Məhkəmə qərarları › İş №1(012)-531/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-531/2021

26.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-531/2021 26.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 iştirakı ilə xx.xx.1970-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, ev 185, inzibati binada qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 13 iyul 2021-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd qara rəngli siqaret kağızına bükülmüş bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxil olan ümumi 0,519 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib əynində olan açıq qəhvəyi rəngli şalvarının sağ yan cibinə qoyaraq özü ilə Abşeron rayonu, Saray qəsəbəsinə daşımaqla üzərində saxlamış, 13.07.2021-ci il tarixdə saat 16:20 radələrində Abşeron RPİ-nin Saray PB-nin əməkdaşları tərəfindən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində saxlanılıb Abşeron RPİ-nə gətirilərək idarənin inzibati binasında üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan açıq qəhvəyi rəngli şalvarının sağ yan cibindən həmin bir ədəd qara rəngli siqaret kağızına bükülmüş bükümdə olan, kustar üsulla hazırlanmış 0,519 qram çəkidə narkotik vasitə olan heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, ev 185-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən fərdi evdə yaşayır. Bildirmişdir ki, 13.07.2021-ci il tarixdə saat 13:00 radələrində o, Abşeron rayonu, Saray qəsəbəsində olarkən yerdə bir ədəd qara rəngli kağız büküm görmüşdür. Həmin büküm diqqətini cəlb etdiyi üçün yerdən götürüb içərisinə baxdıqda içərisində heroin olduğunu görmüşdür. Bildirmişdir ki, o, narkotik vasitə aludəçisi olduğuna görə həmin bükümü açıb baxarkən bükümün içərisindəki kütlənin narkotik vasitə olan heroin olduğunu tanımışdır. Ona görə də həmin narkotik vasitəni sonra istifadə edəcəyi üçün cibinə qoymuşdur. 13.07.2021-ci il tarixdə saat 16.20 radələrində o, Abşeron rayonu, Saray qəsəbəsində Yeni yaşayış massivində yol kənarında dayanıb siqaret çəkən zaman bir nəfər polis əməkdaşı ona yaxınlaşaraq onun anket məlumatlarını soruşmuşdur. O da polis əməkdaşına lazım olan məlumatları vermişdir. Daha sonra onu Abşeron RPİ-nə dəvət etmişlər və o, heç bir etiraz etmədən polis əməkdaşları birlikdə Abşeron RPİ-nə gəlmişdir. Abşeron RPİ-də olduğu zaman üzərinə video çəkilişlə şəxsi axtarış keçiriləcəyi ona izah olunmuşdur. Bundan sonra onun üzərinə dövlət hesabına tutulmuş vəkilinin iştirakı ilə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı əynində olan açıq qəhvəyi rəngli şalvarın sağ yan cibindən bir ədəd siqaretin qara rəngli kağızına bükülmüş bükümdə narkotik vasitə heroini çıxarıb polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, 13.07.2021-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində tapmışdır. Sonra üstündən aşkar edilmiş narkotik vasitə heroin polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri möhürlənmişdir. Polis əməkdaşları tərəfindən ona izah edilmişdir ki, “üzərimdən aşkar edilmiş maddə çəkisinin və tərkibinin müəyyən edilməsi məqsədilə ekspertizaya göndəriləcəkdir”. Sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, o, özü də protokolla tanış olub düzgün yazıldığını bildikdən sonra hər bir vərəqinin axırına imzalar etmişdir. Həmçinin digər iştirakçılar da imza etmişlər. Polis idarəsində təhqiqatçı tərəfindən izahatı alınmışdır. Sonda o, əməlindən səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsindən görünür ki, o, Abşeron RPİ-nin Saray PB-nin sahə rəisi vəzifəsində işləyir, polis baş leytenantıdır. 13 iyul 2021-ci il tarixdə saat 16.20 radələrində o, Abşeron rayonu, Saray qəsəbəsində xidmət apararkən Yeni yaşayış massivində yol kənarında bir nəfər şəxsin dayandığını və özünü şübhəli kimi apardığını görüb həmin şəxsə yaxınlaşaraq özünü təqdim edib həmin şəxsdən adını soyadını soruşmuşdur. Həmin şəxsin danışığından hiss etmişdir ki, həmin şəxs ona özü barədə düzgün məlumat vermədiyi üçün onda həmin şəxsin barəsində tam olaraq şübhə yaranmış və buna görə də o, həmin şəxsi Abşeron rayon polis idarəsinə dəvət etmişdir. Həmin şəxs onunla bir yerdə Abşeron rayon polis idarəsinə gəlmişdir. İdarədə məlum olmuşdur ki, həmin şəxs xx.xx.1970-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, ev 185-də qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən fərdi evdə yaşayan Təqsirləndirilən şəxsdur. İdarədə o, idarə rəisinin adına raportla müraciət etmiş və idarə rəisinin göstərişi əsasında otaqların birində təhqiqatçı Cavanşir Mansirov tərəfindən dövlət hesabına tutulmuş vəkilin iştirakı ilə video çəkiliş vasitəsi ilə Bakı şəhər sakini Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmağa başlanmışdır. Şəxsi axtarış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs təhqiqatçı Cavanşir Mansirov tərəfindən hüquq və vəzifələri izah edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilən hər hansı bir əşya və ya predmet varsa təqdim etməyi bildirilərkən Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ cibindən bir ədəd siqaretin qara kağızına bükülmüş bükümü çıxararaq təqdim etmişdir. Həmin bir ədəd siqaretin qara kağızına bükülmüş bükümün içərisinə baxdıqda qəhvəyi rəngli tozşəkilli maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, “əynində olan şalvarının sağ cibindən çıxararaq təqdim etdiyi bir ədəd siqaretin qara kağızına bükülmüş bükümdə narkotik maddə olan heroindir, 13.07.2021-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində tapmış, özü ilə Abşeron rayonu, Saray qəsəbəsinə daşıyaraq üzərində saxlamışdır. Təqsirləndirilən şəxs onu da demişdir ki, “o narkotik vasitəni özü istifadə etdiyi üçün alıb, həmin narkotik maddəni yalnız özü istifadə edəcəkdir”. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə iştirakçıların yanında qablaşdırılaraq müvafiq qaydada möhürlənib götürülmüşdür. Bununla bağlı təhqiqatçı tərəfindən protokol tərtib olundu və onlar da həmin protokola imaza etmişlər. Sonra isə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izahatı alınmışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 14.07.2021-ci il tarixli 6/2860 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən..”aşkar olunmuş sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,519 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi-0.519 qram, tədqiqata sərf edildi-0.050 qram, qalıq-0.469 qram. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Republikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısına daxil (Siyahı 1) daxildir”. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 28.08.2021-ci il tarixli 3123 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs PİOİDLƏRİN və Kannabioidlərin birgə qəbulu nətcəsində ASİLLİQ SİNDİROMU NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 13.07.2021-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs əynində açıq qəhvəyi rəngli şalvarın sağ yan cibindən bir ədəd qara rəngli siqaret kağızına bükülmüş bükümü təqdim edib həmin bükümün içərisində olan kütlənin narkotik vasitə olan heroin olduğunu bildirib, həmin kütləni 13.07.2021-ci il tarixdə tapıb öz şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirdi. Həmin bükümün içərisinə baxdıqda orada qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlənin olması müəyyən edilmişdir. Sübutların qiymətləndirilməsi haqqında 14.09.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman götürülmüş və ekspertizadan sonra 0,469 qram qalmış narkotik vasitə olan heroinin maddi sübut kimi tanınması və saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilməsi nəzərə alınmış, bir ədəd DVD diski iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 11.09.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, Bakı şəhəri Ağır Cinayətlərə dair məhkəmənin 09.06.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinərən 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa sonuncu dəfə Dəvəçi rayon məhkəməsi 26.11.2008-ci il tarixli hökmü ilə Azərbaycan Rspublikası CM-nin 177.2.2; 177.2.3-cü maddələri ilə təqsirli bilinərək ümumilikdə 13 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını sonunadək çəkərək 15.01.2021-ci il tarixdə azadlığa buraxılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.4 maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən 06 il keçdikdə məhkumluq ödənilmiş sayılır. Ona görədə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş sayılır. İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs 13.07.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 15.07.2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında Abşeron Rayon Məhkəməsinin 4(012)-367/2021 saylı, 15.07.2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 13.07.2021-ci il tarixdən hesablanmaqa 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması iş materiallarında olan sənədlərlə sübuta yetirilmişdir. Belə ki, məhkəmə baxış iclasında 01 ədəd DVD diskə baxış keçirlərkən, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs əynində açıq qəhvəyi rəngli şalvar, boz rəngli qısaqol idman köynəyi, ayağında tərlik, ağzında mavi rəngli tibbi maska olan qarbuğdayı ortaboylu şəxs əynində olan şalvarının sağ cibindən bir ədəd siqaretin qara kağızına bükülmüş bükümü çıxararaq təqdim etdi. Həmin bir ədəd siqaretin qara kağızına bükülmüş bükümün içərisinə baxdıqda qəhvəyi rəngli tozşəkilli maddə aşkar olunmuşdur.Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, əynində açıq qəhvəyi rəngli şalvar, boz rəngli qısaqol idman köynəyi, ayağında tərlik, ağzında mavi rəngli tibbi maska olan qarbuğdayı ortaboylu şəxs onun özüdür, bildirdi ki, əynində olan şalvarının sağ cibindən çıxararaq təqdim etdiyi bir ədəd siqaretin qara kağızına bükülmüş bükümdə olan narkotik maddə heroindir, 13.07.2021-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsinə olarkən yoldan tapmış və özü ilə Abşeron rayonu, Saray qəsəbəsinə daşıyaraq üzərində saxlamışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilənin göstərilən əməli törətməkdə təqsirli olması şahidlərin ifadələri, ekspertlərin rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsini, peşman olması onun cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1 -ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-nin 18.1 -ci maddəsinə əsasən cinayətin residivi yaranır və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin, yəni üç ilin yarısından az ola bilməz. Məhkəməyədək icraat dövründə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 13.07.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 81,82 (səksən bir manat səksən iki qəpik) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0.469 qram narkotik vasitə heroin məhv edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaqı zamanı Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi 40 (qırx) saat hüquqi yardıma görə 240 (iki yüz qırx) manat məbləğində pul, məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil X2 göstərdiyi 20 (iyirmi) saat hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 13.07.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə 81,82 (səksən bir manat səksən iki) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi Abşeron rayon Pİ-də saxlanılan qalıq çəkisi 0.469 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçinin məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaqı zamanı Abşeron rayon vəkil bürosunun Müdafiəçi göstərdiyi 40 (qırx) saat hüquqi yardıma görə 240 (iki yüz qırx) manat məbləğində pul, məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil X2 göstərdiyi 20 (iyirmi) saat hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar