Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-536/2021 26.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 oğlunun, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs, onun müdafiəçisi Abşeron rayonı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1970-ci ildə Qazax şəhərində anadan olmuş, Azərbayacan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Qazax şəhəri, Ə.Şıxlınski küçəsi ev 4, mənzil 23-də daimi qeydiyyatda olan, Abşeron rayonu Masazır kəndində yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, 13.04.2021-ci il tarixdə saat 22 radələrində, etibarnamə ilə idarə etdiyi «Mersedes Bens E-220 » markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Masazır qəsəbəsi Ə.Vahid küçəsində Bakı şəhəri istiqamətində 70 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, yaşayış məntəqəsində avtomobili maksimum icazə verilən 60 km/saat sürətdən yüksək sürətlə idarə etməməli, həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda göstərilən tələblərə əməl etməyərək hərəkətin təhlükəsizliyini təmin etməmiş, yolun hərəkət hissəsində piyadalar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vuraraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə ehtiyatsızlıqdan piyada X3 qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, başın alın təpə nahiyəsinin geniş ölçülü əzilmiş-cırılmış yarası, alın-təpə-gicgah nahiyələrinin dərialtı hematomaları, sol bazu sümüyünün boyunun tam yeridəyişməli, çoxparçalı, qapalı sınığı, sağ və sol baldır sümüklərinin (qamış və incik sümüklərinin) qapalı, yerdəyişən, qəlpəli sınıqları, 1.2 fəqərənin (onurğa sutunun bel şöbəsinin 2-ci bel fəqərəsinin) kompression sınığı, sol oturaq sümüyünün qapalı, yerdəyişən sınığı-həyat üçün təhlükəli olan onun sağlamlığına ağır zərər vurulmasına, Zərərçəkmiş şəxs2 qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, alın-təpə nahiyəsinin sıyrığı, bel nahiyəsinin yumşaq toxumalarının əziyi ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurulmasına, eləcədə yol-nəqliyyat hadisəsi zamanı «Mersedes Bens E220» markalı, **- BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində avtomobilin mülkiyyətçisi X1 1620 (bir min altı yüz) manat maddi ziyanın dəyişməsinə səbəb olmuşdur. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Qazax şəhəri, Ə.Şıxlınski küçəsi ev 4, mənzil 23-də daimi qeydiyyatda olsa da, hazırda ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsində fərdi yaşayış evində yaşayır. O, etibarnamə ilə idarə etdiyi «Mersedes-Bens» markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə sərnişin daşıyaraq ailəsini dolandırır. 13.04.2021-ci il tarixdə saat 22 radələrində idarə etdiyi «Mersedes-Bens» markalı **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Abşeron rayonu, Masazır qəsəbəsi Ə.Vahid küçəsində üzü Bakı şəhəri istiqamətində saatda 50-km/surətlə hərəkətdə olarkən «OMİD» mağazasının yaxınlığında qəflətən yolun hərəkət hissəsində, yəni yolun düz ortasında iki nəfər piyadanın hərəkət etdiyini görmüşdür. O, yolun hərəkət hissəsində olan piyadaları gec gördüyü üçün, idarə etdiyi avtomobili saxlaya bilməmiş, yəni həmin piyadaları görmədiy üçün əyləcdən istifadə etməyə imkan tapmamış, bu səbəbdən də idarə etdiyi avtomobilin qabaq hissəsi ilə həmin şəxsləri vuraraq onlara xəsarət yetirmişdir. O, dərhal avtomobildən yerə düşmüş, onlara köməklik etmiş, həmin vaxtı hadisə yerində olan şəxslərdən kimsə təcili tibbi yardıma zəng etmiş, lakin təcili tibbi-yardım avtomobili gec gəldiyi üçün xəstələri mülkü avtomobillərə qoyaraq xəstəxanaya aparmışlar. O, təxminən 5 dəqiqə hadisə yerində qaldıqdan sonra, yoldan keçən bir taksi ilə xəstələrin arxasınca getmiş, əvvəlcə xəstələrin hansı xəstəxanaya aparıldığını bilməmiş, bu səbəbdən də birinci 20 Yanvar deyilən ərazidə yerləşən Respublika xəstəxanasına getmiş, lakin ora xəstə gətirilmədiyni öyrənəndən sonra, «Semaşko» deyilən Kliniki Tibbi mərkəzə getmiş, orada da həmin xəstələri tapa bilməmiş, sonra isə Travmatologiya xəstəxanasına gedib xəstələrin orada olmasını öyrənmişdir. Həmin xəstələrə Travmatologiya və Ortopediya İnstitutunda tibbi yardım etdikdən sonra, hər iksini Sabunçu rayon mərkəzi xəstəxanasına aparıb müalicə almaları üçün xəstəxanaya yerləşdirmişlər. Həmin şəxslərdən biri Zərərçəkmiş şəxs2 tibbi yardım aldıqdan sonra xəstəxanadan evə buraxılmış, lakin Zərərçəkmiş şəxs1 bir müddət xəstəxanada qalandan sonra onu Bakı şəhərində yerləşən Mərkəzi Kilinik xəstəxanasına yerləşdirmişlər, həmin xəstəxanada Zərərçəkmiş şəxs1 əməliyyat olunmuşdur. Zərərçəkmiş şəxs1 yolnəqliyyatı hadisəsi nəticəsində ağır xəsarət aldığı üçün hazırda evində müalicəsini davam etdirir. O, hadisə baş verən vaxtı spirtli içki qəbul etməmiş, avtomobili idarə etmək üçün bütün sənədləri qaydasında olmuş, onun idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. O, hadisə vaxtı yolun hərəkət hissəsində olan piyadaları görmədiyindən, hadisənin qarşısını almaq üçün heç bir tədbir görməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 13.04.2021-ci il tarixdə saat təxminən 22 radələrində o, tanışı Zərərçəkmiş şəxs2 ilə birlikdə, Zərərçəkmiş şəxs2 yaşadığı evdən çıxıb Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində Zərərçəkmiş şəxs2la birlikdə yolu soldan sağa keçmək istərkən həmin vaxtı «Mersedes-Bens» markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil qabaq hissəsi ilə onların hər ikisini yolun hərəkət hissəsinin tam ortasında vurmuşdur. Həmin hadisə nəticəsində onların hər ikisi xəsarət almış, onun iki ayağı, çiyni sınmış, başı isə avtomobilin qabaq şüşəsinə dəydiyi üçün o, huşunu itirmişdir. O, hadisədən sonra nə baş verdiyini bilməmiş, lakin sonradan hadisə yerinə gələn polis əməkdaşları onların hər ikisini öz şəxsi avtomobillərinə qoyub dərhal xəstəxanaya aparmaları barədə eşitmişdir. Xəstəxanada həkimlər onlara tibbi yardım etsələrdə, hadisə nəticəsində Zərərçəkmiş şəxs2 xəsarətləri yüngül olduğu üçün tibbi yardım aldıqdan sonra evə buraxılmış, onun isə hər iki ayağından, qolundan və başından xəsarət aldığı üçün müalicəsi davam etdirilmişdir. O, «Mersedes-Bens» markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs əvəllər tanımamış, hadisədən sonra həmin avtomobili Təqsirləndirilən şəxs idarə etdiyini bilmişdir. O, Təqsirləndirilən şəxs idarə etdiyi «Mersedes-Bens» markalı avtomobili təxminən saatda 70 km/sürətlə hərəkət etdirdiyini, onu və Zərərçəkmiş şəxs2 Masazır qəsəbəsində Ə.Vahid küçəsində avtomobil yolunun düz ortasında avtomobilin qabaq hissəsi ilə vurub xəsarət yetirdiyini sonradan xatırlamışdır. Hazırda səhhəti tam yerində deyildir, bir neçə əməliyyat keçirilməsinə ehtiyacı var, təqsirləndirilən şəxsdən həmin əməliyyatın keçirilməsinə köməklik göstərməsini təklif etsədə o bu təklifdən imtina etmişdir. Halbuki hal-hazıra kimi müalicəsi ilə əlaqədar 35 000 manatdan artıq xərc çəkmişdir. Təqsirləndirilən şəxs oğlu müalicə olunarkən maddi və mənəvi cəhətdən ona dəstək olmamışdır. Hazırda ondan şikayətçidir, gələcəkdə ona qarşı mülki iddia qaldıracaqdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 13.04.2021-ci il tarixdə saat təxminən 22 radələrində o, tanışı Zərərçəkmiş şəxs1 ilə birlikdə, onun yaşadığı evdən çıxıb Abşeron rayonu, Masazır qəsəbəsi Ə.Vahid küçəsində yolu keçmək istəmişlər, həmin vaxtı saatda təxminən 70 km/surətlə hərəkətdə olan «Mersedes-Bens» markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil qabaq hissəsi ilə onların hər ikisini yolun hərəkət hissəsinin tam ortasında vurmuşdur. Həmin hadisə nəticəsində onların hər ikisi xəsarət almış, həmin vaxtı hadisə yerinə gələn polis əməkdaşları öz şəxsi avtomobilləri ilə onu və Zərərçəkmiş şəxs1 xəstəxanaya aparmışlar, xəstəxanada həkimlər ona və Zərərçəkmiş şəxs1 tibbi yardım etmişlər. Hadisə vaxtı o, xəsarət aldığı üçün, sonradan nə baş verdiyni xatırlamır. O, «Mersedes-Bens» markalı, «**-BS-***» dövlət qeydiyyat nişanlı avtomobilin sürücü Təqsirləndirilən şəxs əvəllər tanımamış, hadisədən sonra həmin avtomobili Təqsirləndirilən şəxs idarə etdiyini bilmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 oğlunun elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Lənkəran şəhəri, Səmədzadə küçəsi, ev 23-də qeydiyyatda olan və yaşayan X2 mənim qaynanasıdır. 07.11.2016-cı ildə Pərvanı Qədimova ona harada yerləşməsindən və nədən ibarət olmasından aslı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərinə sərəncam verməyi, qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən də almaq, satmaq, bağışlamaq hədiyyə qəbul etmək dəyişmək və s. kimi hərəkətlər etmək üçün etibarnamə vermişdir. Həmçinin öz adına olan “Merseds Bens E 220” markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobil 2016-ci ildə ona 9000 (doqquz min) manata satmışdır. O da həmin avtomobili ona verilmiş səlahiyyətdən istifadə edərək 05.02.2021-ci il tarixli etibarnə ilə Təqsirləndirilən şəxs idarə etmək üçün 27.11.2028-ci il tarixədək etibar etmişdir. Təqsirləndirilən şəxs həmin avtomobil ilə sərnişin daşıyaraq özünə çörək pulu qazanır və hər gün 20 manat da ona verirdi. 13.04.2021-ci il tarixdə saat təxminən 22 radələrində Təqsirləndirilən şəxs həmin idarə etdiyi “Merseds Bens E220” markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Abşeron rayonu Masazır qəsəbəsində yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə iki piyadanı vuraraq onlara xəsarət yetirmiş, onun avtomobilinə isə təxminən ümumilikdə 1650 manata yaxın maddi ziyan dəymişdir. Belə ki, avtomobilin (qabaq buferi, arxa buferi, qabaq şüşəsi, qabaq farası, radiyatorun kondisaneri sıradan çıxmış, krlosu, kapotu və sürücü tərəfdən avtomobilin (stoyka) dayanacağı əzilmişdir). Həmin avtomobilin sıradan çıxan detalları dəyişməli, əziklər isə düzəldilməlidir. Buun üçün təxminən 1200 (bir min iki yüz) manat, bundan əlavə olaraq rəngsaza və dəmirçiyədə usta haqqı 400 manat pul vermək lazımdır. Təqsirləndirilən şəxs isə ona heç bir köməklik etməmiş, yəni avtomobilinə dəymiş maddi ziyanla əlaqədar ona pul verməmişdir. Hazırda həmin avtomobil ondadır, bütün xərcləri də o, çəkib avtomobili düzəltdirməlidir. Lakin onun buna imkanım olmadığı üçün avtomobil hələdə təmirxanada qalmışdır. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 02.06.2021-ci il tarixli 1030 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər- qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, başın alın–təpə nahiyyəsinin geniş ölçülü əzilmiş cırılmış yarası, alın-təpə gicgah nahiyələrinin dərialtı hematomaları: sol bazu sümüyünün boyunun tam yerdəyişməli , çoxparçalı, qapalı sınığı, sağ və sol baldır sümüklərinin (qamış və incik sümüklərinin) qapalı, yerdəyişən, qəlpəli sınıqları. 1,2 fəqərənin (onurğa sutunun bel şöbəsinin 2-ci bel fəqərəsinin) kompression sınığı, sol oturacaq sümüyünün qapalı, yeridəyişən sınığı, bərk-küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 13.04.2021-ci il tarixdə yol-nəqliyyatı hadisəsi şəraitində piyada qismində avtomaşınla vurma nəticəsində əmələ gələ bilərdi: dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 05.06.2021-ci il tarixli 1113 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər- qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, alıntəpə nahiyyəsinin sıyrığı, bel nahiyəsinin yumşaq toxumalarının əziyi bərk-küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 13.04.2021-ci il tarixdə yol-nəqliyyatı hadisəsi şəraitində piyada qismində avtomaşınla vurma nəticəsində əmələ gələ bilərdi: dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş üzrə təyin edilmiş məhkəmə yol-nəqliyat hadisəsi ekspertizasının 23 iyul 2021-ci il tarixli 8/1449 saylı rəyindən görünür ki, Mersedes Bens E220 markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında « Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən yüksək surətlə idarə etdiyndən onun hərəkətlərində «Yol hərəkəti haqqında « Azərbaycan Respublikası qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarına əlavə edilmiş 19 iyun 2021-ci il tarixli ********* saylı arayışdan görünür ki, Abşeron rayon Pİ-nin DYP şöbəsinin kompyuter uçot bazasına əsasən xx.xx.1970-ci il təvəllüdlü Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməsi və ya sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumat qeydə alınmamış, ona 27.11.2018-ci il tarixdə verilmiş, AE -336843 nömrəli, “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilməsi barədə informasiya mövcuddur. Təqsirləndirilən şəxs sürücülük hüququndan mərhum edilənlərin siyahısında yoxdur. İş materiallarına əlavə edilmiş 14.04.2021-ci il tarixli 2/9973 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, yol-nəqliyyat hadisəsinin iştirakçısı olmuş sürücü Təqsirləndirilən şəxs hadisə baş verən zaman ayıq vəziyyətdə olmuşdur. İş materiallarına əlavə edilmiş ziyan aktından görünür ki, Mersedes Bens E220 markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində ümumilikdə 1620 manat maddi ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətidən görünür ki, Qurbanov İbrahim Elçin oğlu 14.12.2011-ci il tarixdə anadan olmuşdur. Atası Təqsirləndirilən şəxs, anası isə Qurbanova Könüldür. Məhkəməyə təqdim olunmuş evlilik haqda şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs ilə X5 nigahları 28 dekabr 2000-ci il tarixdə Qazax rayon Qeydiyyat Şöbəsində qeydə alınmışdır. . İstintaq materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı, onu tamamlayan və bir-birinə uyğun gələn zərərçəkmiş şəxslərin ifadəsi, məhkəmə-tibbi ekspertizasının rəyləri və cinayət işində olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə baxışı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək onun barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında 05 noyabr 2021-ci il tarixli qərarının 9.1 və 1.16-cı bəndini tətbiq etməklə cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.1 maddəsinə görə amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Həmin Məcəllənin 81.2 maddəsinə görə cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə görə amnistiya aktına əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında 05 noyabr 2021-ci il tarixli qərarının 9.1 bəndindən görünür ki, icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hazırki cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında 05 noyabr 2021-ci il tarixli qərarının 9.1 və 1.16-ci bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı isə 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3, 321, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında 05 noyabr 2021-ci il tarixli qərarının 9.1 və 1.16-ci bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunsun. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı isə 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənil Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-536/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-536/2021
26.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver