Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-535/2023 23.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X2, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx.xx.1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan və ödənilməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs etibarından sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs sonuncunun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək tutulmuş və barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş X1 həbsdən azad olunacağına köməklik edəcəyini yalandan vəd edib inandıraraq aldatmış, bu niyyətlə Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən “Araz” supermarketində quraşdırılmış “Milli-Ön” ödəmə terminalı vasitəsilə 2021-ci ilin iyun ayının əvvələrində Zərərçəkmiş şəxs onun adma olan 4169-7385-7069-8016 nömrəli "xxxx" ASC-yə məxsus kart hesabına köçürdüyü 3500 manat, xx.xx.2021-ci il tarixdə eyni ünvandan köçürdüyü 3500 manat, xx.xx.2021 -ci il tarixdə eyni ünvandan köçürdüyü 4000 manat, 2021-ci ilin iyul ayının əvvələrində eyni ünvanda köçürdüyü 3000 manat və 2021-ci ilin iyul ayının ortalarında köçürdüyü 1000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib vədinə əməl etməyərək, Zərərçəkmiş şəxs ümumilikdə 15000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs qardaşı Cəfər ilə 2021-ci ilin yay aylarında 1 saylı Bakı İstintaq Təcridxanasında cəza çəkən zaman tanış olmuşdur. Cəfər Əsədov ilə təcridxanada cəza çəkən zaman münasibətləri yaxşı olmuş, aralarında heç bir ədavəti olmamış, Cəfər ona tam şəkildə etibar etmişdir. Cəfər Əsədov yaxın vaxtlarda azad olunacağını eşidib, ona da köməklik etməyi xahiş etmişdir. Onun köməklik etmək üçün heç bir imkanının olmamasına baxmayaraq, Cəfərin ona qarşı olan etibarından istifadə edib, sonuncunun pulunu ələ keçirtmək istəmişdir. Bu səbəbdən Cəfərə məhkəmə qaydasında iki il həbs verdirməyə köməklik edəcəyimi vəd vermişdir. Daha sonra, isə ümumiyyətlə azad olunmasına köməklik edəcəyini bildirmişdir. Cəfər ona azadlıqda olan qardaşı Kamranın nömrəsini vermiş, o, Kamran ilə İstintaq Təcridxanasında telefonla danışmaq üçün ayrılmış vaxtlarda əlaqə saxlamağa başlamışdır. Sonuncuya da yalandan qardaşını çıxartmağa köməklik edəcəyini deyib, özünə məxsus karta pul vurulması üçün nömrəsini vermişdir. Kamrana hər dəfə müxtəlif bəhanələr gətirərək, hissə-hissə kart hesabına ümumilikdə 15000 manat pul köçürmüşdür. Çünki Kamran qardaşı Cəfəri həbsdən çıxartmağa köməklik etməyi üçün hər şeyə razı idi və ona dediyi bütün pulları ona məxsus karta köçürmüşdür. Həmin vaxt kartı özündə olmuş, lakin heç kəs kartının yerini bilməmişdir. Buna baxmayaraq Birbank qardaşı Sənanın telefonuna yüklənmiş ki, onun hesabına gələn pulları asanlıqla öz kartına köçürtmə edib, çıxartsın və o həbsdən azad olunandan sonra özünə qaytarsın. Qardaşı Sənan ilə telefon danışıqlarının birində qumar oyunundan pul udduğunu, həmin pulun onun kartına köçürüləcəyini deyib, kartına yüklənmiş pulu öz kartına köçürtmə edib çıxartmasını xahiş etmişdir. Sənana da, kartına göndərilmiş pulu saxlaması və heç kəsə pul verməməsi barədə xəbərdarlıq etmişdir. Zərərçəkmiş şəxs tərəfindən 15000 manat pul 2021-ci ilin iyun və iyul aylarında ona məxsus 4169-7385-70-69- 80-16 nömrəli "xxxx" ASC-yə aid karta yüklənmiş, həmin pulu isə qardaşı Sənan çıxardıb özündə saxlamış, ona məxsus pul yüklənən kart hal- hazırda işlək vəziyyətdə deyil, bu səbəbdən sındırıb atmışdır. Məhkəmin hökmü ilə ona 28 gün müddətində azadlıqdan məhrum etmə cəzası verildikdən sonra o, 14 saylı cəzaçəkmə məntəqəsinə getmiş və 2021-ci ilin sentyabr ayında azadlığa buraxılıb, qardaşı Sənan ilə görüşmüş və qeyd olunan məbləği ondan götürüb öz maddi ehtiyacları üçün xərcləmişdir. Göstərmişdir ki, onun bu kimi hərəkəti barədə nə anası Püstənin, nə də ki, qardaşı Sənanın məlumatı olmamışdır. Onun kartı özündə olmuş, heç kəs kartın yerini bilməmsişdir. O, həbs olunmamışdan qabaq özünə məxsus kartı gizlətmiş, lakin Birbankı qardaşının telefonuna yükləmiş ki, ona gələn pullardan xəbəri olsun. Çünki həqiqətən qumar oyunu azarkeşiyi olmuş, tez-tez qumar oynamış, düşünmüşdür ki. qumar oynayıb əldə etdiyi pulu kartına göndərər. Qardaşı Sənanı da yalandan aldatmışdır ki, guya 15000 manat pulu qumarda udmuşdur. Sonda o, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini əsas gətirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, qardaşı X4 Azərbaycan Respublikası Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 2021-ci ilin yanvar ayında tutulmuş və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilərək 4 ay müddətində həbs qətimkan tədbiri seçilib, Bakı şəhər 1 saylı istintaq təcridxanasma göndərilmişdir. Qardaşı istintaq təcridxanasmda olan zaman Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs qardaşına köməklik edəcəyi adı ilə bağlı dəfələrlə vədlər vermiş, qardaşı Cəfər isə sonuncuya inanmışdır. Bu barədə qardaşı X4 telefon danışıqlarının birində ona bildirmiş, tanışı Təqsirləndirilən şəxs adlı şəxslə tanış olduğunu, onun qardaşını həbsdən çıxartmağa köməklik edəcəyini deyib, telefon nömrəsini Səxavətə verəcəyini bildirmişdir. O da qardaşı Təqsirləndirilən şəxs həbsdən çıxmağına sevindiyi üçün razılaşmışdır. Bundan sonra onlar Səxavət ilə mütəmadi olaraq danışmağa başlamış, həmin vaxt sonuncu 1 saylı istintaq təcridxanasmda olmuşdur. Səxavət əvvəlcə ona bildirmişdir ki, guya qardaşı Cəfərə, iki il cəza verilməsinə köməklik edəcəkdir. Səxavət kartın anası Püstədə olduğunu deyib, pulu anasının çıxardacağmı və qardaşı Cəfəri həbsdən çıxartmağa köməklik edəcəyi şəxsə verəcəyini bildirmişdir. Cəfər Əsədov bir neçə gün sonra onunla əlaqə saxlamış və bildirmişdir ki, onunla birlikdə 1 saylı istintaq təcridxanasmda cəza çəkən Səxavət onu daha tez müddətdə həbsdən xəstəliyi ilə əlaqəda çıxarda bilər. Lakin bunun üçün əlavə xərc lazım olduğunu demişdir. Səxavət ilə bu barədə danışanda, ümumilikdə 15000 manat pulun da lazım olduğunu bildirmişdir. O da bu səbəbdən özünə məxsus “Daewoo” markalı avtomobili satmışdır. X1 həbsdən çıxartmaq üçün hissə-hissə olmaqla ümumilikdə 15000 manat pulu hissə-hissə Təqsirləndirilən şəxs aid "xxxx" ASC-yə məxsus plastik karta köçürmüşdür. Təqsirləndirilən şəxs qardaşını həbsdən çıxartmaq üçün pul verməyinə baxmayaraq, 2021-ci ilin avqust ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin Hökmü ilə barəsində 11 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdir. Artıq Təqsirləndirilən şəxs onu aldatdığını başa düşüb, bir neçə ay sonra onun anası Püstə Paşazadə ilə danışmağa başlamışdır. Bundan əlavə Səxavət özü də ona yığıb, qardaşını yaxın vaxtlarda buraxdıracağı ilə aldatmışdır. Püstə də oğlu Səxavətin etdiyi əməllərdən xəbərsiz olduğunu deyib, yaxın vaxtlarda pulunu qaytaracağını demişdir. Təqsirləndirilən şəxs sonradan həbsdən azad olunmuş, sonuncu onu aldatdığı üçün barəsində şikayət etmək qərarına gəlmiş və Abşeron RPİ-nə ərizə ilə müraciət etmişdir. Göstərmişdir ki, Təqsirləndirilən şəxs ümumilikdə 15000 manat pulu hissə-hissə qardaşı Cəfər Əsədovu həbsdən çıxartmaq üçün vermiş, “Milli-Ön” ödəmə terminalı vasitəsilə 2021 -ci ilin iyun ayının əvvələrində 3500 manat, xx.xx.2021-ci il tarixdə 3500 manat, xx.xx.2021 -ci il tarixdə 4000 manat, 2021-ci ilin iyul ayının əvvələrində 3000 manat və iyul ayının ortalarında 1000 manat pulu 4169-7385-7069-8016 nömrəli "xxxx" ASC-yə məxsus kart hesabına köçürtmüşdür. Sonda o, məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə təqdim edərək təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam olaraq ödənilməsini və sonuncuya qarşı heç bir şikayət və tələbinin olmamasını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini və əlavəsinin olmadığını bildirdi. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs doğma qardaşıdır. Sonuncu 2021-ci ilin yay aylarında 1 saylı Bakı İstintaq Təcridxanasmda cəza çəkmiş, həmin ərəfədə Səxavət ona zəng vurub, İstintaq Təcridxanasmda cəza çəkən zaman qumar oyunundan pul utduğunu bildirib, pulun bir nəfər azadlıqda olan tanımadığı şəxs tərəfindən onun özünə məxsus "xxxx" ASC-yə aid kartına köçürüləcəyini deyərək, pulu çıxardıb özündə saxlamağı, həbsdən azad olunduqdan sonra özünə verməyini bildirib, həmin puldan istifadə etməyə və ya hər hansı şəxsə borc qaytarmağa qadağa qoymuşdur. O da sonuncudan dəfələrlə kartına göndərilən pulun problemli olub-olmamasını soruşmuş, qardaşı isə heç bir narahatçılığın olmadığını deyib, bir daha pulu qumarda utduğunu təkrar edərək, çıxandan sonra həmin pul ilə özünə biznes quracağını bildirmişdir. Təqsirləndirilən şəxs məxsus kartın harada olduğunu bilməsədə, ona pul gəlməyi barədə telefonuna yönləndirmişdir bu barədə Bir Bank proqramı vasitəsilə məlumat almışdır. Kart hesabına 2021-ci ilin iyun və iyul aylarında bir neçə dəfəyə ümumilikdə 15000 manat pul köçürülmüş, həmin pulun kim tərəfindən köçürüldüyünü bilməmişdir. O, pulun gəldiyini görəndən sonra qeyd olunan məbləği özünə məxsus karta köçürtmə edib, Bakı şəhəri, Yasamal rayonu, "xxxx" adlı mağazanın yaxınlığında olan Kapital Bank ASC-yə məxsus terminal vasitəsilə çıxartmış və özündə saxlamışdır. Səxavət 2021-ci ilin sentyabr ayının əvvələrində həbsdən azad olunmuş, ona 15000 manat pulu Bakı şəhəri, Yasamal rayonu, “Ford Fusion” adlı geyim mağazasının qarşısında vermişdir. Zərərçəkmiş şəxs anası Püstəxanıma zəng vurub, qardaşı Səxavətin onu aldadaraq qardaşını həbsdən çıxartmaq adı 15000 manat pulunu dələduzluq yolu ilə ələ keçirməsi barədə məlumat vermiş, həmin vaxta qədər onların bu barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs kartının harada olmasını bilməmiş, pulu özü çıxartmış, həmin pul Təqsirləndirilən şəxs kartına gəlməsi barədə məlumatı olduqdan sonra həmin məbləği özünə məxsus "xxxx" ASC-yə aid kartıma köçürtmə edib, sonra pulu çıxartmışdır. Səxavət həbsdən azad olunandan sonra pulu onun özünə vermiş, pulu Səxavətə verəndən sonra Kamran anası Püstəyə zəng vurub, qardaşının onları aldatmasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini və əlavəsinin olmadığını bildirdi. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Oğlu 2021-ci ilin yay aylarında 1 saylı Bakı İstintaq Təcridxanasında cəza çəkmiş, həmin ərəfədə sonuncu qardaşı Sənana zəng vurub, İstintaq Təcridxanasında cəza çəkən zaman qumar oyunundan pul udduğunu bildirib, pulun bir nəfər azadlıqda olan tanımadığı şəxs tərəfindən onun özünə məxsus "xxxx" ASC-yə aid kartına köçürüləcəyini deyərək, pulu çıxardıb özündə saxlamağını, həbsdən azad olunandan sonra özünə verməyini bildirib, həmin puldan istifadə etməyə və ya hər hansı şəxsə borc qaytarna qadağa qoymuşdur. Oğlu Şahid1 dəfələrlə ondan pulun haradan əldə etdiyini soruşub, problemli olub olmadığı barədə məlumat almış, sonuncu təkrar olaraq pulun özünə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs kartında 2021-ci ilin iyun və iyul aylarında ümumilikdə 15000 manat pul yüklənmiş, həmin pulu oğlu Sənan çıxartmış və Səxavət həbsdən azad olunandan sonra özünə vermişdir. Zərərçəkmiş şəxs ilə telefonla danışanda ona məlum olmuşdur ki, oğlu Səxavət onu aldadaraq qardaşını həbsdən çıxartmaq adı 15000 manat pulunu dələduzluq yolu ilə ələ keçirtmişdir. Göstərmişdir ki, o, ümumiyyətlə terminaldan pul çıxarda bilmir. Qeyd olunan pulu oğlu Sənan çıxarıb Səxavətin özünə verib, həmin pulun Zərərçəkmiş şəxs qardaşını həbsdən çıxartmaq müqabilində alması barədə məlumatı olmayıb. Bu məlumatı 15000 manat pulu Səxavət oğlum Sənandan götürəndən sonra bilmişlər. Belə ki, Kamranın qardaşı Cəfərə 11 il həbs verəndən sonra oğlu Səxavətin onları aldatdığını başa düşüb və bu işlə bağlı ona da ətraflı məlumat vermişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmiş və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə 02 (iki)il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə AR CM-nin 178.2.2-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 67.1, 68.1.1-1 və 69.3-cü maddəsinə əsasən 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə onun cəzası 2 (iki) il 2 (iki) aya endirilmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, AR CM-də dəyişiklik edilməsi haqqında xx.xx.2020-ci il tarixli qanunu tətbiq edilməklə 178.2.2-ci maddəsi ilə cinayət işi üzrə icraata xitam verilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündən və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının azadlıqdan məhrumetmə cəzsı ilə əvəz edilməsinə dair müddəa və CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməsinə dair müddəa xaric olunmuş, Təqsirləndirilən şəxs üzərində Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2019-cu il tarixə çəkilməmiş qalan 11 ay 11 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərində Bakı Şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 05 (beş) ay 03 (üç) günü 02 (iki) ay 16 (on altı) gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və o, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Həmçinin Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən və Sumqayıt şəhər Probasiya şöbəsoinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən qəti olaraq 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudllaşdırılması cəzası təyin olunmuş və həmin cəza tam olaraq çəkilməmiş qalmışdır. İş materiallarında olan Bakı şəhər MKTD 157 saylı MKİS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanda qeydiyyatsız yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməklə, əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməklə, peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəməsini qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaqın çağırışlarına gəlmədiyi üçün hazırki cinayət işi üzrə barəsində axtarış elan edilmiş və xx.xx.2023-cü il tarixində tutulmuş, Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həmin qətimkan tədbiri məhkəmədə öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu 04 (dörd) ay 04 (dörd) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 08 (səkkiz) ay 08 (səkkiz) gün müddət ona təyin olunmuş cəza müddətindən çıxılaraq ona qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Bakı şəhəri və Abşeron rayonu hüdudlarını saat 23:00-dən saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunmalı və o, məhkəmə zalında dərhal azad olunmalıdır. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək öz gücündə saxlanılmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul və məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Nərimanov rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq təyin olunmuş və çəkilməmiş 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasının müddəti qismən hesablanmaqla onun üzərində qəti olaraq 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 04 (dörd) ay 04 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınaraq həbsdə saxlanıldığı bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 8 (səkkzi) ay 8 (səkkzi) gün müddət ona təyin edilmiş 03 (üç) il müddətinə müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv olunsun və o, məhkəmə zalında dərhal azad olunsun. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək öz gücündə saxlanılsın. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə Bakı şəhəri və Abşeron rayonu ərazisini və saat 23:00dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul və məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-535/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-535/2023
23.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver