Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-541/2024 14.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru böyük ədliyyə müşaviri Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1985-ci ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Saray Bağları, X12, fərdi evdə yaşayan, Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan, xx.xx.2021-ci il tarixdən başlayaraq, övladları, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 175,00 manat olmaqla, cəmi 350,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi barədə Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(012)-5264/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmasına və icra sənədindəki tələbləri icra etməsi üçün ona xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şəxsi maraq niyyətiylə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 29 sentyabr 2023-cü il tarixədək 8400,00 manat məbləğində aliment borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməmiş, bununla da Zərərçəkmiş şəxs qeyd olunan məbləğdə maddi ziyan vurmaqla yanaşı ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2013-cü ilin iyun ayında faktiki nikaha daxil olaraq ailə həyatı qurmuş, nikahları xx.xx.2014-cü il tarixdə rəsmi olaraq qeydə alınmış və birgə nikahdan xx.xx.2014-cü il tarixdə Xədicə və xx.xx.2021-ci il tarixdə Hüseyn adlı 2 (iki) övladları dünyaya gəlmişdir. Zərərçəkmiş şəxs nikahlarının pozulması və aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Abşeron Rayon Məhkəməsində nikaha xitam verilərək, ondan xx.xx.2021-ci il tarixdən hesablanmaqla, övladlarının yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 175,00 manat olmaqla, cəmi 350,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra aidiyyəti üzrə icra olunması məqsədi ilə onun qeydiyyatda olduğu yer üzrə Abşeron rayon icra və probasiya şöbəsinə göndərilmiş və həmin qurumdan qeyd edilən məbləğdə alimentin Zərərçəkmiş şəxs ödənilməsi barədə ona rəsmi qaydada bildiriş təqdim edilmişdir. O, qanuni qüvvəyə minmiş qətnaməni icra etmədiyi üçün, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmiş, həmçinin icra məmurunun təqdimatına əsasən, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Maddi vəziyyəti ilə əlaqədar borcunu ödəyə bilməmiş 8400,00 manat aliment borcu yaranmışdır. Hazırda valideyini tarəfindən qətnamə üzrə olan borc, yəni 8400 manat məbləğində pulun Zərərçəkmiş şəxs ödədiyini bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs oğlu ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə ailə quraraq evlənmiş, birgə nikahdan övladları anadan olmuşdur. Evli olduqları müddətdə bir birlərini başa düşmüş, aralarında heç bir narazılıq olmamışdır. Bir müddət keçəndən sonra ailədə yaranmış mübahisələr nəticəsində birgə yaşamaqları mümkünsüz olmuş və mövcüd nikah əlaqələri faktiki olaraq kəsilmişdir. Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(012)- 5264/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan, yəni xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2021 -ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 175,00 manat olmaqla, cəmi 350,00 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə həmin qətnamə üzrə Abşeron rayon icra və probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli təqdimat verilən tarixə olan 8400,00 manat aliment borcunu Təqsirləndirilən şəxs ödəməkdən yayınmış, Təqsirləndirilən şəxs yaşadığı ünvana borcunun ödənilməsi ilə əlaqədar xəbərdarlıq ünvanlanlansa da, tələb yenə icra olunmamışdır. Qeyd edilən borcun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsini, əks halda qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etmiş və əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs fərdi əmək fəaliyyəti ilə yəni fəhlə işləyərək aylıq 700,00-800,00 manat qazanc əldə edir. Hazırda Təqsirləndirilən şəxs yaranmış 8400 manat aliment borcunu tam ödəmiş, buna görə də təqsirləndirilən şəxsdən bu cinayət işi üzrə şikayət və tələbi yoxdur. Odur ki, qeyd edilənləri nəzərə alaraq təqsirləndirilən şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid1 şahid qismində dindirilərək, ifadəsində göstərdi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 5264/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 175,00 manat olmaqla, cəmi 350,00 manat sabit pul məbləğində aliment borclu Təqsirləndirilən şəxs tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədi xx.xx.2021-ci il tarixdə icraata daxil olmuş, həmin tarixdə də aliment tələbinin dərhal ödənilməsi üçün borclu Təqsirləndirilən şəxs bildiriş göndərilmişdir. Lakin, borclu tərəfindən tələbin icrası təmin edilməmişdir. Borclu Təqsirləndirilən şəxs əmlak və gəlirlərinin öyrənilməsi məqsədi ilə elektron icra vasitəsilə sorğular verilmişdir. Sorğular nəticəsində borcluya məxsus gəlir aşkar edilməmiş, Abşeron rayonu, Güzdək qəsəbəsində 0.0075 ha torpaq sahəsinin olması müəyyən olunmuş, lakin Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 4 saylı Abşeron ərazi idarəsindən əldə olunmuş məlumata əsasən həmin torpaq sahəsinin ümumi istifadədə olan yol olması məlum olmuşdur. Borclu Təqsirləndirilən şəxs olduğu yer məlum olmadığından xx.xx.2022-ci il tarixdə borcunun axtarılması haqqında qərar qəbul olunmuş və icra olunması üçün Abşeron rayon polis idarəsinə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən Abşeron rayon icra və probasiya şöbəsinə təhvil verilmişdir. Borclu Təqsirləndirilən şəxs icra sənədinin icrası ilə bağlı ona göndərilmiş bildirişə, edilmiş xəbərdarlıqlara məhəl qoymamış, icra sənədi üzrə tələbi təmin etməmiş və nəticədə icra məmurunun qanuni tələblərinə əməl etmədiyinə görə xx.xx.2023-cü il tarixdə İXM-nin 528.1-ci maddəsi əsasında barəsində inzibati xəta haqqında protokol tərtib edilərək Abşeron Rayon Məhkəməsinə verilmişdir. Abşeron Rayon Məhkəməsinin 3(012)-794/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə həmin maddədə göstərilən əməli törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətində inzibati qaydada həbs olunmuşdur. Borclu Təqsirləndirilən şəxs işlə təmin olunması üçün ƏƏSMN tabeliyində X6 X2 Filalına müraciət olunmuş, həmin idarənin cavab məktubunda həmin vətəndaşla əlaqə saxlamaq mümükün olmadığı, məşğulluq mərkəzi ilə əlaqə saxlanılması və Filiala dəvət üçün məktub göndərildiyi bildirilmişdir. Həbs müddəti bitdikdən sonra borcluya icra sənədini qərəzli olaraq icra etməyəcəyi halda cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıqlar edilmişdir. Lakin, həmin xəbərdarlıqlardan sonra borclu tərəfindən icra sənədi üzrə aliment borcu ödənilməmişdir. Eyni zamanda təqdimat əsasında Abşeron Rayon Məhkəməsinin 8(012)-346/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Beləliklə, borclu Təqsirləndirilən şəxs icra məmuru tərəfindən dəfələrlə rəsmi və şifahi qaydada məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıqlar edilmiş, icra sənədinin icrası ilə bağlı onunla söhbətlər aparılmış və icra məmurunun qanuni tələblərinə əməl etmədiyinə görə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati qaydada həbs edilmişdir. Lakin, Təqsirləndirilən şəxs edilmiş xəbərdarlıqlardan və həmin inzibati tənbehdən lazımı nəticə çıxarmamış, heç bir üzrlü səbəb olmadan qərəzli olaraq icra sənədinin icrasını təmin etməmişdir. İnzibati tənbehdən sonra Təqsirləndirilən şəxs icra sənədini icra etməsi üçün yeni müddət təyin edilərək icra sənədini qəzərli olaraq icra etməyəcəyi halda cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə edilmiş xəbərdarlıqlara da məhəl qoymamışdır. Bütün bunlar borclunun icra sənədini qərəzli olaraq icra etmədiyini müəyyən etməyə əsas verir. Tələbkar Zərərçəkmiş şəxs aliment borcunu ödəməkdən qərəzli olaraq boyun qaçırdığına görə borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi barədə xx.xx.2023-cü il tarixli ərizə ilə Abşeron rayon icra və probasiya şöbəsinə müraciət etmişdir. Şərh edilənlərə əsasən belə nəticəyə gəlmək olar ki, borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmiş və Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1 -ci maddəsinin əlamətləri vardır. Borclu Təqsirləndirilən şəxs tərəfindən hazıradək tələbkar Zərərçəkmiş şəxs aliment ödənişi edilməmiş və hazırda 8400,00 manat məbləğində ödənilməmiş aliment borcu yaranmışdır. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə şahid Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid2 digər Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - Abşeron Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2(008)-5264/2021 saylı qətnaməsindən və icra vərəqəsindən görünür ki, 03 sentyabr 2021-ci il tarixdən başlayaraq 09 iyul 2024-cü il təvəllüdlü X5 və 18 mart 2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 175 manat olmaqla 350 manat sabit pul məbləğində aliment cavabdeh Təqsirləndirilən şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir; - Abşeron rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən icra sənədi üzrə icraata başlanılmış və həmin tarixdə borclu Təqsirləndirilən şəxs tələbin könüllü icrası haqqında bildiriş ünvanlanmış, icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün xəbardarlıq edilmişdir; - Abşeron Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli, 3(012)-794/2023 saylı qərara əsasən Dadaşov X7 Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 gün müddətinə inzibati həbs tətbiq edilmişdir; - “Cinayət məsuliyyətinə cəlb edilməsi haqqında” 25 may 2023-cü il tarixli məktuba əsasən Təqsirləndirilən şəxs bu barədə xəbərdarlıq edilmişdir. - Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-346/2023 saylı qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır; - “Cinayət məsuliyyətinə cəlb edilməsi haqqında” 16 avqust 2023-cü il tarixli məktuba əsasən Təqsirləndirilən şəxs bu barədə xəbərdarlıq edilmişdir; - “Cinayət məsuliyyətinə cəlb edilməsi haqqında” 19 iyun 2023-cü il tarixli məktuba əsasən Təqsirləndirilən şəxs bu barədə xəbərdarlıq edilmişdir; - “Cinayət işinin başlanması” barədə 23 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Abşeron rayn İcra və Probasiya Şöbəsində toplanmış material əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlamış və icrata qəbul edilərək istintaqı aparılmışdır. - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 18 dekabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur. - Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq Abşeron Abşeron RPİ-nə gətirilmişdir. - “Qətimkan tədbiri seçmək haqqında” xx.xx.2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs haqqında “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş və o, Abşeron Rayon Polis İdarəsinin MSY-dən azad edilmişdir - Sübutların qiymətləndrilməsi haında 22 yanvar 2024-cü il tarixli qərara əsasən iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, təqsirləndirilən şəxsin ifadələri toplanmış digər sübutlar və Abşeron rayon İcra və Probasiya Şöbəsində toplanmış materiallar Təqsirləndirilən şəxs Abşeron rayn Məhkəməsinin xx.xx.2021-ci il tarili 2(012)-5264)2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən qərəzli olaraq icra etmədiyini təsdiq edən sübutlar kimi qəbul olunmuşdur. - Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və seçilmiş qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunması qərara alınmışdır. - Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məhkəməyə verilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. - Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs aliment 8400 manat məbləğində aliment borcunu tam şəkildə ödəmişdir. Hazırda təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Beləliklə məhkəmə iclasında Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirildiyindən sonuncunun əməlinin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs CM-in 306.1-cı maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən həmin maddənin “Qeyd” hissəsinə əsasən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 39.1.1-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. 43.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verib, təqsirləndirilən şəxsin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən, verilmiş ittiham üzrə yaranmış 8400 manat aliment borcunu tam olaraq ödədiyini və zərərçəkmiş şəxsin şikayətinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət təqibinə xitam verilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə zalında həbsdən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 162.1.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirildikdə və ya ləğv edildikdə, habelə məhkuma təyin edilmiş cəza azadlıqdan məhrum etmə ilə bağlı olmadıqda, şəxs məhkəmənin qərarına əsasən həbsdən azad edilməlidir. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 20 (iyirmi) saat vaxt sərf etmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 20 (iyirmi) saat üçün nəzərdə tutulan 120 (bir yüz iyirmi) manat pul ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nin 39.1.11, 43, 305, 321, 344-347 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 306.1-ci maddəsinin “Qeyd” hissəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalında həbsdən azad edilsin. Cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə iclasında göstərdiyi 20 (iyirmi) saat hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından 120 (bir yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Abusət Qasımov
Məhkəmə qərarları › İş №1(012)-541/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-541/2024
14.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver