Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-534/2025 04.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Nəsibov Fərid Fərman oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1962-ci ildə Tovuz rayonu, Dönük Qırıqlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum edilməmiş, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Xətai rayonu, Qvardiya küçəsi,ev 51 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs sonuncunun həyat yoldaşı, 2-ci qrup əlil Şahid1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində və Təbibdə işləyən tanışının 5300 (beş min üç yüz) manat pul qarşılığında edəcəyi köməyi ilə 1-ci qrup əlillik dərəcəsi təyin etdirəcəyini yalandan vəd edib aldadaraq Zərərçəkmiş şəxs etibarından sui-istifadə etməklə xx.xx.2022-ci il tarixdə, saat 23 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, Heydər Əliyev küçəsində 5300 (beş min üç yüz) manat pulunu alıb ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında yaşayır. Fərdi əmək fəaliyyəti ilə məşğul olur. Zərərçəkmiş şəxs vaxtilə Dövlət Reyestr xidmətinin Sumqayıt Ərazi İdarəsində işləyən X2 vasitəsi ilə 2022-ci ilin iyul ayında tanımışdır. Sonralaı* Rəhim cinayət törətdiyi üçün həbs olunmuş və hazırda cəzaçəkmə müəsisəsində cəza çəkir. Rəhim ona 24 iyul 2022-ci il tarixdə zəng edərək demişdir ki, Amil adlı şəxs Saray qəsəbəsində onunla görüşüəcək və ona 5300 (beş min üç yüz) manat pul verəcəkdir. Rəhim ondan xahiş etmişdir ki, Amilin ona verəcəyi həmin pulu İran İslam Respublikasında qeydiyyatsız yaşadığına görə Azərbaycan Respublikasına qayıda bilməyən, əslən Quba rayonundan olan Fəxrəddin adlı şəxsə çatdırsın. Odur ki, o, həmin gün, yəni 24 iyul 2022-ci il tarixdə, saat 23 radələrində Bakı- Quba avtomaşın yolunun Saray qəsəbəsindən keçən hissəsində Amillə görüşmüşdür. O, yaşadığı ünvandan ora taksi avtomaşını ilə getmişdir. Həmçinin Amil də Sumqayıt şəhərindən onunla görüşməyə taksi ilə gəlmişdir. Amil onun oturduğu taksiyə əyləşmiş, pulu ona verib demişdir ki, pulu say. O da Amildən aldığı 5300 (beş min üç yüz) manat məbləğində pulu alandan sonra sayıb götürmüşdür. Amil bildirmişdir ki, öz avtomaşınını sataraq əldə etdiyi pulu ona verir. O da Amilin verdiyi pulu həmin axşam İran İslam Respublikası vətəndaşı Məhəmməd adlı şəxsə Binəqədi rayonu ərazisində avtovaqzaln yaxınlığında yerləşən “AL” marketin qarşısında vermişdir ki, İran İslam Respublikasında olan Fəxrəddin adlı şəxsə çatdırsın. Bir neçə gündən sonra Fəxrəddin adlı şəxs Azərbaycan Respublikasına qayıtmışdır. Ona məlum olmuşdur ki, Məhəmməd adlı şəxs onun göstərdiyi 5300 (beş min üç yüz) manat pulu Fəxrəddinə çatdırmışdır. X8 İslam Respublikasında qeydiyatsız yaşadığına görə həmin məbləğdə pulu dövlətə ödəməsəydi, onu Azərbaycan Respublikasına buraxmayacaqdılar. Fəxrəddin Azərbaycana qayıtdıqdan sonra o, Aml və Rəhimlə birlikdə Bakı şəhərində “20 yanvar” metrostansiyasının yxınlığında Fəxrəddinlə görüşmüşlər. Həmin görüş vaxtı Fəxrəddin ona göndərilmiş pulu aldığını və İran dövlətinə ödədiyini təsdiq etmişdir. O, Fəxrəddin adlı şəxsin yalnız adını bilmişdir. Fəxrəddin Bakı şəhərinə gəlib- getmiş, ticarətlə məşğul olmuşdur. Onun mobil telefon nömrəsi 077 335-06-50-dir, həmin mobil telefon nömrənin “Whats Appı” işləyir. Ona məlumdur ki, Fəxrəddin adlı şəxs Türkiyə Respublikasında olur. Fəxrəddinlə o, əvvəllər kiçik ticarət işləri görmüşlər. Fəxrəddin həmçinin Rəhimi də tanımışdır. Fəxrəddin 2020-ci ilin qış vaxtı İrana getmişdir ki, oradan Rusiya Federasiyasına tərəvəz mallarını göndərsin. O, İrandan Rusiyaya mal göndərəndən sonra ziyana uğramış və Azərbaycana qayıda bilməmişdir. Fəxrəddin adlı şəxs 2022- ci ilin may ayında onunla telefonda danışarkan Azərbaycana qayıtmamasının səbəbini soruşduqda Fəxrəddin İranda qeydiyyat müddəti keçdikdn sonra qeydiyyata düşə bilmədiyini, ona görə də deportasiyasına qərar verildiyini, İran dövlətinə rusum olaraq 3000 (üç min) ABŞ dolları məbləğində borclu olduğu üçün sərhəddən buraxılmadığını demişdi. Bundan sonra O, Rəhimlə telefonla danışmış və X5 dövlətinə rusum olaraq 3000 ABŞ dolları borclu olduğu üçün qayıda bilmədiyini demişdir. Rəhim demişdir ki,o , Amillə birlikdə pul tapıb Fəxrəddinə göndərəcək. Rəhimlə Fəxrəddin özü də telefonla lanışmış, Fəxrəddin ona pul göndərməsini Rəhimdən xahiş etmiş və Rəhimə vəd vermişdir ki, Rusiyada ona məlum olmayan dostu Bakıya gələcək və Rusiyadakı həmin dostu qızıldan olan antikvar quş heykəli gətirəcək və həmin əşyanı satmaqla çoxlu pul əldə edəcəkdir. Əldə olunan puldan onlara də əlavə qazanc verilməsini vəd etmişdir. Odur ki, Fəxrəddinin Azərbaycan Respublikasına qayıtmasında onun, Rəhimin və Amilin maddi maraqları olmuşdur. Fəxrəddinə göndərdiyi pulu Amil vermişdir. Məhəmmədin nömrəsini ona Fəxrəddin vermişdir. Məhəmmədi tanımır, onun harada yaşaması ona məlum deyildir. Zərərçəkmiş şəxs arvadı Şadiyəni görməmişdir. Amilin arvadın Şadiyəni tanımır. O, Zərərçəkmiş şəxs onun arvadı Şahid1 əlillik qrupunu dəyişdirərək birinci qrup etdirməyi vəd etməmiş və buna görə ondan pul almamışdır. Əməlindən peşmandır, yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Nasir qızını 2020-ci ilin yay vaxtından tanımışdır. Onu əvvəllər ev alqı-satqısında vasitəçilik fəaliyyəti ilə məşğul olan şəxs kimi tanımışdır. Onunla aralarında səmimi münasibətlər yarandıqdan sonra Təqsirləndirilən şəxs onun 2022-ci ilin iyul ayında yaşadığı ünvan 5 ünvanına qonaq gəlmişdir. Həmin vaxt o, işdə olmuşdur. Həqiqət onun həyat yoldaşı Şadiyə ilə və anası Sevda ilə dəfələrlə telefonda danışmış və ailə üzvləri ilə münasibərt qurmuşdur. Odur ki, onun evinə həyat yoldaşı ilə telefonda danışdıqdan sonra getmişdir. Təqsirləndirilən şəxs onun evində qonaq olarkan həyat yoldaşı Şadiyənin əlil arabasında olduğunu görüb ondan əlillik dərəcəsini soruşmuş, Şadiyə ikinci qrup əlil olduğunu dedikdə, Həqiqət ona əlillik qrupunun düzgün təyin olunmadığını söyləyərək əlillik qrupunu birinci qrup etdirəcəyini Şadiyəyə vəd etmişdir. Təqsirləndirilən şəxs, Şadiyəyə demişdir ki, onun Sosial Müdafiə Nazirliyində və Təbibdə işləyən qohumları və tanışları vardır. Onların köməyi ilə yoldaşının əlillik qrupunu 1 -ci qrup etdirəcəyini vəd etmişdir. Şadiyəyə demişdir ki, bu işin həlli üçün 300 manat sənədlərin toplanmasına pul xərclənəcək və 5000 manat isə işi düzəldən şəxslərə verilməlidir. Şadiyə onunla razılaşmışdır. Həmin gün, axşam vaxtı o, evə gəldikdə Şadiyə, Həqiqətin ona etdiyi təklif barədə bildirmiş və xahiş etmişdir ki, onun əlillik qrupunu 1 -ci qrup etdirilməsi üçün Həqiqətə 5300 manat pul versin. Çünki həyat yoldaşının əlillik qrupu 1 -ci dərəcə olsaydı, onun sosial müavinəti 200 manat aratcaqdı. Odur ki, həyat yoldaşının təklifi ilə razılaşmışdır.O, Həqiqtlə telefonda danışmış və onunla sonradan görüşmüş, Həqiqət onu da inandırmışdır ki, pulu alandan sonra qısa müddətdə həyat yoldaşının əlillik qrupunu 1 -ci qrupa dəyişdirəcəkdir. Odur ki, o, Sumqayıt şəhəri, Corat qəsəbəsində yaşayan tanışı Şahid3 adlı qadından 5300 manat borc istəmişdir. Səkinə onunla və həyat yoldaşı Şadiyə ilə birlikdə Bakı şəhərinə gəlmişdir. Səkinə Bakı şəhərində yaşayan bacısından pul almış və həmin pulu ona borc vermişdir. Səkinədən pulu alandan sonra Həqiqtə zəng etmiş və onunla Abşeron rayonu, Saray qəsəbəsi, H.Əliyev küçəsində, 1 -ci yem dükanının yanında görüşmüşlər. O, Həqiqətə 5300 (beş min üç yüz) manat pulu Abşeron rayonu, Saray qəsəbəsi, H.Əliyev küçəsində, 1 -ci yem dükanının yanında yolun kənarında piyada səkisində vermişdir. Pulu verərkən Səkinə onun yanında olmuşdur. Həyat yoldaşı Şadiyə idarə etdiyi “Hunday Sonata” markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobildə oturmuş və onun Həqiqətə pul verdiyini görmüşdür. Pulu Həqiqtə verdikdən sonra bir müddət keçmiş, lakin Həqiqtin həyat yoldaşının əlillik qrupunun dəyişdirilməsinə kömək etmədiyini görüb ondan pulunun qaytarılmasını Şadiyə tələb etmişdir. Həmin vaxtlar o, polis əməkdaşı olduğu üçün Həqiqətdən pulumun qaytarılmasını özü istəməmiş , həyat yoldaşı və anası tələb etmişdir. Lakin Həqiqət müxtəlif bəhanələr gətirərək onun pulunu qaytarmamışdır. Odur ki, o, Həqiqət barəsində şikayət etmişdir. Təqsirləndirilən şəxs nın tanışı X2 ona zəng edərək mənim ona 5300 (beş min üç yüz) manat pul verəcəyim barədə deməsi və həmin pulu İran İslam Respublikasında olan Azərbaycan Respublikası vətəndaşı Fəxrəddin adlı şəxsə göndərməsini xahiş etdiyi, ona görə də 24 iyul 2022ci il tarixdə, saat 23 radələrində onunla Saray qəsəbəsində görüşüb ona 5300 (beş min üç yüz) manat pulu verdiyim və məndən aldığı həmin məbləğdə pulu sonradan İran İslam Respublikasında olan Azərbaycan Respublikası vətəndaşı Fəxrəddin adlı şəxsə göndərdiyi barədə ifadəsində verdiyi məlumatlar yalandır. Beləki, o, X4 tanımış, lakin onunla Təqsirləndirilən şəxs arasında nə kimi pul münasibətlərinin olması ona məlum deyildir. O, Quba rayonundan olan Fəxrəddin və İran vətəndaşı Məhəmmədi görməmiş, onlar haqqında son vaxtlar Təqsirləndirilən şəxs eşitmişdir. Təqsirləndirilən şəxs 5300 manat pulu həyat yoldaşı Şahid1 əılillik qrupunu 1-ci qrupa dəyişməsi üçün vermişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Təqsirləndirilən şəxs iki dəfə görmüşdür. Həqiqət əvvəllər onların ailəsi ilə dostluq etmişdir. “Dağınıq skleroz” xəstəliyi ilə 2-ci qrup əlildir. Əlil arabasından istifadə edir. 2022-ci ilin iyul ayının əvvəllərində Təqsirləndirilən şəxs onun həmin vaxtlar kirayədə yaşadığı ünvan 6 ünvanına qonaq gəlmişdir. Həmin vaxt həyat yoldaşı Amil evdə olmamışdır. Qaynanası Sevda ilə evdə olmuşlar. Həqiqət qonaq olarkan onun əlil arabasında olduğunu görüb xəstəliyi ilə bağlı təqaüd alıb-almadığını soruşmuşdur. O, bildirmişdir ki, 2-ci qrup əlil olaraq təqaüd alır. Təqsirləndirilən şəxs təəssüf etdiyini bildirərək onun əslində 1-ci qrup əlil olduğunu və ona əlillik dərəcəsinin düzgün təyin olunmadığını bildirmişdir. Demişdir ki, onun Sosial Müdafiə Nazirliyində və Təbibdə işləyən tanışları və qohumları vardır. Onların köməyi ilə əlillik dərəcəsini 1-ci qrup etdirməyi təklif etmişdir. Demişdir ki, əlillik dərəcəsi 1-ci qrup olarsa, təqaüdü 200 manat artacaqdır. O, Həqiqətdən mümkünsə kömək etməsini xahiş etmişdir. Həqiqət bildirmişdir ki, bununla bağlı sənədlərin hazırlanmasına görə 300 manat pul lazım olacaqdır. Bundan başqa, içi həll edəcək şəxsə də 5000 manat pul verilməli olduğunu demişdir. Həqiqət getdikdən sonra həyat yoldaşı Amil evə gəldikdə ona bu barədə demiş və Amili Həqiqətə 5300 manat pul verməyə razılaşdırmışdır. Amil özü də Həqiqtlə telefonda danışmış və Həqiqət ona da, bu işi 5300 manat pul müqabilində həll edəcəyinə söz vermişdir. Pulu olmadığı üçün həyat yoldaşı Amil tanışı Səkinə adlı qadına zəng edərək ondan 5300 manat borc pul istəmişdir. Şəklinə razılıq verdikdən sonra Amilin maşını ilə onunla birlikdə Bakı şəhərinə getmişlər. Səkinə bacısından pul götürüb yoldaşı Amilə vermiş və onlarla birlikdə Abşeron rayonu, Saray qəsəbəsinə gəlmişlər. 22 iyul 2022-ci il tarixdə, saat 23 radələrində Saray qəsəbəsində, H.Əliyev küçəsində, yem dükanının yanında Amil maşını saxlamış və maşından düşüb piyada səkisində Təqsirləndirilən şəxs pulu vermişdir. O, həmin vaxt maşında arxa oturacaqda oturmuşdur. Həqiqət ola bilsin ki, onu görməmişdir. Lakin o, Amilin Həqiqətə 5300 manat pul verdiyini görmüşdür. Həqiqətə pul verdikdən bir müddət sonra işinin həll olunmadığını görüb yoldaşı Amil ona zəng etmiş və işin nəticəsini soruşmuşdur. Həqiqət işin düzələcəyini ona vəd etmişdir. Bundan sonra Həqiqətdən hər dəfə işin nəticəsini soruşduqda yalan vədlər verib onları aldatmışdır. Odur ki, 24 iyun 2024-cü il tarixdə Daxili İşlər Nazirliyinin “102 xidmətinə” zəng etmiş və Həqiqət adlı qadının təqaüd düzəltmək adı ilə onu aldadaraq 5300 manat pulunu ələ keçirməsi barədə şikayət etmişdir. Daxili İşlər Nazirliyinin “102 xidmətinə” zəng edib Həqiqət adlı qadının təqaüd düzəltmək adı ilə onu aldadaraq pulunu ələ keçirdiyini bildirsə də, Təqsirləndirilən şəxs 5300 manat məbləğində maddi ziyanı həyat yoldaşı Zərərçəkmiş şəxs vurmuşdur. Həyat yoldaşı Amil qeyd olunan məbləğdə pulu tanışı Səkinədən borc götürmüş və onun borcunu özü ödəyir. Bundan başqa ailənin maddi qazanc gətirən şəxsi Amildir. Odur ki, cinayət nəticəsində maddi ziyuan həyat yoldaşı Amilə vurulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır, Təqsirləndirilən şəxs bir dəfə görmüşdür. 2022-ci ilin yay vaxtı Amil ona zəng etmiş və ondan 5300 manat borc pul istəmişdir. Amil bildirmişdir ki, Həqiqət adlı qadın onun həyat yoldaşı Şadiyənin 2ci qrup əlilliyini 1-ci qrupa dəyişdirmək üçün həmin məbləğdə pulu ondan istəmişdir. O, Amilə demişdir ki, onun pulu yoxdur, lakin Bakı şəhərində yaşayan bacısından borc alıb verə bilər. Odur ki, Amillə Sumqayıt şəhərində görüşmüş və onun avtomaşını ilə Bakı şəhərinə gəlmişlər. Amilin həyat yoldaşı Şadiyə də maşında olmuşdur. Amilə demişdir ki, 20 yanvar dairəsində gözləsin. Özü isə, onun maşınından düşüb bacısı Validənin yaşadığı Yasamal rayonundakı ünvanına getmiş və ondan 5300 manat pul alıb 20 yanvar dairəsinə qayıtmışdır. 20 yanvar dairəsində Amillə görüşüb onun maşınına oturmuş və 5300 manat pulu ona vermişdir. Sumqayıt şəhərinə gələrkən Amil, Həqiqət adlı qadına zəng etmiş və onunla Saray qəsəbəsində, H.Əliyev küçəsində, yem dükanının yanında görüşmək barədə razılaşmışlar. Saray qəsəbəsinə, yem dükanının yanma saat təxminən 22 radələrində Amil maşını saxlamış və maşından düşmüş, o və Şadiyə maşından düçməmişlər. Maşından görmüşdür ki, Amil ondan aldığı 5300 manat pulu sayaraq həmin qadına vermişdir. Sonra Amil maşına minmişdi və Sumqayıt şəhərinə getmişlər. Ona olan borcunu Amil bir ay müddətində qaytarmağa söz vermişdir. Lakin bir neçə ay keçdikdən sonra Amilin pulu qaytarmadığını görüb ondan pulunu qaytarmağını tələb etmişdir. Amil bildirmişdir ki, Həqiqət adlı qadın onu və həyat yoldaşını aldatmış, pulunu ələ keçirmişdir.Sonradan Amil ona olan borcunun 3000 manatını qaytarmışdır. Qalan borcunu da hissə-hissə ödədiyi üçün Amildən şikayətçi olmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Axtarış elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, istintaqdan yayındığı üçün Təqsirləndirilən şəxs tutulmasından ötrü barəsində axtarış elan edilmiş və Azərbaycan Respublikası CPM- nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulmuş və Abşeron RPİ-in MSY-nə təhvil verilmiş və barəsindəki cinayət işi üzrə icraat təzələnmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin məhkəmə tədqiqi zamanı işin müəyyən olunmuş faktiki halları ilə tam təsdiq edilmişdir ki, o, dələduzluq cinayətini məhz aldatma və etibardan sui-istifadə etmə yolu ilə törətmişdir, əmlak (pul) sahibi olan zərərçəkmiş şəxs də öz əmlakını (pulunu) onun yalan vədlərinin təsiri altında könüllü surətdə vermişdir, Təqsirləndirilən şəxs niyyəti əmlakı (pulu) ələ keçirərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, zərərçəkmiş şəxsin pulunun əvəzsiz və qanunsuz olaraq ələ keçirilməsinə yönəlmişdir, hansı ki, nəticə etibarı ilə o, həmin zərərçəkmiş şəxsə münasibətdə bu məqsəd və niyyətinə çatmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - xeyli miqdarda ziyan vurmaqla törədildikdə cinayət məsuliyyəti yaranır. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi dələduzluq əməli nəticəsində zərərçəkmiş şəxsə vurduğu maddi ziyanın ödəməmiş, zərərçəkmiş şəxslə barışıq əldə etməmiş, bundan irəli gələrək sonrakı hərəkət qismində cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməmişdir. Belə olan halda, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 73- 1.2-ci maddəsində müəyyən edilən qaydada cinayət məsuliyyətindən azad edilməsi üçün qanuni əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmə iclasında ilkin ifadəsində verilmiş ittiham üzrə özünü qismən təqsirli bilsə də, sonradan əməlini tam etiraf etmişdir, ona görə bununla bağlı əlavə hüquqi qiymətləndirmə aparılması zərurəti qalmamışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi dələduzluq əməlləri Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, zərərçəkmiş şəxsin şikayətçi olmasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən X3 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixdək həbsdə saxlanıldığı 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia və maddi sübut yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilməsə də, onun tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən ziyanın ödənilməsini tələb etdikləri halda zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər, ona bu hüquqları izah edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 20:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan, 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-534/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-534/2025
04.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver