Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-536/2020 17.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi, vəkil X2 və Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi, vəkil Müdafiəçi2 iştirakı ilə xx.xx.1996-cı ildə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta-ixtisas təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Neftçala şəhəri, Ü.Hacıbəyov küçəsi ev 1-B, mənzil 46-da qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi 9, mənzil 24də yaşayan, barəsində “polisin nəzarəti altanı vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə, xx.xx.1986-cı ildə Ermənistan Respublikası, Masis rayonu, Ovtaşat kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işsiz, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 8-ci küçə, ev 36-da qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, H.B.Zərdabi küçəsində yaşayan, barəsində “polisin nəzarəti altanı vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhər sakini Təqsirləndirilən şəxs2 iki ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş, ümumi təmiz çəkisi 0,226 qram, şəxsi istehlak miqdarından artıq miqdarda, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq satış məqsədi olmadan əldə edib üzərində daşıyaraq saxlamış, həmin günü saat 19:50 radələrində Abşeron rayon polis idarəsinin əməkdaşları daxil olmuş əməliyyat məlumatı əsasında Abşeron rayon, Xırdalan şəhəri ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs1 Abşeron rayonu, Xırdalan şəhəri, H.B.Zərdabi küçəsində saxlayaraq, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti-6 ünvanında yerləşən, Abşeron rayon Pİ-nin inzibati binasına gətirmiş və xidməti iş otaqlarının birində üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindəki “Samsunq” markalı mobil telefon aparatının arxa qapağının içində saxladığı, 2 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına daxil olan, ümumi təmiz çəkisi 0,226 qram, şəxsi istehlak miqdarından artıq miqdarda, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini aşkar edib götürülmüşdür. Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan mənbədən bir ədəd kağız kəsiyinə bükülmüş cəmi 0,303 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib satış məqsədi ilə üzərində saxlamış, xx.xx.2020-ci il tarixdə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, H.B.Zərdabi küçəsində həmin narkotik vasitəinin 0,226 qramını tanışı Təqsirləndirilən şəxs1 10 manata satmış, 0,303 qramını isə özündə saxlamış, həmin günü saat 21:30 radələrində Abşeron rayon polis idarəsinin əməkdaşları daxil olmuş əməliyyat məlumatı əsasında Abşeron rayon, Xırdalan şəhəri ərazisində keçirdikləri əməliyyataxtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs2 Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, H.B.Zərdabi küçəsində saxlayaraq, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti-6 ünvanında yerləşən, Abşeron rayon Pİ-nin inzibati binasına gətirmiş və 111 nömrəli xidməti iş otağında üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı bir ədəd kağız kəsiyi bükümündə, qanunsuz olaraq satış məqsədi ilə əldə edib, üzərində daşıyaraq saxladığı, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına daxil olan, təmiz çəkisi təmiz çəkisi 0,303 qram, şəxsi istehlak miqdarından artıq miqdarda, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini aşkar edib götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxslərin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətmələri müəyyən olunmuşdur. Belə ki, məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirlibilərək, ifadəsində göstərmişdir ki,təxminən 7-8 aydır ki, narkotik vasitə olan heroin qəbul edir. xx.xx.2020-ci il tarixdə saat 19:50 radələrində Xırdalan şəhəri, H.B.Zərdabi küçəsində olduğu zaman mülki geyimli polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və sonra narkotik vasitələrin qəbulunda şübhəli bilindiyi üçün Abşeron RPİ-nə gəlməli olduğunu bildirmişlər. Heç bir etiraz etməmiş və onlarla birlikdə Abşeron RPİ-nə gəlmiş, Pİ-də xidməti otaqların birində onahüquq və vəzifələri izah edilmiş, polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə onunüzərinə baxış keçirilməyə başlanmış, polis əməkdaşları onaüzərinə baxış keçirəcəyinibildirərək, əgər üstündə saxlanılması qadağan olunan əşya vardırsa təqdim etməsinitəklifetmişlər.Üzərində olan 2(iki) ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş heroiniəynində olan qara rəngli cins şalvarının sağ yan cibindəki “Samsunq” markalı telefonumun qapağının arxasından çıxarıb stolun üstünə qoymuşdur. Sonra polis əməkdaşları tərəfindən həmin 2ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüşnarkotik vasitə olanheroin xüsusi elektron tərəzidə çəkilmiş, zərfə qoyulmuş və möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, özü və polis əməkdaşları zərfə və protokola imza etmişlər. Narkotik vasitə aludəçisi olduğu üçünhəmin narkotik vasitəni özü istifadə etmək üçün cibində saxlamışdır.İbtidai istintaq zamanı üzərindən aşkar edilmiş narkotik vasitəni Kamrandan 10 manat müqabilində alması barədə yazılı izahat və ifadə vermişdir. Verdiyi ifadədən imtina edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, təxminən 1 il olar ki, narkotik vasitə aludəçisidir. xx.xx.2020-ci il tarixdə tanımadığı şəxsdən bir büküm narkotik maddə olan heroin almış, həmin narkotiki öz istifadəsi üçün almış, bir qədər sonra yaşadığı evə tanıdığı Təqsirləndirilən şəxs1 gəlmiş, almiş olduğu bir büküm narkotik maddənin bir qədərindənAmin ilə birlikdə istifadə etmiş, bir qədəri isə sonra istifadə edəcəyi üçün özündəsaxlamışdır. Həmçinin bir qədərini də Təqsirləndirilən şəxs1xahişiiləsonuncuya vermiş və sonuncu yaşadığı evdən çıxıb getmişdir. Bundan bir qədər sonra yaşadığı evin yaxınlığında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşmış, özlərini ona təqdim edərək polis işçiləri olduqlarını bildirdikdən sonra narkotik vasitələrin qəbulunda və satışında şübhəli bilindiyi üçün Abşeron RPİ-nə dəvət edilmiş, sonraAbşeron RPİ-yə gətirilmişdir. Abşeron RPİ-nin inzibati binasında, xidməti otaqlardan birində müdafiəçinin iştirakı ilə və videoçəkilişlə onun üzərinə şəxsi axtarış aparılmış, o da əynində olan cins şalvarın sağ yan cibində olan bir büküm narkotik maddə olan heroini təqdim etmiş, həmin vaxtı onun vəkilin iştirakı ilə təqdim etdiyi bir büküm narkotik vasitə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, onun təqdim etdiyi bir büküm narkotik maddə video görüntü ilə götürülmüş və onun şəxsi axtarış aparılmasından heç bir etirazı və ya vəsatəti olmamışdır.Həmin narkotik vasitəni Təqsirləndirilən şəxs1 10 manata satmamış, belə ki, Amin ondan xahiş etdiyinə görə birlikdə narkotik vasitə istifadə etdikdən sonra ona həmin heroindən bir qədər də istifadə etməsi üçün pay vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon Pİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron rayon Polis İdarəsinin NMB-də əməliyyat müvəkkili kimi xidmət göstərir, rütbəsi polis leytenantıdır. xx.xx.2020-ci il tarixdə xx.xx.1996-cı ildə Neftçala rayonunda anadan olmuş, Neftçala rayonu, Neftçala şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 1B, mənzil 46-da qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalanşəhəri, AAAFpark yaşayış kompleksi, bina 9, mənzil 28-də yaşayan Təqsirləndirilən şəxs1 Abşeron rayonu Xırdalan şəhəri ərazisində qanunla qadağan olunmuş narkotik vasitələrin əldə edilməsi, istifadəsi və gəzdirməsi barədə, həmçinin xx.xx.1984-cü ildə Ermənistan Respublikasında anadan olmuş, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 8-ci küçə, ev 36-da qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, H.Zərdabi küçəsi, fərdi evdə yaşayan Təqsirləndirilən şəxs2 Abşeron rayonu Xırdalan şəhəri ərazisində qanunla qadağan olunmuş narkotik vasitələrin əldə edilməsi, istifadəsi və satışı ilə məşğul olması barədə ona məxfi mənbədən məlumat daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat axtarış tədbirinin keçirilməsi üçün Pİ-nin rəisinə raportla məruzə edib əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə tərəfimdən qərarlar qəbul edilmiş, sonra Pİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradıb Xırdalan şəhəri ərazisində həmin şəxsləri daxil olmuş məlumat əsasında izləməyə başlamışlar. Həmin vaxtı XankişiyevAminVaqifoğlu, daha sonra isə Hüseynov X3 şəhəri, H.Zərdabi küçəsində olduqları müşahidə edilmiş və onlarayaxınlaşaraq özlərini təqdim etmiş, əvvəlcə XankişiyevAminVaqifoğluna narkotik vasitələrin qanunsuz əldə edilməsində, saxlanmasında və gəzdirilməsində şübhəli olduğu, daha sonra Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz əldə edilməsində, saxlanmasında və satışı ilə məşğul olmasında şübhəli olduğu bildirilmiş və sonuncular Abşeron RPİ-nə şübhəli şəxs kimi dəvət edilmişlər. Pİ-nin inzibati otağında təhqiqatçı, müdafiəçinin və onların iştirakları ilə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əvvəlcə XankişiyevAminVaqifoğluna üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması bildirilmiş, Təqsirləndirilən şəxs1 isə həmin vaxtı 2(iki) ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş heroiniəynində olan qara rəngli cins şalvarının sağ yan cibindəki “Samsunq” markalı telefonumun qapağının arxasından çıxarıb stolun üstünə qoymuş, daha sonra Təqsirləndirilən şəxs1 həmin narkotiki haradan əldə etdiyi barədə soruşulduqda sonuncu narkotik vasitə aludəçisi olduğu üçünhəmin narkotik vasitəni özü istifadə etmək üçün əldə edib cibində saxladığınıvənarkotikvasitəniXırdalan şəhərində yaşayan tanışı Kamran adlıtanışındanaldığını etiraf etmişdir. Sonra həmin 2ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüşnarkotik vasitə olanheroin xüsusi elektron tərəzidə çəkilmiş, zərfə qoyulmuş və möhürlənmiş, bu barədə protokol tərtib olunmuş və imzalarlatəsdiqedilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması bildirildi, Təqsirləndirilən şəxs2isə həmin vaxtı əynində olan cins şalvarın sağ yan cibində olan bir büküm narkotik maddə olan heroiniçıxarıb stolun üstünə qoymuş, daha sonra Təqsirləndirilən şəxs2 həmin narkotiki haradan əldə etdiyi barədə soruşulduqda sonuncu narkotik vasitə aludəçisi olduğu üçünhəmin xx.xx.2020-ci il tarixdə tanımadığı şəxsdən bir büküm narkotik maddə olan heroini öz istifadəsi üçün aldığını, almiş olduğu bir büküm narkotik maddənin bir qədərindəntanışı Amin ilə birlikdə istifadə etdiyini, bir qədərini isə sonra istifadə edəcəyi üçün özündəsaxladığını, həmçinin bir qədərini də Təqsirləndirilən şəxs1 xahişi ilə ona verdiyini bildirmiş, sonra həmin bir ədəd bükümdə narkotik vasitə olan heroin xüsusi elektron tərəzidə çəkilmiş, zərfə qoyulmuş və möhürlənmiş, bu barədə protokol tərtib olunmuş və imzalarlatəsdiqedilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon Pİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx xxxx 2020-ci il tarixli 6/1060 saylırəyindəgöstərilirki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs1» sözləri qeyd olan zərfdə 2 ədəd bükümdə ümumi təmiz çəkisi 0,226 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir(qalıq 0,126 qram – 0,1 qram heroin tədqiqata sərf edilmişdir). Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına daxildir. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx xxxx 2020-ci il tarixli 6/1061 saylırəyindəgöstərilirki,tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs2 təqdim etdiyi» sözləri qeyd olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0,303 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir(qalıq 0,253 qram – 0,05 qram heroin tədqiqata sərf edilmişdir). Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına daxildir. Təqsirləndirilən şəxs1 götürülmüş 2 ədəd bükümdəki heroinlər Təqsirləndirilən şəxs2 təqdim etdiyi heroinlə xarici əlamətinə və tərkibindəki komponentlərinə görə eynidirlər(qalıq 0,106 qram – 0,02 qram heroin tədqiqata sərf edilmişdir). İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 1647saylı rəyində göstərilir ki, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 1880saylırəyindəgöstərilirki, Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. xx.xx.2020-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdə Abşeron rayon polis idarəsinin MSY-dən azad edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. xx.xx.2020-ci qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdə MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətmkan tədbiri seçilmişdir. xx.xx.2020-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan seçilməsi barədə təqdimat təmin edilməmişdir. xx.xx.2020-ci qərardan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdə MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətmkan tədbiri seçilmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərinə video çəkliş ilə baxış keçirilmiş və iki ədəd SD disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Məhkəmə baxış iclasında 02ədəd SD diskə baxış keçirlmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindəki “Samsunq” markalı mobil telefon aparatının arxa qapağının içində saxladığı,2 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş, narkotik vasitə olan heroinnin, Təqsirləndirilən şəxs2üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən kağız kəsiyinə bükülü narkotik vasitə olan heroinin aşkar edilməsi müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1na heroin satmadığı barədə təqsirləndirilən şəxslərin ifadəsində göstərilənlər tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 ifadəsində Aminə narkotik vasitə satdığını inkar etsə də, məhkəmə istintaqında onun ifadəsində göstərilənlər təkzib olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs1 tutulduğu zaman narkotik vasitəni Təqsirləndirilən şəxs2 aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş şahidlər də Təqsirləndirilən şəxs1 ilkin sorğu zamanı narkotik vasitəni Təqsirləndirilən şəxs2 satın alması barədə könüllü ifadə verməsini təsdiq etmişlər. Cinayət işində olan əlavə dindirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdə narkotik vasitəni tanışı Təqsirləndirilən şəxs2 10 manata aldığını bildirmişdir. Eyni zamanda ibtidai istintaq zamanı Aminlə Kamranın üzləşdirilməsi zamanı Amin bir daha ifadəsində göstərilənləri təsdiq etmiş, heroini Kamrandan aldığını onun üzünə qarşı demişdir. Məhkəmə istintaqının sonunda Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən imtina etməsinə səbəb Təqsirləndirilən şəxs2 ona cəzaçəkmə müəssisəsində cəza çəkən qardaşı Turqutla hədələməklə etdiyi təzyiq nəticəsində imtina etdiyini bildirərək, narkotik vasitəni Kamrandan 10 manata aldığını deyərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq etmişdir. Bundan başqa iş üzrə keçirilmiş eskpertiza nəticəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilib götürülmüş narkotik vasitələrin kimyəvi tərkiblərinə görə eyni tərkibli olması da müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin ifadələrinə, şahidlərin ifadələrinə, ekspertlərin rəyinə qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 etdiyi təzyiq nəticəsində Aminin onun əleyhinə ifadə verməyəcəyinə, bununla da törətdiyi CM-in 234.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunacağına ümid etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ifadəsində göstərilənlər təkzib olunmuş, onun Təqsirləndirilən şəxs1 narkotik vasitə olan heroin satdığı tam sübuta yetirilmişdir. Buna görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə, Təqsirləndirilən şəxs2 törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmədə təqsirləndirilən şəxslərin öz ifadələri, şahidlərin ifadələri və ekspertlərin rəyləri ilə Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və üzərində gəzdirməsi, Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etməsi və üzərində gəzdirməsi sübuta yetirilmişdir. Həmin sübutlar mənbələrinə görə mötəbərdir və bir-birini tamamlayır. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə, Təqsirləndirilən şəxs2 törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsilə düzgün tövsif olunmuşdur. Etdiyi cinayətə görə təqsirkarlara cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs1 ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasını, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji kabinetdə qeydiyyata götürülməlidir. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə zalında həbs edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmədə, Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs2 az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə zalında həbs edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 228 manat ekspertiza xərci məhkumlardan müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs2 üzərində aşkar edilmiş qalıq çəkisi 0,253 qram, Təqsirləndirilən şəxs1 üzərində aşkar edilmiş qalıq çəkisi 0,126 qram olan narkotik vasitə olan heroin məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilməli, Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı müdafiəçi vəkil X1 göstərdiyi 38 saat hüquqi yardıma görə 228 manat məbləğində pul, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilməli, Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı müdafiəçi vəkil X4 göstərdiyi 45 saat hüquqi yardıma görə 270 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma “xxxxxxxxxxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab- AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülməlidir. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351- 353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin və məhkəmə zalında həbs edilsin. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 AzərbaycanRespublikasıCM-nin 234.2- ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin və məhkəmə zalında həbs edilsin. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə 228 manat ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi Abşeron rayon Pİ-də saxlanılan qalıq çəkisi 0,253qram və qalıq çəkisi 0,106 qram olan narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin, Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı müdafiəçi vəkil X1 göstərdiyi 38 saat hüquqi yardıma görə 228 manat məbləğində pul, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin, Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı müdafiəçi vəkil X4 göstərdiyi 45 saat hüquqi yardıma görə 270 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma “xxxxxxxxxxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab- AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-536/2020
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-536/2020
17.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver