Məhkəmə qərarları › İş №1(012)-541/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-541/2022

04.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-541/2022 04.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon(şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1986-cı ildə Lənkəran rayonu, Rvo kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, hazırda Lənkəran rayonu, Rvo kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi ev 8-də kirayə yaşamış, barəsində “həbs" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin çantasından pulunu çıxarmaqla özgənin əmlakını gizli olaraq talamış və satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə 06 iyun 2022-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, 20 Yanvar dairəsindən Xırdalan şəhəri marşrutu üzrə hərəkət edən 119 saylı şəhərlərarası avtobusda hərəkətdə olarkən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev parkının aşağı hissəsində həmin avtobusda sərnişin kimi olan Zərərçəkmiş şəxs sağ çiynindən asdığı açıq çantasından 3200 manat pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 09 iyun 2022-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən keçmiş “Qarabağ" mehmanxanasının yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan mənbədən 5 manat müqabilində satış məqsədi olmadan qanunsuz olaraq 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasnn ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı»na daxil edilmiş bir ədəd gümüşü rəngli siqaret kağızı bükümündə ümumi təmiz çəkisi 0,368 qram ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib. Xırdalan şəhərinə daşımaqla üzərində saxlamış, 10 iyun 2022-ci il tarixdə saat 17 radələrində Abşeron RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Xırdalan petrol" YDM-nin yaxınlığında avtobus dayanacağında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılaraq, Abşeron RPİ-yə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibində olan “Rotmans” markalı siqaret qutusunun içərisindən 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş təmiz çəkisi 0,368 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini törətməsi aşağıdakı qaydada subuta yetirilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, Lənkəran rayonu, Rvo kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi ev 8-də tək kirayə yaşayır. Fərdi olaraq işləyib özünü dolandırır. Təxminən 3 aydan artıq müddətdir ki, narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən çəkmək yolu ilə qəbul edir. Lakin, narkoloji dispanserdə qeydiyyatı yoxdur. Baş vermiş hadisə ilə bağlı bildirmişdir ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla hər hansı düşmənçiliyi və ədavəti olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Bakı-Sumqayıt yolunda “Rahat’* marketin yanında dayanacaqda 119 saylı marşrut avtobusunda sərnişinlər sıx olduğu üçün orta qapıdan avtobusa minmişdir. Xırdalan şəhərində iki nəfər qadın orta qapıdan avtobusa minmiş və həmin qadınlar ortada ayaq üstündə onun yanında dayanmışdılar. Həmin bir nəfər orta yaşlı kök bədən quruluşlu qadın sağ çiynində çanta asmış və çantanın ağzı açıq vəziyyətdə olmuşdur. Çantada pul olduğu gözünə sataşmış və oğurlamaq qərarına gəlmişdir. Həmin vaxtı pulu çantadan götürmüş və Xırdalan şəhərində parkın yanında avtobusda orta qapıdan düşüb qaçmışdır. Oğurladığı pulları saymış və 17 ədəd 50 manatlıq əskinaslar olmuşdur. Oğurladığı 850 manat pulu şəxsi ehtiyacları üçün xərcləmişdir.Bundan başqa, 09 iyun 2022-ci il tarixdə təxminən saat 21 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Köhnə Qarabağ” mehmanxanası deyilən yerin yaxınlığında olan zaman həmin ərazidə təsadüfən plastmas yığan tanımadığı şəxslə tanış olmuşdur. Həmin şəxslə söhbət əsnasında el arasında patı adı ilə tanınan metamfetamin istifadə etdiyini bildirmişdir. O da metamfetamin qəbul etdiyi üçün həmin şəxsdən də onun üçün də tapa bilib-bilməyəcəyini soruşmuşdur. Həmin şəxs isə bir büküm tapa biləcəyini deyib həmin büküm üçün ondan 5 manat pul istəmişdir. O da həmin şəxslə razılaşıb, 5 manat pul verib onun üçün bir büküm metamfetamin yəni, el arasında dedikləri “patı” gətirməsini xahiş etmişdir. Həmin şəxs ona gözləməyini bildirib, təxminən 15 dəqiqə ərzində bir büküm tapıb gətirəcəyini bildirmişdir. Həmin şəxs bir neçə dəqiqədən sonra gələrək ona siqaretin gümüşü kağızına bükülümüş bir büküm təqdim etmişdir. O, həmin bükümü açıb içərisində həqiqətəndə metamfetamin olduğunu görmüşdür. Həmin bükümü sonra istifadə etmək üçün cibində içərisi boş olan “Rotmans” markalı siqaret qutusunun içəris nə qoymuş və həmin siqaret qutusunu da əynində olan şalvarın sağ cibinə qoymuşdur. Əvvəllər Xırdalan şəhərində avtobusda oğurluq etdiyinə görə eyni qayda ilə yenidən 10 iyun 2022-ci il tarixdə saat təxminən 13 radələrində Abşeron rayonu, Xırdalan şəhərinə gəlmişdir. Bir qədər Xırdalan şəhəri ərazisində gəzdikdən sonra yenidən avtobusa minmək qərarına gəlmişdir. Xırdalan şəhəri ərazisində yerləşən “At heykəli” deyilən ərazidən avtobusa minib “Xırdalan petrol” adlı yanacaq doldurma məntəqəsinin qarşısında avtobusdan düşmüşdür. Elə həmin vaxt təxminən saat 17 radələrində marşurut dayanacağında olan zaman iki nəfər mülki geyimdə şəxs ona yaxınlaşmış və özünü Abşeron RPİ-nin əməkdaşı olduğunu bildirmişdir. Həmin şəxslər onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz üzərində gəzdirməyində eyni zamanda 4 gün əvvəl oğurluq etməkdə şübhəli olduğunu bildirmiş, bu barədə əməliyyat məlumatlarının olduqlarını bildirmişdilər. Bundan sonra onu Abşeron RPİ-nə dəvət etmişdilər. Hüquqlarının müdafiə olunması üçün vəkil dəvət olunmuşdur. Abşeron RPİ-də xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunmaqla video çəkilişlə üzərinə şəxsi axtarış keçirilməli olduqlarını bildirmişdilər. Üzərinə şəxsi axtarış keçirilərkən polis əməkdaşları ondan üzərində qanunsuz olaraq saxladığı əşyanın olubolmadığı soruşmuşdular. O da səmimi olaraq əynində olan qara şalvarının sağ yan cibində bir ədəd bükülü olmasını və içərisində psixotrop metamfetamin olduğunu bildirib təqdim edə biləcəyini bildirmişdir. Həmin bükülü polis əməkdaşları tərəfindən ekspertizaya təqdim olun qablaşdırılmış, daha sonra üzərində iştirakçılar və onun tərəfindən imzalarla təsdı polis əməkdaşı tərəfindən götürülmüşdür. Bu barədə polis əməkdaşı tərəfindəı tərtib edilərək ucadan oxunmuşdur. Heç bir şikayət, ərizə və ya vəsatət daxil Protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. O, əlavə olaraq Cəbiy Allahverdi qızının çantasından 3200 manat pul deyil, 17 ədəd 50 manatlıq əskinas, 850 manat pul oğurlandığını bildirmişdir.Əməlndən peşmandır, dəymiş ziyanı ödəmişdir, yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, ailəsi ilə birlikdə Naxçıvan MR, Şahbuz rayonu, Badamlı kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, H.Z.Tağıyev küçəsində nömrəsiz fərdi yaşayış sahəsində yaşayır. Bildirmişdir ki, 06 iyun 2022-ci il tarixdə saat 17 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev adına mədəniyyət evi ilə üzbəüz olan "Bank of Baku” bankının inzibati binasında çöl tərəfdə yerləşən terminaldan “Bank of Baku” bankına məxsus bank kartından 3200 manat pul çıxarıb çiynindən asdığı pul qabına qoymaq istəmişdir. Lakin, həmin məbləğ 50 manatlıqlardan ibarət topa şəklində olduğundan pul qabına yerləşdirə bilməmişdir. Ona görə də çantanın içərisinə qoymuş və ağzını isə bağlamışdır. Oradan evə getmək üçün Bakı şəhəri, 20 Yanvar dairəsindən Xırdalan şəhəri istiqamətində hərəkətdə olan 119 saylı marşrut avtobusuna minmişdir. Avtobusda adam çox olduğundan oturmağa yer yox idi. O, orta tərəfdə dayanmış, avtobusda sıxlıq olmuşdur. Həmin vaxtı çantanın tərpəndiyini hiss etmişdir. Lakin, sıxlıq olduğu üçün əhəmiyyət verməmişdir. Təxminən bir neçə dayanacaq keçdikdən sonra Xırdalan şəhəri, H.Əliyev parkının aşağı hissəsində dayanacaqda avtobus dayanmışdır. O, sıxlıq olduğuna görə çantasına nəzər yetirmiş və pulunun çantada olub- olmamasını yoxlamışdır. Bu vaxt pulunun çantadan oğurlandığını bilmişdir. O, qışqıraraq pulunun çantadan oğurlandığını bildirmişdir. Bu vaxt bir nəfər arıq bədən quruluşlu, hündür boy təxminən 30-35 yaşlarında əynində qara kofta olan bir nəfər oğlanın avtobusdan orta qapıdan düşərək parka tərəf qaçdığını görmüşdür. O, həmin vaxtı həmin şəxsin çantasından pul oğurladığını düşünmüşdür. Elə ki, avtobusda olan şəxslər də həmin şəxsin avtobusdan qaçmasından şübhələnib oğurluq etməsini yəqin etmişdilər. O da avtobusdan düşüb həmin oğlanın arxasınca qaçmış, lakin həmin oğlan qaçıb gözdən itdiyi üçün çata bilməmişdir. Hazırda dəymiş ziyan ödənilmişdir. Yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında Şahid1 elan olunmuş ifadəsindən görünür ki, DİO-da 2010-cu ildən xidmət edir. 2021-ci ildən hal hazırda Abşeron RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili vəzifəsində xidmətini davam etdirir və polis leytenantı rütbəsindədir. Lənkəran rayonu, Rvo kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi ev 8-də oğlunu əvvəllər tanımamış, onunla hər hansı düşmənçiliyi və ədavəti olmamışdır. Belə ki, 06 iyun 2022-ci il tarixdə Zərərçəkmiş şəxs Abşeron RPİ-nə şikayət ərizəsi ilə müraciət edərək, həmin tarixdə saat 17:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində 119 saylı marşurut avtobusu ilə yaşadığı evə gedən zaman naməlum şəxs və şəxslərin çiynində asdığı çantasından 3200 manat pulunun oğurlamasını bidirmişdir. Həmin faktla bağlı naməlum şəxsin törətmiş olduğu cinayətlə bağlı tərəfindən əməliyyat axtarış tədbirləri keçirilməyə başlamışdır. Əməliyyat yolu ilə cinayəti törətmiş şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişdir. Həmçinin, 10 iyun 2022-ci il tarixdə həmin şəxsin qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə istifadəsi və üzərində daşıması ilə məşğul olması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Daxil olmuş məlumatı yoxlamaq eyni zamanda oğurluq cinayətinin açılması məqsədi ilə həmin tarixdə CAŞ-ın kiçik inspektoru, polis serjantı Şahid2 ilə birlikdə tərəfindən əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, qərar Abşeron RPİ-nin rəisi. Şəhriyar Şəmşirli tərəfindən təsdiq olunduqdan sonra əməliyyat qrupunun təşkil olunması barədə əmr tərtib edilmiş, o da qrupun üzvü olmuşdur. Bundan sonra həmin günü yəni, 10 iyun 2022-ci il tarixdə saat 17 iradələrində məlumat əsasında, onlar birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr. “Xırdalan petroP’ yanacaq doldurma məntəqəsinin yaxınlığına gələn zaman Təqsirləndirilən şəxs marşrut avtobusundan düşdüyünü görüb tez Ruslana yaxınlaşmışdılar. Ruslana yaxınlaşan kimi qaçmaması üçün qolundan tutııb özlərini polis əməkdaşı olduqlarını bildirmişdilər. Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində və üzərində daşınmasında və 4 gün əvvəl oğurluq cinayəti törətməkdə şübhəli olduğunu bildirib əməliyyat tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etmişdilər. Ruslan isə etdiyi oğurluq cinayətini səmimi olaraq etiraf etmişdir. Sonra Təqsirləndirilən şəxs Abşeron rayon polis idarəsinə dəvət etmişdilər. Orada Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi üçün hüquq və vəzifələri izah edilməklə vəkil dəvət olunmuşdur. Üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın n sağ yan cibində olan Rotmaııs markalı siqaret qutusu aşkar olunmuşdur. Həmin qutunı n içərisinə açıb baxdıqda 1 ədəd siqaretin gümüşü rəngli kağızma bükülmüş psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Ruslan üzərinə baxış keçirən zaman qanunla qadağan olunan başqa əşya və predmet aşkar edilməmişdir. Daha sonra protokol oxunduqdan sonra iştirakçılar zərfə və protokola imza edərək doğruluğunu təsdiq etmişdilər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 da Şahid1 ilə eyni məzmunda ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təstiq etmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs Allahverd qızının məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş Məhkəmə-tibbi ekspertizasının 11 iyun 2022-ci il tarixli 6/3284 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №56» dairəvi möhür əksləri olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,368 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən götürülmüş və 1 ədəd bükümdə ümumi təmiz çəkisi 0,368 qram psixotrop maddə olan metamfetamindən ekspertiza keçirildikdən sonra qalıq qalmış 0,318 qram metamfetamin iş üzrə 15 iyun 2022- ci il tarixdə maddi sübut qismində tanınmış və saxlanılmasından ötrü Abşeron RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs 10 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Törətmiş olduğu cinayət əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi istintaq materialları ilə kifayət qədər sübut olunduğundan 11 iyun 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. Törətmiş olduğu cinayət əməllərinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-niıı 177.2.5 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi istintaq materialları ilə kifayət qədər sübut olunduğundan 12 iyun 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona həmin maddələrdə nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. 12 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi məqsədi ilə Abşeron rayon prokuroru qarşısında vəsatət qaldırılmış, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətində həbs qətimkan tədbirinin seçilməsinə dair 12 iyun 2022-ci il tarixli vəsatət Abşeron rayon prokuroru, baş ədliyyə müşaviri Qabil Qasımov tərəfindən təmin edilərək, baxılması üçün Abşeron rayon məhkəməsinə göndərilmişdir. Abşeron rayon məhkəməsinin 12 iyun 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Salyan rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci və 264-cü maddələri ilə 05 il azadlıqdan məhrumetmə cəzasına və 03 il müddətinə nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin cavabından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cİnayət Məcəlləsinin 263.2-ci və 264-cü maddələri ilə 03 (üç) il müddətinə sürücülük hüququnun məhdudlaşdirılmasına dair Salyan Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 1(057)-30/2016 saylı hökmündə qeyd olunmuş məlumatlar xx.xx.2016-cı il tarixdən Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində qeydiyyata alınmışdır. Bildirir ki, Salyan Rayon Məhkəməsi tərəfindən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Qeydiyyat İmtahan İdarəsinin Lənkəran RQİTBŞ-sinə xx.xx.2016-cı il tarixdə göndərilmiş, xx.xx.2016-cı il tarixli, 1(057)-30/2016 saylı hökmün surətinə vətəndaş Təqsirləndirilən şəxs “BC" kateqoriyalı AC 033650 nömrəli sürücülük vəsiqəsi əlavə edilmiş və Lənkəran RQİTBŞ-sində saxlanılır. Şəxsi axtarış və götürmə protokollarına əlavə edilmiş, şəxsi axtarışı əks etdirən videogörüntülər 01 ədəd «CD» disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmədə iş üzrə maddi sübut olan CD diskə baxış keçirilmiş və qeyd olunan hallar öz təsdiqinin tapmışdır. Subutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 0,365 qram çəkidə olan metamfetamin cinayətin predmeti olduğundan iş üzrə maddi sübut kimi tanınaraq və tədqiqatlara sərf olunmaqla istifadə edilməsi nəzərə alınmaqla qalıq qalan 0,315 qram çəkidə metamfetamin saxlanılmasından ötrü Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 08 avqust 2022-ci il tarixli 4341 saylı ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əziyyət çəkmir. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsin əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 177.2.5, 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs səmimi peşmançılığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, dəymiş ziyanın ödənilməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əmılindı Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar yoxdur. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə cəzanın icrasına nəzarət edən orqanın iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Eyni Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Ona görə də məhkəmə hesab edir ki, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bakı Probasiya İdarəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs oğluna təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdən şübhəli şəxs qismində, həbsdə və ev dustaqlığında saxlanıldığı ümumilikdə 03 ay 24 gün müddət nəzərə alınaraq, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, qəti cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Təqsirləndirilən şəxs indiki hökmlə təyin edilmiş cəza ilə Salyan rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə təyin edilmiş, çəkilməmiş qalan 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası tamamilə birləşdirmək yolu ilə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən onun barəsində seçilmiş “həbs ” qətimkan tədbiri ləğv edilməli, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, tədqiqatlardan sonra qalıq qalan və saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmiş qalıq çəkisi 0,318 qram psixotrop maddə metamfetamin Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 55 (əlli beş) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.5-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə tutma altında, həbsdə və ev dustaqlığında saxlanıldığı ümumilikdə 03 (üç) ay 24(iyirmi dörd) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla hesablansın və hazırki hökmlə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 10 (on) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs indiki hökmlə təyin edilmiş cəza ilə Salyan rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə təyin edilmiş, çəkilməmiş qalan 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası ilə tamamilə birləşdirməklə qəti olaraq 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 10 (on) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən onun barəsində seçilmiş “həbs ” qətimkan tədbiri ləğv edilsin, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyata alınsın. Abşeron rayon Pİ-də saxlanılan qalıq çəkisi O,318 qram metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 55 (əlli beş) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Abşeron Rayon Polis İdarəsinə və Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar