Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-539/2020 09.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim - Nəcəfova Şövkət Hüseyn qızının sə-drliyi, məhkəmə iclas katibi - Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Abbas-zadə Rəhim İsaq oğlunun iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış,ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, yeni məhəllə ünvanında yerləşən fərdi yaşayış evində kirayə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə gecə saatlarında Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi yaşayış evində olan zaman keçmiş kürəkəni Təqsirləndirilən şəxs həmin evə daxil olmaq istəməsinə mane olmaq istəyən zaman sonuncunun evin pəncərəsini sındırmaqla içəri daxil olması və bu zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs irad bildirməsi səbəbindən aralarında ailə-məişət münasibətləri zəmnində mübahisə yaranmış və həmin mübahisə zamanı Təqsirləndirilən şəxs yumruq zərbəsi ilə Zərərçəkmiş şəxs sifət nahiyyəsinə bir dəfə vurmaqla və ayaq nahiyəsinə təpiklə zərbə endirməklə ona ağız boşluğunun iç səthinin geniş sahəli əzilmiş yarası ilə müşayiət olunan sol yanaq və sol qulaqaltı nahiyələrinin hemotamasından, çeynəmə aktının və nitqin pozulması ilə müşayiət olunan, həmçinin sol bazu nahiyəsinin qançırı ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki,Şahid onun keçmiş arvadı, Zərərçəkmiş şəxs onun keçmiş qaynanasıdır. Belə ki, o, Şahid ilə xx.xx.2017-ci il tarixdə rəsmi nigaha daxil olaraq ər-arvad münasibətində olmuşdur. xx.xx.2020-ci il tarixdə isə Bərdə rayon məhkəməsinin qərarı ilə o, Şahid ayrılmışdır. Həmin vaxtdan etibarən Şahid Aşağı Güzdək qəsəbəsində yerləşən, anası Zərərçəkmiş şəxs məxsus evdə sonuncu ilə birlikdə yaşayır. Şahid ilə onun münasibətləri ayrıldıqdan sonra yenidən düzəlsə də, Zərərçəkmiş şəxs yenidən onların ailə işlərinə müdaxilə edərək Cəvahir Əlyevanı öz yaşadığı evə aparmışdır. Bundan sonra o, azyaşlı övladına baş çəkmək üçün dəfələrlə Zərərçəkmiş şəxs məxsus evə getmişdir. Sonuncu dəfə xx.xx.2020-ci il tarixdə o, yenidən Şahid ailəsi ilə birlikdə yaşadığı evə getmiş, həmin zaman Zərərçəkmiş şəxs qapını açmadığından o, əsəbiləşərək evin pəncərəsini sındırıb içəri daxil olmuşdur. Bu zaman Zərərçəkmiş şəxs əynində paltar olmadan onun tanımadığı şəxslə internetdə sosial şəbəkədə görüntülü danışdığını görüb daha da əsəbiləşmiş və bundan sonra Zərərçəkmiş şəxs sifət nahiyəsindən əli ilə vurmuşdur. Mübahisənin daha da böyüməməsi üçün o, qonaq otağına keçərək orada yatmışdır. Bir qədər sonra barəsində şikayət edildiyi və həmin ünvana polis əməkdaşlarının gəldiyi ona məlum olmuşdur. Təqsirləndirilən şəxs ifadəsində əlavə olaraq mübahisə zamanı Zərərçəkmiş şəxs sifət nahiyəsindən bir dəfə əli ilə vurduğunu, həmin zaman Zərərçəkmiş şəxs sifət nahiyəsindən xəsarət aldığını, həmin zaman Şahid döymədiyini, Zərərçəkmiş şəxs paltarsız vəziyyətdə tanımadığı şəxslə görüntülü danışmasının mübahisəyə səbəb olduğunu, mübahisə zamanı Şahid və Zərərçəkmiş şəxs heç bir formada hədələmədiyini, həmin zaman əlində bıçaq və bu kimi digər bir əşyanın olmadığını, mübahisə zamanı Şahid və Zərərçəkmiş şəxs ona heç bir müqavimət göstərmədiyini və xəsarət yetirmədiklərini, mübahisənin təxminən 10 dəqiqə davam etdiyini bildirdi. Sonda o, tutduğu əməlindən səmimi peşman olmasını, bir daha belə hallara yol verməyəcəyini və ilk dəfə cinayət törətməsini əsas gətirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs onun keçmiş kürəkənidir. Belə ki, qızı Şahid iləTəqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə rəsmi nigaha daxil olaraq ər-arvad münasibətində olmuş, xx.xx.2020-ci il tarixdə isə Bərdə rayon məhkəməsinin qərarı ilə onlar ayrılmışlar. Şahid ilə Təqsirləndirilən şəxs birgə nigahlarından bir azyaşlı övladları vardır. Həmin vaxtdan etibarən Şahid Aşağı Güzdək qəsəbəsində yerləşən evdə onlarla birlikdə yaşayır. Təqsirləndirilən şəxs mütəmadi olaraq onun yaşadığı evə gələrək onları narahat edir. O, hər dəfə Təqsirləndirilən şəxs evə buraxmaq istəməsə də sonucu mübahisə yaradaraq səs-küy salır. xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs yenidən onun yaşadığı ünvana gəlmiş, bu zaman Təqsirləndirilən şəxs onları narahat etməməsini və həmin ünvandan çıxıb getməsini tələb etsə də sonucu ona əhəmiyyət verməmiş, evin qapısını açmadığına görə Təqsirləndirilən şəxs evin pəncərəsini sındıraraq oradan evə daxil olmuş, bu zaman o, Təqsirləndirilən şəxs etiraz etdikdə Təqsirləndirilən şəxs ona heç bir əhəmiyyət vermədən mübahisə etməyə başlamışdır. O, mübahisənin daha da böyüməməsi üçün Təqsirləndirilən şəxs sakitləşdirmək istəyən zaman sonuncu yumruqla onun sifət nahiyəsindən zərbə vurmuş və o, zərbənin təsirindən yerə yıxılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs təpik zərbələri ilə onu döyməyə davam etmişdir. Həmçinin Təqsirləndirilən şəxs mübahisə zamanı əlində olan bıçaqla onu sözlə hədələmişdir. O, Təqsirləndirilən şəxs sakitləşdirməyə çalışmış və bir qədər sonra sonuncu qonaq otağına keçərək orada yatmışdır. Bundan sonra Şahid dərhal DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs ifadəsində əlavə olaraq Təqsirləndirilən şəxs ancaq onu döydüyünü, mübahisə zamanı Təqsirləndirilən şəxs əlində bıçaq olmağına baxmayaraq onu yalnız sözlə hədələdiyini və sonuncunun əlində olan bıçaqla ona heç bir xəsarət yetirmədiyini, mübahisə zamanı özünün və qızı Şahid Təqsirləndirilən şəxs heç bir müqavimət göstərmədiyini, mübahisənin təxminən 10 dəqiqə davam etdiyini bildirdi. Sonda o, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirib onun barəsində cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun keçmiş əridir. Belə ki, Təqsirləndirilən şəxs ilə xx.xx.2017-ci il tarixdə rəsmi nigaha daxil olaraq ər-arvad münasibətində olmuşdur. xx.xx.2020-ci il tarixdə Bərdə rayon məhkəməsinin qərarı ilə Bəxtiyardan boşanmışdır. Həmin vaxtdan etibarən Aşağı Güzdək qəsəbəsində anası Zərərçəkmiş şəxs məxsus evdə sonuncu ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs mütəmadi olaraq anasına məxsus olan evə gələrək onları narahat edir. Anası Zərərçəkmiş şəxs hər dəfə Təqsirləndirilən şəxs evə buraxmaq istəməsə də Təqsirləndirilən şəxs mübahisə yaradaraq səs-küy salır. xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs yenidən onların yaşadığı ünvana gəlmiş, sonuncudan onları narahat etməməsini və həmin ünvandan çıxıb getməsini tələb etsələr də Təqsirləndirilən şəxs onlara əhəmiyyət verməmiş, bu zaman Zərərçəkmiş şəxs evin qapısını açmadığından Təqsirləndirilən şəxs evin pəncərəsini sındıraraq evə daxil olmuş, anası Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs etiraz etsə də sonuncu heç bir əhəmiyyət vermədən mübahisə etməyə başlamışdır. Zərərçəkmiş şəxs mübahisənin böyüməməsi üçün Təqsirləndirilən şəxs sakitləşdirmək istəyən zaman sonuncu yumruq zərbəsi ilə Zərərçəkmiş şəxs sifət nahiyəsindən vurmuş, bu zaman Zərərçəkmiş şəxs yerə yıxılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bədəninə təpik zərbələri endirməklə döyməyə davam etmişdir. Həmçinin Təqsirləndirilən şəxs mübahisə zamanı əlində olan bıçaqla Zərərçəkmiş şəxs sözlə hədələmişdir. Onlar Təqsirləndirilən şəxs sakitləşdirməyə çalışmış və bir qədər sonra sonuncu qonaq otağına keçərək orada yatmışdır. Bundan sonra o, dərhal DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Şahid ifadəsində əlavə olaraq Təqsirləndirilən şəxs onu döymədiyini, Təqsirləndirilən şəxs mübahisə zamanı Zərərçəkmiş şəxs sifət nahiyəsindən bir dəfə yumruq zərbəsi ilə vurduğunu, Təqsirləndirilən şəxs zərbənin təsirindən yerə yıxılan Zərərçəkmiş şəxs bədən nahiyəsinə təpik zərbələri endirərək döydüyünü, mübahisə zamanı Təqsirləndirilən şəxs əlində bıçaq olmağına baxmayaraq Zərərçəkmiş şəxs yalnız sözlə hədələdiyini və Təqsirləndirilən şəxs əlində olan bıçaqla Zərərçəkmiş şəxs heç bir xəsarət yetirmədiyini, həmin zamanı özünün və anası Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs heç bir müqavimət göstərmədiklərini, mübahisənin təxminən 10 dəqiqə davam etdiyini bildirdi. X4 Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə, X4 Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai istintaq zamanı və məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və X2 rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 1829 saylı məhkəmə-tibbi ekspertizasının rəyində göstərilmişdir ki, 1976-cıil təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarət – ağız boşluğunun iç səthinin geniş sahəli əzilmiş yarası ilə müşayiət olunan sol yanaq və sol qulaqaltı nahiyələrinin hemotaması, çeynəmə aktının və nitqinin pozulması ilə; sol bazu nahiyəsinin qançırı bərk-küt əşya təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsiri tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Habelə, “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” iş üzrə X4 Məhkəməsinin xx xxxx 2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarinda olan Azərbaycan Respublikası Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər X5 üzrə Nümayəndəliyi tərəfindən verilmiş 4377 saylı, xx.xx.2020ci tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında müvəqqəti məskunlaşmış və yaşayış üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs tutduğu əməldən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasınıağırlaşdıranhallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun törədilmə hallarını, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını və cəzanın onun islah olunmasına nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı həm də, cəzanın məqsədlərinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, Bakı şəhəri ərazilərini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanında qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Bakı şəhəri Sabunçu şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməldir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-cimaddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxsAzərbaycanRespublikasıCinayətMəcəlləsinin 128-ci maddəsiilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə Bakı şəhəri ərazisini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Hökmün icrası Bakı şəhəri Sabunçu şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs icra orqanında qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-539/2020
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-539/2020
09.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver