Məhkəmə qərarları › İş №1(012)-540/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-540/2023

07.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-540/2023 07.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta ixtisas təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 15 aprel 2023-cü il tarixdə saat 13:35 radələrində Bakı-Şamaxı- Yevlax yolunun Abşeron rayonu ərazisindən keçən 21-ci kilometrində idarə etdiyi MAN yük markalı **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobili yolun Şamaxı rayonu istiqamətində sağ kənarında dayandırdığı yerdən hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə yolayrıcında, yəni geriyə hərəkət qadağan olan yerdə hərəkətə gətirməməli olduğu halda bunu etməyib «X9» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 14-cü hissəsinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib avtomobili hərəkətə gətirərək 10-15 km/saat sürətlə geriyə hərəkətdə olarkən arxada yolda olan xx.xx.1972-ci il təvəllüdlü piyada X4 avtomobilin arxa hissəsi ilə hərəkət hissənin sağ kənarından sola doğru 2,3 metr məsafədə vurmuş, nəticədə ehtiyatsızlıqdan X5 insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran 1 -ci və 2-ci bel fəqərələrinin onurğa beyninə sirayət edən sınıqları, sidik kisəsinin cırılmış yarası, çanaq sümüklərinin yerdəyişən sınıqları, sol budun bayır və ön səthini əhatə edən sahədən sol diz oynağı nahiyəsinin ön-bayır səthinə qədər olan sahənin, sağ budun iç, ön, bayır və arxa səthlərini əhatə edən sağ diz oynağı nahiyəsinin iç səthinə qədər olan sahənin əzilmiş-sıyrılmış yaraları, sağ bazunun və qarının ön divarının qançırları xəsarətlərini yetirməklə ölümünə səbəb olmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü ildə saat 13:40 radələrində etibarnamə əsasında idarə etdiyi özünə məxsus olan MAN yük markalı bortlu ** KN *** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi ayrılan yoldan çıxıb sağa Bakı-Şamaxı-Yevlax yoluna düzəlmiş, yenidən geriyə Aşağı Güzdək qəsəbəsində yerləşən dam örtükləri sexinə qayıtmalı olması yadına düşdüyü üçün avtomobili yolun sağında dayandırıb geriyə hərəkət etdirmişdir ki, sağa qayıdıb yenidən qəsəbəyə ayrılan yola daxil olusun.Təxminən 6-7 metr arxa-arxaya 10-15 km/saat sürətlə hərəkət etmiş, birdən avtomobilin arxa sağ tərəfində nəyinsə qaldığını hiss edərək avtomobili saxlayıb aşağı düşdükdə avtomobilin sağ tərəfində altında 1 qadının qaldığını görüb tez onu çəkib kənara çıxarmışdır.Təcili yardım çağırmış, təcili yardım gəldikdə qadının öldüyünü bildirmişdir. Hadisə zamanı avtomobilin kabinasında 2 nəfər sərnişin və yük yerində 3 ton yük olmuşdur. Avtomobili texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Piyadanın ölümü ilə əlaqədar dəfn xərclərinə köməklik göstərmiş, həmçinin ailə üzvlərinə maddi yardım göstərmək təklifini etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, 15 aprel 2023-cü ildə saat 13:35 radələrində, Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayonu Güzdək qəsəbə ərazisindən keçən hissəsində MAN yük markalı **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobillə piyada qismində yolu Bakı şəhərinə getmək üçün Şamaxı istiqamətli yoldan Bakı istiqamətli yola keçmək istəyən xx.xx.1972-ci ildə Bakı şəhərində anadan olmuş, Sumqayıt şəhəri, YAT-7, Nərimanov küçəsi. Məh.14, ev 7/14- də qeydiyyatda olan, Abşeron rayonu, Güzdək qəsəbəsi, fərdi evdə yaşayan anası X4 vurmuş, nəticədə anası hadisə yerində ölmüşdür. Həmin gün anasının meyiti meyitxanada müayinə olunduqdan sonra onlara təhvil verilmiş və meyiti Abşeron rayonu Aşağı Güzdək qəsəbə qəbiristanlığında dəfn etmişlər. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, 15 aprel 2023-cü ildə saat 13:35 radələrində iş yoldaşı Səbuhi ilə birlikdə tanışı Təqsirləndirilən şəxs idarə etdiyi MAN yük markalı **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobilin kabinasında sərnişin qismində oturub Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsindən Bakı şəhərinə gedərkən Bakı-Şamaxı yoluna çıxmışlar. Bu zaman Asifin mobil telefonuna zəng gəlmiş, Asif avtomobili dayandırıb danışaraq yenidən Aşağı Güzdək qəsəbəsinə zavoda qayıtmaq üçün avtomobili bir neçə metr geriyə hərəkət etdirmiş, bu zaman avtomobilin altında nəyinsə qaldığını hiss etmişlər. Asif avtomobili dayandırıb yerə düşmüşlər. Avtomobilin sağ yan hissəsinin altında bir nəfər qadının qaldığını, onun hərəkətsiz və danışa bilmədiyini görmüşlər. Qadını avtomobilin altından çəkib kənara çıxarmışlar. Təcili yardım çağırılmış, həkimlər gəlib piyadanın öldüyünü demişlər. Məhkəmə iclasında Şahid2 da Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 48 nömrəli rəyinə əsasən X2 meyitində 1-ci və 2-ci bel fəqərələrinin onurğa beyninə sirayət edən sınıqları, sidik kisəsinin cırılmış yarası, çanaq sümüklərinin yerdəyişən sınıqları, sol budun bayır və ön səthini əhatə edən sahədən sol diz oynağı nahiyəsinin ön-bayır səthinə qədər olan sahənin, sağ budun iç, ön, bayır və arxa səthlərini əhatə edən sağ diz oynağı nahiyəsinin iç səthinə qədər olan sahənin əzilmiş-sıyrılmış yaraları, sağ bazunun və qarının ön divarının qançırları xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər həyatidirlər, xx.xx.2023-cü ildə piyadanın hərəkətdə olan nəqliyyat vasitəsinin hissələri ilə vurulması zamanı əmələ gəlmişdir və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. X2 ölümünə səbəb 1-ci və 2-ci bel fəqərələrinin onurğa beyninə sirayət edən sınıqları həmçinin çanaq sümüklərinin çoxqəlpəli sınıqları fonunda sidik kisəsinin cırılması ilə müşayiət olunan travmatik şok olmuşdur. Ölüm meyitin müayinəsindən təxminən 2-4 saat əvvəl baş vermişdir. X2 meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. İş üzrə keçirilmiş məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının 26 aprel 2023-cü il tarixli 8/1143 №-li rəyi ilə müəyyən edilmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsində MAN yük markalı **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X9» Azaybaycan Respublikası Qanununun 42-ci maddəsinin 14-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş üzrə Təqsirləndirilən şəxs idarə etdiyi MAN yük markalı **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün sahibinə qaytarılmışdır. DİN BDYP Qİİ-nin verdiyi xx.xx.2023-cü il tarixli 3-13-16/2-53032/2023 nömrəli arayışla müəyyən edilmişdir ki, Azaybaycan Respublikası DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına əsasən Təqsirləndirilən şəxs xx.xx.2014-cü İldə xx.xx.2024-cü il tarixədək müddətə etibarlı olan AC 039174 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. İş üzrə DİN-nin BƏSİİ-dən alınmış tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərər çəkmiş şəxsin hüquqi varisi X6 tərəfindən məhkəməyə təqdim edilmiş notariat qaydasında təsdiqlənmiş ərizədən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmışdır, onun sonuncuya qarşı şikayəti və tələbi yoxdur. X7 və Sərxoşluq vəziyyətini təyin edən 15 aprel 2023-cü il tarixli tibbi müayinə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə müayinə olunarkən onda «Sərxoşluq əlamətləri» müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs 05 may 2023-cü ildə Azərbaycan Respublikası CM- nin 263.2-ci maddəsi ilə ittiham elan edilmiş və həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması ekspertlərin rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilənin törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, cəza təyini zamanı Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini, Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, hadisədən sonra təqsirləndirilən şəxs mərhumun ailə üzvlərinə dəymiş maddi və mənəvi zərəri ödəməklə aradan qaldırılmasına yönələn hərəkətlər etmiş, həmçinin təqsirləndirilən şəxs hadisənin baş verməsindən təəssüfləndiyini, peşmançılıq çəkdiyini bildirmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətməsini, cəzasını yüngülləşdirən halı, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən məhkumun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan az ağır cinayət törətməsini, onun ailəsi ilə birlikdə daimi yaşayış yerinin olmasını, hökmün icrasına maneə törətmək ehtimalının olmamasını nəzərə alaraq, hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 85 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi MAN yük markalı **- KN-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün sahibinə qaytarılmışdır. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə 85 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi MAN yük markalı **- KN-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar