Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-540/2025 19.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1990-cı ildə Abşeron rayonu, Xırdalan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 01 avqust 2024-cü il tarixdə saat 19 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsində «VİP» kafesinin qarşısında Zərərçəkmiş şəxs idarə etdiyi «BMW» markalı, **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun «Tofaş» markalı, **- LL-*** dövlət qeydiyyat nişanlı avtomobilini vurub zədələdiyinə görə avtomobilində butulkada olan benzini sonuncuya məxsus orada saxlanılmış qeyd edilən avtomobilinin salonuna və kapotun üzərinə töküb qəsdən yandıraraq zərər çəkmiş Zərərçəkmiş şəxs 6800 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla zədələmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, əməlindən peşiman olduğunu, zərərçəkənə dəyən ziyanı tam ödədiyini, aralarında razılıq əldə edildiyini nəzərə alaraq, cəza təyinində bunun nəzərə alınmasını məhkəmədən xahiş etdi. İbtidai istintaqda Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Əlzamin oğlunu 7 ildir ki tanıyır və onunla qonşu olmuş, münasibətləri isə yaxşı olmuşdur. Xəyal Ukraniyada işlədiyi müddətdə sonuncunun arvadı və uşaqlarını atasının maşını ilə taksi kimi lazım olan yerlərə aparmışdır, arvadı isə onun nömrəsini götürmüş və lazım olanda ona zəng vurmuşdur. Bir müddət sonra Nahidə ona mesajlar yazaraq onu xoşladığını və yaxınlıq etmək istədiyini bildirmişdir. O isə evli olduğunu, münasibətlərinin alınmayacağını bildirsə də, Nahidə Xəyalla münasibətlərinin korlandığını, Xəyalın ona vaxt ayırmadığını bildirmiş, Nahidənin bir neçə təklifindən sonra onunla yaxınlıq etməyə başlamışdır. xx.xx.2024-cü il tarixdə axşamüstü sonuncu ona zəng vuraraq Xəyalın evdə olmadığını və darıxdığını deyib evlərinə çağırmış və o idarə etdiyi “Topaş” markalı maşınla sonuncunun evinə getmiş və evə girərkən qonşular görmüşdür. Bu zaman aralarında mübahisə olduğuna görə o çıxıb getmişdir. O, həmin qəsəbədə olan zaman atası zəng edib Xəyalın sonuncuya zəng etdiyini və ailəsini narahat etdiyini bildirmiş, o isə atasına Xəyalla özü danışacağını demişdir. xx.xx.2024-cü il tarixdə maşını ilə saat təxminən 19 radələrində Hökməli qəsəbəsində hərəkət edərkən dairədə sola dönən zaman arxadan gələn maşını görmədiyi üçün həmin maşının qabaq sağ tərəfi onun maşınının sol tərəfinə dəydiyi üçün maşını saxlamış və pəncərədən baxarkən görmüşdür ki, onu vuran Xəyalın maşınıdır. Xəyalın maşından düşüb onunla mübahisə aparacağını düşündüyü üçün maşını sürüb oradan uzaqlaşmış və kənarda saxlayıb maşınına baxarkən görmüşdür ki, sol tərəf qapılar və ön qanad əzilərək deformasiyaya uğrayıb. Xəyalın onun maşınını qəsdən vurmasını fikirləşdiyi üçün əsəbləşmiş və buna görə hadisə yerinə qayıtdıqda Xəyalı orada görməmiş, belə ki, sonuncu maşını qoyub getmişdir. O əvəz çıxmaq üçün maşınında plasmas su qabında saxladığı benzini götürüb Xəyalın BMW markalı maşınının qabaq sağ qapısını açıb benzinin bir hissəsini salona, bir hissəsini isə qabaq kapota töküb od vurmuş və avtomobilinə əyləşib oradan uzaqlaşmışdır. Bir müddət telefonunu söndürüb gizlətmiş, sonra etdiyi hərəkətdən peşman olmuşdur. Bildirmişdir ki, Xəyalın maşınını vurması nəticəsində ona 2500 manat ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirib, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın tam olaraq ödənilməsi və ondan şikayət və tələbinin olmaması, onunla barışması, Təqsirləndirilən şəxs barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs həmkəndlisidir və əvvəllər qonşuluqda yaşamışlar. 2024-cü ilin təxminən iyul ayının əvvəllərində Təqsirləndirilən şəxs o, evdə olmayan zaman yaşadığı evə gəlib həyat yoldaşına söz atmaq istəyəndə qonşuluqda yaşayan Xalid adlı şəxs ona iradını bildirdikdə Xalidlə aralarında mübahisə yaranmış və nəticədə Nicat Xalidə xəsarət yetirmişdir. Həmin vaxt Nicat onun yaşadığı evin pəncərələrini sındırmış, onun və ailəsi haqqında rüsvayedici sözlər danışmışdır. O, evə qayıtdıqdan sonra arvadı ilə Nicatın arsındakı münasibətləri araşdırmış, həmin müddətdə Nicat gəlib evinin qarşısında avtomobili sürətlə idarə edir, darvazasına daşla vurub onu və qonşularını narahat etmişdir. Nicatın bu hərəkətinə görə onunla görüşüb söhbət etmək istəmişdir. 31 iyul 2024-cü il tarixdə axşam saat təxminən 20 radələrində Nicat yenə də idarə etdiyi Tofaş markalı avtomobillə yaşadığı evin qarşısına gəlib orada avtomobili dala-qabağa eşdirmiş, buna görə evdə olan qonaqlar narahat olmuşlar. Ona bu barədə telefonla məlumat verilmiş və o Nicatın atası Məmmədə zəng vurub demiş ki, oğlu yenə də evinin qarışısında avtomobillə narahatçılıq yaradır. Məmməd isə ona demişdir ki, mübahisə etmək lazım deyil ,oğluna tapşırar, bir daha onları narahat etməsin. O, isə Məmməd kişiyə demişdir ki, bu hal bir neçə dəfədir ki, təkrarlanır, bir daha oğlu onları narahat etsə onunla başqa cür danışacaqdır. Məmməd isə ona demişdir ki, onun oğluna heç nə edə bilməz və oğlunun arxasında durmuşdur. Məmmədlə arasında telefonla söz mübahisə olmuş, o isə Məmmədə demişdir ki, oğluna xəbərdarlıq etsin ki, bir daha onları narahat etməsin. O, bundan sonra Nicatı axtarmış ki, onunla görüşüb məsələyə aydınlıq gətirsin. 01 avqust 2024-cü il tarixdə Nicatın yaşadığı məhəlləyə getmiş ki, bəlkə onu orada görüb söhbət etsin. Ancaq məhəllədə olmadığı üçün qəsəbədə onu axtarmış ki, birdəfəlik Nicatla arasında olan məsələ barədə söhbət etsin. Saat təxminən 19 radəəlrində Hökməli qəsəbəsinin giriş hissəsində avtomobili ilə dayanmış, həmin vaxt Nicatın 2-3 nəfərlə öz avtomobili ilə onun olduğu tərəfə gəldiklərini görmüş, o Nicata işarə vermiş ki, maşını saxlasın və onunla söhbət etsin. Lakin Nicat maşını saxlamayıb hərəkətini davam etdirmiş, o, isə məcbur olub sonuncunun arxasınca maşınla gedərək arxadan işıqla işarə versə də Nicat ona məhəl qoymayıb maşını saxlamamışdır. Hökməli qəsəbəsində VİP marketin yaxınlığında hərəkətdə olarkən Nicat qəfil avtomobili sola döndərdiyi üçün avtomobili sola doğru istiqamətləndirmiş ki, toqquşma baş verməsin. Həmin vaxt yolun sol kənarında avtomobilinin qabaq sağ təkəri Nicatın avtomobilinin sol tərəfinə toxunmuş və nəticədə təkərin ehtiyyyat hissəsi qırıldığı üçün maşını saxlamış, Nicat isə oradan uzaqlaşıb getmişdir. O, həmin vaxt DİN-nin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermiş, Qobu polis bölməsinə dəvət olunduğu üçün oraya getmiş, avtomobil isə hadisə yerində qalmışdır. Polis bölməsində olan zaman Məmməd ona zəng vuraraq bildirmişdir ki, oğlunun avtomobilini vurduğu üçün onun maşınını və evini yandıracaqdır. O, isə Məmmədə demişdir ki, bu məsələyə qarışmasın Nicatla özü danışıb məsələyə aydınlıq gətirəcəkdir. Polis bölməsində ərizə və izahatı alındıdan sonra polis əməkdaşları ilə avtomobilnin olduğu yerə gəldikdə avtomobilnin yandığını görmüşdür. Bundan sonra polis əməkdaşları Məmmədlə əlaqə saxlayıb harada olduğunu soruşmuş, Məmməd xəstəxanada müalicə olunduğunu bildirmiş, Məmməd güya onların ünvanına söyüş söydüyünü bildirib oğlu Nicatın ona məxsus maşını və evi yandıracağı barədə bildirmiş, polis əməkdaşı Məmmədə xəbərdarlıq etmişdir ki, oğlunun qarşısını alsın və polis bölməsinə göndərsin. Avtomobili orada olan şəxslərin köməkliyyi ilə su tökərək söndürülmüş, avtomobilə baxış keçirilmiş, sonra Nicat polisin çağırışına gəlməyərək gizlənmişdir. Qəsəbədə isə avtomobilnin yanmış şəkillərini göstərib maşıın yandırdığını və ona heç nə edə bilməyəcəklərini bildirməsini eşitmişdir. Göstərmişdir ki, hadisə nəticəsində avtomobilin salonu, mühərrik olan hissə tamamilə yanmış, həmin avtomobilin buraxlış ili 1998-ci il olmaqla qiyməti 11000 manat təşkil edir. Avtomobilin yanması nəticəsində ona təxminən 7000 manat maddi ziyan dəymişdir. Həmin hadisədən sonra onun Nicatla heç bir əlaqəsi olmamış və onun arvadıı ilə aralarındakı münasibətə görə ailəsindən ayrılmışdır. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın tam olaraq ödənilməsi və ondan şikayət və tələbinin olmaması, onunla barışması, Təqsirləndirilən şəxs barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilən Şahid elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs təxminən 4 il olar ki, tanıyır. Belə ki, Xəyal əvvəllər ailəsi ila qonşuluğunda yaşamış, onunla münasibətləri yaxşı olmuşdur. Sonradan Xəyal qonşuluqdakı evini satib Hökməli qəsəbəsində başqa ev alib oraya köçmüş, oğlu Nicatla Xəyalın münasibətləri yaxşı olmuşdur. Nicat ona məxsus avtomobillə taksi fəaliyyəti göstərmişdir. 31 iyul 2024-cü il tarixdə saat 20 radələrində Bakı şəhərində xəstəxanada olarkən Xəyal ona zəng vuraraq oğlu Nicatın idarə etdiyi avtomobillə yaşadığı evin qarşısına gəlib maşını dala-qabağa verib ailə üzvlərini narahat etdiyini bildirmiş, Xəyal bu halın bir neçə dəfə təkrarlandığını həyat yoldaşını narahat etdiyini bildirib ona xəbərdarlıq etməyi, əks taqdirdə yaxşı olmayacağını bildirmişdir. O, isə Xəyala oğlu ilə danışacağını və mübahisə etməyə ehtiyac olmadığını demiş, sonra Nicata zəng vurub Xəyalın ondan şikayət etməsini bildirmiş, Xəyal isə ona demişdir ki, özü Xəyalla görüşüb danışacaqdır. Həmin vaxt əməliyyat olunduğu üçün xəstəxanada olmuş, 01 avqust 2024-cü il tarixdə axşam saat 20 radələrində Nicat onunla telefon olaqəsi saxlayıb bildirmişdir ki, Xəyal idarə etdiyi BMV markalı avtomobili ilə onun idarə etdiyi Tofaş markalı avtomobili vurub əzmiş, o, isə əsəbiləşdiyi üçün Xəyalın avtomobilini benzinlə yandırmışdır. O, isə Nicata irad bildirmiş ki, avtomobili yandırmaqda səhv edib, o, özü gəlib Xəyalla danışa bilərdi. Həmin vaxt xəstəxanada müalicə aldığı üçün bu işlə maraqlana bilməmiş, sonradan məlum olmuşdur ki, Xəyalla Nicatıin arasındakı mübahisəyə səbəb Nicatın Xəyalın həyat yoldaşı ilə münasibətlərinin olması səbəbindən yaranmış, Xəyal isə bu məsələni aydınlaşdırmaq üçün Nicatın maşınını saxlatdırmaq istədikdə avtomobili ilə Nicatın maşını ilə toqquşmuşdur. Xəyalla söhbət zamanı yaranmış məsələyə aydınlıq gətirilmiş sonuncu baş vermiş hadisə ilə bağlı heç bir șikayətinin olmadığını bildirmişdir. Göstərmişdir ki, oğlunun idarə etdiyi Tofaş markalı ** LL *** dövlat qeydiyyat nişanlı avtomobilin sol tərəfi əzilmiş, lakin avtomoblin əzilməsi lə bağlı heç bir şikayəti və tələbi yoxdur. İş materialalrında olan və məhkəmə zamanı tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-dən alınmış xx.xx.2024-cü il tarixli, 3-16-16/2-9/6659/2024 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, respublikada olan avtobazarlarda mövcud olan qiymətlərdər, yerli internet saytlarında və eləcə də Məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan istifadə edilməklə, ekspertiza təyini haqqında qərardadda qeyd edilən 1999-cu il buraxılışlı gümüşü metallik rəngli, BMW minik markalı, ** VF *** dövlət qeydiyyat nişanlı avtomobilin təyinatı üzrə istifadəyə yararlıvəziyyətdə orta bazar qiyməti 2024-cü ilin avqust ayına nəzəri qaydada təxminən 8500 manat müəyyən edilir. Qeyd edilir ki, zədələnməmişdən əvvəlki orta bazar iqyməti 8500 manat olmuş avtomobilin təmirinə 11870 manat xərc çəkilib təmir edilməsi məqsədə müvafiq və rentabelli hesab edilmir. Təqdim edilmiş qüsur aktında olan “X1” tərəfindən tərtib edilmiş qüsur aktına qeyd edilən məlumatlar müqayisə olunduqdan sonra salamat qalmış hissələr faiz dərəcəsi ilə avtomobilin dəyərinin təxminən 20 %-ni təşkil etməsi ehtimal olunur. Beləliklə, təmiri məqsədə müvafiq və rentabelli hesab edilməyən, zədlələnmə-mişdən əvvəlki orta bazar qiyməti təxminən 8500 manat olmuş 1999-cu il buraxılışlı, gümüşü metallik rəngli, BMW minik markalı, ** VF *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği salamat qalmış hissəllər nəzərə alınmaqla təxminən 6800 manat (8500-20%) manat müəyyən edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün tam etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadələri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən halların dairəsi qanunla məhdudlaşdırılmır və Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında 13 dekabr 2010-cu il tarixli Qərarından görünür ki, “Cinayət Məcəlləsinin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbı hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilık dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağıılaşdıran halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş üzrə Təqsirləndirilən şəxs maddi ziyanın ödənilməsi və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi onun cəzasını yüngülləşdirən hal hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, ona dəyən ziyanı tam ödəməsini və zərərçəkınin ona qarşı heç bir tələb və şikayətinin olmamasını, əməlindən peşiman olmasını,cəza çəkmədən islah olunmasını mümkün sayaraq, ədalət və humanizm prinsiplərinə uyğun olaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının həmin Məcəllənin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsini qanunun tələblərinə uyğun sayır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi barədə qərar çıxara bilər. Eyni Məcəllənin 70.2ci maddəsinə əsasən məhkəmə şərti məhkumetmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd edilən əsaslar həmçinin, Azərbaycan Respublikası Prezidentinin "Penitenısiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017cı nil tarixli Sərəncamında da öz əksini tapmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə vəzifələr qoya bilər. Qanunun bu tələbini nəzərə alan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. İş materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs barəsində Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(012)-820/2024 saylı qərarına əsasən xx.xx.2024-cü il tarixdən hesablnmaqla 02 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(012)-13/2025 saylı qərarına əsasən onun həbsdə saxlanılma müddəti 28 yanvar 2025-ci il tarixdən 15 gün olmaqla, 12 fevral 2025-ci il tarixədək uzadılmışdır, məhkəmə tərəfindən onun barəsində seçilmiş olan “həbs” qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edildiyindən, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, barəsində “başa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək həmin qətimkan tədbiri qüvvədə saxlanılmalıdır. Hökmün icrası Abşeron rayon Polis idarəsinə və Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunmalıdır. İş üzrə 1999-cu il buraxılışlı gümüşü metallik rəngli, BMW minik markalı, ** VF *** dövlət qeydiyyat nişanlı avtomobil sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınmışdır. İş üzrə 50 manat məbləğində məhkəmə ekspertizası xərci Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 180 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsində maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla, ona təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. İş üzrə 1999-cu il buraxılışlı gümüşü metallik rəngli, BMW minik markalı, ** VF *** dövlət qeydiyyat nişanlı avtomobil sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə 50 manat məbləğində məhkəmə ekspertizası xərci Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmün icrası Abşeron rayon Polis idarəsinə və Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 180 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-540/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-540/2025
19.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver