Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-537/2021 17.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Vəliyeva Nərmin Elçin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon vəkil bürosunun vəkili X3 iştirakı ilə, xx.xx.1975-ci ildə Masallı rayonu, Boradigah kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, ailəli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 17 may 2021-ci il tarixdə Sumqayıt şəhəri ərazisində istintaqa məlum olmayan şəxsdən 10 manat müqabilində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxil olan 0,306 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib əynində olan boz rəngli şalvarının sağ yan cibinə qoyaraq özü ilə Abşeron rayonu, Masazır kəndinə daşmaqla üzərində saxlamış, Abşeron RPİ-nin CAŞnin əməkdaşları tərəfindən 19 may 2021-ci il tarixdə saat 16:55 radələrində Abşeron rayonu, Masazır kəndi, «Qurtuluş 93» yaşayış massivində yerləşən 68 saylı binanın qarşısında saxlanılaraq, Abşeron RPİ-nin inzibati binasına gətirilib, üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şalvarının sağ yan cibində həmin bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə 0,306 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini törətmələri aşağıdakı qaydada subuta yetirilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Masallı rayonu, Boradigah qəsəbəsində qeydiyyatda olmaqla, Abşeron rayonu, Masazır qəsəbəsi, «Qurtuluş 93» yaşayış massivi, ev 72, mənzil 44-də yaşayır. Təxminən bir ildir narkotik tərkibli maddədən istifadə edir. 17 may 2021-ci il tarixdə Sumqayıt şəhəri ərazisində olduğu zaman, tanımdağı şəxsdən 10 manat müqabilində, şəxsi istifadəsi üçün bir bükümdə narkotik vasitə olan heroin almış və həmin heroini sonradan istifadə etmək üçün üzərində gəzdirmişdir. 19 may 2021-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, «Qurtuluş 93» yaşayış massivində yerləşən 68 saylı binanın qarşısında olduğu zaman saat 16:55-də Abşeron polis əmkdaşları ona yaxınlaşaraq, özlərini təqdim etdikdən sonra ondan şəxsiyyətini təsdiq edən sənəd soruşmuşlar. Üzərində narkotik vasitə saxladığına görə, özünü itirmiş və bununla həmin polis əməkdaşlarında özünə qarşı şübhə yaratmışdır. Bu səbəbdən polis əmkdaşlarına üzərində narkotik vasitə heroinin olduğunu bildirmiş və bundan sonra polis əməkdaşları onu Abşeron rayon polis idarəsinə dəvət etmişlər. İdarədə üzərində dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın olub olmadığı soruşulmuş, o da səmimi olaraq, üzərində dövriyyəsi qadağan olunmuş narkotik vasitə heroinin olduğunu polis əməkdaşlarına bildirmişdir. Bundan sonra ona xidməti otaqların birində vəkilin iştirakı ilə və video çəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi izah olunmuş və ona dövlət hesabına vəkil təqdim olunandan sonra, vəkilin iştirakı ilə video çəklişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, əynində olan boz rəngli şalvarımın sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Daha sonra aşkar edilmiş narkotik vasitə polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri möhürlənmişdir. Polis əməkdaşları tərəfindən ona üzərindən aşkar edilmiş maddənin, çəkisini və tərkibini müəyyən etmək məqsədi ilə ekspertizaya göndəriləcəyi bildirilmişdir. Sorğu zamanı polis əməkdaşlarına üzərindən aşkar edilmiş heroini bir neçə gün əvvəl Sumqayıt şəhəri ərazisində əvvəllər tanımadığı şəxsdən 10 manat müqabilində öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, həmin protokol onun və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Sonda o, əməlindən səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsindən görünür ki, o, Abşeron rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. 19 may 2021-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan xx.xx.1975-ci təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlaması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə o, idarə rəisinə raportla müraciət etmiş və idarə rəsinin göstərişi əsasında ondan, Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X2 və Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupunun yaradılması ilə bağlı qərar qəbul edilmişdir. Onlar dərhal 19 may 2021-ci il tarixdə saat 16:55 radələrində Abşeron rayonu, Masazır kəndi, «Qurtuluş 93» yaşayış massivində yerləşən 68 saylı binanın qarşısında əməliyyat tədbiri keçirib məlumatda zahiri əlamətlərinə uyğun gələn şəxs xx.xx.1975-ci təvəllüdlü Təqsirləndirilən şəxs Abşeron rayonu, Masazır kəndi, «Qurtuluş 93» yaşayış massivində yerləşən 68 saylı binanın qarşısında saxlayıb Abşeron rayon Polis İdarəsinə gətirmişlər. İdarədə o, raportla idarə rəisinə müraciət etmişdir. İdarə rəisinin göstərişi əsasında Abşeron rayon Polis İdarəsində otaqların birində baş təhqiqatçı Rövşən Şahkərəmov tərəfindən dövlət hesabına tutulmuş vəkilin iştirakı ilə video çəkiliş vasitəsi ilə Abşeron rayon sakini Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmağa başlanmışdır. Şəxsi axtarış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs baş təhqiqatçı Rövşən Şahkərəmov tərəfindən hüquq və vəzifələri izah edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilən hər hansı bir əşya və ya predmet varsa təqdim etməyi bildirilərkən Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş büküm çıxararaq təqdim etmişdir. Həmin bir ədəd siqaretin gümüşü rəngli kağızının içərisinə baxdıqda bükümdə qəhvəyi rəngli toz halında maddənin müşahidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, “əynində olan boz rəngli şalvarının sağ yan cibindən çıxararaq təqdim etdiyi bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə olan maddə narkotik vasitə heroindir”. Bildirmişdir ki, “təxminən bir il olar ki, narkotik vasitə istifadəçisidir. Həmin narkotik vasitə heroini 17 may 2021-ci il tarixdə Sumqayıt şəhəri ərazisində tanımadığı şəxsdən 10 manata alıb özü ilə Abşeron rayonu, Masazır kəndinə daşıyaraq saxlamışdır”. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə iştirakçıların yanında qablaşdırılaraq müvafiq qaydada möhürlənib götürülmüşdür. Bununla bağlı təhqiqatçı tərəfindən protokol tərtib olunmuş və onlar da həmin protokola imaza etmişlər. Sonra isə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izahatı alınmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ilə eyni məzmunlu ifadə verdi. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi materiallarında olan 21.05.2021-ci il tarixli şəxsi axtarış və götürmə axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan ağ rəngli üzərində heç bir yazı olmayan DVD formatlı diskdən görünür ki, əynində olan boz rəngli şalvar, ağ rəngli uzunqol köynək, ayağında qara rəngli ayaqqabı, ağzında qara rəngli tibbi maska olan şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibində bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş büküm çıxararaq təqdim etdi. Həmin bir ədəd siqaretin gümüşü rəngli kağızının içərisinə baxdıqda bükümdə qəhvəyi rəngli toz halında maddənin müşahidə olunmuşdur.Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, həmin əynində olan boz rəngli şalvar, ağ rəngli uzunqol köynək, ayağında qara rəngli ayaqqabı, ağzında qara rəngli tibbi maska olan şəxs onun özüdür, əynində olan boz rəngli şalvarının sağ yan cibindən çıxararaq təqdim etdiyi bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə olan maddə narkotik vasitə heroindir. Bildirmişdir ki, “təxminən bir il olar ki, narkotik vasitə istifadəçisidir, həmin narkotik vasitə heroini 17 may 2021-ci il tarixdə Sumqayıt şəhəri ərazisində tanımadığı şəxsdən 10 manata alıb özü ilə Abşeron rayonu, Masazır kəndinə daşıyaraq saxlamışdır”. Cinayət işi materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış materialların məhkəmə-kimyəvi ekspertizasının 20.05.2021 il tarixli, 6/1982 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “AR DİN-nin zərflər üçün 56” möhür əksi şübhəli şəxs Təqsirləndirilən şəxs və sairə yazılar və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0.306 qram qəhvəyi rəngli toz şəkilli kütlə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Qeyd (heroinin təmiz çəkisi-0,305 qram, tədqiqata serf olundu-0,05 qram, qalıq-0,256 qram) Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 01.09.2021-ci il tarixli, 3177 ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN birgə qəbulu nəticəsində ASİLLİLİQ SİNDİROMU NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 21.05.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 0.306 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin tədqiqta sərf edildikdən sonra çəkisi 0.256 qram heroin iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Abşeron nin maddi sübutların saxlanc anbarına təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan 15.09.2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 306 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin tədqiqta sərf edildikdən sonra çəkisi 0.256 qram heroin iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilməsi nəzərə alınsın. İş materiallarında olan qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 19.05.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 21.05.2021-ci il tarixdə isə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Abşeron RPİ-nin MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə növündə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində istintaqdan yayındığına görə 01.07.2021-ci il tarixdə axtarış verilmiş və 31.08.2021-ci il tarixdə tutularaq MSY-nə təhvil verilmişdir. İş materiallarında olan 01.09.2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs Abşeron RPİ-nin MSY-dən azad edilərək barəsində seçilmiş “polisin nəzarəti altına vermə növündə” qətimkan tədbiri qüvvədə saxlanılmışdır. İş materiallarında olan Abşeron rayon məhkəməsinin 03.12.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsdə axtarış elan edilmişdir. İş materiallarında olan tutma protokoluna əsasən Təqsirləndirilən şəxs 16.12.2021-ci il tarixdə tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan Masallı RİHB İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayır və qeydiyyatda olduğu yer üzrə də müsbət xarakterizə olunur. İş materiallarında şəxsiyyət vəsiqlərinin surətinin görünür ki, Təqsirləndirilən şəxs himayəsində 26.06.2007-ci il təvəllüdlü Mina Musazadə və 31.01.2012-ci il təvəllüdlü Hidayət Musazadə adlı iki azyaşlı övladı var. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 28.05.2021 il tarixli məhkumluq barədə tələbnamə arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, keçirilmiş ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən səmimi peşmançılıq çəkməsini, himayəsində iki azyaşlı övladının olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə cəzanın icrasına nəzarət edən orqanın iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Eyni Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Ona görə də məhkəmə hesab edir ki, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Abşeron rayon icra və probasiya şöbəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işi materiallarında görünür ki, ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs 19.05.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, ibtidai istintaq orqanının 21.05.2021-ci il tarixli qərarı ilə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, 31.08.2021-ci il tarixdə saxlanılaraq, 01.09.2021-ci il tarixə kimi müvəqqəti saxlama yerində saxlanılmış, həmin tarixdə də barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Qətimkan tədbirinin şərtlərini pozduğu üçün barəsində axtarış elan edilmiş və 16.12.2021-ci il tarixdə tutularaq, Abşeron RPİ-nin MSYnə təhvil verilmişdir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Göstərilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 19.05.2021-ci il tarixdən 21.05.2021-ci il tarixədək şübhəli şəxs qismində, 31.08.2021-ci il tarixdən 01.09.2021-ci il tarixədək tutulduğu, 16.12.2021-ci il tarixdən 17.12.2021-ci il tarixədək həbsdə saxlanıldığı 04 (dörd) gün müddət nəzərə alınaraq, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, təyin ediləcək cəza müddətinə hesablanmalıdır. Məhkəməyədək icraat dövründə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barədə olan həmin rəydəki ekspert-həkim məsləhəti sonuncunun sağlamlığının müdafiəsinə xidmət edən amildir və ona görə də təmin olunması zəruridir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv olunmalı və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, hökm qanuni qüvvəsini alanadək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, tədqiqatlardan sonra qalıq qalan və saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş ümumi xalis çəkisi 0,256 qram narkotik maddə olan heroin Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub, dövlət nəfinə keçirilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 (qırx) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul, məhkəmə istintaqı zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutma altında və həbsdə saxlanıldığı 04 (dörd) gün müddət nəzərə alınaraq, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla hazırki hökmdə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin, hökm qanuni qüvvəsini alanadək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhər və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış materialların məhkəmə ekspertizasının dəyəri olan 65 (altmış beş manat) manat məbləğində pul vəsaiti, Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış, tədqiqatlardan sonra qalıq qalan və saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş ümumi xalis çəkisi 0,256 qram narkotik maddə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 (qırx) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul, məhkəmə istintaqı zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron Rayon Polis İdarəsinə və Abşeron probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-537/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-537/2021
17.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver