Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-537/2024 16.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı Şikayət verən şəxs Zərərçəkmiş şəxs, Əməli törədən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1994-cu il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ndə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair sadələşdirilmiş icraat materialları üzrə işə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 07 yanvar 2024-cü il tarixdə saat 21 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsi, T.Sahibcan küçəsində yerləşən fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs azyaşlı övladları X2 ondan icazəsiz xəstəxanaya aparmasına görə irad bildirib bir müddət onlarda qonaq qismində yaşayan Tünzalə Süleymano vanın yaxmı Şahid onların evini tərk etməsini tələb etdikdə həmin səbəblərdən aralarında ailə münaqişəsi zəmnində yaranmış narazılıq üstündə mübahisə edərək həmin mübahisə əsnasında Zərərçəkmiş şəxs üzərinə hücum edib qəsdən əlləri ilə sonuncunun hər iki qolundan tutub sıxmaqla arxaya doğru itələyib divara vuraraq və qollarından yumruqla zərbələr endirərək Zərərçəkmiş şəxs sağ bazu oynağında bir qədər hərəkət məhdudluğu ilə müşayiət olunan sağ bazu oynağının bayır səthindən sağ bazunun yuxarı 1/3-nin bayır səthinə qədər olan sahənin dərialtı hematoması, sağ kürək nahiyəsinin qançırı ilə nəticələnən dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş əməli törədən şəxs Təqsirləndirilən şəxs özünü ona CM-in 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2018-ci ildə rəsmi olaraq ailə həyatı qurmuş və birgə nikahdan 3 övladları vardır. xx.xx.2024-cü il tarixdə Tünzalənin qohumu Şahid onların yaşadığı evə qonaq gəlmiş, xx.xx.2024-cü il tarixdə Tünzalə 2023-cü il təvəllüdlü oğlu Əbəlfəz Süleymanlını peyvənd olunması üçün ondan icazəsiz Qobu xəstəxanasına aparmışdır. Həmin gün o işdə olmuş və evə getməmişdir. xx.xx.2024-cü il tarixdə saat 21 radələrində yaşadığı evdə olarkən Tünzalənin ondan icazəsiz oğlu Əbəlfəzi xəstəxanaya apardığı üçün aralarında mübahisə yaranmış, bu məsələdən sonra o Rəqsanənin artıq bir neçə gündür onların evində qalmasını bildirərək öz evinə getməsini tələb etmişdir. Tünzalə isə ona etiraz etdiyi üçün mübahisələri uzanmışdır. Mübahisə zamanı Tünzalənin hər iki qolundan tutub sıxmış və onu itələyib divara çırpmışdır. Tünzalə də, arxası üstə divara dəymiş, sonra isə onun sağ qolundan bir yumruq zərbəsi vurub evdən çıxıb getmişdir. Aralarındakı mübahisənin təxminən 5 dəqiqə davam etdiyini, həmin vaxt evdə onlardan başqa Tünzalənin qohumu Şahid olduğunu göstərmişdir. Hazırda törətdiyi əməldən peşmandır. Məhkəməyə ərizə təqdim edərək, əməlindən peşman olduğunu, özünü təqsirli bildiyini, Zərərçəkmiş şəxs ona qarşı heç bir şikayət və tələbi olmadığını qeyd edərək barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şikayət verən şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs ilə 2018-ci ildə rəsmi olaraq ailə həyatı qurmuş və birgə nikahdan 3 övladı var. xx.xx.2024-cü il tarixdə 2023-cü il təvəllüdlü oğlu Əbəlfəz Süleymanlını peyvənd olunması üçün Qobu xəstəxanasına aparmış, həmin gün Anar işdə olmuş və evə gəlməmişdir. xx.xx.2024-cü il tarixdə saat 21 radələrində yaşadığı evdə olarkən Anardan icazəsiz oğlu Əbəlfəzi xəstəxanaya apardığı üçün Anar onunla mübahisə etməyə başlamış, mübahisə zamanı Anar əsəbləşərək onun üzərinə gəlib əlləri ilə hər iki qolundan tutub sıxaraq kənara itələyərək divara çırpmışdır. O, da arxası üstə divara dəymişdir. Daha sonra isə Anar onun sağ qolundan bir dəfə yumruq zərbəsi vurub evdən uzaqlaşıb getmişdir. Baş vermiş mübahisənin təxminən 4-5 dəqiqə davam etdiyini, həmin vaxt evdə onlardan başqa qohumu Şahid da olduğunu göstərmişdir. Məhkəməyə ərizə təqdim edərək əməli törədən şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, hazırda sonuncudan heç bir şikayət və tələbinin olmadığını bildirərək iş üzrə icaata xitam verilməsini xahiş etmişdir. Təhqiqat zamanı şahid qismində dindirilmiş Şahid elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs onun ərinin əmisi qızıdır, Təqsirləndirilən şəxs isə Tünzalənin əridir. xx.xx.2024-cü il tarixdə Tünzaləgilin yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən evlərinə qonaq gəlmiş, xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Tünzalə və Anarın yaşadığı evdə olarkən Anar Tünzalənin ondan icazəsiz oğlu Əbəlfəzi xəstəxanaya apardığı üçün mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Anar Tünzalənin hər iki qolundan tutub sıxaraq itələyərək divara çırpmışdır. Həmin vaxt Tünzalə arxası üstə divara dəymiş, daha sonra Anar yumuqla Tünzalənin sağ qolundan bir dəfə vuraraq evdən çıxıb getdiyini göstərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli 52 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X8 rəyindən görünür ki, 1999-cu il təvəllüdlüZərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasının müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər-sağ bazu oynağında bir qədər hərəkət məhdudluğu ilə müşayiət olunan sağ bazu oynağının bayır səthindən sağ bazunun yuxarı 1/3-nin bayır səthinə qədər olan sahənin dərialtı hematoması, sağ kürək nahiyəsinin qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və müayinə olunan şəxsin göstərdiyi şəraitdə yəni xx.xx.2024-cü il tarixdə qeyd olunan nahiyələrə kənar şəxsin bədən hissəsinin təsirindən yarana bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs məhkum olunması barədə Azərbaycan Respublikası DİN-in BƏSİİnin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Abşeron RİHB-nın Qobu qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 147 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır, himayəsində üç azyaşlı uşağı vardır və onun barəsində heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Şikayət verən şəxs Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Əməli törədən şəxs Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmış, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbi qalmamışdır. Ona görə də, məhkəmədən barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə əməli törətmiş şəxsə qarşı irəli sürülmüş və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şikayət verən şəxsin və şahidin ifadəsi, ekspertiza rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iş üzrə şikayət verən şəxs Zərərçəkmiş şəxs ilə barışmışlar, Zərərçəkmiş şəxs ona qarşı şikayəti və tələbi yoxdur. Göstərilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, CM-in 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. Müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 20 (iyirmi) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 162, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-537/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-537/2024
16.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver