Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-539/2024 08.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxxx 1998-ci ildə Abşeron rayon, Məmmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Abşeron rayon, Məmmədli kəndndə qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçillərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 16 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 20 manat müqabilində 1 (bir) ədəd bükümdə çəkisi 0,947 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib, Abşeron rayonu, Məmmədli kəndi ərazisinə daşıyaraq, üzərində saxlamış, 17 oktyabr 2023-cü il tarixdə saat 14 radələrində Abşeron rayon polis idarəsinin X4 əməkdaşları tərəfindən həmin ərazidə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı yaşadığı evin yaxınlığında saxlanılıb, Abşeron rayonu, X4 inzibati binasına gətirilib, orada xidməti otaqların birində həmin tarixdə saat 15:20-dən saat 15:40-dək üzərinə keçirilən şəxsi axtarış zamanı həmin bir bükümdə 0,947 qram çəkidə narkotik vasitə heroin əynində olan qara rəngli şalvarın sağ yan cibində aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, bu cinayət işi üzrə şübhəli şəxs qismində tutulmamışdan iki ay əvvəl Abşeron rayonu, Məmmədli kəndi, Badamlıq yaşayış massivindən istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq 1963-cü ildə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 7,62 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı bir ədəd «УЗ-3886» nömrəli “Kalaşnikov” konstruksiyalı yivli odlu silah hesab olunan AKMS modelli avtomatı, keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş hər biri 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı döyüş sursatı olan 07 ədəd patron və həmin Kalaşnikov konstruksiyalı avtomatın komplekt hissəsi olan zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş texniki cəhətdən saz, təyinatı üzrə istifadəyə yararlı darağı qanunsuz olaraq əldə edib, Abşeron rayonu, Məmmədli kəndi, Badamlıq yaşayış massivində daşıyıb, torpağa basdırıb gizlətməklə saxlamış və polimer torbaya qoyub üzərində gəzdirmiş, 26 oktyabr 2023-cü il tarixdə Abşeron RPİ-nin X4 əməkdaşlarının saat 09:15 radələrində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Məmmədli kəndi, Badamlıq yaşayış massivində saxlanılaraq, ünvan 1 ünvanında yerləşən X5 gətirilib orada xidməti otaqların birində həmin tarixdə saat 10:50-dən saat 11:1 O-dək üzərində şəxsi axtarış aparılan zaman əlində olan ağ rəngli polimer torbadan «УЗ-3886» nömrəli “Kalaşnikov” konstruksiyalı yivli odlu silah hesab olunan AKMS modelli avtomat, hər biri 7,62x39 mm kalibrli olmaqla, atəş üçün yararlı döyüş sursatı olan 07 ədəd patron və həmin Kalaşnikov konstruksiyalı avtomatın komplekt hissəsi olan zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş istifadəyə yararlı daraq aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, uzun müddət olmasa da narkotik vasitə olan heroindən istifadə etmişdir. Bu səbəbdən də xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində olduğu zaman tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manat müqabilində bir büküm narkotik vasitə olan heroin almış, öz cibində saxlamışdır. 17 oktyabr 2023-cü il tarixdə saat 14 radələrində o, Abşeron rayonu, Məmmədli kəndi, A.Mustafayev küçəsində yaşadığı evin yaxınlığında olduğu zaman 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşmış və özlərini təqdim edərək Abşeron rayon polis idarəsinin X4 əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları ona narkotik vasitələrin və psixotrop maddələrin qəbulunda və üzərində saxlamaqda şübhəli bilindiyi üçün onu Abşeron rayon polis idarəsinin Mehdiabad PB-nə dəvət etmişlər. Orada müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Əvvəl ona üzərində qanunla qadağan olunmuş əşya, predmet, narkotik vasitə varsa təqdim etməsi təklif olunduqda o, üzərində narkotik vasitə olan heroin olduğunu bildirmiş və əynində olan cins şalvarının cibindən içərisində narkotik vasitə heroin olan kiçik həcmli şəffaf sellofan paketi çıxarıb təqdim etmişdir. Həmin narkotik vasitə olan heroini xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində olduğu zaman tanımadığı şəxsdən 20 manat müqabilində alaraq sonra istifadə edəcəyi məqsədilə öz üzərində saxladığını bildirmişdir. Sonra içərisində narkotik vasitə heroin olan həmin büküm ekspertizaya göndərilməsindən ötrü kağız zərfdə qablaşdırılmış və zərfin üzəri iştirakçılar və onun tərəfindən imzaları ilə təsdiq olunmuşdur. Həmçinin bu barədə protokol tərtib edilərək ucadan oxunmuşdur. Protokolun doğruluğu da imzaları ilə təsdiq edilmişdir. Bundan başqa o, ünvan 2 ünvandan dəmir yığan zaman yerdə bir ədəd avtomat, yanında avtomat darağı, darağın içərisində isə 7 ədəd patron olduğunu görüb, götürmüşdür. Həmin avtomatı, daraq və 7 ədəd güllə ilə birlikdə tapdığı yerdən təxminən 200 metr məsafədə torpağın altında basdırmışdır. 26 oktyabr 2023-cü il tarixdə saat 09 radələrində həm silaha baxmaq həm də, silahı kisəyə qoyub kisə ilə birlikdə basdırmaq üçün Badamlıq yaşayış massivinə getmişdir. Özü ilə birlikdə ağ rəngli kisədə aparmışdır. Avtomatı daraq və içərisindəki 7 ədəd gülləsi ilə birlikdə torpaqdan çıxardıb baxmış və özü ilə apardığı ağ rəngli kisəyə qoyduqdan sonra yenidən basdırmaq istəyəndə polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək Abşeron RPİ-nin X4 əməkdaşları olduqlarını deyib, onu üzərində qanunsuz olaraq odlu silah saxlamağı ilə bağlı polis bölməsinə dəvət etmişlər. O, polis əməkdaşlarının təklifi ilə razılaşıb onlarla birlikdə polis bölməsinə getmişdir. Hüquqlarının müdafiə olunması üçün dəvət edilmiş vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla ona üzərində odlu silah və ya döyüş sursatı varsa təqdim etməyini bildirdikdə, o, əlində olan ağ rəngli torbanı təqdim etmişdir. Torbanın içərisindən bir ədəd kalaşnikov adlandırılan avtomat və içərisində 7 ədəd patron olan avtomat darağı aşkar edilərək götürülmüşdür. Bundan sonra isə ondan aşkar edilmiş əşyalar qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib olunmuşdur. O və digər iştirakçılar protokolla tanış olmuş, doğruluğunu imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dəvət olunaraq dindirilmiş Abşeron RPİ-nin Mehdiabad PB-nin əməliyyat müvvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış və aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. 17 oktyabr 2023-cü il tarixdə Abşeron rayonu, Məmmədli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs ünvan 4otik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd olunan məlumatın yoxlanılması üçün müvafiq icazə verildikdən sonra Abşeron RPİ-nin Mehdiabad PB-nin sahənin polis nəfəri, polis serjantı Şahid3 Şahin oğlunun və onun iştirakı ilə əməliyyat qrupu yaradılmış, qrupa rəhbərlik ona həvalə edilmişdir. Həmin gün, yəni 17 oktyabr 2023-cü il tarixdə, saat 14 radələrində Təqsirləndirilən şəxs Məmmədli kəndi, Alı Mustafayev küçəsində olarkən görüb, ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah edib, əməliyyat tədbirinin keçirilməsi haqqında qərarla tanış etmişlər. Təqsirləndirilən şəxs bölməyə dəvət etmişlər. O, da etiraz etməyib, onlarla birlikdə X5 getmişdir. Bundan sonra bölmədə xidməti otaqlardan birində Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru Nəsimi Musayev tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək, onun hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin edilmişdir. Daha sonra polis nəfəri Şahid3, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dəvət edilmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X3 və onun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması istintaq hərəkəti videoçəkiliş aparılmaqla qeydə alınmışdır. Şəxsi axtarış zamanı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs təklif edilmişdir ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Bu təklifdən sonra o əynindəki şalvarın cibindən içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə olan şəffaf rəngli sellofana bükülmüş 01 ədəd bükülünü təqdim edərək, bükülünün içərisindəki narkotik vasitə olan heroini 16 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisindən tanımadığı şəxsdən 20 manata özünün istifadə etməsi üçün aldığını bildirmişdir. Aşkar edilmiş 01 ədəd büküm içərisindəki ilə birlikdə axtarış və götürmədə iştirak etmiş şəxslərin iştirakı ilə qablaşdırılaraq imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən heç bir təzyiq göstərilməmişdir. Bundan başqa, 26 oktyabr 2023-cü il tarixdə onun qanunsuz olaraq odlu silah əldə edib saxlayaraq, daşıması barədə daxil olmuş əməliyyat məlumatlarının yoxlanılması, Təqsirləndirilən şəxs cinayət başında ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və müvafiq əməliyyat qrupunun yaradılmasına icazə verilməsi məqsədi ilə bölmə rəhbəriyinə raportla məruzə edilmişdir. Müvafiq icazə verildikdən sonra Abşeron RPİ-nin Mehdiabad PB-nin polis sahə rəisi, polis kapitanı Şahid2 və onun iştirakı ilə əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. Bundan sonra əməliyyat qrupunun üzvü Şahid2 ilə birlikdə xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək, Abşeron rayonu, Məmmədli kənd ərazisinə gedilmişdir. Həmin gün, yəni 26 oktyabr 2023-cü il tarixdə saat 09:15 radələrində Təqsirləndirilən şəxs Abşeron rayonu, Məmmədli kənd, Badamlıq adlanan ərazidə olduğu zaman ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs əlində ağ rəngli torbada olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə edib, saxlayaraq daşımasında şübhəli olduğunu izah edib əməliyyat tədbirinin keçirilməsi haqqında qərarla tanış etmişlər. Sorğu zamanı Təqsirləndirilən şəxs əlindəki torbada avtomat olduğunu bildirmişdir. Həmin yerdə müvafiq sənədləşmə üçün şərait olmadığından və insanların intensiv hərəkəti səbəbi ilə Mustala Qəhrəmanovu müvafiq hərəkətlərin icrası üçün Abşeron RPİ-nin Mehdiabad PB-nə dəvət etdikdə, sonuncu etiraz etməyib onlarla birlikdə bölməyə getmişdir. Bundan sonra bölmənin inzibati binasındakı xidməti otaqlardan birində şübhəli şəxsə hüquq və vəzifələri izah edilərək, hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə dəvət edilmişdir. Bölmənin inzibati binasındakı xidməti otaqlardan birində polis sahə rəisi, polis kapitanı Şahid2, Təqsirləndirilən şəxs, Xırdalan şəhər vəkil bürosunun vəkili İqbal Nağıyevin və onun iştirakı ilə təhqiqatçı Polad Ağayev tərəfindən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması istintaq hərəkəti videoçəkiliş aparılmaqla qeydə alınmışdır. Şəxsi axtarış zamanı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs təklif edildi ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silah, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklifdən sonra Təqsirləndirilən şəxs əlində olan ağ rəngli torbanı təqdim edərək, içərisində bir ədəd avtomat, sandıqca və patronlar olduğunu bildirmişdir. Həmin torbaya baxış keçirilən zaman içərisindən bir ədəd avtomat, içərisində yeddi ədəd patron olan bir ədəd sandıqca aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin avtomatı sandıqça və yeddi ədəd patron ilə birlikdə Abşeron rayonu, Məmmədli kəndindən Badamlıq deyilən ərazidən tapdığını və tapdığı yerdən təxminən 200 metr məsafədə basdıraraq gizlətdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin iş üçün əhəmiyyət kəsb edən əşya və ya maddə aşkar edilməmişdir. Aşkar edilmiş predmetlər şəxsi axtarış və götürmədə iştirak etmiş şəxslərin iştirakı ilə qablaşdırılaraq imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dəvət edilərək, dindirilmiş Abşeron RPİ-nin Mehdiabad PB-nin polis nəfəri, polis serjantı Şahid3 digər Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə şahid Abşeron RPİ-nin X4 sahə rəisi, polis kapitanı Şahid2 digər Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: • “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 17 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq öz şəxsi istifadəsi üçün narkotik vasitələri və psixotrop maddələri əldə edərək, daşıması barədə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. • “Şübhəli şəxsin tutulması haqqında” 17 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli sonuncunun azadlığının faktiki məhdudlaşdırıldığı xx.xx.2023-cü il, saat 14:00-dan hesablanmışdır. • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-6/5471 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN-nin Zərflət üçün №236 saylı dairəvi möhür əksi olan “ Təqsirləndirilən şəxs oğ. aşkar edilmiş...” və s. yazılar və imzalar olan 01 (bir) ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,947 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim olunmuş heroinin təmiz çəkisi - 0,947 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,897 qramdır. Aparılmış tədqiqatın dəyəri 80 (səksən) manat təşkil edir; • Diskə baxış keçirilməsi haqqında 18 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra 01 ədəd ağ rəngli DVD diskdə olan görüntülərə baxış keçirilməsi üçün kompüterin prosessoruna qoyuldu və ekranda açılmış fayla baxış keçirilən zaman müəyyən olundu ki, Təqsirləndirilən şəxs əynindəki şalvarın cibindən içərisindən qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə olan şəffaf rəngli sellofana bükülmüş 01 ədəd bükülünü təqdim etmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə-heroin olduğunu, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbə ərazisindən tanımadığı şəxsdən şəxsisi üçün 20 manat müqabilində aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin iş üçün əhəmiyyət kəsb edən əşya və ya maddə aşkarlanmamışdır. • Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 18 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilərək, ibtidai istintaqı aparılmışdır. • “Təqsirləndirilən şəxs qismində cəlb edilməsi” haqqında 19 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. • “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməməsi barədə vəsatətin təmin edilməməsi və barəsində digər qətimkan tədbiri seçilməsi barədə” 19 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Abşeron RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru xx.xx.2023-cü il tarixli vəsatəti təmin edilməmiş və onun barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir. • “Maddi sübut kimi tanıma haqqında” 24 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,947 qram kustar üsulla hazirlanmış narkotik vasitə heroin ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,897 qram narkotik vasitə heroin işin məhkəmə baxışınadək saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanıldığı anbara təhvil verilmiş, onun üzərindən şəxsi axtarış aparılmanın videogörüntülərinin iş üçün əhəmiyyət kəsb etdiyi müəyyən olunduğundan həmin 01 ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. • Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X9 Ambulator X2 haqqında 16 dekabr 2023-cü il tarixli, 8254 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs Opioidlərdən istifadə etmə halları olmuş, lakin hal-hazırda onda müalicə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır. Hal-hazırda müayinə zamanı o, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. • “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 26 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz yolla odlu silahı üzərində daşıması barədə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. • “Şübhəli şəxsin tutulması haqqında” 26 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli sonuncunun azadlığının faktiki məhdudlaşdırıldığı xx.xx.2023-cü il, saat 09:15-dən hesablanmışdır. • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 26 oktyabr 2023-cü il tarixli, 23/787R saylı rəyinə görə
1. Tədqiqata təqdim edilmiş təqdiqata təqdim edilmiş 01 ədəd «УЗ-3886» №-li silah, 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə 1963-cü ildə keçmiş SSRİ dövlətdə istehsal olunmuş Kalaşnikov konstruksiyalı AKMS modelli avtomatdır, odlu yivli silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir.
2. Tədqiqata təqdim edilmiş 07 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yarardırlar.
3. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli Kalaşnikov konstruksiyalı avtomatarın komplekt hissəsidir- darağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır, döyüş sursatı hesab edilmir.
4. Eksperimental qaydada atılmış güllə və giliz nümunələri DİN-nin KTİ-də yerləşən “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında əlavə məlumat veriləcəkdir. Qeyd: Tədqiqata təqdim edilmiş 07 ədəd 7,62x39 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olundu. • “Cinayət işi başlamaq və icraata qəbul etmək barədə” 26 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə cinayət işi icraata qəbul edilməklə, istintaqı davam etdirilmişdir. • “Təqsirləndirilən şəxs qismində cəlb edilməsi” haqqında 27 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. • Abşeron rayon Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli, 4(012)-812/2023 saylı, qərarı ilə həbsdə saxlanılma müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. • “Maddi sübut hesab edilməsi” barədə 30 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 7,62 mm kalibri, texniki cəhətdən saz və atəş üçün yararlı bir ədəd «УЗ-3886» nömrəli “Kalaşnikov” konstruksiyalı yivli odlu silah hesab olunan AKMS modelli avtomat, 04 ədəd patron və həmin Kalaşnikov konstruksiyalı avtomatın komplekt hissəsi olan zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibri patronların saxlanılması üçün nəzərdə tutulmuş istifadəyə yararlı döyüş sursatı hesab edilməyən daraq cinayət prosesi üçün mötəbər dəlil olduğundan iş üzrə maddi sübut hesab olunsun və tədqiqatdan sonra bir ədəd «УЗ-3886» nömrəli “Kalaşnikov” konstruksiyalı yivli odlu silah hesab olunan AKMS modelli avtomat, 04 ədəd patron və bir ədəd daraq saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanması yerinə təhvil verilmişdir. • “Cinayət işinin icraata qəbul edilməsi və cinayət işlərinin bir icraatda birləşdirilməsi” haqqında 07 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi icraatıma qəbul edilsin və işi bir icraatda birləşdirilərək ibtidai istintaq ********* nömrə ilə davam etdirilmişdir. • Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 07 noyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. • “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 27 dekabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. • “Təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinin təsdiq edilməsi” barədə 27 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 27 oktyabr 2023-cü il tarixdə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmışdır. • “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 05 yanvar 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,947 qram çəkidə narkotik vasitə-heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilməsi və ekspertiza tədqiqatına sərf edilmiş 0,05 qram çıxılmaqla qalıq 0,897 qram narkotik vasitə heroinin saxlanılmasından ötrü Abşeron RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsi, həmçinin ondan aşkar edilərək götürülmüş 7,62 mm kalibri, texniki cəhətdən saz və atəş üçün yararlı bir ədəd <<УЗ-3886>> nömrəli “Kalaşnikov” konstruksiyalı yivli odlu silah hesab olunan AKMS modelli avtomat, 07 ədəd patron və həmin Kalaşnikov konstruksiyalı avtomatın komplekt hissəsi olan zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibri patronların saxlanılması üçün nəzərdə tutulmuş istifadəyə yararlı döyüş sursatı hesab edilməyən daraq cinayət prosesi üçün mötəbər dəlil olduğundan iş üzrə maddi sübut hesab olunmuş və tədqiqatdan sonra bir ədəd <<УЗ-3886>> nömrəli, “Kalaşnikov” konstruksiyalı yivli odlu silah hesab olunan AKMS modelli avtomat, 04 ədəd patron və bir ədəd darağın saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanması yerinə təhvil verilməsi, cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizasının 17 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-6/5471 nömrəli rəyi, ambulator X2ya dair 16 dekabr 2023-cü il tarixli, 8254 nömrəli rəyi, “şəxsi axtarış və götürülmə aparılması” haqqında 16 oktyabr 2023-cü il tarixli protokol, Təqsirləndirilən şəxs üzərinə 16 oktyabr 2023cü il tarixində şəxsi axtarış keçirilməsinin video görüntüsü olan CD disk, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 26 oktyabr 2023-cü il tarixli 23/787R nömrəli ekspert rəyi, Təqsirləndirilən şəxs üzərinə 26 oktyabr 2023-cü il tarixdə şəxsi axtarış keçirilməsinin video görüntüsü olan CD disk,şahid ifadələri, təqsirləndirilən şəxsin etirafedici ifadələri, şəxsi axtarış və götürmə haqqında 26 oktyabr 2023-cü il tarixli protokol və işdə olan digər hüquqi sənədlər iş materiallarına uyğun olduğundan sübut növü kimi qiymətləndirilərək cinayət işinə əlavə edilməsi nəzərə alınmışdır. • Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(012)-66/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsdə saxlanılma müddəti 15 (on beş) gün, yəni xx.xx.2024-cü il tarixinədək uzadılmışdır.
Şəxsi axtarış və götürmə aparılması barədə 17 oktyabr 2023-cü il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmas təklif olunduqda o, əynindəki şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxardaraq, masanın üzərinə qoymuş, həmin bükümü 16 oktyabr 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Sabunçu rayonu. Balaxanı qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Şəxsi axtarış və götürmə aparılması barədə 26 oktyabr 2023-cü il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əlində tutduğu ağ rəngli torbanın içərisindən bir ədəd qara rəngli odlu silah avtomat, 01 ədəd sandq və 07 ədəd patron aşkar edilmiş, həmin əşyaları 2 ay bundan qabaq ünvan 5 ünvandan təxminən 200 metr kənarda basdırdığını, xx.xx.2023-cü il tarixdə isə odlu silahı basdırdığı yerdən çıxardaraq, nəzarət üçün baxmaq istədiyini bildirmişdir.
Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməyə görə cinayət məsuliyyətini müəyyən edir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli Qərarında qeyd edilir ki, qanunvericilik Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin dispozisiyasında sadalanan hərəkətlərin qanunsuz olaraq edilməsini nəzərdə tutur. Qanunsuzluq həmin hərəkətlərin “Xidməti və mülki silah haqqında” Qanunun və “Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlaması üzərində nəzarət haqqında” Avropa Konvensiyasının tələblərinin pozulması ilə yanaşı, “Xidməti və mülki silahın dövlət kadastrının aparılması Qaydası”nın, “Xarici dövlətlərin hüquqi şəxslərinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvafiq olaraq xidməti və mülki silah əldə etməsi, saxlanılması və təyinatı üzrə istifadə etmə Qaydaları”nın, “Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması Qaydaları”nın, “Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahın satış Qaydaları”nın, “Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması Qaydaları”nın, “Silahın mühafizəsi ilə bağlı tələbləri”nin, “Mülki silahın kolleksiya edilməsi və ya onun sərgisinin keçirilməsi Qaydaları”nın, “Silahın geri alınması Qaydaları”nın və digər normativ aktların tələblərini pozmaqla törədilməsində ifadə olunur. Həmin Qanunun 5-ci maddəsinin 4-cü bəndinə görə Azərbaycan Respublikası ərazisində xidməti və mülki sidahın dövriyyəsinin əsası onlara verilən uyğunluq sertifikatıdır (5-ci bənd); Cinayət Məcəlləsinin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir. Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədənin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. predmetlərdə gəzdirilməsi başa düşülməlidir (9-cu bənd); Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228-ci və 232-ci maddələri ilə cinayət məsuliyyəti nəinki funksional istifadə üçün yararlı olan silahların qanunsuz dövriyyəsi və yaxud talanması zamanı, həmçinin təqsirli şəxsin məqsədi yararlı olmayan, o cümlədən təlim üçün nəzərdə tutulmuş silahların yenidən yararlı hala salınması və bunun üçün real imkanı olması zamanı da yaranır (11-ci bənd); təqsirkar şəxs qanunsuz olaraq odlu silahı və ya Cinayət Məcəlləsinin 228.1-ci maddəsində sadalanan digər predmetləri əldə edir, saxlayır və özündə gəzdirirsə, onun əməli vahid cinayət kimi Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilməlidir (12-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroinin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 0,15 qram təşkil edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələrinin tərkib əlamətləri vardır. Onun tərəfindən həmin cinayətlərin törədilməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Həmin Məcəllənin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Beləliklə, məhkəmə, təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi ilə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran və yüngülləşdirən halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Bundan başqa məhkəmə təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi üzrə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran və yüngülləşdirən halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməli, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza təyin ediməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə onun məhkəməyədək icraat dövründə tutulduğu 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılaraq qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli isə həbsdə alındığı vaxtdan – 26 oktyabr 2023-cü il tarixdən hesablanmalı, həmçinin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 8254 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamış, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında göstərilmişdir ki, alkoqolizmdən və ya narkomaniyadan məcburi müalicənin təyin olunması məsələsi həll olunarkən məhkəmə sübutları, o cümlədən məhkəmə-narkoloji ekspertizasının rəyini tədqiq etməklə məcburi müalicənin təyin olunmasına zərurətin, eləcə də müalicəyə qarşı tibbi əks göstərişlərin olub-olmamasını araşdırmalı, məcburi müalicənin təyin edilməsi üçün əsaslar müəyyən edildikdə və müalicəyə qarşı əks göstərişlər olmadıqda müddətini göstərmədən alkoqolizmdən və ya narkomaniyadan məcburi müalicə tədbirini təyin edir (21-ci bənd). Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir təyin edilməsinə zərurət yoxdur. Lakin o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,897 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) müsadirə edilməlidir. Azərbaycan Respublikası “Xüsusi və mülki silah haqqında” Qanunun 2 maddəsinin 6 bəndinə görə soyuq silah — konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Abşeron rayon Polis İdarəsində saxlanılan 01 ədəd «УЗ-3886» nömrəli, “Kalaşnikov” konstruksiyalı yivli odlu silah hesab olunan AKMS modelli avtomat, 04 ədəd patron və bir ədəd daraq hökm qanuni qüvvəyə mindikdən sonra xüsusi müsadirə edilərək, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 234.1-ci maddəsi ilə maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 02 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 26 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Abşeron RPİ-nin Növbətçi Hissəsində saxlanma otağında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,897 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut - Abşeron rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan 01 ədəd «УЗ-3886» nömrəli “Kalaşnikov” konstruksiyalı yivli odlu silah hesab olunan AKMS modelli avtomat, 04 ədəd patron və bir ədəd daraq müsadirə olunaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 80 (səksən) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. 02 (iki) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə mülki iddianın, xüsusi müsadirə edilməli və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 ( iyirmi ) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən Abusət Qasımov