Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-533/2023 10.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əmrullayev Ceyhun Qabil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddəsi ilə təqsirləndirilən 1(012)- 346/2023 nömrəli cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 26 yanvar 2023-cü il tarixdə saat 02:30 radələrində tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə “X5" şirkətinin Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən 210125 nömrəli neft quyusundan 400 manat dəyərində bir ədəd şaxtanın üstünə dartılmış deşikli metal lövhəni, həmçinin 210125, 210136 və 210078 nömrəli neft quyularının hər birindən 4(dörd) ədəd olmaqla və hər birinin dəyəri 10 manat təşkil edən ümumilikdə 120 manat dəyərində 12(on iki) ədəd metal boruları gizli talayaraq zərərçəkmiş hüquqi şəxs “X5” şirkətinə ümumilikdə 520 (beş yüz iyirmi) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, özünü təqsirli bilmir, narkotik maddə istifadə etdiyindən həbs olunmaq istəmiş və oğurluq etməsini etiraz etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs istintaqda verdiyi ifadəsindən görünür ki, o, anası X2 ilə birlikdə Abşeron rayonu Novxanı qəsəbəsi 20 Yanvar küçəsi ev 41-də yaşayır. Əvvəllər bir neçə dəfə oğurluq və qanunsuz olaraq narkotik vasitələr əldə etmə, daşıma və saxlama cinayətlən törətdiyinə görə məhkum olunmuşdur. Sonuncu dəfə Abşeron rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1 -ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 2019-cu ilin noyabr ayında cəza müddəti başa çatdığına görə azadlığa buraxılmışdır. Həmin vaxtdan heç bir yerdə işləmir. “X5” şirkətində işləyən heç bır əməkdaşla tanışlığı yoxdur. Maddi ehtiyacları çox olduğu üçün həmin şirkətə aid olan neft quyularından metal oğurlayıb satmaq qərarına gəldiyi üçün 25 yanvar 2023-cü il tarixdən 26 yanvar 2023-cü il tarixə keçən gecə, saat 02:30 radələrində “X5” şirkətinin Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən neft quyularının yerləşdiyi əraziyə daxil olmuşdur. Abşeron rayonu Novxanı qəsəbəsində yaşadığından həmin ərazini yaxşı tanımasına baxmayaraq yenə də ətrafı müşahidə edib ətrafda heç kimin olmadığını yəqin etdikdən sonra həmin quyulardan birinə yaxınlaşmışdır. Quyunun üzərində olan metal torun bir hissəsinin rahatlıqla sökülə biləcəyini görüb quraşdırıldığı yerdən çıxarmışdır. Həmin metal tor ağır olduğu üçün daşıyarkən bir neçə dəfə dayanıb dincəlmişdir. Metal toru götürdüyü yerdən təxminən 30-40 metr məsafədə yerləşən hasarın arxasında gizlətmişdir. Bundan sonra həmin neft quyusundan və digər iki ədəd neft quyularının hər birindən 4 (dörd) ədəd olmaqla ümumilikdə 12 (on iki) ədəd, təxminən 80-90 sm uzunluğunda və 50sm diamtrliyində metal boruları da çıxarıb metal toru saxladığı yerdə gizlətmişdir. İki gündən sonra, yəni 28 yanvar 2023-cü il tarixdə, təxminən saat 20-21 radələrində Novxanı qəsəbəsində dövlət qeydiyyat nişanını bilmədiyi “Qazel” markalı avtomobil ilə səyyar şəkildə metal qəbul edən şəxsə yaxınlaşaraq özünə məxsus istifadə etmədiyi metalları satmaq istədiyini bildirmiş və həmin avtomobilə əyləşib oğurladığı əşyaları gizlədiyi yerə sürdürüb həmin metalları ona 35 (otuz beş) manata satmışdır. Məhkəmə istintaqında zərərçəkmiş hüquqi şəxs “X5” şirkətinin nümayəndəsi qismində tanınaraq dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, o, “X5” şirkətinin Azərbaycan Respublikasındakı filialının hüquq departamentində hüquqşünas vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə, saat 06:30-da “X5” şirkətində operator vəzifəsində işləyən Şahid2 və Şahid3la birlikdə işlədikdləri şirkətin balansında olan neft quyularına baxış keçirən zaman Abşeron rayonu Novxanı qəsəbəsi ərazisində yerləşən 210125 nömrəli neft quyusunun üzərində olan dəmir torun bir hissəsinin yerində olmadığını müəyyən etmişlər. Bu barədə 2 saylı mədənin rəhbərliyinə məlumat vermiş, sonuncu da öz növbəsində dərhal rəhbərliyə məlumat vermişdir. Bundan sonra da quyulara baxış keçirməyə davam edərkən şirkətə məxsus 210125, 210078 və 210136 nömrəli neft quyularının mühərrik meydançalarının hər birində 4 ədəd olmaqla ümumlikdə 12 ədəd dayaq dirəklərinin də oğurlanması müəyyən edildiyindən rəhbərliyə təkrar məlumat verilmişdir. Həmçinin, həmin dirəklər 2 ədəd 9 metr uzunluğunda, 48 mm diamterlik borulardan 1,5 metr hündürlüyündə kəsilərək hazırlanmışdır. Metal tor 2 kvadrat/metr ölçüdə olmuş, borulardan hər birinin qiyməti 10 manatdan olmaqla 12 ədədi 120 manat qiymətləndirilmişdir. Metal torun dəyəri isə 400 manat təşkil etdiyindən şirkət tərəfindən həmin əşyaların oğurlanması nəticəsində 520 (beş yüz iyirmi) manat ziyan müəyyən edilmişdir ki, həmin əşyalar da “X5” şirkətinin balansındadır. Nümayəndə həmçinin ifadəsində 26 yanvar 2023-cü i tarixdə “X5” şirkətinin əməkdaşları tərəfindən oğurluq hadisəsinin baş verməsinin müəyyən edildiyi Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən 210125, 210078 və 210136 nömrəli neft quyularının kənarına hasar çəkilmədiyini, həmin neft quyularının, eləcə də ümumilikdə ərazinin bu və ya digər formada mühafizə edilmədiyini bildirmişdir. Dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqında Şahid1 elan olunmuş ifadəsindən görünür ki, X5 şirkətində operator vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə saat 06:30-da iş yoldaşları Şahid2 və Şahid3la birlikdə işlədikləri şirkətin balansında olan neft quyularına baxış keçirən zaman Abşeron rayonu Novxanı qəsəbəsi ərazisində yerləşən 210125 nömrəli neft quyusunun üzərində olan dəmir torun bir hissəsinin yerində olmadığını müəyyən edib bu barədə dərhal rəhbərliyə məlumat vermişlər. Bundan sonra da quyulara baxış keçirməyə davam edərkən onlara məlum olmuşdur ki, 210125, 210078 və 210136 nömrəli neft quyularının mühərrik meydançalarının hər birində 4 ədəd olmaqla ümumlikdə 12 ədəd dirəklər də oğurlanmışdır. Bundan sonra həmin faktla bağlı da rəhbərliyə məlumat vermişlər. Şahid1 həmçinin ifadəsində “X5” şirkətinin balansında olan 210125, 210078 və 210136 nömrəli neft quyularından bir ədəd metal tor hissəsinin və 12 ədəd metal dirəklərin kim tərəfindən oğurlanması barədə konkret olaraq şübhələndiyi şəxs və ya şəxslərin olmadığını bildirmişdir. Məhkəmə istintaqında şahid X5 şirkətində neft-qaz çıxarma operatoru vəzifəsində işləyən Şahid2 və eyni vəzifədə işləyən Şahid3 da elan olunmuş ifadələrində iş yoldaşları Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək istintaqa analoji ifadələr vermişlər. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: "X5” şirkətinin 29 mart 2023-cü il tarixli aktından görünür ki, 26 yanvar 2023-cü il tarixdə 2 saylı mədənini 1-ci sahəsində yerləşən 210125 saylı quyunun üzərində olan dəmir torun bir hissəsinin, 210125, 210136 və 210078 saylı quyuların mühərrik meydançalarının dirəklərinin oğurlanması nəticəsində şirkətə 520,00 manat maddi ziyan dəymişdir ki, şaxtanın üstünə dartılmış deşikli metal lövhənin hazırlanması (4mm x1mx 2m-2 ədəd) 400,00 manat, boru N/K 48mm (1,5) işlənmiş 1 ədədi 12 manat olmaqla 12nin qiyməti 120 manat təşkil edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 13 fevral 2023-cü il tarixli tələbnamədən görünür ki, Bağırov X4 rayon xalq məhkəməsinin 17 oktyabr 1994-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin (köhnə redaksiyada) 143-cü maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinib 05 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına, Binəqədi rayon xalq məhkəməsinin 16 oktyabr 1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in (köhnə redaksiyada) 145-cü maddəsinin 2-ci hissəsinin 6.8-ci bəndi ilə təqsirli bilinib əmlakı müsadirə olunmaqla 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 06 may 2003-cü il tarixli amnistiya qərarının 6.1ci bəndinə əsasən azad olunmuş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 01 iyul 2009cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 23 dekabr 2011-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 76-cı maddəsinə əsasən 01 ay 27 gün vaxtından əvvəl şərti azad olunmuş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 11 sentyabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 26 noyabr 2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Abşeron rayon məhkəməsinin 02 avqust 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 14 noyabr 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. 14 mart 2023-cü ildə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, 16 mart 2023-cü ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmiş və “həbs” qətimkan tədbiri seçilməsi üçün verilmiş vəsatət Abşeron rayon prokuroru, baş ədliyyə müşaviri Qabil Qasımov tərəfindən təmin edilmədiyindən barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Saray polis bölməsindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 3 ünvanında yaşayan, Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddəsi ilə təqsirləndirilən 1(012)-346/2023 nömrəli cinayət işi üzrə barəsində xx.xx.2023-cü il tarixdə 270900 nömrəli axtarış işi açılmış Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özü etiraf etməsə də, zərərçəkmiş şəxsin nümayəndəsi və şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə dogurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə təqsirləndiriən şəxsin özünü təqsirli bilməməsi ilə bağlı halları inandırıcı hesab etmir və özünü müdafiə etməsi kimi qiymətlənidirir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldıgı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə baglı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uygun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməlləri Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və agırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uygun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uygun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az agır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkarlar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarlar tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, cəzasını yüngülləşdiriən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıgın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilməli, Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddəsi ilə təqsirləndirilən 1(012)-346/2023 nömrəli cinayət işi üzrə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlıgın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlıgın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlıgın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındıgı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlıgının faktiki məhdudlaşdırıldıgı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldıgı 02 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlıgın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlıgın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləgində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilsin, Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddəsi ilə təqsirləndirilən 1(012)-346/2023 nömrəli cinayət işi üzrə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləgində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdıgı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-533/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-533/2023
10.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver