Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-54/2024 22.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X4 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X6, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkumluğu olmayan, evli, ünvan 1 ünvanda qeydiyyatda olan, həmin ünvanda yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmiş, xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2016-cı ilin əvvəllərində Şahid1 satdığı ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evini sonuncunun xəbəri olmadan X7 öz evi kimi göstərib satacağını yalandan vəd verib aldadaraq, xx.xx.2022-ci il tarixdə saat 15 radələrində həmin ünvanda Qabiliyyət Budaqovun 14000 manat pulunu alıb ələ keçirərək, zərərçəkmiş X7 14000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. İş olanda tikintidə fəhlə işləyir. 2016-cı ilin əvvəllərində yaşadığı evin həyətində 0,02 ha torpaq sahəsində olan 2 otaqlı və bir dəhlizdən ibarət evi satmaq qərarına gəlmişdir. Həmin evi satmaq üçün Xırdalan şəhərində yerləşən ev alqı-satqı ofislərinə də elan vermişdir. Aradan bir müddət keçdikdən sonra Şahid1 həmin evi almaq üçün müştəri qismində evə gəlmişdir. Evə baxdıqdan sonra Aliyyə evi bəyəndiyi üçün almaq qərarına gəlmişdir. Həmin evi 25000 manata satmağa razılaşmışlar. xx.xx.2016-cı il tarixdə saat 11 radələrində Aliyyə ilə Xırdalan şəhərində yerləşən 1 saylı Notariat kontorunun qarşısında görüşmüşlər. Razılaşmalarına görə həmin notariat kontorunda Aliyyə ilə onun arasında Abşeron rayonu, Xırdalan şəhəri, dalan 1 ünvanda yerləşən 1 nömrəli evin alqı-satqısı ilə əlaqədar razılıq olması barədə ərizə yazmışdır. Onlar birlikdə çıxıb sözügedən evə getmişlər. Aliyyə evdə 25000 manat pulu sayaraq qardaşı Səxavət və bacılarının yanında ona vermişdir. Həmin evi satmağına ailə üzvləri də razılıq vermişdir. Bundan sonra o, həmin evi boşaldaraq açarlarını da Aliyyəyə təhvil vermişdir. Sonradan müxtəlif vaxtlarda Aliyyə həmin evin yanında hamam-tualet tikdirmiş, evin pəncərələrini yenisi ilə dəyişdirmişdir. Aliyyə müxtəlif vaxtlarda evdə müəyyən təmir işləri görsə də, yaşamırmış. Bir neçə il keçdikdən sonra Aliyyə ona evin sənədlərini düzəltməyini tələb etmişdir. O, da Aliyyəyə evi satarkən belə bir razılaşmaları olmadığını bildirmişdir. Ona evinin çıxarışını özünün almasını demişdir. Bundan sonra aralarında münasibətləri korlanmışdır. Aliyyə ona evə çəkdiyi xərcləri tələb etməyə başlamışdır. Bundan sonra o, həmin evi satmaq qərarına gəlmişdir. O, Xırdalan şəhərində yerləşən tanış maklerlərə evi satmaq istədiyini demişdir. Aradan bir neçə gün keçdikdən sonra xx.xx.2022-ci il tarixdə saat 15 radələrində X7 həmin evi 14000 manat müqabilində satmışdır. O, həmin evi Qabiliyyətə satarkən ona həmin evin Aliyyəyə aid olması barədə heç bir məlumat verməmişdir. Evi Qabiliyyətə satan zaman yanında maklerlər də olmuşdur. O, Qabiliyyətdən pulu aldıqdan sonra həmin pulun 12000 manatını Aliyyəyə vermişdir. Qalan 2000 manat pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Sonradan Qabiliyyət evə köçmək istədikdə həmin evin Aliyyəyə məxsus olduğunu bilmiş və onun barəsində polisə şikayət etmişdir. O, evi X1 həmin evin Aliyyəyə məxsus olması barədə heç bir məlumat verməmişdir. 12000 manat pulu Aliyyəyə verərkən ona evi Aliyyənin bəyənmədiyi üçün satdığını, qalan pulu da verəcəyini bildirmişdir. O, evi Qabiliyyət Budaqova satarkən bu barədə Şahid1 heç bir məlumat vermədiyini bildirmişdir. Zərərçəkmiş şəxsə dəymiş maddi ziyan ödənilmişdir. Əməlindən peşmandır, yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Şabran rayonu Günəşli kəndində orta məktəbi Azərbaycan dili üzrə bitirmişdir. Azərbaycan dilini sərbəst bilir. İfadəsinin Azərbaycan dilində alınmasına heç bir etirazı olmadığını bildirmişdir. Fərdi qaydada tikintidə iş olanda fəhlə işləyir. 2022-ci ilin iyun ayının sonlarında Abşeron rayonu, Xırdalan şəhərində torpaq və ev alqı-satqısı ilə məşğul olan tanışı Xəlil ilə söhbət zamanı özü üçün kiçik ölçüdə olan ev almaq istədiyini bildirmişdir. Xəlil də ona ev olacağı təqdirdə xəbər edəcəyini demişdir. Aradan bir neçə gün keçdikdən sonra xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Xəlil ona zəng edərək istədiyi kimi kiçik ölçülü ev tapdığını bildirmişdir. Bundan sonra onlar görüşüb həmin evə baxmaq üçün birlikdə Abşeron rayonu, Xırdalan şəhərində kənd Xırdalan deyilən yerə getmişlər. Satılan evin qarşısında olan zaman digər maklerlər Aqil, Şirzad və Saday da gəlmişlər. Onlar hamısı birlikdə evin həyətinə daxil olmuşlar. Evi satan Təqsirləndirilən şəxs olmuşdur. Atamoğlanın adını bilmədiyi qardaşı da orada olmuşdur. Ev birmərtəbəli olmaqla tam təmir olunmamış və yaşayış üçün əlverişsiz şəraitdə olmuşdur. O, evə baxış keçirdikdən sonra Atamoğlana evi neçəyə satdığını soruşduqda, Atamoğlan evi 15000 manata satdığını bildirmişdir. O, da Atamoğlana həmin məbləğdə pulunun olmadığını, 14000 manat pulunun olduğunu demişdir. Atamoğlan da onunla razılaşmışdır. Bundan sonra o, gedib yaşadığı evdən pulu götürüb saat təxminən 15 radələrində həmin yerə gəlmişdir. Bundan sonra o, maklerlər Xəlil, Aqil, Şirzad, Saday, Atamoğlan və onun adını bilmədiyi qardaşının iştirakı ilə videoçəkiliş vasitəsi ilə Atamoğlanın satdığı evə baxış keçirilmiş və 14000 manat pulu o, sayaraq qeyd etdiyi şəxslərin yanında Atamoğlana satdığı həmin evi almaq üçün vermişdir. Pulu verdikdən sonra Atamoğlan ona evin sənədlərinin olmadığını, bələdiyyə sənədlərinin hazırlandığını qalan sənədləri isə onun özü düzəltməli olduğunu demişdir. O, da gələcəkdə evi təmir etdikdən sonra evin sənədlərini də düzəldəcəyini düşünüb razılaşmışdır. Aradan təxminən 3 gün keçdikdən sonra, yəni xx.xx.2022-ci il tarixdə o, evdə təmir işlərinə başlayan zaman adını bilmədiyi qonşuluqda yaşayan qoca yaşlı kişi onun aldığı evə gəlmişdir. Söhbət zamanı həmin yaşlı kişi ona Atamoğlandan aldığı həmin evin sənədlərinin də olduğunu, hətta Atamoğlanın həmin evi Aliyyə adlı şəxsə satdığını da bildirmişdir. Bundan sonra o, Atamoğlana zəng edərək evə çağırmışdır. Bir neçə dəqiqədən sonra Atamoğlan qardaş və bacıları ilə birlikdə gəlmişlər. O, Atamoğlana ona satdığı evin başqa şəxsə, yəni Aliyyə adlı qadına məxsus olduğunu dedikdə, Atamoğlan ilk olaraq boynuna almasa da, sonradan həmin evi Aliyyə adlı qadına bir neçə il əvvəl satdığını bildirmişdir. Bu zaman Atamoğlan Aliyyə adlı qadına zəng etmiş və telefonu ona vermişdir. O, Aliyyə adlı qadınla telefonda danışan zaman Aliyyə ona həmin evi 25000 manata aldığını, Atamoğlanın hansı əsasla həmin evi ona satdığını demişdir. Bundan sonra o, telefonu Atamoğlana qaytarmışdır. Aliyyə adlı xanım telefonda Atamoğlana nalayiq ifadələr işlədərək danışığını bitirmişdir. Bundan sonra o, Atamoğlana verdiyi 14000 manat pulunu geri qaytarmasını tələb etmişdir. Atamoğlan qısa vaxt ərzində pulu qaytaracağına söz vermişdir. Lakin bir neçə dəfə o, Atamoğlan ilə əlaqə saxlayıb pulunu istədikdə, Atamoğlan hər dəfə ona müxtəlif bəhanələr gətirərək pulunu qaytarmamışdır. Bu səbəbdən o, Abşeron rayon polis idarəsinə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Abşeron rayonu, Xırdalan şəhərində kənd Xırdalan deyilən ərazidə yerləşən evi almaq üçün 14000 manat pul vermiş, həmin vaxt orada maklerlər Xəlil, Aqil, Şirzad, Saday və Atamoğlanın adını bilmədiyi qardaşı olmuşdur. O, pulu Atamoğlana satmaq üçün göstərdiyi evi almaq üçün vermiş, lakin Atamoğlan həmin evin başqa şəxsə aid olduğunu bilə-bilə onu aldadaraq pulunu ələ keçirmişdir. Təqsirləndirilən şəxs verdiyi 14000 manat puldan sonradan Aliyyə adlı qadın ona 5000 manat pul versə də, qalan 9000 manat pulu Atamoğlan ona qaytarmamışdır. Hazırda isə ona dəymiş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslə ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, anası və övladı ilə birlikdə yaşayır. Bakı şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Diamond” qadın gözəllik salonunda dırnaq ustası işləyir. 2016-cı ilin əvvəllərində Abşeron rayonu, Xırdalan şəhərində ev alqı-satqısı ofislərinə yaxınlaşıb özünə ev almaq üçün elanlarla maraqlanırmış. Həmin ərəfədə adını xatırlamadığı makler ona Abşeron rayonu, Xırdalan şəhərində kənd Xırdalan deyilən yerdə ev satıldığını deyərək baxmaq üçün onu həmin yerə aparmışdır. O, maklerlə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, dalan 1 ünvanda yerləşən 1 nömrəli evə getmişdir. Onları sonradan adlarını bildiyi həmin evdə yaşayan Atamoğlan, qardaşı Səxavət və bacıları qarşılamışdır. Atamoğlan həmin evi satdığını bildirmişdir. O, həmin evə aid çıxarış olub-olmamağını soruşduqda, Atamoğlan ona evin çıxarışının olmadığını və lazım olarsa çıxarışı düzəldə biləcəyini demişdir. Razılaşmalarına görə o, evi almaq üçün 25000 manat ödəməli olmuşdur. Atamoğlan da 0,02 ha torpaq sahəsində olan 2 otaqlı və bir dəhlizdən ibarət evi mənə alqı-satqı müqaviləsi ilə satmalı olmuşdur. Həmin evə ilkin olaraq çıxarış alınması üçün Atamoğlanla birlikdə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Abşeron rayon şöbəsinə getmişlər. Həmin idarədə Atamoğlanın ona satmaq istədiyi evin həyətində olan digər yaşadıqları evlə birlikdə ümumi çıxarış alınmasını, sonradan ona satılan evə çıxarış veriləcəyini bildirmişlər. Aradan təxminən 1-2 ay keçsə də o, çıxarışın gec düzələcəyini görüb artıq Atamoğlanın ona satmaq istədiyi evi almaq, sonradan çıxarışını almağı düşünmüşdür. Bundan sonra o, xx.xx.2016-cı il tarixdə saat 11 radələrində Atamoğlanla Xırdalan şəhərində yerləşən 1 saylı Notariat kontorunun qarşısında görüşmüşdür. Həmin notariat kontorunda Atamoğlanla onun arasında Abşeron rayonu, Xırdalan şəhəri, dalan 1 ünvanda yerləşən 1 nömrəli evin alqı-satqı müqaviləsi bağlanmışdır. Onlar birlikdə çıxıb qeyd olunan almaq istədiyi evə getmişdir. O, orada 25000 manat pulu sayaraq qardaşı Səxavət və bacılarının yanında Atamoğlana vermişdir. Həmin vaxtdan sonra o, arada imkanı olduqca həmin evində bəzi tikinti işləri aparmış. Belə ki, həmin evin hasarını çəkdirmiş, qapı və pəncərələrini dəyişdirmişdir. Aradan bir müddət keçdikdən sonra Atamoğlanın anası və atası vəfat etmişlər. Sonradan vərəsəlik mübahisəsi yaranmışdır. Təmir işləri gördükdən təxminən bir neçə ay sonra o, evinə gedən zaman evin damından yağış suyunun otaqlara axdığını və evin yararsız vəziyyətə düşdüyünü görmüşdür. O, həmin həyətdə ailəsi ilə birlikdə yaşayan Atamoğlanın qardaşı Səxavətdən evinin niyə belə hala düşdüyünü soruşduqda, Səxavət ona xəbəri olmadığını bildirmişdir. Bundan sonra o, evin damını sökdürərək yenisi ilə əvəz etdirmişdir. Atamoğlana evinin pis vəziyyətə düşdüyünü izah edərək ona dəymiş ziyanı ödəməsini tələb etmişdir. 2022-ci ilin iyun ayında o, Atamoğlanla görüşərək ona dəymiş ziyanı ödəməsini tələb edərək ödəmədiyi təqdirdə bu barədə şikayət edəcəyini bildirmişdir. Aradan təxminən 1 ay keçdikdən sonra Atamoğlan 2022-ci ilin iyul ayının əvvəllərində onunla görüşərək ona 12000 manat pul vermişdir. Sonradan ona məlum olmuş ki, Atamoğlan ona satdığı evi sonradan adını bildiyi Qabiliyyət Budaqov adlı şəxsə satmış, əldə etdiyi həmin puldan 12000 manat pulu da ona vermişdir. Qabiliyyət ona zəng edərək Atmaoğlanın satdığı evin ona məxsus olduğunu eşitdiyini demişdir. O, da söhbət əsnasında Atamoğlanın Qabiliyyəti aldatdığını və həmin evi ondan xəbərsiz satdığını, həmin evin ona məxsus olduğunu demişdir. Sonra Qabiliyyətin həyat yoldaşı ona zəng edərək iki azyaşlı uşaqlarının xəstə olduqlarını və həyat yoldaşının qazi olduğunu deyərək onlara kömək etməyini xahiş etmişdir. O, da onların Atamoğlan tərəfindən aldadıldığını başa düşüb 5000 manat Qabiliyyətə pul vermişdir. Əlavə olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhəri, dalan 1 ünvanda yerləşən 1 nömrəli evi almaq üçün xx.xx.2016-cı il tarixdə 25000 manat pulu həmin evdə vermişdir. Atamoğlanın ona satdığı həmin evdə hazırda o və qızı Nuray da qeydiyyata alınmışdır. Lakin bu günədək Atamoğlanın ona satdığı evin çıxarışını ala bilməmişdir. Təqsirləndirilən şəxs X7 ona məxsus evi satarkən heç bir məlumatı olmamışdır. Qabiliyyət Budaqov ona zəng edərək məlumat verdikdən sonra xəbəri olmuşdur. Sonradan o, Atamoğlana dəfələrlə zəng edərək danışmaq istəsə də, əlaqə qura bilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Aysu” gözəllik salonunda lazeroloq işləyir. Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Atamoğlan Abşeron rayonu, Xırdalan şəhəri dalan 1 ünvanda yerləşən 1 nömrəli evdə yaşayır. Həmin ev atası Adilə məxsus olmuşdur. Adil vəfat edənədək həmin evdə yaşamışdır. Həmin həyətdə iki ev vardır. Evlərdən birində Atamoğlan, digərində isə qardaşı Səxavət ailəsi ilə birlikdə yaşamışdır. Əvvəllər o, həmin evdə pasport qeydiyyatında olsa da, 2008-ci ildə ailə qurduqdan sonra həmin evdən qeydiyyatdan çıxmışdır. Alqı-satqıda iştirak etməsə də, ona məlum olmuşdur ki, 2016-cı ildə Atamoğlan öz evini Aliyyə adlı xanıma satmışdır. Həmin vaxtdan da Aliyyəni tanıyır. O, həmin evə qonaq gələndə bir neçə dəfə Aliyyə ilə görüşmüşdür. Onunla münasibətləri yaxın olmasa da, birbirini görəndə salamlaşıb hal-əhval tuturlar. 2022-ci ilin iyul ayının əvvəllərində o, qardaşı Səxavətin evində olan zaman həyətdə olan tanımadığı şəxslərin söhbətindən eşitmiş ki, qardaşı Atamoğlan özünə məxsus Aliyyəyə satdığı evi sonradan Qabiliyyət adlı şəxsə satmışdır. Əldə etdiyi puldan da 12000 manat pulu Aliyyəyə verdiyini eşitmişdir. Sonradan qardaşı Atamoğlanın 2016-cı ildə Şahid1 satdığı evi xx.xx.2022-ci il tarixdə Qabiliyyət Budaqova satması ona məlum olmuşdur. Əlavə olaraq bildirmişdir ki, qardaşı Təqsirləndirilən şəxs 2016-cı ildə Abşeron rayonu, Xırdalan şəhəri dalan 1 ünvanda yerləşən 1 nömrəli evi Şahid1 və həmin evi xx.xx.2022-ci il tarixdə X2 zaman həmin vaxt orada olmamışdır. Sonradan bu barədə məlumatı olmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Fərdi qaydada tikintidə fəhlə işləyir. Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Atamoğlan onun yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri dalan 1 ünvanda yerləşən həyətdə olan digər evdə yaşayır. Həmin ev atası Adilə məxsus olmuşdur. Adil vəfat edənədək həmin evdə yaşamışdır. Evlərdən birində Atamoğlan, digərində isə o, ailəsi ilə birlikdə yaşamışlar. 2016-cı ildə Atamoğlan atası xəstə olduğu üçün ona verilən etibarnamə əsasında öz evini Aliyyə adlı xanıma satmışdır. Həmin vaxt alqı-satqıda o, da iştirak etmişdir. Həmin vaxtdan da Aliyyəni tanıyır. Aliyyə aldığı evə arada gəlib-gedirmiş. Aliyyənin evinin açarı da onda olurmuş. 2022-ci ilin iyul ayının əvvəllərində Aliyyə ona evinin açarını qardaşı Atamoğlana verməyini demişdir. O, da etiraz etməyib evin açarını Atamoğlana vermişdir. Aradan bir neçə gün keçmiş ki, Atamoğlan evi Qabiliyyət adlı şəxsə 14000 manata satmışdır. O, həmin alqı-satqıda iştirak etməmişdir. Sadəcə həmin vaxt həyətə gələn maklerlərə evi göstərmişdir. Qalan məsələlərdən Atamoğlanın işinə qarışmadığı üçün heç bir məlumatı olmamışdır. Əlavə olaraq Təqsirləndirilən şəxs 2016-cı ildə Abşeron rayonu, Xırdalan şəhəri dalan 1 ünvanda yerləşən 1 nömrəli evi Şahid1 satan zaman alqı-satqıda iştirak etsə də, həmin evi xx.xx.2022-ci il tarixdə X2 zaman alqı-satqı prosesində iştirak etmədiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Abşeron rayonu, Xırdalan şəhərində “Köhnə Bazar” deyilən ərazidə ev alqı-satqı ofisi işlədir. İşi Abşeron rayonu ərazisində yerləşən torpaq sahəsi, fərdi yaşayış evlərinin alqı-satqısını həyata keçirməkdən ibarətdir. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində həmin vaxt onunla birlikdə işləyən Xəlil ona işlədikləri ofisə ev almaq üçün müraciət edən X7 Aqil adlı maklerin Abşeron rayonu, Xırdalan şəhəri ərazisində ev tapdığını bildirdiyini demişdir. Bundan sonra o, öz avtomobili ilə Xəlil ilə birlikdə Xırdalan şəhəri, dalan 1 ünvanda yerləşən Aqilin dediyi ünvana getmişlər. Orada Aqil və Saday adlı maklerlər də olmuşdur. Həyətdə iki ev olmuşdur. Həmin evlərdən biri təmirsiz vəziyyətdə olmuşdur. Atamoğlan adlı şəxs həmin evin özünə məxsus olduğunu və 14000 manata satdığını demişdir. Evi alan şəxs qismində isə Qabiliyyət adlı şəxs orada olmuşdur. Onlar birlikdə evin içərisinə daxil olub baxış keçirmişlər. Evə baxdıqdan sonra Qabiliyyət 14000 manat pulu sayaraq Atamoğlana vermişdir. Sənədləşmə işlərini isə Qabiliyyət ilə Atamoğlan özləri həll edəcəklərini bildirmişlər. Bundan sonra Qabiliyyət şirinlik kimi 200 manat, yəni hər birinə 50 manat pul vermişdir. Bundan sonra çıxıb getmişlər. Əlavə olaraq bildirmişdir ki, Atamoğlan Qabiliyyətə evi satarkən həmin evin özünə məxsus olduğunu bildirərək sənədlərinin olmadığını demişdir. Qabiliyyət də razılaşmışdır. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə X7 Abşeron rayonu, Xırdalan şəhəri dalan 1 ünvanda yerləşən 1 nömrəli evi satarkən həmin evi Atamoğlanın 2016-cı ildə Şahid1 satması barədə heç bir məlumatı olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şaid qismində dindirilmiş Şahid5, Şahid6, Şahid7 Şahid4 ifadəsinə oxşar məzmunlu ifadələr vermişlər. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Zərərçəkmiş şəxs X9 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyinə görə Təqsirləndirilən şəxs oğlu ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası Medalının 1-18070 və 1-28751 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs oğlu X3 olunmasına görə və Vətən müharibasi iştirakçısı olduğuna görə medallarla təltif edilmişdir. Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında xx.xx.2022-ci qərardan görünür ki, ibtidai istintaqdan yayındığına görə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuş və Abşeron RPİ-in MSY-nə təhvil verilmiş və barəsindəki cinayət işi üzrə icraat təzələnmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü qərardan görünür ki, məhkəmə istintaqdan yayındığına görə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuş və Abşeron RPİ-in MSY-nə təhvil verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraat təzələnmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin məhkəmə tədqiqi zamanı işin müəyyən olunmuş faktiki halları ilə tam təsdiq edilmişdir ki, o, dələduzluq cinayətini məhz aldatma və etibardan sui-istifadə etmə yolu ilə törətmişdir, əmlak (pul) sahibi olan zərərçəkmiş şəxs də öz əmlakını (pulunu) onun yalan vədlərinin təsiri altında könüllü surətdə vermişdir, Təqsirləndirilən şəxs niyyəti əmlakı (pulu) ələ keçirərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, zərərçəkmiş şəxsin pulunun əvəzsiz və qanunsuz olaraq ələ keçirilməsinə yönəlmişdir, hansı ki, nəticə etibarı ilə o, həmin zərərçəkmiş şəxsə münasibətdə bu məqsəd və niyyətinə çatmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - xeyli miqdarda ziyan vurmaqla törədildikdə cinayət məsuliyyəti yaranır. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi dələduzluq əməli nəticəsində zərərçəkmiş şəxsə vurduğu maddi ziyanın tam ödəmiş, zərərçəkmiş şəxslə barışıq əldə etsə də bundan irəli gələrək sonrakı hərəkət qismində cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməmişdir. Belə olan halda, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 73- 1.2-ci maddəsində müəyyən edilən qaydada cinayət məsuliyyətindən azad edilməsi üçün qanuni əsaslar yoxdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi qərəzli xuliqanlıq əməlləri Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini zamanı zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı ödəyərək onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmamasını, o cümlədən oğlu X5 Müharibəsi iştirakçısı olmasını Azərbaycan Respublikası CM-nin 59-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki,cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək həbsdə saxlanıldığı 02 gün, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 07 ay 02 gün müddət olamaqla cəmi 01 il 02 ay 04 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 357.0.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın azadlıqdan məhrum etmə ilə bağlı olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və hökm qanuni qüvvəyə minənədək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, maddi sübut yoxdur, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilmişdir, cinayət işi üzrə mülki iddia və maddi sübut yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X11 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2024cü il tarixədək həbsdə saxlanıldığı 07 ay 02 gün müddət olamaqla cəmi 01 il 02 ay 04 gün nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 09 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və məhkəmə zalında həbsdən azad edilsin. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X11 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan, 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-54/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-54/2024
22.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver