Məhkəmə qərarları › İş №1(012)-536/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-536/2025

26.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-536/2025 26.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Abbasova Fatimə Ramil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, deməsinə görə əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, Sumqayıt şəhəri, 10-cu MKRN, ev 55, mənzil 5-də qeydiyyatda olan və Sumqayıt şəhəri, Xəzər Bağları Y/M-si, Kəhriz küçəsi ev 79-da yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə kirayədə yaşadığı Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Saray MTK yaşayış kompleksi, M.Əsədov küçəsi, 40 saylı evin 38 saylı mənzilindən 03 noyabr 2024-cü il tarixdə 01 ədəd “Mon” markalı 1400 manat dəyərində kombi aparatını, hər biri 50 manat olan 04 ədəd dəmir radiatorları, 01 ədəd 300 manat dəyərində olan “Vestel” markalı televizoru, xx.xx.2024-cü il tarixdə 400 manat dəyərində 01 ədəd “İndesit” markalı soyuducunu, 01 ədəd 700 manat dəyərində “Arçelik” markalı paltaryuyanı, vahid niyyətlə cəmi 3000 manat dəyərində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə Abşeron rayonu Saray qəsəbəsi, “Saray MTK” Y/M-dən 40 saylı evin 38 saylı mənzili Fərahim adlı şəxsdən ayı 350 manat ödəmək şərti ilə kirayə götürmüş və həmin mənzildə 15-20-gün kirayədə yaşamışdır. Kirayədə qaldığı zaman oktyabr ayının əvəllərində pula ehtiyacı olduğu üçün evin içərisində olan əşyaları satmaq qərarına gəlmişdir. “İnstaqram” sosial şəbəkədə tanış olduğu məişət əşyalarının alqı-satıqısı ilə məşqul olan şəxslə tanış olmuşdur. Həmin şəxslə mobil telefon vasitəsi ilə əlaqə saxlayıb ona ev əşyalarını satmaq istədiyini bildirmiş və həmin şəxs əşyaları almağa razılıq verdiyi üçün ona olduğu mənzilin məkanınını vhatsapp vasitəsi ilə göndərmişdir. Həmin şəxs sonradan adını bildyi Şahid1 xx.xx.2024-cü il tarixdə saat 09 radələrində həmin mənzilə gəlmişdir.Həmin vaxt Şahid1 01 ədəd “Mon” markalı kombi aparatı, 4 ədəd radiator, 01 ədəd televizoru 560 manata satmışdır. Bundan sonra xx.xx.2024-cü il tarixdə saat 09 radələrində təkrarən Şahini kirayədə yaşadığı mənzilə cağırıb 01 ədəd “Arçelik” markalı paltaryuyan maşını 250 manata ümumilkdə 810 manat dəyərində ev əşyalarını satmış və əldə etdiyi pulları öz ehtiyaclarına xərcləmişdir. Sonda törətdiyi əməldən peşman olduğunu, zərər çəkmiş şəxsə vurulmuş ziyanı tam ödəməsini və barışıq əldə etməsini bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu Saray qəsəbəsi, M.Əsədov küçəsində yerləşən Saray MTK –da 40-38-ünvanında yerləşən özünə məxsus olan mənzili xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs kirayə vermişlər. Mübariz bir neçə gün telefonlaraına cavab vermədiyi üçün, qardaşı Fərahim həmin ünvana getmiş, həmin vaxt ünvanda heç kimin olmadığını və əşyaların sökülüb aparıldığını görmüşdür. Həmin vaxt mənzildən 300 manat dəyərində olan “vester” televizoru, 1 ədəd 400 manat dəyərində olan”İndesit” soyuducusu, 01 ədəd 700 manat dəyərində “arçelik” paltaryuyanı, 01 ədəd 1400 manat dəyərində olan “Mon” markalı kombi aparatı və hər biri 50 manat olan ümumilkdə 4 ədəd radiyatorun oğurlandığı və ümumilkdə 3000 manat maddi ziyan dəydiyini müəyyən etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə teleqram ünvanlayaraq Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tam ödənildiyini bildirərək ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Abşeron rayonu saray qəsəbəsi, M.Əsədov küçəsində yerləşən Saray MTK –da 40/38ünvanında yerləşən qardaşı Şöhrətə məxsus olan mənzili xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs kirayə vermişlər. Mübariz bir neçə gün telefonlarına cavab vermədiyi üçün, həmin ünvana getmiş, həmin vaxt ünvanda heç kimin olmadığını və əşyaların sökülüb aparıldığını görmüşdür. Həmin vaxt mənzildən 300 manat dəyərində olan “vester” televizoru, 1 ədəd 400 manat dəyərində olan”İndesit” soyuducusu, 01 ədəd 700 manat dəyərində “arçelik” paltaryuyanı, 01 ədəd 1400 manat dəyərində olan “Mon” markalı kombi aparatı və hər biri 50 manat olan ümumilkdə 4 ədəd radiyatorun oğurlandığı və ümumilkdə 3000 manat maddi ziyan dəydiyini müəyyən etmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən, ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, instaqram və Top.az sosial şəbəkəsində elektrik əşyalarının alınıb –satılması barədə elan yerləşdirmişdir. xx.xx.2024-cü il tarixdə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrədən zəng gəlmiş və məişət əşyalarını satmaq istədiyini dediyi üçün ona məkan atmasını bildirmiş və həmin şəxs məkan atdıqdan sonra, onun məkan atdığı Abşeron rayonu Saray qəsəbəsi, Saray MTK-nın yerləşdiyi binaya xx.xx.2024-cü il tarixdə gəlmişdir.Həmin mənzildə olan şəxs özünü həkim kimi təqdim edərək əşyaların ona məxsus olduğunu və satmaq istədiyini dediyi gün bir ədəd “Mon” markalı kombini və 3 dədə radiatoru, 1 ədəd “vestol” markalı televizoru ümumilkdə 560 manata nağd sonradan adını bildiyi Mübariz adlı şəxsə ödəməklə almışdır.Sonradan xx.xx.2024-cü il tarixdə yenidən Mübariz zəng edərək yenidən həmin ünvana çağıraraq ona 01 ədəd “Arçelik” paltaryuyan maşın, 01 ədəd “İndesit” markalı soyuducunu ümumilkdə 250 manata satmışdır. Həmin əşyaslardan kombi və radiatorları harda yaşadığını bilmədiyi Aydın adlı şəxsə 430 manata satmışdır. Həmin əşyaları alarkən əşyaların oğurluq olmasəndan məlumatının olmadığını göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

1. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 06 noyabr 2024cü il tarixli qərara əsasən fakta görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır.

2. “Şübhəli şəxsin tutulması haqqında” 05 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 05 noyabr 2024-cü il tarixdə tutulmuşdur.

3. “Zərərçəkmiş şəxs qismində tanınmaq” haqqında 06 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır.

4. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 07 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur.

5. “Qətimkan tədbirinin seçilməsi haqqında” 07 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs saxlanıldığı Abşeron RPİ-nin MSY-dən azad edilmişdir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 20 dekabr 2024-cü il tarixli, 9/9574 saylı rəyinə əsasən ekpsertiza təyini haqqında qərarda və fotocədvəllərdə göstərilən 02 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2024-cü ilin oktyabr ayına lan bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 540 manat müəyyən olunur. Qərarda və fotocədvəllərdə qeyd olunan digər 03 adda mallar barədə kifayət qədər ətraflı məlumat olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmadı. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir.

7. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 04 dekabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il azadlığın məhdudlaşdırılması, 4500 manat cərimə cəzasına məhkum edilmişdir, Sumqayıt şəhər məhkəməsinin, qərarı ilə xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıgın məhdudlaşdırma cəzasının çəkilməmiş, hissəsi 05 ay 14 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş (4500 manat cərimə cəzası müstəqil icra edilsin) xx.xx.2023-cü ildə cəzanın sonu ilə azad edilmişdir. Bundan başqa Bakı Hərbi Məhkəməsinn xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1, 32.4, 312.1-ci maddəlləri ilə təqsirli biklinərək 4500 manbat cərimə cəzası təyin edilmiş, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilmədən qüvvəsində saxlanılmışdır.Bakı şəhəri Binəqədi rayonu Pİ-də Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi xx.xx.2022-il tarixdə Azərbaycan Respblikası 53.1.3-cü maddəsinə əsasən cinayət işinin icraatı dayandırılmışıdır.xx.xx.2023-cü il tarixdə 228.1, 178.1, 32.4, 312.1-ci madəlləri ilə İT-3 DİR.Məhkumluğu ödənilməmişdir. Eyni zamanda 06 yanvar 2025-ci il tarixdə Binəqədi rayon Pİ-nin İŞ-dən alınmış sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs barəsində Binəqədi Pİ-nin İŞ-də olan ********* saylı cinayət işi üzrə kifayət qədər subutlar toplamaq mümkün olmadığından cinayət işinin ibtidai istintaq icraatı dayandırılmışdır.

8. Abşeron Rayon Məhkəməsinin 1(012)-536/2025 saylı, 30 may 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir.

9. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-279/2025 saylı, 10 iyun 2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən Tərtər Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş və ödənilməmiş qalan 3950 manat cərimə cəzası tam toplanılmaqla 10 ay müddətə azadlıqdan məhrum etmə və 3950 manat cərimə cəzasına məhkum edilmiş, Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 09 ay 27 gün müddətə azadlıqdan məhrum etmə və 3950 manat cərimə cəzası saxlanılmışdır.

10. “Amnistiya aktının tətbiq edilməsi barədə” 19 yanvar 2026-cı il tarixli qərardan görünür ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 2.3-cü bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir.

11. “Amnistiya aktının tətbiq edilməsi barədə” qərardan görünür ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 2.11-ci bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs cərimə növündə cəzadan azad edilmişdir.

12. Abşeron Rayon Məhkəməsinin 1(012)-536/2025 saylı, 27 yanvar 2026-cı il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Abşeron Rayon Məhkəməsinin 31 may 2025-ci il tarixli qərarı ilə seçilmiş, “həbs” qətimkan tədbiri ləğv edilmiş, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir.

13. “Sübutların qiymətləndirilməsi” haqqında 05 yanvar 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ifadənin yerində yoxlanılması protokolu, digər istintaq hərəkəti protokolları, istintaq zamanı digər toplanmış digər sənədlər onların həqiqiliyinə, yaranma mənbələrinə və əldə edilmə hallarına şübhələr olmadığından həmin cinayət işi üzrə mötəbər sübutlar kimi qiymətləndirilmiş və iş üzrə məhkəmə ekspertizasının rəyi deyil, Zərərçəkmiş şəxs dediyi əsas götürülərək dəymiş ziyanın məbləği 3000 manat kimi nəzərə alınmışdır.

Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluğa, yəni özgənin əmlakını gizli olaraq talamaya görə cinayət məsuliyyətini müəyyən edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, baxış keçirilmiş videodisk nəticəsində öz təsdiqini tapır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama — üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məhsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. ”Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş zərəri tam ödəməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinə əsasən barəsində cəza təyin edilməməklə və ya təyin edilmiş cəzadan azad edilməklə əlaqədar ittiham hökmü çıxarılmış şəxs məhkumluğu olmayan hesab edilir. 8 iyul 2008-cil Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarına (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı №4/2008) əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsi yalnız məhkəmənin ittiham hökmünə əsasən: cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyinə görə cəza təyin edilməməsi; amnistiya aktına əsasən cəzadan azad edilməsi hallarını nəzərdə tutur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, Məhkumluq götürülmüş və ya ödənmişsə, hökmün giriş hissəsində əvvəlki məhkumluq barədə məlumat əks etdirilməməlidir. Məhkəmə residivin müəyyən olunması zamanı CM-in 18-ci maddəsinin tələblərinə əməl etməli və bu zaman CM-in 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv etdiyindən, belə məhkumluqlar istər residivin müəyyən edilməsi, istərsə də başqa şəkildə, o cümlədən təqsirləndirilənin şəxsiyyətini xarakterizə edən hal qismində nəzərə alınmamalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhəri hüdudlarından kənara çıxmamaq, saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 3 ünvanında yerləşən yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Həmin Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Belə olan halda, məhkəmə dövlət büdcəsi vəsaiti hesabına hüquqi yardım göstərmiş vəkilin hesabatını əsas götürərək, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi hüquqi yardıma görə sərf etdiyi 20 saatın hər iş saatının 6 manatdan, 20 saatının hər iş saatının isə 11 manatdan hesablanmaqla, dövlət büdcəsindən vəkilə cəmi 340 manat (20 saat x 6 AZN + 20 saat x 11 AZN) məbləğində vəsaitin ödənilməsi qənaətinə gəlir. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, cəmi 04 gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhəri hüdudlarından kənara çıxmamaq, saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 3 ünvanında yerləşən yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli Sumqayıt Şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə zamanı 40 (qırx) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 340 (üç yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hakim: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar