Məhkəmə qərarları › İş №1(012)-541/2020

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-541/2020

17.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-541/2020 17.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxxx 1967-ci ildə Abşeron rayonu, məmmədli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Abşeron rayonu Məmmədli kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Pənahov X2 rayonu Məmmədli kəndində yerləşən evinin həyətyanı torpaq sahəsində istintaqa məlum olmayan mənbədən əldə etdiyi tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını 2020-ci ilin may ayında əldə edib həmin sahədə əkib becərməklə aqrotexniki qaydada qulluq edib yetişdirməklə kültivasiya etmiş, xx xxxxxx 2020-ci il tarixdə Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinin əməkdaşlarının onun həyətyanı sahəsində keçirdikləri axtarış zamanı həmin torpaq sahəsində yaş vəziyyətdə ümümi çəkisi 2 kiloqram 715 qram olan xeyli miqdarda 08 ədəd yaş vəziyyətdə əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. 2020-ci ilin may ayının əvvəllərində öz yaşadığı evin yaxınlığında küçədə yerdən narkotik tərkibli çətənə bitkisinin toxumlarını tapmış və həmin toxumları götürüb öz yaşadığı evə gətirmişdir. Narkotik tərkibli çətənə bitkisinin toxumlarını əkib onlara qulluq edib çətənə bitkisi yetişdirib böyüdüb, həmin bitkinin yarpaqlarını qurudub öz istifadəsi üçün narkotik vasitə qurudulmuş marixuana düzəldib çəkməyi düşünmüşdür. Ona görə həmin vaxtı 2020-ci ilin may ayının əvvəllərində yaşadığı Abşeron rayonu Məmmədli kəndindəki evinin həyətyanı sahəsində əncil ağacının yaxınlığında narkotik tərkibli çətənə bitkisinin toxumlarını torpağa basdıraraq onları əkmişdir. Sonra həmin toxumlara peyin, gübrə və su verərək narkotik tərkibli çətənə bitkiləri yetişdirməklə onları böyüdüb kultivasiya etmişdir. Bir müddət sonra əkdiyi toxumnan bitki əmələ gəlmiş və həmin bitkilər böyümüşdür. Həmin bitkilərə yenə qulluq etməyə davam etmişdir. Həmin çətənə bitkilərimi əkməyi və onlara qulluq etməyim barədə ailə üzvlərinin və başqa heç kəsin xəbəri olmamışdır. xx.xx.2020-ci il tarixdə saat 13 radələrində Abşeron rayon Pİ-nin Mehdiabad polis bölməsinin əməkdaşları onun yaşadığı evə gəldilər və onlarda evinin həyətində narkotik tərkibli çətənə bitkilələri yetişdirməyi və kultivasiya etməyi barədə məlumat daxil olmaları barədə ona bildirmişlər. Polis əməkdaşlarına yaşadığı Məmmədli kəndindəki evinin həyətyanı sahəsinə baxış keçirilməsinə icazə verərək razı olduğunu bildirmiş və bu barədə ərizə yazmışdır. Ona polis əməkdaşları tərəfindən müdafiəçi təqdim olunmuş, ona təqdim edilmiş müdafiəçinin onun hüquqlarımı müdafiə etməsinə razılıq vermişdir. Polis əməkdaşlarının, müdafiəçinin, polis əməkdaşları tərəfindən dəvət edilmiş aqronomun, iştirakı ilə onun yaşadığı Abşeron rayonu Məmmədli kəndindəki evimin həyətyanı sahəsinə videoçəkiliş aparmaqla baxış keçirilmişdir. Baxış zamanı evimin həyətyanı sahəsindən 8 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilmişdir. Orada mən polis əməkdaşlarına həmin narkotik tərkibli çətənə bitkilərini özü üçün əkdiyini bildirmişdir. Yaşadığım evin həyətyanı sahəsindən aşkar edilmiş həmin 8 ədəd çətənə bitkiləri polis əməkdaşları qablaşdırıldıqdan sonra üzərində iştirakçılar və onun tərəfindən imzalarla təsdiq olunaraq polis əməkdaşı tərəfindən götürülmüşdür. Bu barədə polis əməkdaşları tərəfindən protokol tərtib edilərək ucadan oxunmuşdur. Heç bir şikayət, ərizə və ya vəsatət daxil olmamışdır. Protokolun doğruluğunu imzalarla təsdiq edilmişdir. Daha sonra polis əməkdaşları onu Abşeron rayonu Pİ-nin Mehdiabad polis bölməsinə dəvət etmişlər. Orada xidməti otaqların birində üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona polis əməkdaşları tərəfindən ondan üzərində qanunla qadağan edilmiş əşya və predmet olub olmadığı soruşulmuşdur. Polis əməkdaşlarına üzərində qanunla qadağan edilmiş heç bir əşya və predmet olmadığını bildirmişdir. Daha sonra, polis əməkdaşları tərəfindən müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirmişdir. Şəxsi axtarış zamanı üzərindən heç bir qanunla qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. Bu barədə polis əməkdaşları protokol tərtib etmişlər. Özü, müdafiəçi, iştirakçılar həmin protokolu imzalamışlar. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Mehdiadad PB-nin CA üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Abşeron rayon Pİ-nin Mehdiabad PB-nə Abşeron rayonu Məmmədli kəndində qeydiyyatda olan və yaşayan, xx.xx.1967-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik vasitə olan marixuananın əkilməsi, kültivasiya etməsi, qəbulu və satışı barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat Abşeron RPİ-nin Mehdiabad PB-nin rəisinə raportla məruzə edildikdən sonra ondan Abşeron RPİ-nin Mehdiabad PBnin sahə rəisi, polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvü Şahid2la və Abşeron RPİ-ninTəhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru Aslan Babaşovla birlikdə xx.xx.1967-ci il təvəllüdlü Abşeron rayonu Məmmədli kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Abşeronr ayonu Məmmədli kəndində yerləşən evinə xx.xx.2020-ci il tarixdə saat 13 radələrində getmişlər. Yaşadığı evin qapısını döydükdə həmin yaşayış evinin qapısından bir nəfər şəxs çıxıb onlarla görüşmüşdür. Həmin şəxs özünü xx.xx.1967-ci il təvəllüdlü Abşeron rayonu Məmmədli kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs onun yaşayış evindən arkotik vasitə olan çətənə bitkisinin əkilməsi, kültivasiya etməsi, qəbulu və satışı barədə əməliyyat məlumatı daxil olması, ona görə onun yaşayış evinə videoçəkilişlə baxış keçirmək istəmələri izah edilmişdir. Pənahov X2 rayonu Məmmədli kəndində yerləşən evinin həyətinə və yaşadığı evə baxış keçirilməsinə etiraz etməmiş və razılığını bildirmişdir. Ona görə də Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək ona məxsus Abşeron rayonu Məmmədli kəndində yerləşən evinin həyətinə və yaşadığı evə baxış keçirilməsinə etiraz etməməsi, yəni razı olmasını bildirmişdir. Ərizə qəbul ediləndən sonra Təqsirləndirilən şəxs Abşeron rayonu vəkil bürosunun vəkillərinin siyahısı təqdim edilmişdir. Həmin siyahıdan Pənahov X2 rayon vəkil bürosunun vəkili X3 hüquqlarını müdafiə etməsini istəmişdir. Sonra Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün Abşeron rayonu vəkil bürosunun vəkili X4 dəvət edilmişdir. Müdafiəçi Vaqif Bayramov Təqsirləndirilən şəxs təqdim edilmiş, Təqsirləndirilən şəxs V. Bayramovun onun hüquqlarını müdafiə etməsini istəmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi üçün mütəxəsis qismində aqronom Şahid3 dəvət edilmişdir. Əməliyyat qrupunun üzvü Şahid2, müdafiəçi, aqronom Şahid3 və təhqiqatçı Aslan Babaşovun iştirakı ilə xx.xx.2020-ci il tarixdə video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu Məmmədli kəndində yerləşən evinin həyətinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu Məmmədli kəndində yerləşən evinin həyətyanı sahədə əncir ağaclarının arasında yaşıl rəngli spesifik iyə malik olan çətənə bitkisinə bənzər 8 ədəd uzunluğu 80-90 sm olan bitkilər aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirdi ki, həmin bitkilər çətənə bitkisidir, həmin bitkiləri istifadə etmək üçün həyətyanı sahədə özü həyatyanı sahədə əkmiş və onlara gübrə və su verərək aqrotexiniki qaydada qulluq etmişdir. Həmin 8 ədəd çətənə bitkisinə bənzər bitkilər boz rəngli sellofan kisəyə doldurulmuş, qablaşdırılaraq DİN-nin 236 nömrəli möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs yaşadığı həyətyanı sahəyə baxış keçirilməsi barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmişdir. Protokola və qablaşdırılan çətənə bitkilərinə oxşar bitkilərin üzərinə bütun iştirakçılar və Təqsirləndirilən şəxs imza etmişdir. Bundan sonra Pənahov X2 RPİ-nin Mehdiabad PB-nə dəvət edilmiş, orada onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. Bu barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və Təqsirləndirilən şəxs və bütün iştirakçılar protokolu imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş AbşeronRPİ-ninMehdiabadPB-nin sahə rəisi Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 1977-ci ildə Azərbaycan Respublikası Kənd təsərufatı İnstitutunun meyvə tərəvəz, üzümçülük fakültəsini bitirmiş, alim aqronom ixtisası almışdır. 2000-ci il tarixdən bu günə kimi «xxxxxxxxxxxx» MMC-də bağban vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə saat 13 radələrində Abşeron rayonu Məmmədli kəndində yerləşən Təqsirləndirilən şəxs məxsus yaşayış evinə baxış keçirmək üçün mütəxəsis aqronom qismində Abşeron rayon Pİ-nin Mehdiabad PB-nin əməkdaşları onu Məmmədli kəndinə dəvət etmişlər. Həmin evin həyətinə daxil olanda evin sahibi təxminən 50-55 yaşlarında birkişi qarşılarına çıxıb onlarla görüşmüşdür. Həmin şəxs özünü xx.xx.1967-ci il təvəllüdlü Abşeron rayonu Məmmədli kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs izah edilmişdir ki, polis əməkdaşlarına onun yaşayış evində narkotik vasitə olan marixuananın əkilməsi, kültivasiya etməsi, qəbulu və satışı barədə əməliyyat məlumatı daxil olmuş, ona görə polis əməkdaşları onun yaşayış evinə videoçəkilişlə baxış keçirmək istəyirlər. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən özünə məxsus Abşeron rayonu Məmmədli kəndində yerləşən evinin həyətinə və yaşadığı evə baxış keçirilməsinə etiraz etməmiş və razılığını bildirdirmişdir. Ona görə də Təqsirləndirilən şəxs polis əməkdaşlarına ərizə ilə müraciət etmiş ki, polis əməkdaşları tərəfindən ona məxsus Abşeron rayonu Məmmədli kəndində yerləşən evinin həyətinə və yaşadığı evə baxış keçirilməsinə etiraz etmir, yəni razıdır. Ərizə polis əməkdaşları tərəfindən qəbul ediləndən sonra Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilmiş və ona müdafiəçi təqdim edilmişdir. Müdafiəçi və onun iştirakı ilə xx.xx.2020-ci il tarixdə polis əməkdaşları videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu Məmmədli kəndində yerləşən evinin həyətinə baxış keçirmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığıAbşeron rayonu Məmmədli kəndində yerləşən evinin həyətyanı sahədə əncir ağaclarının arasında yaşıl rəngli spesifik iyə malik olan çətənə bitkisinə bənzər 8 ədəd uzunluğu 80-90 sm olan bitkilər aşkar edilmişdir. 8 ədəd uzunluğu 80-90 sm olan bitkilərə baxaraq müəyyən etmişdir ki, həmin kollara mütammadi su və gübrə verilərək aqrotexniki qaydada qulluq olunmuşdur. Bir mütəxəsis kimi deyə bilər ki, həmin bitkilər narkotik tərkibli çətənə (kannabis) bitki növlərinə aiddir. Polis əməkdaşları sual verəndə Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bitkilər çətənə bitkisidir, həmin bitkiləri istifadə etmək üçün həyətyanı sahədə özü həyatyanı sahədə əkmişdir və onlara gübrə və su verərək aqrotexiniki qaydada qulluqe tmişdir. Həmin 8 ədəd çətənə bitkisinə bənzər bitkilər boz rəngli sellofan kisəyə doldurulmuş, polis əməkdaşları tərəfindən qablaşdırılaraq DİN-nin 236 nömrəli möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs yaşadığı həyətyanı sahəyə baxış keçirilməsi barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmişdir. Protokola və qablaşdırılan çətənə bitkilərinə oxşar bitkilərin üzərinə bütun iştirakçılar və ev sahibi Təqsirləndirilən şəxs imza etmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 7/510 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində «Abşeron rayonu Məmmədli kənd sakini Təqsirləndirilən şəxs götürülmüş ..» sözləri yazılmış sintetik torbada 08 (səkkiz) ədəd, yaş vəziyyətdə, ümumi çəkisi 2715,0 qram (2 kq 715 qram) olan bitki nümünələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir (qalıq çəkisi 2714,6 qram – 0,4 qram (hər obyektdən 0,05 qram) çətənə bitkisi tədqiqata sərf edilmişdir). İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 2253 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Abşeron rayon polis idarəsinin MSY-dən azad edilərək, barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə video çəkliş ilə baxış keçirilmiş və SD disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Məhkəmə baxış iclasında 01 ədəd SD diskə baxış keçirlmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı həyətindən qanunsuz olaraq kultivasiya edilməklə əkilib becərilmiş 08 ədəd yaş vəziyyətdə əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri polis əməkdaşları tərəfindən aşkar edilməsi müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilənin göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspertlərin rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il təvəllüdlü Nağdəli, xx.xx.2007-ci il təvəlldülü Xədicə, xx.xx.2006-cı il təvəllüdlü Nəzrin, xx xxxxxx 2003-cü il təvəllüdlü Zəminə və xx.xx.2001-ci il təvəllqüdlü Mədinə adlı 5 övladı var onlardan 3-ü azyaşlı, biri isə yetkinlik yaşına çatmayandır. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Məmmədli kəndində yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmədə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CMnin 59.1.4-cü maddəsinə əsasən himayəsində 3 (üç) azyaşlı və 1 yetkinlik yaşına çatmayan uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halı, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Pənahov X2 rayon X1 Poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən 08 (səkkiz) ədəd, yaş vəziyyətdə, ümumi çəkisi 2714,6 qram (2 kq 715 qram) olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri məhv edilməlidir. İş üzrə 89 manat məhkəmə ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübutlar bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçilərin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və ibtidai istintaq zamanı müdafiəçi vəkil X3 göstərdiyi 42 saat hüquqi yardıma görə 252 manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhər ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Pənahov X2 rayon X1 Poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut tədqiqatdan sonra qalıq çəkisi 08 ədəd ümumi çəkisi 2714,6 qram olan çətənə bitkisi (kannabis) məhv edilsin. İş üzrə maddi sübutlar bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 89 manat məhkəmə ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs ibtidai və məhkəmə istintaqı zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı müdafiəçi vəkil X3 göstərdiyi 42 saat hüquqi yardıma görə 252 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına, məhkəmə istintaqı zamanı isə Müdafiəçi 30 saat hüquqi yardıma görə 180 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar