Məhkəmə qərarları › İş №1(012)-528/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-528/2020

30.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-528/2020 30.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Tağıyev Rəşad Pərviz oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, tərcüməçi X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1972-ci ildə Cəlilabad rayonu, Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Cəlilabad rayonu, Təzəkənd kəndində qeydiyyatda olan, Abşeron rayonu, Hökməli qəsəbəsində fərdi yaşayış evində yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 10 radələrində etibarnamə əsasında idarə etdiyi “Renault Megane” markalı ** PU *** qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Novxanı qəsəbəsində yolların kəsişdiyi yolayrıcında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 1-cü hissəsinin tələblərini pozmaqla, yəni, eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq yol verməli olduğu halda bunlara əməl etmədən avtomobilini ikinci dərəcəli yoldan baş yola doğru hərəkət etdirərək, avtomobilin yan hissəsi ilə Zərərçəkmiş şəxs3 baş yolla idarə etdiyi “Mersedes-Benz” markalı, ** DG *** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə toqquşmuş, nəticədə avtomobilində olan sərnişin Zərərçəkmiş şəxs1 Mixayılovnaya alt çənə sümüyü cisminin sol hissəsinin və sol tərəfli 4-cü qabırğanın qapalı yerdəyişməyən sınıqları, alt çənə nahiyyəsinin qançır-şişkinliyi, boyun nahiyyəsinin sağ yan səthinin və döş qəfəsinin sol yarısının qançırları ilə nəticələnən, ehtiyyatsızlıqdan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid, eləcə də, avtomobilində əyləşmiş digər sərnişin Zərərçəkmiş şəxs2 sol tərəfli 5-ci qabırğanın qapalı yerdəyişməyən sınığı, sol dirsək oynağı nahiyyəsinin qançırı. sol baldır nahiyyəsinin sıyrığı ilə nəticələnən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmiş, həmçinin yol nəqliyyat hadisəsi zamanı Zərərçəkmiş şəxs3 4629 manat maddi ziyan vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, “Renault Megan” markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomaşınla taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2020-ci il tarixdə saat 10 radələrində “Renault Megan” markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomaşınla Binəqədi-Novxanı yolunda ara küçədən soldan gələn avtomaşınların hərəkətinə fikir verməyib, saatda 15-20 km/saat sürətlə Binəqədi istiqamətinə dönmə əməliyyatı yerinə yetirən zaman sol tərəfdən hərəkətdə olan Mercedes markalı ** DG *** dövlət qeydiyyat nişanlı avtomaşının qabaq hissəsi idarə etdiyi avtomaşının orta hissəsi ilə toqquşmuşdur. Hadisə nəticəsinə idarə etdiyi avtomaşında müştəri qismində əyləşən adlarını sonradan bildiyi Qulu zadə Lidiya Mixaylovna və Zərərçəkmiş şəxs2 xəsarət almışlar. TTY çağırıb həmin şəxsləri müayinə olunmaları üçün xəstəxanaya getmələrinə köməklik etmişdir. İdarə etdiyi avtomaşın saz, yüksüz və işlək vəziyyətdə olmuşdur. Zərərçəkmiş şəxslərə lazımi maddi köməklik etmişdir. Zərərçəkmiş şəxslərlə barışmışdır. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Qulu zadə Lidiya Mixaylovna ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 10 radələrində sərnişin qismində əyləşdiyi “Renault Megan” markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomaşınla Binəqədi-Novxanı yolunda ara küçədən, Binəqədi istiqamətinə dönmə əməliyyatı yerinə yetirən zaman sol tərəfdən hərəkətdə olan Mercedes markalı ** DG *** dövlət qeydiyyat nişanlı avtomaşının qabaq hissəsi əyləşdiyi avtomaşının orta hissəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində bel və çənə nahiyyələrindən xəsarət almışdır. Sürücülərin köməkliyi nəticəsində TTY avtomaşınına əyləşdirilərək tibb müəssəsinə getmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona lazımi maddi köməklik göstərilmişdir. Onunla barışdığından Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 10 radələrində sərnişin qismində əyləşdiyi “Renault Megan” markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomaşında olan zaman sürücü Mənsimov X3- Novxanı yolunda ara küçədən soldan gələn avtomaşınların hərəkətinə fikir verməyib, Binəqədi istiqamətinə dönmə əməliyyatı yerinə yetirmişdir. Bu zaman sol tərəfdən hərəkətdə olan Mercedes markalı ** DG *** dövlət qeydiyyat nişanlı avtomaşının qabaq hissəsi əyləşdiyi avtomaşının orta hissəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində bel nahiyyəsindən xəsarət almış və sürücülərin köməkliyi nəticəsində TTY avtomaşınına əyləşdirilərək tibb müəssəsinə getmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona lazımi maddi köməklik göstərilmişdir. Onunla barışdığından Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 10 radələrində idarə etdiyi Mercedes markalı ** DG *** dövlət qeydiyyat nişanlı avtomaşınla Binəqədi rayonundan Novxanı istiqamətinə saatda 70 km/saat sürətlə hərəkətdə olan zaman sol tərəfdə ehtiyyat yoldan Təqsirləndirilən şəxs idarə etdiyi Renault Megan markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomaşınla anidən əsas yola çıxmış, həmin vaxt idarə etdiyi avtomaşının qabaq hissəsi Renault Megan markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomaşının sol orta hissəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində Renault Megan markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomaşında olan iki nəfər sərnişin xəsarət almışdır. Zərərçəkmiş şəxs3 bundan başqa ifadəsində hadisə zamanı xəsarət almışdır. Təqsirləndirilən şəxs tərəfindən ona lazımi maddi köməklik göstərilmişdir. Onunla barışdığından Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, xx.xx.2020ci il tarixdə saat 10 radələrində tanışı Zərərçəkmiş şəxs3 idarə etdiyi Mercedes markalı ** DG *** dövlət qeydiyyat nişanlı avtomaşınla Binəqədi rayonundan Novxanı istiqamətinə hərəkətdə olan zaman sol tərəfdə ehtiyat yoldan Təqsirləndirilən şəxs idarə etdiyi Renault Megan markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomaşınla anidən əsas yola çıxmış, həmin vaxt Təqsirləndirilən şəxs idarə etdiyi Renault Megan markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomaşının qabaq hissəsi sərnişin qismində əyləşdiyi tanışı Zərərçəkmiş şəxs3 idarə etdiyi Mercedes markalı ** DG *** dövlət qeydiyyat nişanlı avtomaşının sol orta hissəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində heç bir bədən xəsarəti almamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş MTE və PA Birliyinin Abşeron rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 1658 nömrəli rəyindən görünür ki, 1958-ci il təvəllüdlü Qulu zadə Lidiya Mixayılovnanın məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər- alt çənə sümüyü cisminin sol hissəsinin və sol tərəfli 4-cü qabırğanın qapalı yerdəyişməyən sınıqları, alt çənə nahiyəsinin qançır-şişkinliyi, boyun nahiyəsinin sağ yan səthinin və döş qəfəsinin sol yarısının qançırları bərkküt əşya(əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə yəni, xx.xx.2020-ci il tarixdə salonunda olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərərvurmaya aiddir. İş üzrə keçirilmiş MTE və PA Birliyinin Abşeron rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 1657 nömrəli rəyindən görünür ki, 1957-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər- sol tərəfli 5-ci qabırğanın qapalı yerdəyişməyən sınığı, sol dirsək oynağı nahiyəsinin qançırı. sol baldır nahiyəsinin sıyrığı bərk küt əşya (əşyalar) təsirindən törənmişdir. Qərarda qeyd olunan müddətdə və şəraitdə yəni, xx.xx.2020-ci il tarixdə yol nəqliyyat hadisəsi şəraitində digər avtomaşınla toqquşma nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. İş üzrə keçirilmiş MTE və PA Birliyinin Abşeron rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 1716 nömrəli rəyindən görünür ki, 1980-ci il təvəllüdlü Şahidlunun məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində hər hansı bir xəsarət və xəsarətin izi aşkar olunmamışdır. İş üzrə keçirilmiş MTE və PA Birliyinin Abşeron rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 1713 nömrəli rəyindən görünür ki, 1979-cu il təvəllüdlü Zərərçəkmiş şəxs3lunun məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində hər hansı bir xəsarət və xəsarətin izi aşkar olunmamışdır. İş üzrə keçirilmiş MTE və PA Birliyinin Abşeron rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 1712 nömrəli rəyindən görünür ki, 1972-ci il təvəllüdlü Təqsirləndirilən şəxslunun məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində hər hansı bir xəsarət və xəsarətin izi aşkar olunmamışdır. İş üzrə keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 8/1398 saylı rəyindən görünür ki, 1a— Təhqiqat tərəfindən təqdim edilən məlumatlara görə “Renault Megane” markalı AZ ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 1-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 1b—hərəkət üçün təhlükə yaranan anda “Mersedes-Benz” markalı ** DG *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 52,5 metrdən kiçik məsafədə olmasının təhqiqat tərəfindən müəyyən edilməsi şəraitində sürücü Zərərçəkmiş şəxs3lunun hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində hadisənin qarşısının alınması ilə əlaqədar «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. -- hərəkət üçün təhlükə yaranan anda “Mersedes-Benz” markalı ** DG *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 52,5 metrdən böyük məsafədə olmasının təhqiqat tərəfindən müəyyən edilməsi şəraitində sürücü Zərərçəkmiş şəxs3lunun qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində hadisənin qarşısının alınması ilə əlaqədar «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. xx.xx.2020-ci il tarixli, 2/5650 saylı X5 və Sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokoldan görünür ki, hadisə vaxtı sürücü Təqsirləndirilən şəxs müayinə olunarkən onda «Sərxoşluq əlamətləri» müəyyən edilməmişdir. AF 130998 serialı sürücülük vəsiqəsinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə “BC” kateqoriyalı AF130998 nömrəli sürücülük vəsiqəsi verilmiş və sürücülük vəsiqəsi xx.xx.2029-cu il tarixədək etibarlıdır. . xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Abşeron Rayon Məhkəməsinə zərərçəkmiş şəxs X7 tərəfindən verilmiş notariat qaydada təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona maddi yardım göstərildiyinə görə onun təqsirləndirilən şəxsə qarşı şikayəti və maddi tələbi yoxdur. Abşeron Rayon Məhkəməsinə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara maddi yardım göstərildiyinə görə onların təqsirləndirilən şəxsə qarşı şikayəti və maddi tələbi yoxdur. Abşeron Rayon Məhkəməsinə Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 ona qarşı şikayəti və maddi tələbi olmadığına görə barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması ekspertlərin rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahid ifadələri, ekspert rəyləri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə istintaqının sonunda dövlət ittihamçısı öz çıxışında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə maddi köməklik etdiyinə və onunla barışdığına görə onun cinayət məsuliyyətindən azad olunaraq cinayət təqibinə xitam verilməsini, eyni zamanda təqsirləndirilən şəxsin inzibati məsuliyyətə cəlb olunması məsələsinə baxılması üçün aidiyyəti materialların aidiyyəti prokurorluq orqanına göndərilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 263.1-1 və ya 263.1-1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibinə xitam verilir. Azərbaycan Respublikası CPM-nin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası CPM-nin 305.2-ci maddəsin əsasən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirlərinin və vurulmuş ziyanın ödənilməsinin təmin edilməsinə dair tədbirlərin, habelə digər cinayət-prosessual məcburiyyət tədbirlərinin ləğv edilməsi barədə qərarlar daxil edilir və həmin qərarda maddi sübutların taleyi barədə məsələ həll edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalı, əməlinin inzibati məsuliyyətə səbəb olmasının araşdırılması üçün qərar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Abşeron rayon prokurorluğuna göndərilməlidir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 100 (yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Həmçinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə məhkəmə istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəlik bürosunun müdafiəçisi vəkil X1 14 saat göstərdiyi hüquqi yardıma görə 84 manat pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına, eyni zamanda məhkəmə istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi 30 saat göstərdiyi hüquqi yardıma görə 180 manat pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 41, 43, 321.1, 321.2, 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. İş üzrə 100 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olub-olmamasını araşdırıb, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün müvafiq materialların və qərarın surəti aidiyatı üzrə Abşeron rayon prokurorluğuna göndərilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəlik bürosunun müdafiəçisi vəkil X1 14 saat göstərdiyi hüquqi yardıma görə 84 manat pul Abşeron rayon vəkil bürosunun hesablaşma, “xxxxxxxxxxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına, eyni zamanda məhkəmə istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi 30 saat göstərdiyi hüquqi yardıma görə 180 manat pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma, “xxxxxxxxxxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar