Məhkəmə qərarları › İş №1(012)-528/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-528/2021

12.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-528/2021 12.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1995-ci ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Məhkəmədə cinayət qanunu ilə əməli törətmiş şəxsin göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 03.09.2021-ci il tarixdə saat 22 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində, Xırdalan dairəsi yaxınlığında yerləşən dayanacaqda işlədiyi ticarət köşkündə olarkən həmin vaxt dayanacağa gəlib orada ünvansız nalayiq küçə söyüşləri söyərək ayağını dayanacağın oturacağının üzərinə qoyan Zərərçəkmiş şəxs söyüş söyməməsini, ayağını oturacağın üzərindən götürməsini bildirdikdə, sonuncu onunla mübahisə edərək ünvanına nalayiq söyüşlər işlətdiyi üçün Təqsirləndirilən şəxs qəsdən yumruq zərbəsi ilə bir neçə dəfə Zərərçəkmiş şəxs sifət nahiyəsinə vuraraq ona qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sağ gözün ağlı qişasına qansızma ilə müşahidə olunan sağ göz ətrafı yumşaq toxumaların-sağ üst və alt göz qapaqlarının sağ gözaltı nahiyə də əhatə olunmaqla hematoması, sağ üst göz qapağının səthi əzilmiş yarası, sağ yanaq nahiyəsinin sıyrıqları ilə müşayiət olunan yəni sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına Yüngül zərər vurmaya aid xəsarətləri yetirməklə döymüşdür. Məhkəmə baxış iclasında cinayət qanunu ilə əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Xırdalan dairəsində dayanacaqda yerləşən köşkü işlədən Afiq adlı həmyerlisi və qonşusu ona işçisi olmadığı üçün gecə köşkdə satış aparmağı xahiş etmişdir. O, bekar olduğu üçün Afiqlə razılaşmışdır. Buna görə Afiq ona gündəlik pul vermişdir. O, axşam saat 21-dən səhər saat 09-dək köşkdə işləmişdir. Həmin köşkdə 01 sentyabr 2021ci tarixdən etibarən işləmişdir. 03 sentyabr 2021-ci il tarixdə saat 22 radələrində bir nəfər orta yaşlı, kök bədən quruluşlu oğlan dayanacağa gəlib əlində bıçaq orada dayanan şəxsləri narahat etmişdir. Sonra oturacaqda əyləşib ayağını oturacağın üzərinə uzadıb dayanacaqda olan qadınların yanında ünvansız söyüş söydüyü üçün həmin şəxsə yaxınlaşıb söyüş söyməməsini və dayanacaqdan kənarlaşmasını demişdir. Həmin oğlan isə onunla mübahisə edərək ünvanına nalayiq söyüşlər işlədib sinəsindən itələdiyi üçün əsəbləşərək yumruqla onun sifət nahiyəsinə bir dəfə zərbə endirmişdir. Zərbə nəticəsində həmin şəxsin qaşı qanamışdır. Həmin şəxs dayanacaqdan çıxıb getdi. Həmin şəxsin kim olduğunu bilməmişdir. Sonradan vurduğu şəxsin adının Gürşad olduğunu bilmiş, Gürşadla mübahisə edərkən və onu vurarkən orada taksi gözləyən 2 nəfər qadın və bir nəfər kişi olmuş, lakin həmin şəxsləri tanımamışdır. İfadəsinin sonunda təqsirləndirilən şəxs etdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını bildirdi və məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs oğlu bildirmişdir ki, 2-ci qrup əlildir. 2010-cu ildə Qobustan qəsəbəsində avtomobilin onu vurması nəticəsində xəsarət almışdır. Lakin, DYP idarəsinin istintaq şöbəsində araşdırma aparılsa da bu vaxta qədər həmin hadisəni törətmiş sürücü müəyyən edilməmişdir. 03 sentyabr 2021-ci il tarixdə saat 11 radələrində o, işlə maraqlanmaq üçün DYP idarəsinin İstintaq şöbəsinə gəlmişdir. Orada işlərini yekunlaşdırıb sonra Xırdalan şəhərində gəzmiş, gecə olduğu üçün o, evlərinə gedə bilməmişdir. Bu səbəbdən Xırdalan dairəsində dayanacaqda oturub gözləmişdir ki, bir nəfər tapıb onunla Qobustan qəsəbəsinə getsin. O, dayanacaqda yerləşən köşkün yanında skamiyada ayağını uzatmışdır ki, ayağı ağrımasın. Həmin vaxt saat təxminən 22 radələrində köşkdə işləyən şəxs ona yaxınlaşıb ayağını oturacaqdan çəkməsini demişdir. O, isə ayağından əməliyyat olunduğunu, ayağında dəmir olduğunu və incitdiyi üçün ayağını uzatdığını bildirmişdir. Sonradan adını öyrəndiyi Bəhruz ona məhəl qoymayıb ayağını çəkməsini tələb etmişdir. O, isə Bəhruza «dövlət qoyduğu dayanacaqdır sən kimsən məni qoymursan» deyərək ayağını götürməyib sonuncu ilə mübahisə edib ünvanına söymüşdür. Bəhruz bu səbəbdən yumruqla sağ göz nahiyəsinə vurmuşdur. O, ayağa durmuşdur ki, Bəhruzu kənara itələsin həmin vaxt sonuncu yenidən yumruqla sifət nahiyəsinə 2 dəfə zərbə endirmişdir. Nəticədə qaşı partladığı üçün qan axmağa başlamışdır. O, mübahisə zamanı Bəhruzu vurmamışdır. Aralarındakı mübahisə təxminən 3-4 dəqiqə davam etmişdir. Sonra huşunu itirib yerə yıxılmışdır. Mübahisə zamanı gecə olduğuna görə dayanacaqda kənar şəxslər olmamışdır. Bundan sonra bir nəfər tanımadığı oğlan onun üzünü yuyub kömək etmişdir. Sonra yoldan keçən maşını saxlayıb onu Bakı şəhəri, 20 yanvar metrosunun yanında düşürmüşdür. O, oradan Qobustan qəsəbəsinə gedən taksi ilə evlərinə getmişdir. Onun xəsarət aldığını görən qardaşı təcili yardım çağırıb onu Sabunçu xəstəxanasına gətirmişdir. Orada ona tibbi yardım göstəriləndən sonra evə buraxılmışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi və məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş İş üzrə keçirilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 04.09.2021-ci il tarixli 2148 nömrəli rəyindən görünür ki, 1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər-qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sağ gözün ağlı qişasına qansızma ilə müşahidə olunan sağ göz ətrafı yumşaq toxumaların- sağ üst və alt göz qapaqlarının sağ gözaltı nahiyə də əhatə olunmaqla hematoması, sağ üst göz qapağının səthi əzilmiş yarası, sağ yanaq nahiyəsinin sıyrıqları bərk küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə yəni, 03.09.2021-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. İş materiallarında olan arayış və xasiyyətnamədən görünür ki, Əhədov X2 rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, bina 1A, mənzil 71 ünvanında yaşayır və yaşadığı yer üzrə də müsbət xarakterizə edilir. İş materiallarında olan 13.09.2021-ci il tarixli tələbnamə arayışından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər, Nərimanov rayon Məhkəməsinin 29.03.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib, CPM-nin 40.2.2-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs oğlu tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs oğlu ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Qeyd 01 oktyabr 2017-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əlavə edilmişdir. Həmin Məcəllənin 10.4-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xitam verilməsinə dair 29 may 2017-ci il tarixli qərar 01 oktyabr 2017-ci il tarixdən əvvələ aid olmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.4-cü maddəsinə görə şəxsin vəziyyətini ağırlaşdırdığından hazırki halda tətbiq olunmamalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs oğlunun hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlərlə təhqiqat zamanı və məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təhqiqat zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul, məhkəmə baxışı zamanı Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi 20 saat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs təhqiqat zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul, məhkəmə baxışı zamanı Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi 20 saat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına köçürülsün. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan elan edildiyi andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar