Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-541/2021 25.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi2 oğıunun iştirakı ilə xx.xx.1969-cu ildə Ağsu rayonu, Gürcüvan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Ağsu rayonu, Gürcüvan ərazi dairəsi, Elabad kəndində qeydiyyatda olan və Abşeron rayonu, 28 may yaşayış massivində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 09.09.2021-ci il tarixdə saat 17 radələrində Abşeron rayonu, 28 may yaşayış massivində yerləşən fərdi yaşayış evlərinin həyətində, arvadı Şahid1 ilə etdiyi mübahisəyə qarışmasına aralarında yaranmış mübahisə zamanı oğlu Zərərçəkmiş şəxs baş nahiyəsindən daş parçası ilə qəsdən vuraraq, həmçinin üzərinə kömürlə dolu kisə ataraq, ona başın ənsə-təpə nahiyəsinin əzilmiş-cırılmış yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 06.09.2021-ci il tarixdə yaşadığı evdə olarkən arvadı Şahid1 oğlunun işlərinə qarışdığı üçün irad bildirmişdir. Bu səbəbdən aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı ayağı ilə arvadı Şahid1 qolundan vurmuşdur. 09.09.2021-ci il tarixdə isə yaşadıqları evdə yenidən eyni səbəbdən arvadı Hicranla aralarında mübahisə yaranmış, bu zaman oğlu Abbas ondan mübahisə etməməyini xahiş etikdə əsəbiləşib yaşadığı evin həyətində onunla mübahisə etmiş, həyətdə olan kömürlə dolu selofanı oğlu Abbasın üzərinə atmış, ona gücü çatmadığını görüb yerdən daş götürüb onu vurmaq istəmişdir. Abbas onu itələsə də daşla Abbasın baş nahiyəsinə zərbə vurmuşdur. Daha sonra oğlu Zərərçəkmiş şəxs baş nahiyəsindən qan axmağa başlamış və arvadı Hicranla qızı Şəhrəbanı səs-küyə həyətə çıxmışlar. Hadisə Abşeron rayonu 28 may yaşayış massivi, E.Müslümov küçəsində yerləşən fərdi yaşayış evin həyətində baş vermiş, həmin vaxt arvadı Şahid1 və qızı Şahid2 yaxınlıqda olmuşdur. Mübahisənin təxminən 10 (on) dəqiqə müddətində davam etmiş, ailələrində mütəmadi olaraq ailə-məişət zəmnində münaqişələr olmuşdur. Sonradan zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atasıdır. Atası Təqsirləndirilən şəxs yaşadıqları evdə mütəmadi olaraq anası Şahid1 ilə mübahisə edir. 06.09.2021-ci ildə onlar yaşadıqları evdə mübahisə edərkən atası ayağı ilə anasının qolundan vuraraq ona xəsarət yetirmişdir. 09.09.2021-ci il tarixdə yaşadıqları evdə olarkən atası Təqsirləndirilən şəxs anası Şahid1 ilə mübahisə etməsini görüb atasından mübahisə etməməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs yaşadıqları evin qarşısında onunla mübahisə etməyə başlamış, mübahisə zamanı həyətdə olan kömürlə dolu selofan torbanı onun üstünə atmış, bundan sonra isə əlinə daş alıb onu vurmaq istədikdə özünü müdafiə etmək üçün atası Təqsirləndirilən şəxs bir dəfə itələmişdir. Lakin atası Təqsirləndirilən şəxs sakitləşməyib yerdən götürdüyü daş parçası ilə baş nahiyəsinə bir dəfə zərbə vurmuşdur. Bundan sonra anası Şahid1 və bacısı Şahid2 yanlarına gəlmiş onları ayırıb onda da tibbi yardım göstərməyə çalışmışlar. Hadisə Abşeron rayonu 28 may yaşayış massivi, E.Müslümov küçəsində yerləşən yaşadıqları evin həyətində baş vermiş, həmin vaxt anası Şahid1 və bacısı Şahid2 yaxınlığında olmuşdur. Mübahisə təxminən 10 (on) dəqiqə müddətində davam etmiş, mübahisə vaxtı Təqsirləndirilən şəxs daşla yox əli ilə vurmuşdur. Ailələrində mütəmadi olaraq ailə-məişət zəmnində münaqişələr olmuşdur. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma oğlu, Təqsirləndirilən şəxs isə əridir. Əri Təqsirləndirilən şəxs yaşadıqları evdə müxtəlif səbəblərdən onunla mütəmadi olaraq mübahisə edir. 06.09.2021-ci il tarixdə yaşadıqları evdə olarkən İntizam oğlunun işlədiyi dükana gedib kömək etdiyi üçün onunla mübahisə etməyə başlamış və mübahisə zamanı ayağı ilə onun sağ qolundan vurmuşdur. Həmin vaxt ailə münasibətlərinə xələl gəlməməsi üçün barəsində şikayət etməmişdir. Sonuncu dəfə 09.09.2021-ci il tarixdə yaşadıqları evdə olarkən əri Təqsirləndirilən şəxs eyni səbəbdən yenidən onunla mübahisə etməyə başladıqda oğlu Zərərçəkmiş şəxs əri Təqsirləndirilən şəxs mübahisə etməməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs də ona irad bildirməsinə görə oğlu Zərərçəkmiş şəxslə mübahisəyə başlamış və onlar evin həyətinə çıxıb mübahisəni davam etmişlər. Onların arxasınca qızı Şəhrəbanı ilə birlikdə həyətə çıxdıqda Abbasın baş nahiyəsindən qan axmasını görmüşdür. Mübahisə təxminən 10 (on) dəqiqə müddətində davam etmiş, mübahisə vaxtı oğlu Zərərçəkmiş şəxs əri Təqsirləndirilən şəxs vurmamış, hər hansı formada xəsarət və ya fiziki ağrı yetirməmiş, ailələrində mütəmadi olaraq ailə-məişət zəmnində münaqişələr olmudur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 09.09.2021-ci il tarixdə atası Təqsirləndirilən şəxs məxsus evə qonaq getmiş, həmin gün saat 17 radələrində atası Təqsirləndirilən şəxs anası Şahid1 ilə mübahisə etməyə başladıqda qardaşı Zərərçəkmiş şəxs atası Təqsirləndirilən şəxs anası Şahid1 ilə mübahisə etməməsini xahiş etmişdir. Bu səbəbdən atası və qardaşı yaşadıqları evin həyətinə çıxaraq mübahisə etməyə başlamışlar. Daha sonra o da anası ilə birlikdə həyətə çıxdıqda qardaşı Abbasın baş nahiyəsindən qan axmasını görüb DİN-nin “102” xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Anası Şahid1 da hadisə zamanı yaxınlıqda olmuş, mübahisə təxminən 10 (on) dəqiqə müddətində davam etmiş, mübahisə vaxtı qardaşı Zərərçəkmiş şəxs atası Təqsirləndirilən şəxs vurmamış, ailələrində mütəmadi olaraq ailə-məişət zəmnində münaqişələr olmuşdur. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin, şahidlərin ifadəsi və məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının MTE və PA Birliyinin Abşeron Rayon Şöbəsinin 13.09.2021-ci il tarixli, 2184 nöməli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – başın ənsətəpə nahiyəsinin əzilmiş-cırılmış yarası bərk-küt əşya (əşyalar)təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə yəni 09.09.2021-ci il tarixdə dava-dalaş zamanı daşla vurulması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 22.09.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs tərəfindən 11.10.2021-ci il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinyət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan elan edildiyi andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-541/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-541/2021
25.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver