Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-539/2023 16.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X4, təqsirləndirilən şəxs X3 və onun müdafiəçisi, vəkil X5 iştirakı ilə xx.xx.1989-cu ildə Sumayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, evli, Sumayıt şəhəri, 4-cü mkr, ev 17A, mənzil 8 ünvanda qeydiyyatda olan, ünvan 1 yaşayan X3 Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X6 xx.xx.2023-cü il tarixdə, saat 15 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, Saray MTK, bina 69, mənzil 84 ünvanında qısqanclıq zəmnində arvadı X9 ilə aralarında yaranmış mübahisə zamanı sonuncunun siftə nahiyəsinə bir dəfə yumruq zərbəsi vuraraq, ona sol gözün göz qapaqlarının həmin gözün ağlı qişasına qansıma ilə müşahidə olunan qançırları ol gözaltı-almaıq nahiyəsinin qançır-şişkinliyi üst dodağın selikli qişasının səthi əzilmiş yarası burun hər iki said nahiyələrinin qançırlarından ibarət, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmədə X6 həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında X6 yekun protokolda qeyd edilən əməlin onun tərəfindən törədilməsini etiraf edib özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 15:00 radələrində yaşadığı evə gələn zaman Saranın gözəllik salonunda olmasını bilmişdir. Saranın istifadə etdiyi mobil telefonunda instagram sosial şəbəkəsinə daxil olan zaman orda qonşuluqda yaşayan Pərvin adlı şəxsin ona yazdığı mesajları görmüşdür. Həmin hesabla Pərvinə yazdıqda o, onun yaşadığı ünvana gəlmişdir. O ilk olaraq ona heçnə deməmiş, o da onu görüb bəhanə gətirərək oradan uzaqlaşmışdır. Sara salondan qayıtdıqdan sonra o ona Pərvinlə nəsə münasibətinin olmasını soruşmuşdur. O, isə Pərvini tanımadığını deyib inkar etmişdir. Sonradan o Pərvinin ona yazdığı mesajı göstərdikdən sonra Sara Pərvinin təxminən 2-3 ay bundan öncə qarşısını kəsərək onu narahat etməsini demişdir. O ona heçnə demədən evdən çıxmış və spirtli içki qəbul edib geri qayıtmışdır. Evə gəldikdə Saraya İnstagramda mesaj bölməsini açmasını demişdir. O isə mesajı silməsini dedikdə o onun yenidən Pərvinlə yazışmasından şüphələnib onun baş və bədən nahiyyəsinə dəfələrlə yumuruq vurmuşdur. Sara qışqıraraq qonşuları evə yığmağa çalışdıqda o onun qışqırmağına mane olmağa çalışmışdır. Sonradan zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü ilo tarixdə saat təxminən 15:00 radələrində Ceyhun evə gələrək İnstagram sosial şəbəkəsində qonşuluqda yaşayan Pərvin adlı şəxsin ona yazmasını görmüşdür. O gözəllik salonundan geriyə qayıtdıqda o ona Pərvinin niyə yazmağını soruşmuşdur. O isə ona Pərvinin onun dəfələrlə qarşısını kəsib onu narahat etdiyini dedikdə o heçnə demədən evdən çıxıb getmişdir. Geri sərxoş vəziyyətdə gələrək heç bir səbəb olmadan başına, üzünə və bədəninin müxtəlif nahiyyələrinə yumuruq və təpik zərbələri ilə vurmuşdur. Bu vəziyyəti gördükdə o, Ceyhunun onu öldürəcəyindən ehtiyyat etdiyindən DİN-in «102» xidməti-zəng mərkəzinə müraciət edərək bu barədə məlumat vermişdir. O, əlavə olaraq sözügedən hadisənin 10 dəqiqə davam etmiş, həmin vaxt orada başqa şəxslər olmamışdır. X1 ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Beləliklə, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi və məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X3 əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası SN-nin “MTE və PAB"-nin Publik Hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 791 nömrəli rəyindən görünür ki, 1996-cı il təvəllüdlü X4 məhkəmətibbi və kliniki müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarət – sol gözün göz qapaqlarının həmin gözün ağlı qişasına qansıma ilə müşahidə olunan qançırları ol gözaltı-almaıq nahiyəsinin qançır-şişkinliyi üst dodağın selikli qişasının səthi əzilmiş yarası burun hər iki said nahiyələrinin qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişlər; qərarda qeyd olunan müddətdə və şəraitdə yəni xx.xx.2023-cü il tarixdə dava-dalaş zamanı başqa şəxs tərəfindən yumruqla vurulma nəticəsində əmələ gələ bilərdilər; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, X6 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Zərərçəkmiş şəxs X9 tərəfindən məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, X6 ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. X6 barəsindəki cinyət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs X6 tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxs X9 ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs X6 cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə başlanılmış məhkəməyədək sadələşdirilmiş icraat materiallarına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən X3 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarına xitam verilməlidir. Təqsirləndirilən şəxs X3 barəsində qətimkan tədbiri seçilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X7 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X8 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs X6 barəsində qətimkan tədbiri seçilməmişdir. Təqsirləndirilən şəxsə şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X7 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X8 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-539/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-539/2023
16.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver