Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-529/2024 08.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1981-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, himayəsində 03 azyaşlı uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 21 may 2023-cü il tarixdə saat 22:33-də «X4» Azərbaycaı Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməyərək texniki cəhətdən saz vəziyyətdə olan Opel Astra markalı, **-KJ-*** qeydiyyat nişanlı avtomobili 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» qadağan yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yol sahəsi hesab edilən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Abşeron rayonu ərazisindən keçən 22-ci kilometrliyində, Bakı şəhəri istiqamətində 60-70 km/saat sürəti hərəkət etdirərkən, həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmuş, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə başqa əmlaka zərər vurmamalı olduğu halda bu tələblərə əməl etməmiş, hadisənin qarşısını almaq üçün texniki imkanı olduğu halda almamış, ehtiyatsızlıqdan hərəkət hissəsinin sol kənarında dayanmış piyada Zərərçəkmiş şəxs avtomobilin ön hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan piyada baş beyin silkələnməsi, sol ənsə və burun nahiyəsinin əzilmiş yarası sağ bazu sümüyünün başının kistoz dəyişikliklərlə daşlı burist əlamətləri kimi həyat təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarəti yetirməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, 21 may 2023-cü il tarixdə saat 22:35-də idarə etdiyi Opel Astra markalı ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Qaradağ rayonu, Müşviqabad qəsəbəsindən Bakı şəhərinə gələrkən Bakı-Şamaxı-Yevlax yolunun 22-ci kilometrliyinə çatdıqda avtomobili körpünün üst hissəsindən Bakı şəhəri istiqamətli yolun hərəkət hissəsinə daxil edərək, avtomobili 60-70 km/saat sürətlə hərəkət etdirmiş, soldan Bakı şəhəri istiqamətinə gələn avtomobillərin olub-olmamasına fikir vermiş, lakin sağ tərəfdən qarşıya baxdıqda qarşıda bir nəfər piyada kişinin olduğunu görüb, əyləcə sıxaraq, avtomobili dayandırmağa çalışsa da mümkün olmamış, nəqliyyat vasitəsinin ön hissəsi piyadaya dəymişdir. O, nəqliyyat vasitəsini saxlayıb, piyadaya yaxınlıqda onun xəsarət almasını görüb, avtomobilinə mindirərək xəstəxanaya çatdırmışdır. Avtomobilin sahibi olan qardaşı Şahid2 Tofık oğlu və dostu Şahid1 da hadisə baş verən zaman avtomobildə olmuşlar. Hadisə zamanı o və avtomobildə olan sərnişinlər xəsarət almamışlar. O, baş vermiş hadisə ilə əlaqədar piyada Zərərçəkmiş şəxs xəstəxanada qaldığı müddətdə onun müalicəsi üçün bütün xərcləri ödəmiş, xəstəxanadan çıxdıqdan sonra ona müayinə üçün əlavə ollaraq 500 manat pul göndərmişdir. Bir neçə aydan sonra Orxan telefon vasitəsilə ona zəng edərək, qolundan yenidən əməliyyat olunacağını bildirib, 2500 manat pul istəmiş, o, imkanı olmadığını, pulu sonra verə biləcəyini bildirdikdə, zərərçəkmiş şəxs razılaşmayaraq ondan şikayət etmişdir. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəmiş, onunla barışmışdır. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, 21 may 2023-cü il tarixdə saat 22:30-da Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində Bakı şəhəri istiqamətli yolun sağ kənarına tərəf tək keçib, asfalt üzərində dayanmış və 20 Yanvar metrosu istiqamətinə gedən yol maşınını gözləmiş, birdən soldan körpünün üstündən gələn minik avtomobilinin dayanmadan onun üstünə gəldiyini hiss etsə də qaçmağı mümkün olmamış, avtomobilin ön hissəsi ona dəymişdir. O, hadisədən əvvəl spirtli içki qəbul etmiş, sürücünü isə əvəllər tanımamışdır. O, xəsarət alan zaman sürücü avtomobili saxlayıb onu xəstəxanaya aparmış, lakin orada qaldığı müddətdə almış olduğu müalicələr üçün sürücü tərəfindən az miqdarda maddi yardım göstərilmişdir. O, xəstəxanadan çıxdıqdan sonra tez bir zamanda sağalacağını düşünsə də, hadisədə uzun müddət keçməsinə baxmayaraq sağ qol nahiyəsi tam sağalmamış, hərəkəti tam bərpa olunmamışdır. Həkimlər yenidən əməliyyat lazım olduğunu ona bildirdikdə sürücünün ona səhhəti ilə bağlı problem yaranarsa köməklik göstərəcəyinə söz verməsini xatırlayıb, Təqsirləndirilən şəxslə görüşüb bu barədə ona bildirsə də, sonuncu ona maddi imkanının olmadığını demişdir. O, bir dəfə də yenidən Təqsirləndirilən şəxs telefon vasitəsilə zəng edərək, əməliyyat olunması üçün maddi yardım etməsini xahiş etsə də, lakin sonuncu yenidən ona yardım göstərməkdən imtina etmişdir. O, isə məcbur qalaraq sürücüdən şikayət etmişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənildiyindən onunla barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 22 may 2023-cü il tarixdə saat 22:30-da tanışı Təqsirləndirilən şəxs idarə etdiyi Opel Astra markalı 77-KJ- 568 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Müşviqabad qəsəbəsindən Bakı şəhərinə gələrkən Bakı-Şamaxı yolunun 22-ci kilometrliyinə körpünün üstündən Bakı-Şamaxı yolunun Bakı şəhəri istiqamətində olan hərəkət hissəsinə daxil olarkən birdən avtomobilin qarşı hissəsinə nəyinsə dəydiyini bilmiş, qarşıya baxdıqda əyləşdiyi avtomobillə piyadanın vurulduğunu bilmiş, piyada xəsarət aldığı üçün onu tez xəstəxanaya aparmışlar. Hadisə zamanı avtomobilin sürəti təxminən 40 km/saat olmuşdur. Hadisə zamanı o, avtomobildə qabaq sağ oturacağında, Rafiqin qardaşı Vaqif arxa oturacaqda əyləşmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı o telefona baxdığından hadisənin necə baş verdiyini görməmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyərək, ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə Şahid2 ifadəsində göstərmişdir ki, 21 may 2023- cü il tarixdə saat 22:30-da qardaşı Rafiqin idarə etdiyi ona məxsus Opel Astra markalı ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Qaradağ rayonu, Müşviqabad qəsəbəsindən Bakı şəhəri istiqamətinə gedərkən, körpünün üst yolundan Bakı-Şamaxı yolunun 22-ci km-nə çatdıqda Bakı şəhəri istiqamətli yola daxil olduqları vaxt qarşıda yolun sağında asfalt üzərində bir nəfər piyada kişi dayanmış, piyada oğlan onun əyləşdiyi avtomobili görüb qaçmaq istərkən əyləşdiyi avtomobilin ön hissəsi piyadaya dəymiş, zərbədən piyada yerə yıxılmışdır. Qardaşı Rafiq tez avtomobili saxlayıb piyada xəsarət aldığı üçün onu xəstəxanaya aparmışlar. Hadisə zamanı o, avtomobildə arxa oturacaqda, qabaq sağ oturacaqda isə dostu Orxan oturmuş və xəsarət almamışlar. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında 22 may 2023-cü il tarixli 2/15755 saylı protokoldan görünür ki, Təqsirləndirilən şəxs ayıq olmaqla onda alkoqol qəbulunun hər hansı əlamətləri olmamış, narkotik qəbulu faktı aşkarlanmamışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eskspertiza Mərkəzinin 01 iyun 2023-cü il tarixli 8/1525 saylı məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən OPEL ASTRA markalı, ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X4» Azaybaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair 02 iyun 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin 22 iyun 2023-cü il tarixli məlumatına əsasən xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdə AE016433 nömrəli, “BC” kateqoriyalı sürücüük vəsiqəsi verilmiş və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında aşkar olunmamışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” Publik Hüquqi şəxsin “canlı şəxsin ekspertizasının” 04 noyabr 2023-cü il tarixli 37 №-li əlavə rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər - baş beyin silkələnməsi, sol ənsə və burun nahiyəsinin əzilmiş yarası, sağ bazu sümüyünün böyük qabarının yerdəyişmiş çox parçalı sınığı, sağ ayaq sümüyünün sınığı, sağ ayaq üstü nahiyənin şişkinlik halında qançırı, sağ bazu süyümünün böyük qabarının köhnə bitişməmiş sınığı, sağ bazu sümüyünün başının kistoz dəyişikliklərlə daşlı bursit əlamətləri-küş əşya (əşyaların) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətə və şəraitdə yəni xx.xx.2023-cü il tarixdə hərəkətdə olan avtomaşının piyadanı vurması nəticəsində əmələ gələ bilərdi; dərəcəsnə əmək qabiliyyətinin 1/3-də çox hissəsinin dayanıqlı (daimi) itirilməsi ilə nəticələnmişdir və bu əlamətə görə sağlamlığa AĞİR zərərvurmaya aiddir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin 07 noyabr 2023-cü il tarixli məlumatına əsasən 1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs idarə etdiyi OPEL ASTRA markalı, ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobillə piyada-1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirməsi barədə X3 dair İşlər üzrə İstintaq və Təhqiqat Şöbəsindən BDYPİ-nin YPXA-na hər hansı bir qərar daxil olmamış və qeyd edilən faktla bağlı sürücü Təqsirləndirilən şəxs barəsində inzibati xəta haqqında qərar (protokol) tərtib edilməmişdir. - “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” 21 noyabr 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. - Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 10 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi OPEL ASTRA markalı, ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobil və hadisənin görüntüsünü əks etdirən bir ədəd DVD disk maddi sübut kimi tanınmış, bir ədəd DVD disk cinayət işinin materiallarına əlavə olunaraq, avtomobilin saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınmışdır. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 11 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan olunmuşdur. - “Qətimkan tədbirinin seçilməsi barədə” 11 yanvar 2024-cü il tarixli qərardan və bu barədə iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. - Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi üzrə müstəntiq Məmmədov Vüsal tərəfindən ibtidai istintaq tamamlanaraq 23 yanvar 2024-cü il tarixdə tərtib edilmiş ittiham aktı 27 yanvar 2024-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Abşeron rayon Məhkəməsinə göndərilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi ziyan tam olaraq ödənildiyindən Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirildiyindən sonuncunun əməlinin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs CM-in 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət işi materiallarını tədqiq edərək, cinayət əməlini törətmiş şəxsi, zərərçəkmiş şəxsi və dövlət ittihamçısını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət təqibi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət məsuliyətindən azad edildiyindən, onun təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “OPEL ASTRA” markalı 77KJ568 dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət təqibinə xitam verməklə yanaşı bu əməlin inzibati məsuliyyətə səbəb olması məsələsi araşdırılmalıdır. Belə ki, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs “X4” Azərbaycan Respublikası qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərini pozmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırki halda cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Abşeron Rayon Prokurorluğuna göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2,193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron rayon Vəkil Büorunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmiş beş) iş saatına görə 150 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 43 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd”inin 2-ci hissəsinə əsasən həmin Məcəllənin 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunsun və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış “OPEL ASTRA” markalı ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün qərarın surəti Abşeron rayon Prokurorluğuna göndərilsin Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmiş beş) iş saatına görə 150 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron şəhər Vəkil Bürosunun ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya protesti və ya şikayəti verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Abusət Qasımov
Məhkəmə qərarları › İş №1(012)-529/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-529/2024
08.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver