Məhkəmə qərarları › İş №1(012)-541/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-541/2023

03.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-541/2023 03.08.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Qaracayeva (Nəcəfova) Günel Alı qızının və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1991-ci ildə Abşeron rayonu, Saray qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və orada yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Qaracayeva (Nəcəfova) Günel Alı qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Qaracayeva (Nəcəfova) Günel Alı qızı 02 iyul 2021-ci il tarixdən başlayaraq hər ay, bir uşağa 100,00 manat, üç uşağa cəmi 300,00 manat sabit pul məbləğində alimenti övladları 11 avqust 2008-ci il təvəllüdlü X3, 12 aprel 2010-cu il təvəllüdlü X4 və 14 sentyabr 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Zərərçəkmiş şəxs xeyrinə ödəməsinə dair Qazax Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 22 oktyabr 2021-ci il tarixli, 2(023)-1181/2021 saylı qətnaməsinin icrasını təmin etməsi ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyindən, Abşeron Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 3(012)-155/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 500,00 manat məbləğində inzibati cərimə edilməsinə, məhkəmə aktını icra etməsi ilə əlaqədar ona 19 oktyabr 2022-ci il, 21 noyabr 2022-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi bildirişlər verilməsinə baxmayaraq cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 02 mart 2023-cü il tarixədək şəxsi maraq niyəti ilə cəmi 6000,00 manat aliment borcunu zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ödəməmiş, habelə sonuncuya maddi ziyan vurmaqla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Qaracayeva (Nəcəfova) Günel Alı qızı ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki,Zərərçəkmiş şəxs ilə 2006-cı ildə evlənmiş, birgə nikahlarından X6, X7 və X10 doğulmuş, evli olduqları müddətdə bir yerdə yaşamaqları mümkün olmadığından ayrılmışlar, həmin vaxtdan da Zərərçəkmiş şəxs övladları ilə birlikdə yaşamış, 2021-ci ildə ona qarşı aliment tələbinə dair Qazax Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin 22 oktyabr 2021-ci il tarixli, 2(023)-1181/2021 saylı qətnaməsi ilə iddia təmin edilərək əvvəli 02 iyul 2021-ci il tarixdən başlayaraq hər ay, bir uşağa 100,00 manat, üç uşağa cəmi 300,00 manat sabit pul məbləğində aliment ondan tutularaq 11 avqust 2008-ci il təvəllüdlü Sədaqət Qaracayevanın, 12 aprel 2010-cu il təvəllüdlü Aybəniz Qaracayevanın və 14 sentyabr 2012-ci il təvəllüdlü Hüseyn Qaracayevin yetkinlik yaşına çatana kimi saxlanması üçün Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Bununla əlaqədar Abşeron rayon icra və probasiya şöbəsinin icra məmurları ona bildiriş təqdim etməklə qətnamənin icrasını tələb etmiş, o, isə maddi imkanı zəif olduğu üçün məhkəmə aktını icra etməmiş, icra məmuru alimentin ödənilməsi ilə əlaqədar ondan izahatlar almış, hətta Abşeron Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 3(012)-155/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 500,00 manat məbləğində inzibati cərimə edilmiş, bundan sonra icra məmuru məhkəmə aktının icrasını təmin etməsinə dair ona yeni müddət təyin etməklə rəsmi xəbərdarlıq verməsinə baxmayaraq alimenti ödəməmişdir.Borcundan məhkəmə zamanı 700 manat ödəniş etmişdir, artıq işləyir, bundan sonra da hissə-hissə borcundan ödəyəcək. Sonda o, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Qaracayeva (Nəcəfova) Günel Alı qızı ilə 2006-cı ildə evlənmiş, birgə nikahlarından X6, X7 və X10 adlı üç uşaqları doğulmuş, evli olduqları müddətdə bir yerdə yaşamaqları mümkün olmadığından ondan ayrılaraq uşaqları ilə birlikdə yaşamış, sonuncu övladlarının saxlanması ilə əlaqədar ona maddi köməklik göstərmədiyi üçün aliment tələbinə dair Qazax Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin 22 oktyabr 2021-ci il tarixli, 2(023)-1181/2021 saylı qətnaməsi ilə iddia təmin edilərək əvvəli 02 iyul 2021-ci il tarixdən hesablanmaqla, hər ay, bir uşağa 100,00 manat, üç uşağa cəmi 300,00 manat sabit pul məbləğində aliment Qaracayeva (Nəcəfova) Günel Alı qızından tutularaq 11 avqust 2008-ci il təvəllüdlü S.Qaracayevanın, 12 aprel 2010-cu il təvəllüdlü A.Qaracayevanın və 14 sentyabr 2012-ci il təvəllüdlü H.Qaracayevin yetkinlik yaşına çatana kimi saxlanması üçün onun xeyrinə ödənilməsi qət edilmiş, qətnamənin icrası ilə Abşeron rayon icra və probasiya şöbəsinin icra məmurları məşğul olmuş, bununla əlaqədar borcluya bildiriş təqdim edilmiş, sonuncu isə alimenti ödəməkdən imtina edərək icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Abşeron Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 3(012)-155/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 500,00 manat məbləğində inzibati cərimə edilmiş, icra məmuru alimenti ödənilməsi üçün ona rəsmi xəbərdarlıq verilməsinə baxmayaraq o, alimenti ödəməməklə məhkəmə aktının icrasından qərəzli olaraq yayınmışdır. Sonda zərərçəkmiş şəxs təqsirləndirlən şəxs Qaracayeva (Nəcəfova) Günel Alı qızından şikayətçi olduğunu ona cəza tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında şahid qismində dindirilən Abşeron rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Şahid2 ifadəsində göstərdi ki, əvvəli 02 iyul 2021-ci il tarixdən hesablanmaqla, hər ay, bir uşağa 100,00 manat, üç uşağa cəmi 300,00 manat sabit pul məbləğində aliment Qaracayeva (Nəcəfova) Günel Alı qızından tutularaq 11 avqust 2008-ci il təvəllüdlü X3, 12 aprel 2010-cu il təvəllüdlü X4 və 14 sentyabr 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Qazax Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 22 oktyabr 2021ci il tarixli, 2(023)-1181/2021 saylı qətnaməsi icra edilməsi üçün Abşeron rayon icra və probasiya şöbəsinə daxil olmuş, icra sənədi icraata qəbul edilərək icraata başlanma haqqında qərar qəbul edilmiş, aliment tələbinin təmin edilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs (Nəcəfovaya) bildiriş təqdim edilmiş, tələb könüllü icra müddətində təmin olunmadığı üçün məcburi icra tədbiri olaraq sonuncunun əmlak vəziyyəti yoxlanılmış, lakin ona məxsus əmlakları aşkar etmək mümkün olmamış, bundan sonra o, şöbəyə dəvət olunaraq izahatları alınmış, habelə qanunun tələbləri və məsuliyyəti ona izah edilmiş, Təqsirləndirilən şəxs (Nəcəfova) isə izahatlarında fərdi əməklə məşğul olduğunu bildirsə də alimenti ödəməmiş, üzərindən uzun müddət keçsə də sonuncu icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən üzrsüz səbəbdən yayındığından Abşeron Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 3(012)-155/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 500,00 manat məbləğində inzibati cərimə edilmiş, qətnaməni icra etməsindən ötrü ona yeni müddət təyin edilsə də hərəkətlərini davam etdirməklə məhkəmə aktını qərəzli olaraq icra etməmişdir. İş üzrə şahid qismində dindirilmiş Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru X8 ifadəsindən görünür ki, o, Şahid2 ifadəsində göstərilmiş xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş: Qazax Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 22 oktyabr 2021-ci il tarixli, 2(023)- 1181/2021 saylı qətnaməsinin icrası zamanı Qaracayeva (Nəcəfova) Günel Alı qızına məxsus əmlakların və gəlirlərin müəyyən edilməsi mümkün olmasa da sonuncu tərəfindən istintaqa verilmiş ifadə də fərdi əmək fəaliyyəti ilə məşğul olduğu etraf edilmişdir. Onun gəlirləri olduğu halda, alimenti ödəməməsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin qərəzli icra edilməməsi ilə nəticələnmişdir. 19 oktyabr 2022-ci il, 21 noyabr 2022-ci il, 09 avqust 2022-ci il tarixli xəbərdarlıqlardan və Abşeron Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 3(012)- 155/2022 saylı qərarından, eyni zamanda digər sənədlərdən görünür ki, Qaracayeva (Nəcəfova) Günel Alı qızı həqiqətən Qazax Rayon Məhkəməsinin qanuni qüvvədə olan 22 oktyabr 2021-ci il tarixli, 2(023)-1181/2021 saylı qətnaməsini qərəzli olaraq icra etməmişdir. Abşeron rayon Məhkəməsinin 3(012)-155/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Qaracayeva (Nəcəfova) Günel Alı qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib ona 500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Abşeron rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 8(012)-40/2022 saylı qərardadından görünür ki, təqsirləndirilən şəxs Qaracayeva (Nəcəfova) Günel Alı qızının ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məhkumluq barədə arayışından görünür ki, Qaracayeva (Nəcəfova) Günel Alı qızı əvvəllər məhkum olunmamışdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, təqsirləndirilən şəxs Qaracayeva (Nəcəfova) X17 Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 22 oktyabr 2021-ci il tarixli, 2(023)-1181/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsini bilərəkdən qərəzli şəkildə icra etməmiş və onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, məhkəmə zamanı müəyyən edildi ki, təqsirləndirilən şəxs X2 Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 22 oktyabr 2021-ci il tarixli, 2(023)- 1181/2021 saylı qətnaməsini qərəzli olaraq icra etməmişdir. Təqsirləndirilən şəxs Qaracayeva (Nəcəfova) Günel Alı qızının həmin maddədə nəzərdə tutulan əməli törətməsi özünün etirafı, bunu tamamlayan zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan Abşeron rayon Pirəkəşkül-Qobustan kənd bələdiyyəsinin xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Qaracayeva (Nəcəfova) X14 rayon Pirəkəşkül-Qobustan kəndində qeydiyyatdadır və yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs Qaracayeva (Nəcəfova) X17 Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 22 oktyabr 2021-ci il tarixli, 2(023)- 1181/2021 saylı qətnaməsinə əsasən 6000,00 manat məbləğində ziyanı ödəməmişdir. İş materiallarına əlavə olunmuş Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, təqdim olunan qəbzlərə əsasən təqsirləndirilən şəxs Qaracayeva (Nəcəfova) Günel Alı qızı tərəfindən cəmi 1785 (bir min yeddi yüz səksən beş) manat məbləğində aliment pulu ödənilmişdir. Məhkəmə təqsirləndirilən şəxs Qaracayeva (Nəcəfova) Günel Alı qızının əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alır. Təqsirləndirilən şəxs Qaracayeva (Nəcəfova) Günel Alı qızının cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların isə olmamasını, təyin olunmuş cəzanın təqsirkarın islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Qaracayeva (Nəcəfova) Günel Alı qızına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir: Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Qaracayeva (Nəcəfova) Günel Alı qızına azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Abşeron rayonu, Bakı şəhəri ərazisini saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs Qaracayeva (Nəcəfova) Günel Alı qızı barəsində xx.xx.2023-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Qaracayeva (Nəcəfova) Günel Alı qızının cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Sumqayıt şəhər probasiya şöbəsinə həvalə olunmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Qaracayeva (Nəcəfova) Günel Alı qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Onun barəsində seçilmiş “başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. Qaracayeva (Nəcəfova) Günel Alı qızına azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə Abşeron rayonu və Bakı şəhəri ərazisini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Cəzanın icrası Sumqayıt şəhər probasiya Probasiya şöbəsinə həvalə edilsin. Cəzanın icrası müddəti təqsirləndirilən şəxs Qaracayeva (Nəcəfova) Günel Alı qızının Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Qaracayeva (Nəcəfova) Günel Alı qızına məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar