Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-535/2020 22.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim - Nəcəfova Şövkət Hüseyn qızının sə-drliyi, məhkəmə iclas katibi - Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs Söhbəddin oğlunun, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxx 1984-cü ildə Ermənistan Respublikasının Amasya rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu Ceyranbatan qəsəbəsi yeni məhəllədə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxxxx 2018-ci il tarixdə, saat 13 radələrində bacısı Şahid3 üçün qaynatası Məhərrəmov Söhbətdin Məcid oğlu tərəfindən inşa edilmiş ünvan 3 ünvanda apardığı təmir işlərindən narazı qalmış, Söhbətdin Məhərrəmov ondan təmir işlərini dayandırmasını və evdən çıxıb getməsini tələb etməsi səbəbindən bacısı Ramilə Abdullayevin qaynı Zərərçəkmiş şəxs Söhbəddin oğlu ilə aralarında baş vermiş mübahisə zamanı onun atası Söhbətdin Məhərrəmov və anası Şahid1 gözü qarşısında Zərərçəkmiş şəxs ağır iztirablar verməklə təpiklə onun sağ əlinə bir dəfə vuraraq, ona sağ əlin V daraq sümüyünün qapalı yerdəyişməyən sınığı ilə nəticələnən Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan xüsusi amansızlıqla qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, bacısı Ramilənin əri İlqar Məhərrəmov 2010-cu ildə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ölmüş, İlqarın valideyinləri sonradan Ramiləni evdən çıxartdıqları üçün Ramilə 2011-ci ilin ortalarında uşağı ilə onların evinə gəlmiş və onlar ilə birlikdə yaşamağa başlamışdır. Təxminən 2014-cü ildə Ramilənin qaynatası Söhbətdin onların evinə gəlib nəvəsi ilə görüşdükdə evinin yanında Ramilə üçün ev tikdirdiyini, ancaq təmir işlərini onların etməsini təklif etdikdə onun təklifi ilə razılaşmışdır. Həmin vaxtdan bacısı Ramilə üçün olan evdə kafel və metlax düzməyə başlamış, evdə işlərini qurtarmağa az qalmış xx xxxxxxxx 2018-ci il tarixdə, saat 13 radələrində Söhbətdin onun yanına gəlib təmir işlərinə baxdıqda, təmirdən xoşu gəlmədiyini deyərək onu təhqir edib evdən çıxmasını tələb etmiş, buna görə aralarında sözlə mübahisə olmuş, həyətdə olduqları vaxt Söhbətdin ona tərəf daş atmış, lakin daş ona dəyməmiş, bundan sonra paltarlarını dəyişib evdən çıxanda Söhbətdinin arvadı Tamilla onun üzərinə gələrək onu təhqir etmiş, həmin vaxt Söhbətdinin oğlu Vüqar əlində balta ilə onun üstünə gəldikdə Vüqar ilə əlbəyaxa olmuş, Vüqarın əlindən baltanı alanda balta əlini kəsmiş və baltanı alıb kənara atmışdır. Sonra avtomobilinə oturub oradan çıxıb getmişdir.Münaqişə həyətdə baş vermiş, təxminən 5 dəqiqə davam etmiş, orada Vüqar, Söhbətdin və Tamilladan başqa heç kim olmamışdır. Sonda o, tutduğu əməldən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, himayəsində üç azyaşlı uşağının olmasını əsas gətirərək məhkəmədən onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışında Zərərçəkmiş şəxs Söhbəddin oğlu ifadəsində göstərdi ki, qardaşı İlqar Məhərrəmov 2010-cu ildə yol nəqliyyat hadisəsi nəticəsində vəfat etmiş, ondan sonra mərhum qardaşı İlqarın həyat yoldaşı Ramilə valideyinlərinin yanında yaşamağa başlamış, atası da evlərinin yanında tikdirdiyi evi təmir etdirib Ramiləyə və onun azyaşlı qızına yaşamaq üçün vermək qərarına gəlmiş, ona görə də həmin evdə təmir işlərini görməyi Ramilənin qardaşı Bayrama tapşırmış, Bayram bununla razılaşmışdır. xx xxxxxxxx 2018-ci il tarixdə, saat 13 radələrində yaşadığı həyətdə olduğu vaxt, atası Söhbəddin ilə mərhum qardaşı İlqarın arvadı Ramilə üçün həyətdəki evdə təmir işləri aparan Bayramın mübahisə etdiyini və Bayramın əlinə daş parçası götürərək atasını vurmaq istədiyini görmüş, onları ayırmaq üçün tez Bayramın üstünə getmiş, Bayram təpiklə sağ əlinə bir dəfə zərbə vurmuş və boynundan tutaraq onu yıxmaq istəmiş, bunu görən atası onları aralamış, Bayramı avtomaşınına əyləşdirib yola salmış, əlində ağrı olduğu üçün xəstəxanaya getmiş və xəstəxanada barmağının sındığını bilmiş, şikayət etmək istəmədiyi üçün xəstəxanada bu barədə məlumat verməmişdir. xx xxxxxxxx 2018-ci il tarixdə evlərinə mərhum qardaşının arvadı Ramilə gəlib təmir olunan evin açarını istəmiş, anası açarı ona vermədiyi üçün Ramilə onlar ilə mübahisə etmiş, buna görə Ramilənin qardaşı Bayramın onu vurub xəsarət yetirməsi barədə şikayət etmiş, əlavə olaraq o,Təqsirləndirilən şəxs üstünə balta ilə getmədiyini, onda baltanın olmadığını, Bayramın məsuliyətdən qurtarmaq üçün onda balta olduğunu dediyini, aralarındakı münaqişənin həyətdə baş verdiyini, təxminən beş dəqiqə davam etdiyini, orada atası Söhbəddin,anası Tamilla və Bayramdan başqa heç kimin olmadığını bildirdi. Sonda o, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərərk bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Məhərrəmov Söhbətdin Məcid oğlu ifadəsində göstərdi ki, oğlu İlqar Məhərrəmov 2010-cu ildə yol-nəqliyyat hadisəsi zamanı vəfat etmiş, hadisədən sonra İlqarın arvadı yəni, gəlini Ramilə uşağı ilə valideyinlərinin evinə gedib orada yaşamağa başlamışdır. Son zamanlar İlqarın qızı və onun nəvəsi Fatiməni görmək üçün onlara getmiş və onların mənzil şəraitinin pis olduğunu görüb öz evinin yanında qızı Esmiraya məxsus evi təmir etdirərək onların müvəqqəti olaraq həmin evdə yaşamaları qərarına gəlmiş, buna görə də evi təmir etdirməyə başlamış, təmir zamanı Ramilə qardaşı Bayramın kafel ustası olduğunu, evin vanna otağının kafelini Bayramın vurmasını demiş, Bayram buna razılıq vermiş və Bayram vanna otağının kafelini vurmağa başlamış, həmin ərəfədə Bayram ona döşəmə ustasının gəlməyəcəyini, döşəmə işlərini özü edəcəyini ona demiş, buna razılıq verməsinə baxmayaraq sonradan Bayramın ona yalan dediyini bilmişdir. xx xxxxxxxx 2018-ci il tarixdə, saat 13 radələrində təmir olunan evə gedib, təmir işlərinə baxdıqda, Bayramın kafelləri pis vurduğunu görmüş, buna görə, həm də Bayramın ona yalan danışdığı üçün ona iradını bildirmişdir. Bu səbəbdən Bayram ilə aralarında baş vermiş mübahisə zamanı, Bayramın onun üzərinə gəldiyini gördükdə, təmir olunan evdən həyətə çıxmış, onun arxası ilə çıxan Bayramın həyətdə onunla mübahisə etdiyini görən arvadı Tamilla onların yanına gəlmiş, Bayram əlinə daş parçası götürərək onu vurmaq istədikdə, oğlu Vüqar onların yanına gəlib Bayramın üstünə getdikdə Bayram təpiklə Vüqarın sağ əlinə bir zərbə vurmuş və Vüqarın boynundan tutaraq yerə yıxmaq istədikdə onları ayırmış və Bayramı avtomobilinə əyləşdirib yola salmış, oğlu Vüqar əlinin ağrısı ilə əlaqədar xəstəxanaya gedib, həkimə müraciət etmiş və sağ əlinin barmağının Bayramın vurduğu təpik zərbəsindən sındığını bilmişdir. Gəlini Ramilənin xahişinə görə onlar Bayramdan şikayətçi olmamışlar, xx xxxxxxxx 2018-ci il tarixdə Mingəçevir şəhərindən evinə qayıdarkən arvadı Tamilla ona zəng edərək Ramilənin evə gəlib mübahisə yaratdığını ona bildirmişdir. Bayram ilə aralarında münaqişə olmasına baxmayaraq bir-birilərini vurmamışlar. Bayram ilə olan münaqişə həyətdə baş vermiş, təxminən 4-5 dəqiqə davam etmişdir. Orada oğlu Vüqar, arvadı Tamilla və Bayramdan başqa heç kim olmamışdır və oğlu Vüqarda balta olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Söhbəddin Məhərrəmov onun keçmiş qaynatasıdır. Söhbəddinin oğlu İlqar Məhərrəmovla 2006-cı ildə ailə həyatı qurmuş, birgə nikahdan bir övladı dünyaya gəlmiş, evli olduğu dövrdə İlqar torpaq sahəsi almış və həmin evin tikinti işlərini tamamlamış, İlqar 2010-cu ildə yol-nəqliyyat hadisəsi zamanı vəfat etdikdən sonra İlqarın valideyinləri ilə yola getmədiyi üçün valideyinlərinin evinə gedib və həmin vaxtdan etibarən onlarla yaşamağa başlamış, təxminən 2014-cü ildə Söhbəddin onlara evinin yanında onlar üçün torpaq sahəsi alaraq ev tikdirdiyini demiş, evin yalnız daş işi görülüb damı vurlmuşdur.Həmin vaxtdan evi öz hesabına hissəhissə təmir etmiş, evin təmirində hər iki qardaşı usta kimi işləyərək ona köməklik etmişlər. Hazırda təmir demək olar ki, tamamlanlanmışdır. xx xxxxxxxx 2018-ci il tarixdə qaynatası Söhbəddin ona zəng edərək qardaşı Bayramın dava saldığını bildirmiş, buna görə də o, təmir olunan evə gəlmiş və ora gələndə artıq qardaşı Bayram çıxıb getmiş, səhəri gün o, qaynatasının evinə gedəndə Vüqarın əlinin gipsdə olduğunu görmüş və şikayət etməməsini xahiş etmiş, lakin onlar şikayətçi olduğunu demişlər. xx xxxxxxxx 2018-ci il tarixdə isə yenidən qaynatasının evinə gedərək onun üçün təmir olunan evin açarını istəmiş, lakin qaynanası Tamilla evin açarını verməmişdir. Buna görə də aralarında sözlə mübahisə olmuşdur. Bundan sonra o, çıxıb getmiş və sonradan onların qardaşı Bayramdan şikayət etdiyini eşitmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, iş üzrə şahid qismində dindirilmiş Məhərrəmov Söhbətdin Məcid oğlunun ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. X11 Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə, X11 Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından istintaq zamanı və məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10-Təcrübi və X6 rayon şöbəsinin xx.xx.2018-ci il tarixli 1970 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, 1981ci il təvəllüdlü Zərərçəkmiş şəxs Söhbəddin oğlunun məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarət - sağ əlin V daraq sümüyünün qapalı yer dəyişməyən sınığı bərk küt əşya təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə yəni xx.xx.2018-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs AzərbaycanRespublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsiri tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs AzərbaycanRespublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə təqsirli bilinərək sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. AzərbaycanRespublikasıCinayətMəcəlləsinin41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cümaddəsinəəsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İşmateriallarındaolanvəməhkəməbaxışındatədqiqedilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 xx.xx.2018-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. İşmateriallarındaolan Abşeron rayonu Ceyranbatan qəsəbəsi MTİİTS tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu Ceyranbatan qəsəbəsi yeni məhəllədə qeydiyyatsız yaşayır və yaşayış üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı-xx.xx.2018-ci il təvəllüdlü X2, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2014-cu il təvəllüdlü X3 adlı uşağı var Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, himayəsində üç azyaşlı uşağının olmasını və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasınıağırlaşdıranhallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun törədilmə hallarını, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, cəzanın onun islah olunmasına və ailə şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı həm də, cəzanın məqsədlərinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Bakı şəhəri, Abşeron rayonu ərazilərini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. HökmünicrasıSumqayıt şəhərProbasiya şöbəsinə həvaləolunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 381, 384 və 385-cimaddələrinirəhbərtutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs AzərbaycanRespublikasıCinayətMəcəlləsinin127.2.2-ci maddəsiilə nəzərdə tutulmuş cinayətin törədilməsindətəqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə Bakı şəhəri, Abşeron rayonu ərazilərini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs icra orqanında qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılsın. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-535/2020
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-535/2020
22.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver