Məhkəmə qərarları › İş №1(012)-529/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-529/2021

22.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-529/2021 22.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan və barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab olunan heroini və psixotrop maddə metamfetamii əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, o, 27 may 2021-ci il tarixdə saat 18 radələrində Abşeron rayonu, Xırdalan şəhəri 24-cü məhəllədə “Meqa Store” adlanan binanın yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd qırmızı rəngli siqaret kağızına bükülmüş 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxil olan 0,364 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümdə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxil olan 0,316 qram çəkidə ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini əldə edib bir ədəd şəffaf rəngli selofana bükərək əynində olan qara rəngli cins şalvarının sol yan cibinə qoyub özü ilə Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəlləyə daşıyaraq saxlamış, 28 may 2021-ci il tarixdə saat 00:15 radələrində Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllədə yerləşən “Meqa Store” adlanan binanın 2-ci girişinin 8-ci mərtəbəsində saxlanılıb Abşeron RPİ-yə gətirilərək idarənin inzibati binasında xidməti otaqların birində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarının sol cibindən həmin bir ədəd şəffav rəngli selofan bükümün içərisində olan bir ədəd qırmızı rəngli siqaret kağızına bükülmüş 0,364 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd gümüşü rəngli siqaret kağızma bükülmüş 0,316 qram çəkidə ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, ünvan 2 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda ailə üzvüləri ilə birlikdə yaşayır. Təxminən bir il olar ki, narkotik vasitə istifadəçisidir. 27.05.2021-ci il tarixdə saat 18 radələrində Abşeron rayonu, Xırdalan şəhəri 24-cü məhəllədə yerləşən “Meqa Store” adlanan binanın yaxınlığında olduğu zaman yerdə bir kibrit qutusu görmüş, həmin kibrit qutusu onun diqqətini cəlb etdiyi üçün yerdən götürüb içərisinə baxdıqda içərisində iki büküm olduğunu görmüşdür.O, narkotik vasitə aludəçisi olduğuna görə həmin bükümləri açıb baxarkən bükümlərdən birinin içərisindəki kütlənin narkotik vasitə olan heroin digər bükümdə isə limon duzu olduğunu bilmişdır. Ona görə də onlardan istifadə etmək üçün cibinə qoymuşdur. 28.05.2021-ci il tarixdə saat 00:15 radələrində həmin narkotik vasitəni qəbul etmək üçün Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllədə “Meqa Store” adlanan binanın 2-ci girişinə daxil olub 8-ci mərtəbəyə qalxmışdır. Bu zaman mülki geyimli iki nəfər şəxs ona yaxınlaşıb polis vəsiqələrini təqdim edərək Abşeron RPİnin əməkdaşları olduqlarını bildirmişlər və üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğu üçün onlarla birlikdə Abşeron RPİ-nə getməli olduğunu bildirmişlər. O da polis əməkdaşlarlna etiraz etmədən könüllü olaraq həmin polis əməkdaşları ilə birlikdə Abşeron RPİ-nə gələrək orada polis əməkdaşlarının və onun üçün dövlıt hesabına tutulmuş vəkilinin iştirakı ilə videoçəkilişlə baş təhqiqatçı Alqayıd Mikayılov tərəfindən üstünə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı o, Abşeron rayonu, Xırdalan şəhərindən tapdığı bir büküm heroini və bir büküm limon duzunu əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Bu bardə təhqiqatçı tərəfindən protokol yazılmış, o, özü də protokolla tanış olub düzgün yazıldığını bildikdən sonra hər bir vərəqinin axırına imzalar etmişdir. Həmçinin digər iştirakçılar da imza etmişlər. Polis idarəsində təhqiqatçı tərəfindən izahatı alınarkən etdiyi əməli səmimi olaraq etiraf etmiş, ona heç kimin təzyiq etmədiyini bildirmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadədə isə göstərmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda ailə üzvüləri ilə birlikdə yaşayır. Təxminən bir il olar ki, narkotik vasitə istifadəçisidir. 27.05.2021-ci il tarixdə saat 18 radələrində Abşeron rayonu, Xırdalan şəhəri 24-cü məhəllədə yerləşən “Meqa Store” adlanan binanın yaxınlığında olduğu zaman yerdə bir kibrit qutusu görmüş, həmin kibrit qutusu onun diqqətini cəlb etdiyi üçün yerdən götürüb içərisinə baxdıqda içərisində iki büküm olduğunu görmüşdür.O, narkotik vasitə aludəçisi olduğuna görə həmin bükümləri açıb baxarkən bükümlərdən birinin içərisindəki kütlənin narkotik vasitə olan heroin digər bükümdə isə psixotrop maddə metamfetamin olduğunu tanımışdır. Ona görə də həmin narkotik vasitəni sonra istifadə edəcəyi üçün cibinə qoymuşdur. 28.05.2021-ci il tarixdə saat 00:15 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllədə “Meqa Store” adlanan binanın 2-ci girişinə daxil olub 8-ci mərtəbəyə qalxmışdır ki, həmin narkotik vasitəni qəbul etsin. Bu zaman mülki geyimli iki nəfər şəxs ona yaxınlaşmışlar. Onlar polis vəsiqələrini təqdim edərək Abşeron RPİ-nin əməkdaşları olduqlarını bildirmiş və üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğu üçün polis əməkdaşları ilə birlikdə Abşeron RPİ-nə getməli olduğumu bildirmişlər. O da polis əməkdaşlarlna etiraz etmədən könüllü olaraq həmin polis əməkdaşları ilə birlikdə Abşeron RPİ-nə gələrək orada polis əməkdaşlarının və onun üçün dövlıt hesabına tutulmuş vəkilinin iştirakı ilə videoçəkilişlə istifadə etməklə baş təhqiqatçı Alqayıd Mikayılov tərəfindən üstünə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı o, Abşeron rayonu, Xırdalan şəhərindən tapdığı bir büküm heroini və bir büküm metamfetamini əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra bu bardə təhqiqatçı tərəfindən protokol yazılmış, o, özü də protokolla tanış olub düzgün yazıldığını bildikdən sonra hər bir vərəqinin axırına imzalar etmişdir. Həmçinin digər iştirakçılar da imza etmişlər. Polis idarəsində təhqiqatçı tərəfindən izahatı alınmışdır.Etdiyi əməli səmimi olaraq etiraf etmişdir. Ona heç kimin təziq göstərmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Abşeron rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Qrupunun əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. 27 may 2021-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan xx.xx.1992-ci təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələr saxlaması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə o, idarə rəisinə raportla müraciət etmiş və idarə rəsinin göstərişi əsasında ondan, Abşeron RPİ-nin TŞ- nin baş təhqiqatçısı, polis mayoru X2 və Abşeron RPİ-nin NMQ-nun əməliyyat baş müvəkkili, polis mayoru Şahid1 ibarət əməliyyat qrupunun yaradılması ilə bağlı qərar qəbul edilmişdir. Onlar dərhal 28 may 2021-ci il tarixdə saat 00:15 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllədə yerləşən “Meqa Store” adlanan binanın 2-ci girişinin 8-ci mərtəbəsində əməliyyat tədbiri keçirib məlumatda zahiri əlamətlərinə uyğun gələn şəxs xx.xx.1992-ci təvəllüdlü Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllədə yerləşən “Meqa Store” adlanan binanın 2-ci girişinin 8-ci mərtəbəsində saxlayıb Abşeron rayon Polis İdarəsinə gətirmişlər. İdarədə o, raportla idarə rəisinə müraciət etmişdir. İdarə rəisinin göstərişi əsasında Abşeron rayon Polis İdarəsində otaqların birində baş təhqiqatçı Alqayıd Mikayılov tərəfindən dövlət hesabına tutulmuş vəkilin iştirakı ilə video çəkiliş vasitəsi ilə Abşeron rayon sakini Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmağa başlanmışdır. Şəxsi axtarış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs baş təhqiqatçı Alqayıd Mikayılov tərəfindən hüquq və vəzifələri izah edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilən hər hansı bir əşya və ya predmet varsa təqdim etməyi bildirilərkən Təqsirləndirilən şəxs əynində olan qara cins rəngli şalvarın sol yan cibindən bir ədəd şəffav rəngli selofan büküm çıxararaq təqdim etmişdir. Həmin selofan büküm içərisində olan bir ədəd qırmızı rəngli siqaret kağızma bükülmüş bükümdə qəhvəyi rəngli toz halında maddə, digər gümüşü rəngli siqaretin kağızma bükülmüş içərisində ağ rəngli kristalşəkilli maddənin olduğu müşahidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, “əynində olan qara rəngli cins şalavarmın sol yan cibindən çıxararaq təqdim etdiyi bir ədəd şəffav rəngli selofan kəsiyinə bükülmüş bükümün içərisində olan bir ədəd qırmızı rəngli siqaret kağızına bükülmüş bükümdə olan maddə heroin, digər gümüşü rəngli siqaret kağızına bükülmüş bükümdə olan maddə metamfetamindir”. O, təxminən bir il olar ki, narkotik vasitə istifadəçisi olduğunu, 27 may 2021-ci il tarixdə saat 18 radələrində Abşeron rayonu, Xırdalan şəhəri 24-cü məhəllədə “Meqa Store” adlanan binanın yaxınlığında olarkən yerdən bir ədəd kibrit qutusunun içərisində tapıb sonradan şəxsi istifadəsi üçün əynində olan qara rəngli cins şalvarının sol yan cibinə qoyaraq özü ilə Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəlləyə daşıyaraq saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə və psixotrop maddə iştirakçıların yanında qablaşdırılaraq müvafiq qaydada möhürlənib götürülmüşdür. Bununla bağlı təhqiqatçı tərəfindən protokol tərtib olunmuş və onlar da həmin protokola imza etmişlər. Sonra isə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izahatı alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Abşeron rayon polis idarəsinin əməkdaşı Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında cinayət işinə əlavə edilmiş ağ rəngli üzərində heç bir yazı olmayan DVD formatlı bir ədəd Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan diskə baxış keçirən zaman müəyyən edildi ki, əynində sarı rəngli qısaqol köynək, qara cins rəngli şalvar, qolunda qara rəngli saat olan hündürboylu arıq bədən quruluşlu üzü saqqallı olan şəxs əynində olan qara cins rəngli şalvarın sol yan cibindən bir ədəd şəffav rəngli selofan büküm çıxararaq təqdim etdi. Həmin selofan büküm içərisində olan bir ədəd qırmızı rəngli siqaret kağızına bükülmüş bükümdə qəhvəyi rəngli toz halında maddə, digər gümüşü rəngli siqaretin kağızına bükülmüş içərisində ağ rəngli kristalşəkilli maddənin olduğu müşahidə olunmuşdur.Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, həmin əynində sarı rəngli qısaqol köynək, qara cins rəngli şalvar, qolunda qara rəngli saat olan hündürboylu arıq bədən quruluşlu üzü saqqallı olan şəxs onun özüdür, əynində olan qara rəngli cins şalavarının sol yan cibindən çıxararaq təqdim etdiyi bir ədəd şəffav rəngli selofan kəsiyinə bükülmüş bükümün içərisində olan bir ədəd qırmızı rəngli siqaret kağızına bükülmüş bükümdə olan maddə heroin, digər gümüşü rəngli siqaretin kağızma bükülmüş bükümdə olan maddə metamfetamindir. Bildirmişdir ki, “təxminən bir il olar ki, narkotik vasitə istifadəçisidir. 27 may 2021-ci il tarixdə saat 18 radələrində Abşeron rayonu, Xırdalan şəhəri 24-cü məhəllədə “Meqa Store” adlanan binanın yaxınlığında olarkən yerdən bir ədəd kibrit qutusunun içərisində tapıb, sonradan şəxsi istifadəsi üçün əynində olan qara rəngli cins şalvarının sol yan cibinə qoyaraq özü ilə Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəlləyə daşıyaraq saxlamışdır”. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprtizası Mərkəzinin may 2021-ci il tarixli 6/2134 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “AR DlN-nin zərflər üçün 56” möhür əksi şübhəli şəxs Allahverdiyev E və sairə yazılar və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0.316 qram qəhvəyi rəngli toz şəkilli kütlə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 01 ədəd bükümdə təmiz çəkisi 0,364 qram olan ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxildir. Metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxildir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman götürülmüş və ekspertizadan sonra 0,266 qram qalmış narkotik vasitə olan heroin və 0,314 qram psixotrop maddə metamferamin maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Abşeron rayon Pİ-nin saxlanc anbarına təhvil verilmişdir. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” sıyahılarının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” barədə İ nömrəli sıyahısının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” barədə İ hissəsinin 49-cu bəndində heroin və həmin siyahının İİ hissəsinin 27-ci bəndində metamfetamin yer almışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” narkotik vasitələrə aid İ nömrəli sıyahısına əsasən narkotik vasitə olan heroin və İİ nömrəli sıyahısına əsasən psixotrop maddə olan metamfetamin təmiz halda 0,15 qram və ondan artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 25 avqust 2021-ci il tarixli 3057 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN birgə qəbulu nəticəsində ASİLLİLİQ SİNDİROMU NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün qismən etirafı ilə yanaşı, şahidlərin ifadələri, məhkəmədə nümayiş olunmuş videogörüntülər, aparılmış ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Məhkəmə onun özünü qismən təqsirli bilməsi, qara cins rəngli şalvarının sol yan cibindən bir ədəd şəffav rəngli selofan bükümün içərisində olan gümüşü rəngli siqaretin kağızına bükülmüş içərisində ağ rəngli kristal şəkilli maddənin psixotrop maddə olan metamfetamin yox, limon duzu olmasına dair ifadəsinin müdafiə xarakteri daşıdığı qənaitinə gəlir. Belə ki, məhkəmə iclasında cinayət işinə əlavə edilmiş ağ rəngli üzərində heç bir yazı olmayan DVD formatlı bir ədəd Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan diskə baxış keçirilən zaman əynində sarı rəngli qısaqol köynək, qara cins rəngli şalvar, qolunda qara rəngli saat olan hündürboylu arıq bədən quruluşlu üzü saqqallı olan şəxsin əynində olan qara cins rəngli şalvarın sol yan cibindən bir ədəd şəffav rəngli selofan büküm çıxararaq təqdim etdiyini, həmin selofan bükümün içərisində olan bir ədəd qırmızı rəngli siqaret kağızına bükülmüş bükümdə qəhvəyi rəngli toz halında maddənin, digər gümüşü rəngli siqaretin kağızına bükülmüş içərisində ağ rəngli kristal şəkilli maddənin olduğu müşahidə olunmuşdur. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə və psixotrop maddə iştirakçıların yanında qablaşdırılaraq müvafiq qaydada möhürlənib götürülmüş, rəy alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprtizası Mərkəzinə təqdim edilmiş, may 2021-ci il tarixli 6/2134 saylı rəyi ilə tədqiqata təqdim edilmiş üzərində “AR DlN-nin zərflər üçün 56” möhür əksi şübhəli şəxs Allahverdiyev E və sairə yazılar və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0.316 qram qəhvəyi rəngli toz şəkilli kütlə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin, 01 ədəd bükümdə təmiz çəkisi 0,364 qram olan ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin olduğu müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25.06.2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 12.07.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını sonuna kimi çəkmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində -onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş sayılır. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş sayılır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, törətdiyi cinayət əməlini qismən etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə məhkəmə törədilmiş cinayətin xarakteri və icitimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, cəzanın onun islah olunmasını təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəza çəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə 28.05.2021ci il tarixində, saat 01:30-da şübhəli şəxs qismində tutulmuş, 29.05.2021-ci il tarixdə sonuncu barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və 20.07.2021-ci il tarixdə barəsində axtarış elan edilmiş, 24.08.2021-ci il tarixdə tutulmuş, 25.08.2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, həmin qətimkan tədbiri məhkəmədə öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu 04 (dörd) gün müddət ona təyin olunmuş cəza müddətindən çıxılaraq ona qəti cəza təyin olunmalı, o, dərhal məhkəmə zalında həbsə alınmalı və həbs etmənin əvvəli 22.10.2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edildiyi üçün barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə və qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan 0 ümumi çəkisi 0,266 qram narkotik vasitə olan heroin və 0,314 qram Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr siyahısına daxil olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 ədəd “DVD” formatlı disk isə cinayət işində saxlanmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 109, 90 (yüz doqquz manat doxsan qəpik) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində, məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 02(iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs istintaq dövründə tutulduğu 04 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 01 ( bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi 22.10.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ümumi çəkisi 0,266 qram narkotik vasitə olan heroin və 0,314 qram Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr siyahısına daxil olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 109, 90 (yüz doqquz manat doxsan qəpik) məbləğində pul vəsaiti, Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində, məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. HAKİM:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar