Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-542/2021 30.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərərçəmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, subay, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olanvə həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 185.1 və 232.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 29.06.2021-ci il tarixdə saat 07 radələrində Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, yeni yaşayış massivində yerləşən fərdi evin həyətinə, sonra isə evin birinci mərtəbəsində olan plastik pəncərədən evə daxil olaraq, evin ikinci mərtəbəsində boş otaqda saxlanılan bir ədəd 1600 manat dəyərində 4916 seriya nömrəli, keçmiş SSRİ dövlətində İjevsk silah zavodunda istehsal olunmuş, 16 kalibrli, «İJ- 58» modelli, çaxmaqsız, texniki cəhətdən saz, və hər iki lülədən atəş açmaq üçün yararlı odlu yivsiz silah olan hamar qoşa lülə ov tüfəngini, həmin ov tüfəngi üçün nəzərdə tutulan 42 ədəd 12x70 kalibrli ov patronlarını, bir ədəd 800 manat dəyərində 1359 nömrəli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində, Tula zavodunda istehsal olunmuş, 12 kalibrli «MÇ-21» modelli, sürgülü, hamar lüləli, öz-özünə dolan, texniki cəhətdən saz və atəş üçün yararlı olan odlu yivsiz ov tüfəngini, yəni odlu silahı talamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmə məqsədi ilə 30 iyun 2021-ci il tarixdə saat 05:00 radələrində Abşeron rayonu, Masazır kəndi, Yoncalıq adlanın əraziyə gəlmiş, orda vətəndaş Şahid məxsus fərdi evin giriş qapının qarşısında saxlanılmış Zərərçəkmiş şəxs1 mülkiyyətində olan «Nissan Navara» markalı, Pikap tipli, ** TJ *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin salonuna əyləşib, talama məqsədi olmadan qanunsuz ələ keçirib qaçırmış, avtomobili idarə edərək Abşeron rayonu, Atyalı ərazisində çuxura düşdüuyü üçün orada saxlayıb, təkrarən tamah niyyəti ilə avtomobilin salonunda saxlanc yerində saxlanılan ekvivalentlə 561 manat tşkil edən 330 ABŞ dollarını və 5 manat dəyərində pulqabını gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 566 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini törətmələri aşağıdakı qaydada subuta yetirilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 29 iyun 2021-ci il tarixdə axşam radələrində yeyib içmiş, bundan sonra Abşeron rayonu, Masazır kəndində tanış qız olduğu üçün onunla görüşməyi qərara almışdır. Belə olduqda taksi ilə Masazır kəndinə gəlmiş, lakin içkili olduğu üçün konkret olaraq harada avtomobildən düşdüyünü xatırlamır. Bundan sonra Masazır kəndində gəzişərkən yolun kənarında saxlanılmış Nissan Navara minik markalı, Pikap tipli, ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobil nəzərəni cəlb etmiş, həmin avtomobilin qapısı açıq olduğundan və açarları da üstündə olduğundan həmin avtomobilin sükanı arxasına əyləşib sürüb getmiş, lakin içkili olduğu üçün konkret olaraq hansı ərazilərdən keçdiyini xatırlamır. Yalnız onu bilir ki, avtomobili magistral yol ilə idarə edib Atyalı istiqamətində hərəkətdə olmuş, həmin ərazidə avtomobili idarə edərkən qarşısındakı ərazini görə bilməmiş və yolun düz olduğunu bilib hərəkət etdikdə avtomobil birdən çuxura düşmüşdür. Bundan sonra avtomobili çuxurdan çıxara bilməmiş, həmin vaxtı avtomobilin bardaçokuna baxdıqda orada sənədlər və pul kisəsi, içərisində isə 15 ABŞ dolları pul olduğunu görmüş, avtomobilin sənədlərini götürməyib içərisində 15 dollar olan pul kisəsini götürmüş və maşını tərk etmişdir. Sonra yola çıxıb taksi saxlatdırmış, yolda gələrkən üstündə başqa pul olmadığı üçün 5 dolları taksiyə gediş haqqı kimi ödəmiş 30 iyun 2021-ci il tarixdə isə Abşeron rayonu, Masazır kəndi ərazisində «Brilliant» şadlıq evinin qarşısında olarkən polis əməkdaşları tərəfindən tutulmuş və onu Abşeron rayon Pİ-nə gətirmişlər. Göstərmişdir ki, avtomobilin bardaçokuna baxdıqda orada içərisində 15 dollar olan pul kisəsi tapmış və həmin pul kiçəsini də pul ilə birlikdə götürmüş, oradan 330 ABŞ dolları oğurlamamış, hadisə vaxtı içkili olmuş və özü də dərk etmədən avtomobili idarə edib sürmüşdür. Onun başqa məqsədi olmamış, yalnız avtomobildən düşərkən bardaçokda pul olduğunu görüb götürmüş, avtomobildən başqa hər hansı əşya oğurlamamış, eyni zamanda avtomobili idarə edərkən hər hansı formada avtomobilə zədə yetirməmişdir. Bundan başqa göstərmişdir ki, 29.06.2021-ci il tarixdə təxminən saat 07 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi yeni yaşayış massivi ərazisində gəzişərkən oğurluq etmək qərarın gəlmiş, bundan sonra ara məhəllələrə keçib fikirləşmişdir ki, yay ayıdır, kimsə darvazanı açıq qoyar. Həmin ərazidə məhlənin sağ tərəfində yerləşən ikimərtəbəli evin darvazasının qapısını yoxlayan anda görmüşdür ki, qapı açıqdır. Həyətə keçəndən sonra evin birinci mərtəbəsinin plastik pəncərəsinin üzərində setka olduğunu görüb setkanı açaraq evə daxil olmuş və evə girdikdə susuzladığı üçün pilləkənin yanında olan bankadakı suyu götürüb içmişdir. Evin ikinci mərtəbəsinə çıxıb baxdıqda dəhlizin baş tərəfində yerləşən otaqda iki ədəd ov silahını, onun patronlarını görüb götürmüş və həmin silahları patronları ilə birlikdə kağız televizor qutusuna qoymuşdur. Sonra həyətə daxil olduğu qaydada oranı tərk etmiş, bundan sonra içərisində silah olan qutunu «Brilliant» şadlıq evinin qarşısına kimi aparmış və taksi ilə yaşadığı ünvana getmişdir. 01.07.2021-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində olarkən polis əməkdaşları tərəfindən tutulmuş və tutularkən etdiyi oğurluğu səmimi etiraf edib silahları polis əməkdaşlarına könüllü təqdim etmişdir. Hazırda etdiyi əməldən peşmandır və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsindən görünür ki, 16 kalibrli, 4916 seriya nömrəli qoşa lülə ov silahı və bir ədəd «MÇ-21» markalı, 12 kalibrli, 1359 seriya nömrəli ov silahı vardır. Həmin silahları yaşadığı evdə saxlayır və ovçu kimi Azərbaycan Respublikası Ekologiya Nazirliyində qeydiyyatdadır. 30.06.2021-ci il tarixdə saat 09 radələrində yaşadığı evdə olarkən yuxudan oyandıqdan sonra evin ikinci mərtəbəsinin dağınıq olduğunu görmüş, belə olduqda silahları saxladığı boş otağa keçmiş, həmin vaxtı silahları saxladığı yerdə aşkar etmədiyi üçün oğurlandığını başa düşmüşdür. Belə olduqda baş vermiş oğurluqla bağlı DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermiş, bundan sonra polis əməkdaşları yaşadağı evə gəlib müvafiq sənədləşmə aparmışlar. Göstərmişdir ki, «İJ-58» markalı, 16 kalibrli, 4916 seriya nömrəli qoşa lülə ov silahı təxminən 54 ildir ki, ondadır və həminsilahın hazırkı maddi dəyəri 3500 manat təşkil edir və bir ədəd 2300 manat dəyərində «MÇ-21» markalı, 12 kalibrli, 1359 seriya nömrəli ov silahı təxminən 40 ildir ki, ondadır və həmin silahın da hazırkı maddi dəyəri 2300 manat təşkil edir, baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 5800 manat dəyərində maddi ziyan dəymişdir. Hazırda dəymiş ziyan ödənildiyindən təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsindən görünür ki, avtomobili darə etmək üçün «BE CE» kateqoriyalı sürücülük vəsiqəsi vardır və həmin sürücülük vəsiqəsi ilə özünə məxsus Nissan Navara minik markalı, Pikap tipli, ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobilini baş etibarnamə ilə 02.04.2021-ci il tarixdə X2 almış, baş etibarnaməni oğlunun adına yazdırmış və öz adına sürücülük etibarnaməsi götürmüşdür. Avtomobilin tam pulu onun tərəfindən ödənildiyi üçün avtmobil onun mülkiyyətindədir. Abşeron rayonu, Masazır qəsəsbəsi, Yoncalıq adlanan yaşayış sahəsində qaynatası X3 yaşayır. Qaynatasının evi yeni tikili olduğu üçün onun evinə əşyaları daşımaq olmuşdur. Bu səbəbdən 29 iyun 2021-ci il tarixdə gün ərzində mülkiyyətində olan Nissan Navara minik markalı, Pikap tipli, ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobili ilə qaynı Cəlalla birlikdə ev əşyalarının daşınması ilə məşğul olmuşdur. Həmin gecə bərk yorğun olduğu üçün və həm də yaşadığı fərdi ev qaynatasının evinə yaxın olduğundan avtomobilini qaynatasının yaşadağı fərdi evin giriş qapısının qarşısında, yəni bayır tərəfdə saxlamışdır. Lakin yorğun olduğu üçün avtomobilin sükan açarını unutmuş və avtomobilin üzərində qalmışdır. Həmin günü saat təxminən 22 radələrində piyada evinə getmiş, həmin günün səhərisi, yəni 30 iyun 2021-ci il tarixdə səhər saat 10 radələrində qaynı Şahid Cəlal oğlu ona zəng vurub avtomobili gecə gəlib aparıb-aparmaması ilə bağlı maraqlanmış, sonuncuya bildirmişdir ki, avtomobili onların evinin qarşısında saxlayıb piyada evinə getmiş və gecəni də maşın saxladığı qalmışdır. Lakin qaynı Yasin ona məxsus Nissan Navara minik markalı, Pikap tipli, ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobilinin saxladığı yerdə olmadığını ona bildirmiş, bu sözdən bərk narahat olduğu üçün cəld qaynatasının evinin qarşısına gəldikdə həqiqətən Nissan Navara minik markalı, Pikap tipli, ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobilini saxladığı yerdə aşkar etməmişdir. O, artıq həmin yerə gələn dəqiqəyədək qaynı Yasin avtomobilinin qaçırılması ilə bağlı DİN-nin 102 xildmətinə zəng etmiş və artıq o, həmin yerə gəldikdə polis əməkdaşları hadisə yerinə gəlmişdilər. Bundan sonra polis əməkdaşlarının köməkliyi ilə ərazidəki kameralar izlənilmiş, müəyyən olunmuşdur ki, avtomobili saxladığı yerdən səhər radələrində naməlum şəxs tərəfindən qaçırılmış, saat 06:11 dəqiqədə avtomobili qəsəbədəki daş bazarının yaxınlığındakı ərazidən keçərək sola dönüb «Şok» market istiqamətində hərəkət etmiş və oradan da baş yola çıxmayıb sola dönərək dağın əks tərəfinə, yəni qaynatasının yaşadığı evin aşağı həssəsində olan çökəklik əraziyə doğru getmişdir. Bundan sonra avtomobili həmin əraziyə yaxın kameralar müşahidə etmədiyindən və sonuncu görüntü saat 06:12-də «Xəzər MMC»nin kamerasında qeydə alındığından artıq avtomobilinin qaçırılma istiqamətini polis əməkdaşları tapa bilməmişlər. 01 iyul 2021-ci il tarixinə keçən gecə polis əməkdaşları tərəfindən yeznəsinə zəng olunmuş və avtomobilinin Masazır kəndi Cantəpə yaşayış massivində aşkar edildiyi bildirilmiş, bundan sonra yeznəsi ilə əlaqə saxlayıb avtomobilin sənədlərinin qoyulduğu yeri və arasında saxladığı 330 ABŞ dolları olduğunu bildirmiş, lakin qaynı Yasin ona sənədlərinin yerində olduğunu, pulunun və pulqabının isə oğurlandığını bildirmişdir. Göstərmişdir ki, Nissan Navara minik markalı, Pikap tipli, ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobilindən ekvivalentlə 561 manat tşkil edən 330 ABŞ dolları və 5 manat dəyərində pulqabısı oğurlanmış və baş vermiş oğurluq nəticəsində ona 566 manat dəyərində maddi ziyan dəymiş, avtomobilindən başqa hər hansı əşyası oğurlanmamışdır. Avtomobili qaçırıldıqdan sonra tapılarkən gəlib avtomobilə baxış keçirmiş, avtomobilin üzərində hər hansı zədə və yaxud dağıntı izləri aşkar etməmiş, avtomobili tam saz vəziyyətdə tapılmışdır. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsindən görünür ki, yeznəsi Zərərçəkmiş şəxs1 Nissan Navara minik markalı, Pikap tipli, ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobili vardır və sonuncu həmin avtomobili baş etibarnamə əsasında almışdır. Abşeron rayonu, Masazır qəsəsbəsi, Yoncalıq adlanan yaşayış sahəsində yeni yaşayış evi tikdirdikləri üçün həmin evə şəxsi əşyalarını davşımaqla məşğul olmuşdur. 29 iyun 2021-ci il tarixdə gün ərzində yeznəsi Laçın özünə məxsus Nissan Navara minik markalı, Pikap tipli, ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobili ilə onunla birlikdə ev əşyalarının daşınması ilə məşğul olmuşdur. Həmin gecə bərk yorğun olduqları üçün və həm də Laçının yaşadığı fərdi ev onların evinə yaxın olduğundan avtomobilini onların yaşadağı fərdi evin giriş qapısının qarşısında, yəni bayır tərəfdə saxladı. Lakin yeznəsi yorğun olduğu üçün avtomobilin sükan açarını unutmuş və avtomobilin üzərində qalmışdır. Həmin günü saat təxminən 22 radələrində yeznəsi Laçın piyada evinə getmiş, həmin günün səhərisi, yəni 30 iyun 2021-ci il tarixdə səhər saat 10 radələrində o, evdən küçəyə çıxdıqda yeznəsinə məxsus avtomobili küçədə görməyib maşını gecə gəlib apardığını zənn etmiş, bu səbəbdən də sonuncuya zəng vurub avtomobili gecə gəlib aparıb-aparmaması ilə bağlı maraqlanmışdır. Yeznəsi Laçın avtomobili onların evinin qarşısında saxlayıb piyada evinə getdiyini və gecəni də maşının saxladığı yerdə qaldığını bildirmiş, belə olduqda o, yeznəsinə avtomobilinin saxladığı yerdə olmadığını bildirmişdir. Bundan sonra yeznəsinə məxsus avtomobilin qaçırıldığını başa düşmüş və yeznəsi Laçına məxsus Nissan Navara minik markalı, Pikap tipli, ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobilin qaçırılması barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bundan sonra yeznəsi oraya gələnədək həmin yerə gəldikdə polis əməkdaşları hadisə yerinə gəlmiş, bundan sonra polis əməkdaşlarının köməkliyi ilə ərazidəki kameralar izlənilmiş, müəyyən olunmuşdur ki, avtomobili saxladığı yerdən səhər radələrində naməlum şəxs tərəfindən qaçırılmış, saat 06:11 dəqiqədə avtomobili qəsəbədəki daş bazarının yaxınlığındakı ərazidən keçərək sola dönüb «Şok» market istiqamətində hərəkət etmiş və oradan da baş yola çıxmayıb sola dönərək dağın əks tərəfinə, yəni qaynatasının yaşadığı evin aşağı həssəsində olan çökəklik əraziyə doğru getmişdir. Bundan sonra avtomobili həmin əraziyə yaxın kameralar müşahidə etmədiyindən və sonuncu görüntü saat 06:12-də «Xəzər MMC»-nin kamerasında qeydə alındığından artıq avtomobilinin qaçırılma istiqamətini polis əməkdaşları tapa bilməmişlər. 01 iyul 2021-ci il tarixinə keçən gecə polis əməkdaşları tərəfindən ona zəng olunmuş və avtomobilinin Masazır kəndi, Cantəpə yaşayış massivində aşkar edildiyi bildirilmiş, bundan sonra avtomobilin sənədlərinin qoyulduğu yerə baxdıqda orada avtomobilin sənədlərinin yerində olduğunu, lakin içərisində 330 ABŞ dolları olan pulqabısının talandığını bilmiş və bu barədə qaynı Yasinə zəng vuraraq bildirmişdir. Həmçinin avtomobil qaçırıldıqdan sonra tapılarkən gəlib avtomobilə baxış keçirmiş, avtomobilin üzərində hər hansı zədə və yaxud dağıntı izləri aşkar etməmiş, avtomobili tam saz vəziyyətdə tapılmışdır. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin KTİ-dən alınmış 26.07.2021ci il tarixli, 011-6998-1221 nömrəli məktubla göndərilmiş 21/468R saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd №1359 №-li silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində Tula silah zavodunda istehsal olunmuş, 12 kalibrli MÇ 21-12 modelli sürgülü, hamar lüləli, öz-özünə dolan öv tüfəngidir, odlu yiçsiv silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın metal hissə və mexanizmlərinin üzərində sonradan kustar üsulla heç bir əlavə dəyişiklik edilməmişdir. Silahın konstruktiv əlamətlərinə və kriminalistik ədəbiyyatlardakı xarakterik xüsusiyyətlərinə əsasən silahın lüləaltı xəzinəsinə 04 ədəd patronların yerləşdirilməsi nəzərdə tutulmuşdur. Təqdiqaqat təqdim edilmiş 01 ədəd BC-4916 №-li silah, keçmiş SSRİ dövlətində İjevsk silah zavodunda istehsal olunmuş 16 kalibrli, İJ-58 modelli, çaxmaqsız, hamar qoşa lüləli ov tüfəngidir, odlu yivsiz silahdır. Silah texniki cəhətdən sazdır və hər iki lülədən atəş açmaq üçün yararlıdır. Silahın metal hissə və mexanizmlərinin üzərində sonradan kustar üsulla heç bir əlavə dəyişiklik edilməmişdir. Silahın konstruktiv əlamətlərinə və kriminalistik ədəbiyyatlardakı xarakterik xüsusiyyətlərinə əsasən patron yuvalarına patronların yalnız təktək yerləşdirilməsi nəzərdə tutulmuşdur. Tədqiqata təqdim edilmiş ümumi sayı 42 ədəd patron zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 12x70 kalibrli ov patronlarıdır, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov sursatıdırlar. Həmin patronlar istifadə və atəş üçün yararlıdırlar. Təqdiqata təqdim edilmiş 02 ədəd əşyalar 24 və 30 ədəd ov patronları daşımaq üçün nəzərdə tutulmuş kustar üsulla hazırlanmış patrondaşlardır və döyüş sursatı hesab edilmirlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən alınmış 21 sentyabr 2021-ci il tarixli, 9/6646 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş ov silahlarını (tüfənglərin) istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2400 manat müəyyən edilir. O cümlədən - bir ədəd «İJ-58» markalı, 16 kalibrli qoşalülə ov silahı (tüfəng) – 1600 manat; - bir ədəd «A MÇ 21-12» markalı, ov silahı (tüfəng) – 800 manat. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 21.09.2021-ci tarixli qərardan görünür ki, bir ədəd «İJ-58» markalı, 16 kalibrli qoşalülə ov silahı (tüfəng), bir ədəd «A MÇ 21-12» markalı, ov silahı (tüfəng), Nissan Navara minik markalı, Pikap tipli, **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobil və 10 ABŞ dolları maddi sübut kimi tanınmış və saxlanılması üçün sahiblərinə qaytarılmışdır. İş materiallarında olan qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 01.07.2021-ci il tarixə şübhəli şəxs qismində tutulmuş, 02.07.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.1 və 185.1-ci maddəsi ilə, 03.07.2021-ci il tarixdə isə Azərbaycan Respublikası CM-nin 232.1-ci maddəsi təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 4(012)-342/2021 saylı, 03.07.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 4(012)-517/2021 saylı, 27.09. 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin müddəti 20 (iyirmi gün), yəni 21 oktyabr 2021-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 13.07.2021-ci il tarixli məhkumluq haqqında tələbnamə arayışdan görünür ki, Təqsirləndirilən şəxs Nəsimi rayon Məhkəməsinin 27.03.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, 234.1 və 66.3-cü maddəsi ilə təqsirli bilinib 03 il 09 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 24.07.2018-ci il tarixdə CM-nə dəyişiklik tətbiq olunmuş və cəzası 02 il 09 aya endirilib. 04.12.2018-ci ildə Bakı şəhər Xəzər rayon Məhkəməsinin qərarı ilə 01 ay 17 gün vaxtından əvvəl şərti azad olunub. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsində göstərilmişdir ki, az ağır cinayət törətməyə görə cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq götürülmüş və ödənilmiş hesab edilir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab olunur. İş materiallarında olan Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, ona dəymiş ziyan tamamilə ödənildiyindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsin əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 177.2.2, 185.1 və 232.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs səmimi peşmançılığını, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 şikayətçi olmaması onun cəzasını yüngülləşdirən hal müəyyən edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs oğluna təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni 01 iyul 2021-ci tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 50 (əlli) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış, bir ədəd «İJ-58» markalı, 16 kalibrli qoşalülə ov silahı (tüfəng), bir ədəd «A MÇ 21-12» markalı, ov silahı (tüfəng), Nissan Navara minik markalı, Pikap tipli, **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobil və 10 ABŞ dolları saxlanılması üçün sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə məhkəmə istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Zərərçəkmiş şəxs1 dəymiş ziyanın ödənilməsini mülki qaydada tələb etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməklə 02 (iki) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməklə 01 (bir) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 232.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 01.07.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 50 (əlli) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd «İJ-58» markalı, 16 kalibrli qoşalülə ov silahı (tüfəng), bir ədəd «A MÇ 21-12» markalı, ov silahı (tüfəng), Nissan Navara minik markalı, Pikap tipli, **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobil və 10 ABŞ dolları saxlanılması üçün sahiblərinə qaytarılması nəzərə alınsın. Zərərçəkmiş şəxs1 dəymiş ziyanın ödənilməsini mülki qaydada tələb etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-542/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-542/2021
30.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver