Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-526/2021 26.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı zərərçəkmiş şəxsin hüquqi varisi X1, Təqsirləndirilən şəxs oğlunun, onun müdafiəçisi Abşeron rayonı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1997-ci ildə Naxçıvan MR-sı Culfa şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhəri, Ə.Qəmküsar küçəsi, ev 17, mənzi 8-də qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır kəndi Ü.Hacıbəyov küçəsi, həyət evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oğlu 21 iyul 2021-ci ildə saat 22:04 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Chevrolet Aveo” markalı, ** UU *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Abşeron rayonu ərazisindən keçən 21,5-ci kilometrində, Bakı istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci hissəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə idarə etdiyi nəqliyyat vasitəsini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün tədbirləri görməli olduğu halda bunu etməyərək həmin vaxtı yolu soldan sağa keçən piyada, 1970-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 avtomobilin qabaq sağ hissəsi ilə vuraraq yol nəqliyyat hadisəsi törətmiş, nəticədə onun bu hərəkətləri ehtiyatsızlıqdan sonuncunun baş beyinin yumşaq qişaları altına və beyin toxumasına qansızmalar, sağdan 5-6-7-8-ci qabırğaların sınıqları, alın nahiyəsinin, sol saidin əzilmiş-cırılmış yaraları, döş qəfəsinin sol yarısının arxa səthindən, qarın nahiyəsinini sol və bel nahiyəsini əhatə edən sahənin sıyrığı dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətlərindən ölməsinə, habelə Chevrolet Aveo markalı, ** UU *** dövlət qeydiyyat nişanlı avtomobilin əzilərək sahibi Zərərçəkmiş şəxs1 1000 (min) manat ziyan dəyməsinə səbəb olmuşdur. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 21 iyul 2021-ci il tarixdə saat 22:05 radələrində etibarnamə əsasında idarə etdiyi “Chevrolet Aveo” markalı ** UU *** dövlət qeydiyyat nişanlı avtomobilə Qax rayonundan Bakı şəhərinə gələrkən Bakı-Şamaxı- Yevlax yolunun 21,5-ci km-də avtomobili orta zolaqla 60 km/saat sürətlə yaxın vuran işıqlarla hərəkət etdirərkən qarşıda yolun solunda orta beton zolağın yanında bir nəfər qadının fikirli halda yolu sağa doğru düzünə adi yerişlə keçdiyini görərkən piyadanın avtomobili görüb dayanacağını zənn etmiş, lakin piyada fikirli olduğundan dayanmadan hərəkətini davam etdirmişdir. O, ayağını tormoza atmaq istərkən həmin piyadanı avtomobilinin qabaq sağ tərəfi ilə vurmuş, zərbədən piyada yolun sağ kənarına yıxılmışdır. O, avtomobili yolun sağ tərəfində saxlayıb avtomobildən düşərək piyadaya yaxınlaşmış, onun ağır nəfəs aldığını, danışmadığını, xəsarət aldığını görmüşdür. Oraya toplaşan şəxslər və polis əməkdaşları piyadanı yol maşını ilə xəstəxanaya yola salmış, o isə hadisə yerində dayanmışdır. Piyadanı tanımamış, sonradan piyadanın xəstəxanada ölməsi ona məlum olmuşdur. Məhkəmə iclasında zərər çəkmiş şəxsin hüquqi varisi X3 göstərdi ki, Zərərçəkmiş şəxs2 onun doğma bacısıdır. xx.xx.1970-ci il tarixdə Quba rayonu, 2-ci Nügədi kəndində anadan olmuşdur. Əri vəfat etdikdən sonra 20 iyul 2021-ci il tarixdə işləmək məqsədi ilə onun evinə qonaq gəlib özünə iş soraqlamış,21.07.2021-ci il tarixdə işə getmiş, axşam isə bir nəfər onun ərinə telefonla zəng edərək Şəlaləni Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazisində yolu keçərkən “Chevrolet Aveo” markalı avtomobil ilə vurulduğunu, onun xəsarət alaraq Respublika Klinik xəstəxanasına aparıldığını bildirmişdir. O, gecə xəstəxanaya getmiş, bir neçə saat sonra bacısı Şəlalə xəstəxanada ölmüşdür. Meyit meyitxanada müayinə olunduqdan sonra Quba rayonunun 1-ci Nügədi kənd qəbiristanlığında dəfn olunmuşdur. Sürücü Təqsirləndirilən şəxs qohumları yas mərasimində iştirak etmiş və yas mərasimin keçirilməsi üçün maddi və mənəvi cəhətdən köməklik göstərmişlər. O, notarial qaydada təsdiq olunmuş ərizəsində Təqsirləndirilən şəxs oğluna qarşı şikayət və tələbinin olmadığını, onu bacısının ölümü ilə əlaqədar bağışladığını bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Rövsen oğlunun elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, özünə məxsus “Chevrolet Aveo” markalı ** UU *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında sürmək uçun Təqsirləndirilən şəxs vermişdir. 2? 07 2021-ci il tarixdə axşam saatlarında Nuran telefon vasitəsi ilə zəng edərək ona məxsus avtomobil ilə yol-nəqliyyat hadisəsi törətdiyini bildirmişdir. Yolnəqliyyat hadisəsi nəticəsində onun avtomobilinə 1000 manat ziyan dəymişdir. Dəymiş ziyan Nuran tərəfindən ödənildiyindən sonuncuya qarşı şikayət, tələb və iddiası yoxdur. Zərərçəkmiş şəxs1 Rövsen oğlu məhkəməyə təqdim etdiyi ərizəsində Təqsirləndirilən şəxs oğluna qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan məhkəmə tibb ekspertizasının 20.08.2021-ci il tarixli 78 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 meyitinin bədəni üzərində aşkar edilmiş xəsarətlər baş beyinin yumşaq qişaları altına və beyin toxumasına qansızmalar, sağdan 5-6-7-8-ci qabırğaların sınıqları, alın nahiyəsinin, sol saidin əzilmiş-cırılmış yaraları, döş qəfəsinin sol yarısının arxa səthindən, qarın nahiyəsinini sol və bel nahiyəsini əhatə edən sahənin sıyrığı həyati əlamətlərə malik olmaqla mərhumun ölümündən əvvəl, 21.07.2021-ci il tarixdə piyadanın hərəkətdə olan nəqliyyat vasitəsinin hissələri ilə vurulması zamanı əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Ölümünə səbəb baş beyinin yumşaq qişaları altına və beyin toxumasına qansızmalarla müşayiət olunan qapalı kəllə-beyin travması olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinəəsasən güman etmək olar ki, mərhum ölüm onun meyitinin myeitxanadakı (22.07.2021-ci il tarixdə saat 10.00da) müayinəsindən təxminən 9-10 saat əvvəl, mərhumun adına tərtib olunan stasionar xəstənin tibbi kartasında qeyd olunan 22.07.2021-ci il saat 00:35-də baş verməyə uyğundur. Mərhum Zərərçəkmiş şəxs2 meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 25 avqust 2021 -ci il tarixli, 8/1872 nömrəli rəyindən görünür ki, Chevrolet Aveo markalı, ** UU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1 -ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət edərək hadisənin qarşısını almağa texniki olmuşdur. İş materiallarında olan 22 iyul 2021 -ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə aktı ilə Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olduğu müəyyən edilmişdir. İş materiallarında olan DİN BDYPİ Qİİ tərəfindən verilmiş 28.07.2021-ci il tarixli 016-88078- 1221 nömrəli məktubdan məlum olur ki, DİN BDYPİ Qeydiyyat-imtahan idarəsinin kompyuter uçot bazasına əsasən 1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməsi və ya sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Adı çəkilən şəxsə 01.08.2020-ci İİ tarixdə (01.08.2030-cu il tarixədək müddətə etibari, olan) AE seriyalı 881310 nömrəli «B» dərəcəli suruculuk vəsiqəsinin verilməsi barədə informasiya mövcuddur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək sanksiyası həddində cəzalandırılmalıdır. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 07 oktyabr 2004-cu il tarixli, 2 saylı Qərarının 10-cu bəndində göstərilir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.4-cü maddəsinə əsasən, məhkəmənin hökmü o halda qanuni hesab edilir ki, o, Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmış olsun. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, habelə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Qeyd olunan Məcəllənin 351.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ittiham hökmü məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək çıxarıla bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının 4-cü bəndində nəzərdə tutulmuş tövsiyyələrdən görünür ki, CPM-nin 351.2-ci maddəsinə əsasən ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra, mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Naxçıvan şəhər 1 saylı Mənzil İstismar İdarəsininin rəisi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Həsənov X4 şəhər, Ə. Qəmküsar məhəlləsi, bina 17, mənzil 8-də .yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsi, hadisədən dərhal sonra zərərçəkmiş şəxsə maddi və mənəvi cəhətdən dəstək göstərməsi, zərərçəkmiş şəxsin onunla barışması və ona qarşı şikayət və tələbinin olmaması, himayəsində iki azyaşlı uşağının olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanunun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təyin olunacaq cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalar təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə müvafiq olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs həbsdə olmamış və barəsində 10.09.2021-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, məhkəmədə də həmin qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvədə saxlanılmalıdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin ekspert xərclərinə dair bildirişindən görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (yüz) manatdır. Azərbaycan Respublikasının CPM-nin 197.1.4,198.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 100 (yüz) manat olan ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Hökmün icrası öz səlahiyyətləri daxilində Sumqayıt şəhər Probasiya şöbəsinə, Abşeron rayon İcra və Probasiya şöbəsinə və Azərbaycan Respublikası Baş X6 İdarəsinə həvalə edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 (yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. İş üzrə 100 (yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Hökmün icrası öz səlahiyyətləri daxilində Sumqayıt şəhər Probasiya şöbəsinə, Abşeron rayon İcra və Probasiya şöbəsinə və Azərbaycan Respublikası Baş X6 İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 (yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və protesti verilmədiyi təqdirdə qeyd olunan müddətin başa çatmasından sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-526/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-526/2021
26.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver