Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-534/2024 24.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1986-cı ildə Beyləqan rayonu, Əlinəzərli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Beyləqan rayonu Əlinəzərli kəndində qeydiyyatda olan və hazırda Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs vahid niyyətlə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdə günorta vaxtı əvvəl fəhlə işlədiyi Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən daş sexinin açar seçmə yolu ilə qapısını açmaqla içəriyə qanunsuz daxil olaraq oradan 300 manat dəyərində iki ədəd qaynaq aparatını, 150 manat dəyərində qaynaq aparatının kabellərini, 250 manat dəyərində bir ədəd zavod istehsalı olan digər qaynaq aparatını, 440 manat dəyərində iki ədəd markus markalı su motorunu, 150 manat dəyərində bir ədəd elektrik motorunu, 675 manat dəyərində 45 metr uzunluğunda elektrik kabelini, 220 manat dəyərində laqondanın sarğılarını və xx.xx.2022-ci il tarixdə saat 20 radələrində həmin obyektə üsulla qanunsuz daxil olaraq oradan 600 manat dəyərində motoru ilə birlikdə bir ədəd aqlay dəzgahını ümumilikdə vahid niyyətlə 2785 manat dəyərində əmlakı gizli olaraq talamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona həmin maddə ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, azadlıqda olduğu dövrdə özünə iş axtarmışdır. 2022-ci ilin sentyabr ayında qəsəbələrində, yəni Abşeron rayonu Mehdiabad qəsəbəsində aqlay sexində fəhlə lazım olduğunu eşitmişdir. Bu məqsədlə oraya getmişdir. Oranın sahibi Məmməd onu işə götürmüşdür. Həm orada işləyib həm də orada qalmışdır. Əmək haqqı kimi 300 manat qazanmışdır. Məmməd özü də hər gün oraya gəlib nəzarət etmişdir. Lakin onun tələbatlarını həmin pul ödəməmişdir. Həmin aqlay sexində müxtəlif usta alətləri, elektrik alətlər olmuşdur. xx.xx.2023-cü il tarixdə günorta saatlarında orada heç kimin olmadığından istifadə edib, 02 ədəd qaynaq aparatını, qaynaq aparatının kabellərini, elektrik motorunu, elektrik kabellərini, laqondanın sarğılarını və aqlay dəzgahını motoru ilə birlikdə aqlay sexinin qarşısına yığmışdır. Daha sonra xx.xx.2023-cü il tarixdə gecə radələrində 02 ədəd su motorunu da, sexin qapısının qarşısına səhəri gün, oraya gələn metal yığan motoskletlərə satmaq məqsədi ilə yığmışdır. Daha sonra xx.xx.2023-cü il tarixdə həmin əmlakları oraya metal almaq üçün gələn motosiklet sürən şəxsə satmışdır. Həmin şəxs orada işlədiyini bildiyi üçün, sexin müdürünün məlumatı ilə həmin əmlakları satdığını demişdir. Həmin əmlakları, ümumilikdə 70 manata metal qəbul eləyən şəxsə satmışdır. Xeyr onu tanımamışdır. Həmin şəxs motosikletlə metal qəbul etmişdir. Otağa metlax vurduğu üçün həmin əmlakları çölə qoyduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Pərviz ona yaxınlaşaraq fəhlə kimi ona məxsus Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən aqlay sexində işə düzəlmək istədiyini bildirmişdir. O da fəhləyə ehtiyacı olduğu üçün razılaşmışdır. Pərviz 10 gün işlədikdən sonra ondan şəxsiyyət vəsiqəsini istədiyi zaman Pərviz müxtəlif bəhanələr gətirərək, işdən çıxmaq istədiyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə Pərviz onun sexindən getmişdir. Ondan təhvil təslim etmələrini istəyən zaman Pərviz ona xx.xx.2022-ci il tarixdə təhvil təslim edəcəklərini bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 14:00-da sexə gedən zaman sexində olan əmlaklar hamısı yerində olmuşdur. Daha sonra xx.xx.2022-ci il tarixdə sexə gedib baxış keçirən zaman sexinin qapısına müdaxilə olunduğunu və 300 manat dəyərində iki ədəd qaynaq aparatının, 150 manat dəyərində qaynaq aparatının kabellərinin, 250 manat dəyərində bir ədəd zavod istehsalı olan digər qaynaq aparatının, 440 manat dəyərində iki ədəd markus markalı su motorunun, 600 manat dəyərində bir ədəd aqlay dəzgahının matoru ilə birlikdə, 150 manat dəyərində bir ədəd elektrik motorunun, 675 manat dəyərində 45 metr uzunluğunda elektrik kabelinin, 220 manat dəyərində laqondanın sarğılarının oğurlandığını müəyyən etmişdir. Sexində olan müşahidə kamerasına baxış keçirən zaman xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Pərvizin sexində olduğunu müəyyən etmişdir. Ona bu barədə şikayət edəcəyini deyən zaman Pərviz ondan vaxt istəyib, oğurlanmış əmlakları gətirəcəyini demişdir. Ona inanıb şikayət etməmişdir.Daha sonra o sözündə dayanmadığı üçün bu barədə şikayət etmək qərarına gəlmişdir. xx.xx.2022-ci il tarixdə axşam radələrində Pərviz aqlay sexinə qapı kilidinə müdaxilə edərək açma yolu ilə daxil olaraq oradan dəzgah mühərrikini avadanlıqları ilə birlikdə oğurlamışdır. Pərvizin yalan danışdığını, Pərvizin onun sexində 10 gün, yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işlədiyini bildirmişdir. Beləliklə, məhkəmə məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs vahid niyyətlə saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talayıb oğurluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməli törətməsi özünün etirafı ilə yanaşı, bunu tamamlayan zərərçəkmiş şəxsin məhkəmə iclasında verdiyi ifadəsi, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddələsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Odur ki, Təqsirləndirilən şəxs cinayəti törədən zaman məhkumluğu ödənilməmişdir. Məhkəmə, CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilk dərəcəsini, təqsirləndirilən şəxsin səxsiyyətini, cinayət törətməyə meyilli olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi onun islah olunmasına və cəzanın məqsədlərinə nail olmağa imkan verir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3cü maddəsi ilə təqsirli bilinib Beyləqan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və 2800 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. Beləqan rayon məhkəməsinin 7(020)-59/2022 saylı, 16 sentyabr 2022-ci il tarixli qərarına əsasən “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.11-ci bəndi tətbiq edilməklə cəzadan azad olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-1544/2023 saylı hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 144.3, 149.2.3 və 149.2.5-ci maddələri ilə təqsirli bilinərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-1544/2023 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3, 149.2.3 (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada) və 149.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə ona 12 (on iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası, Respublikası Cinayət Məcəlləsinin 149.2.3 (xx.xx.2023- cü il tarixədək qüvvədə olan redaksiyada) və 149.2.5-ci maddələri ilə 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 13 (on üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzaçəkmə müddətinin əvvəli 14 yanvar 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə təyin olunan azadlıqdan məhrum etmə cəza Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-1544/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3, 149.2.3 (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada) və 149.2.5-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən 13 (on üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona ona qəti cəza təyin olunmalı, cəzaçəkmənin əvvəli Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-1544/2023 saylı hökmü ilə müəyyən edilən xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-1544/2023 saylı hökmünə əsasən azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınmalıdır. Hökmün icrası Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X3 isə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-1544/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3, 149.2.3 (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada) və 149.2.5-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən 13 (on üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə üzərində qəti olaraq 14 (on dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-1544/2023 saylı hökmü ilə cəza çəkməsi nəzərə alınsın. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökmün icrası Abşeron Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X3 isə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-534/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-534/2024
24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver