Məhkəmə qərarları › İş №1(012)-530/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-530/2024

12.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-530/2024 12.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Abusət Sahib oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1976-cı il tarixdə Şamaxı rayonu, Poladlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qobustan rayonu, Poladlı kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, S. Ə.Şirvani küçəsi, fərdi evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra-CM) 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 09 yanvar 2024-cü il tarixdə saat 22 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, X5 küçəsində yerləşən fərdi yaşayış evində orta dərəcəli alkoqol sərxoşluğunda olarkən övladı Zərərçəkmiş şəxs ona spirtli içki qəbul etməsi ilə bağlı şifahi irad bildirməsindən əsəbiləşərək bununla bağlı ailə daxili münasibətlər zəmnində aralarında yaranmış narazılıq üstündə mübahisə edib, həmin mübahisə əsnasında evin otağında masanın üzərində olan məişət əşyası hesab edilən təsərrüfat təyinatlı mətbəx bıçağını götürüb həmin bıçaqla Zərərçəkmiş şəxs üzərinə hücum edib sonuncunun özünü qorumaq üçün qarşıya verdiyi sol əlinin ovuc hissəsindən bir dəfə qəsdən zərbə vuraraq Zərərçəkmiş şəxs sol əlin ovuc səthinin bir ədəd kəsilmiş yarası ilə müşaiyət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarət yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə baxışı zamanı cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü CM-in 128-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, barəsində şikayət edən Zərərçəkmiş şəxs onun övladıdır. xx.xx.2024-cü il tarixdə övladı Zərərçəkmiş şəxs hərbi xidmətini başa vurub sağ-salamat evinə geri dönmüşdür. O, da bununla əlaqədar xx.xx.2024-cü il tarixdə yaşadığı evində ailə üzvləri ilə birgə yığıncaq təşkil etmiş və bu səbəbdən evdə spirtli içki qəbul etmişdir. Həmin gün saat 22 radələrində masada oturub yuxulayakən oğlu Heydər onu oyadıb “az iç də, stollarda yatıb qalırsan”demişdir. Heydərin bu sözü ona təsir etmiş və onunla aralarında sözlə mübahisələri olmuşdur. Həmin vaxt əsəbi halda masanın üzərində olan mətbəx bıçağını götürüb Heydəri vuranda bıçaq Heydərin sol əlinə dəyərək xəsarət yetirmişdir. Həmin vaxt əsəbi olmuş və Heydər onun qolundan tutub mətbəx bıçağı əlindən alıb yerə tullamışdır. Bu zaman arvadı Şahid2 ilə qızı Şahid1 onu tutub otağa aparmış və sonra onu sakitləşdirmişlər. Oğlu Zərərçəkmiş şəxs polisə məlumat vermiş və evə polis gələcəyini bildikdə qorxub yerdə olan oğlunu vurduğu mətbəx bıçağını götürüb küçəyə çıxıb yol kənarına tullamışdır. Daha sonra isə bıçağı tapa bilməmişdir. Baş vermiş mübahisə təxminən 5-6 dəqiqə davam etmişdir. Həmin vax orada arvadı Şahid2 və övladı Şahid1 olmuşdur. Hadisə zamanı oğlu Zərərçəkmiş şəxs Teyfur oğlu ona heç bir xəsarət yetirməmişdir. Hazırda törətdiyi əməldən peşmandır və Zərərçəkmiş şəxsla barışmışdır. Məhkəməyə ərizə təqdim edərək, Zərərçəkmiş şəxsla barışdığını və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Teyfur oğlu bildirmişdir ki, hərbi xidmətdən tərxis olduqdan sonra xx.xx.2024-cü il tarixdə yaşadığı Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən evinə gəlmiş və buna görə də yaşadığı evdə ailə üzvləri ilə birgə yığıncaq təşkil etmişlər. Yığıncaqda atası spirtli içki qəbul edib başını masanın üzərinə qoyub yatdığı üçün anası ona demişdir ki, “get atanı oyat gedib otağında yatsın”. O da, atasını oyadıb onun qoluna girib otağına aparmaq istəmişdir. Bu zaman atası əsəbiləşib onun ünvanına nalayiq ifadələr işlətmişdir. Sonra atası mətbəx bıçağı ilə onu vurmaq istəyəndə o, öznü qorumaq üçün dərhal əlini bıçağa tərəf vermişdir. Bıçaq onun sol əlinə dəymiş və xəsarət almışdır. Həmin vaxt atası Teyfurun əlindən bıçağı alıb yerə tullamış, sonra isə anası Şahid2 və bacısı Şahid1 atasını sakitləşdirib otağına aparmışlar. Əsəbləşərək hadisə ilə bağlı mobil telefonu ilə DİN-nin “102 Xidməti-Zəng mərkəzi siteminə” zəng edib məlumat vermişdir. Baş vermiş mübahisə təxminən 5-6 dəqiqə davam etmişdir. Hazırda atası ilə barışmış və ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəməyə ərizə təqdim edərək, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını və hazırda ondan heç bir şikayət və tələbinin olmadığını bildirərək iş üzrə icaata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ona elan edilmiş CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində CM-in 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat işi açılmış və icraata qəbul edilmişdir. "MTE və PA ETT Birliyi" X4 Abşeron rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 90 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarət - sol əlin ovuc səthinin bir ədəd kəsilmiş yarası kəsici kənara malik olan iti alətin təsirindən müayinədən 1-2 gün əvvəl törənmişdir, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixinə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Vət. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni başqa şəxs tərəfindən bıçaqla vurulan zərbənin nəticəsində bıçağın tiyəsinin kəsici kənarının təsirindən əmələ gələ bilərdi. Vət. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət xarakterinə və yerləşmə yerinə görə belə demək olar ki, həmin xəsarətin Zərərçəkmiş şəxs öz boyu hündürlüyündən yıxılaraq iti əşyaya dəyməsi nəticəsində əmələ gəlməsi və şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxsla ilə barışmışdır və hazırda ondan heç bir şikayət və tələbi yoxdur. Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Zərərçəkmiş şəxsla barışmış və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Ona görə də, məhkəmədən barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə, məhkəməyədək sadələşdirilmiş icraat materilaı üzrə əməli törətmiş şəxsə qarşı irəli sürülmüş və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, əməli törtəmiş şəxs Təqsirləndirilən şəxs iş üzrə Zərərçəkmiş şəxsla barışmışdır və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Göstərilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, CM-in 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-in 128-ci maddəsi ilə cinayət təqibinə CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. Müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak edərək əməli törətmiş şəxs Təqsirləndirilən şəxs oğlunun hüquqlarının müdafiəsinə ümumilikdə 20 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin iş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 162, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Abşeron rayon Məhkəməsi vasitəilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar