynindən asdığı çantanın qəfil kimsə tərəfindən darıtldığmı hiss edib başını arxaya döndərib baxanda bir oğlanın əli ilə çantasını dartıb apardığını görmüşdür.O, həmin vaxt qışqırmış və həmin şəxsin arxası ilə qaçmış, lakin həmin şəxs sürətlə qaçdığı üçün həmin şəxsə çata bilməmiş və həmin şəxs dayanmış həmin avtomobilə oturub avtomobil sürətlə hərəkətə başlayaraq oradan getmişlər. Onun çantası qara rəngli dəridən və qiyməti 20 manat olmuş. Çantanın içərisində onun 65 manat dəyərində eynəyi, 24 manat dəyərində pul qabı, maaş kartı, AZE 0******* nömrəli, həyat yoldaşı Zərərçəkmiş şəxs2 AA-0687533 nömrəli şəxsiyyət vəsiqələri, 800 manat dəyərində Redmi markalı, **********22471 imey kodlu mobil telefon, üstündə olan olan 10 manat manat dəyərində ***-***-**-** və 10 manat dəyərində ***-***-**-** nömrələr və 1050 manat da pul, onun və əri Zərərçəkmiş şəxs2 Beynəlxalq bank tərəfindən verilmiş hər birinin dəyəri 10 manat olan iki ədəd maaş kartları olmuşdur.O, həmin vaxt DİN-in 102 xidmətinə zəng etmişdir. Həmin şəxsin boyu təxminən 150-160 sm, təxminən 25-30 yaşında, üzü tüklü, orta bədən quruluşlu olmuş, başqa əlamətlərini xatırlamır, həmin şəxsi görsə tanıyacaq. Qeyd etmişdir ki, həmin şəxs onu vurmamış, ancaq çiynindən asdığı çantanı dartıb apararaq qaçmış, həmin vaxt ətrafda heç kim olmamış, həmin avtomobil yanından keçəndə sürücünün yanında da bir nəfər oğlan sərnişin də olmuş, lakin o, onların sifətlərinə baxmamışdır. Təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş ziyan tam ödənilmişdir. Ona görə də təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun həyat yoldaşıdır. O, Bakı şəhəri 35 saylı poliklinikada tibb bacısı işləyir, ona görə hər gün işə gedib-gəlir. 05 iyul 2021-ci il tarixdə də həyat yoldaşı İlhamə işə getmişdir. Həmin gün saat təxminən 17 radələrində o, işdə olarkən ona Abşeron rayonu Mehdiabad polis bölməsindən məlumat vermişlər ki, həyat yoldaşı İlhamənin çantasını əlindən alıblar. O, da Mehdiabad polis bölməsinə gəlmiş və İlhamə orada olmuş, İlhamə demişdir ki, Digah qəsəbəsi yeni məhəllədən evə gələndə bir nəfər şəxs ona arxadan yaxınlaşaraq çiynində olan çantasım əli ilə dartıb ələ keçirib qaçmış və yaxınlıqda olan avtomobilə oturub oradan uzaqlaşmışlar, avtomobildə sürücüdən başqa əlavə bir nəfər də olmuşdur. İlhamənin çantasında onun 65 manat dəyərində eynəyi, 24 manat dəyərində pul qabı, maaş kartı, AZE 0******* nömrəli, onun da AA-0687533 nömrəli şəxsiyyət vəsiqələri, 800 manat dəyərində Redmi markalı, **********22471 imey kodlu mobil telefon, üstündə .olan 10 manat manat dəyərində ***- ***-**-** və 10 manat dəyərində 055- ***-**-** nömrələr və 1050 manat da pul olmuşdur. Təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş ziyan tam ödənilmişdir. Ona görə də təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron rayonu Mehdiabad polis bölməsində əməliyyat müvəkkili işləyir. 05 iyul 2021-ci il tarixdə Abşeron rayonu Digah qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs1 Davud qızı ərizə ilə müraciət edərək, həmin gün naməlum şəxsin Abşeron rayonu Digah qəsəbəsində çantasını alaraq qaçmasını bildirmişdir. Bununla bağlı əməliyyat müvəkkili Şahid2 ilə birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində müəyyən etmişlər ki, vətəndaş Zərərçəkmiş şəxs1 çantasını ələ keçirən şəxslər Sabunçu rayonu Pirşağı qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs2, Bərdə rayon sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 olmuşlar. Ona görə Təqsirləndirilən şəxs2 yaşadığı yer tərəfindən müəyyən edilərək polis bölməsinə gətirilmiş, Təqsirləndirilən şəxs2 vətəndaş Zərərçəkmiş şəxs1 məxsus çantanı və içərisində olan əşyalarla birlikdə təqdim etmişdir. Ondan sonra onlar Bərdə rayonuna getmişlər və Təqsirləndirilən şəxs1 Bərdə rayonundan Mehdiabad polis bölməsinə gətirmişlər. Cinayəti törətmiş şəxslərin üçüncüsü Təqsirləndirilən şəxs3 də dəvət edilmiş və Azər özü Abşeron rayon polis idarəsində gəlmişdir. Həmin şəxslərlə aparılan sorğu zamanı onlar Zərərçəkmiş şəxs1 çantasını ələ keçirdiklərini etiraf etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının 26 avqust 2021-ci il tarixli, 9/5530 saylı ekspert rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olunması nəzərə alınmaqla 2021-ci ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 285,00(iki yüz səksən beş) manat müəyyən edilir. O cümlədən: - 1 ədəd çəhrayı rəngli, üzərində “Ferragamo” yazıları olan sintetik materialdan hazırlanmış qadın pul kisəsi-5,00 manat, 1 ədəd Redmi markalı, M2003J15SS (Note 9) modelli mobil telefon aksesuarsız — 250,00 manat, 1 ədəd qadın eynəyi - 20,00 manat, - 1 ədəd sünii .dəri materialından hazırlanmış qara rəngli, tutacaqlı, zəncirməndlə açılıb- bağlanan qadın çantası - 10,00 manatdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 02.09.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 06.09.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 06.09.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Abşeron rayon polis idarəsinin 07.07.2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 07.07.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin 09.07.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 07.07.2021-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Abşeron rayon polis idarəsinin 07.07.2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 07.07.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin 09.07.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 07.07.2021-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Abşeron rayon polis idarəsinin 07.07.2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 07.07.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin 09.07.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbsetmənin əvvəli 07.07.2021-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, bir ədəd çəhrayı rəngli, üzərində “Ferragamo” yazıları olan sintetik materialdan hazırlanmış qadın pul kisəsi, bir ədəd qadın eynəyi, bir ədəd **********22471 və **********22479 imey kodlu Redmi markalı, M2003J15SS [Note 9) modelli mobil telefon, üstündə olan ***-***-**-** və ***-***-**-** nömrələr, Zərərçəkmiş şəxs1 AZE 0******* nömrəli, Zərərçəkmiş şəxs2 AA-0687533 nömrəli şəxsiyyət vəsiqələri maddi sübut kimi tanınaraq, saxlanılması üçün sahibləri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qaytarılmışdır. Doğum haqqında şəhadətnamələrin sürətindən görünür ki, 29.12.2007-ci il təvəllüdlü X9 və 07.03.2010-cu il təvəllüdlü X14 valideynləri Təqsirləndirilən şəxs2 və X6r. Ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X10 (Təqsirləndirilən şəxs3 atası) X3 10.11.2021-ci il tarixdə məhkəmə istintaqı dövründə miokard infarktı diaqnozu ilə vəfat etmişdir. İş materiallarında olan sənədlərdən görünür ki Təqsirləndirilən şəxs3 3-cü qrup əlildir. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs3 anası X2 2-ci qrup əlildir, qardaşı bulbodeformasiya, övladı isə anıftalmin (göz bəbəyinin olmaması) onkoloji xəstəliyindən əziyyət çəkir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəməyə yazdığı ərizədən görünür ki, onlara dəymiş ziyan tam ödənildiyinə görə onların təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onlar tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməli Cinayət Məcəlləsinin 180.2.1 və 326.2-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 04 saylı qərarının 13-cü bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «İnsan Hüquqlarının və X13 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, cəza təyini zamanı Təqsirləndirilən şəxs1 cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən onun zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı ödəməsi nəticəsində zərərçəkmiş şəxslərin ondan şikayətçi olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, cəza təyini zamanı Təqsirləndirilən şəxs2 cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağın olmasını, Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən onun zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı ödəməsi nəticəsində zərərçəkmiş şəxslərin ondan şikayətçi olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, cəza təyini zamanı Təqsirləndirilən şəxs3 cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən onun zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı ödəməsi nəticəsində zərərçəkmiş şəxslərin ondan şikayətçi olmamasını, özünün 3-cü qrup əlil olmasını, anasının 2-ci qrup əlil olmasını, atasının məhkəmə istintaqı dövründə vəfat etməsini, qardaşının övladının ankoloji xəstə olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25.06.2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23.07.2004-cü il və 17.03.2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinə əsasən cinayətin məqsəd və motivi, təqsirkarın cinayət törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin içtimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər. Həmin maddənin 62.2-ci maddəsində göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən əməlindən səmimi peşman olmasını və yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini, şəxsiyyətini, ailə və sosial vəziyyətini, yəni atasının vəfatı, anasının 2-ci qrup əlil olmasını, özünün 3-cü qrup əlil olmasını, qardaşının və övladının xəstə olmasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, törətdiyi cinayətin məqsəd və motivini, cinayətin törədilməsində rolunu nəzərə alaraq hesab edir ki, ona azadlıqdan məhrum etmə ilə əlaqədar cəza təyin edilsə də, cəzanı yüngülləşdirən halların məcmuyu müstəsna hal kimi qiymətləndirilməli və ona təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 180.2.1, 326.2-ci maddəsinin sanksiyasında Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tələbləri nəzərə alınmaqla müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az azadlıqdan məhrum etmə cəzası, digər təqsiləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, onlara təqsirli bilindiyi maddələrin sanksiyası həddlərində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə onlara qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını-ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Ona görə də təqsirləndirilən şəxslər cəzaçəkmə müddətinin başlanğıcı 07.07.2021-ci il tarixdən hesablanmalıdır. Təqsiləndirilən şəxslərin barələrində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış, bir ədəd çəhrayı rəngli, üzərində “Ferragamo” yazıları olan sintetik materialdan hazırlanmış qadın pul kisəsi, bir ədəd qadın eynəyi, bir ədəd **********22471 və **********22479 imey kodlu Redmi markalı, M2003J15SS [Note 9) modelli mobil telefon, üstündə olan ***-***-**-** və ***-***-**-** nömrələr, Zərərçəkmiş şəxs1 AZE 0******* nömrəli, Zərərçəkmiş şəxs2 AA-0687533 nömrəli şəxsiyyət vəsiqələri saxlanılması üçün sahibləri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası xərci 50 (əlli) manat təqsirləndirilən şəxslərdən tutulmaqla dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı 40 (qırx) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X11 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul, digər Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı 40 (qırx) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X12 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində, digər Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı 40 (qırx) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X22 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM 180.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 326.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona qəti olaraq 03 il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 07.07.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM 180.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 326.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona qəti olaraq 03 il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 07.07.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində CM-in 62-ci maddəsi tətbiq edilərək 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 326.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 06 ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin başlanğıcı 07.07.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış, bir ədəd çəhrayı rəngli, üzərində “Ferragamo” yazıları olan sintetik materialdan hazırlanmış qadın pul kisəsi, bir ədəd qadın eynəyi, bir ədəd **********22471 və **********22479 imey kodlu Redmi markalı, M2003J15SS [Note 9) modelli mobil telefon, üstündə olan ***-***-**-** və ***-***-**-** nömrələr, Zərərçəkmiş şəxs1 AZE 0******* nömrəli, Zərərçəkmiş şəxs2 AA-0687533 nömrəli şəxsiyyət vəsiqələri saxlanılması üçün sahibləri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası xərci 50 (əlli) manat təqsirləndirilən şəxslərdən tutulmaqla dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı 40 (qırx) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X11 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul, digər Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı 40 (qırx) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X12 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində, digər Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı 40 (qırx) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X22 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-525/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-525/2021
30.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver