Məhkəmə qərarları › İş №1(012)-534/2020

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-534/2020

13.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-534/2020 13.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Yunisov Ramil Hörmət oğlununiştirakı ilə xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ortatəhsilli,evli, «xxxxxxxxxxxxxxxxx» MMC-də sürücü işləyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci ildə saat 19:30 radələrində idarə etdiyi, «Howo» markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı, beton qarışdıran avtomobillə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 168 ünvanında hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkət üçün təhlükə yarandığnı gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməyərək, yolu sağdan sola keçən piyada, xx.xx.1975-ci il təvəllüdlü X3 avtomobillə vuraraq ehtiyatsızlıqdan sonuncuya baş beyinin əzilməsi, baş beyin maddəsinə və qişaları altına qansızmalar, kəllə əsasnın sınığı, daxili qanaxma, ağ ciyərlərin və qara ciyərin cırılması, sol tərəfli 3-4-5-6-7-8-ci və sağ tərəfli 2-3-4-5-ci qabırğaların, eləcə də sol əlin daraq sümüklərinin yerdəyişən sınıqları, sol saidin aşağı 1/3-dən sol əl barmaqları nahiyəsinədək geniş sahəli əzilmiş-cırılmış yarası, sol gözətrafı, sağ bazu nahiyəsinin yuxarı 1/3-nin bayır səthində, döş qəfəsinin sol yuxarı iç hissəsində, sol kürək nahiyəsinin yuxarı iç hissəsində və sol baldırın aşağı 1/3-nin ön səthinin qançırları ilə müşayiət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuran xəsarətlər alması nəticəsindəhadisəyerində ölmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, təxminən 18 il olar ki, sürcülük edib pul qazanır. “BC” kateqoriyalı sürücülük vəsiqəsi var. Təxminən 5 ay olar ki, Binəqədi rayonu, ərazisində yerləşən beton zavoduna aid «Howo» markalı **-JV-*** dövlət qeydiyyat nişanlı beton qarışdıran avtomobili aylıq yol vərəqəsi ilə sürücü kimi idarə edir. Beton zavodda istehsal olunan betonu sifarişçi obyektlərə daşıyır. Həmin sifarişçiləri isə beton zavodu özü tapır. xx xxxx 2020-ci il tarixdə beton zavodunun əməkdaşlarının göstərişinə əsasən idarə etdiyi avtomobillə Xırdalan şəhəri “AAAF-Park” yaşayış kompleksinin yaxınlığındakı tikinti obyektinə 3 maşın dolusu beton aparmış, axırıcı dəfə saat təxminən 19:30 radələrində həmin obyektə beton aparıb, betonu obyektdə işləyən pompa maşınına boşaltdıqdan sonra tikinti obyektin həyətindən Xırdalan şəhərinin mərkəzi küçəsi olan H.Əliyev prospektinə çıxıb sağa dönərək hərəkətinə davam etmiş, bu zaman kənardan ona avtomobili saxlamaq tələbi edən tanımadığı şəxslərin səsinə avtomobili saxlayıb yerə düşmüş, həmin vaxtı idarə etdiyi avtomobilin sol yan tərəfindəki təkərlərin arasında tanımadığı bir orta yaşlı qadının hüşsuz və xəsarət almış vəziyyətdə uzandığını görüb ona yaxınlaşmış, elə bu zaman FHN-nin əməkdaşları hadisə yerinə gəlib, həmin qadını görüb artıq öldüyünü bildirmişlər. Avtomobili yolun üstündə dayandığına görə hadisə yerində xeyli avtomobil tıxac səbəbindən dayanmış, ağlaya-ağlaya hadisə yerinə gələn həyacanlı adamların həmin qadının yaxın qohumları olduqlarını və onu görən kimi döyəcəklərini düşünüb yaxınlıqdakı mağazalardan birinə daxil olub kənardan hadisə yerinə baxmağa başlamış, bir neçə dəqiqədən sonra polis əməkdaşları gəlib, hadisə yerini müayinə edib qadının meyitini yerdən qaldırıb avtomobillə ekspertiza müayinəsinə göndərmişlər. Həmin vaxtı o da mağazadan çıxıb polis əmək daşlarına yaxınlaşıb, onlarla birlikdə Abşeron RPİ-nə getmişdir. Hadisə vaxtı həmin qadının idarə etdiyi avtomobilinin təkəri altına necə düşdüyünü görməmiş, hadisə onun hərəkətdə olarkən yola yetərincə diqqət yetirməsi səbəbindən baş vermiş, həmin vaxtı avtomobili saz vəziyyətdə olmuş, avtomobili ayıq vəziyyətdə idarə etmişdir. Zərərçəkmiş şəxsin ailə üzvlərinə maddi yardım etmişdir. Hadisənin baş verməsindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki,mərhum X5 onun həyat yoldaşıdır. Sonuncu onunla və digər ailə üzvüləri ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, X13 küçəsi 128E ünvanında yerləşən evində yaşamış və Xırdalan şəhəri AAAF-Park yaşayış kompleksinin yaxınlığındakı 2 mərtəbəli binanın bir otağını icarəyə götürüb orada dərziliklə məşğul olmuşdur. Hər gün səhər tezdən işə gedib axşam evə qayıtmışdır. xx xxxx 2020-ci il tarixdə də səhər tezdən Səbinə iş yerinə getmiş, həmin günü oğlu Elminin ad şünü olduğuna görə Səbinə axşam evə qayıdanda tort və çörək alıb gələcəyini bildirmiş və saat 18:30 radələrində Səbinə ona telefonla mesaj göndərib, dalınca gəlməyini bildirmiş, bundan az sonra AAAF-Park yaşayış kompleksinin qarşısındakı mağazanın yanına, əvvəllər Səbinəni qarşladığı yerə gedib, sonuncunu gözləməyə başlamış, təxminən 25-30 dəqiqə gözlədikdən sonra yolla keçən tanımadığı bir qadıın yaxınlıqdakı binanın qarşısında bir qadını beton qarışdıran maşın vurduğunu söyləmiş, bunu eşidən kimi həmin istiqamətə getmiş və həyat yoldaşı Səbinən beton qarışdıran maşının altında qalıb, aldığı xəsarətlərdən hadisə yerində öldüyünü, polis əməkdaşlarının hadisə yerini müayinə etdiklərini görüb onlara yaxınlaşmışdır. Bir neçə dəqiqə ərzində polislər hadisə yerini müayinə edib, Səbinənin meyitini maşına qoyub, ekspertiza müayinəsi üçün Bakı şəhərinə aparmışlar. Taksiyə minib onların ardınca getmiş və həmin günü qohumları ilə birlikdə Səbinənin meyitini ekspertiza müayinəsindən sonra götürüb Abşeron rayonu Müşviqabad qəsəbəsindəki qəbirsanlıqda dəfn etmişdir. Həmin hadisənin necə baş verdiyini görməmişdir. Hadisəni törədən sürücü Təqsirləndirilən şəxs onlara maddi yardım etdiyinə görə ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid qızı ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Xırdalan şəhəri, H.Əliyev prospekti ev-168, mənzil 57-də yaşayır. Mənzili həmin binanın 10-cu mərtəbəsində yerləşir. xx xxxx 2020-ci il tarixdə saat 19 radələrində yaşadığı mənzilin eyvanındakı bayrağı düzəltdiyi vaxtı H.Əliyev prospektində binanın yanında küçədə qışqırıq səsi eşidib, həmin istiqamətə baxdığı vaxt sonradan adının Səbinə Məmmədova olduğunu bildiyi qadının küçə ilə gedən «Howo» markalı beton qarışdıran avtomobilin sağ yan tərəfindəki təkərlərin altında olduğunu görüb tez eyvandan küçəyə düşüb hadisə yerinə getmiş, həmin yerə çatana kimi hadisə yerinə xeyli tanımadığı adamlar toplaşmış, bunun ardınca da polis əməkdaşları hadisə yerinə gəlib, müayinə etdikdən sonra Səbinənin maşının altında qalmış cənazəsini götürüb getmişlər. Həmin vaxtı avtomobilin adını bilmədiyi sürücüsü də polislərlə getmişdir. Həmin qadının avtomobilin təkəri altına necə düşdüyünü görməmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 54 nömrəli rəyindən görünür ki, X2 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- baş beyinin əzilməsi, baş beyin maddəsinə və qişaları altına qansızmalar, kəllə əsasnın sınığı, daxili qanaxma, ağ ciyərlərin və qara ciyərin cırılması, sol tərəfli 3-4-5-6-7-8-ci və sağ tərəfli 2-3-4-5-ci qabırğaların, eləcə də sol əlin daraq sümüklərinin yerdəyişən sınıqları, sol saidin aşağı 1/3-dən sol əl barmaqları nahiyəsinədək geniş sahəli əzilmiş-cırılmış yarası, sol gözətrafı, sağ bazu nahiyəsinin yuxarı 1/3-nin bayır səthində, döş qəfəsinin sol yuxarı iç hissəsində, sol kürək nahiyəsinin yuxarı iç hissəsində və sol baldırın aşağı 1/3-nin ön səthinin qançırları həyatidirlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi şəraitində piyada qismində avtomaşınla vurulması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər, mərhumun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. X1 ölümünə səbəb- daxili qanaxma ilə müşayiət olunan ağciyərlərin və qara ciyərin cırılması, hər iki tərəfli çoxsaylı qabırğaların sınıqları fonunda baş beyinin əzilməsi, baş beyin maddəsinə və qişaları altına qansızmalar və kəllə əsası sümüklərinin sınıqları olmuşdur. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, X2 ölümü onun meyitinin meyitxana müayinəsi keçirilən vaxtdan (xx.xx.2020-ci il saat 22:00) təxminən 3-4 saat əvvəl baş vermişdir. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. İş üzrə keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2020-ci il tarixli 8/1380 nömrəli rəyindən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Howo markalı, 90JV320 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. xx.xx.2020-ci il tarixli 2/4178 saylı Sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 02:25-də müayinə olunarkən onda «Sərxoşluq əlamətləri» müəyyən edilməmişdir. Abşeron RPİ-nin DYPŞ-nin iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli arayışından görünür ki, xx.xx.1984-cü ildə Bakı şəhərindəanadan olmuş, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, H.B.ünvan 4 qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs xx.xx.2012-ci ildə Azərbaycan Respublikası DİN-in BDYPİ-nin QİŞ-si tərəfindən “BC” kateqoriyalı, AB-489394 nömrəli sürücülük vəsiqəsi verilmiş və Təqsirləndirilən şəxs sürücülük hüququndan məhrum edilməmişdir. Zərəçəkmiş şəxsin hüquqi varisi X4 Abşeron Rayon Məhkəməsinə təqdim etdiyi xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması ekspertlərin rəyləri, təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilənin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, cəza təyini zamanı Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, hadisədən sonra təqsirləndirilən şəxs mərhumun ailə üzvlərinə dəymiş maddi və mənəvi zərərin aradan qaldırılmasına yönələn hərəkətlər etməyə çalışaraq, hadisənin baş verməsindən təəssüfləndiyini, peşmançılıq çəkdiyini bildirmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətməsini, cəzasını yüngülləşdirən halı, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən məhkumun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan az ağır cinayət törətməsini, onun ailəsi ilə birlikdə daimi yaşayış yerinin olmasını, hökmün icrasına maneə törətmək ehtimalının olmamasını nəzərə alaraq, hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 100 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun vəkili X7 göstərdiyi 15 saat hüquqi yardıma görə 90 manat məbləğdə pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və maddi sübut verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə 100 (yüz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımını ödəməkdən azad edilsin və ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun vəkili X6 göstərdiyi 15 saat hüquqi yardıma görə 90 manat məbləğdə pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon vəkil bürosunun hesablaşma, “xxxxxxxxxxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar