Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-530/2023 19.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Paşayev Fadil Tahir oğlunun iştirakları ilə, Paşayev Fadil Tahir oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında şikayətə açıq məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Paşayev Fadil Tahir oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Şikayət onunla əsaslandırılmışdır ki, 06 noyabr 2020-ci il tarixdən Şamaxı Rayon İcra Makimiyyəti başçısı aparatının Ərazi idarə etmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur. Həmin tarixdən etibarən tutduğu vəzifəni laiqincə icra edir, ona göstərilən etimadı doğrultmaq yolunda Azərbaycan Respublikasına xidmət edir. Qeyd edir ki, Paşayev Fadil Tahir oğlu “facebook” sosisal şəbəkəsində ona məxsus Fadil Pashayev adlı səhifədə onun və Şamaxı RİH nın başçısı Tahir Məmmədovu hədə qorxu ilə tələb etməkdə, saxta tiplom əldə etməkdə, rüşvətlə müəyyən şəxsləri işə götürməkdə, həmçinin həmin sösügedən müsahibəsində Paşayev X25 Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovu, İcra Hakimiyyətinin digər işçilərini eləcə də onu ağır və xüsusilə ağır cinayətlərdə ittiham etməklə böhtan atmış və işlətdiyi ifadələrlə onu və qeyd etdiyi şəxsləri təhqir etmişdir. Belə ki, Paşayev X5 şəbəkisində öz səhifəsində onun rüşvət alaraq rayon ərazisində bələdiyyə sədri, RİH Başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələrini təyin etdirdiyini, torpaq və tikinti icazələrinə onun nəzarət etdiyini, Şamaxı RİH-nin ərazi icra nümayəndələrinə motorola markalı telefon verərək onlardan aylıq 20 manat pul yığmağını, kənd təsərrüfatlı təyinatlı torpaqlarda tikintiyə icazə verdiyini, xalqı dövlətdən narazı salmağı, barəsində tükənmiş məmur, dövləti aldatmağa çalışan, iyrənc şəbəkə qurucusu kimi ifadələr işlətməklə eyni məzmunlu dövlətə xəyanət etdiklərini qərəzli olaraq bildirərək ağır cinayətdə ittiham etməklə ona böhtan atmışdır. Onu da qeyd edir ki, Paşayev Fadil Tahir oğlu şəxsi fasebook səhifəsində qeyd edir ki, güya o müəyyən şəxslərdən rüşvət alaraq onları bələdiyyə sədri vəzifələrinə təyin etmişdir. İlk öncə demək istəyir ki, onun hər hansı vəzifəyə təyinat verəcək səlahiyyəti yoxdur. Hazırda tutduğu vəzifəyə təyin olunduğu vaxt respublika ərazisində keçirilmiş bələdiyyə seçkilərinə təsadüf etmir. Bələdiyyə seçkiləri keçirilən zaman o Şamaxı RİH-də hazırki vəzifədə işləməmişdir. Paşayev Fadil Tahir oğlunun haqqında dediklərinin böhtan və təhqir olması bu halla yanaşı şahid ifadələri və təqdim edəcəyi digər dəlillər ilə tam sübut olur. Paşayev Fadil Tahir oğlu şəxsi facebook səhifəsində və baş redaktoru olduğu Konkret.az xəbər səhifəsində qeyd etdiyi siyahıda göstərilən güya ona rüşvət vermiş şəxslər ifadə verərək bildirmişlər ki, Cümşüd Nuriyevin onların adını rüşvət verməkdə hallandırmasından xəbərləri olmayıb, həmin şəxslər ifadələrində onlar barəsində deyilənləri rədd edərək həmin ifadələrin həqiqətə uyğun olmadığını bildirmişlər. Belə ki, öz təklifi və razılığı ilə şahid kimi ifadə vermiş X11 göstərmişdir ki, 2021-ci ilin mart ayından Şamaxı Rayon İcra Hakimiyyətinin Başçısının Mədrəsə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin olunmuşdur. Müxtəlif xəbər portallarında eləcə də daha sonra “YouTube” video paylaşım və sosial media platformasında Cümşüd Nuriyevin çıxışlarının birində görmüşdür ki, Cümşüd Nuriyevin göstərərək təqdim etdiyi Şamaxı RİH-nin ərazi idarə etmə və yerli özünü idarə etmə orqanları ilə iş şöbəsinin müdiri X1 rüşvət verənlərin siyahısında onun da adı vardır. O dərhal bununla bağlı Mərdan Nəhmətova məlumat verərək Cümşüd Nuriyevin barəsində qanuni ciddi tədbir götrülməsi üçün aidiyyatı orqanlara müraciət olunması ilə bağlı xahiş etmişdir. Fadil Paşayev və digərlərinin Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı cənab Tahir Məmmədov, X6 və onun barəsində sosial şəbəkələrdə, “YouTube” video paylaşım və sosial media platformasında dedikləri və müxtəlif xəbər portallarında bu məsələ ilə bağlı eyni məzmunlu yayılmış xəbərlər qərəzlidir, qaralama kampaniyasıdır, tam əsassızdır, yalandır və böhtandır. Çünki həmin deyilənlər və eyni məzmunlu yayılan xəbərlərdə göstərilən halların heç biri olmamışdır. Arif Feyzullayev bildirmişdir ki, o nəinki Mərdan Nəhmətova hətta heç bir şəxsə rüşvət kimi heç bir maddi imtiyaz verməmişdir. Öz təklifi və razılığı ilə şahid qismində protokollaşdırılmaqla sorğu sual olunan X8, X28, X20, X16, X7, X2, X29, X17, X3, X12, Mustafayev xamis Xanmusa oğlu, X13, X24, X21 və Mamedov Mehman ataş oğlu şahid X11 ilə eyni məzmunda ifadə vermişlər. Qeyd edir ki, Paşayev Fadil Tahir oğlu tərəfindən böhtan edilərək ittiham olunduqları cinayətlər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ağır cinayətlər kateqoriyasına aiddir. Paşayev Fadil Tahir oğlu şəxsi Facebook səhifəsində dəfələrlə qərəzli şəkildə barəsində yazdığı ifadələr, tam əsassız olaraq yuxarıda qeyd etdiyim ağır cinayətlərdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovu, RİH-nin digər vəzifəli şəxslərini eləcə də onu ittiham edərək böhtan atmışdır və hərəkətləri hələ də dava etməkdədir. Paşayev Fadil Tahir oğlu tərəfindən barəmdə aşağıdakı böhtan ifadələri işlədilmişdir: Şamaxı Rayon İcra Hakimiyyətinin ərazi və yerli özünüidarəetmə şöbəsinin müdiri X14 dəhşət yaşanır. Sakinlər boğaza yığılıb. Uzun illər saxta diplomla Qobustan Rayon Hərbi Komissarı işlədiyi iddia edilən Mərdan Nəhmətov təqaüdə çıxdıqdan sonra Tahir Məmmədovun dövründə söbə müdiri vəzifəsinə isə düzəlib. Yerlərdə icra nümayəndələrini, müavinləri, bələdiyyə başçılarını rüşvət müqabilində isə götürür. Bununla baqlı siyahı da var. Kimin nə qədər pul verdiyi ilə baqlı sübut və iddialar da mövcuddur. Lazım gəldikdə bəzi icra nümayəndələri bunu təsdiq edəcəklər. İsin dəhşətli tərəflərindən biri də odur ki. Mərdan Nəhmətov hər icra nümayəndəsinə motorola telefonları verib və aylıq onlardan 20 manat pul toplayır. Bu adam əsl "istedad"dır. Pasdan da pul çıxarır. Pas dedim yadıma onların ailə məzarlığı düşdü. Deməli, rayonun təmiri zamanı alınan və va sökülən das üzlükləri doğmalarının qəbir daşlarına vurdurmağa cəhd edib. Deyəsən, qarşısı qismən alınıb. Xülasə, torpaq və tikinti icazələrinə birbaşa Nəhmətovun nəzarət etdiyi deyilir. Şamaxıda bir sıra bahalı verlərdə torpaq və villalara, obyektlərə sahib oldudu barədə konkret fotoşəkillər və sənədlər var. Kənd təsərrüfatı təyinatlı torpaq sahələrində tikintiyə icazə verən (bununla baölı foto və səsvazıları var) Mərdan Nəhmətov törətdiyi qanunsuzluqlarla bağlı iddialara görəsən, nə cavab verəcək? Deməli, dünən Şamaxı Rayon icra Hakimiyyətinin ərazi və yerli özünüidarəetmə şöbəsinin müdiri Mərdan Nəhmətovla baölı paylaşım etdikdən sonra saxta profildən təhqir olundum. Sonra naməlum nömrədən "WhatsApp" nömrəsi ilə edilən zənglə təhdid və ən ağır səkildə təhqir olundum Sizə bir söz deyim, məni qınamayın. Elə bilməyin ki, bizim mövzumuz yalnız yerlərdəki məmurların özbaşınalığı, korrupsiya və rüşvətxorluqdur. Əsla. Zatən gectez ölkənin hüquq- mühafizə orqanları bu qanunsuzluqlar haqqında ciddi tədbirlər görürlər. Elə Şamaxı Rayon icra Hakimiyyətinin bascısı Tahir Məmmədov və şöbə müdiri Mərdan Nəhmətov haqqında da nə vaxtsa ölçü götürüləcək. Buna sübhəm yoxdur. Olsaydı, Azərbaycanda bir gün də yaşamazdım. İstəyimiz tamam başqadır. Məsələnin ən qorxulu tərəfi odur ki. səlahiyyəti olan çinovniklər, onların sağ əli olan şəxslər xüsusi canfəşanlıqla insanları dövlətdən narazı salmaq istəyirlər. Bunun üçün əllərindən gələn hər sevi edirlər. Mərdan Nəhmətov kimilər heç inanmaq istəmirlər ki, onların da vaxtı, vədəsi var. Elədiklərinə görə tək-tək hesab verəcəklər. Amma camaat yazıqdır. Şamaxılılarda dövlətə, dövlətçiliyə münasibətinə zədə vurmada çalışırlar. Əbəsdir. Bu rayonun zəhmətkeş insanlarını yaxşı tanıyıram. 44 günlük müharibədə nə qədər şamaxılı könüllü olaraq orduya yazıldı. Orada vasavan hər kəsdə dövlətə, Vətənə bağlılıq, sadiqlik gördüm. Amma söhbətlərdə təəssüflə danışırlar ki, görəsən, əlaqədar qurumlar buradakı özbaşınalığı görmürlər? Onları əmin etdim ki, görürlər, bilirlər. Sadəcə hər sevin zamanı var. Nə isə, av tükənmiş məmurlar etməyin, eləməyin, onsuz da özbaşınalıqların qarşısı alınacaq. Bundan əmin olun. Yaxşısı budur ki. ictimailəsən fakt və iddiaları bundan sonra yaxşı isinizlə, səmərəli fəaliyyətinizlə təkzib edin. And olsun tək olan Allaha ki. çirkin oyunlar qurmaqla planlarınıza nail olmayacaqsınız. Zatən çirkabın içindəsiniz. Pulla, şirnikləndirici vədlərlə ələ alacağınız, öz tayınız olan adamlarla dövləti aldada bilməyəcəksiniz. Əlahəzrət faktlar, sübuta cox da ehtiyacı olmayan iddialar var ortada. Mərdan Nəhmətov haqqında müvafiq dövlət strukturları xüsusi araşdırma aparsalar, bilmədiyimiz daha nələr çıxar, bunu bir Allah bilir.Yeri qəlmişkən, iyrənc şəbəkə qurmaq əvəzinə, turistlərin səkil çəkdirdiləri əraziləri zibillərdən təmizləyin. Elə bu fotolar onu göstərir ki, zibil içində itibbatırsınız. Mətnlərin məzmunundan göründüyü kimi Paşayev Fadil Tahir oğlu sosial şəbəkədə həqiqətə uyğun olmayan, qərəz və yalanlardan ibarət, böhtan xarakterli, uydurma, şəxsiyyətin şərəf və ləyaqətini ləkələyən və onu ictimaiyyət qarşısında nüfuzdan salan müsahibə verərək, yalan məlumatları kütləvi informasiya vasitəsi olan sosial şəbəkələrdə yayaraq onu ağır cinayətdə ittiham edərək böhtan atmış və eyni zamanda məni təhqir etmişdir. Paşayev Fadil Tahir oğlunun tərəfindən qeyd olunan əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən məsuliyyətə səbəb olduğundan və onun bu qanuna zidd cinayət əməlləri hələ də davam etdiyi üçün tərəfimdən onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün Xüsusi İttiham qaydasında məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Paşayev Fadil Tahir oğlunun Facebook sosial media platformasında və Konkret.az xəbər portalında Şamaxı Rayon İcra hakimiyyətinin başçısı barədə də həqiqətə uyğun olmayan təhqir və böhtan xarakterli ifadələr işlətmişdir. Paşayev Fadil Tahir oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini və həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş ən ağır cəza ilə cəzalandırılması barədə qərar qəbul edilməni xahiş edir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 və onun nümayəndəsi vəkil Müdafiəçi1 Tofiq oğlu şikayət ərizəsinin mahiyyətinə uyğun çıxış edərək, xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Paşayev Fadil Tahir oğlu şikayət ərizəsinin dəlillərinə etiraz edərək bildirmişdir ki, Şamaxı rayon İH-nın başçısı X27 gələndə özü ilə 3 nəfər kassir gətirmişdir. Birincisi, X22 özünə köməkçi götürmüş və kadırlar işinə o baxır. Akif adlı bibisinin ərini maliyyə, zəlzələ və abadlıq işlərinə baxır. Araz adlı əmisi oğlu isə memarlıq üzrə gətirmişdir. Onun icazəsi olmadan heç kim ev tikə bilməz. Lakin həmin 3 nəfərin heç biri rəsmi rayonda işçi deyildir. X27 İcra Başçısı gələndə elə bilir ki, Şamaxını özəlləşdirib, atasının xüsusi mülkiyyətidir. Həmin adamlar öz sahələri üzrə bütün pulları yığıb, başçıya verirlər. İki ildən sonra şamaxılıların haqlı narazılıqlarından və şikayətlərindən sonra Şamaxıdan çıxıb getdilər. Gedəndən sonra, işdən qovulmuş təqaüdçü hərbiçini prezidentin kadırların gəncləşdirəmə siyasətinin əlehinə olaraq, yaşlı rüşvətxor, korrupsiyaner X4 İH-nin ərazi idarəetmə şöbəsinə müdir təyin edilmişdir. Bütün rüşvətləri də X1 yığdırır. Şamaxıda kadırların seçilib yerləşdirilməsində ciddi qanun pozuntusu ilə aparılır. İşə qəbul olmaq istəyənlərin şərəf və ləyaqətinə, aldığı ixtisasa hörmət edilmir. Prezidentin kadırların gəncləşdirilməsi əlehinə olaraq İcra Başçısı öz marağına DİM-in imtahanından keçməyən savadsız, səriştəsiz və pensiyaçı pis işinə görə hərbidən qovulan Mərdan Nəhmətovu layiq olmadığı vəzifəyə gətirdi sonra Mərdan Nəhmətov da kadırların seçilib yerləşdirilməsində heç bir qanun tanımır, kadırları şəxsi maraq məqsədilə işə təyin etdirir. Belə ki, onun işə təyin etdirdiyi işçilər, hərbidən Polisdən pis işinə görə qovulmuşlar. Eyni zamanda idmançılar, kitabxanaçılar, artistlər yəni qeyri- ixtisas sahiblərini İcra Nümayəndəliyində mühasib vəzifəsinə təyin etdirmişdir. X15 İH-nin ərazi idarəetmə şöbəsinə müdir təyin etdiləndən sonra işə götürdüyü şəxslərin əksəriyyəti DİM-in imtahamndanda keçməyənlər pis işinə görə işdən qovulanlardır. Əgər İcra Başçısı Tahir Məmmədov və Mərdan Nəhmətov həmin adamlardan rüşvət almayıbsa onda niyə görə DİM-in imtahanından keçməyən və qeyri ixtisas sahiblərini niyə qanunsuz işə təyin etmişlər. Barəsində verilmiş xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul olunmasından imtina edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 tərəfindən poçt vasitəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə ünvanlandığı teleqramdan görünür ki, Paşayev Fadil Tahir oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmiş, hazırda həmin şikayətindən imtina edir və şikayətindən imtinasının nəzərə alınmasını xahiş etmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. 38.4-cü maddəsinə əsasən cinayət təqibi cinayət məsuliyyətini istisna edən hallar aşkar edilənədək və ya bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada dövlət ittihamçısı, yaxud xüsusi ittihamçı cinayət təqibindən imtina edənədək həyata keçirilməlidir. CPM-in 39.1.9-cu maddəsinə əsasən zərər çəkmiş şəxslə təqsirləndirilən şəxs barışdıqda (cinayət təqibi yalnız xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 41.7-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi yalnız zərər çəkmiş şəxsin iradəsindən asılıdır. Bu halda xüsusi ittiham qaydasında şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilməlidir. CPM-in 43.1.1-ci maddəsinə məhkəmə baxışı gedişində dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli, 3 nömrəli Qərarının 17-ci bəndinə görə xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibinə xitam həmçinin xüsusi ittihamçının irəli sürdüyü ittihamdan imtina etdiyi və ya üzrlü səbəblər göstərmədən təkrarən məhkəmə iclasına gəlmədiyi hallarda da verilir (CPM-nın 43.1.1 və 43.2-ci maddələri). Məhkəmə tərəfindən xüsusi ittiham qaydasında şikayət üzrə qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla xitam verilməsi haqqında qərarın qəbul edilməsi zərərçəkmişin təkrarən eyni ittiham üzrə məhkəməyə müraciət etməsini istisna edir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 fevral 2009-cu il tarixli qərarına görə Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.2, 39.1.9 və 41.7-ci maddələrinə əsasən zərər çəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması xüsusi ittiham qaydasında cinayət təqibinin həyata keçirilməməsinə, belə barışma məhkəmə müşavirə otağına gedənədək əldə olunduqda isə cinayət təqibinə xitam verilməsinə şərtsiz əsasdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməmişdir; zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmiş; maddi sübut qismində hər hansı əşya, predmet tanınmamış; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Bundan başqa, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsə məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayətindən imtina etdiyinə görə xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibinə xitam verilməlidir. Nəticə: Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 41, 43, 186, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Paşayev Fadil Tahir oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2ci və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydası üzrə icraata xitam verilsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsə məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Qərardan rəsmi qaydada verildiyi gündən 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən : Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-530/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-530/2023
19.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver