Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-530/2020 16.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1973-cü ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonu, Müdafiəçi küçəsi, ev 19-da qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsi, ev 11-də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : xx.xx.2020-ci il tarixdə saat 23 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən parkda tanışı X2 ilə borc üstündə aralarında baş vermiş mübahisə zamanı sonuncunu vuraraq üst çənədə sağdan İİİ dişin posttravmatik sınığı, həmin səviyyədə diş ətinin və üst dodağın selikli qişasının əzilmiş-cırılmış yarası xəsarəti yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarət yetirmişidir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, X1 təxminən 3 ilə yaxındır tanıyır, sonuncu ilə yaxşı münasibətdə olmuşlar. 2018-ci ilin noyabr ayında o, Zərərçəkmiş şəxs 4500 manat məbləğində borca pul almış, həmin puldan Cahidə cəmi 1600 manat qaytarmışdır. Bundan əlavə o, uzaq qohumu olan Şahid Sərxan oğlundan da borca pul almışdır. O, borclarını Poladla Cahidə qaytara bilmədiyinə görə bir ara sonuncuların telefon zəngələrinə cavab vermirmiş. xx.xx.2020-ci il tarixdə təxminən saat 23 radələrində evdə olarkən Polad ona zəng vurub görüşmək istədiyini bildirmiş və onlar Abşeron rayonu, Xırdalana şəhəri ərazisində yerləşən Şahmat məktəbinin yaxınlığında görüşmüşlər. Bir neçə dəqiqədən sonra həmin yerə Zərərçəkmiş şəxs gəlmişdir. Gəlişindən sonra Cahid ona «sənin mənə borcun var» sözlərini deyəndən sonra onun sol göz nahiyəsinə iki dəfə yumruqla ağır zərbələr endirmiş, üçüncü zərbəni vurmaq istəyərkən Polad onları aralaşdırmışdır. Daha sonra Cahid ayaq zərbələri ilə iki dəfə onun sağ çiyin nahiyəsindən vurmuşdur. Həmin gecə o, Abşeron RPİ-nə gedərək Cahiddən şikayət ərizəsi yazmışdır. Hadisə baş verən zaman ətrafda Poladdan başqa kimsə olmamış, hadisə təxminən 3-4 dəqiqə ərzində baş vermişdir. İfadəsinin sonunda təqsirləndirilən şəxs etdiyi əməldən peşman olduğunu və zərərçəkən şəxslə barışıq əldə etdiyini və sonuncunu ona qarşı hər hansı şikayətinin olmamasını bildirirək məhkəmədən onun cinayət məsuliyyətindən azad olunmasını və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verdiyi izahatdan görünür ki, Təqsirləndirilən şəxs təxminən 3 ilə yaxın olar tanıyır, sonuncu ilə yaxşı münasibətdə olmuşlar, aralarında heç-bir düşmənçilik və ya ədavət olmamışdır. Bundan başqa o, 2018-ci ilin qış aylarında Təqsirləndirilən şəxs vasitəsi ilə sonuncunun uzaq qohumu olan Polad adlı şəxsi də tanımışdır. 2018-ci ilin noyabr ayında Faiq ondan yaşadığı evin sənədlərini düzəltmək üçün 4500 manat borca pul almış və həmin puldan Faiq ona 1600 manat pul qaytarmış qalan 2900 manatını isə qaytarmamışdır. O, dəfələrlə Faiqdən pulunu istəsə də, Faiq müxtəlif bəhanələr gətirib pulunu geri qaytarmamışdır. O, Faiqlə bir neçə dəfə görüşmək istəsə də, lakin sonuncunu tapa bilməmişdir. Bundan əlavə Poladın özü də tez-tez istifadəsində olan mobil telefonuna zəng vuraraq Faiqin yerini soruşurmuş. Bir gündə Polad ona zəng vuraraq Faiqi tapdığını, axşam saat 23 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən H.Əliyev parkında görüşəcəklərini bildirmişdir. xx.xx.2020-ci il tarixdə saat 23 radələrində o, Abşeron rayonu, Xırdalan şəhəri, Şahmat Məktəbinin yaxınlığında Poladla Faiqin söhbət etdiyini görmüşdür. Dərhal Faiqə yaxınlaşaraq nə səbəbdən pulunu qaytarmadığını soruşmuşdur. Daha sonra Faiq onun sifət nahiyəsindən bir dəfə qəflətən yumruqla vurmuş, o, isə Faiqin ona şər atacağından qorxaraq Faiqə əl qaldırmamışdır. Bundan sonra ona məlum olmuş ki, Faiq onun barəsində Abşeron RPİ-nə şikayət etmişdir. Hadisə vaxt ətrafda Poladdan başqa kimsə olmamış, aralarında olan mübahisə təxminən 3-4 dəqiqə müddət ərzində davam etmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığından və ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirərək onun cinayət məsuliyyətindən azad olunması və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid elan olunmuş ifadəsindən görünür ki, 2 il öncə o, uzaq qohumu olan Faiq adlı şəxsə Bakı şəhəri, Nərimanov rayonu ərazisində pul vermiş, lakin sonuncu onu aldadaraq pulunu qaytarmamışdır. Sonuncu dəfə xx.xx.2020-ci il tarixdə o, Faiqlə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən Şahmat klubunun yaxınlığında görüşərkən, Faiqdən öz pulunu tələb etmiş və sonuncu ona pulunun Cahid adlı şəxsdə olduğunu bildirmişdir. Faiqlə o, görüşməmişdən öncə Cahidə zəng vuraraq həmin gün, yəni xx.xx.2020-ci il tarixdə saat 23 radələrində Faiqlə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən Şahmat məktəbinin yaxınlığında görüşəcəyini bildirmişdir. Həmin vaxt oraya əvvəllər tanıdığı Cahid adlı şəxsdə gəlmiş və Faiqlə Cahid arasında borc üstündə mübahisə yaranmışdır. Mübahisə zamanı Cahidlə Faiq biri-birilərini yumruqla və təpiklə vurmuşlar və bundan sonra Faiq taksiyə əyləşib həmin yeri tərk etmişdir. Cahidlə Faiq arasında olan mübahisə təxminən 5 dəqiqə müddət ərzində davam etmiş, hadisə zamanı orada kənar şəxslər olmamışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş MTE və PA Birliyinin Abşeron Rayon Şöbəsinin xx.xx.2020-ci il tarixli, 48/MEŞ saylı rəyindən görünür ki, 1973-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarət – üst çənədə sağdan İİİ dişin posttravmatik sınığı, həmin səviyyədə diş ətinin və üst dodağının seikli qişasının əzilmiş-cırılmış yarasından sonrakı vəziyyəti aşkar edilmişdir. Qeyd olunan bərk-küt əşya təsirindən əmələ gəlmişdirlər törənmə müddətləri müayinədən 4-5 həftə əvvəl olmaqla qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixə və şəraitə uyğun gəlir,dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasından görünür ki, xx xxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 178.1-ci maddəsilə cinayət işi üzrə icraata xitam verilmiş və cinayət məsuliyyətindən azad edilmişdir. Azərbaycan Respublikası Abşeron rayon icra hakimiyyətinin mənzil-kommunal təsərrüfatı istehsalat-istismarı təmir sahəsi 2 saylı mənzil-kommunal təsərrüfatı istehsalatistismarı təmir sahəsinin ərazi üzrə nümayəndəsinin xasiyyətnaməsindən görünürki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizəolunur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması barədə kifayət qədər sübut toplanmışdır. Həmin sübutlar əldə olunma mənbəyinə görə mötəbərdirlər. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CMin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmədə, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxsin şikayətçi olmamasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxsin şikayətçi olmamasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs barəsində xx.xx.2020-ci il tarixdə başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Təqsirləndirilən şəxs təhqiqat zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (bir yüz iyirmi) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi subut, mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1000( bir min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, 120 (bir yüz iyirrmi) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-530/2020
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-530/2020
16.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver