Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-533/2020 21.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbayacan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti-6 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivi, Vüsal Xəlilov küçəsi, dalan 3, ev 3 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs o, istintaqa məlum olmayan mənbədən bir ədəd, zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş, 5,6 mm kalibirli, STRAJ modelli, təyinatı üzrə səs siqnalı vermək üçün nəzərdə tutulmuş, hissələri üzərində dəyişiklər edilmiş, ******* №-li revoliveri və zavod üsulu ilə istehsal olunmuş, 5,6 mm kiçik kalibirli 02 ədəd patronu qanunsuz olaraq əldə edib yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivi, Vüsal Xəlilov küçəsi, dalan 3-də yerləşən 3 nömrəli evdə qanunsuz olaraq saxlamışdır. xx xxxx 2020-ci ildə saat 13 radələrində Abşeron RPİ-nin əməkdaşları daxil olmuş məlumat əsasında həmin evdə keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib saxladığı həmin bir ədəd, zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş, 5,6 mm kalibirli, STRAJ modelli, təyinatı üzrə səs siqnalı vermək üçün nəzərdə tutulmuş, odlu silah hesab edilməyən, hissələri üzərində dəyişiklər edilmiş, 5,6 mm kiçik kalibirli məşq, təlim Marqolin tapança və TOZ modelli yivli ov tüfəngləri üçün nəzərdə tutulmuş patronlarla atəş açmaq mümkün olan, hal-hazırda texniki cəhətdən atəş üçün yararsız olan, ******* №-li revoliveri və 5,6 mm kiçik kalibirli olmaqla, Marqolin konstruksiyalı tapançalardan və TOZ modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sürsütı hesab edilən və atəş üçün yararlı olan 02 ədəd patronu aşkar edib götürmüşlər. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, anası ilə birlikdə Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivi, Vüsal Xəlilov küçəsi dalan 3, ev 3 ünvanında yaşayır, əvvəllər məhkum olunmuş, 2015-ci ildə cəzasını çəkib qurtardıqdan sonra yaşadıqları evə qayıtmışdır. 2020-ci ilin fevral ayında tarixini dəqiq xatırlamadığı gündə Sumqayıt şəhərində maşın bazarının yaxınlığında mağazadan su alıb yolun sağ kənarı ilə piyada getdiyi vaxt yoldan 2-3 metr kənarda qırmızı rəngli bir ədəd sellofan torbada nəsə olduğunu görüb, həmin sellofana baxmış, sellofanın içərisində qara rəngli, baraban tipli, bir tapança, həmin tapançada istifadə etmək üçün olan iki ədəd patron və ağ rəngli köynək olduğunu görüb, köynəyi həmin yerdə tullamış, tapança ilə iki ədəd patronu maraqlı olduğu üçün götürüb, sellofan torbada özü ilə Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivi, Vüsal Xəlilov küçəsində yaşadığı evə aparıb evin zirzəmisində gizlətmişdir. xx xxxx 2020-ci il tarixdə saat 14:30 radələrində evdə olduğu vaxt Abşeron RPİnin əməkdaşları evin giriş qapısını döyərək onun yaşadığı evdə qanunsuz silah saxlaması ilə bağlı məlumatları olduğunu bildirib yaşadığı evə baxış keçirəcəklərini söyləyərək buna etrazının olub-olmamasını soruşduqda o, etirazının olmadığını bildirmiş və bu barədə ərizə yazdıqdan sonra polislər həyətə daxil olub, ondan evdə silah olub-olmamasını soruşmuş, o da yaşadığı evin zirzəmisində 4-5 ay əvvəl Sumqayıt şəhərindəki maşın bazarının yaxınlığında yolun kənarından tapdığı baraban tipli, bir tapança, həmin tapançada istifadə etmək üçün olan iki ədəd patron olduğunu bildirmiş, bundan sonra polis əməkdaşları onun huquqlarımın müdafiəsi üçün vəkil dəvət edib ona şübhəli şəxs kimi hüquq və vəzifələrini izah etdikdən sonra o, yaşadığı evin zirzəmisində saxladığı həmin tapançanın və patronlarıın olduğu yeri göstərmiş, polislər də videogörüntü ilə həmin silahı və patronları götürüb, baxış keçirdikdən sonra kağız zərfdə qablaşdırıb götürərək bu barədə protokol tərtib etmişlər. O da digər iştirakçılar kimi həmin protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Həmin silahı patronları ilə birlikdə gələcəkdə satmaq niyyəti ilə saxlamış, həmin tapançanı və yanındakı 2 ədəd patronu istifadə etməmişdir. Sonda o, tutuduğu əməldən peşman olmasını və bir daha belə hallara yol verməyəcəyini əsas gətirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili vəsifəsində işləyir, xx xxxx 2020-ci il tarixdə saat təxminən 13 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivi, Vüsal Xəlilov küçəsi dalan-3, ev 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz silah saxlaması barədə məlumat alıb dərhal həmin məlumatı RPİ-nin rəhbərliyinə məruzə edərək, müvafiq sənədləşmə aparıldıqdan sonra Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis mayoru Şahid2 və Abşeron RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı Rövşən Şahkərəmovla birlikdə həmin ünvana gedib Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz silah saxlamaqda şübhəli olduğunu bildirib yaşadığı evə baxış keçirəcəklərini söyləmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməməmiş, bu barədə ərizə yazdıqdan sonra onlar Xırdalan şəhər Vəkil Bürosundan vəkil dəvət edib, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələrini izah edib yaşadığı evdə qanunsuz saxlanılan əşya və predmet varsa könüllü təqdim etməsini təklif etmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisində 4-5 ay əvvəl Sumqayıt şəhərindəki maşın bazarının yaxınlığında yolun kənarından tapdığı bir ədəd baraban tipli tapança və həmin tapançada istifadə olunan iki ədəd patron olduğunu bildirib, tapançanı və patronları saxladığı yeri onlara göstərmiş, onlar da videoçəkilişlə həmin tapança və patronlar olan sellofan torbanı götürüb baxış keçirdikdən sonra kağız zərfə qoyaraq qablaşdırıb, bu barədə protokol tərtib etmişlər. Orada olan iştirakçılar və o, həmin protokolu imzaladıqdan sonra aşkar etdikləri silahı və patronları götürüb Təqsirləndirilən şəxsla birlikdə polis idarəsinə aparmışlar. Təqsirləndirilən şəxs qeyd olunan silahı kimdən və hansı məqsədlə alması ilə bağlı müəyyən tədbirlər keçirilsə də heç bir müsbət nəticə əldə edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon Pİ-nin İctimai Təhlükəsizlik şöbəsinin polis sahə rəisi, polis mayoru Şahid2 da cinayət işi üzrə şahid qismində dindirilərkən Xəyyam Rüstəməmovun göstərdikləri xüsusatları bir daha təsdiq edərək oxşar məzmunlu ifadə verdi. İbtidai istintaq zamanı şahid qismində didirilmiş X2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, kiçik oğlu Təqsirləndirilən şəxsla birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivi, Vüsal Xəlilov küçəsində yerləşən evdə yaşayır. Samiq əvvəllər məhkum olunmuş, 2015-ci ildə həbsdən azad edildikdən sonra fəhləlik etməyə başlamış, daimi işi olmasa da bir çox hallarda işləyib pul qazanmışdır. Onun oğlu Samiqin birlikdə yaşadıqları evin zirzəmisində tapança və patron saxlamasından heç bir məlumatı olmamışdır. X6 Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə X6 Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində və məhkəmə zamanı şahid qismində dindirilmiş şəxlərin ifadələrini ittihamın mahiyyəti üzrə sübut növləri kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı nümayişetdirilərək tədqiq edilmiş, iş üzrə maddi sübut 1 ədəd “DVD” formatlı diskə yazılmış video görüntülərdə Təqsirləndirilən şəxs məxsus bir ədəd, zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş, ******* №-li revoliveri və 5,6 mm kiçik kalibirli olmaqla, Marqolin konstruksiyalı tapançalardan, həmçinin TOZ modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş, 02 ədəd patron aşkar olunaraq götürülməsi bir daha təsdiq olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş Azərbaycan Respublikası DİN-nin KTİ-si tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 20/296 R №-li məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd ******* №-li silah zavod üsulu ilə Rusiya dövlətində isehsal olunmuş, 5,6 mm kalibirli “STRAJ” modelli təyinatı üzrə səsli siqnal vermək üçün nəzərdə tutulmuş revoliverdir və odlu silah hesab edilmir. Lakin həmin revoliverin hissələrinin üzərində dəyişikliklər edildiyindən hal-hazırda 5,6 mm kiçik kalibirli məşq, təlim Marqolin tapança və TOZ modelli yivli ov tüfəngləri üçün nəzərdə tutulmuş patronlarla atəş açmaq mümkündür. Silah hal-hazırda texniki cəhətdən nasazdır və atəş üçün yararsızdır. Təqdim edilmiş 02 ədəd patronlar zavod üsulu ilə istehsal olunmuş 5,6 mm kiçik kalibirli olmaqla, Marqolun konstruksiyalı tapançalardan və TOZ modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sürsatıdır və atəş üçün yararlıdır. Həmin 02 ədəd 5,6 mm kiçik kalibirli patronlardan 01 ədədi eksperemental atəş zamanı istifadə olunmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivi, Vüsal Xəlilov küçəsi dalan 3 ünvanında yerləşən evinin zirzəmisindən aşkar edilib götürülmüş ona məxsus bir ədəd, zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş, ******* №-li revoliver və 5,6 mm kiçik kalibirli olmaqla, Marqolin konstruksiyalı tapançalardan, həmçinin TOZ modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş 02 ədəd patron iş üzrə maddi sübüt kimi tanınmış, həmin 02 ədəd patronun 01 ədədi eksperemental atəş zamanı istifadə olunduqdan sonra tapança ilə birlikdə saxlanılması üçün Abşeron RPİ-nə təhvil verilmişdir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Xidməti və mülki silah haqqında” Qanun) 2-ci maddəsinin 8-ci bəndinə görə odlu silah - barıtın və ya digər alışan maddələrin yanmasından yaranan enerji hesabına mərmisi istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi mexaniki zədələmək və ya sıradan çıxarmaq təyinatına malik olan silahdır. Sözügedən Qanunla bütün xidməti və mülki silahların, o cümlədən odlu silahın dövriyyəsi ilə bağlı qadağan olunan hərəkətlərin dairəsi müəyyənləşdirilmiş, onun əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi, habelə onun istehsalı və satışı müvafiq icazənin alınması ilə şərtləndirilmişdir (“Xidməti və mülki silah haqqında” Qanunun 3, 8 və 9-cu maddələri). Bu Qanun və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkətlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. Həmin maddəyə əsasən “qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə” cinayət əməlini təşkil edir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə” məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, CM-nin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir. Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədənin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. predmetlərdə gəzdirilməsi başa düşülməlidir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyi, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib sanksiyası həddində cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında ”Azərbaycan Respublikası AliMəhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət Qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-cimaddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.4-cü maddəsinə əsasən, məhkəmənin hökmü o halda qanuni hesab edilir ki, o, Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmış olsun. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, habelə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Qeyd olunan Məcəllənin 351.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ittiham hökmü məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək çıxarıla bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.1996-cı il tarixli 4 №-li qərarının 4-cü bəndində nəzərdə tutulmuş tövsiyyələrdən görünür ki, Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün mövcud ziddiyyətlər aydınlaşdırılıbqiymətləndirildikdən sonra, mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları,habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərəalmalıdır. İş materiallarında olan Daxili İşlər Nazirliynin Baş Əməliyyat və X1 məhkumluq barədə xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 275 000 manat cərimə cəzasına məhkum edilmiş, daha sonra Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, Azərbaycan Respublikası CMnin 93.1.4-cü maddəsi tətbiq edilməklə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apelyasiya məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə hökm dəyişdirilmədən qüvvəsində saxlanılmış və xx.xx.2015-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Göründüyü kimi Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. İş materiallarında olan Abşeron RİH 4 saylı MTİİTS tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Rəhimov X4 rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, dalan 3, döngə 3, ev 3 ünvanında qeydiyyatda olmaqla yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşmançılıq hissi keçirməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Ona görə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxshazırki cinayət işi üzrə xx.xx.2020ci il tarixdə şübhəli şəxs qismində tutulmuş,Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və məhkəmədə həmin qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilənşəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bu vaxta qədər həbsdə saxlanıldığı müddət nəzərə alınaraq cəza müddətinə daxil edilməli və onun cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan bir ədəd, zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş, ******* №-li revoliver və 5,6 mm kiçik kalibirli olmaqla, Marqolin konstruksiyalı tapançalardan, həmçinin TOZ modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş 02 ədəd patronların 01 ədədi eksperemental atəş zamanı istifadə olunduqdan sonra tapança Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddələrinə əsasən xüsusi müsadirə olunmalı və hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Bundan əlavə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanmalıdır. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına, Abşeron rayon Polis İdarəsinə və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində, məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və onun həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs”qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan və Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan bir ədəd, zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş, ******* №-li revoliver və 5,6 mm kiçik kalibirli olmaqla, Marqolin konstruksiyalı tapançalardan, həmçinin TOZ modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş 02 ədəd patronların 01 ədədi eksperemental atəş zamanı istifadə olunduqdan sonra tapança xüsusi müsadirə olunsun və hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut olan 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına, Abşeron rayon Polis İdarəsinə və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə həvalə edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində, məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-533/2020
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-533/2020
21.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver