Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-533/2021 08.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan Vəkil Bürosunun vəkili Müdafiəçi Adil oğlunun iştirakları ilə xx.xx.1990-cı ildə Abşeron rayonu, Mehdiabad qəsəbəsində anadan anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, fərdi əmək fəaliyyəti ilə məşğul olan, evli, orta təhsilli, əvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, C.Cabbarlı küçəsi ev 10/2-də qeydiyyatda olan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1ci maddələri ilə ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs toplanmış istintaq sübutları ilə təqsirləndirilir ondan ötrü ki, o, təkrarən yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli talayıb xeyli miqdarda ziyan vurmaqla oğurluq və satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, daşıma cinayətlərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyətilə 02.02.2021 -ci il tarixdə gecə saat 01 radələrində Zərərçəkmiş şəxs4 məxsus Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən fərdi yaşayış evinin dəmir barmaqlıqlarını sındırmaqla pəncərəni açma yolu ilə evə qanunsuz daxil olub oradan 160 manat dəyərində «Saft» markalı velosipedi və 110 manat dəyərində kombi mühəriki gizli olaraq talayıb oğurlamaqla zərərçəkmiş şəxsə ümumilikdə 270 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyyətilə 12.02.2021 -ci il tarixdə gecə saat 02 radələrində Zərərçəkmiş şəxs3 məxsus Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən fərdi yaşayış evinin pəncərəsini açma yolu ilə evə qanunsuz daxil olub oradan 01 ədəd 150 manat dəyərində xəncər, 01 ədəd 25 manat dəyərində «Absalyut» markalı spirtli içki, 04 ədəd hər biri 15 manat dəyərində «Sarskaya» markalı spirtli içki və 01 ədəd 80 manat dəyərində «Jakdaniels» markalı viskini gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 315 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyətilə təkrarən 13.02.202lci il tarixdə gecə saat 01 radələrində Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən fərdi yaşayış evinin pəncərəsini açma yolu evə qanunsuz daxil olub oradan 1 ədəd 100 manat dəyərində ət çəkən aparatı, 01 ədəd 50 manat dəyərində sok şəkən aparatı, 01 ədəd 50 manat dəyərində «Panasonik» markalı ev telefonu, 01 ədəd 45 manat dəyərində təziq ölçən aparatı, 100 manat dəyərində müxtəlif qab-qacaq və 01 ədəd 50 manat dəyərində «Qurani Kərim» kitabını gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 395 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyətilə təkrarən 14.02.2021-ci il tarixdə gecə saat 02 radələrində Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən fərdi yaşayış evinin pəncərəsini açma yolu ilə evə qanunsuz daxil olub oradan 01 ədəd 160 manat dəyərində kompressor, 01 ədəd 210 manat dəyərində drel və 02 top ümumi dəyəri 280 manat olan elektrik naqillərini gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 650 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyətilə təkrarən 17.02.2021 -ci il tarixdə gecə saatlarında Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs5 məxsus bağ evinin dəmir barmaqlıqlarını sındırmaqla pəncərəni açma yolu ilə evə qanunsuz daxil olub oradan 01 ədəd 800 manat dəyərində «LG» markalı 54 diqanallı televizoru, 01 ədəd 400 manat dəyərində «Vestel» markalı 40 diaqanallı televiroru, 01 ədəd 1200 manat dəyərində qaçış aparatını mühərrikini, 13 ədəd müxtəlif növdə, ümumilikdə 1500 manat dəyərində spirtli içkiləri, 01 ədəd 200 manat dəyərində kameranın «DVR» aparatını, 10 dəst ümumilikdə 2000 manat dəyərində ayaqqabıları, 1500 manat dəyərində «Tefal» qazan dəstini, 140 manat dəyərində qapı kilidlərini, 01 ədəd 50 manat dəyərində kişi kostyum dəstini, 800 manat dəyərində kişi və qadın ətirlərini, 1000 manat dəyərində dəsmallları, 200 manat dəyərində örtük dəstini, 01 ədəd 50 manat dəyərində divan örtüyünü, 200 manat dəyərində ədyalı, 01 ədəd 500 manat dəyərində avtomobil tentini, 01 ədəd «Vitek» markalı 25 manat dəyərində qadın saç buranı, 01 ədəd 50 manat dəyərində «Sony» markalı kameranı, 01 ədəd 20 manat dəyərində video maqnithfonu, 01 ədəd 20 manat dəyərində suveniri gizli olaraq talayıb ümumilikdə zərərçəkmiş şəxsə 10655 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, 17.02.2021 -ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu ərazisində istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd siqaret falqasına bükülmüş 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin sihayısına ( siyahı İ) daxil edilmiş təmiz çəkisi 0,243 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış maddə metamfetamini əldə edib Abşeron rayon Mehdiabad qəsəbəsində daşıyaraq üzərində saxlamış, 17 fevral 2021 -ci il tarixdə saat 22 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, C.Cabbarlı küçəsində Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinə gətirilərək üzərində şəxsi axtarış aparılan zaman onun əynində olan göy rəngli qış gödəkçəsinin sağ yan cibindən 1 (bir) ədəd siqaretin falqasına bükülümüş təmiz çəkisi 0,243 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış metamfetamin polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, ailə üzvlər ilə birlikdə Abşeron rayonu Mehdiabad qəsəbəsində yaşamış, fərdi olaraq günəmuzd işləri görüb gündəlik xərclərini çıxartmışdır. Təxminən 7-8 ilə yaxındır ki, narkotik vasitə olan metamfetamindən istifadə edir. 16.02.2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonunda tanımadığı şəxsdən 10 manat müqabilində narkotik vasitə metamfetamin almışdır. 17.02.2021-ci il tarixdə saat 22 radələrində yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşadığı evin yaxınlığında yerləşən dükana siqaret almağa gedərkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək onu Abşeron rayon Polıis İdarəsinin Mehdiabad Polis Bölməsinə dəvət etmişlər. O, polis əməkdaşlarına heç bir etiraz etmədən onlarla birlikdə polis bölməsinə getmiş, orada xidməti otaqların birində video çəkilişlə üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış keçirməzdən öncə ona hüquq və vəzifələri izah olunmuş, daha sonra üzərində dövriyyəsi qanunla qadağan olunmuş əşya və ya predmet varsa könüllü olaraq təqdim elməyi təklif olunmuşdur. O da əynində olan göy rəngli qış gödəkçəsinin sağ yan cibindən 1 ədəd siqaretin gümüşü rəngli falqasma bükülmüş bükümü təqdim etmişdir. Bundan sonra üzərində başqa əşya olmamışdır. Polis əməkdaşları üzərindən aşkar edilmiş kütləni ekpertiza təyin edilməsi üçün zərfə qoyub qablaşdırmışlar və üzərini DİN-in zərflər üçün nəzərdə tutulmuş möhürü ilə möhürləmişlər. Üzəri möhürlənmiş zərfin üzəri iştirakçılar, o və vəkili Toğrul Vəliyev tərəfindən imzalanmışdır. Həmçinin qeyd olunan proses təhqiqatçı tərəfindən protokol tərtib olunaraq yazılmış, ucadan oxunmuş, heç bir vəsatət və etiraz daxil olmadığı üçün imzalarla təsdiq edilmişdir. Etdiyi əməldən səmimi olaraq peşmançılıq çəkdiyini bildirmişdir. Sözü gedən proses video ‘çəkiliş vasitəsilə qeydə alınmışdır. Bundan başqa o Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisindən müxtəlif yerlərdən oğurluq cinayət əməlini törətmişdir. Belə ki, 02.02.2021-ci il tarixdə gecə saat 01 radələrində Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən fərdi yaşayış evinin dəmir barmaqlıqlarını sındırmaqla pəncərəni açma yolu ilə evə daxil olub oradan velosipedi və kombi mühərriki oğurlamışdır. Oğurladığı əşyaları yaşadığı evə aparıb gizlətmişdir. Bundan başqa o 12.02.2021-ci il tarixdə gecə saat 02 radələrində Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən fərdi yaşayış evinin pəncərəsini açaraq içəriyə daxil olmaqla oradan 01 ədəd xəncər, bir neçə ədəd spirtli içki oğurlamışdır. Bundan başqa o 13.02.202 lci il tarixdə gecə saat 01 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən fərdi yaşayış evinin pəncərəsini açaraq içəriyə daxil olub oradan ət çəkən aparatı, sok şəkən aparatı, ev telefonu, təzyiq ölçən aparatı, müxtəlif qab-qacaq və Qurani Kərim kitabını oğurlamışdır. Bundan başqa o 14.02.2021-ci il tarixdə gecə saat 02 radələrində Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən fərdi yaşayış evinin pəncərəsini açma yolu ilə içəriyə daxil olaraq oradan kompressor, drel və 02 top elektrik naqillərini oğurlamışdır. Bundan başqa o 17.02.2021-ci il tarixdə gecə saatlarında Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən bağ evinin dəmir barmaqlıqlarını sındırmaqla pəncərəni açma yolu ilə evə daxil olaraq oradan 02 ədəd televizor, qaçış aparatını mühhərikini, spirtli içkiləri, kamera DVR aparatını, ayaqqabıları, Tefal qazan dəstini, qapı kilidlərini, kişi kostyum dəstini, kişi və qadın ətirlərini, dəsmalllar, örtük dəstini, divan örtüyünü, ədyalı, avtomobil tentini, qadın saç buranı, kameranı, video maqnitafonu, suveniri oğurlamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən özünə məxsus yaşayış olmayan bağ evindən naməlum şəxs və ya şəxslər 01 ədəd 300 manat dəyərində Saft markalı velosipedi və 110 manat dəyərində kombi istilik aparatının mühərrikini oğurlamışlar. Oğurluq hadisəsini aşkar etdikədn sonra Azərbaycan Respublikası Daxli İşlər Nazirliyinin 102-xidmətinə zəng vuraraq məlumat vermiş, bundan sonra polis əməkdaşları ona məxsus evə gələrək müvafiq baxış keçirərək sənədləşmə aparmışlar. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəmə baxışında tədqiq edilən ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində fərdi yaşayış evi var, həmin evdə daimi olaraq yaşamır, lakin mütamadi olaraq oraya gedib gəlir. Evin ətrafında mişar daşlarla hörülmüş hasar var, həmçinin evin ətrafında müşahidə kameraları quraşdırılmışdır. Evin bütün pəncərələrinin üzərində dəmir barmaqlıqlar var. 13.02.2021-ci il tarixdən 15.02.2021-ci il tarixədək olan müddət ərzində ona məxsus Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətə baxan plastik pəncərəsinin üzərində olan dəmir barmaqlığı naməlum şəxs və ya şəxslər qıraraq içəriyə daxil olmaqla oradan 1 ədəd 130 manat dəyərində ət çəkən aparatını, 01 ədəd 60 manat dəyərində sok şəkən aparatını, 01 ədəd 90 manat dəyərində Panasonik markalı ev telefonunu, 01 ədəd 45 manat dəyərində təziq ölçən aparatını, 100 manat dəyərində müxtəlif qab-qacaq və 01 ədəd 50 manat dəyərində Qurani Kərim kitabının oğurlandığını aşkar etmişdir. Bundan sonra müşahidə kameralarına baxmış və bir nəfər əvəllər tanımadığı şəxsin onun yaşadığı ünvana daxil olaraq oradan necə oğurluq etməsini görmüşdür. Bundan sonra o Abşeron rayon Polis İdarəsinə ərizə ilə müraciət etmiş və oğurluq olmasını bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəmə baxışında tədqiq edilən ifadəsində göstərmişdir ki, Abşeron rayonu Mehdiabad qəsəbəsi Sabir Muradov küçəsində ona məxsus 3 mərtəbəli evindən 13.022021 -ci il tarixdən 14.02.2021-ci il tarixədək olan müddət ərzində naməlum şəxs və ya şəxslər evin plastik pəncərəsini açmaqla içəriyə daxil olub oradan 1 ədəd 200 manat dəyərində kompressor, 01 ədəd 210 manat dəyərində dreli və 200 metr uzunluğunda 280 manat dəyərində elektrik naqilini oğurlamışdır. Oğurluq olmasını aşkar etdikdən sonra Azərbaycan Respublikası Daxli İşlər Nazirliyinin 102-xidmətinə zəng vuraraq məlumat vermişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs3 məhkəmə baxışında tədqiq edilən ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında yerləşən özünə məxsus evdən 05.01.2021-ci il tarixdə Rusiya federasiyasına getmişdir. 13.02.2021-ci il tarixdə dostu Sakit mobil telefonuna zəng edərək evdən oğurluq olması barədə ona məlumat vermişdir. O da Sakitə demiş ki, onun adından Azərbaycan Respublikası DİN-nin 102-xidmətinə məlumat versin. 18.02.2021-ci il tarixdə Rusiya Federasiyasından Azərbaycan Respublikasına gəlmiş evə gəlib baxdıqda görmüş ki, naməlum şəxs evin dəmir barmaqlığını sındırmaqla evə daxil olaraq evdən 01 ədəd 150 manat dəyərində Xəncər, 01 ədəd 25 manat dəyərində Absalut markalı arağı, 01 ədəd 15 manat olmaqla 4 ədəd Sarskaya markalı arağı, 01 ədəd 80 manat dəyərində Jek Denls markalı viskini oğurlamışdır. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs5 oğlunun məhkəmə baxışında tədqiq edilən ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində fərdi yaşayış evi var, həmin evdə daimi olaraq yaşamır, lakin mütamadi olaraq oraya gedib gəlir. Evin ətrafında mişar daşlarla hörülmüş hasar var, həmçinin evin ətrafına müşahidə kameraları quraşdırılmışdır. Evin bütün pəncərələrinin üzərində dəmir barmaqlıqlar var. 17.02.2021-ci il tarixdən 18.02.2021-ci il tarixədək olan müddət ərzində Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən fərdi yaşayış evinin birinci mərtəbəsinin arxa pəncərəsinin üzərində olan dəmir barmaqlığını naməlum şəxs sındıraraq içəriyə daxil olmaqla oradan 01 ədəd 800 manat dəyərində LG markalı 54 diaqanallı televizoru, 01 ədəd 400 manat dəyərində Vestel markalı 40 diaqanallı televizoru, 01 ədəd 1200 manat dəyərində qaçış aparatının mühhərikini, 13 ədəd müxtəlif növdə ümumilikdə 1500 manat dəyərində spirtli içkiləri, 01 ədəd 200 manat dəyərində kameranın DVR aparatını, 10 dəst ümumilikdə 2000 manat dəyərində ayaqqabıları, 1500 manat dəyərində Tefal qazan dəstini, 500 manat dəyərində qapı kilidlərini, 01 ədəd 1000 manata dəyərində kişi kostyum dəstini, 800 manat dəyərində kişi və qadın ətirlərini, 1000 manat dəyərində dəsmallları, 300 manat dəyərində örtük dəstini, 200 manat dəyərində ədyalı, 01 ədəd 1500 manat dəyərində avtomobil tentini, 01 ədəd 700 manat dəyərində Sony markalı kameranı, 01 ədəd 100 manat dəyərində video maqnitafonu, 01 ədəd 20 manat dəyərində suveniri oğurlamaqla ona ümumilikdə 13720 manat maddi ziyan vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Abşeron RPİ-nin Mehdiabad PB-nin sahə rəisi, polis mayoru Şahid2 göstərdi ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, C.Cabbarlı küçəsi ev 10/2-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində narkotik vasitələrin üzərində daşıması və qəbul etməsi haqqında əməliyat məlumatı daxil olmuş, həmin məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. Həmin qərarın icrası ona və Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin sahə rəisi polis mayoru Şahid2 həvalə edilmişdir. 17.02.2021 -ci il tarixdə saat 22 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi C.Cabbarlı küçəsində Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsində şübhə olduğundan onlar Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və onlarla birlikdə Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla birlikdə Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin inzibati binasına getmiş, daha sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş və xidməti otaqların birində üzərində şəxsi axtarış aparılacağı deyilmiş, bundan sonra video görüntü ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı qanunla dövriyyəsi qadağan olunmuş əşya olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxsda könüllü olaraq əynində olan göy rəngli qış gödəkcəsinin sağ yan cibində olan siqaret kağızına bükülmüş 1 bükümdə olan narkotik vasitə olan metamfetamini təqdim etmiş və üzərində aşkar edilmiş narkotik vasitəni Bakı şəhəri Binəqədi rayonu ərazisində 20 manat müqabilində aldığını bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin Mehdiabad PBnin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsi məhkəmə baxışında tədqiq edilərkən məhkəmə iclasında şahid qismində dindirilən Abşeron RPİ-nin Mehdiabad PB-nin sahə rəisi, polis mayoru Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etdiyi müəyyən edilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə 28.09.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə 20.09.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində və məhkəmə baxışında şahid qismində dindirilmiş şəxslərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 18.02.2021-ci il tarixli, 6/718 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində «..Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş » yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə olan təmiz çəkisi 0,243 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş metamfetamin “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 10.08.2021-ci il tarixli, 2784 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Kannabiodlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan Asıllıq Sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 08.09.2021-ci il tarixli, 9/6394 nömrəli əmtəəşlinaslıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, üzərində 5-012 MTB Saft markalı gənclər üçün velosiped istifadədə olub-160 manat, MEGA MMG-303 markalı 25Ü ət çəkən aparatı i.o. -100 manat, Eurolux EU-Je80SPL markalı şirə çəkən aparat i.o-50 manat, Panasonic KX-RTG2361JXB markalı ev telefonu i.io-50 manat, Kompresor i.o-160 manat, 6.Sony markalı DCR-HC52 model gümüşü rengli videokamera i.o-50 manat, Vitek markalı qara rəngli qadın saçburan i.o-25 manat, Divan örtüyü i.o-50 manat, Qapı tutacaqları-140 manat, Grey Goose RF 0,7 aksiz markalı araq-7;5 manat 1 l.X6 7 viski 70 cl 40%-45 manat, Velour XO viski -35 manat, Chivas regal 12 viski 75 cl viski-100 manat,Chivas regal 18 viski 75 cl viski-100 manat, Henessy VSOP Cognac40% 1 1 viski-100 manat, Henessy VSOP Cognac 40% 70 1 viski-85 manat, Cour Voisier VSOP Cognac 40% 1 1 viski- 100 manat, JP. X4 alkoqollu içki (çaxır)-25 manat, JP Perle markalı Türkiyə istehsalı 1,60x2.20 metr ölçülü örtük i.o- 50 manat, Kişi çəkməsi i.o-20 manat, Kişi ayaaqabısı i.o-200 manat, özdilek markalı yataq üzlüyü teze -200 manat, boz rəngli kişi kostyumu i.o-50 manat, avtomobil tentinin aparatı i.o-500, 25.Supra markalı SV 929 RX model qara rəngli video maqnitafon i.o -20 manat, cəmi 2310,00 manat olmaqla orta bazar qiyməti ilə müəyyən edilir. İstintaq materiallarına əlavə edilmiş baxış və götürmə protokollarından görünür ki, Əliyev X2 rayonu Mehdiabad qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evlərindən oğurladığı əşyaların bir qismini könüllü olaraq təhvil vermişdir. Həmin əşyalar götürüldükdən sonra saxlanılması üçün zərərçəkmiş şəxslərə təhvil verilmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi dinləyib, zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmə baxışı və ibtidai istintaq zamanı verdikləri ifadələri təhlil edib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirliliyi, özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə iş üzrə toplanmış digər materiallarla sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə törətmiş olduğu cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü təqsirli bilməməsi barədə göstərdikləri, ona elan edilmiş ittiham üzrə təqsirli olması iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş bir-biri ilə uzlaşan sübutların məcmusu ilə təsdiq olunduğu üçün, qeyri səmimi ifadə olmaqla özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar olmadığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44-cü maddəsinə əsasən iş üzrə ittiham hökmü çıxarılmalı və təqsirləndirilənşəxs təqsirli olduğu Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələrinin sanksiyaları həddlərində cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 03.11.2020-ci il tarixdə Abşeron rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cm-nin 177.2.3, 234.1, 66.2, 67.1 və 69.3-cü təqsirli bilinib 02 il 5 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cii maddəsinə əsasən məhkumluğu ödənilməmişdir. Sumqayıt Probarsiya Şöbəsinin icra məmuru F. Murtuzayevin 02.12.2021-ci il tarixli arayışından görünür ki, Abşeron Rayon Məhkəməsinin 1(012)- 52/2020 saylı, 03.11.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.3, 234.1, 66.2, 67,1 və 69.3-cü maddələri ilə təqsirləndirilərək 02 il 05 ay 08 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edimiş Təqsirləndirilən şəxs çağırış vərəqəsi göndərilməsinə baxmayaraq Abşeron rayon İcra və Probasiya Şöbəsində qeydiyyatda keçməsi üçün gəlmədiyindən Abşeron Rayon Polis İdarəsinə 28.12.2020-ci il tarixli məcburi gətirilməsi haqqında qərar göndərilmişdir. O, Abşeron rayon İcra və Probasiya şöbəsində qeydiyyatdan keçməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdurki,məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə müvafiq olaraq Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcələrini, onların törədilməsi hallarını, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmamasını, cinayətlərin təkrar törədilməsini, qanunvericiliyin tələblərini və təyin olunacaq cəzanın onun islah olunmasınavə ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyiAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş müəyyən müddətə azdlıqdan məhrum etmə növündə cəzalarının təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növüüçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təyin olunacaq azadlıqdan məhrum etmə cəzaları qismən toplanılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 25.05.2009-cu il tarixli Qərarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumuluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Eyni zamanda Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 68.2 və 83-cü maddələrinin şərh edilməsinə dair” 22 dekabr 2010-cu il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsində nəzərdə tutulmuş cəzalar toplandıqda məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayır. Azərbaycan Respublikası CPM-in 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə təyin olunacaq cəzaya Abşeron Rayon Məhkəməsinin 1(012)- 52/2020 saylı, 03.11.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.3, 234.1, 66.2, 67,1 və 69.3-cü maddələri ilə təqsirləndirilərək təyin edilmiş və çəkilməmiş 02 il 05 ay 08 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası 01 il 02 ay 19 gün müddət azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, ona təyin olunmuş cəzaya qismən birləşdirilməli və ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə 17.02.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin 19.02.2021-ci il tarixli qərarı ilə barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həmin qətimkan tədbiri məhkəmədə öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil edilməli və onun cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı 17.02.2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanı nümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs oğlunun barəsində həbs qətimkan tədbiri öz qüvvəsində saxlanılmalıdır. Hökmün icrası Abşeron RPİ-nə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə və qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, iş üzrə maddi sübut olan və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,243 qram narkotik vasitə olan metametafin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) keçirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 80 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 480 manat məbləğində, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Vəkil Bürosunun vəkili Müdafiəçi Adil oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə təyin olunacaq cəzaya Abşeron Rayon Məhkəməsinin 1(012)- 52/2020 saylı, 03.11.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.3, 234.1, 66.2, 67,1 və 69.3-cü maddələri ilə təqsirləndirilərək təyin edilmiş və çəkilməmiş 02 il 05 ay 08 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanlanmaqla 01 il 02 ay 19 gün müddət azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, ona təyin olunmuş cəzaya qismən birləşdirilməli və ona qəti 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkməsi müddətinin başlanğıcı tutulduğu 17.02.2021-ci iltarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılsın . Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,243 qram narkotik vasitə olan metametafin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 114 (yüz on dörd)manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) keçirilsin. Hökmün icrası Abşeron RPİ-nə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 80 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 480 manat məbləğində, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Vəkil Bürosunun vəkili Müdafiəçi Adil oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdənəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-533/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-533/2021
08.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver